Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
  1   2   3   4   5   6   7   8   9   ...   45


 
 
AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ 
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ  
_________________________________________________________________________ 
 
 
         
HACIYEV S.H., PƏNAHOV D.M., DADAŞOV Ə.İ., QIRXLAROVA A.S. 
 
 
 
 
CƏRRAHİ ƏMƏLİYYATDAN SONRAKI  
AĞIRLAŞMALAR 
 
 
 

Ə R S   V Ə S A İ T İ  
                             
 
 
 
 
 
 
 
 
 
                                  
B A K I  –  2017
 



 
MÜNDƏRĠCAT  
ÖN SÖZ .................................................................................................................................. 3  
ÜMUMĠ HĠSSƏ (bölüm)........................................................................................................ 5 
CƏRRAHĠ ƏMƏLĠYYATDAN SONRAKI AĞIRLAġMALAR (cərrahi xəstəliklər).....5 
XÜSUSĠ HĠSSƏ (bölüm) 
QALXANVARĠ VƏZ  - TĠREOĠD ƏMƏLĠYYATLARINDAN SONRAKI  
DÖVRDƏ AĞIRLAġMALAR................................................................................................15 
QALXANVARĠ ƏTRAF VƏZ ƏMƏLĠYYATLARINDAN SONRAKI  
DÖVRDƏ AĞIRLAġMALAR................................................................................................23 
FLEBEKTOMĠYADAN SONRAKI AĞIRLAġMALAR....................................................25 
DÖġ QƏFƏSĠ; TORAKOTOMĠYA VƏ AĞ CĠYƏRLƏRDƏ APARILAN  
ƏMƏLĠYYATLARDAN SONRAKI DÖVR AĞIRLAġMALAR.......................................34 
ÜRƏK ƏMƏLĠYYATLARINDAN SONRAKI DÖVRDƏ AĞIRLAġMALAR............... 43 
ABDOMINAL ƏMƏLIYYATLARDAN SONRAKI AĞIRLAġMALAR..........................59 
ÖD YOLLARI ƏMƏLĠYYATLARINDAN SONRAKI DÖVRDƏ AĞIRLAġMALAR.. 72 
QARACĠYƏRDƏ APARILAN ƏMƏLĠYYATLARDAN SONRAKI  
DÖVRDƏ AĞIRLAġMALAR ................................................................................................ 86 
KĠÇĠK ĠNVAZĠV ƏMƏLĠYYATLARDAN SONRAKI DÖVRDƏ AĞIRLAġMALAR....89 
ENDOSKOPĠK ƏMƏLĠYYATLARDAN SONRAKI DÖVRDƏ AĞIRLAġMALAR...... 89 
LAPAROSKOPĠK ƏMƏLĠYYATLARDAN SONRAKI DÖVRDƏ AĞIRLAġMALAR. 94 
TERMĠKĠ YANIQLAR ZAMANI APARILAN CƏRRAHĠ ƏMƏLĠYYATLAR  
VƏ SONRAKI AĞIRLAġMALAR......................................................................................... 99 
SĠTUASĠON TAPġIRIQ VƏ TESTLƏR................................................................................113 
ƏDƏBĠYYAT SĠYAHISI..........................................................................................................118 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
Amerika BirləĢmiĢ ġtatlarında ölümn səbəbləri  
sırasında üçüncü yeri həkimlərin xətaları tutur. 
 
                                                         Ümumdünya səhiyyə təşkilatı 
 
 
ÖN SÖZ  
 
Hər  bir  cərrahi  əməliyyatın  səmərəsi  onun  müvəffəqiyyətli  sonluğu, 
xəstələrin tam sağalıb normal həyata qovuşması ilə ölçülür. Fəsadsız keçən hər bir 
əməliyyat insanlarda pis təəsürat yaratmır, sonrakı dövrdə ya əsas xəstəlik, və ya 
keçirilən  cərrahi  əməliyyatın  yaratdığı  ağırlaşmalar  qalmaqda  davam  etdikdə 
onların  həlli  tələbi  yaranır.  İcra  mexanizmi  nə  qədər  təkmilləşsə  də  və  yeni-yeni 
texniki  avadanlıqların  hesabına  icrası  asanlaşsa  da,  cərrahi  əməliyyat  yenə  də 
özündən sonra da xoşagəlməz izlər buraxmaqdadır. Cərrahi əməliyyatdan sonrakı 
ağırlaşmalarla  üzləşən  hər  bir  cərrah  bu  problemin  nə  qədər  çətin  həll  oluna 
bilinməsi  və  mürəkkəbliyi  ilə  seçilməsindən  xəbərdardır.  Əməliyyatdan  sonrakı 
ağırlaşmanın  müalicəsi  cərrahi  əməliyyata  qoşulan  həkim  briqadası  qarşısında 
həmişə çətin problemlər qoyur. 
İnsanların səhhətinin qorunması Ümumdünya Səhiyyə Təşkilatı və ayrı-ayrı 
ölkələrin  səhiyyə  qurumlarının  fəaliyyəni  tənzimləyən  qanunlar  və  təlimatlar 
əsasında  icra  olunur.  Həmçinin  xəstəliklərin  ləğv  edilməsi  və  insanların 
sağlamlığının  bərpası  artıq  maliyyə  sərfiyyatı  qaydaları    əsasında  aparılır.  Bu 
baxımdan da əməliyyatlardan sonrakı ağırlaşmalar arzuolunmazdır.  
Cərrahi əməliyyatlardan sonrakı ağırlaşmalar ayrı-ayrı orqan və sistemlərdə 
özünəməxsus  gedişli  olur,  biruzə  verilmə  forması  müxtəlif  və  mürəkkəbdir, 
diaqnostika  və  aradan  qaldırılması  yolları  fərqli  xüsusiyyət  təşkil  edir.  Bu  barədə 
dərsliklərdə,  monoqrafiya  və  digər  tibbi  mənbələrdə  olan  məlumatlar  səpkili 
şəkildədir.  Praktiki  işlərə  aid  əsas  müddəalar  hələ  də  sistem  şəklində 
işlənməmişdir,  Tibb  Universitetinin  tələbələri,  rezidentlər  və  praktiki  cərrahlar, 
hətta  tədris  işi  ilə  məşğul  olan  müəllimlər  üçün  gərəkli  olan  dərs  vəsaitinin 



 
hazırlanıb ortaya çıxması vacibliyi bu günün tələbi sayıla bilər. Tərtib edilən kitab 
həmçinin  məhkəmə  tibbi  ekspertizası  baxımından  ağırlaşmanın  baş  verməsinin 
səbəbləri,  ilkin  əməliyyat  zamanı  həkimlərin  buraxdığı  səhvlər,  və  yol  verilən 
xətalar 
təkrar 
əməliyyat  və  müalicənin  aparılmasında  yarıtmazlığın 
qiymətləndirilməsi baxımından önəmli vəsait mənbəyi statusunu daşıya bilər. 
Müasir  şəraitdə  vətən  cərrahları  ilə  digər  ölkələrdə  fəaliyyət  göstərən 
mütəxəssislər  arasında  geniş  iş  birliyinin  yaranması,  bu  istiqamətdə 
mütəxəssislərin, tədris proqramlarında qaydaların yeniləşmə tələbi və buna uyğun 
vəsaitlərin  işlənib  hazırlanması  vacibliyi  yaranır.  Mövcud  dərslik  və  vəsaitlərdə 
ayrı-ayrı  problem  və  patologiyalar  geniş  şərh  edilsə  də,  cərrahi  əməliyyatlardan 
sonrakı ağırlaşmalar barəsində qeyd olunan məqam və məlumatlar yetərincə deyil, 
bu problemlərin sistemləşdirilməsi və vahid bir təlimat şəklinə salınmasına böyük 
ehtiyyac duyulur. Müasir tələblərə uyğun şəkildə, həmçinin alqoritm cədvəlləri və 
situasion  tapşırıqlarla  (test  sualları)  zənginləşdirilərək  hazırlanıb  həkimlərin 
sərəncamına verilən tədris vəsaiti bu işdə onlar üçün qaranlıqda parlaq məşəli əvəz 
edəcəyinə  inanırıq.  Tələbələr,  rezidentlər  və  tədris  işçiləri  kitabdan  lazımı 
səviyyədə  yararlanarlarsa  özümüzü  çox  xoşbəxt  sayarıq.  Diqqət,  arzu  və 
iradlarınıza görə əvvəlcədən minnətdarlığımızı bildiririk. 
 
Müəlliflər
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə