Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   2   3   4   5   6   7   8   9   ...   45


 
3.
 
Xroniki böyrək-qaraciyər çatmazlığı 
4.
 
Xroniki ürək çatmazlığı 
5.
 
Ağciyər absesi, plevranın empiyeması 
6.
 
Boşluqlu üzvlərin fistulası 
7.
 
Damarların trombozu, emboliyası 
8.
 
Pnevmoniya 
9.
 
Bağırsaq parezi 
10.
 
 Ürək çatmazlığı, aritmiya 
11.
 
 Kəskin böyrək çatmazlığı. 
 Cərrahi  əməliyyatdan  sonrakı  ağırlaşmalar  yeni  əmələ  gəlmiş  patoloji 
vəziyyət  sayılmalıdır,  onlar  əsas  xəstəliyin  davamı  deyildir  və  əməliyyatdan 
sonrakı dövrün normal keçməsi kimi xarakterizə olunmamalıdır.  
 
InkiĢaf mexanizminə görə ağırlaĢmaların aĢağıdakı qrupları ayırd edilir: 
-
 
Cərrahi əməliyyat aparılması və ya digər müalicə üsullar (stranqulyasion 
bağırsaq keçməməzliyi) ilə bağlı 
-
 
Əsas  xəstəliyin  yaratdığı  yerli  və  ümumi  pozğunluqlarla  bağlı 
(eventrasiya,  piosalpings,  peritonit  və  s.  zamanı  baş  verən  nekroz 
nəticəsində  irinli-iltibabi  vəziyyətin  əmələ  gəlməsi  ilə  inkişaf  edən 
metabolik pozğunluqlarla bağlı) 
-
 
Həyati  vacib  üzv  və  sistemlərin  fəaliyyətində  baş  verən  ağır 
pozğunluqlarla (ürək-damar çatmazlığı zamanı ağciyər ödemi, ağciyərin 
xroniki patologiyası zamanı pnevmoniya və s.) bağlı.  
-
 
Yatrogen  irinli-iltihabi  ağırlaşmalar  (təmiz  planlı  əməliyyat  zamanı 
aseptika-antiseptikanın  pozulması  -  əməliyyat  yarasının  irinləməsi, 
peritonit və s.)  ilə bağlı 
-
 
Əməliyyatın  keyfiyyətinin  qənaətbəxş  olmaması  (boşluğa  qanaxma, 
daxildə yad cismin qalması) ilə bağlı. 
 
 



 
Digər təsnifatlar da mövcuddur.  
Ağırlıq dərəcəsinə görə: 
A)
 
yüngül - əməliyyat yarasının tikişlərinin hissəvi aralanması 
B)
 
ağır – qarın, döş boşluğu, plevraya qanaxma, eventrasiya 
C)
 
orta ağır dərəcəli – bronxit, bağırsaq parezi 
-
 
davam etməsinə görə 
-
 
nəticəsinə görə 
-
 
baş vermə müddətinə görə 
a)
 
erkən 
b)
 
gecikmiş 
Qeyd olunan bölgülərin nisbi xarakter daşıdığı onunla izah olunur ki, xüsusi 
ilə  ağırlıq  dərəcəsinə  görə,  əməliyyatdan  sonrakı  dövrdə  inkişaf  edən  infeksion 
abses ölümə, eventrasiyadan sonrakı əməliyyat isə sağalmaya gətirib çıxarır.  
 
Cərrahi  əməliyyatdan  sonrakı  ağırlaĢmaların  səbəbləri  aĢağıdakı 
qruplarda formalaĢır: 
-
 
xəstə səbəbindən (başlanğıcda yüksək risklərin olması) 
-
 
təşkilati  (kadrların  düzgün  seçilməməsi,  aseptika,  antiseptikanın 
pozulması) 
-
 
əməliyyatın texniki icrası ilə bağlı. 
 
Cərrahların  səhvi  üzvündən  baĢ  verən  ağırlaĢmalar  az  deyil  və 
aĢağıdakı qruplara bölünür: 
-
 
diaqnostik  (diaqnostikada  yol  verilən  səhvlər  əməliyyatın  hansı 
müddətdən sonra icraya başlanması və taktikasını dəyişir) 
-
 
təşkilati ( həkimlərin səriştəliyinin düzgün qiymətləndirilməməsi) 
-
 
texniki (aşağı dərəcəli sənətkarlıq) 
-
 
taktiki  (əməliyyatın  baş  verə  biləcək  bütün  gəzən,  aydın  olan 
ağırlaşmalarının proqnozlaşdırıla bilinməməsi). 


10 
 
-
 
hər  bir  ağırlaşma  bütün  mövqelər  baxımından,  xüsusi  ilə  də  baş  vermə 
səbəbləri (obyektiv və subyektiv) nəzərə alınmaqla qiymətləndirilməlidir. 
 
Diaqnostika. 
Cərrahi  əməliyyatdan  sonrakı  ağırlaşmaların  diaqnostikası  homeostazın 
göstəricilərinin  əməliyyatdan  sonrakı  normal  gedişlə  müqayisədə  hansı  patoloji 
dəyişikliklərin  aydınlaşdırılmasına  əsaslanır.  Hər  bir  ağırlaşmada  spesifik 
simptomlar xarakterik olsa da, bir sıra ümumi əlamətlər mövcuddur.  
Bunlara aiddir:  
-
 
Ümumi vəziyyətinin pisləşməsi 
-
 
Narahatlıq 
-
 
Dəri örtüklərini avazıması 
-
 
Gözlərdə təlaş 
-
 
Depressiya və s. 
Əməliyyatdan 3-4 gün sonra yüksək hərarət, üşütmə, diurezin azalması, irinli-
iltihabi xəstəlik, ürəkbulanma, qusma, qarında köp, arterial təzyiqin aşağı düşməsi, 
yelin  xaric  olmaması  və  defekasiya  aktının  ləngiməsi  –  mədə-bağırsaq  sistemi 
üçün xarakterikdir. 
Bir və ya bir neçə normadan kənar simptomların ortaya çıxması əməliyyatdan 
sonrakı  dövrün  düzgün  keçməməsinə  əsaslanır  və  bu  hal  əlavə  diaqnostik 
sınaqların  aparılmasına  əsas  verir.  Belə  vəziyyətdə  passiv  gözləmə  və  müşahidə 
taktikası köbud taktiki səhvin olmasını göstərir. 
Muayinə:  Cərrahi  əməliyyatdan  sonrakı  ağırlaşmalarına  şübhə  olduğu  halda 
xəstələrin  müayinəsi  zamanı  metodoloji  olaraq  aşağıdakı  ardıcıllığa  riayət  etmək 
lazımdır.  
Əvvəlcə  şikayətlər  öyrənilir,  sonra  ümumi  baxış  aparılır,  üzv  və  sistemlərin 
fəaliyyətinin  vəziyyəti  qiymətləndirilir,  xüsusi  cərrahi  müayinələr,  əməliyyatdan 
sonrakı yaranın diqqətli təftişi aparılır.  


11 
 
Bunların  ardınca,  laborator  müayinə  metodlarından  başqa,  ağırlaşmaların 
diaqnostikasında  USM,  rentgenoloji  üsullar,  KT,  boşluqların  punksiyası  tətbiq 
oluna bilər. Əməliyyatdan sonrakı ağırlaşmaların diaqnostikasının bütün hallarında 
müxtəlif  ixtisaslı  mütəxəssislərin  (ginekoloq,  uroloq,  infeksionist  və  b.) 
köməyindən istifadə etmək lazımdır. 
Əməliyyatdan  sonrakı  ağırlaşmaların  profilaktika  proqramı  bu  göstəricilərin 
analizi əsasında qurulur və növbəti dövr üçün göstəricilər qiymətləndirilir.  
 
Əməliyyatdan sonrakı ağırlaĢmalarının profilaktikasının ümumi prinsiplərinə 
aiddir:  
-
 
Hospital və cərrahi infeksiyalarla mübarizə proqramını kompleks şəkildə 
həyata keçirilməsi 
-
 
Tromboemboliya ağırlaşmalarının qarşısının alınması tədbirlərinin həyata 
keçirilməsi 
-
 
Taktiki və texniki səhvlərin cərrahlar tərəfindən buraxılmasının qarşısını 
almaq üçün tədbirlərin təşkili 
-
 
Klinik kafedraların elmi-praktiki köməyi və təkmilləşdirilmiş yardımının 
istifadəsi 
-
 
Ümumi  tibbi  qulluqla  yanaşı  yekdil  (təlimat  üzrə)  cərrahi  yardımın 
olması. 
Əməliyyatdan sonrakı ağırlaşmaların profilaktikası müstəvisində ―gizli‖ və ya 
aydın  klinik  gedişli  ürək  çatmazlığının  diqqət  mərkəzində  saxlanılması  vacibdir. 
Əməliyyatdan  sonrakı  ilkin  saatlarında    kəskin  ürək  çatmazlığının  inkişaf  etməsi 
sistolik arterial təzyiqin düşməsi ilə ifadə olunur. Bununla yanaşı diastolik təzyiqin 
aydın  şəkildə  düşməsi  damar  çatmazlığının  qoşulmasını  sübüt  etmiş  olur. 
Təngənəfəslik,  taxikardiya,  diurezin  azalması  əməliyyatdan  sonrakı  ürək 
çatmazlığının  adi  əməliyyatdan  sonrakı  dövrdə  olan  göstəricilərin  artırmasına 
səbəb  olur.  Belə  klinik  simptomatikada,  bir  qayda  olaraq,  ürəyin  həcmi  və  vurğu 
enməsi  yer  alır,  KDD  mədəcikdə  artmağa,  qulaqcıqda  təzyiq  orta  səviyyəyə 
düşməsinə, oksigenə tələbat, arteriovenoz fərqliliyin dərinləşməsinə görə  (qarışıq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə