Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   ...   10   11   12   13   14   15   16   17   ...   39

 
 
 
41 
aritmiyalar)
 

 
-
 

1  
Virus hepatiti
 

 

 

5  
Cəmi
 
11
 
11
 

31  
Uzaq nəticələrin öyrənilməsi üçün cərrahi müalicədən sonra xəstələrin müşahi-
dəsi və onlara təkrar baxış 6 ay – 3 il müddətlərində həyata keçirilmişdir. Bu müddət-
də dəvəti qəbul etmiş xəstələrə bir və ya bir neçə dəfə baxılmış, zəruri məsləhətlər ve-
rilmişdir.  55  xəstə  tərəfimizdən  hazırlanmış  anket  sorğusuna  telefon  və  ya  internet 
vasitəsi ilə cavab vermiş və cavabların bal qiymətləndirilməsi yolu ilə uzaq nəticələr 
öyrənilmişdir.  Sorğu  sualarının  cavablarının  nəticələri  toplanılmış,  sistemləşdirilmiş 
və bal qiymətləndirilməsi aparılmışdır (şəkil 2.1). 
 


 
 
 
42 
 
 
 
 
 
Şək.2.1 Pasientin anket sorğusu 
 
 
Hörmətli  Xanım  (Cənab)!  Bu  sorğu  qarın  yırtığına  görə  Sizin  üzərinizdə 
aparılmış  cərrahi  əməliyyatın  və  müalicənin  nəticələrini  öyrənmək  məqsədi  ilə 
tərtib edilmişdir. Düzgün cavabların altından xətt çəkməyinizi xahiş edirik! 
S.A.A. ____________________________________________________ 
Şöbə___Yaş_______  Müalicə tarixi _______Cərrahi əməliyyat tarixi 
1. Yırtıq əmələ gələnə qədərki həyat tərzi bərpa olunmuşdurmu?  
a. Bəli 
b. Xeyr 
2.  Yırtıq  əmələ  gələnə  qədərki  dövrə  uyğun  əmək  qabiliyyətininz  bərpa 
olunmuşdurmu?  
a. Bəli  
b. Xeyr 
3. Əmək qabiliyyətiniz hansı  müddətdə  tam  bərpa  olmuşdur  (xəstəxanadan  evə 
yazıldıqdan neçə gün (ay) sonra əmək fəaliyyətinə qayıtmısınız? 
        Özünüz qeyd edin!   
4. Əməliyyat çapığının estetikliyindən, görünüşündən razısınızmı?  
a. Bəli  
b. Xeyr 
5.  Əməliyyat  nahiyəsindya  və  ya  digər  nahiyələrdə  yenidən  şişkinlik  əmələ 
gəlmişdirmi? 
a. Bəli  
b. Xeyr 
6.  Yara  nahiyəsində  qalınlaşma,  arzuolunmaz  hisslər  (hissiyyatlar),  digər  
diskomfort hissləri olurmu? 
a. Bəli  
b. Xeyr 
7. Yara nahiyəsində əmələ gəlmiş çapıq toxuması Sizi narahat edirmi? 
a. Bəli  
b. Xeyr 
8.  Cinsi  həyat  yaşama  zamanı  əvvəlllər  mövcud  olmuş  (əgər  olmuşsa) 
problemlər, çətinliklər, mənfi hallar aradan qalxmışdırmı? 
a. Bəli  
b. Xeyr 
10.  Bu  anketdə  qeyd  olunmayan,  lakin  Sizə  narahatlıq  verən  hallar,  əlamətlər 
olubmu? 
       Özünüz qeyd edin!   
Diqqət:  “Xeyr”  cavabları  verdiyiniz  sualları  əsaslandırmağınızı  və  ətraflı 
yazmağınızı xahiş edirik!  


 
 
 
43 
2.2. Tədqiqat metodları
 
Tədqiqat işində tərəfimizdən aşağıdakı müayinə üsulları istifadə edilmişdir: 
1.
 
Anamnez; 
2.
 
Baxış, o cümlədən yırtıq nahiyəsinə baxış; 
3.
 
Aralıq nahiyəsinə, anal kanala və uşaqlıq yoluna baxış; 
4.
 
Palpasiya; 
5.
 
Döş qəfəsi və qarın boşluğunun icmal R-skopiyası (R-qrafiyası); 
6.
 
EKQ; 
7.
 
Qarın divarının və boşluğunun, həmçinin yırtıq nahiyəsinin ultrasonoqrafiyası; 
8.
 
Fibroqastroduodenoskopiya, rektomanoskopiya, fibokolonoskopiya. 
Klinik müayinə sorğu və xəstəyə ümumi baxışla başlanmışdır. Sorğu zamanı şi-
kayətlər, şişkinliyin əmələgəlmə və mövcudluq müddəti, böyümə tempi, qarın boşlu-
ğuna özbaşına və ya əllə düzəlməsi (düzəlməməsi), qəbizliyin, həzm diskomfortunun 
olub-olmaması,  residivlərin  mövcudluğu  və  onların  sayı,  qarın  boşluğunda  əvvəllər 
cərrahi əməliyyat keçirilməsi, həmin əməliyyatdan sonrakı dövrün gedişi, yerli (yara-
nın irinləməsi, fistul formalaşması) və ümumu ağırlaşmaların baş verməsi və b. məsə-
lələr  öyrənilmişdir.  Əmək  qabiliyyətli  şəxslərdə  problemin  sosial  aspektlərinin  və 
əmək (peşə) fəaliyyətinin xüsusiyyətlərinin öyrənilməsinə böyük diqqət ayrılmışdır.   
Ümumi baxış zamanı bədənin konstitusiyasına, qarının formasına, qarının ön di-
varında əməliyyat çapığının olmasına, sakit və gərgin (öskürək, gücənmə) vəziyyət-
lərdə yırtığın formasına, ölçlərinə, böyüməsinə, yırtığın konturlarının və səthinin də-
yişilməsinə diqqət yetirilmişdir. Aralıq, anal kanal və uşaqlıq yoluna baxış zamanı xa-
yalığın görünüşü, forması, simmetrikliyi, xarici hemorroyun, pararektal fistulun xarici 
dəliyinin, qəbizliyə səbəb ola biləcək digər proktoloji və ginekoloji xəstəliklərin olub-
olmaması öyrənilmişdir.  
Baxış  zamanı  bütün  xəstələrdə  müxtəlif  lokalizasiyalı  və  ölçülü  yırtıqlar  aşkar 
edilmişdir. 59 xəstədə yırtıq sərbəst olmuş, uzanıqlı vəziyyətə keçərkən öz-özünə və 
ya  əllə  düzəlmişdir.  2  xəstədə  uzunmüddətli  sığallama  hesabına  yırtıq  möhtəviyyatı 


 
 
 
44 
qarına salınmışdır. 9 xəstədə düzəlməyən yırtıq müəyyən edilmişdir. Bu yırtıqların 5-i 
əməliyyatdan sonrakı, 3-ü residiv, 1-i isə birincili yırtıq olmuşdur. Sonuncu xəstədə 
yırtığın düzəlməməsi xəstənin uzun müddət bandaj geyinməsi ilə əlaqədar olmuşdur.  
Əməliyyatdan sonrakı və residiv yırtıq nahiyələrində enli, kobud, ətraf sağlam dərini 
radial istiqamətdə və ya mərkəzə doğru nizamsız dartan çapıqlar görünmüşdür. 4 xəs-
tədə deformasiyaedici hipertrofik, 1-də isə kobud kelloid çapıq formalaşmışdır. 3 xəs-
tədə liqatura fistulunun xarici dəliyi, dəlikətrafı qabarıq hiperemiya, infiltrasiya, dəri-
nin mülayim masserasiyası və indurasiyası görünmüşdür.  
Yerli palpasiya zamanı yırtıq kisəsinin möhtəviyyatının xarakteri (elastiklik, kə-
lə-kötür, sərt və s.), möhtəviyyatın qarın boşluğuna düzəlməsi (düzəlməməsi), yırtıq 
qapısının sərbəst olması (olmaması), ölçüləri, qapını formalaşdıran və yaxın toxuma-
ların konsistensiyası (sərtliyi, elastikliyi, barmaqlarla genişlənməsi (genişlənməməsi) 
müəyyən edilmişdir. Qəbizliyə və ya qarındaxili təzyiqin yüksəlişinə səbəb ola bilə-
cək proktoloji xəstəliklərin (daxili hemorroy, anal çat, proktit, proktosiqmoidit və s.) 
diaqnostikası üçün digital rektal, qadınlarda isə bimanual və bidigital (rektal və vagi-
nal) müayinələr aparılmışdır. 
Qarın  divarının  yırtıqlarının  müayinəsi  prosesində  perkussiya  və  auskultasiya 
məhdud informativliyə malikdir. Lakin bəzi hadisələrdə perkutor və auskultativ məlu-
matlar əsasında yırtıq kisəsinin möhtəviyyatı haqqında ilkin təsəvvürlər formalaşmış-
dır. 
Hər 3 qrupun xəstələrində rutin laborator (qan, sidik və nəcisin ümumi analizi, 
qanın koaquloqrafiyası, qanın biokimyəvi analizi) və instrumental (döş qəfəsi və qa-
rın boşluğunun icmal R-skopiyası, EKQ, qarın divarının və boşluğunun USM, yırtıq 
möhtəviyyatının USM, göstərişlər əsasında FQDS, RRS, FKS, KT, MRT və b.) müa-
yinələr aparılmışdır. 
Qanın, sidiyin və nəcisin ümumi analizi, koaquloqrafiya və tromboelastoqrafiya, 
qanın  biokimyası  (qlükoza,  sərbəst,  birləşmiş  və  ümumi  bilirubin,  ümumi  zülal  və 
onun fraksiyaları, kreatinin, qalıq azot, sidik cövhəri, ALT, AST, QF, LDH) ümumi 
qəbul  edilmiş  metodikalarla  öyrənilmişdir.  Bütün  xəstələrdə  qan  qrupu,  rezus  amil, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə