Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/45
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47039
1   ...   5   6   7   8   9   10   11   12   ...   45

27 
 
iltihablaşma kimi təqdim edir. Hər şeydən əvvəl infiltrat yüksək təsirli travmaların 
olduğu və qanın toplandığı sahələrdə formalaşır (hematomanın infeksiyalaşması). 
Infiltratın müalicəsi: 
-
 
antibiotiklərlə terapiya 
-
 
iltihab və mikrob əleyhinə vasitələrin tətbiq edilməsi.. 
-
 
enzimoterapiya (vobenzim, flogenzim) 
-
 
metronidazol vena daxili və ya daxilə 
Əksər  hallarda  infiltratlar  effektli  şəkildə  sorulurlar  və  təkrarı  cərrahi 
müdaxilə  tələb  etmirlər.  Infeksion  ağırlaşmaların  profilaktikası  məqsədi  ilə 
əməliyyatdan  əvvəl  (trofiki  xoraların  irin  ərpi  ilə  örtülməsi  və  kənarında  iltihaba 
xass  olan  dəyişikliklər  olduqda),  əməliyyat  vaxtı  və  ya  əməliyyatdan  sonrakı  ilk 
sutkalarda antibiotiklər təyin edilir.  
Infiltratın geriyə inkişafı baş tutmadıqda və irinli infeksiyalaşma ya mənzərəsi 
yarandıqda ya da ona şübhə yarandıqa tikişlər ya seyrəldilir, ya da tam götürülərək 
yaranın  açıq  şəkildə  müalicə  olunması  qərarlaşır.  Yerli  antiseptik  məhlullardan 
istifadə etməklə yara təmizlənir və iltihabın inkişafının dayandırılmasına təşəbbüs 
göstərilir. 
Limforreya,  limfosele:  Toxumalarla  əməliyyat  zamanı  kobud  davrandıqda, 
bir  qayda  olaraq,  daim  venoz  damarları  müşayət  edən  limfa  damarları  və  onların 
qovuşduğu  düyünlərin  zədələnməsi  zamanı  limfanın  sistemdən  xaric  olması 
nəticəsində  ya  yaradan  xaricə  axır  (limforerreya)  ya  da  əməliyyat  sahəsində 
yaranan  sahəyə  toplanır  (limfosele).  Adətən  qasıq  nahiyyəsində  krossektomiya  və 
perforant  venaların  baldır  nahiyyəsində  Felder  üsulu  ilə  bağlanmasından  sonra 
müşahidə  olunur.  Əməliyyatdan  əvvəl  möcud  olan  trofiki  xoralar  (dəyişikliklər) 
limfa  dövranında  pozğunluqlar;  ən  çox    limfa  hərəkətinin  ləngiməsi  yaratdığına, 
əməliyyat zamanı limfa axımından proksimal hissələrdə venoz damarlara qoyulan 
köbud  liqaturalar  limfa  durğunluğuna  səbəb  olduğundan,  limforreya  və  ya 
limfoselenin yaranma ehtimalı daha da artmış olur.  
Limforreyanın  müalicəsi  konservativ  yolla  aparılır,  limfosele  punksiya  ilə 
boşalmanı və ya yaranın açılmasını tələb edir. 


28 
 
Profilaktika: 
-
 
əməliyyat texnikasına diqqətlə riayət etmək
-
 
toxumalarla ehtiyatla davranmaq. 
Limfostaz:  Flebektomiyadan  sonra  ilk  günlərdə  qeyd  olunan  ödem,  əgər 
limfostaz mənşəli olması düşünülürsə, əməliyyatdan əvvəl mövcud idi, yoxsa yox? 
Əməliyyatdan  əvvəl  aşağı  ətraf  limfa  sistemində  baş  verən  durğunluqların 
səbəbləri: 
-
 
piodermiya (dəridə irinciklərin olması); 
-
 
qızıl yel; 
-
 
limfadenit; 
-
 
trofiki xoralar; 
-
 
kiçik çanaqda əməliyyat
-
 
cinsiyyət üzvlərinə əməliyyat. 
Limfa  axınının  pozulması  limfa  damarları  və  düyünlərində  keçiriciliyin 
pozulması  ilə  bağlıdır.  Limfa  dövranında  çatmamazlıq  çox  nadir  hallarda  rast 
gəlinən  birincili  (limfa  sisteminin  inkişaf  qüsuru)  və  qazanılma  səbəbləri  
(əməliyyat,  iltihab,  parazitar  xəstəliklər,  hematoma,  şüa  müalicəsi,  şişlərin 
metastazı)  ilə  bağlı  daha  tez-tez  rast  gəlinən  ikincili  olmaqla  iki  formada  olur.  
Iltihabi  proseslərdə,  məsələn  qızıl  yel  olduqda  limfa  damarlarında  əvvəlcə 
genişlənmə,  sonradan  deformasiya  müşahidə  olunur,  iltihabın  residivləşməsində 
isə  çapıq  toxumasına  uğramış  yaranmış  damarlar  obliterə  olunur.  Nəticədə, 
toxumanın  davamlı  ödemi  inkişaf  edir.  Limfa  axını  onkoloji  xəstələrdə  limfa 
düyünün  xaric  edilməsi,  həm  də  şüa  terapiyası  aparıldıqdan  sonra  kəskin  sürətdə 
pozulur.  Bu  zaman  təkcə  limfa  yollarının  kəsilməsi  deyil,  həm  də  limfatik 
kollateralları  çıxan  çapıq  toxumasının  da  rolu  vardır.  Kiçik  çanaq  üzvləri  və 
cinsiyyət  sistemində  əzələ  altı,  çanaq,  qasıq  limfa  düyünləri  xaric  edildikdə  limfa 
axınının pozulmasına gətirib çıxarır.  
Limfa  axınının  ilkin  pozğunluqları  limfa  damarlarında  durğunluğa  gətirib 
çıxarır,  bu  isə  onların  həddən  artıq  dolması,  genişlənməsinə,  qapaqların 
fəaliyyətində  çatmazlığa,  nəticədə  limfa  damarlarının  aşağıda  yerləşən  şöbələrinə 


29 
 
limfanın tökülməsi baş verir ki, onun durğunluğu artır, limfa damarlarında drenaj 
fəaliyyəti pozulur və toxuma ödeminin artmasına gətirib çıxarır. 
Anadangəlmə  limfa  damarları  çatmazlığı  erkən  yaşlarda  üzə  çıxır,  ən  çox  – 
cinsi yetişkənlik dövründə bud, baldır və pəncədə baş verən dəyişikliklər kosmetik 
defekt şəklində üzə çıxmaqla özünü göstərir. 
Limfatik  yolların  travmatik  zədələnməsində  ödemi  artıq  əməliyyatın  ikinci 
günü üzə çıxa bilər, o  tez artır, davamlı limfostaz isə 6-8 həftə ərzində inkişaf edir. 
Yerli iltihabi proseslərdə (əsasən qızıl yel xəstəliyində) ödem tez inkişaf edir, 
5-7 gündən sonra iltihab keçir, tədricən ödem itir, ancaq hər növbəti iltihab residivi 
ilə  limfostaz  və  ödem  artır,  fil  ayaqlılıq  formalaşır.  Fil  ayaqlılıq  həmçinin  tez-tez 
qızıl  yel  keçirmiş  xəstələrdə  özünü  doğrultmayan  və  əməliyyatın  növü  və  həcmi 
düzgün seçilmədikdə daha qabarıq və tez inkişaf edir. 
Limfa dövranı pozğunluğu və venoz mənşəli ödem differensə olunmalıdır: 
 
Limfa sistemi ödemi: 
Venoz sistemi ödemi: 
dəri solğundur, qalınlaşır, 
piqmentasiya yoxdur; 
dəri göyümtüldür, atrofiyalaşır, 
baldırın aşağı 1/3-də piqmentasiya; 
ətrafda ağrılar; 
 
ətrafda ağrılar yoxdur; 
venaların varikoz genəlməsi yox 
varikoz genəlmiş damarlar; 
anamnezin-qızıl yel xəstəliyi;   
kəskin dərin tromboflebiti; 
ödem bərkdir; 
ödem nisbətən yumşaqdır; 
barmaq izləri qalmır; 
 
barmaq izləri qalır. 
 
Diaqnostik müayinə üsullarından daha əhəmiyyətlisi limfoqrafiyadır. Limfa 
damarlarına rentgen kontrast  maddə yetirməklə damar və düyünlərin rentgenoloji 
müayinəsi aparılır. 
Qeyd  olunan  acıqlamalar  və  diaqnostik  testlərin  araşdırması  flebektomiya 
əməliyyatından  sonra  inkişaf  edə  biləcək  ağırlaşmalardan  biri  kimi  limfostazın 
inkişafının profilaktik  tədbirlərinin əsasını təşkil etmiş olur. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə