Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

 
 
 
26 
protezləşdirici  hernioplastika  295  xəstədə  345  əməliyyat  (11%),  “kiçik  yırtıqlarda 
intraabdominal  girişlə  “tıxac”  qoyuluşu  –  278  xəstədə  286  əməliyyat  (9%),  qarın 
boşluğu  tərəfdən  laparoskopun  nəzarəti  altında  yırtıq  qapısının  sadə  tikilməsi  –  66 
xəstədə  76  əməliyyat  (2%)  yerinə  yetirilmişdir.  Müəlliflərə  görə  “böyük” 
ağırlaşmalar  17  (0,5%),  “kiçik”  -  265  xəstədə  (8%)  meydana  çıxmışdır.  Təkrar 
cərrahi  əməliyyat  və  ya  yenidən  hospi-talizasiya  tələb  edən  ağırlaşmalar  “böyük”, 
ambulator  şəraitdə  konservativ  müalicə  tələb  edən  ağırlaşmalar  “kiçik”  hesab  edil-
mişdir.  
Phillips E.H. et al. (1995) görə endovideocərrahi plastika metodikalarının tətbi-
qindən sonra ümumi residiv əmələgəlmə əmsalı 1,7%-dir. Chouldice klinikasının mə-
lumatlarına görə bu əmsal 1,5% təşkil edir [253].  
Stoker D.L. et al. (1994) ənənəvi və endovideoskopik plastika əməliyyatlarından 
sonrakı  ağrıların  randomizə  olunmuş  qiymətləndirilməsi  zamanı  endovideocərrahi 
texnologiyaların əhəmiyyətli üstünlüyünü müəyyən etmiş, narkotik analgetiklərin is-
tifadə  olunmamasını,  əksər  hallarda  qeyri-narkotik  analgetiklərin  parenteral  yeridil-
məsinin kifayət etməsini bildirmişlər [273]. Lakin bu metodikaların heç birinin uzaq 
nəticə-ləri hələlik öyrənilməmişdir. Təbii ki, plastika əməliyyatlarının uzaq nəticələri 
yaxın  nəticələri  ilə  üst-üstə  düşməli  və  ya  bir-birinə  çox  yaxın  olmalıdır.  Phillips 
E.H.,  Carroll  B.J.  et  al.  (1993)  residiv,  ikitərəfli  qasıq  yırtıqları  zamanı  endovideo-
cərrahi  metodikaların  əlverişli  nəticələrini  qeyd  etmişdir.  Stoker  D.L.  et  al.  (1994), 
Payne  J.H.  et  al.  (1994) görə  yırtıqların  endovideocərrahi  plastikasından  sonra  xəs-
tələr ənə-nəvi əməliyyatlarla müqayisədə özlərini daha yaxşı hiss edirlər. Fitzgibbons 
R.J.  et  al.  (1993),  Mc  Fadien  B.V.  et  al.  (1994)  müxtəlif  klinikaların  nəticələrini 
öyrənməklə ənənəvi plastika üsulları ilə müqayisədə endovideocərrahi hernioplastika 
üsullarının xeyli təhlükəsizliyini müəyyən etmişlər [234, 252].  
Кубышкин В.А., Ионкин Д.А. (1995) yırtıqların plastikası əməliyyatları içəri-
sində  endovideocərrahi  əməliyyat  üsularını  xeyli  perspektivli  hesab  etməklə  planlı 
cərrahlıqda əks-göstərişlər olmadıqda onların istifadəsinin səmərəli olmasını göstər-
mişlər  [91].  Тимошин  А.Д(2010)  и  соавт.,  Митин  С.И  (2003),    Емельянов  Е.И 


 
 
 
27 
(2000),  Егиев  (2002)  və  b.  da  yırtıqların  endovideocərrahi  plastikasını  xeyli 
perspektivli hesab edirlər [68, 73, 102, 144, ].  
Bütün bu müsbət cəhətlərinə baxmayaraq videoendoskopik hernioplastika əmə-
liyyatlarının  yerinə  yetirilməsinə  göstərişlərin,  əks-göstərişlərin  müəyyən  edilməsi, 
plastik materialın ən səmərəli yerləşdirilməsi yerinin müəyyən edilməsi kimi məsələ-
lər tam həllini tapmamışdır. Əksər endocərrahlar sərbəst və residiv yırtıqları, ikitərəfli 
qasıq  yırtıqlarını,  ağırlaşmamış  yırtıqları  endocərrahi  əməliyyatlara  göstəriş  hesab 
edirlər [141, 190, 209]. İkitərəfli yırtıqların TEP üsulu ilə aradan qaldırılmasını məq-
sədə  müvafiq  sayan  tədqiqatçılar  daha  çoxdur  [142,  170,  198,  221].  Xüsusilə  açıq 
əməliyyatlardan sonra inkişaf etmiş residivlər TAP-na göstərişdir. Çünki bu hallarda 
əməliyyat anatomik dəyişikliklərin az olduğu şəraitdə yerinə yetirilir. Belə yırtıqların 
TEP plastikası isə texniki cəhətdən xeyli mürəkkəbdir.   
Endocərrahi hernioplastika üsullarına əks-göstərişlər ümumi və yerli olmaqla 2 
qrupa ayrılır. Ümumi əks-göstərişlərə ilk olaraq hamiləlik aid edilir. Çünki hamiləlik 
zamanı  karboksiperitoneum  və  ümumi  anesteziya  dölə,  anaya  mənfi  təsir  edə  bilər. 
Lakin son illərdə hamiləliyin ilk trimestrində karboksiperitoneum  yaradılmadan (la-
paroliftinq  şəraitində)  uğurlu  endocərrahi  yırtıq  plastikası  haqqında  ədəbiyyat  məlu-
matlarına çox rast gəlinir [52, 110, 176, 198, 219]. Ürək-damar və tənəffüs çatmazlı-
ğının dekompensasiya mərhələləri bu əməliyyatlara əks-göstərişlərdir. Karboksiperi-
toneum  şəraitində,  10-13  atm  təzyiq  altında  diafraqmanın  qalxması  bu  sistemlərin 
fəaliyyətinə təhlükə yarada bilər [79, 123, 147, 208].   
Qanın  laxtalanma  sisteminin  ciddi  pozğunluqları  da  ümumi  əks-göstəriş  hesab 
olunur.  Endoskopik  əməliyyat  zamanı  hemostaz  çətinliklə  təmin  edildiyindən  belə 
xəstələrin ənənəvi üsulla əməliyyat olunması xeyli məqsədəuyğundur. Troakarlar ye-
ridilərkən zədələnmiş kiçik damarlardan qanaxmaların saxlanması endoskopik olaraq 
çətindir. Belə vəziyyət postoperasion dövrdə dərialtı və (və ya) dərin hematomaların 
əmələ gəlməsi ilə nəticələnir [138, 139, 217]. 
İnsulinrezistent şəkərli diabet, postromboflebitik xəstəlik (tromboemboliya təh-
lükəsi),  qaraciyər  çatmazlığı  (assit,  splenomeqaliya,  portal  hipertenziya),  inkurabel 


 
 
 
28 
onkoloji xəstəliklər də ümumi əks-göstərişlərə aiddir. Ümumiyyətlə, ənənəvi əməliy-
yatlara aid ümumi əks-göstərişlər laparoskopik plastika əməliyyatlarına da şamil olu-
nur  [55,  113,  132,  181,  219].  Lakin  bəzi  xəstəliklərə  (obstruktiv  bronxit,  miokardın 
işemiyası) görə terapevtik  müalicə kursundan və ya ilk əməliyyatdan (prostat vəzin 
adenomasının  açıq  və  ya  qapalı  xaric  edilməsi)  sonra  endocərrahi  plastika  üsulunun 
icra  edilməsi  haqqında  kifayət  qədər  yeni  ədəbiyyat  məlumatları  mövcuddur  [130, 
183]. 
Psixoloji-nevroloji sferanın pozğunluqları, depressiv nevrotik-psixotik vəziyyət-
lər və şizofreniyanın aqressiv formaları bu əməliyyatlara ümumi əks-göstərişlərdir [3, 
14, 150, 192, 249]. 
Qarın divarının və ya boşluğunun lokal və diffuz irinli-infeksion prosesləri həm 
açıq, həm də qapalı hernioplastika əməliyyatlarına yerli əks-göstərişlərdəndir. Kiçik 
çanaqda, qarın boşluğunda keçirilmiş əməliyyatlar və qabarıq bitişmə xəstəliyi də bu 
əməliyyatlara əks-göstəriş hesab olunmaqdadır [83, 142, 201]. III-IV dərəcəli piylən-
mə nisbi əks-göstərişlərdəndir. Lakin ümumi əks-göstərişlər müəyyən edilmədiyi ha-
disələrdə uzun troakarlar və alətlərlə belə xəstələr üzərində laparoskopik yırtıq plasti-
kası əməliyyatları uğurla yerinə yetirilir [59, 125, 160, 211]. 
Boğulmuş yırtıqlar, giqant yırtıqlar, sürüşkən yırtıqlar, xayanın və ya toxum ci-
yəsinin  hidropsu  ilə  yanaşı  çəp  qasıq  yırtıqları,  çoxkameralı  yırtıqlar  endoskopik 
əməliyyatlara yerli əks-göstərişlər siyahısına daxil edilmişdir [27, 77, 137, 172, 223]. 
Lakin ədəbiyyatda boğulmuş yırtıqların, digər ağırlaşmış yırtıqların endocərrahi plas-
tikası haqqında çoxsaylı məlumatlar dərc edilmişdir [41, 91, 193, 207, 225]. Təcrübə 
toplandıqca  və  endocərrahi  alətlər,  üsullar  təkmilləşdikcə  əks-göstərişlərin  siyahısı 
daralmaqda davam edir [52, 109, 149, 171, 194, 226]. 
      Son
  illərdə  ABŞ-da  yırtıqların  müalicəsinin  inyeksion  üsuluna  maraq  artmağa 
başlamışdır. Üsulun əsasında yırtıq qapısı və yırtıq kisəsi ətrafı bölgələrə sklerozlaş-
dırıcı  (turşu  və  ya  qələvi  məhlulları)  və  qıcıqlandırıcı  məhlullar  yeridilməsi  durur. 
Həmin məhlulların təsirindən məhdud sahədə aseptik iltihab başlayır, sonuncu sorul-
duqdan sonra sərt çapıq toxuması inkişaf edir. Bu yırtıq kisəsinin obliterasiyasına, qa-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə