Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   2   3   4   5   6   7   8   9   ...   39

 
 
 

zasiyasının  rəngarəngliyi,  anatomik  xüsusiyyətləri,  cərrahi  əməliyyatların  və  onların 
modifikasiyalarının çoxsaylı olması ilə əlaqədardır [40, 137, 149]. 
Cərrahi  əməliyyatlardan,  xüsusilə  yırtıqlara  görə  bərpa  əməliyyatlarından  sonra 
qarın  divarının  anatomiyası,  biofiziki  xassələri,  innervasiyası  və  vaskulyarizasiyası 
(trofikası)  pozulur,  yırtıqların  əmələ  gəlməsi  üçün  əlverişli  şərait  yaranır  [61,  85,  
160]. Qarın boşluğunün üzvləri (nazik bağırsaq ilgəkləri, sidik kisəsi, uşaqlıq, S-vari 
bağırsaq  və  s.)  xüsusilə  böyük  və  çoxkameralı  yırtıqlar  zamanı  yırtıq  qapısına, 
yırtıqların  və  kameraların  divarına  fiksə  olunur,  onların  motor-evakuator  fəaliyyəti 
məhdudlaşır,  bir  sıra  hallarda  isə  boğulma  kimi  qorxulu  ağırlaşma  ilə  tamamlanır. 
Bütün  bunlar  xəstələrin  rahatsızlığına  səbəb  olur,  onların  həyat  keyfiyyəti  pisləşir, 
əmək qabiliyyəti aşağı düşür və əliliyin strukturuna neqativ təsir edir [3, 123, 152]. 
Əksər  müəlliflərin  tədqiqatlarına  görə  yırtıqlara  görə  aparılmış  cərrahi  əməliy-
yatların  növü  və  ya  icra  texnikasının  səviyyəsi  yox,  seçilmiş  əməliyyat  üsulunun 
uyğunluluğu  cərrahi  əməliyyatın nəticələrinə daha  çox  təsir  edir.  Hətta  yüksək ixti-
saslı  cərrah  tərəfindən  yırtığın  bu  və  ya  digər  növünün  plastikası  zamanı  əməliyyat 
üsulu adekvat seçilmədikdə icra texnikasının mükəmməlliyinə, əməliyyatın atravma-
tikliyinə  və  qısa  müddətlərdə  yerinə  yetirilməsinə  baxmayaraq  residiv  əmələgəlmə 
ehtimalı çox olur [5, 92, 107, 143].  
Sonuncu onilliklərdə yırtıqların istər açıq, istərsə də qapalı (videoendoskopik, vi-
deolaparoskopik) plastikası zamanı sintetik tor istifadəsinə üstünlük verilməsi, yırtıq 
qapısının  (qapılarının)  gərginliksiz  plastikası  üsullarının  geniş  tətbiqi  təkrar 
yırtıqların əmələ gəlməsi səviyyəsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərmişdir 
[103,  106,  107,  108].  Lakin  həmin  torların  da  istifadəsindən  sonra  qüsurlar, 
ağırlaşmalar  meydana  çıxmaqdadır.  Torların  toxumalara  uyğunsuzluğu,  toxumalar 
tərəfindən  rədd  edilməsi,  dislokasiyası,  deformasiyası,  büzüşməsi,  hətta  qarın 
boşluğuna  miqrasiyası,  tora  söykənən  orqanlarla  bitişmələrin,  fistulların  əmələ 
gəlməsi,  torun  fiksasiyası  üçün  istifadə  edilmiş  metallik  (titan)  tikiş  sancaqlarının 
yerdəyişməsi,  miqrasiyası  kimi  ağırlaşmaların  rast  gəlməsi  hadisələri  az  deyildir 
[121, 230].  


 
 
 

Bu  ağırlaşmaların,  o  cümlədən  əməliyyatdan  sonrakı  infeksion-iltihabi  ağırlaş-
maların  aradan  qaldırılması  üçün  əməliyyatönü  hazırlıq  metodikasının,  əməliyyat 
texnikasının, sintetik torların istifadəsinə göstərişlərin, əks-göstərişlərin yırtığın ana-
tomik  lokalizasiyasına  və  digər  anatomo-topoqrafik  xüsusiyyətlərinə  görə  seçiminin 
dəqiqləşdirilməsi,  əməliyyatdan  sonrakı  dövrün  aparılması  metodikasının  tək-
milləşdirilməsi və digər məsələlərin həll edilməsi böyük əhəmiyyətə malikdir.  
İstər birincili, istər residiv, istərsə də cərrahi əməliyyatdan sonrakı qarın yırtıq-
ları ilə bağlı cərrahi əməliyyatların bir çox texniki məsələləri, rasional əməliyyat üsu-
lunun seçimi, cərrahi və infeksion ağırlaşmaların profilaktikası və terapiyası məsələ-
ləri bu günədək həllini tapmamışdır, və təbii olaraq, bu istiqamətdə elmi tədqiqatların 
aparılmasını zəruri edir.  
İşin məqsədi. Qarının ön divarının birincili, residiv və cərrahi əməliyyatdan son-
rakı yırtıqları zamanı optimal qapalı (laparoskopik) əməliyyat üsullarının və yırtıq qa-
pısının  plastikası  üçün  sintetik  torun  seçilməsi  yolu  ilə  cərrahi  müalicənin  nəticələ-
rinin yaxşılaşdırılması  
Bu məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsini labüd etmiş-
dir. 
1.
 
Qarının  ön  divarının  yırtıqlarından  sonra  inkişaf  etmiş  cərrahi  ağırlaşmaların  və 
residivlərin səbəblərinin araşdırılması;  
2.
 
Cərrahi  hernioloji  praktikada  rasional  laparoskopik  (videoendoskopik)  plastika 
üsullarının tətbiqinin təmin edilməsi; 
3.
 
Qarının  ön  divarının  yırtıqları  ilə  müştərək  qarın  boşluğunun  yanaşı  cərrahi 
xəstəlikləri  zamanı  laparoskopik  simultan  cərrahi  əməliyyatların  yerinə  yetiril-məsi 
imkanlarının və bu əməliyyatların üstünlüklərinin müəyyən edilməsi;  
4.
 
Qarının  ön  divarının  yırtıqlarının  sellüloza  tərkibli  sintetik  torla  laparoskopik 
transabdominal plastikasının nəticələrinin öyrənilməsi;  
5.
 
Qarının ön divarının yırtıqlarının sellüloza tərkibli sintetik torla videoendoskopik 
total ekstraperitoneal plastikasının nəticələrinin öyrənilməsi.  
 


 
 
 

Elmi yeniliklər: 
1.  Cərrahi  herniologiyada  sellüloza  tərkibli  sintetik  torun  tətbiqinin  üstünlükləri  ilk 
dəfə olaraq elmi əsaslandırılmışdır. 
2. Qarının ön divarının yırtıqlarının laparoskopik plastikası ölkəmizdə ilk dəfə olaraq 
sellüloza tərkibli sintetik torla yerinə yetirilmişdir.  
Müdafiəyə çıxarılan əsas müddəalar:   
1.
 
Qarın divarının birincili, təkrar və postoperasion yırtıqlarının açıq atenzion plasti-
kası üsulları ilə müqayisədə laparoskopik plastikanın üstünlükləri müəyyən edilmiş-
dir; 
2.
 
Qarın boşluğunda planlı simultan laparoskopik cərrahi əməliyyatların yerinə yeti-
rilməsinə  göstərişlər  olduqda  və  qarının  ön  divarının  yırtıqlarının  residivləri  zamanı 
laparoskopik  transabdominal,  ikitərəfli  qasıq  yırtıqları  zamanı  isə  total  endoskopik 
preperitoneal plastika seçim əməliyyatıdır;  
3.
 
Yırıtq defektlərinin polipropilen torla plastikası ilə müqayisədə sellüloza tərkibli 
tor  ilə  plastikadan  sonra  yerli  ağırlaşmaların  və  residivlərin  rastgəlmə  tezliyi  aşağı 
düşür.  
İşin praktik əhəmiyyəti: Qarın divarının birincili, residiv və əməliyyatdan sonra-
kı yırtıqlarının topoqrafik-anatomik və klinik xüsusiyyətləri nəzərə alınmaqla səmə-
rəli azinvaziv (laparoskopik) plastika üsulunun seçilməsi hesabına əməliyyatdan son-
rakı cərrahi və infeksion-iltihabi ağırlaşmaların rastgəlmə tezliyi aşağı düşmüşdür. 
İşin əsas nəticələrinin müzakirəsi. Dissertasiya işi Azərbaycan Tibb Universite-
tinin  I-cərrahi  xəstəliklər,  ümumi  cərrahiyyə,  uşaq  cərrahiyyəsi,  anesteziologiya  və 
reanimatologiya  kafedralarının  birgə  elmi  konfransında,  əsas  elmi  tezislər  isə  Prof. 
İ.M.  Məmmədovun  90  illik  yubileyinə  həsr  olunmuş  elmi-praktik  konfrans  (Bakı. 
2009), Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq 
elmi konfrans (Bakı. 2010), 18-ci Ulusal Cerrahi Kongresi (İzmir. 2012), Prof. H.A. 
Sultanovun  80  illik  yuileyinə  həsr  olunmuş  elmi-praktik  konfrans  (Bakı.  2012)  və 
Azərbaycan Tibb Universitetinin dissertasiyaların aprobasiyası komissiyasında (Bakı. 
2012)  müzakirə edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə