Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   2   3   4   5   6   7   8   9   ...   45

15 
 
Ikincili  qanaxmaların  klinik  mənzərəsi  onların  növü,  həcmi  və  yerləşmə 
yerindən asılı olaraq dəyişgən olur. 
I. Arterial damarlardan qanaxma oduqda o çox tez inkişaf edir. Əməliyyatdan 
bilavasitə sonra operasiya sahəsi tezliklə qabarır, xəstə göyərir və bir neçə dəqiqə 
ərzində  ölümlə  nəticələnən  asfiksiyaya  düşür.  Belə  hallarda  mütləq  təcili  olaraq 
əməliyyat yarası açılır və qan axan arterial damar bağlanılır. 
II.  Əgər  hemorragiya  (qanaxma)  venoz  mənşəlidirsə  və  əməliyyat  sahəsinin 
dərinliyinə  inkişaf  etmişsə,  gərginlik  təkcə  yara  sahəsində  deyil,  həm  də  bütün 
boyunu  əhatə  edərək  onun  cizgilərini  itirir,  şişkinləşdirir.  Xəstə  əməliyyat 
sahəsində  təzyiq  və  gərginlik  hiss  edir,  özü  narahat  olur,  qıcıqlandırıcı  öskürək 
başlayır  və  dodaqların  göyərməsi  ilə  tənəffüs  çətinləşir.  Bu  simptomlar 
əməliyyatdan 2-3 saat sonra meydana çıxır və tədricən artır.  
III. Parenximatoz  qanaxmalarda  simptomlar  ləng  inkişaf  edir.  Xəstə  tədricən 
onlara  uyğunlaşır  və  buna  görə  də  xüsusi  şikayətlər  olmur.  Əməliyyatın  2-3-cü 
günü  hematoma  ilə  bağlı  qıcıqlandırıcı  öskürək  iri  damarların  birindən  trombun 
düşməsinə  səbəb  ola  bilər  ki,  onda  kəskin  asfiksiyanın  klinik  mənzərəsi  sürətlə 
inkişaf  edə  bilər.  Belə  hallarda  qan  laxtalarının  azan  sinirə  təzyiq  etməsi 
nəticəsində  reflektor  ―vaqus‖  ölümü  baş  verir.  Xəstə  qəflətən  huşunu  itirir  və 
göyərir.  Bəbəklər  genişlənir.  Tənəffüs,  nəbz  vurğusu  və  arterial  təzyiq  qeyd 
olunmur. Ürək diastolada dayanır. Klinik ölüm baş verir. 
Artan  hematoma  olduqda  ləngimədən  intubasion  narkoz  altında  yaranın 
təftişi,  qan  laxtalarının  kənar  edilməsi  və  qan  axan  damarda  hemostaz  etmək 
lazımdır.  Əgər  damarı  tapmaq  mümkün  olmasa  qalxanvari  vəzin  qanaxmalı 
sahəsini  ehtiyatla  ―Z‖-vari  tikişlə  gözəmək,  hemostatik  süngər  yerləşdirmək,  yara 
aspirasiya ilə drenləşdirmək lazımdır. Əgər yaranın təftişi yerli keyləşdirmə altında 
aparılırsa,  əvvəlcə  traxeostomiya  icra  edilir,  sonra  isə  yaradan  qan  laxtaları  xaric 
edilir  və  tam  hemostaz  həyata  keçirilir.  Əməliyyat  yarasının  təftişi  yaxşı 
topoqrafik-anatomiya oriyentiri və  mükəmməl  manipulyasiya tələb edir. Bu vacib  
şərt qayıdan sinir və qalxanvari ətraf vəzin zədələnməsinin xəbərdarlığı üçündür. 


16 
 
Əgər  söhbət  ancaq  yuxarı  və  aşağı  dəri  parçasında  yerləşən  dərialtı 
hematomadan  gedirsə,  adətən,  xəstələr  şikayət  etmirlər.  Bir  neçə  gündən  sonra 
hematoma  yumşalır  və  seromaya  çevirilir.  Lakin,  o  tez-tez  irinləyir  və  estetik 
olmayan  çapığa  şərait  yaradır.  Dünya  statistika  toplusunun  məlumatlarına  görə, 
qalxanvari  vəz  əməliyyatı  keçirən  xəstələr  içərisində  ikincili  qanaxmalar  1-4% 
hallarda rast gəlinir.  
Profilaktika 
 
1.
 
Ikincili qanaxmalardan qaçmaq üçün strumektomiya diqqətli hemostazla 
atravmatik (travmasız) və anatomik dəqiq yerinə yetirilməlidir
2.
 
Liqaturalar  ketqutla  deyil,  ipək  və  ya  sintetik  tikiş  materialları  ilə 
qoyulmalıdır; 
3.
 
Əməliyyat  yarasını  vakum  sistemi  ilə  drenə  etmək  lazımdır  ki,  sıxılma 
(kompressiya) sindromundan qorusun. 
 
Əməliyyatdan sonraki tireotoksik kriz  
 
Əməliyyatdan 
sonrakı 
tireotoksik 
kriz 
tireotoksikozlu 
xəstələrdə 
tireoidektomiya  əməliyyatından  sonrakı  xüsusi  olaraq  ağır  fəsaddır  və 
əməliyyatdan sonrakı ölümə səbəblərdən ən çox rast gəlinəndir (70%). Beynəlxalq 
səhiyyə  təşkilatının  anketinə  görə,  əməliyyatdan  sonrakı  tireotoksik  krizin 
rastgəlmə tezliyi 1,5-dən 15,0%-ə qədərdir. 
Etiopatogenez. 
Tireotoksik krizin etiopatogenezi bu gün hələ də tamamilə aydınlaşmamışdır. 
Onun  əmələ  gəlməsi  barədə  ədəbiyyatda  müxtəlif  nəzəriyyələr  vardır.  Keçmişdə 
Koxer,  O.V.Nikolayev,  Velyaminovun  nəzəriyyəsi  geniş  yayılmış  şəkildə  istifadə 
olunmuşdur. Bu nəzəriyyəyə görə tireotoksik kriz hipertiroksinemiyanın normadan 
çıxması ilə şərtlənir. Bunu həddən artıq nəzərə çarpan hipertireoid simptomatikası 
iə  keçən  klinik  mənzərə  təsdiqləyir.  Winer  və  Hindeboon  tireotoksikoz  krizi  olan 
xəstələrin  qanında  zülal  birləşmələri  yodun  araşdırılması  zamanı  onların  yüksək 


17 
 
konsentrasiyasını təyin etmişlər. Mogilniskiy, Axuinun, Molodaya və başqaları belə 
hesab edirlər ki, tireotoksik kriz tiroksinin təsiri altında veqatativ sinir sistemində 
baş verən pozğunluqlar nəticəsində baş verir. Əksinə,  Bir, Sayzpbrux, Oppel, Mış 
və  başqaları  nəzəriyyəsinə  görə  tireotoksik  kriz  rezeksiya  olunmuş  qalxanvari 
vəzdən  tiroksin  məhsullarının  az  ifraz  olunması  ilə  bağlı  olaraq  qanda  kəskin 
hipotiroksinemiya  olması  ilə  bağlıdır.  Goetsch  hesab    edir  ki,  tireotoksik  krizin 
patogenezində böyrək üstü vəzin məhsulu adrenalinin miqdarının yüksəlməsi əsas 
rol oynayır. Keminger, Piribauner, Mc Graw, Nikolayeva, Qorçakova, Angelescu, 
lyulka, 
Zaqrafski-nin 
fikirincə 
əməliyyatdan  sonrakı  tireotoksik  krizin 
başlamasının  əsas  səbəbi  və  onun  ölümlə  nəticələnməsi  böyrək  üstü  vəzin  qabıq 
maddəsinin  fəaliyyətinin  artmasıdır.  Tireotoksik  krizin  klinik  mənzərəsi 
bütövlükdə  kəskin  böyrəküstü  vəz  çatmazlığının  klinik  mənzərəsi  ilə  üst-üstə 
düşür. 
Straşimir  Yaqrovski  hesab  edir  ki,  tireotoksik  krizin  inkişafında  başlıca  rolu 
böyrəküstü  vəzin  qabıq  maddələrinin  fəaliyyətinin  çatmazlığı  və  beyin 
toxumasında  adrenalin  məhsullarının  artması  oynayır.  Böyrəküstü  vəzin  qabıq 
maddəsinin  üzülməsi  üçün  əməliyyat  və  psixi  travma  əlavə  stress  faktoru  kimi 
özünü göstərir. Böyrək üst vəzin belə qabarıq şəkildə çatmazlığı tireotoksik krizin 
inkişafına səbəb olur və onun ölümlə nəticələnməsinin əsas şərti olur. Tireotoksik 
krizdə  ölümə  səbəb  orqanizmin  adrenalinlə  zəhərlənməsi,  əvvəlcədən  anatomik 
atrofiyaya  uğramış  böyrəküstü  vəzin  qabıq  maddəsinin  sütərlə  və  ağır 
dekompensasiya  ilə  fəaliyyət  pozğunluğu  olur.  Beləliklə,  qənaətə  gəlmək  olar  ki, 
əməliyyata məhkum olmuş tireoksikozlu xəstələrdə böyrəküstü vəzin fəaliyyətinə 
xüsusi diqqət yeritmək lazımdır. 
 
Profilaktika 
 
1.
 
Bu  xəstələrdə  əvvəlcədən  böyrəküstü  vəzin  qabıq  maddəsinin  fəaliyyəti 
imkanlarını təyin etmək lazımdır; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə