Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   2   3   4   5   6   7   8   9   ...   39

 
 
 
11 
liyi 1-7% hədlərindədir. Yəni, ən yeni texnologiyaların, modern cərrahi alətlərin, ava-
danlıqların və məmulatların, xüsusilə tibbi polimer materiallardan hazırlanmış indif-
ferrent torların  istifadəsi,  gərginliksiz  plastika  üsullarının tətbiq  dairəsinin genişlən-
məsi, çoxsaylı yeni əməliyyat üsullarının, metodikalarının və onların müxtəlif modifi-
kasiyaların meydana çıxması residivlərin payının azalmasına az təsir etmişdir [32, 51, 
73, 138, 190, 199, 204].   
Əksər tədqiqatçılar belə qeyri-qənaətbəxş tendensiyanın səbəblərini cərrahi her-
niologiyada  geniş  tətbiq  tapmış  əməliyyat  üsullarının  qeyri-mükəmməl  olmasında 
yox, əməliyyata hazırlıq dövrünün keyfiyyətsiz aparılması, əməliyyat üsulunun seçi-
minin qüsurları və əməliyyat texnikasının aşağı səviyyəsində axtarmağı məsləhət gö-
rürlər [10, 24, 80,  84, 112, 121, 191, 220] .  
Əməliyyatdan sonrakı yırtıqların rastgəlmə tezliyinin yüksək olması da danılmaz 
və təssüfləndirici faktdır [91, 104, 183, 231]. Xüsusilə, təcili abdominal cərrahiyyədə, 
onkoloji və ginekoloji praktikada heç də həmişə əsaslandırılmayan böyük kəsiklərin 
aparılması  bu  yırtıqların  əmələ  gəlməsinin  əsas  səbəblərindəndir.  “Böyük  cərrah  – 
böyük kəsik” prinsipinin uzun illər hakim mövqe tutması, bu prinsiplərlə işləyən cər-
rahların  formalaşmış  stereotiplərinin  dəyişdirilməsinin  çətinlikləri  (bəzi  hallarda 
mümkünsüzlüyü),  ifrat  radikalizmə  meyllilik  və  digər  bu  kimi  səbəblərə  görə  abdo-
minal cərrahiyyənin bütün şöbələrində böyükölçülü, iri kəsiklərin aparılması  hadisə-
ləri xeyli çoxdur [19, 61, 110, 123]. Bir sıra klinikalarda hətta adi əməliyyatlar da bö-
yük laparotom kəsiklərlə yerinə yetirilməkdədir [16, 88, 111]. Abdominal cərrahiyyə-
də,  xüsusi  ilə  təcili  cərrahiyyədə  bəzən  əməliyyatdan  əvvəl,  intraoperasion  olaraq 
əməliyyatın  həcmi  müəyyənləşdirilmədən,  hətta  təftiş  aparılmazdan  öncə  geniş  orta 
və  ya  mərkəzi  laparotomiya  icra  edilir,  zədələnmiş  orqan,  toxumalar  bərpa  edildik-
dən, təkrar  təftiş  sanasiya  və  drennləşmədən  sonra  əməliyyat  yarası  təbəqələrlə  tiki-
lərkən cərrah tərəfindən artıq icra edilmiş əməliyyatın əməliyyat kəsiyinə uyğunsuz-
luğu müəyyən olunur. Belə hadisələrdə adətən cərrahi əməliyyatın qarındaxili hissəsi-
nə sərf edilmiş vaxt itkisi, qarın divarının kəsiyinin aparılmasına və təbəqələr üzrə ti-
kilməsinə sərf olumuş vaxdan dəfələrlə az olur [33, 47, 68, 109, 138, 139, 171].   


 
 
 
12 
Postoperasion yırtıqların inkişafında digər amillərin də rolu böyükdür. Bu amil-
lərə oturaq, hərəkətsiz həyat tərzinin davam etdirilməsi, ağır fiziki işlə məşğul olmaq, 
qarındaxili təzyiqin artmasına səbəb olan xəstəliklərin, patoloji vəziyyətlərin (kolitlər, 
xroniki qəbizlik, diareya, aramsız öskürəklə müşaiyət olunan hallar və s.) aradan qal-
dırılmaması və ya  müalicə olunmaması və b. aiddir. 20-30 ildən əvvəlki nəticələrlə 
(1,7-12%) müqayisədə son illərin ədəbiyyat məlumatlarına görə əməliyyatdan sonrakı 
yırtıqların  xüsusi  çəkisi  bütün  digər  yırtıqların  30%-ə  qədərini  təşkil  edir    [21,  29, 
139, 144]. 
Son  elmi  məlumatlara  görə  laparotomiyalardan  sonra  3-10%  hallarda  qarının 
ventral yırtıqları əmələ gəlir [28, 66, 70, 159]. Digər tərəfdən laparotomiyaya məruz 
qalmış xəstələrin sürətlə yaşlaşması, qocalması, yəni cərrahi və onkoloji xəstələr ara-
sında ahıl və qoca yaşlı xəstələr kontingentinin ilbəil artması, başqa sözlə qarın əzələ-
lərinin atrofiyası, qan təchizatının və innervasiyasının pozğunluqları (onurğanın aşağı 
seqmentlərində sinir kötüklərinin kompressiyası və b. səbəblərdən)  yırtıq əmələgəl-
mənin göstəricilərinin səviyyəsini yüksəldir [5, 63. 146, 232]. Problemin belə aspekt-
lərini mühüm hesab edən bəzi cərrahlar sonuncu onillkidə bu və ya digər böyükhəcm-
li  laparotomiyalar  zamanı  bütün  hadisələrdə  [41,  62,  106,  177],  digərləri  isə  yırtıq 
əmələgəlmə  ehtimalı  yüksək  olan  xəstələrdə  [41, 68,  114, 191]  əməliyyat  yarasının 
polipropilen torlarla, bu və ya digər gərginliksiz üsullarla plastikasını tövsiyə edirlər 
[102,  127,  131,  186,  221].  Lakin  əksər  cərrahlar  əməliyyatın  bahalılığının  artması 
nöq-teyi-nəzərdən belə aktiv yanaşmanı məqbul saymırlar [107, 126, 141, 156, 224] .  
Bəzi hadisələrdə əməliyyatdan sonrakı yırtıqlar laparatomiya ilə yekunlaşmış ilk 
xəstəlikdən də çox xəstələrə əzab verirlər [33, 84].   
Yırtıqların  formalaşması  coxsaylı  mürəkkəb  səbəblərdən  baş  verir.  Yırtıqların 
əmələgəlmə səbəblərinin özlərini belə təsnifləndirmək mümkün deyildir.  
К.Д.  Тоскин  və  В.В.  Жебровский  (1982)  yırtıq  əmələgəlmənin  səbəblərini  3 
qrupa ayırmışdır: 
I.
 
 Postoperasion erkən ağırlaşmalar (yaraların irinləməsi, eventrasiya);  
II.
 
Qarın divarının atrofik dəyişiklikləri  


 
 
 
13 
III.
 
Tam keyfiyyətli çapığın regenerasiyasına və formalaşmasına təsir edən amillər.  
Бородин  Н.А.  и  соавт.  (1986)  bu  səbəbləri  ümumi  (mübadilə  pozğunluqları, 
sistem xəstəlikləri) və yerli (əməliyyat yarasının irinli-infeksion prosesləri, eventrasi-
ya, digər üzv və sistemlər tərəfindən inkişaf etmiş əməliyyatdan sonrakı ağırlaşmalar, 
qarındaxili  təzyiqin  artmasına  səbəb  olan  patoloji  vəziyyətlər)  olmaqla  2  yerə  böl-
müşdür. 
Cərrahi  əməliyyatdan  sonra  əmələ  gəlmiş  yırtıqları  olan  xəstələrin  32-67%-i 
anamnestik  olaraq  laparotomiya  yarasının  irinləməsini  səbəb  kimi  göstərmişlər  [10, 
49, 59, 70, 140, 141, 156]. Yaraların liqatura fistulu, infiltrat və uzun müddətli sero-
malarla ağırlaşması yırtıq əmələ gəlməsinin risk faktorlarına, total irinləmə və event-
rasiya isə bilabasitə səbəblərinə aid edilməkdədir [2, 58, 60, 89, 101, 115, 105, 171, 
184]. Əməliyyatlardan sonra yrtıqların səbəbləri 3-5% hadisələrdə seromalar, hema-
tomalar və infiltratlardır  [164]. Əməliyyat çapığının xroniki iltihabı, çapıqaltı sahədə 
“mürgüləyən” infeksiya, liqatura fistulları əməliyyatdan sonrakı yırtıqların əmələ gəl-
məsində müəyyən çəkiyə malikdir [171]. 
1.2.Qarın divarının yırtıqlarının cərrahiyyəsinin inkişaf tarixi 
Yırtıq  cərrahlığının  tarixi  100  ilə  yaxındır  və  bu  tarix  Paduan  Universitetinin 
(İtaliya) professoru E. Bassini-nin 1884-cü ildə qasıq kanalının arxa divarının “gər-
ginlikli”  plastikası  üsulunun  metodikasını  təklif  etməsindən  başlayır  [151,  178]. 
Qasıq yırtıqlarına görə cərrahi əməliyyatın prinsipləri Marcy H.O. (ABŞ) və Bassini 
E. (Itali-ya) tərəfindən XIX əsrun sonlarında formalaşdırılmışdır və həmin prinsiplər 
bu  günə  qədər  qüvvədədir  [178].  Qasıq  yırtıqları  zamanı  anatomik  strukturların 
normal  müna-sibətlərinin bərpasınıın, qasıq kanalının arxa divarının bərkidilməsi və 
daxili qasıq dəliyinin normal ölçülərə qədər daraldılması ideyasını ilk dəfə onlar irəli 
sürmüşlər. Bu gün cərrahi herniologiyada qasıq yırtıqlarına görə mövcud olan bütün 
plastika üsulları və onların çoxsaylı modifikasiyaları Bassininin klassik üsulunun tö-
rəmələridir. Yəni, hazırda mövcud bütün plastika üsulları Bassini metodikasına əsas-
lanmışdır [16,  81, 99, 136, 182, 226]. Bu üsulların bir hissəsi klinik praktikada özünü 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə