1
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 242
6 noyabr 1995-ci il, Bakı şəhəri
Ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti ilə baglı Əsasnamələrin təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikasının Təhsil Qanununa uyğun olaraq, ali və orta ixtisas
məktəblərinin fəaliyyəti ilə bağlı Təhsil Nazirliyi tərəfindən təqdim olunan Əsasnamələr təsdiq
edilsin (əlavə 1-8).
Baş nazir: F.Quliyev
2
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1995-ci il 6 noyabr
tarixli 242 nömrəli qərarı ilə
təsdiq edilmişdir
1 №-li Əlavə
Ali məktəblərdə elmi-tədqiqat işlərinin təşkili
və planlaşdırılması haqqında
ƏSASNAMƏ
1.
Ümumi müddəalar
1.1 Bu əsasnamə ali məktəblərdə elmi-tədqiqat, təcrübə-texnoloji və layihə konstruktor
işlərinin (bundan sonra elmi-tədqiqat işləri) planlaşdırma, maliyyələşdirmə qaydalarını və ali
məktəblərdə elmi hissələrin, elmi-tədqiqat institutlarının (ETİ) və mərkəzlərinin (ETM),
texnoloji-kostruktor və layihə-texnoloji bürolarının (TKB və LTB), dövlət büdcəsindən
maliyyələşdirilən
elmi-tədqiqat
laboratoriyalarının
(ETL)
və
sahə
elmi-tədqiqat
laboratoriyalarının (sahə laboratoriyaları), hesablama mərkəzlərinin, rəsədxanaların, təcrübə
stansiyalarının, muzeylərin, elmi kitabxanaların və s. (bundan sonra elmi təşkilatlar) elmi-
istehsalat fəaliyyətinin təşkilini müəyyən edir.
1.2. Ali məktəblərin elmi təşkilatlarının əsas vəzifələri:
- milli iqtisadiyyatın inkişafında ali məktəbin elmi potensialından səmərəli istifadə
edilməsi;
- fundamental və axtarış tədqiqatlarının üstün istiqamətlərinin inkişaf etdirilməsi və yeni
texnika, texnologiya və materialların yaradılması;
- yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması, iqtisadiyyatın, sənayenin
və digər təsərrüfat sahələrinin mütəxəssisləinin ixtisaslarının artırılmasının təmin edilməsi;
- elmi nəticələrin istehsalatda istifadə olunmasının genişləndirilməsi məqsədilə milli
iqtisadiyyatın müxtəlif sahələri ilə elmi-texniki əməkdaşlığın perspektiv formalarının inkişaf
etdirilməsi;
- tələbələrin elmi-tədqiqat işlərinə geniş cəlb olinması;
- mütəxəssislərin hazırlıq səviyyəsinin artırılması məqsədilə elmi tədqiqatların
nəticələrinin tədris prosesinə tətbiq edilmısi;
- ali məktəbin xarici ölkələrlə elmi-texniki əməkdaşlığının inkişaf etdirilməsi;
- ali məktəbdə yeni təcrübə-istehsalat bazasının yaradılması.
1.3. Elmi-tədqiqat işləri yerinə yetirildikdə ali məktəblər öz fəaliyyətində Azərbaycan
Respublikasının qüvvədə olan qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarını, Milli Məclisin qərarlarını, Nazirlər Kabinetinin qərar, sərəncam və göstərişlərini,
Respublika Dövlət Elm və Texnika Komitəsinin, ali məktəbin tabe olduğu nazirliyin qərar, əmr
və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.4. Ali məktəblərin rektorları aparılan elmi-tədqiqat işlərinin elmi səviyyəsinə və
səmərəliliyinə, onların maliyyə və dövlət intizamına riayət edilməsinə cavabdehdirlər.
1.5. Elmi-tədqiqatların maliyyələşdirilməsi və elmi-istehsalat fəaliyyəti aşağıdakı
mənbələr hesabına aparılır:
3
- ali məktəbin tabe olduğu nazirlik (idarə) tərəfindən fundamental və axtarış elmi-
tədqiqatların aparılmasına dövlət büdcəsindən ayrılan vəsait;
- təsərrüfat müqavilələri əsasında aparılan elmi-tədqiqat və təcrübə-konstruktor işlərindən
alınan vəsait;
- ali məktəbin elmi-texniki və sosial inkişaf fondlarından ayrılan vəsait.
1.6. Ali məktəblər, Azərbaycan Elmlər Akademiyasının elmi təşkilatları, başqa ali
məktəblər, sahə nazirliklərinin müəssisə, təşkilat və idarələri ilə müxtəlif təşkilati formalarda, o
cümlədən sahələrarası komplekslər, müvəqqəti yaradıcı kollektivlər, tədris-elmi istehsal
komplekslərində müqavilələr əsasında birgə tədqiqatlar aparırlar. Elm və texnikanın tərəqqisi və
mütəxəssislərin hazırlanmasının keyfiyyətinin artırılması məqsədilə ali məktəblərdə elmi-
tədqiqat, layihə-konstruktor və elmi-texnoloji işlər (bundan sonra elmi-texniki işlər) aparılır.
2. Dövlət büdcəsindən maliyyələşdirilən elmi-tədqiqat işləri
2.1. Dövlət büdcəsindən maliyyələşdirilən elmi-tədqiqat işləri
aşağıdakılardır:
- təbiət, humanitar, ictimai və texniki elmlərin fundamental problemləri;
- Azərbaycan Respublikası elmi-texniki tərəqqisinin kompleks proqramı;
- yeni texnika və texnologiya yaradılması üçün sahələrarası elmi və elmi-texniki dövlət
əhəmiyyətli proqramlar;
- ali məktəblərdə elmi şuranın qərarı ilə təşəbbüslü fundamental və axtarış elmi
tədqiqatları.
2.2. Ali məktəblərdə yerinə yetirilən fundamental tədqiqatlar aşağıdakı mənbələr
hesabına maliyyələşdirilir:
- dövlət elmi-texniki proqram tapşırıqlarının yerinə yetirilməsi üçün müəyyən edilmiş
qaydada dövlət büdcəsindən ayrılan vəsaitlər;
- tabeliyində olan ali məktəblər arasında müsabiqə əsasında proqramların, layihələrin,
mövzuların maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər;
- axtarış və yeni elmi istiqamətlərə ayrılan tədqiqatların maliyyələşdirilməsi üçün ali
məkətəblərin elmi-texniki və sosial inkişaf fondundan ayrılan vəsaitlər;
-
sifarişçilərlə müqavilələr əsasında alınan vəsaitlər;
-
professor-müəllim heyətinin fərdi iş planları üzrə əsas iş vaxtı müddətində
aparılan elmi-tədqiqatlar üçün ali məktəbə ayrılan vəsaitlər.
Bu elmi-tədqiqatlardan alınan nəticələr elmi hesabat və ya monoqrafiya şəklində
hazırlanır və attestasiya, müsabiqə yolu ilə vəzifələrin tutulmasında, professor-müəllim heyətinin
fəaliyyətinin qiymətləndirilməsində nəzərə alınır.
2.3. Nazirlər Kabinetinin qərarı ilə yaradılmış ETİ və ETL dövlət büdcəsindən
maliyyələşdirilir. Onların mövzuları müəyyən olunmuş qaydada Dövlət Elm və Texnika
Komitəsi (DETK) tərəfindən təsdiq edilir.
Mühüm tədqiqatlar və dövlət əhəmiyyətli proqramlar çərçivəsində aparılan tədqiqatları
sürətləndirmək məqsədilə maliyyələşdirmə üçün nazirliklər dövlət büdcəsindən ayrılan vəsaitlər
hesabına ehtiyat fondu yarada bilərlər.
2.4. Dövlət büdcəsi vəsaiti hesabına fundamental tədqiqatların maliyyələşdirilməsi
müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqələrin keçirilmə şərtləri nazirliklər, idarələr tərəfindən
müəyyən edilir.
Müsabiqəyə təqdim edilmiş layihələrin, proqramların və mövzuların qiymətləndirilməsi
üçün ali məktəblərin, Elmlər Akademiyasının, sahə elmi təşkilatlarının aparıcı alimlərindən və
mütəxəssislərindən ibarət ekspert şuraları nazirliklər tərəfindən yaradılır.
2.5. Ali məktəblərin elmi təşkilatlarının smeta xərclərindən hər bir mövzu ayrılıqda
nəzərə alınır. Hər elmi-tədqiqat işinin smeta dəyəri, maliyyələşdirilmə qaydasından asılı
olmayaraq, texniki-iqtisadi hesablamalar əsasında, xərclər maddələri üzrə gəlirin daxil
edilməməsi şərti ilə təyin edilir.