Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/47
tarix22.05.2018
ölçüsü5,01 Kb.
#45293
1   2   3   4   5   6   7   8   9   10   ...   47

 
 
 
21 
*
Qaraciyərdə sintez olunanlar: 

 
K vitaminindən asılı faktorlar: II, VII, IX, XIII. 

 
Trombinə həssas faktorlar: I, V, VIII, XIII. 

 
Kontakt faktorlar: XII, XI, prekallikrein. 

 
Proteaza serinləşmiş faktor: XII, XI, X, IX, VII, II, plazmin. 
 
 
Əlavə faktorlar: 

 
Villerbrand faktoru. 

 
Fletçer faktoru. 

 
Fitjerald faktoru. 
 
Koaqulyasion hemostazın xarici mexanizmi:  
Bu  proses  VII  faktorun  aktivləşməsi  nəticəsində  toxuma  faktorlarının  (III 
faktor)  iştirakı  ilə  başlayır.  Aktivləşmiş  VII  faktor  X,  X
a
  və  IX  fakotların 
aktivləşməsinə gətirib çıxardır. Sonra X

 faktoru protrombini trombinə çevirir və bu 
reaksiya əhəmiyyətli dərəcədə V
a
 koagulyasiya faktorlarının, həmçinin fosfolipidlərin 
aktivləşməsinə şərait yaradır. Beləcə, protrombin yaranma mərhələsi başa çatır və bu 
proses  4-7 dəqiqə çəkir [12,34,95]. 
Koagulyasion hemostasın daxili mexanizmi:  
Daxili  koagulyasion  mexanizmlərin  aktivləşməsi  Hageman  faktorunun  (XII) 
trombositlərin  fosfolipid  membranında  aktivləşməsi  ilə  baş  verir.Hageman  faktoru 
endotelial hüceyrələrdən kollegenin, adrenalinin və s. aktivləşdirərək, eyni zamanda 
isə XI və XI
a
faktoru yaradır. Bu reaksiyada XI
a  
faktorunu aktivləşdirən digər önəmli 
bir mediator olan kallikreində iştirak edir. Beləcə XI

faktoru IX faktoru aktivləşdirir. 
Faktor IX

fosfolipid membranında VIII faktor və Ca
++ 
ionlarının iştirakı ilə proteoliz 
nəticəsində  aktiv  X  faktora  çevrilir.  Faktor  X

protrombini  trombinə  çevirir  və  bu 
reaksiya  əhəmiyyətli  dərəcədə  koaqulyasiya  V
a
  faktorunu  və  fosfolipidlərin    əmələ 
gəlməsini sürətləndirir. Nəticədə qeyri-aktiv faktor olan II (protrombin) - aktiv faktor 


 
 
 
22 
olan II

 (trombinə) çevrilir və bu mərhələ trombinlərin əmələ gəlməsi ilə başa çatır, 
2-5 saniyə [12,47]. 
Fibrin əmələ gəlməsi:  
Fibrinogenin  fibrinə  keçmə  mərhələsi  2  fibrinopeptit  A  və  2  fibrinopeptit  B 
molekullarının  iştirakı  ilə  baş  verir.  Beləcə,  fibrin-monomer-dimer-trimer-oliqomer 
yaranır. Fibrin stabilləşdirici faktor (aktivləşmiş trombin) Ca
++  
iştirakı ilə qeyri-stabil 
həll olan fibrini, stabil həll olan fibrinə çevirir. Nəticədə bu fibrin laxtası fibrinolitik 
agentlərə və digər proteolitik maddələrlə resiztentlik əldə edir. Yeni yaranan laxtaya 
trombositərin  hesabına  fibrinin  çoxlu  miqdarda  çökməsi  laxtanın  retraksiyasına 
gətirib  çıxardır.  Bu  sonuncu  mərhələ  fibrin  əmələ  gələn  mərhələ  olub  2-5  saniyə 
çəkir[12,34 ,142,161]. 
 
1.2.3.  Fizioloji  anti-koaqulyantlar 
Fizioloji  anti-koaqulyantlar  I-li  və  II-li  olmaqla  2  yerə  bölünür.  I  anti-
koaqulyantlar  həmişə  qanda  mövcuddur,  II  anti-koagulyantlar  isə  koaqulyasion 
reaksiya nəticəsində əmələ gəlir.  
I-li anti koaqulyantlara aiddir: 
-
 
Antitrombin III 
-
 
Protein C 
-
 
Protein S 
-
 
Daxili laxtalanma yolu ingibitoru ( DLYİ-TFPJ
-
 
Kofaktor heparin II 
Antitrombin  III  heparinlə  birlikdə  çox  güclü  bir  antikoaqulyant  təsir  edir.  Bu 
kompleks  güvəniləcək  dərəcədə  koaqulyasion  faktorları  II

,  IX
a
,  X
a
,  XI
a
,  XII
a
  və 
kallikreini blokada edir. AT III defisiti – venoz trombozun ciddi göstəricisidir. Digər 
əhəmiyyətli  ingibitor  heparin  II  kofaktorudur.  Bunun  təsiri  nəticəsində  heparinin 
təsiri bir neçə dəfə artır. 
Daxili laxtalanma yolu ingibitoru  (DLYİ-TFPJ) Xa faktorunun əmələ gəlməsini 
tormozlayır. 


 
 
 
23 
Protein  C  özündə  bir  çox  biokimyəvi  reaksiyaları  birləşdirir.  Koagulyasiya 
prosesləri  zamanı  membran  qlukoproteinləri    trombinlə  birləşir  və  sonuncu  özünün 
bütün  koagulyasion  aktivliyini  itirir,  lakin  protein  C-ni  aktivləşdirmək  qabiliyyətinə 
malik olur. Bundan sonra aktivləşmiş protein C, protein S ilə birlikdə fosfolipidlərin 
səthində V

və VIII

faktorları ilə birləşir. Bu mexanizm əhəmiyyətli dərəcədə sonrakı 
mərhələdə trombinin əmələ gəlməsi və transformasiyasında rol oynayır.  
II–li  anti-koagulyantlara  fibrinogen  və  fibrinin  deqradasiya  məhsulları 
aiddirlər. 
Bu 
da 
öz 
növbəsində 
koagulyasiyanın 
son 
mərhələsini 
tamamlayır[30,34,176]. 
1.2.4.  Fibrinolitik sistem 
Fibrinoliz  –bu  proses  fibrin  laxtanın  əriməsi  nəticəsində  damar  mənfəzinin 
tamlığının  bərpa  olunması  ilə  xarakterizə  olunur.  Bundan  əlavə  olaraq  fibrinolitik 
sistem  yaraların  sağalmasını  kontrolda  saxladığı  kimi  bir  sıra  əlavə  mühüm 
funksiyaları  da  yerinə  yetirir.  Bu  proses  orqanizmin  plazmin  sisteminin  və  fibrinin 
bir-biri  ilə  mürəkkəb  reaksiyasının  nəticəsi  olub    aşağıdakı  əsas  komponentlərdən 
ibarətdir: plazminogen, plazmin (fibrinolizin), fibrinolizin proferment aktivatorları və 
onun  ingibatorları.  Plazmin  sisteminin  komponentlərinin  bir-birinə  olan 
münasibətinin pozulması fibrinolizin patoloji aktivləşməsinə gətirib çıxarır[57,84]. 
Plazmin sisteminin xarakterik göstəriciləri: 
-
 
Plazminogen 
-
 
α
2
 antiplazmin 
-
 
α

antitripsin 
-
 
Fibrin və fibrinogenin deqradasiya məhsulları  
-
 
D-Dimer 
Xarici  mexanizmlərin  əsas  aktivatoru  kimi  plazminogenin  toxuma  aktivatoru  və 
urokinaza rol oynayır ki, bu da öz növbəsində endoteliol hüceyrələrdən sintez olunur. 
Daxili  mexanizmlərdən  isə  XII

  kallikreinlə  birlikdə  (XII

–  asılı  fibrinoliz) 
daxildir[34,47]. 
Fibrinoliz iki formada ola bilir: birincili və ikincili. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə