Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/47
tarix22.05.2018
ölçüsü5,01 Kb.
#45293
1   2   3   4   5   6   7   8   9   ...   47

 
 
 
18 
Damar divarının tamlığı pozulduğu zaman tromb əmələ gəlməni sürətləndirən 
bioloji  aktiv  maddələr  sintez  olunur.  Bu  səbəbdən  damar  divarının  zədələnməsinə 
gətirib  çıxardan  xarici  faktorlarla  yanaşı,  daxili  faktorlarda  əsas  etioloji  amil  kimi 
nəzərdə  tutulur  ki,  bunlara  da  trombin,  tsiklik  nukleotidlər,  sitokinlər  və  s.  aiddir. 
Damar  divarının  belə  zədələnməsi  bir  çox  xəstəliklər  və  xüsusən  kəskin  pankreatit 
zamanı  müşahidə  olunur.  Bu  zaman  ən  önəmli  faktor  olan  trombositlər  sümük 
iliyində  olan  meqakariositlərdən  sintez  olunur  və  orta  hesabla  9  sutka  yaşama 
qabiliyyətinə  malikdirlər.  Trombositlərin  adheziv-aqreqasiya  və  angiotrofik 
funksiyaları  var.  Normal  şəraitdə  endotel  hüceyrələri  trombositlərin  adgeziyası, 
aqreqasiyaı  və  koaqulyasiya  reaksiyalarına  effektiv  nəzarət  edir.  Bu  zaman  endotel 
hüceyrələri trombositlərin aqreqasiya ingibitoru olan prostasiklin sintez edərək qanın 
duru  halda  qalmasına  şərait  yaradır.  Bundan  əlavə  olaraq  endotelial  zülal  olan 
trombomodulin yeni başlanmış koaqulyasiyanın qarşısını alır. Trombomodulinin əsas 
funksiyası  trombini  inaktivləşdirərək  onu  antikoaqulyant  sistemin  güclü  aktivatoru 
olan–protein  C-yə  çevirir.  Bunun  hesabına  koaqulyasiya  reaksiyalarının  sürətində 
ciddi  tormozlanma  baş  verir.  Endotel  eyni  zamanda  fibrinolizis  proseslərindədə  
plazmin sisteminin aktivləşdirən toxuma plazminogen aktivatorlarının sintez və qana 
keçməsində də mühüm rol oynayır[13,30,44,91]. 
Kiçik damarların zədələnməsi bu damarların spazmına gətirib çıxarır. Bu da öz 
növbəsində  saya  əzələ  hüceyrələrinin  reflektor  olaraq  yığılmasına,  trombsitlər  və 
endoteliol  hüceyrələrdən  seratinin,tromboksan  A
2, 
kotexolaminlər  və  digər 
vazokanstrikttorların əmələ gəlməsinə şərait yaradır. Bu zaman trombositlərin sürətli 
aktivasiyası  yaranır.  Bu  aktivasiya  nəticəsində  yüksək  konsentrasiyada  ADF 
(eritrositlərin və endotelin zədələnməsi nəticəsində yaranır) sintez  və eyni zamanda 
subendotelid  hüceyrələrdən  fibrilyor  strukturlar,  həmçinin  kollagen  yaranır. 
Kollagenin qanla təmasda olması GP-Ja, GP-Jb və hillebrana faktorunun iştirakı ilə 
trombositlərin 
adgeziyasına 
gətirib 
çıxardır. 
Tromboksan 
A
2
,ADF 
və 
kotexolaminlərin  təsiri  altında  trombositlər  bir-biri  ilə  birləşərək  agregat,  sonda  isə 
trombositar tıxac yaradırlar[18,47,143]. 


 
 
 
19 
Trombostilərin  aqreqasiyasının  sürətlənməsi  nəticəsində  həmişə  zədələnmiş 
nahiyədə  qanın  laxtalanmasına  gətirib  çıxardır.  Aglutinasiya  və  agregasiya 
trombositlərin  formalarının  dəyişməsinə,  membranlarında  fibrinogen  reseptorlarının 
(GP  IIb  -IIIa)  əmələ  gəlməsinə  və  nəticədə  CA
++ 
ionların iştirakı ilə aktivləşməsinə 
gətirib çıxardır. Aktivləşmiş trombositlər arasındakı bu stabil bir mexanizmdir, buna 
görə  də  bu  aqreqasiya  geriyə  dönən  xarakter  daşıyır.  Geriyə  dönməz  trombositlər 
tıxacın  əmələ  gəlməsi,  trombositlərdən  PqG
2
,  PqH
2, 
tromboksan  A
2, 
Ca
++

trombositlərin  aktivasiya  faktoru  (TAF)  adrenalin,  naradrenalin,  fibrinogen  və 
digərlərinin  sükresiyası  nəticəsində  ikincili  aqreqasiya  nəticəsində  baş  verir.  Bu 
maddələrin    sekresiyası  trombositlərin  aktomiozin  sistemini  aktivləşdirir, 
tombositlərin  daxili  təzyiqini  artırır  və  bundan  əlavə  olaraq  trombasitar  tıxacın 
retroksiyasına  (yığılma  və  bərkimə)  gətirib  çıxardır.  Bu  proses  zamanı  qanaxma 
normada kiçik damarlardan 5 dəqiqə ərzində dayanır[19,55,195]. 
 
1.2.2.  Koaqulyasion hemostaz 
Böyük  qan  damarlarının  zədələnməsi  zamanı  trombositar  tıxac  qanaxmanın 
qarşısını  almağa  kömək  edə  bilmir  və  bu  zaman  ancaq  koalquyasion  hemostazın 
aktivləşməsi problemi həll edir.  
Koaqulyasion hemostaz xüsusi zülalların, fosfolipidlərin və Ca
++ 
-ların iştirakı 
ilə  baş  verir.  Bu  prosesdə  iştirak  edən  zülalların  böyük  əksəriyyəti  profermentlərə 
aiddir,  rum  rəqəmi  ilə  işarə  olunur  və  bəziləri  1-ci  dəfə  qanda  defisiti  aşkarlanmış 
xəstənin soyadı ilə qeyd olunur.  
Koaqulyasion  hemostaz  digər  laxtalanma  faktorları  ilə  profermentlərin  böyük 
bir fermentativ zəncirvari aktivləşmə prosesidir. Bu proses şərti olaraq: daxili, xarici 
koaqulyasion mexanizmləri və fibrin əmələ gəlmə prosesləri ilə xarakterizə olunur. 
 
 
 
 
 


 
 
 
20 
Koaqulyasion hemostaz göstəriciləri.Cədvəl 1 
Faktorun adı 
Miqdarı. ml. 
Yetərli 
minimum 
Yarımparçalanma 
dövrü. 
Artım. 
I.Fibrinogen 
300(170-
450)mq 
50 mq 
100 s 
3-6 dəfə 
II.Protrombin

200mkq/70-
130% 
80 mkq/40%  72-96 s 
2-3 dəfə 
III.Tromboplastin 




IV.Ca
++ 
2,3-2,8 
mmol/l 



V.AC-qlobulin. 
25mkq/80-
110% 
2,5-4 
mkq/10-15% 
12-15 s 
8-10 
dəfə 
VII.Prokonvertin 
2mkq/70-
130% 
0,2 mkq/10%  2-6 s 
10 dəfə 
VIII.Antihemofil 
qlobulin. 
50 
mkq/80-
120 
5-7mkq/10-
15% 
7-8 s 
3-5 dəfə 
IX.Kristmas-faktor. 
3-4  mkq/70-
130% 
4-6mkq/20-
30% 
20-30 s 
4-5 dəfə 
X.Stüarta-Prauera 
faktoru

6-8  mkq/70-
140% 
0,15 
mkq/20% 
30-70 s 
5 dəfə 
XI.Tromboplastinin 
sələfi. 
7mkq/70-
130% 
15mkq/15-
20% 
30-70s 
4-5 dəfə 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə