Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/47
tarix22.05.2018
ölçüsü5,01 Kb.
#45293
1   2   3   4   5   6   7   8   9   ...   47

 
 
 


 
Hemostaz  sisteminin  korreksiyasında  differensasiya  olunmuş  rasional  üsullar 
işlənib hazırlanıbdır. 

 
Hemostaz  sistemi  göstəricilərinin  korreksiyasında  kiçik  molekullu  heparinlə 
meksidolun birgə tətbiqinin daha effektli olması müəyyənləşmişdir. 

 
KP-də  zülalların  oksidləşmə  zədələnməsinin  hemostaz  sistemində  əmələ  gətirdiyi 
dəyişikliklər öyrənilmişdir. 

 
Hemostaz  sistemi  göstəricilərinin  korreksiyasında  dezaqreqat  müalicənin 
aparılmasının məqsədəuyğun olub-olmaması müəyyənləşmişdir. 
Elmi işin praktik nəticələri 1 saylı kliniki xəstəxananın cərrahiyyə və reanimasiya 
şöbələrində tətbiq olunmuşdur. 
 
Müayinə üsulları və materiallar: 
Tədqiqatın  əsası  125  kəskin  pankreatitlə  müayinə  və  müalicə  olunan  xəstələr 
üzərində aparılacaqdır.  Xəstələrin yaşı 23-75 olmaqla 4 qrupda birləşəcəkdir: 
Birinci (kontrol) qrupun xəstələrinə (p=41) hər 6 saatdan bir dərialtına 5000 BV 
FOH (Fraksiya Olunmuş Heparin) sutkada 20000 TV  yeridiləcək.  
Ikinci  qrupa  (p=32)  isə  infuzomat  vasitəsilə  fasiləsiz  olaraq  venadaxili  FOH 
təyin  olunan    xəstələr  daxil  edilmişdir.  FOH  dozası  150V/kq/sutkadan  300 
V/kq/sutka.  Onlarda  heparinin  müxtəlif  dozalarının  (150  V/kq/sut,  200  V/kq/sut, 
250V/kq/sut, 300V/kq/sut) hemostaz göstəricilərinə təsiri öyrəniləcəkdir.  
Üçüncü  qrupun  xəstələrinə  (p=24)  infuzomat  vasitəsilə  250V/kq/sut  dozada 
venadaxili FOH.  
Dördüncü qrupun xəstələrinə (p=28) isə hər on iki saatdan bir venadaxilinə FOH 
yeridiləcəkdir.  Dördüncü  qrupun  xəstələrinə  (p=28)  heparinoterapiyanı  (yeridilmə 
sxemi  və  dozası  üçüncü  qrupun  xəstələrinə  uyğun  olacaq)  meksidolun  100  mq 
sutkada 3 dəfə venadaxili yeridilməsi ilə birləşəcəkdir.  
Birinci (kontrol) qrupun xəstələrinə (p=41) hər 6 saatdan bir dərialtına 5000 BV 
FOH  (Fraksiya  Olunmuş  Heparin)  sutkada  20000  TV    yeridilmişdir.  Ikinci  qrupa 
(p=32) isə infuzomat vasitəsilə fasiləsiz olaraq venadaxili FOH təyin olunan  xəstələr 
daxil  edilmişdir.  FOH  dozası  150V/kq/sutkadan  300  V/kq/sutka  arasında  olmuşdur. 


 
 
 
10 
Onlarda  heparinin  müxtəlif  dozalarının  (150  V/kq/sut,  200  V/kq/sut,  250V/kq/sut, 
300V/kq/sut)  hemostaz  göstəricilərinə  təsiri  öyrənilmişdir.  Qan  alınana  qədər 
heparinoterapiyanın minimal müddəti beş saat olmuşdur. Üçüncü qrupun xəstələrinə 
(p=24)  infuzomat  vasitəsilə  250V/kq/sut  dozada  venadaxili  FOH  yeridilmişdir. 
Dördüncü  qrupun  xəstələrinə  (p=28)  isə  hər  on  iki  saatdan  bir  venadaxilinə  FOH 
yeridilmişdir.  Dördüncü  qrupun  xəstələrinə  (p=28)  heparinoterapiyanı  (yeridilmə 
sxemi  və  dozası  üçüncü  qrupun  xəstələrinə  uyğun  olmuşdur)  meksidolun  100  mq 
sutkada  3  dəfə  venadaxili  yeridilməsi  ilə  birləşdirmişlər.  Birinci,  ikinci,  üçüncü  və 
dördüncü  qrupun  xəstələrinə  heparinlə  terapiyanı  bütün  müşahidə  dövrü  ərzində 
aparmışlar  (7  gün).  Tədqiq  edilən  göstəricilər  əməliyyatdan  əvvəl  və  əməliyyatdan 
sonrakı  1-ci,  3-cü,  5-ci  və  7-ci  sutkalarda  müəyyən  edilmişdir.  Qanın  biokimyəvi 
analiz,  immun  sistemi  göstəriciləri,intoksikasiya  göstəriciləri  (Lİİ  (leykositar 
intoksikasiya  indeksi),  OKM),  hemostaz  sistemi  göstəriciləri  (PTİ  (protrombin 
indeksi), elektrolit göstəriciləri (Na, K, Ca, Mg), AHTVZ fibrinogen, ATIII-ın; qanın 
fibrinolitik  aktivliyi,  PST,  FDM;  D-dimer,  trombositlərin  sayı,  TSA),  plazmada 
antioksidant  sistemi  göstəriciləri  (zülalın  sulfhidril  və  karbonil  qrupları) 
öyrəniləcəkdir.  
İşin icra olunması: 
Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrası, Bakı şəhər Baş 
Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzin cərrahiyyə, həmçinin cərrahi reanimasiya 
şöbələrində icra olunmuşdur. 
 
Dissertasiyanın müdafiəyə çıxarılan əsas müddəaları: 
1.
 
  Hemostaz  sistemi  monitorinqi  üçün  müxtəlifşəkilli  rutin  testlərdən  istifadə 
olunur,  lakin  bunlar  xüsusilə  kəskin  destruktiv  pankreatitlər  zamanı  xəstələrdə 
və  heparinoterapiya  aparılması  hallarında  həmişə  informativ  olmur. 
Hemokoaqulyasiya  aktivasiyası  və  fibrinoliz  markerlərinin  istifadəsi  daha 
perspektivdir:  fibrin  lizisini  və  trombin  generasiyasını  əks  etdirən  FPA  və  D-
dimer. 


 
 
 
11 
2.
 
Məlumdur ki, kəskin destruktiv pankreatitlər zamanı POÇ-un inkişafı hemostaz 
sistemin  şiddətli  aktivasiyası  fonunda  baş  verir.  Dominantlıq  təşkil  edən 
təsəvvürlərə  görə  Yayılmış  Damar  Daxili  Laxtalanma  Sindromunun  (YDDLS) 
qoşulması  kəskin  destruktiv  pankreatitlər  zamanı  xəstələrdə  proqnozu 
əhəmiyyətli  dərəcədə  pisləşdirir.  Qanın  damardaxili  laxtalanması  zamanı 
orqanizmdə mikrosirkulyasiya pozğunluğu baş verir ki, bu da  müxtəlif orqan və 
sistem disfunksiyalarının sonrakı inkişafı ilə davam edir. 
3.
 
 Kompensator 
imkanların 
uğursuzluğu 
nəticəsində 
hemokoaqulyasiya 
sistemində  ciddi  disbalans  yaranır.  Bu  fonda  POÇ  proqressivləşməsi  və 
xəstələrin  vəziyyətinin  pisləşməsi  baş  verir.  Bizim  nəticələr  kəskin  destriktiv 
pankreatitlər zamanı xəstələrdə hemostaz sistemi dəyişiklikləri mexanizmlərinin 
və  aşkar  olunmuş  pozğunluqların  korreksiya  üsullarının  optimizasiyasının 
sonrakı öyrənilməsinin vacibliyini diktə edir. 
4.
 
Kəskin  dekstruktiv  pankreatitlər  zamanı  FPA  və  D-dimerin  plazmadakı 
miqdarının səviyyəsi mühüm diaqnostik göstərici olmaqla yanaşı, bu xəstəliyin 
ağırlaşmalarının,  o  cümlədən  pankrenekrozun  erkən  diaqnostikası  və 
kontrolunun  mümkünlüyünü təmin edir.  
5.
 
Əldə  etdiyimiz  məlumatlardan  aydın  olur  ki,  hemokoaqulyasiya  sisteminin 
aktivləşməsinin  dərəcəsi  və  heparinoterapiyanın  effektivlik  monitorinqinin 
xəstələrin  qan  plazmasında  FP-A  və  D-dimer  səviyyəsinə  görə  aparmaq  daha 
məqsədə  uyğundur.DP-li  xəstələrdə  Fraksiya  Olunmuş  Heparin  (FOH)  250 
TV/sut.  dozada  venadxili  fasiləsiz  olaraq  yeridilməsi  hemokoaqulyasiya 
pozğunluqlarının  korreksiyasının  effektiv  və  təhlükəsiz  metodudur.DP-li 
xəstələrdə  antikoaqulyantların  (heparin)  və  antioksidantların  (meksidol)  təyini 
ilə gedən kombinə olunmuş venadaxili terapiya heparinlə monoterapiyadan daha 
effektivdir.  Kombinə  olunmuş  müalicədə  ağırlaşmalar  və  poliorqan 
çatmamazlığının  davamlılığı,eyni  zamanda  ifadə  dərəcəsi  demək  olar  ki,  çox 
aşağı səviyyədə olmuşdur.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə