Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   10   11   12   13   14   15   16   17   ...   45

42 
 
olunan vəziyyətdir. Süni qan dövranı, anesteziya və kardiohimayəçi üsulların daimi 
təkmilləşməsinə  baxmayaraq  açıq  ürəkdə  aparılan  operasiyalardan  sonrakı  kəskin 
ürək çatmazlığının tezliyi 3,6-15,4% təşkil edir.  
V.J.Burakovskinin  və  həmmüəl.(1972)  tərtibatına  görə  ürək  çatmazlığını 
aşağıdakı parametrlərə görə ayırd edirlər: 
-
 
Səbəb – tədqiqat əlaqələrinə görə; 
-
 
Inkişaf sürətinə - ildırımvari, tez və ləng proqressivləşən
-
 
Kompensə  dərəcəsi  və  gedişinin  ağırlığı  -  kompensə  olunan  və 
dekompensə olunan (I və II dərəcə). 
Kəskin ürək çatmazlığının əsas patogenetik faktorlarını iki qrupa bölmək olar 
– kardial və ekstrakardial.  
Kardial faktorlar: 
Əməliyyat zamanı ürək toxumasında zədələnmə 
a)
 
miokardın 
b)
 
koronar arteriyaların 
c)
 
klapan aparatının  
d)
 
keçirici sistemin başlanğıcda miokardın zəifliyi, qüsur və ya  
kardiohimayəçinin uyğyn gəlməyən bərpası. 
Əməliyyatın  əsas  mərhələsi  icra  olunarkən  baş  verən  miokard  işemiyası 
kardiositlərdə  kalsumun  hüceyrə  daxili  mübadiləsinin  pozulmasına  gətirib  çıxarır. 
Ardınca  bu  proses  tac  damarların  endotelinin  reperfuziyalı  pozğunluğu  ilə 
dərinləşir.  Nəticədə  təkcə  miokardın  bağlılıq  fəaliyyəti  deyil,  həm  də  onun 
―komplayks‖–i  da  əziyyət  çəkir.  Qeyd  edilən  patofizioloji  dəyişikliklər  özünə 
məxsus dairənin inkişafına səbəb olur; ürək atımının  aşağı düşməsi tac damarların 
perfuziya təzyiqinin azalmasına gətirib çıxarır; bu isə öz növbəsində ürəyin nəbz  + 
vurğusu qabiliyyətini daha çox aşağı salır.  
 
Zəif ürək atımının ekstrakardial mənbəəli səbəblərinə aiddir: 
-
 
uyğun olmayan əvvəlcə - və ya sonrakı yüklənmə  
a)
 
elektrolit balansının pozulması 


43 
 
b)
 
tənəffüsün fəaliyyətləri 
-
 
böyrəküstü vəzlər 
a)
 
ürəyin tamponadası. 
Ürək  çatmazlığının  ildırımvari  forması,  bir  qayda  olaraq,  bir  başa  əməliyyat 
stolunda  inkişaf  edir  və  hər  şeydən  əvvəl,  kobud  cərrahi  defektlə  bağlıdır.  Bu  da 
dərman  preparatları  və  ya  köməkçi  qan  dövran  ilə  ürək  fəaliyyətinin  lazımı 
səviyyəyə qədər bərpasına vaxt itirmədən cərrahi defektlərin axtarılması və tezliklə 
aradan qaldırılması üçün həlledici hərəkət tələb edir. Proqressivləşən formalı ürək 
çatmazlığı  da  cərrahi  səhvlərlə  və  ya  miokardın  uzun  müddətli  işemiyası  
səbəbindən yarıtmaz müdafiəsi ilə bağlıdır, ancaq onun inkişafı tədricən baş verir. 
Bu,  səbəbin  aydınlaşdırılması  və  müalicə  taktikasının  təyin  edilməsi  üçün 
diaqnostik tədbirlərin aparılmasına imkan verir. Kompensə olunan ürək çatmazlığı 
əməliyyat zamanı və əməliyyatdan sonrakı erkən dövrdə zəif şəkildə əks olunur və 
spesifik terapiya tələb etmir. Dekompensə olunan I dərəcəli kəskin ürək çatmazlığı 
bərpa olunması üçün dərman preparatları ilə tələb etdiyi halda, dekompensə olunan 
II  dərəcəli  ürək  çatmazlığının  müalicəsi  köməkçi  qan  dövranı  kimi  üsullarından 
istifadə etmədən mümkün olmur. 
Aşağı səviyyəli ürək atımı  sindromunun inkişaf prosesi sürətlə olur və tez-tez 
qaçılmaz  nəticəyə  gətirib  çıxarır,  ancaq  vaxtında  ürək  atımının  uyğun  şəkildə 
dəstəklənməsi,  yönəldilən  tədbirlərin  həyata  keçirilməsi  onu  geriyə  dönən  edə 
bilər. Bu iki üsulun tətbiq edilməsi yolu ilə mümkün ola bilər: 
-
 
vazopressor- ketaxolaminlər kombinasiyasından istifadə etməklə dərman 
müalicəsi; 
-
 
periferik vazodilatatorlar; 
-
 
qan dövranını dəstəkləyən mexaniki vasitələr. 
Hal-hazırki  mövcud  ürək  çatmazlığının  müalicəsinə  yanaşma  ürək-damar 
sisteminin 4 şöbəsinə eyni (birdən) vaxtda təsir göstərilməsindən irəli gəlir. 
Dərman  preparatları  ilə  müalicənin  prinsipləri  onunla  bağlıdır  ki,  istifadə 
olunan  preparatlar  birbaşa  inotrop  təsirə  malikdir  (ürək  qlükozidləri  və 
adrenotənzimləyicilər).  Damar  tonusunun  tənzimlənməsi  (yükdən  əvvəl  və  sonra) 


44 
 
ürəyi həm sağ (adenozin, nitroqliserin, izoket), həm də sol (hidrolizin, nitroprusid 
Na) şöbələrində miokarda düşən  yükünü azaltma  qabiliyyəti olan və həmçinin  £  
və ß stimulyatorları (mezaton, noradrenalin) tətbiq edilməklə həyata keçirilir. 
Periferik 
vazodilatatorlar 
və 
beta-adrenotənzimləyicilərin 
səriştəli 
müştərəkliyi  bir  çox  hallarda  ürək  atımının  artması,  hemodinamikanın 
stabilləşməsi  və  toxumaların  perfusiyasının  yaxşılaşmasına  imkan  verir.  Ancaq 
belə  effekt  bütün  xəstələrdə  mümkün  olmur.  Bundan    əlavə,  alfa  və  beta 
adrenostimulyatorların  terapevtik  dozası  (adrenalin  –  1  mkq/kq,  dofamin  15 
mkq/kq-mından  yüksək)  artdıqda  onların  toksiki  təsiri  müşahidə  olunur.  Xüsusən 
ekstremal vəziyyətdə ürək qlükozidlərinin tətbiqi də arzu olunan effekti tez vermir. 
Preparatların  yeni  sinifinin  ortaya  çıxması  (fosfodiesterazanın  inhibitoru-
milrinon),  bununla  yanaşı  həm  müsbət  inotrop  təsirə,  həm  də  miokardın 
vəziyyətini  normallaşdırmaqla  ürək  çatmazlığının  dərman  preparatları  ilə 
müalicəsinin  effektliliyinin  nəzərə  çarpan  dərəcədə  yüksəlməsinə  imkan  verir. 
Milrinonun istifadə olunması ürək atımının artmasına gətirib çıxarır, bundan əlavə 
güclü  damar  genişləndirici  təsiri  eyni  zamanda  mikrosirkulyasiyanı  birbaşa 
yaxşılaşdırır  və  ürəyin  mədəciyinin  əvvəl  və  sonrakı  yükünü  azaldır.  Preparatın 
belə  kompleks  təsiri  kəskin  ürək  çatmazlığının  inkişafı  olduğu  ən  çox  hallarda 
qapalı  dövranı  parçalayır.  Bununla  yanaşı  Milrinonun  yeridilməsinin  başlangıc 
dövründə  onun  damar  genişləndirici  təsirini  tənzimləmək  məqsədi  ilə  çox  da 
olmayan müddət (2-4 saat) noradrenalindən istifadə etmək vacibdir.  
Süni  qan  dövranı  metodları  içərisində  önəmli  yer  kontrpulsasiyaya  verilir, 
belə  ki,  digər  yardımçı  qan  dövranı  metodları  çox  travmatikdir  və  tez-tez  ağır 
dərəcəli  ürək  çatmazlığında  sonradan  ürək  transplantasiyasına  ―körpü‖  kimi 
istifadə  olunur.  Digər  tərəfdən  kontrpulsasiya  kəskin  ürək  çatmazlığı  olan 
xəstələrdə  ürək  qüsurlarının  bərpasından  sonra  ürəyin  işemik  xəstəliyi  olan 
xəstələrə  nisbətən  (miokardın  revaskulyarizasiyası  baş  verdiyinə  görə)  az 
effektlidir. 
Ürək çatmazlığının müalicəsinin müvəffəqiyyəti vaxtında hemo-dinamikanın 
vəziyyəti  haqda  alınan  və  hərtərəfli  toplanan  məlumatlar,  həm  də  onun  ixtisaslı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə