Azərbaycan respublikasi prezidentiNİn f ə r m a n I



Yüklə 32,07 Kb.
Pdf görüntüsü
tarix27.10.2017
ölçüsü32,07 Kb.
#6952


 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 

 

F Ə R M A N I 

 

“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional    islahatların 

sürətləndirilməsi ilə bağlı tədbirlər 

haqqında” 

 

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci  bəndini  rəhbər 

tutaraq, kənd təsərrüfatının institusional inkişafını təmin etmək, aqrar sahədə idarəetməni müasir 

dövrün  tələblərinə  uyğunlaşdırmaq,  o  cümlədən  Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı 

Nazirliyinin strukturunu və fəaliyyətini təkmilləşdirmək məqsədi ilə qərara alıram: 

 

1. Rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına 



dövlət  dəstəyi  tədbirlərinin  təşkili,  aqrar  sahə  ilə  bağlı  problemlərin  həllində  müvafiq  mərkəzi 

icra  hakimiyyəti  orqanlarının  yerli  struktur  bölmələri  ilə  səmərəli  əməkdaşlığın  qurulması 

məqsədi  ilə  Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin  rayon  və  şəhər  idarələri 

yaradılsın. 

           2. 

Azərbaycan 

Respublikası 

Kənd 


Təsərrüfatı 

Nazirliyi: 

           2.1.  Azərbaycan  Respublikasının  İqtisadiyyat  və  Sənaye  Nazirliyi  ilə  birlikdə 

aqroparkların  yaradılması  barədə  təkliflərini  altı  ay  müddətində  hazırlayıb  Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin

 

2.2. 



beynəlxalq 

təcrübəyə 

əsaslanmaqla,  aqrar  sektorun  dövlət  tərəfindən 

dəstəklənməsində  şəffaflığı  və  hesabatlılığı  təmin  etmək  üçün  “elektron  kənd  təsərrüfatı” 

informasiya  sisteminin  üç  il  müddətində  mərhələlərlə  yaradılmasını  təmin  etsin  və  həyata 

keçirilən tədbirlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin

 

2.3.  tabeliyində  olan  və  fəaliyyəti  məqsədəuyğun  hesab  edilməyən  təsərrüfat  hesablı 



dövlət müəssisə və təşkilatlarının ləğvi,özəlləşdirilməsi, yenidən təşkili və idarəetməyə verilməsi 

barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim 

etsin; 

 

2.4.  xarici  investorları  cəlb  etməklə  respublikada  kənd  təsərrüfatı  təyinatlı  texnikanın 



istehsalının təşkilinə dair təkliflərini altı ay müddətində hazırlayıb  Azərbaycan Respublikasının 

Prezidentinə təqdim etsin; 

 

2.5. tabeliyindəki laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsi və onların beynəlxalq 



akkreditasiyadan keçməsinin təmin edilməsinin təmin edilməsi istiqamətində tədbirlər görsün; 

 

2.6.  heyvandarlığın  mövcud  vəziyyəti  barədə  etibarlı  məlumat  bazasının 



formalaşdırılması  məqsədi  ilə  kənd  təsərrüfatı  heyvanlarının  identifikasiyası  və  qeydiyyatı 

sisteminin üç il müddətində mərhələlərlə yaradılmasını təmin etsin və həyata keçirilən tədbirlər 

barədə ildə bir dəfə Azərbaycan Reüspublikasının Prezidentinə məlumat versin; 

 

2.7.  qeyri-dövlət  fitosanitar  xidmətlərinin,  o  cümlədən  bitki  mühafizə  vasitələrinin  və 



aqrokimyəvi  maddələrin  istehsalı,  idxalı,  satışı  və  saxlanılmasının  xüsusi  razılıq  (lisenziya) 

əsasında  həyata  keçirilməsinə  dair  təkliflərini  iki  ay  müddətində  hazırlayıb  Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin; 

 

2.8. Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının 



strukturunun  təkmilləşdirilməsinə  dair  təkliflərini  beş  ay  müddətində  hazırlayıb  Azərbaycan 

Respublikasının Nazirlər Kabinetinə təqdim etsin

 

2.9.  aqrar  elmin  inkişafı  konsepsiyasının  layihəsini  beş  ay  müddətində  hazırlayıb 



Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

 

2.10.  “Aqrolizinq”  Açıq  Səhmdar  Cəmiyyətinin  fəaliyyətinin  beynəlxalq  lizinq 



standartlarına uyğunlaşdırılması sahəsində tədbirlər görsün; 

 

2.11. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə aqrar sahədə kadr hazırlığı 



və  təminatı  sisteminin  yaxşılaşdırılmasını  təmin  etsin,  aqraryönümlü  orta  ixtisas  və  peşə təhsili 


müəssisələrinin fəaliyyətinin təşkilinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin. 

 

3.  Azərbaycan  Meliorasiya  və  Su  Təsərrüfatı  Açıq  Səhmdar  Cəmiyyəti  Azərbaycan 



Respublikasının Kənd Təsərrüfatı Nazirliyi , Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye 

Nazirliyi  və  Azərbaycan  Respublikasının  Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsi  ilə  birlikdə 

torpaqların  münbitliyinin  qorunması  və  artırılması,  şoranlaşmış  və  şorakətləşmiş,  eroziyaya 

uğramış  torpaqların  sağlamlaşdırılması  tədbirlərini  ölkədə  aparılan  iqtisadi  strategiyaya  uyğun 

olaraq müvafiq proqramlar əsasında həyata keçirsin. 

 

4.  Azərbaycan  Respublikasının  İqtisadiyyat  və  Sənaye  Nazirliyi  Azərbaycan 



Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  ilə  birlikdə  xarici  investorların  kənd  təsərrüfatına 

cəlb edilməsi məqsədi ilə bu sahədə yaradılacaq aqrobiznes qurumlarının nizamnamə kapitalında 

“Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin iştirakını təmin etsin. 

 

5. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası altı ay müddətində: 



 

5.1.  kəndli  fermer  təsərrüfatlarının  daha  iri  kənd  təsərrüfatı  müəssisələri  formasında 

birləşmələrinin  iqtisadi  stimullaşdırılmasını  nəzərdə  tutan  “Kənd  Təsərrüfatı  kooperasiyası 

haqqında” qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

 

5.2. İstehlak bazarında qiymət sövdələşməsinin qarşısının alınmasıməqsədi ilə antikartel 



fəaliyyətini  tənzimləyən  normativ  hüquqi  aktların  layihələrini  hazırlayıb  Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin.   

 

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 



 

6.1. Üç ay müddətində: 

 

6.1.1.  Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin  yeni  strukturu  və 



işçilərinin say həddi barədə təkliflərini hazırlayıb   6.1.2.  Azərbaycan  Respublikası  Kənd 

Təsərrüfatı  Nazirliyinin  strukturuna  daxil  olmayan  tabeliyindəki  qurumların  siyahısını  təsdiq 

etsin; 

 

6.1.3.  “Aqrolizinq”  Açıq  Səhmdar  Cəmiyyətinin  və  rayon  aqroservis  filiallarının 



istifadəsində  olan,  cəmiyyət  tərəfindən  yeni  alınan,  lizinqə  verilmiş  və  lizinq  yolu  ilə  satılan 

texnikaya tətbiq edilə biləcək güzəştlərə, eləcə də mineral gübrələrin satışı üzrə dövlət tərəfindən 

tətbiq  olunan  güzəştin  həcminin  artırılmasına  dair  təkliflərini  hazırlayıb  Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin; 

 

6.1.4.  “Dövlət  əmlakının  özəlləşdirilməsi  haqqında”  Azərbaycan  Respublikasının 



Qanununda  baytarlıq  xidmətlərini  həyata  keçirən  idarə  və  müəssisələrin  özəlləşdirilməsinə  yol 

verilməsi  ilə  bağlı  müvafiq  dəyişikliklər  edilməsi  barədə  təkliflərini  hazırlayıb  Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin; 

 

6.1.5.  kənd  təsərrüfatı  sahəsində  siğorta  mexanizminin  təkmilləşməsinə  və  bu  sahədə 



prosedurların  sadələşdirilməsinə  dair  təkliflərini  hazırlayıb  Azərbaycan  Respublikasının 

Prezidentinə təqdim etsin; 

 

6.1.6.  kənd  təsərrüfatı  təyinatlı  torpaqların  zəbt  olunmasına  və  ya  onlardan  qanunsuz 



istifadə  edilməsinə  görə  məsuliyyəti  müəyyən  edən  qanun  layihəsini  hazırlayıb  Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin; 

 

6.1.7. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə 



bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

 

6.1.8.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  normativ  hüquqi  aktlarının  bu 



Fərmana  uyğunlaşdırılmasını  təmin  edib  Azərbaycan  Respublikasının  Prezidentinə  məlumat 

versin; 


 

6.2.  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  normativ  hüquqi  aktlarının  bu  Fərmana 

uyğunlaşdırılmasını  nəzərdə  saxlasın  və  bunun  icrası  barədə  beş  ay  müddətində  Azərbaycan 

Respublikasının Prezidentinə məlumat versin; 

 

6.3.  bu  Fərmanın  2.2-ci  bəndində  nəzərdə  tutulan  “elektron  kənd  təsərrüfatı”  inforasiya 



sisteminin  təşkilini  və  fəaliyyətini,  o  cümlədən  Azərbaycan  Respublikası  Əmək  Məsələləri 

Dövlət  Komitəsinin,  Azərbaycan  Respublikası  Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsinin  və 

Azərbaycan  Respublikası  Meliorasiya  və  Su  Təsərrüfatı  Açıq  Səhmdar  Cəmiyyətinin 



informasiya  resursları  ilə  inteqrasiyasını  təmin  etmək  məqsədilə  “elektron  kənd  təsərrüfatı” 

informasiya sistemindən istifadə qaydalarını altı ay müddətində müəyyən etsin; 

 

6.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 



 

7.  Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyi  mərkəzi  icra  hakimiyyti  orqanlarının 

normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin 

edib 


Azərbaycan 

Respublikasının 

Nazirlər 

Kabinetinə 

məlumat 

versin. 


 

 

 



                                                                  İlham Əliyev 

                                         Azərbaycan Respublikasının Prezidenti 

 

 

Bakı şəhəri, 16 aprel 2014-cü il 

 

 

№ 152 

 

Yüklə 32,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə