Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti


Cərrahi əməliyyatdan sonrakı dövr və onun ağırlaĢmaları –



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   2   3   4   5   6   7   8   9   ...   45


 
Cərrahi əməliyyatdan sonrakı dövr və onun ağırlaĢmaları – 
cərrahi xəstəliklər. 
 
Cərrahi  əməliyyatdan  sonrakı  ağırlaşma  yeni  patoloji  vəziyyət  olmaqla 
əməliyyatdan  sonrakı  dövrün  normal  keçməsi  kimi  xarakterizə  olunmur  və  əsas 
xəstəliyin  inkişafı  və  vüsət  alması  deyildir.  Ağırlaşmaları  cərrahi  əməliyyat 
reaksiyasından fərqləndirmək vacibdir, belə ki, xəstənin orqanizminin xəstəlik və 
əməliyyat  aqressiyasına  və  narkoz  təsirinə  reaksiyası  təbii  hal  sayılır. 
Əməliyyatdan sonrakı ağırlaşmalar cərrahi əməliyyatlardan sonrakı reaksiyalardan 
fərqli olaraq müalicənin səmərəliliyini kəskin azaldır, sağalmanı ləngidir, xəstənin 
həyatını  təhlükəyə  dücar  edir.  Əməliyyatlardan  sonrakı  dövrdə  uzunmüddətli  və 
davam edən geniş əməliyyatlarda (yemək borusu xərçəngi və s.) erkən (6-10%-dən 
– 30%-dək) və gecikmiş ağırlaşmalar qeyd olunur.  
 
Cərrahi əməliyyatdan sonrakı ağırlaĢmaların  inkiĢafı üçün 6 əsas 
komponentin hər biri ayrı-ayrılıqda önəmlidir: 
1.
 
Xəstə 
2.
 
Xəstəlik 
3.
 
Əməliyyatı icra edən 
4.
 
Üsul 
5.
 
Mühit 
6.
 
Təsadüflük 
AğırlaĢmalar əsasən aĢağıdakı hallarda baĢ verə bilir: 
1.
 
Əsas xəstəlik səbəbindən inkişaf edən pozğunluqlar 
2.
 
Qonşu üzvlərin müştərək patologiyaları  
3.
 
Həyat üçün vacib sistemlərin fəaliyyətinin pozulması. 
4.
 
Əməliyyatın  icrasının  qüsurlu  olması  və  ya  yarıtmaz  üsullardan  istifadə 
edilməsi.  
 



 
Cərrahi əməliyyatdan sonrakı ağırlaĢmaların  inkiĢafına səbəb ola bilən digər 
amillər də mövcuddur: 
1.
 
Hospital infeksiyaların xüsusiyyətləri böyük əhəmiyyət kəsb edir.  
2.
 
Mövcud stasionarda xəstələrə qulluğun səviyyəsi vacibdir.  
3.
 
Bu və ya digər vəziyyətlərin profilaktika sxeminin düzgün tərtibatı və yerinə 
yetirilməsi.  
4.
 
Pəhriz siyasətin düzgün aparılması. 
5.
 
Həkim və tibb bacısı personalının  seçilməsi. 
Qeyd olunanalarla yanaşı təsadüfləri yaddan çıxarmaq və  onlara, ola bilsin 
ki, zərurət şəklində baş versin, əhəmiyyət verməmək olmaz. Hər bir uzun müddətli 
təcrübə  keçmiş  və  praktiki  cərrahiyyə  ilə  məşğul  olmuş.    cərrahın  gözlənilməyən 
və  heyrətedici  şəkildə  təzahür  edən  ağırlaşmalar  yaddaşından  silinmir.  Belə 
ağırlaşmalar  ayrı-ayrı  xəstələrə  rahatlıq  verməyərək  üst-üstə  düşərək  bir  çox 
hallarda isə əməliyyatdan sonrakı dövrdə ölümlə nəticələnir. 
Cərrahi əməliyyatdan sonrakı ağırlaĢmaların kompleks səbəbləri: 
1.
 
Patoloji vəziyyətin xüsuyyəti 
2.
 
Homeostazın pozulması 
3.
 
Infeksiya 
4.
 
Taktiki :  
-
 
Texniki 
-
 
Təşkilati həkim səhvləri 
5.
 
Texniki təchizatın səviyyəsi 
Hər  bir  klinika  və  xəstəxanada  erkən  mərhələdə  fərqli  profilaktika  və 
adekvat müalicə aparılarkən qeyd olunanlar nəzərə alınmalıdır.  
Cərrahi əməliyyatdan sonrakı ağırlaşmalar inkişaf etməyə və residivləşməyə 
meyilli  olur  və  tez-tez  digər  ağırlaşmalara  gətirib  çıxarır.  Yüngül  cərrahi 
əməliyyatdan sonrakı ağırlaşmalar çox az rast gəlir. Çox hallarda təkrari əməliyyat 
tələb edir.  
Cərrahi əməliyyatdan sonrakı ağırlaşmaların rastgəlmə tezliyi V.İ. Struçkova 
görə,  təxminən  10%-dir,  infeksion  ağırlaşmalar    80%  təşkil  edir  (hospital 



 
infeksiya,  immun  çatmazlığı).  Təcili,  həm  də  uzunmüddətli  əməliyyatlar  zamanı 
risk  artmış  olur.  Əməliyyatın  müddəti  faktoru  irinli  ağırlaşmaların  aparıcı 
səbəblərindən biridir, travmatizm və texniki problem isə onun əsasını təşkil edir.  
Hər  bir  cərrahi  əməliyyatın  müvəffəqiyyətlə  nəticələnməsi  onun  icrasının 
texniki məqamlarından  daha çox asılıdır. Cərrahi əməliyyatın növündən asılı olan 
və ya onunla birbaşa bağlı olmayan şərtlər cərrah tərəfindən düzgün araşdırılıb və 
təcrübə  nəticəsində  bütövlükdə  mənimsənilərək  nəzərə  alındıqda  nəticə 
müvəffəqiyyətli olur.  
Texniki səhvlər: 
1.
 
Narkozun aparılmasında yaranan qüsurlar: 
a)
 
Dişin sınması, tənəffüs yoluna düşməsi 
b)
 
Şokun inkişaf etməsi 
2.
 
Uyğun olmayan kəsik (qapı) növü 
3.
 
Etibarlı olmayan hemostaz 
4.
 
Əməliyyatın travmatik aparılması 
5.
 
Qonşu üzvlərin təsadüfən, nəzərə çarpmayan zədələnməsi 
6.
 
Boşluqlu  üzvlərin  açılması  zamanı  ətraf  sahənin    məhdudlaşdırılmasının 
yetərincə olmaması 
7.
 
Yad cismin əməliyyat sahəsində qalması 
8.
 
Uyğun olmayan əməliyyat 
9.
 
Əməliyyatın icrası zamanı işıqlandırmasının yetərincə olmaması 
10.
 
Tikişlərdə qüsurlar 
11.
 
Drenləşdirmənin yetərincə olmaması 
12.
 
 Əməliyyatdan sonrakı aparılmada qüsurların olması. 
Cərrahi əməliyyatdan sonrakı ağırlaĢmaların təsnifatı: 
Cərrahi  əməliyyatdan  sonrakı  ağırlaşmalar  rast  gəlmə  dövrünə  görə2  qrupa 
bölünür.  
1.
 
Erkən                              Reanimasiya dövründə  
                                        Reanimasiyadan sonrakı dövrdə 
 



 
2.
 
GecikmiĢ                         Əməliyyat yarası sağaldığı müddət də baş verənlər 
                                                   Yaxın və uzaq gələcəkdə baş verən ağırlaşmalar 
 
Cərrahi əməliyyatdan sonrakı erkən ağırlaĢmalar 
A.
 
Reanimasiya dövründə baĢ verən ağırlaĢmalar: 
1.
 
Ürəyin dayanması, mədəciklərin fibrillyasiyası 
2.
 
Kəskin tənəffüs çatmazlığı – asfiksiya 
3.
 
Qanaxma – yaradan, boşluğa (qarın, plevra), orqandaxili 
B.
 
Reanimasiyadan sonrakı dövrdə baĢ verən ağırlaĢmalar: 
1.
 
Kəskin tənəffüs çatmazlığı – atelektaz, pnevmatoraks 
2.
 
Ürəyin dayanması – azan sinirin blokadası 
3.
 
Qanaxma – boşluqlara 
 
Cərrahi əməliyyatdan sonrakı gecikmiĢ dövrdəki ağırlaĢmalar 
A.
 
Əməliyyat yarası sağaldığı müddət: 
1.
 
Yaranın irinləməsi 
2.
 
Anastomozun pozğunluğu: 
-
 
fəaliyyət 
-
 
üzvü 
3.
 
Tikişlərin çatmazlığı 
4.
 
Bitişmə mənşəli keçməzlik 
5.
 
Boşluqlu üzvlərin fistulası 
6.
 
Damarların trombozu, emboliyası 
7.
 
Bağırsaq parezi  
8.
 
Kəskin böyrək çatmazlığı 
9.
 
Eventrasiya  
B.
 
Yaxın və uzaq gələcəkdə baĢ verən ağırlaĢmalar: 
1.
 
Anastomozun pozğunluğu: 
-
 
Üzvü 
2.
 
Bitişmə mənşəli keçməzlik 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə