Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti “BƏYƏNİLMİŞDİR” “TƏSDİq ediRƏM”



Yüklə 51,83 Kb.
tarix26.03.2018
ölçüsü51,83 Kb.
#34751


AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ
BƏYƏNİLMİŞDİR” “TƏSDİQ EDİRƏM”

Azərbaycan Tibb Universitetinin Azərbaycan Tibb Universitetinin

Tədris-metodik və innovasiya Mərkəzi Metodik Komissiyasının

şöbəsinin müdiri sədri



prof.A.İ.QURBANOV ə.e.x., prof.S.C.ƏLİYEV

______________________ _______________________
15.09.2015-ci il

Protokol № ________________



ÜMUMİ KİMYA

fənni üzrə
P R O Q R A M

BAKI – 2016
İPF-B04

Ümumi kimya üzrə tədris proqramı

050806-Əczaçılıq


Azərbaycan Tibb Universitetinin

ümumi və toksikoloji kimya kafedrasının müdiri,

əczaçılıq elmləri doktoru, prof.Q.B. İskəndərovun

redaktəsi ilə kafedranın əməkdaşı dosent E.L. Əhmədov

tərəfindən tərtib edilmişdir.

Rəy verənlər: 1. Prof. İlyaslı T.M., Bakı Dövlət Universitetinin

Ümimi və qeyri-üzvi kimya kafedrasının müdiri.

2. Prof. Süleymanov Ə.S., Azərbaycan Tibb

Universitetinin Ümumi və toksikoloji kimya

kafedrası.

GİRİŞ
Azərbaycan Tibb Universitetində fəaliyyət göstərən əczaçılıq fakültəsinin əsas tədris fənlərindən biri də ümumi kimya fənnidir. Bu fakültənin I kurs tələbələri tədris ilin I semestr müddətində mövcud tədris planı üzrə 14 saat mühazirə materialı dinləyir və 61 saat laboratoriya məşğələ dərsləri keçirlər.

Ümumi kimya kursunun başlıca vəzifəsi gələcək gənc mütəxəssislərə tibbdə geniş istifadə olunan maddələrin çevrilmə və qarşılıqlı təsir məhsullarının elmi əsaslarla proqnozlaşdırılması üzrə ən mühüm vərdişlərin yaradılması və möhkəmləşdirilməsindən ibarətdir. Həmçinin nəzərə alınmalıdır ki, bu fakültədə məntiqi ardıcıllıqla sonradan tədris olunan qeyri-üzvi kimya, analitik kimya, üzvi kimya və fiziki kimya fənlərinin də nəzəri təməli ümumi kimya fənninin tədris prosesində qoyulur və o, bu fənlərin tələbələr tərəfindən mənimsənilməsində müəyyən həlledici əhəmiyyət kəsb edir.

Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq proqramda atomun quruluşundan, kimyəvi rabitənin təbiəti haqqında klassik və müasir nəzəriyyələrdən, atom orbitalların hibridləşməsi və maddələrin quruluşundan, canlı orqanizmin maddi kütləsini yaradan, onun daxili idarəolunma mexanizmlərini hərəkətə gətirən bioloji komplekslərin əmələ gəlməsindən, onların quruluşu və xassələrindən bəhs olunur.

Fənnin məqsədi: kimyanın əsas qanunları haqqında tələbələrdə dərin nəzəri biliklər və əməli vərdişlər aşılamaqdır.

Tələbə nəyi öyrənməlidir:

1. Ümumi kimyanın nəzəri əsaslarını və qanunlarını.

2. Atomun quruluşunu və kimyəvi rabitələrin növlərini.

3. Məhlullar haqqında əsas anlayışları.

4. Oksidləşmə-reduksiya və kompleksəmələgəlmə reaksiyaları haqqında

məlumatları.



Tələbə nəyə yiyələnməlidir

1. Kimya laboratoriyasında təhlükəsizlik və əməyin mühafizə qaydalarına.

2. Kimyəvi qanunları əməli məqsəd üçün düzgün tətbiq etməyə.

3. Müxtəlif qatılıqda məhlullar hazırlamaq və ifadə formalarını mənimsəməyə.

4. Oksidləşmə-reduksiya reaksiya tənliklərinin əmsallarını müəyyən etməyə.

Mövcud tədris planı üzrə əczaçılıq fakültəsində ümumi kimya kursunun öyrənilməsində aşağıdakı həcmdə tədris saatları ayrılır.



Tədris Mühazirə Laboratoriya Cəmi Yekun

Semestri məşğələləri

I 14 61 75 imtahan




P R O Q R A M

Kimya fənni və onun vəzifələri. Kimya təbiət elmlərindən biri kimi. Kimyanın inkişaf mərhələləri və onun digər təbiət elmləri ilə əlaqəsi. Kimyanın tibbdə və əczaçılıqda rolu.



1. Ümumi hissə

Kimyanın əsas anlayış və qanunları. Maddə kütləsinin saxlanması, tərkibin sabitliyi və ekvivalent qanunu. Kimyəvi işarə, düstur və tənliklər. Kimyəvi tənliklərin tərtibinin maddə kütləsinin saxlanması qanununa əsaslanması.

Termokimya. Reaksiyanın istilik effekti. Termokimyəvi tənliklər. Hess qanununa görə kimyəvi reaksiyaların istilik effekti və maddələrin həllolma, dissosasiya, turşu və əsasların neytrallaşma istiliklərinin hesablanması.


2. Atomun quruluşu. D.İ.Mendeleyevin dövri

qanunu və kimyəvi elementlərin dövri sistemi.

Atom maddi aləmin ilkin əsasıdır.

Atomun bir sistem kimi özünəməxsus mürəkkəbliyi və quruluşu haqqında təlimin əsas inkişaf mərhələləri. Atom spektrləri, onlarin atomun qurukuşu haqqında əsas məlumatlar mənbəyi kimi.

Atomların elementar tərkib hissələri elektron, proton və neytron. Atom quruluşunun planetar və kvant modeli. Atom quruluşunun tədqiqinin sonrakı əsas inkişaf mərhələləri. Mikrohissəciklərin korpuskulyar-dalğa təbiəti. Heyzenberqin qeyri-müəyyənlik prinsipi.

Atomda elektronların energetik xarakteristikasının kvant ədədlərilə təsviri. Baş, orbital, maqnit və spin kvant ədədləri.

Atomda energetik halların (səviyyə, yarımsəviyyə və orbitalların) elektronlarla tamamlanma prinsipləri və qaydaları: Pauli prinsipi; minimum enerji prinsipi; Hund qaydası; Kleçkovski qaydası. Atomların elektron formulları.

D.İ.Mendeleyevin dövri qanunu və kimyəvi elementlərin dövri sisteminin atomun müasir quruluşu nəzəriyyəsi baxımından izahı.

Kimyəvi elementlərin əmələ gəlməsinin elektron mənşəyinə görə müasir təsnifatı: S – elementlər; P – elementlər; d – elementlər; f – elementlər.
3. Kimyəvi rabitə və molekulların quruluşu

Kimyəvi rabitənin növləri. İon, kovalent, donor-akseptor, hidrogen rabitələri, onların əmələgəlmə mexanizmləri və bioloji rolu. Kovalent rabitənin əmələgəlməsini molekulyar orbitallar metodu ilə izahı.

Kimyəvi rabitələrin digər növləri – metallik, üçelektronlu, dativ, lokallaşmış və lokallaşmamış rabitələr. Birləşmələrin fiziki-kimyəvi xassələrinin atomlar arasındakı kimyəvi rabitə növündən asılılığı.
4. Məhlullar haqqında təlim.

Elektrolit məhlullarında kimyəvi reaksiyalar və tarazlıq. Məhlul haqqında təlim. Məhlul, həlledici və həllolan maddə. Məhlulların qatılığı və onun ifadə üsulları. Məhlulların növləri: qaz, maye və bərk məhlullar. Orqanizmin həyat fəaliyyətində məhlulun rolu. Həlledici kimi suyun canlı orqanizmdə rolu.

S.Arreniusun elektrolitik dissosiasiya nəzəriyyəsi. Elektrolitlərin dissosiasiya prosesinin mahiyyəti.

Qüvvətli və zəif elektrolitlər. Elektrolitlərin dissosiasiya dərəcəsi və dissosiasiya sabiti.

Suyun dissosiasiyası və onun ion hasili. Hidrogen göstəricisi və onun rolu. Turşu, əsas və duzların dissosiasiyası. Arreniusun turşu və əsaslar haqqında nəzəriyyəsi.

Həllolma hasili və həllolma. Çöküntülərin əmələ gəlmə və həllolma şərtləri. Hidroliz prosesləri. Duzların hidrolizi və pH-ın təyini.


5. Oksidləşmə-reduksiya reaksiyaları

Oksidləşmə-reduksiya reaksiyaları, onların elektron nəzəriyyəsi. Əsas oksidləşdirici və reduksiyaedici kimyəvi elementlər və birləşmələr. Oksidləşmə-reduksiya reaksiyaları tənliklərinin tərtib edilmə üsulları.

Oksidləşmə-reduksiya reaksiyalarının növləri: Molekullararası, molekuldaxili, öz-özünə (disproporsiya) oksidləşmə-reduksiya reaksiyaları.

Oksidləşmə-reduksiya reaksiyalarına təsir edən amillər. Oksidləşmə-reduksiya potensialı.



6. Kompleks birləşmələr

Kompleks birləşmələrin təbiəti. A.Vernerin koordinasiya nəzəriyyəsi, onun inkişafı və komleks birləşmələrin steriokimyası.

Kompleks birləşmələrin əmələ gəlməsinin müasir nəzəriyyələri: Kristal sahə, molekulyar orbitallar nəzəriyyəsi və valent rabitələr metodu. Kompleks birləşmələrdə kimyəvi rabitələrin təbiəti. Müxtəlif kimyəvi elementlərin kompleksəmələgətici xüsusiyyətləri. Daxili-kompleks birləşmələr. Komlpeks birləşmələrin bioloji rolu. Metallo-fermentlər. Xüsusi bioloji əhəmiyyətli komlpeks birləşmələr: xlorofil, hemoqlobin, mioqlobin, vitamin B12 və s.

Kompleks birləşmələrin əczaçılıqda, analitik kimyada və tibbdə tətbiqinin kimyəvi əsasları.




Ümumi kimya fənnindən mühazirə və laboratoriya

məşğələ dərslərinin mövzu planı

Mövzunun adı saat

Mühazirələr


  1. Kimya fənni və onun vəzifələri. Kimya təbiət elmlərindən

biri kimi və onun digər elmlərlə əlaqəsi. Tibb və əczaçılıqda

rolu. Termokimya. Məhlulların təbiəti haqqında müasir təsəv-

vürlər. Su universal həlledici kimi. Elektrolit dissosiasiya.

Dissosiasiya dərəcəsi və sabiti. Suyun ion hasili və pH

reaksiya mühitinin göstəricisi kimi. 2

2. Atom maddi aləmin əsası kimi. Atomun planetar, yaxud

nüvə modeli. Atomda elektronların energetik halının kvant

ədədləri ilə xarakteristikası. Elektron formulları. 2

3. Dövrü qanun. D.İ. Mendeleyevin elementlərin dövrü

sistemi – element atomlarının elektron quruluşuna görə təbii

təsnifatı kimi. Oksidləşmə-reduksiya reaksiyaları. Əsas

oksidləşdiricilər və reduksiyaedicilər. Oksidləşmə-reduksiya

reaksiyalarının tipləri, onların tərtib üsulları və onların

getmə istiqamətinə mühitin təsiri. 2



  1. Kimyəvi rabitənin təbiəti haqqında klassik və müasir

nəzəriyyələr. Kimyəvi rabitələrin növləri. 2

5. Kovalent rabitə və onun əmələ gəlmə mexanizmi.

Elektron buludlarının formaları və onların qapanması.

σ,- π və - δ rabitələri. Atom orbitalının hibridləşməsi,

molekullarının fəza quruluşu. 2

6. Kompleks birləşmələr (KB). Vernerin koordinasiya

nəzəriyyəsi. Koordinasiya rabitələrinin təbiəti. Müasir

kompleks əmələgəlmə nəzəriyyələri (VRN, KSN, MON). 2



  1. KB-in təsnifatı, izomerliyi, nomenklaturası. KB-in

orqanizmdə rolu, xelatlar. 2




№ Mövzunun adı saat

Qrup məşğələləri

1. Kimyanın əsas anlayışları və qanunları. Məsələ həlli.

Kimyəvi reaksiyada maddələrin ekvivalenti. Ekvivalentlər qanunu.

Məsələ həlli. 4

2. Məhlulların qatılığı, onun ifadə üsulları. Laboratoriya işi.

Müxtəlif qatılıqda məhlulların hazırlanması və bir qatılıqdan

digərinə keçid. 4

3.Məhlulların qatılığı üzrə məsələ həlli. Material üzrə sorğu.

Su – universal həlledici kimi 4

4. Elektrolitik dissosiasiya. Qüvvətli və zəif elektrolitlər.

Dissosiasiya dərəcəsi və dissosiasiya sabiti. Məsələ həlli. 4

5. Hidroliz. Həllolma hasili. Məsələ həlli. 4

6. Termokimya. Hess qanunu və ondan çıxan nəticələr.

Məsələ həlli. 4

7. Oksidləşmə reduksiya reaksiyaları, onların növləri:

molekularası, molekuldaxili, disproporsiya. Oksidləşmə

reduksiya reaksiya tənliklərinin iki üsulla tərtibi.

Oksidləşmə-reduksiya reaksiyalarına təsir edən amillər.

Çalışmalar. 4

8. Atomun quruluşu. D.İ. Mendeleyevin dövri qanunu və

sisteminin izahı, kimyəvi elementlərin atomun müasir

quruluşu nəzəriyyəsi baxımından təsnifatı: s-elementlər,

p-elementlər, d-elementlər, f-elementlər. 4

9. Atomda elektronların energetik xarakteristikasının kvant

ədədləri ilə təsviri. Atomun elektron formullarının tərtib

üsulları üzrə çalışmalar. 4

10. Kimyəvi rabitə və molekulların quruluşu.

Atom orbitallarının hibridləşməsi. 4

11. Kovalent rabitənin doymuşluğu və istiqamətliliyi.

Hidrogen rabitəsi və onun canlı orqanizmlərdə rolu. 4

12. Kimyəvi rabitələrin digər növləri. Metallik,

üçelektronlu, dativ, lokallaşmış, delokallaşmış rabitələr. 4

13. Kompleks birləşmələr, onların nomenklaturası və

izomerlik hadisəsi. 4

14. Kompleks birləşmələr haqqında müasir nəzəriyyələr

(VRN, MOM, KSN). 4

15. Bioloji komplekslər və canlı orqanizmdə onların rolu.

Daxili kompleks birləşmələr. 4

16. Yekun məşğələ. 1


Təchizat: Tərəzi, quruducu şkaf, soyuducu, sentrifuqa, tədris avadanlıqları.

Metodik təminat: Kafedranın əməkdaşları tərəfindən fənnə aid müntəzəm olaraq dərslik, dərs vəsaitləri, metodik işləmələr hazırlanır.

Ədəbiyyat

1. Abbasov V.M. Məhərrəmov A.M., Abbasov M.M., Babanlı M.B., Tağıyeva

A.M. “Qeyri-üzvi kimya”, Bakı, 2001, 615 s.

2. Axmetov N.S. “Ümumi və qeyri-üzvi kimya”, M., “Ali məktəb”, 1981, 610 s.

3. Əliyev Ə.Ə., Y.H.Həsənov., S.İ.Sadıqov. “Ümumi və qeyri-üzvi kimya”,

“Maarif”, 1987, 586 s.

4. Qarayev Z.Ş. “Qeyri-üzvi kimya”, B., “Maarif”, 1985, 431 s.

5. Əhmədov E.L. “Kompleks birləşmələr kimyası”, Bakı, 2001, 215 s.

6. Коровин Н.В., Мингулина Э.И., Поржова Н.Г. «Лабораторные работы по

химии». Москва, «Высшая школа», 2001, 356 с.



7. Əhmədov E.L. “Bioqeyri-üzvi kimya”, Bakı, 2010, 165 s.
Yüklə 51,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə