Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
  1   2   3   4   5   6   7   8   9   ...   39


AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ 
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ 
 
Əlyazma hüququnda 
 
ANAR ELXAN OĞLU NAMAZOV 
 
 
QARININ ÖN DİVARININ YIRTIQLARININ LAPAROSKOPİK         
PLASTİKASINDA AĞIRLAŞMALARIN 
 PROFİLAKTİKASI 
 
3213.01 – “Cərrahiyyə” 
 
Tibb  üzrə fəlsəfə doktoru elmi  
                                                     dərəcəsi almaq üçün  
 
D İ S S E R T A S İ Y A 
 
 
 
 
Elmi rəhbər: Tibb elmləri doktoru,  
Professor Bayramov N.Y. 
 
                                                     
 
BAKI – 2013 
 


 
 
 

MÜNDƏRİCAT 
 
GİRİŞ .................................................................................................................... 4 
Fəsil I. QARIN DİVARININ YIRTIQLARININ CƏRRAHİYYƏSİNİN 
MÜASİR VƏZİYYƏTİ  (ƏDƏBİYYAT İCMALI) ............................................ 9 
 1.1.Qarın divarının yırtıqlarının etiologiyası və patogenezi ..............................  10 
 1.2. Qarın divarının yırtıqlarının açıq cərrahi müalicəsinin müasir vəziyyəti ...  13 
 1.3. Qarın divarının yırtıqlarının laparoskopik cərrahlığının müasir vəziyyəti .. 20 
1.4. Qarın divarının yırtıqlarının cərrahi müalicəsindən sonra inkişaf etmiş 
ağırlaşmaların yayılma səviyyəsi və onların aradan qaldırılması yolları...............29  
Fəsil II. TƏDQİQATIN MATERİAL VƏ METODLARI ...................................39 
2.1. Xəstələrin ümumi xarakteristikası.................................................................39 
2.2. Tədqiqat metodları.........................................................................................42 
2.3. Əməliyyatönü hazırlıq dövrünün xüsusiyyətləri............................................45 
2.4. Anesteziya üsulunun seçilməsi.......................................................................48 
Fəsil III. QARIN DİVARININ YIRTIQLARININ AÇIQ CƏRRAHİ MÜALİCƏ-
SİNİN NƏTİCƏLƏRİ ..........................................................................................50 
FƏSIL IV. QARIN DİVARININ YIRTIQLARININ VİDEOENDOSKOPİK 
CƏRRAHİ MÜALİCƏSİNİN NƏTİCƏLƏRİ ....................................................65 
FƏSİL V. QARIN DİVARININ YIRTIQLARININ VİDEOENDOSKOPİK  
TOTAL EKSTRAPERİTONEAL PLASTİKASININ NƏTİCƏLƏRİ................88 
YEKUN ..............................................................................................................104 
NƏTİCƏLƏR .....................................................................................................114 
PRAKTİK TÖVSİYƏLƏR ………....................................................................115 
ƏDƏBİYYAT SİYAHISI ..................................................................................116 
 
 
 


 
 
 

İXTİSARLAR: 
 
ACSV – ağciyərlərin süni ventilyasiyası  
QB – qarın boşluğu 
QDT  -  qarındaxili təzyiq 
QÖD – qarının ön divarı 
ETİ – endotraxeal intubasiya 
LAE – laparoskopik appendektomiya 
LSE - laparoskopik sistektomiya 
LXE - laparoskopik xolesistektomiya  
MBT – mədə-bağırsaq traktı 
OBB – onikibarmaq bağırsaq 
ÖDX – öd daşı xəstəliyi 
İLP  - in lay plastika 
OLP - on lay plastika 
SLP - sub lay plastika 
TAP – transabdominal plastika 
TEP – total ekstraperitoneal plastika 
USM – ultrasəs müayinəsi  
VLS - videolaparoskopiya 
 
 
 
 
 
 
 
 


 
 
 

GİRİŞ 
 
Problemin  aktuallığı.  Qarının  ön  divarının  yırtıqları  əhali  arasında  geniş  yayıl-
mış  cərrahi  patılogiyadır  və  dünya  əhalisinin  2-7%-də  rast  gəlir  [12,  21,  25,  128, 
165].  Onların  yayılması  tendensiyası  artmaqda  davam  edir  və  40  yaşdan  yuxarı 
kişilərin  13-15%-də,  yaşlı  kişilərin  60%-ə  qədərində  müşahidə  olunur  [118,  139, 
156].  Qasıq  yırıtıqları  rastgəlmə  tezliyinə  görə  ilk  pilləni  tutur  və  qarın  divarının 
bütün yırtıqlarının 75%-ni təşkil edir [1,  14, 37, 99, 143]. Sonrakı yerlər göbək, ağ 
xətt  və  bud  yırtıqlarına  məxsusdur  [2,  16,  52,  134].  Ümumi  cərrahi  şöbələrdə  icra 
edilən  planlı  əməliyyatların  25%-ə  qədəri  qarının  ventral  yırtıqlarının  payına  düşür 
[16,  46,  88,  95,  149].  Urgent  cərrahiyyədə  də  yırtıqların  ağırlaşmalarına  (boğulma, 
kəskin bağırsaq keçməzliyi, kəskin peritonit və s.) görə yerinə yetirilən təcili cərrahi 
əməliyyatların payı xeyli yüksəkdir [34, 60, 117, 153].  
Böyük qasıq-xaya yırtıqlarına görə açıq cərrahi əməliyyatlardan sonra 10-14%, 
təkrar  yırtıq  əməliyyatlarından  sonra 30-35%  hallarda  yırtığın residivi baş verir  [74, 
121,  133,  193,  218].).  Təkrar  yırtıqlar  bütün  lokalizasiyalarda,  yırtıqlara  görə 
aparılmış istənilən cərrahi əməliyyat üsulundan sonra 5-45% hallarda meydana çıxır 
[11, 99, 128, 195]. Əməliyyatdan sonrakı yırtıqların yayılması açıq cərrahi əməliyyat-
ların kəmiyyət və keyfiyyət tərkibinin artması səbəbindən çoxalmağa  meyllidir. Son 
illərin  məlumatlarına  görə  onkoloji,  ginekoloji,  koloproktoloji  əməliyyatların  tətbiq 
dairəsinin  genişlənməsi,  xüsusilə  yaşlı  şəxslərdə  əvvəllər  inoperabel  və  inrezektabel 
hesab  edilən  şişlərə  görə  radikal,  genişləndirilmiş  radikal  cərrahi  əməliyatların 
aparılmasının  mümkünlüyü  bu  yırtıqların  rastgəlmə  tezliyinin  20-25%-ə  qədər 
yüksəlməsinə səbəb olmuşdur [44, 74, 133, 135]. Qarın boşluğunda yerinə yetirilmiş 
geniş laparotomiyalardan, həmçinin təkrar əməliyyatlardan sonra yırtıqlar ən çox ağ 
xətt boyunca əmələ gəlir [19, 23, 62, 94, 161].  
Qarının  ön  divarının  yırtıqlarının,  onların  residivlərinin,  xüsusilə  posoperasion 
yırtıqların  etiopatogenezinin  təsnifləndirilməsi,  sistemləşdirilməsi  cəhdləri  uğursuz-
luqlarla nəticələnməkdə davam edir. Bu yırtıqların bütün növlərinin anatomik lokali-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə