Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   2   3   4   5   6   7   8   9   ...   45

12 
 
venoz  qanla  zənginləşmənin  aşağı  düşməsi  hesabına)  qanda  süd  turşusunun 
miqdarının  artması  baş  verir.  Arterial  təzyiqin  düşməsi,  mərkəzi  venoz  təzyiqin 
qalxması,  taxikardiya,  ürək  və  divararlığının  kölgəsinin  genişlənməsi  ürək 
kamerasına təzyiqin kənardan – perikard və ya divararalığına qan, maye yığılması 
ilə bağlı ürəyin tamponadasına dəlalət etmiş olur.  
 Cərrahi  əməliyyatdan  sonrakı  erkən  ağırlaĢmalarında  qan  dövranı 
çatmazlığının profilaktikası aĢağıdakı prinsipləri əsas tutur. 
1.
 
Əməliyyata tolerantlıq. Anesteziologiyanın prinsipləri. 
2.
 
Ümumi anesteziya. Ümumi anesteziyanın komponentləri.  
3.
 
Anesteziologiyada  mübadilə  proseslərinin  tənzimlənməsi.  Əməliyyata  və 
narkoza hazırlıq. 
4.
 
Əməliyyatönü premedikasiya. Premedikasiyanın komponentləri.  
5.
 
Əməliyyatdan öncə iş yerinin hazırlanması. Giriş narkozunun dövrləri.  
6.
 
Anesteziya dövrlərinin saxlanılması. Narkozdan çıxma dövrü. 
7.
 
Əməliyyatdan sonrakı qulluq. Əməliyyatdan sonrakı dövrdə reanimasiya. 
8.
 
Əməliyyatdan sonrakı ağırlaşmalar. Kəskin qan dövranı çatmazlığı.  
9.
 
Qan  dövranı  çatmazlığının  müalicəsi.  Qan  dövranı  çatmazlığının 
profilaktikası.  
10.
 
Qan dövranının qəfləti dayanması. 
 
Hemodinamikanın pozulması 
 
Ağır  travmatik  əməliyyatdan  sonra  kəskin  ürək-damar  çatmamazığı, 
hipertonik  kriz  baş  verə  bilər.  Qan-damar  sisteminin  vəziyyəti  haqqında  nəbzin 
tezləşməsi,  arterial  təzyiqin  səviyyəsinə  əsasən  qiymət  verilir.  Kəskin  ürək-qan 
damar  çatmazlığı  uzun  müddətli  ağır  əməliyyatdan  sonra  inkişaf  edir,  o  halda  ki, 
əməliyyatın  sonunda  qan  itgisi  bərpa  oluna  bilmir  və  ya  hipoksiya  aradan 
qaldırılmamış qalır. Belə xəstələrdə taxikardiya, arterial və venoz təzyiqin enməsi 
qeyd  olunur,  dəri  örtüyü  avazımış,  soyuq  tərlə  örtülü,  narkozdan  ləng  ayılma, 
şüurun  alaqaranlıq  və  ya  oyanıq  olması  baş  verir.  Hipovolemiya  zamanı  qan 


13 
 
itgisini  ifadə  edən  patoloji  vəziyyət  hemodinamik  təsiri  artıran  preparatlar  və  qan 
ilə  bərpa  edilir,  strofantin,  prednizolon  yeridilir.  Ağciyər  ödemi  fonunda  kəskin 
ürək-damar  çatmazlığı  narahatlıq,  təngənəfəslik  ilə  biruzə  verilir.  Tezliklə  sekili 
qişa və ətraflarda sianoz artır. Ağciyərlərdə yaş xırıltılar eşidilir, taxikardiya qeyd 
olunur,  arterial  təzyiq  isə  normal  vəziyyətdə  qala  bilər.  Bəzən  sağ  mədəcik 
çatmazlığında ağciyər ödemi ildırım sürəti ilə inkişaf edə  bilər. Ümumi halda isə 
ağciyər  ödemi  ləng  inkişaf  edir.  Müalicə  məqsədi  ilə  ürəyə  qan  axınını  azaltmaq 
üçün aşağı və yuxarı ətraflarda turne qoyulur, oksigenlə qarışıq spirtli inqalyasiya 
aparılır.  Ağır  hallarda  traxeostomiya  vacibdir,  bəlğəm  sorulur  və  STA  (süni 
tənəffüs aparatı) qoşulur.  
Əməliyyatdan sonrakı miokard infarktı 
Ağır əməliyyatdan sonra ağrısız atipik gedişli miokard infarktı baş verə bilər 
ki,  bu  da  hərəki  oyanıqlıq,  hallyusinasiya,  taxikardiya  ilə  keçir.  Diaqnozu  EKQ 
göstəriciləri təstiqləyir.  
Müalicə proqramına aiddir: 
1.
 
Ağrı tutmalarının aradan qaldırılması 
2.
 
Ürək-damar çatmazlığının aradan qaldırılması 
3.
 
Ritm pozğunluğunun ləğv edilməsi 
4.
 
Miokardin  həddindən  artıq  gərginliyinin  və  trombb  əmələgəlməsinin 
qarşısının alınması 
Bu halda miokard infarktı olan xəstələr terapevt və cərrahın nəzarətində olur.  
Cərrahi  əməliyyatdan  sonrakı  irinli-iltihabi  ağırlaşmaların  risk  faktorlarına 
əməliyyatda  keyfiyyətsiz  tikiş  materiallarının  istifadəsi  xüsusi  yer  tutur.  Əfsuslar 
olsun ki, yaranın gedişi və sağalmasına  mənfi təsir etməsi aydın olsa da, ipək və 
ketqutlar,  əvvəki  kimi  obyektiv  və  subyektiv  səbəblər  üzündən  geniş  istifadə 
olunmaqdadır.  Tikiş  materialları  kimi  polimerlər  daha  az  neqativ  xüsusiyyətlərə 
malikdir.  Optimal  tikiş  materialı  deksan,  vikril,  lavsan,  neylon,  teflon,  kapron, 
ftorlon, arlon sayılır. Toxumaların birşəşdirilməsində praktikada digər vasitələrdən 
(sianatkrilat tibbi yapışqan, kollagen, silikon və s. materialları) də istifadə olunur.  
 


14 
 
Qalxanvari vəz – tireoid əməliyyatlarından sonrakı dövrdə 
ağırlaĢmalar. 
 
Qalxanvari  vəz  əməliyyatlarından  sonrakı  dövr  əksər  hallarda  qənaətbəxş 
keçsə də, az hallarda olsa belə ağırlaşmalar müşahidə olunur və bunlar da qəflətən 
gəlməklə sürətlə inkişaf edərək əməliyyat keçirmiş xəstənin həyatını təhlükəyə atır. 
Əməliyyatdan sonrakı ağırlaşmalardan xüsusi yer tutanları: 
-
 
ikincili qanaxma 
-
 
tireotoksik kriz 
-
 
tetaniya (qıcolma, cəng xəstəliyi) 
 
1.
 
Ikincili qanaxma 
İkincili  qanaxmalar  tireoid  cərrahiyyəsində  ciddi  problemdir,  çünki  onlar 
qəflətən  asfiksiya  törədər  və  əməliyyatdan  sonrakı  birinci  saat  və  günləri  ölümə 
gətirib cıxarar. Yara sahəsində qanaxmaya şərtlər: 
-
 
Qalxanvari vəzin güclü qan dövranı ilə təhcizatı 
-
 
Qanın laxtalanma sisteminin pozulması (tireotoksikozda) 
-
 
Boyun venalarında qapaqların olmaması. 
Öskürək, gərginlik və buna bənzər digər hallarda, liqaturanın sürüşməsi və ya 
venadan  trombun  çıxıb  düşməsi  venalardan  qanaxmaya  səbəb  olur.  Artan 
hematoma  qalxanvari  vəz  sahəsinə  boyun  damarları,  sinirlər  və  traxeyanın 
yaratdığı  güclü  sıxıntı  ilə  bağlı  olaraq  sürətlə  yayılır.  Bu  hal  tənəffüs,  ürək 
fəaliyyəti  vı  xəstənin  huşunda  ağır  pozgunluqlara  gətirib  çıxarır.  Əməliyyatdan 
sonrakı qanaxmalar: 
-
 
Arterial    
 
 
 
 
     - səthi  
-
 
Venoz 
 
 
 
-
 
Kapillyar (parenximatoz) 
 
 
     - dərin  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə