42
fibrinogen molekulasının konfiqurasiya dəyişikliklərindən bir müddət sonra isə
fibrinopeptid B, fibrinogenin y-zəncirləri trombinlə modifikasiya olunmurlar.
Trombinin fibrinogenə təsiri xüsusi seçiciliyinə görə fərqlənir. Öncə trombin Aa
polipeptid zəncirində qalıqlar arasında olan Arg16-Gly17 peptid rabitəsini əridir.
Onun əriməsindən sonra FPA ayrılır, nəticədə fibrinogen molekulası aktivləşir və
monomer fibrin xüsusiyyətlərini əldə edir. Qeyd etmək mühümdür ki, Aa fibrinogen
zəncirinin Arg16-Gly17 rabitəsi digər fermentlərin proteolitik təsirinə qarşı
davamlıdır. Onun trombinlə seçici olaraq əriməsi onunla izah olunur ki, bu ferment
fibrinogeni “tanıyır” və onda olan məhz bu rabitəni əridir. “Tanımaq” üçün Aa
zəncirində olan aminturşu qalıqlarının unikal ardıcıllıq şifrəsindən istifadə olunur. Bu
zaman Arg16-Gly17 rabitəsi yaxınlığında yerləşmiş aminturşular onların 34-44
ardıcıllığı qədər mühüm deyildirlər. Trombin fibrinogeni strukturunun bu seqmentinə
görə “tanıyır”. Bu seqment produktiv ferment substrat kompleksi əmələ gətirməyə
imkan verir, hansında ki, fermentin katalitik mərkəzi yalnız bir peptid əlaqə ilə
qarşılıqlı əlaqəyə girir, hansının ki, əriməsi bu zülalın bioloji funksiyalarının əsasını
təşkil etmək üçün vacibdir [30].
“In vivo” FPA qan dövranından sürətlə atılır, onun yarımparçalanma dövrü 3-5
dəqiqədir, buna görə də qanda FPA konsentrasiyası trombinin təsiri altında onun
produksiyasını, beləliklə də, qanın laxtalanma sisteminin aktivasiya səviyyəsini əks
etdirir [225].
Fibrinogendən FPA ayrılmasından sonra əmələ gələn fibrin –monomer
oliqomerlər əmələ gətirir, hansılar ki, əriyən fibrinin əmələ gəlməsi ilə spontan
olaraq polimerləşə bilərlər. Fibrinin əriməz hala gəlməsi üçün o, qanın
laxtalanmasının akrivləşdirilmiş XIII faktorunun təsirinə məruz qalmalıdır. Fibrinin
“In vivo” əmələ gəlməsinin sonuncu fazası transqlutaminaza (aktivləşdirilmiş XIII
faktor) təsiri altında Ca ionlarının iştirakı ilə polimer fibrin torunda kovalent
rabitələrin əmələ gəlməsi ilə xarakterizə olunur. XHIa faktoru fibrinin iki qonşu
molekulunun y zəncirləri arasında köndələn rabitələrin əmələ gəlməsini katalizə edir
(sürətli reaksiya). Sonra isə a-zəncirlər arasında molekullar arası əlaqələrin daha
43
yavaş-yavaş formalaşması baş verir. Fibrinin kovalent çöküntülərinin birləşmələri
nəticəsində elastikləşir və fibrinolitik agentlərin lizisinə qarşı davamlı olur [30, 59].
Fibrinogenin plazminlə lizisi zamanı ərimənin birinci mərhələsində molekulyar
kütləsi 240-265 kD olan X fraqmenti və kiçikmolekullu peptidlər əmələ gəlir.
Sonradan isə X fraqmentindən molekulyar kütləsi 83 kD olan D fraqmenti ayrılır və
Y fraqmenti əmələ gəlir (molekulyar kütləsi 150 kD); sonra isə Y fraqmentindən D
və E fraqmentləri əmələ gəlir (molekulyar kütləsi 50 kD). Beləliklə, fizioloji sərtlərə
yaxın olan şərtlər daxilində fibrinogen molekulunun proteolizinin son məhsulları
olaraq iki D fraqment və bir E fraqmenti və kiçikmolekullu peptidlər əmələ gəlir. E
və D fraqmentləri plazminə münasibətdə stabil olub, nisbətən yüksəkmolekullu
məhsullardır [30, 35].
Fibrinolizin differensial diaqnostikası nöqteyi nəzərindən fibrinin plazminlə
hidrolizinin ən əhəmiyyətli məhsulu D-dimerdir. Onun fibrinogenin deyil, yalnız
fibrinin lizisi zamanı əmələ gəlməsi sonuncuda transqlutaminazanın təsiri altında
fibrin monomerlərinin polmerləşməsi zamanı kovalent rabitələrin əmələ gəlməsi
prosesində baş verən struktur dəyişikliklərlə bağlıdır. Beləki, D-dimerin fibrinogenin
hidrolizində əmələ gəlməsi mümkün deyil, bu fraqment fibrinolizin spesifik
markeridir[200].
Yuxarıda göstərilənlərin əsasında belə bir nəticə çıxarmaq olar ki, FPA və D-
dimerin plazmada miqdarı səviyyəsi insanın hemostaz sistemi aktivasiyasının mühüm
göstəriciləridir[200,225,274].
Insan qanında FPA səviyyəsi ilk dəfə 1974-cü ildə radioimmun metod köməyi
ilə ölçülmüşdür [225]. Bu metod kifayət qədər həssasdır, lakin hər zaman real klinik
şəraitlərdə mümkün deyil, belə ki radioizotop materialların istifadəsi zamanı bahalı
cihazların, xüsusi hazırlanmış personalın və xüsusi qorunma metodlarının olması
vacibdir. FPA müəyyən olunmasının qeyri-izotop immunoferment metodlarının
tətbiqi daha perspektivlidir, belə ki, bu zaman enzimatik aktivliyi adi biokimyəvi
laboratoriya şəraitində belə mümkün olan spektrofotometrik metodla asan müəyyən
edilən peroksidazadan işarə kimi istifadə olunur [274].
44
D –dimerin miqdarca müəyyən olunması üçün həm də immunoloji yanaşmadan
istifadə olunmuşdur. Göstərilmişdir ki, fibrin lizisi zamanı əmələ gələn D-dimer D
fraqmentindən fərqli olan yeni antigen struktura malikdir. Kliniki praktikada qanda
D-dimerin miqdarının təyin edilməsi monoklonal antitellərin əldə olunmasından
sonra mümkün oldu. D-dimerin təyin olunması prinsipi tərkibində D-dimer olan qan
plazması ilə qarışdırdıqda aqqlütinasiyaya uğradılmış monoklonal antitellərlə
örtülmüş lateks hissəciklərinin qabiliyyətlərinə əsaslanır. Test tədqiq olunan
plazmanın müxtəlif durulaşdırmaları ilə aparılır və nümunədə D-dimerin
konsentrasiyası haqda fikir hələ də aqqlütinasiya olan ən çox durulaşdırılmış plazma
nümunəsinə görə yürüdülür. Test yüksək spesifikliyə malikdir və D-dimerin müəyyən
olunmasında tədqiq olunan fibrin nümunələrinə və fibrinin fibrinogenə
deqradasiyasının erkən məhsullarına təsir etmir[217].
Əldə olunan məlumatlara görə FPA miqdarı orta hesabla 1,4+0,5 nq/ml təşkil
edərək 0,5-dən 2,3 nq/ml hüdudlarda tərəddüd edir, D–dimerin miqdarı 250nq/ml
aşmır [120, 274]. Sağlam donorların plazmasında D-dimerin olması fibrinin daimi
generasiyasını və onun sonrakı lizisini göstərir. Plazmada eyni zamanda həm FPA,
həm də D-dimerin olması iki bir birinə əks olan hemostaz proseslərinin nəticəsində
qanın duru halının saxlanması baş verən damardaxili permanent laxtalanması
hipotezinin xeyrinə şahidlik edir [15].
Qeyd etmək lazımdır ki, FPA konsentrasiyasının yüksəlməsi ən müxtəlif
xəstəliklərdə təyin olunmuşdur [147]. Belə ki, miokard infarktı zamanı FPA miqdarı
orta hesabla, 5,6 nq/ml, qaraciyər sirrozunda -2,7 nq/ml, kollagenozlu xəstələrdə -5,6
nq/ml təşkil edir. Bu xəstəliklər zamanı FPA səviyyəsi normal hüdudlardan xeyli
yüksək (1,6 nq/ml. p<0,05), lakin dərin baldır venalarının trombozu olan və ağciyər
arteriyasının tromboemboliyası olan xəstələrə nisbətdə aşağı olmuşdur – 10,7 nq/ml
və DVS sindromda -22,0 nq/ml olmuşdur [217].
Sepsis və septik şok hemokoaqulyasiya və trombinin yüksək dərəcədə
generasiyası ilə müşayiət olunur ki, bu da verilmiş kateqoriya xəstələrdə FPA
səviyyəsinin və trombin-antitrombin-III kompleksinin yüksək miqdarı ilə sübut
Dostları ilə paylaş: |