Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/47
tarix22.05.2018
ölçüsü5,01 Kb.
#45293
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

 
 
 
42 
fibrinogen  molekulasının  konfiqurasiya  dəyişikliklərindən  bir  müddət  sonra  isə 
fibrinopeptid  B,  fibrinogenin  y-zəncirləri  trombinlə  modifikasiya  olunmurlar. 
Trombinin  fibrinogenə  təsiri  xüsusi  seçiciliyinə  görə  fərqlənir.  Öncə  trombin  Aa 
polipeptid  zəncirində  qalıqlar  arasında  olan  Arg16-Gly17  peptid  rabitəsini  əridir. 
Onun  əriməsindən  sonra  FPA  ayrılır,  nəticədə  fibrinogen  molekulası  aktivləşir  və 
monomer fibrin xüsusiyyətlərini əldə edir. Qeyd etmək mühümdür ki, Aa fibrinogen 
zəncirinin  Arg16-Gly17  rabitəsi  digər  fermentlərin  proteolitik  təsirinə  qarşı 
davamlıdır. Onun trombinlə seçici olaraq əriməsi onunla izah olunur ki, bu ferment  
fibrinogeni  “tanıyır”  və  onda  olan  məhz  bu  rabitəni  əridir.  “Tanımaq”  üçün  Aa 
zəncirində olan aminturşu qalıqlarının unikal ardıcıllıq şifrəsindən istifadə olunur. Bu 
zaman  Arg16-Gly17  rabitəsi  yaxınlığında  yerləşmiş  aminturşular  onların  34-44 
ardıcıllığı qədər mühüm deyildirlər. Trombin fibrinogeni strukturunun bu seqmentinə 
görə  “tanıyır”.  Bu  seqment  produktiv  ferment  substrat  kompleksi  əmələ  gətirməyə 
imkan  verir,  hansında  ki,  fermentin  katalitik  mərkəzi  yalnız  bir  peptid  əlaqə  ilə 
qarşılıqlı əlaqəyə girir, hansının ki, əriməsi bu zülalın bioloji funksiyalarının əsasını 
təşkil etmək üçün vacibdir [30]. 
“In vivo” FPA qan dövranından sürətlə atılır, onun yarımparçalanma dövrü 3-5 
dəqiqədir,  buna  görə  də  qanda  FPA  konsentrasiyası  trombinin  təsiri  altında  onun 
produksiyasını,  beləliklə  də,  qanın  laxtalanma  sisteminin  aktivasiya  səviyyəsini  əks 
etdirir [225]. 
Fibrinogendən  FPA  ayrılmasından  sonra  əmələ  gələn  fibrin  –monomer 
oliqomerlər  əmələ  gətirir,  hansılar  ki,    əriyən  fibrinin  əmələ  gəlməsi  ilə  spontan 
olaraq  polimerləşə  bilərlər.  Fibrinin  əriməz  hala  gəlməsi  üçün  o,  qanın 
laxtalanmasının  akrivləşdirilmiş  XIII  faktorunun  təsirinə  məruz  qalmalıdır.  Fibrinin 
“In  vivo”  əmələ  gəlməsinin  sonuncu  fazası  transqlutaminaza  (aktivləşdirilmiş  XIII 
faktor)  təsiri  altında  Ca  ionlarının  iştirakı  ilə  polimer  fibrin  torunda  kovalent 
rabitələrin  əmələ  gəlməsi  ilə  xarakterizə  olunur.  XHIa  faktoru  fibrinin  iki  qonşu 
molekulunun y zəncirləri arasında köndələn rabitələrin əmələ gəlməsini katalizə edir 
(sürətli  reaksiya).  Sonra  isə  a-zəncirlər  arasında  molekullar  arası  əlaqələrin  daha 


 
 
 
43 
yavaş-yavaş  formalaşması  baş  verir.  Fibrinin  kovalent  çöküntülərinin  birləşmələri 
nəticəsində elastikləşir və fibrinolitik agentlərin lizisinə qarşı davamlı olur [30, 59]. 
Fibrinogenin plazminlə lizisi zamanı ərimənin birinci mərhələsində molekulyar 
kütləsi  240-265  kD  olan  X  fraqmenti  və  kiçikmolekullu  peptidlər  əmələ  gəlir. 
Sonradan isə X fraqmentindən molekulyar kütləsi 83 kD olan D fraqmenti ayrılır və 
Y fraqmenti əmələ gəlir (molekulyar kütləsi 150 kD); sonra isə Y fraqmentindən D 
və E fraqmentləri əmələ gəlir (molekulyar kütləsi 50 kD). Beləliklə, fizioloji sərtlərə 
yaxın  olan  şərtlər  daxilində  fibrinogen  molekulunun  proteolizinin  son  məhsulları 
olaraq iki D fraqment və bir E fraqmenti və kiçikmolekullu peptidlər əmələ gəlir. E 
və  D  fraqmentləri  plazminə  münasibətdə  stabil  olub,  nisbətən  yüksəkmolekullu 
məhsullardır [30, 35]. 
Fibrinolizin  differensial  diaqnostikası  nöqteyi  nəzərindən  fibrinin  plazminlə 
hidrolizinin  ən  əhəmiyyətli  məhsulu  D-dimerdir.  Onun  fibrinogenin  deyil,  yalnız 
fibrinin  lizisi  zamanı  əmələ  gəlməsi  sonuncuda  transqlutaminazanın  təsiri  altında 
fibrin  monomerlərinin  polmerləşməsi  zamanı  kovalent  rabitələrin  əmələ  gəlməsi 
prosesində baş verən struktur dəyişikliklərlə bağlıdır. Beləki, D-dimerin fibrinogenin 
hidrolizində  əmələ  gəlməsi  mümkün  deyil,  bu  fraqment  fibrinolizin  spesifik 
markeridir[200]. 
Yuxarıda göstərilənlərin əsasında belə bir nəticə çıxarmaq olar ki, FPA və D-
dimerin plazmada miqdarı səviyyəsi insanın hemostaz sistemi aktivasiyasının mühüm 
göstəriciləridir[200,225,274]. 
Insan qanında FPA səviyyəsi ilk dəfə 1974-cü ildə radioimmun metod köməyi 
ilə ölçülmüşdür [225]. Bu metod kifayət qədər həssasdır, lakin hər zaman real klinik 
şəraitlərdə  mümkün  deyil,  belə  ki  radioizotop  materialların  istifadəsi  zamanı  bahalı 
cihazların,  xüsusi  hazırlanmış  personalın  və  xüsusi  qorunma  metodlarının  olması 
vacibdir.  FPA  müəyyən  olunmasının  qeyri-izotop  immunoferment  metodlarının 
tətbiqi  daha  perspektivlidir,  belə  ki,  bu  zaman  enzimatik  aktivliyi    adi  biokimyəvi 
laboratoriya  şəraitində  belə  mümkün  olan  spektrofotometrik  metodla  asan  müəyyən 
edilən peroksidazadan işarə kimi istifadə olunur  [274]. 


 
 
 
44 
D –dimerin miqdarca müəyyən olunması üçün həm də immunoloji yanaşmadan 
istifadə  olunmuşdur.  Göstərilmişdir  ki,  fibrin  lizisi  zamanı  əmələ  gələn  D-dimer  D 
fraqmentindən  fərqli  olan  yeni  antigen  struktura  malikdir.  Kliniki  praktikada  qanda 
D-dimerin  miqdarının  təyin  edilməsi  monoklonal  antitellərin  əldə  olunmasından 
sonra mümkün oldu. D-dimerin təyin olunması prinsipi tərkibində D-dimer olan qan 
plazması  ilə  qarışdırdıqda  aqqlütinasiyaya  uğradılmış  monoklonal  antitellərlə 
örtülmüş  lateks  hissəciklərinin  qabiliyyətlərinə  əsaslanır.  Test  tədqiq  olunan 
plazmanın  müxtəlif  durulaşdırmaları  ilə  aparılır  və  nümunədə  D-dimerin 
konsentrasiyası haqda fikir hələ də aqqlütinasiya olan ən çox durulaşdırılmış plazma 
nümunəsinə görə yürüdülür. Test yüksək spesifikliyə malikdir və D-dimerin müəyyən 
olunmasında  tədqiq  olunan  fibrin  nümunələrinə  və  fibrinin  fibrinogenə 
deqradasiyasının erkən məhsullarına təsir etmir[217]. 
Əldə olunan məlumatlara görə FPA miqdarı orta hesabla 1,4+0,5 nq/ml təşkil 
edərək  0,5-dən  2,3  nq/ml  hüdudlarda  tərəddüd  edir,  D–dimerin  miqdarı  250nq/ml 
aşmır  [120,  274].  Sağlam  donorların  plazmasında  D-dimerin  olması  fibrinin  daimi 
generasiyasını  və  onun  sonrakı  lizisini  göstərir.  Plazmada  eyni  zamanda  həm  FPA, 
həm də D-dimerin olması iki bir birinə əks olan hemostaz proseslərinin nəticəsində 
qanın  duru  halının  saxlanması  baş  verən  damardaxili  permanent  laxtalanması 
hipotezinin xeyrinə şahidlik edir [15]. 
Qeyd  etmək  lazımdır  ki,  FPA  konsentrasiyasının  yüksəlməsi  ən  müxtəlif 
xəstəliklərdə təyin olunmuşdur [147]. Belə ki, miokard infarktı zamanı FPA miqdarı 
orta hesabla, 5,6 nq/ml, qaraciyər sirrozunda -2,7 nq/ml, kollagenozlu xəstələrdə -5,6 
nq/ml  təşkil  edir.  Bu  xəstəliklər  zamanı  FPA  səviyyəsi  normal  hüdudlardan  xeyli 
yüksək (1,6 nq/ml. p<0,05), lakin dərin baldır venalarının trombozu olan və ağciyər 
arteriyasının tromboemboliyası olan xəstələrə nisbətdə aşağı olmuşdur  – 10,7 nq/ml  
və DVS sindromda -22,0 nq/ml olmuşdur [217]. 
Sepsis  və  septik  şok  hemokoaqulyasiya  və  trombinin  yüksək  dərəcədə 
generasiyası  ilə  müşayiət  olunur  ki,  bu  da  verilmiş  kateqoriya  xəstələrdə  FPA 
səviyyəsinin  və  trombin-antitrombin-III  kompleksinin  yüksək  miqdarı  ilə  sübut 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə