Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   2   3   4   5   6   7   8   9   ...   39

 
 
 

Dissertasiyanın  strukturu  və  həcmi.  Dissertasiya  142  standart  kompüter  səhifə-
sində yazılmış, 15 cədvəl və 28 şəkillə illüstrasiya olunmuşdur. O, giriş, ədəbiyyat ic-
malı, tədqiqat metodlarına dair fəsil, şəxsi tədqiqatlardan ibarət 3 fəsil, yekun, nəticə-
lər,  praktik  tövsiyələr  və  ədəbiyyat  siyahısından  ibarətdir.  Ədəbiyyat  siyahısı  288 
mənbəni (47 - vətən, 241 - əcnəbi) əhatə etmişdir. 
Publikasiya. Dissertasiya materialları əsasında 5 elmi məqalə (onlardan 1-i xaric-
də) və 4 elmi tezis (onlardan 1-i xaricdə) dərc edilmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 

FƏSİL I 
QARIN DİVARININ YIRTIQLARININ CƏRRAHİYYƏSİNİN  
MÜASİR VƏZİYYƏTİ  (ƏDƏBİYYAT İCMALI) 
 
Qarının ön divarının birincili, residiv və postoperasion yırtıqlarının yüksək rast-
gəlmə tezliyi cərrahları və praktik səhiyyənin rəhbərlərini daim narahat edən mühüm 
problemlərdəndir. Yırtıqlar böyük ölçülərə çatana və ya cərrahi ağırlaşmalar (boğul-
ma, kəskin bağırsaq keşməzliyi, kəskin peritonit) inkişaf edənə qədər əhalinin müəy-
yən  hissəsinin  həkimə  müraciət  etməməsi  səbəbindən  onların  yayılması  səviyyəsini 
dəqiqləşdirmək mümkün olmamışdır [3, 22, 137, 194]. Statistik ədəbiyyat məlumat-
ları əsas etibarı ilə cərrahi müalicə üçün poliklinikalara və stasionarlara müraciət et-
miş xəstələrin sayına görə hesablanmışdır [25, 155, 178, 205]. Ona görə də ədəbiyyat 
qaynaqlarının  məlumatları  bir-birinə  çox  yaxındır,  və  şübhəsiz  ki,  reallığı  tam  əks 
etdirmir [37, 66, 138, 187].  
Qarının  ön  divarının  yırtıqları  dünyanın  kişi  əhalisinin  6-7%,  qadın  əhalisinin 
2,5-3,0%-ni əhatə edir və təxminən 510-570 milyon insanda rast gəlir [85, 176, 192, 
223]. Hər 10000 insandan 50-i yırtıqgəzdiricidir. Stasionara müraciət etmiş (daxil ol-
muş)  yırtıqgəzdiricilər  arasında  heç  şübhəsiz  ilk  yer  qasıq  yırtıqlarına  məxsusdur. 
Yırtıqların bu lokalizasiyası qarın divarının ventral yırtıqlarının 70-75%-ni təşkil edir 
[39]. Sonrakı yerlər göbək (12-15%), ağ xətt (6-8%), bud (3-5%) və az rast gələn yır-
tıqlara (0,1-0,3%) məxsusdur [39, 116, 175, 199]. Sonuncu lokalizasiyalı yırtıqların 
ağırlaşmalarsız formaları klinik praktikada adətən müşahidə olunmur. 
Cərrahi stasionarlarda yerinə yetirilən bütün əməliyyatların 25%-i yırtıqlarla əla-
qədardır və onların 35%-i boğulmalarla bağlı təcili surətdə cərrahi əməliyyat olunur. 
2000-ci ildə ABŞ-da 2,5 milyon, Avropada 1 milyon yırtıq plastikası icra edilmişdir. 
Hər il Rusiyada 200 mindən, Ukraynada 20 mindən artıq yırtıq  əməliyyatları yerinə 
yetirilir [59, 76, 131]. Bu əməliyyatlardan sonra 5-40% [128, 189, 191, 203], ixtisas-
laşmış  hernioloji  mərkəzlərdə  isə  1-5%  hadisələrdə  residivlər  baş  verir  [107,  169, 
173,  198].  Konkret  olaraq,  ixtisaslaşmış  Chouldice  klinikasında  (Kanada,  Toronto) 


 
 
 
10 
6000 plasikadan sonra 0,6% hadisələrdə residiv inkişaf etmişdir [164]. Schumpelick-
ə görə (1968) qasıq yırtıqlarının plastikası əməliyyatlarından sonra Almaniyada hər il 
10%  residiv  meydana  çıxır  və  bu səbəbdən 10000 cərrahi  əməliyyat  yerinə  yetirilir 
[125, 137, 140, 177]. Bu ölkənin statistik bürosunun və bəzi müəlliflərin [122, 182] 
məlumatlarına görə qasıq yırtıqlarına görə aparılmış əməliyyatların 11,4-22,3%-i re-
sidivlərin payına düşür. ABŞ-da residiv göstəriciləri 10-15%-dir və bu xəstələrin tək-
rar  cərrahi  müalicəsinə  1  ildə  28  milyon  dollardan  artıq  vəsait  xərclənir.  Rusiyada 
ənənəvi hernioplastika əməliyyatlarından sonra 2-20%, təkrar əməliyyatlardan sonra 
35-40% xəstələrdə residiv baş verir [56, 63, 86, 98]. 
Mövcud  plastika  üsullarının  və  onların  modifikasiyalarının  çoxluğu  (ədəbiyyat 
məlumatlarına görə 300-dən 600-ə qədər) [37, 67, 68, 92], hər il onlarla yeni plasti-ka 
üsullarının,  mövcud  üsulların  təkmilləşdirilmiş  modifikasiyalarının  hazırlanması  və 
ayrı-ayrı  klinikaların  cərrahi  əməliyyatlarının  siyahısına  düşməsi  qarının  ön  divarı-
nın yırtıqlarının cərrahi müalicəsi probleminin qapanmamasının başlıca göstəricisidir. 
Qarın divarında zəif nöqtələrin – “axilles dabanlarının” mövcudluğu və onların cərra-
hi  bərkidilməsinin  standartlaşdırılmış  universal  metodikasının  işlənilməsinin  müm-
künsüzlüyü problemin daimiliyini bir daha təsdiq edir. 
1.1.
 
Qarın divarının yırtıqlarının və onların residivlərinin etiopatogenezi 
Yırtıqların  lokalizasiyasından,  seçilmiş  plastika  üsulunun  uyğunsuzluğundan, 
cərrahi  əməliyyat  texnikasının  səviyyəsindən,  cərrahi  əməliyyat(lar)dan  sonra  xəstə-
lərin həyat tərzinin, qidalanma və iş rejiminin dəyişməməsindən (daha da ağırlaşma-
sından) və bir çox digər amillərdən asılı olaraq birincili yırtıqların plastikasından son-
ra  təkrar  yırtıq  əmələgəlmə  səviyyəsi  olduqca  yüksəkdir, 15%-dən  25%-ə  qədər  hü-
dudlarında dəyişir [9, 31, 40, 113, 202].  
Təəcüblüdür ki, keçən əsrin ilk illərinin ədəbiyyat məlumatları 100 il kecdikdən 
sonra  da  demək  olar  ki,  yaxşılığa  doğru  az  dəyişmişdir.  Belə  ki,  məlumatlara  görə 
yırtıqların  plastikası  əməliyyatlarından  sonra  residivlərin  rastgəlmə  tezliyi    10-12% 
təşkil etmişdir. Sonuncu onilliyin ədəbiyyat məlumatlarına görə isə residivvermə tez-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə