Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti “BƏYƏNİLMİŞDİR” “TƏSDİq ediRƏM”



Yüklə 167,19 Kb.
tarix26.01.2018
ölçüsü167,19 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ
BƏYƏNİLMİŞDİR” “TƏSDİQ EDİRƏM”

Azərbaycan Tibb Universitetinin Azərbaycan Tibb Universitetinin

Tədris-metodik və innovasiya Mərkəzi Metodik Komissiyasının

şöbəsinin müdiri sədri



prof.A.İ.QURBANOV ə.e.x., prof.S.C.ƏLİYEV

______________________ _______________________
15.09.2015-ci il

Protokol № ________________



ANALİTİK KIMYA

fənni üzrə
P R O Q R A M


BAKI – 2016
İPF-B07

Analitik kimya üzrə tədris proqramı

050806-Əczaçılıq


Azərbaycan Tibb Universitetinin ümumi və

toksikoloji-kimya kafedrasının müdiri, prof. Q.B.İskəndərovun

redaktəsi ilə kafedranın əməkdaşı baş müəllim İsmayılova Ş.Y.

tərəfındən tərtib edilmişdir.


Rəy verənlər: 1. Prof. Mövsümov İ.S., Azərbaycan Tibb

Universitetinin Əczaçılıq kimyası kafedrası.

2. Prof. Çıraqov F.M., Bakı Dövlət Universitetinin

Analitik kimya kafedrası.




GİRİŞ
Azərbaycan Tibb Universitetində fəaliyyət göstərən əczaçılıq fakültəsinin tələbələri üçün əsas tədris fənnlərindən biri analitik kimyadır. Həmin fakültənin II kurs tələbələri tədris ili ərzində mövcud tədris planı üzrə 32 saat mühazirə materialını dinləyir və 133 saat laboratoriya məşğələ dərsi keçirlər.

Suveren və müstəqil respublikamızda dərin nəzəri biliyə və əməli vərdişə malik gənc mütəxəssislərin yüksək səviyyədə hazırlanması məsələsinə təlabat gündən-günə artır. Əczaçılıq təhsili sistemində fundamental kimya fənnlərindən biri kimi analitik kimyanın müstəsna əhəmiyyəti vardır. Gələcəkdə ixtisas əczaçılıq fənnlərinin (əczaçılıq kimyası, toksikoloji-kimya, əczaçılıq texno-logiyası, farmakoqnoziya) tələbələr tərəfindən yaxşı mənimsənilməsi analitik kimyanın tədrisinin səviyyəsindən də asılıdır.

Fundamental fənn kimi analitik kimyanın əsas məqsədi tələbələrdə kimyəvi analizin nəzəri əsasları haqqında bilik və təcrübi vərdişlər aşılamaqdır. Proqram aşağıdakı bölmələrdən ibarətdir:

1. Giriş.

2. Analitik kimyanın nəzəri əsasları.

3. Analiz üsulları (vəsfi və miqdari analiz).

4. İnstrumental analiz üsulları.

5. Mühazirə və qrup məşğələsinin təqvim-mövzu planı.

6. Təklif olunan ədəbiyyat.


                  1. Analitik kimyanın ümumi nəzəri əsasları mühazirə materialında öz əksini tapır. Kimyəvi analiz üsullarının nəzəri əsasları protolitik nəzəriyyə nöqteyi-nəzərin- dən izah olunmalıdır. Kütlələrin təsiri qanunu və bunun əsasında izah olunan digər qanunlar, riyazi ifadələr, düsturlar və s. tələbələrə elə şəkildə çatdırıl-malıdır ki, bu tələbələrdə maddənin analitik xassəsini nəzərə almaqla müvafiq analiz üsulu seçmək üçün möhkəm nəzəri bilik yaratsın və maddəni aşkar etmək, eynilik və miqdarını müəyyən etmək üçün qəti addım atmağa zəmin yaratsın.

Vəsfi kimyəvi analiz üzrə qrup məşğələsində ionların daha vacib analitik reaksiyalarını öyrənmək və qarışığın fərdi və ardıcıl (sistematik) analiz üsullarını yerinə yetirmək tövsiyə olunur. Kationların ardıcıl analizi yalnız hər hansı bir qrup kationlarını əhatə etməklə turşuəsasi təsnifat əsasında aparılır.

Anionlara aid vəsfi reaksiyalar və analizin gedişi barium və gümüş duzlarının təsirinə əsaslanan təsnifata görə aparılır. Qrup məşğələsi hər bir tələbənin fərdi olaraq analiz üsullarını yerinə yetirməyə imkan verir.Nəzəri bilikləri və praktiki vərdişləri daha da möhkəmlətmək üçün qrup məşğələsində müvafiq bölməyə aid tələbələr məsələ həll edirlər. Bu fərdi yazılı yoxlama işi şəklində aparıla bilər.Vəsfi analiz üzrə 3 dəfə sorğu nəzərdə tutulur. Semestrin sonunda tələbələrin bilik səviyyələri məqbulla yekunlaşdırılır.

Miqdari kimyəvi analiz üzrə qrup məşğələsi əsasən qravimetriya və titrimetriya analiz üsullarını əhatə edir. Tələbələr sərbəst olaraq titrli məhlul hazırlamalı və standartlaşdırmalıdır. Analizdə tətbiq edilən məlum titrləmə və təyinat üsulu istifadə etməklə bu və ya digər maddənin analizini aparır və nəticə hesablanır. Eksperimental iş əvvəlcədən tərtib edilmiş plan üzrə һәг bir tələbəyə fərdi olaraq tapşırıla bilər. IV semestrdə tələbələrin qrup məşğələsində müvafiq bölmələrə aid məsələ həll etmələri nəzərdə tutulur. Bu, III semestrdə olduğu kimi yazılı yoxlama işi şəklində də aparıla bilər. IV semestrdə 3 dəfə sorğu nəzərdə tutulur. Qrup məşğələsinin bu cür təşkil edilməsi tələbələrin sərbəst iş aparma və mühazirə materialını mənimsəmə qabiliyyətini daha da artırır.

Proqramda IV bölmə instrumental analiz üsullarına həsr edilmişdir. Burada əczaçılıq analizi təcrübəsində geniş tətbiq edilən fiziki-kimyəvi analiz üsullarının nəzəri əsasları öz əksini tapmışdır. Əczaçılıq fakültəsinin də yeni islahata müvafiq çox pilləli təhsil sisteminə keçidi ilə əlaqədar olaraq (4 illik təhsil) əczaçı-bakalavr pilləsi üçün instrumental analiz bölməsi üzə təqvim mövzu plana təcrübi iş daxil edilməmişdir. Müvafiq avadanlığın məhdud sayda olması da buna imkan vermir. Bu sahədə təcrübi iş sayca az olan magistrantlar üçün nəzərdə tutulur.



Mühazirələr üzrə təqvim mövzu planında instrumental analiz üsullarının hamısı öz əksini tapmışdır.

Fənnin məqsədi: Əczaçılıq təhsil sistemində fundamental kimya fənnlərindən biri kimi tələbələrdə kimyəvi analizin nəzəri əsasları haqqında bilik və əməli vərdişlər aşılamaqdır. Digər tərəfdən gələcəkdə ixtisas əczaçılıq fənnlərinin – əczaçılıq kimyasının, toksikoloji kimyanın, farmakoqnoziyanın, əczaçılıq texnolo-giyasının tələbələr tərəfindən yaxşı mənimsənilməsində bünövrə yaratmaq və yardımcı olmaqdır.

Tələbə nəyi öyrənməlidir: Kimyəvi birləşmələrin vəsfi və miqdari analiz üsullarını.

Tələbə nəyə yiyələnməlidir: Maddənin vəsfi və miqdari analizini həyata keçirməyi.

Mövcud tədris planı üzrə əczaçılıq fakültəsində analitik kimya kursunun tədris edilməsinə aşağıdakı miqdarda tədris saatları ayrılır.

Tədris semesteri

Mühazirə

Qrup məşğələri

Cəmi

Attestasiya növü

III

18

72

90

imtahan

IV

14

61

75

imtahan

Ümumi:

32

133

165




PROQRAM

I. Ümumi məlumat

Analitik kimya fundamental elm kimi. Analitik kimya fənninin məqsədi, vəzifəsi və digər fənnlərlə əlaqəsi.

Kimyəvi analiz, ümumi anlayış. Kimyəvi analizin tətbiq növləri. Texniki, kənd təsərrüfatı, qida maddələri, biokimyəvi, sanitar-kimyəvi, əczaçılıq, toksikoloji, kimyəvi-toksikoloji, məhkəmə-kimyəvi analiz. Analitik xidmət və vəzifəsi. Analitik kimyanın əczaçıların hazırlanması sistemində əhəmiyyəti. Əczaçılıq analitik xidmət.

Kimyəvi analizin əsas bölmələri. Vəsfı, miqdari, quruluş və sistem analizi. Analiz növləri (kimyəvi, instrumental, bioloji). Nümunənin miqdarından asılı olaraq kimyəvi analizin təsnifı.

Analitik kimyanın qısa inkişaf tarixi. Alimlərin rolu.

II. Analitik kimyanm nəzəri əsasları.

Elektrolit məhlulları nəzəriyyəsi

Analitik reaksiyaların yerinə yetirilməsi üçün məhlullar mühit kimi. Su həlledici kimi. Qüvvətli elektrolit nəzəriyyəsinin əsas müddəaları. İonların fəal və ümumi qatılığı. Məhlulun ion qüvvəsi, ionların fəallıq əmsalı, bunlar arasında asılılıq.



Kütlələrin təsiri qanunu və tətbiqi

Kimyəvi reaksiyaların sürəti. Sürət sabiti. Dönər kimyəvi reaksiyalar. Müxtəlif tarazlıq növlərində tarazlıq sabiti. Kütlələrin təsiri qanunu və riyazi ifadəsi.

Tarazlıq sabitlərinin növləri: konsentrasion və termodinamiki, onların ifadəsi və qarşılıqlı əlaqəsi. Yaranma (əmələ gəlmə), ionlaşma (parçalanma) sabitləri, ümumi və mərhələli tarazlıq sabitləri, qarşılıqlı əlaqəsi. Tarazlıq sabit- lərinin analizdə əhəmiyyəti.
Turşu-əsasi tarazlıq

Turşu və əsasların protolitik nəzəriyyəsi. Bu sahədə müxtəlif alimlərin fəaliyyəti və nəzəriyyənin inkişaf etdirilməsi. Analitik kimyada istifadə edilən turşu-əsasi reaksiyaların növləri. İonlaşma, neytrallaşma, hidroliz. Suda proto-litik tarazlıq. Suyun ion hasili. Hidrogen göstəricisi (pH). Hidroksid göstəricisi (pOH). Onların riyazi ifadəsi. pH şkalası. Zəif elektrolitlərin qüvvəsinin səciyyəsi. Turşuluq sabiti, əsaslıq sabiti, protonlaşma sabiti. Onların riyazi ifadələri. Qüvvətli və zəif elektrolitlərin məhlulunda pH və pOH-ın hesablanması.



Duzların sulu məhlulunda protolitik tarazlıq. Hidroliz dərscəsi və sabiti. Hidrolizə uğrayan müxtəlif duz məhlullarının pH-nın hesablanması. Analizdə hidrolizin istifadə edilməsi.

Bufer sistemlərində protolitik tarazlıq. Bufer məhlulların növləri və təsir mexanizmi. Bufer həcmi və hesablanması. Bufer məhlulların pH-ı və onun hesablanması. Bufer məhlullarının analizdə tətbiqi.

«Çöküntü-məhlul» sistemində heterogen tarazlıq

Maddənin suda həll olması. Çöküntünün əmələ gəlməsi. Həll olma hasili, ion hasili, həllolma və qarşılıqlı əlaqələri. Həll olmanın hesablanması. Həllolmanın sıra qaydası və əhəmiyyəti. Fərdi çökdürmə üsulu. Tam çökmə şəraiti və hesablanması.

Müxtəlif amillərin tam çökməyə təsiri: a) çökdürücü reaktivin artığı, b) eyni adlı ion, c) duz effekti, ç) temperatur, d) həlledicinin təbiəti, e) çökdürücü reaktivin ionlaşma dərəcəsi, ə) pH, f) kompleksəmələgətirici reaktivlər və s.
Oksidləşmə-reduksiya reaksiyaları və kimyəvi

analizdə əhəmiyyəti

Oksidləşmə-reduksiya reaksiyaları. Oksidləşmə-reduksiya cütü. Nernst düsturu. Standart və elektrod potensialı.

Oksidləşmə-reduksiya reaksiyalarının tarazlıq sabiti, reaksiyanın istiqamət və tamlığına təsiri. Müxtəlif amillərin oksidləşmə-reduksiya reaksiyalarının gedişinə və sistemin oksidləşmə potensialına təsiri: a) pH, b) temperatur, c) katalizator, ç) ion qüvvəsi, d) qatılıq, e) həlledicinin təbiəti, ə) kənar reaksiya- lar (çökdürmə, kompleksəmələgəlmə, ekstraksiya və s.)

Vacib oksidləşdirici və reduksiyaedici maddələr. Oksidləşmə-reduksiya reaksiyaların kimyəvi analizdə tətbiqi.
Kompleksəmələgəlmə və kimyəvi

analizdə əhəmiyyəti

Kompleks birləşmələr haqqında anlayış.

Kompleks birləşmələrin növləri, onların həll olması, davamlığı, rəngi. Davamlıq və davamsızlıq sabiti, onların növləri, kimyəvi analizdə əhəmiyyəti. Kompleks birləşmələrin parçalanma şəraiti. Kompleksəmələgəlməyə təsir edən amillər: pH, reaktivin qatılığı və s. Kompleks birləşmələrin kimyəvi analizdə əhəmiyyəti və tətbiqi.

Üzvi reaktivlərlə kompleks birləşmələr. Üzvi reaktivlərdə funksional analitik, analitik-fəal, xromofor qruplar. Çuqayevin tsikl qaydası. Üzvi reaktivlərlə əmələ gələn kompleks birləşmələrin növləri. Daxili kompleks birləşmələr (xelatlar), ion assosiatları və onların davamlığı. Vacib üzvi reaktivlər: 1-nitroza-2-naftol, 8-oksi-xinolin, diasetildioksim, ditizon, alizarin, rodizonat, difenilkarbazon, difenil-karbazid, kupron, kupferon, maqnezon və s. Üzvi reaktivlərin kimyəvi analizdə tətbiqi.

Ekstraksiya və kimyəvi analizdə tatbiqi

Ekstraksiya nəzəriyyəsi. Ekstraksiyanın növləri. Paylanma əmsalı, paylanma sabiti və onların arasında qarşılıqlı əlaqə. Müxtəlif mühitlərdə ekstraksiya. Ekstraksiya ədədi, ekstraksiya sayı.

Ayrılma faktoru. Qarışığın ekstraksiya üsulu ilə ayrılması. Ekstraksiya üsulunun növləri. Həlləedicilər, reaktivlər və pH-ın təsiri. Ekstraksiyanın kimyəvi analizdə tətbiqi.
Vəsfi xromatoqrafiya üsulları

Əsas prinsipləri. Fazasına, ayrılma mexanizminə, aparılma texnikasına görə təsnifı. Əsas nəzəri müddəaları. Hərakətli və hərəkətsiz fazaların növləri. Kağız üzərində xromatoqrafıya üsulu, mahiyyəti, növləri, aparılma texnikası.

Rf haqqında anlayış. Sorbentin nazik təbəqəsində xromatoqrafıya üsulu, növləri, aparılma texnikası. Hərəkətli fazanın seçilməsi. Aşkarlayıcı reaktivlər. Çökdürücü xromatoqrafiya üsulu, mahiyyəti, növləri, aparılma texnikası, xromatoqrafiya üsullarının tətbiqi.
III. Analiz üsulları

(vəsfi və miqdari analiz)

Kimyəvi laboratoriyada iş qaydası. İş yerinin tərtibi, texniki təhlükəsizlik tədbirləri. Bədbəxt hadisə zamanı ilk yardım. Zəhərli və şiddətli təsiredici mad-dələrlə iş qaydası.

Kimyəvi reaktivlər və onların təmizlik dərəcəsindən asılı olaraq təsnifi.
Vəsfi analiz

Maddənin aşkar olunma prinsipləri. Maddənin analitik xassəsi. Analitik səmərə (effekt). Atom, ion və molekulun eyniliyi. Kimyəvi, fıziki və fiziki-kimyəvi vəsfi analiz üsulları.

Vəsfi analizin əsas anlayışları. Analitik reaksiyalar və reaktivlər. Analitik reaksiyaların təsnifi. Analitik reaksiyaların xarakteristikası. Həssaslıq və spesifiklik. Həssaslıq parametrləri. Həssaslığın artırılma üsulları. İonlarm kənar mane edici təsiri. İonların uzaqlaşdırılması, pərdələnməsi və gizlədilməsi. Mikrokristalloskopik analiz. Damcı analizi. Quru maddə ilə reaksiyalar. Pirokimyəvi reaksiyalar. Вәгк maddələr arasında reaksiyalar.
Kation və anionların vəsfi analizi

Kationların analitik qruplar üzrə təsnifı. Turşu-əsasi təsnif. Sulfid və ammonyak-fosfat təsnif haqqında anlayış. Kationların analizində istifadə edilən qrup reaktivləri. Turşular, əsaslar və s.

I qrup kationlarının (litium, natrium, kalium, ammonium) fərdi reaksiyaları. I qrup kationlar qarışığının analizi.

II qrup kationlarının (civə-l, gümüş, qurğuşun) fərdi reaksiyaları. II qrup kationlar qarışığının analizi.

III qrup kationlarının (kalsium, barium, stronsium) fərdi reaksiyaları. III qrup kationlar qarışığının analizi.

IV qrup kationlarının (alüminium, xrom-III, sink, arsen-III, V, qalay-II, IV) fərdi reaksiyaları. IV qrup kationlar qarışığının analizi.

V qrup kationlarının (maqnezium, manqan-II, bismut, dəmir-II, III, stibium-III, V) fərdi reaksiyaları. V qrup kationlar qarışığının analizi.

VI qrup kationlarının (civə- II, mis-II, kadmium-II, kobalt-II, nikel-II) fərdi reaksiyaları. VI qrup kationlar qarışığının analizi.

Anionlar, onların çətin həll olan birləşmə əmələ gətirmə və oksidləşmə-reduksiya xassələrinə görə təsnifi. Anionların qrup reaktivləri: barium və gümüş duzları. Analitik qruplar üzrə anionların (sulfat, sulfit, sulfid, tiosulfat, fosfat, tetraborat, karbonat, arsenit, arsenat, xlorid, bromid, yodid, bromat, sianid, tiosianid, nitrat, asetat, oksalat) fərdi reaksiyaları.

Kation və anion qarışığının analizi. Kationlar qarışığının ardıcıl və fərdi analiz üsulları. Kation və anion qarışığının xromatoqrafik analiz üsulu. Kation-ların ekstraksiya üsulu ilə ayrılması.


Miqdari analiz

Miqdari analizin vəzifəsi və prinsipləri. Üsulların təsnifatı. Tətbiq sahələri. Miqdari analiz üsullarına əsas tələbatlar. Miqdari təyinat zamanı müşahidə olunan səhvlər.


Analizin nəticəsinin dəqiqliyi və təkrar olunmasının riyazi qiymətləndirilməsi

Analizin nəticəsinin dəqiqliyi və təkrar olunması. Analizin səhvi. Sistematik və təsadüfi səhvlər. Səhvin əmələ gəlmə səbəbləri. Mütləq və nisbi xəta. Analizin düzgünlüyünün riyazi qiymətləndirilməsi. Müvafiq riyazi düsturlar və tətbiqi. İki analiz üsulunun adekvatlığının qiymətləndirilməsi. Analizin nəticəsinin maddənin keyfiyyətinə olan təlabata müvafiq gəlməsinin müəyyən edilməsi.


Qravimetriya analiz üsulu

Qravimetriya analizin mahiyyəti. Təsnifatı. Qravimetriya analizdə əməliyyat və iş qaydasının əsas mərhələləri. Çöküntü və qravimetrik formalar. Analiz edilən maddə və çökdürücü reaktivin miqdarının hesablanması. Çökdürücü reaktivə, çöküntü və qravimetrik formalara tələbat. Çöküntünün süzülməsi, yuyulması, qurudulması, közərdilməsi. Analizin nəticəsinin hesablanması. Əsas qeyri-üzvi və üzvi çökdürücülər.

Qravimetriya analizin əczaçılıq və kimyəvi analizdə tətbiqi və əhəmiyyəti. Dəmir, kalsium, barium, sulfat, maqnezium, xlorid və s. ionların qravimetriya üsulla təyini. Dəmirin kütlə payının təyini. Məhlulda sulfat turşusunun kütləsinin təyini. Nəmlik və külün təyini, əczaçılıq üçün tətbiqi və əhəmiyyəti.
Titrimetriya analiz üsulları

Titrimetriya analizin əsas anlayışları. Titrimetriya analizdə istifadə olunan reaksiyalara tələbat. Titrləmə üsulları: düz, əks, əvəzedici. Standart maddələr, onlara tələbat. Standartlaşdırılmış (titrli) məhlullar, hazırlanma üsulları və saxlanılması. Fiksanallar. Titrli məhlulların standartlaşdırılması. Ekvivalent nöqtə və titrləmənin son nöqtəsi. İndikatorlar və onlara tələbat. Titrimetriya analiz üsullarının təsnifatı.

Titrimetriya analizdə iş qaydaları.

Məhlulların ölçülməsi, ölçü qabları. Büretlə iş qaydası və ölçmə zamanı səhvlər. Ölçü qablarının tutumunun yoxlanılması. Titrimetriya analizdə istifadə olunan məhlulların qatılığının ifadə formaları. Məhlulun titri, titrimetrik faktor, düzəliş əmsalı və onıın hesablanma qaydaları. Titrimetriya analizdə tətbiq edi- lən hesablamalar.


Turşu-əsasi titrləmə üsulları

Üsulun mahiyyəti. Turşu-əsasi titrləmə reaksiyalarına tələbat. Təsnifatı. Alkalimetriya. Asidimetriya. Titrli məhlullar. İndikatorlar. İndikator nəzəriy-yəsi. Titrləmə göstəricisi (pT). İndikatorun rəngdəyişmə intervalı.

Turşu-əsasi titrləmə əyriləri, hesablanması, qurulması ve qiymətləndirilməsi. Turşu və əsasların ionlaşma sabitlərinin titrləmə əyrilərinə təsiri. Titrləmə əyrisinə görə müvafiq indikatorun seçilməsi. İndikator səhvləri və növləri. Səhvlərin hesab- lanması.

Turşu-əsasi titrləmənin kimyəvi və əczaçılıq analizində tətbiqi.

Susuz mühitdə titrləmə üsulu. Kalium asetatın təyini.

Titrli məhlulların hazırlanması.

Turşu, qələvi, duz və onların qarışığının təyini. Karbonatların təyini. Qələvi və karbonat, hidrokarbonat və karbonat qarışığının təyini. Xlorid turşusu, sirkə essensiyası, asetilsalisil turşusu (aspirin), salisil turşusu və s. analizi.
Oksidləşmə-reduksiya titrləmə üsulları

Üsulun mahiyyəti. Oksidləşmə-reduksiya titrləmə reaksiyalarına tələbat. Tətbiq olunan reaksiya və titrli məhlula görə təsnifat.Oksidləşmə-reduksiya titrləmə indikatorları (redoks, spesifık, geriyədönməyən). İndikatorların keçid intervalı. İndikator səhvləri. Oksidləşmə-reduksiya titrləmə əyriləri, hesablanması, qurulması və qiymətləndirilməsi.



Permanqanatometriya titrləmə üsulu. Üsulun mahiyyəti, titrli məhlul, hazırlanması və standartlaşdırılması. Titrləmənin son nöqtəsinin müəyyən edilməsi. Üsulun tətbiqi. Dəmir (II) duzları, nitritlər, oksalatlar və hydrogen-peroksid məhlulunun təyini.

Yodometriya titrləmə üsulu.Üsulun mahiyyəti, titrli məhlullar, onların hazırlanması və standartlaşdırılması. Üsulun indikatoru. Yodometrik titrləmənin tətbiqi. Arsenit anhidridi, mis (II), askorbin turşusu, formaldehid məhlulu, hidrogen-peroksid məhlulu, kalium-permanqanat, kalium-dixromat, antipirin və s. təyini.

Xromatometriya titrləmə üsulu. Üsulun mahiyyəti, titrli məhlul və onun hazırlanması. Üsulun tətbiqi. Dəmir (II) duzlarının təyini.

Yodxlorometriya titrləmə üsulu. Üsulun mahiyyəti, titrli məhlul, hazır-lanması və standartlaşdırılması. İndikator. Üsulun tətbiqi.

Bromatometriya titrləmə üsulu. Üsulun mahiyyəti, titrli məhlul, hazırlanması və standartlaşdırılması. İndikatorlar. Üsulun tətbiqi. Arsenit anhidridi, sulfanil-amid (streptosid), rezorsin, fenol törəmələri, salisil turşusu və s. təyini.

Nitritometriya titrləmə üsulu. Üsulun mahiyyəti, titrli məhlul, hazırlanması və standartlaşdırlıması. İndikatorlar. Üsulun tətbiqi. Sulfanilamid, sulfadimidin (sulfadimezin), prokain (novokain) və s. dərman maddələrinin təyini.

Serimetriya titrləmə üsulu. Üsulun mahiyyəti, titrli məhlul, hazırlanması və standartlaşdırılması. İndikatorlar. Üsulun tətbiqi. Hidrogen-peroksid məhlulu, dəmir (II) duzları, natrium-nitrit və s.təyini.

Çökdürmə titrləmə üsulları

Üsulun mahiyyəti. Çökdürmə titrləmədə istifadə edilən reaksiyalara tələbat. Titrli məhlula görə çökdürmə titriəmə üsullarının təsnifatı. Titrləmə əyrisinin hesablanması, qurulması və qiymətləndirilməsi. Çökdürmə titrləmə indikatorları (çökdürmə, adsorbsion, kompleksəmələgətirici və s.).

Argentometriya titrləmə üsulu. Üsulun mahıyyəti, tıtrlı məhlul, hazırlanması və standartlaşdırılması. Mor üsulu, mahiyyəti, indıkatoru və təsir mexanizmi. Üsulun tətbiqi. Fayans-Xodakov üsulu, mahiyyəti, adsorbsion indikatorlar, təsir mexanizmi. Üsulun tətbiqi. Halogenidlərin təyini.

Tiosianometriya (rodanometriya) titrləmə üsulu. Üsulun mahiyyəti. Folqard üsulu. Titrli məhlul, hazırlanması və standartlaşdırılması. İndikatorlar. Üsulun tətbiqi. Gümüş duzları və halogenidlərin təyini.

Merkurometriya titrləmə üsulu. Üsulun mahiyyəti titrli məhlul, hazırlan-ması və standartlaşdırılması. İndikator. Üsulun müsbət və mənfi cəhətləri. Üsulun tətbiqi.

Merkurimetriya titrləmə üsulu. Usulun mahıyyətı, titrli məhlul, hazırlanması və standartlaşdırılması. Indıkatorlar. Usulun tətbiqi. Halogenidlərin təyini.
Kompleksonometriya titrləmə üsulu

Üsulun mahiyyəti. Tətbiq olunan reaksiyalara tələbat. Kompleksonlar və onların xassələri. EDTA. Kompleksonatların tərkibi və xassəsi. Metalloxrom indikatorlar, onların təsir mexanizmi.



Titrli məhlullar, hazırlanması və standartlaşdırılması. Kompleksono-metriya titrləmə növləri (düz, əks, əvəzedici titrləmə). Kalsium, maqnezium, qurğuşun, sink duzlarının təyini. Qarışığın təyini. Suyun codluğu və təyini.

IV. İnstrumental analiz üsulları

Analiz edilən maddənin xassəsinin onun tərkibindən asılı olmasının miqdari təyinat üçün istifadə edilməsi. Titrimetrik analizdə ekvivalent nöqtəsini təyin etmək üçün instrumental üsulun tətbiqi. İnstrumental üsulların təsnifatı, müsbət və mənfi cəhətləri, tətbiq sahələri.



Optik üsullar

Mahiyyəti və təsnifatı. Polyarizasion, absorbsion və emission üsullar. Spektrin ultrabənövşəyi, görünən və infraqırmızı sahəsində maddənin işıq şüasını udma qabiliyyəti.

Molekulyar-absorbsion üsullar. Mahiyyəti, təsnifatı. Absorbsion analiz nəzəriyyəsi. Şüaudmanın birləşmiş Buger-Lambert-Ber qanunu. Optiki udma və ya sıxlıq, onun riyazi ifadəsi. Molyar və xüsusi udma, onların fiziki mahiyyəti, qarşılıqlı əlaqəsi. Udma spektri. Maksimum və minimum udma.Kolorimetriya, mahiyyəti, növləri.

Fotometriya analiz üsulları. Fotokolorimetriya və spektrofotometriya, mahiyyəti, cihazlar, iş prinsipləri, quruluşu, müsbət və mənfi cəhətləri. Üsulun həssaslığı. Fotometrik təyinatın hesablanma üsulları. Dərəcələnmiş əyri və onun düsturu, molyar və xüsusi udma düsturu, müqayisə (standart), əlavə etmə və s. üsullar. Fotometrik titrləmə üsulları, mahiyyəti və növləri.

Ekstraksiyalı-fotometriya üsullar, mahiyyəti, tətbiqi. Fotometrik reaksiyalar, tələbat, növləri, tətbiqi.

Dəmir (III), mis (II), nikel (II), sianokobalamin (vitamin B12), dixromat və s. maddələrin fotometrik təyini. Dəmirin sulfosalisil turşusu ilə fotometrik təyini.
Flyuorimetriya

Lyuminessent şüalanmanın təbiəti, xarakteri, növləri. Şüalanmanın yaranma qanunauyğunluğu. Stoks qanunu və mahiyyəti. Flyuoressensiya və kimyəvi analizdə əhəmiyyəti. Flyuorimetrik analiz üsulu, mahiyyəti. Vavilov qanunu, ma- hiyyəti, tətbiqi. Flyuorimetr, quruluşu, iş prinsipi. Ekstraksiyalı-flyuorimetriya analiz, mahiyyəti. Flyuoressent indikatorlar və titrimetrik analizdə tətbiqi. Müxtəlif maddələrin flyuorimetriya üsulla analizi.
Elektrokimyəvi üsullar

Elektrokimyəvi üsulların nəzəri əsasları. Məhlulda elektrokimyəvi hadisələrin miqdari analiz üçün istifadə edilməsi. Düzünə və dolayı elektrokimyəvi analiz üsulları. Elektrokimyəvi üsullarm təsnifatı.

Potensiometriya



Mahiyyəti. İndikator və müqayisə elektrodları, onların növləri, iş prinsipləri. Düz potensiometriya üsulla məhlulda maddənin qatılığının təyini, pH təyini, potensiometriya titrləmə, mahiyyəti.

Potensiometriya titrləmə əyriləri. Diferensial titrləmə əyrisi. Turşu və əsasların potensiometriya üsulla təyini.
Konduktometriya

Mahiyyəti. Düz konduktometriya, tətbiqi. Konduktometriya titrləmə. Konduktometriya titrləmə əyriləri. Cihazlar. Turşu və əsasların məhlulda konduktometriya üsulla təyini.
Kulonometriya

Üsulun nəzəri əsasları. Faradey qanunu. Düz kulonometriya. Kulonometrin quruluşu və iş prinsipi. Kulonometriya titrləmə. Ekvivalent nöqtənin təyini. Titrli məhlulun generasiyası. Kulonometriya analizin tətbiqi.
Polyaroqrafiya

Üsulun nəzəri əsasları. Növləri. İstifadə olunan elektrodlar. Polyaroqrafik dalğa.Yarımdalğa potensialı. Vəsfi polyaroqrafiya üsulu. Polyaroqrafik dalğanın hündürlüyü. İlkoviç düsturu. Miqdari polyaroqrafiya üsulu.

Amperometriya titrləmə. Titrləmə əyriləri və növləri. Polyaroqrafiya və amperometriya titrləmə üsullarının analizdə tətbiqi.
Miqdari xromatoqrafiya üsulları

Maddələrin xromatoqrafiya ilə analiz edilməsi və ayrılma üsulunun nəzəri əsasları. Miqdari xromatoqrafiya üsullarının təsnifatı. Kağız üzərində və sorbentin nazik təbəqəsində xromatoqrafiya üsulları ilə miqdari təyinat və növləri. Qaz xromatoqrafiya üsulu, mahiyyəti, növləri, əsas nəzəri müddəaları. Cihazlar və quruluşu. Detektor və növləri, onların iş prinsipi. Xromatoqramma və əsas analitik göstəriciləri. Hərəkətli və hərəkətsiz fazalar, növləri, əsas təfəbat. Qaz xromatoqrafiya üsulu ilə miqdari təyinat.

İon mübadilə xromatoqrafiya üsulu, mahiyyəti. İonitlər və növləri. İon mübadilə xromatoqrafiya üsulu ilə maddə qarışığının ayrılması. Fərdi maddələrin miqdari təyini. Miqdari təyinat növləri. Analizdə tətbiqi.


III tədris semestrində mühazirə və qrup

məşğələlərinin mövzuları



№ Mövzunun adı saat

Mühazirələr

1. Analitik kimya fənni, məqsədi, vəzifələri. Kimyəvi analiz,

təsnifatı. Vəsfi analiz təsnifatı. 2

2. Analitik reaksiyaların spesifikliyi və həssaslığı. Ion qüvvəsi

və fəallıq.Kütlələrin təsiri qanunu, əhəmiyyəti. 2

3. Protolitik nəzəriyyə. Suyun ion hasili. Turşu və əsasların pH-nın

hesablanması. 2

4. Solvoliz reaksiyaları və bufer sistemləri. 2

5. Həllolma hasili və müxtəlif amillərin təsiri. 2

6. Oksidləşmə-reduksiya reaksiyalarının analitik əhəmiyyəti. 2

7. Kompleks birləşmələr və analitik əhəmiyyəti. 2

8. Ekstraksiya üsulu və analitik əhəmiyyəti. 2

9. Xromatoqrafiya üsulları. 2
Qrup məşğələləri
1. Kimya laboratoriyasında iş qaydası, texniki təhlükəsizlik,

ilk yardım. Kimyəvi reaktivlər. Analitik reaksiyalar və

aparılma texnikası. Vəsfi analiz, təsnifatı. Məhlulda

reaksiyalar. Quru reaksiyalar. Pirokimyəvi reaksiyalar,

fərdi və ardıcıl analiz. 6

2. Kationların turşu-əsasi üsul üzrə təsnifatı. I analitik

qrup kationların xüsusi reaksiyaları. I analitik qrup

kationların qarışığının analizi. Sərbəst iş: I analitik

qrup kationlarının xüsusi reaksiyalarının aparılması. 6

3. II analitik qrup kationlarının xüsusi reaksiyaları.

Sərbəst iş: I analitik qrup kationlarının qarışığının

analizinin yerinə yetirilməsi. Məs. həlli:

Analitik reaksiyaların həssaslığına aid. 6

4. II analitik qrup kationlarının qarışığının analizi.

Sərbəst iş: II anal. qrup kationlarının xüsusi reak-

siyalarının aparılması Məs. həlli: Fəal qatılıq və ion

qüvvəsinin hesablanmasına aid. 6


  1. III analitik qrup kationlarının xüsusi reaksiyaları.

Sərbəst iş: II anal. qrup kationlarının qarışığının

analizinin yerinə yetirilməsi. Məs. həlli: Fəal qatılıq

və ion qüvvəsinə aid. 6

6. III analitik qrup kationlarının qarışığının analizi.

Sərbəst iş: III analit. qrup kationlarının xüsusi reak-

siyalarının aparılması. Məs. həlli: Həllolma hasilinə aid. 6

7. IV analit. qrup kationlarının xüsusi reaksiyaları.

Sərbəst iş: III analitik qrup kationlarının qarışığının

analizinin yerinə yetirilməsi. Məs. həlli. Həllolmanın

hesablanması və müxtəlif amillərin təsirinə aid. 4

8. Material üzrə sorğu (I-III analitik qrup kationları).

IV analitik qrup kationlarının qarışığının analizi.

Sərbəst iş: IV analitik qrup kationlarının xüsusi

reaksiyalarının aparılması. 4

9. V analitik qrup kationlarının xüsusi reaksiyaları.

Sərbəst iş: IV analitik qrup kationlarının qarışığının

analizinin yerinə yetirilməsi. Məs. həlli:

Müxtəlif elektrolitlərin pH, ionlaşma sabiti,

ionlaşma dərəcəsinin hesablanmasına aid. 4

10. V analitik qrup kationlarının qarışığının analizi.

Sərbəst iş: V analitik qrup kationlarının xüsusi

reaksiyalarının aparılması. Məsələ həlli.

Hidrolizə uğrayan duzların pH-nın, hidroliz sabiti

və hidroliz dərəcəsinin hesablanmasına aid. 4

11. VI analitik qrup kationlarının xüsusi reaksiyaları.

Sərbəst iş: V analitik qrup kationlarının qarışığının

analizinin yerinə yetirilməsi. Məsələ həlli. Bufer məh-

lulların pH-nın və bufer həcminin hesablanmasına aid. 4

12. VI analitik qrup kationlarının qarışığının analizi.

Sərbəst iş: VI analitik qrup kationlarının xüsusi reaksiya-

larının yerinə yetirilməsi. Məsələ həlli: Oksidləşmə-reduk-

siya reaksiyalarının tarazlıq sabitinə və reaksiyanın

getməsi imkanının sübut etməyə aid. 4


  1. I və II analitik qrup anionlarının xüsusi reaksiyaları.

Sərbəst iş: VI analitik qrup kationlarının qarışıqlarının

analizinin yerinə yetirilməsi. Material üzrə sorğu

(IV-VI qrup kationları). Məsələ həlli: Kompleks birləş-

mələrə aid. 4

14. III analitik qrup anionlarının xüsusi reaksiyaları.

Kationların ekstraksiya və xromatoqrafiya üsulu ilə

analizi. Sərbəst iş: I və II analitik qrup anionlarının

xüsusi reaksiyalarının aparılması. Məsələ həlli: Kompleks

birləşmələr və ekstraksiyaya aid. 4

15.Vəsfi xromatoqrafiya üsulları, prinsipləri. Hərəkətli və

hərəkətsiz fazalar. Kağız üzərində xromatoqrafiya, növləri,

Sorbentin nazik təbəqəsində xromatoqrafiya, növləri.

Aşkarlayıcı reaktivlər. Rf haqqında. Çökdürücü xromatoqrafiya.

Kationların xromatoqrafiya üsulu ilə bir-birindən ayrılması.

Material üzrə sorğu. 4

IV tədris semestrində mühazirə

və qrup məşğələlərinin mövzuları


№ Mövzunun adı saat


Mühazirələr

  1. Miqdari analiz, əsas prinsipləri, təsnifatı.

Titrimetriya, təsnifatı, titrləmə növləri.

Turşu-əsasi titrləmə, indikatorları, əyrisi, səhvləri. 2



  1. Çökdürmə titrləmə üsulları, indikatorları, əyrisi və səhvləri. 2

  2. Redoksimetriya, indikatorları, səhvləri və əyrisi.

Kompleksonometriya üsulları, səhvləri, indikatorları. 2

4. Instrumental analiz üsulları, təsnifatı. Optik üsullar.

Molekulyar-absorbsion üsullar. Kolorimetriya.

Fotokolorimetriya. 2

5. Spektrofotometriya. Fotometrik təyinat.

Fotometrik reaksiyalar. Ekstraksiyalı-fotometrik analiz. 2



  1. Flyuorimetriya. Elektrokimyəvi analiz üsulları. Potensiometriya. 2

7. Konduktometriya. Kulonometriya. Polyaroqrafiya. 2
Qrup məşğələləri


  1. Miqdari analiz. Qravimetriya. Analitik tərəzi və çəki daşları.

Barium-xloriddə kristallik suyun təyini.

Sərbəst iş: Barium-xloriddə kristallik suyun təyin edilməsi. 4



  1. Dəmir və sulfatların təyini. Sərbəst iş: Dəmirin təyini. 4 Dərman preparatlarında nəmliyin və külün təyini.

Sərbəst iş: Əvvəlcədən başlanmış işi axıra çatdırmalı.

Məsələ həlli: Qravimetriya analizinə aid hesablamalar 4



  1. Titrimetriya analiz üsulu, mahiyyəti, ölçü cihazları və

qabları.

Sərbəst iş: Ölçü qablarının tutumunun dəqiqləşdirilməsi. 4



  1. Titrimetriya analizdə hesablamalar. Düzəliş əmsalının

hesablanma qaydaları.

Sərbəst iş: Müxtəlif ölçü qabları ilə əməliyyatların

aparılması. 4


  1. Turşu-əsasi titrləmə. Titrli məhlulların hazırlanması və

standartlaşdırılması. Sərbəst iş: 0,1mol/l hidrogen-xlorid,

oksalat turşusu, natrium-hidroksid məhlullarının

hazırlanması və standartlaşdırılması. 4


  1. Asidimetriya titrləmə üsulu.

Sərbəst iş: Karbonatın analizi. Karbonat və hidrokarbonat

qarışığı, qələvi və karbonat qarışığının analizi. 4



  1. Alkalimetriya titrləmə üsulu.

Sərbəst iş: Xlorid turşusu, sirkə essensiyası, asetilsalisil

turşusu (aspirin), salisil turşusu və s. təyini.

Susuz mühitdə titrləmə. Kalium-asetatın təyini. 4


  1. Permanqanatometriya titrləmə üsulu.

Sərbəst iş: Titrli məhlulun hazırlanması və standartlaşdırıl-

ması. Hidrogen-peroksid məhlulu və dəmir 2-sulfatın analizi. 4

10. Yodometriya titrləmə üsulu. Üsula aid məsələ həlli.

Sərbəst iş: Titrli məhlulların hazırlanması və standartlaş-

dırılması. Arsenit anhidridi, askorbin turşusu, yodun təyini. 4

11. Yodometriya titrləmə üsulu.

Sərbəst iş: Formaldehid məhlulu, hidrogen-peroksid

məhlulu, mis 2-sulfat, kalium-permanqanatın analizi. 4

12. Bromatometriya, xromatometriya, serimetriya və nitrito-

metriya titrləmə üsulları.

Sərbəst iş: Titrli məhlulların hazırlanması və standart-

laşdırılması. Arsenit anhidridi, fenol, rezorsin, salisil

turşusu, dəmir 2-sulfat, prokain (novokain), sulfanil-

amid (streptosid), natrium-nitrit və s. təyini. 4

13. Çökdürmə titrləmə (argentometriya, rodanometriya və

merkurometriya) üsulu.

Sərbəst iş: titrli məhlulun hazırlanması və standartlaş-

dırılması. Halogenid və gümüş duzlarının təyini. 4

14. Kompleksonometriya titrləmə üsulu.

Sərbəst iş: Titrli məhlulun hazırlanması və standartlaş-

dırılması. Sink-sulfatın analizi. Kalsium və maqnezium

ionlarının təyini. Suyun codluğunun təyini. 4

15. Miqdari xromatoqrafiya üsulları. Kağız və sorbentin nazik

təbəqəsi üzərində xromatoqrafik təyinat. Qaz və ion mübadilə

xromatoqrafiyası. 4

16. Yekun. 1


Təchizat: texniki tərəzi, mufel sobası, quruducu şkaf, su hamamı, qızdırıcı soba, termometr, sentrifuqa və s.

Metodik təminat: Tədris prosesinin keyfiyyətini artırmaq üçün dərs aparan müəllimlər tərəfindən metodik ədəbiyyat tərtib olunur, nəşr edilir və tələbələrin istifadəsinə verilr.
Ədəbiyyat


  1. Şabanov Ə.L. Analitik kimyanın əsasları, Bakı, “Maarif, 1997, 286 s.

  2. Əliyeva R.Ə., Çıraqov F.M., Hüseynov F.E. Analitik kimyadan praktikum, Bakı, 2004, 512 s.

  3. Əliyeva R.Ə. Qurbanov Ə.H. Fiziki-kimyəvi analiz metodlarının nəzəri əsasları, Bakı, 2001, 266 s.

  4. Qəmbərov D.H., Çıraqov F.M., Nağıyev X.C. Titrimetrik analiz, Bakı, 2001.

  5. Qurbanov Ə.N., İbrahimov H.İ. Vəsfi analiz, dərs vəsaiti, Bakı, 2000, 185 s.

  6. Yolçiyev A.B., Muradzadə F. İ. Redoks-titrimetrik analiz praktikumu,

Bakı, 2001, 162 s.

  1. Qayıbverdi İskəndərov, Fəridə Məmmədəliyeva, Nonna Cəbrayılova. Kationların vəsfi analizi (ali məktəb tələbələri üçün dərs vəsaiti) Bakı,

2003, 98 s.

  1. İskəndərov Q.B., Cəbrayılova N.Ə., Məmmədəliyeva F.M. Kimyəvi miqdari analiz, dərs vəsaiti, Bakı, 2005, 95 s.

  2. Пономарев В.Д. Аналитическая химия, часть I, 303 с., част II, 287 с. Москва 1982.

  3. "Практикум по аналитической химии” под редакцией. Пономарева

В.Д., Ивановой Л.И., Москва, 1983. 271 с.

11. Харитонов Ю.Я., Григорьева В.Ю. Примеры и задачи по

аналитической химии. Учебное пособие Москва, 2008, 299 с.

12. Лурье Ю.Ю. Справочник по аналитической химии, Москва 1979, 480 с.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə