Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə19/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

58 

 

gətirib  çıxardı  ki,  hazırda  ölkənin  bazar  institutları  və  kapital  bazarları  həmin 



institutların maliyyə dayanıqlığını təmin edən dəyərləri yenidən hasil edirlər. 2014-cü 

ilədək Bakı Fond  Birjası  kimi  institutların  və  depozitar,  klirinq  hesablama 

institutlarının  əsas  gəlirləri  dövlət  qiymətli  kağızlarla  əməliyyatlar,  o  cümlədən 

klassik  təsnifatda  kapital  deyil,  pul  bazarının  alətləri  olan  Azərbaycan  Mərkəzi 

Bankının  notları  ilə  repo  və  əks  repo  əməliyyatlar  hesabına  yığılıb.  BFB,  depozitar 

mərkəz  və  digər  əsas  maliyyə  vasitəçilərinin  gəlirlərinin  üçdə  ikisinə  qədəri  əsasən 

dövlət  alətləri  hesabına  formalaşıb.  Dövlət  bu  institutların  inkişafını  dolayısıyla 

dəstəkləyib.  2014-cü  ildən  başlayaraq  özəl  korporativ  sektorun  əməliyyatları 

dominantlıq  etməyə  başladı  və  bu  qiymətli  kağızlar  bazarında  əməliyyatların  üçdə 

ikisinə  çatıb.  Müvafiq  olaraq,  institutların  gəlirləri  artıb,  onlar  dövlət  alətləri  ilə 

ticarət  hesabına  deyil,  özəl  korporativ  sektorun  ticarətindən  formalaşır.  Bu,  ona 

gətirib  çıxarır  ki,  kapital  bazarları  özəl  sahibkarlığın  və  bazar  iqtisadiyyatının 

elementi  kimi  bu  institutların  maliyyə  dayanıqlığını  və  sabit  fəaliyyət  göstərməsini 

təmin  edən  dəyərləri  yenidən  hasil  etməyə  başladılar.  Bu,  maliyyə  bazarlarının 

regional  platformasında  buraxılan  maliyyə  alətləri  hesabına  belə  iri  regional  layihə 

maliyyələşdirilərkən  təkcə  Azərbaycanın  kapital  bazarlarında  deyil,  həmçinin 

regiondakı  kapital  bazarları  tarixində  ilk  dəfə  baş  verdi.  Bu,  çox  əhəmiyyətli 

faktordur.  Lakin  hesab  edirəm  ki,  bu,  kəmiyyət-keyfiyyət  məsələsidir.  Biz  bazarın 

fəaliyyətinin  qanunvericilik  bazasını  təkmilləşdirərkən,  praktiki  olaraq  əməliyyat  və 

ticarət platformalarını yenidən yaradarkən, qaytarılmayan əqdləri, sərmayədarların və 

emitentlərin zəmanətli  hüquqlarını  təmin edərkən bu, keyfiyyətli  mühüm  dəyişiklərə 

gətirib çıxardı.  Bütün bu  institusional  islahatlar ona səbəb oldu ki, belə  iri  layihələri 

Azərbaycanın  kapital  bazarının  alətləri  vasitəsi  ilə  maliyyələşdirmək  mümkün  oldu. 

Özlüyündə  istiqrazlar  üzrə  ticarət  bizdə  xeyli  müddətdir  bazar  platformalarında 

aparılır.  Yalnız  o  dəyişdi  ki,  məbləğ  kifayət  qədər  böyük  idi  və  emitent  qismində 

Avropanın  enerji  təhlükəsizliyi  sahəsində  çox  vacib  oyunçu  olan  ciddi  institut  kimi 

çıxış etdi. 

Beynəlxalq  platformalarda  yaranan  və  neftin  qiyməti  ilə  bağlı  çətinliklərə 




59 

 

cavab  vermək  üçün  kifayət  qədər  ciddi  maliyyə  və  institusional  platformamız  var. 



Bəli,  gəlirlərimiz  müəyyən  dərəcədə  neft  və  enerji  daşıyıcılarından  yığılır  və  bu 

məhsulun  qiymətinin  bir  neçə  ay  ərzində  2  dəfədən  çox  düşməsinin  iqtisadi 

proseslərə  müəyyən  təsirləri  var.  Lakin  digər  tərəfdən  hesab  etmək  olar  ki,  öz  qısa 

müstəqillik tarixində Azərbaycan artıq üç ciddi dünya böhranı yaşayaraq institusional 

möhkəmlik  ehtiyatı  və  toplanan  təcrübə,  həmçinin  insan  resursu  yeni  çətinliklər 

qarşısında  da  dayanmağa  imkan  verəcək.  2015-ci  ildə  bu  sektora  (kapital  bazarı) 

gəlincə,  kifayət  qədər  nikbin  məqsədlər  var  və  onlara  qarşı  ardıcıl  irəliləyişlər  əldə 

olunur. Onlar arasında qanunvericiliyin  təkmilləşdirilməsi ("Qiymətli kağızlar bazarı 

və  fond  birjaları  haqqında"  yeni  qanunun  və  fond  birjasında  əməliyyatlar  üçün 

spesifik  vergi  rejiminin  qəbul  edilməsi),  debüt  IPO-nun  həyata  keçirilməsi,  ilk  birja 

indeksinin  formalaşdırılması,  investisiya  fondlarının təsis edilməsi,  marketmeykerlik 

institutunun  gələcək  inkişafı,  derivativlərlə  ticarətin  genişləndirilməsi  və  s.  var. 

Azərbaycanın uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin edilməsində 

investisiyaların  cəlb  edilməsi  xüsusi  rol  oynayır.  İnvestisiyaların  tələb  olunan  həcm 

və  keyfiyyətinin  təmin  edilməsi  məqsədilə  ölkədə  investisiya  mühitinin  daha  da 

yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Bunun üçün: 

-şəxsi mülkiyyətin qorunması və korporativ idarəetmənin təkmilləşdirilməsinə; 

-mülkiyyətin  formasından  asılı  olmayaraq  bütün  investorlar  üçün  daha  əlverişli 

rəqabət mühitinin yaradılmasına; 

-stabil  hüquqi-normativ  rejimin  təmin  edilməsi  məqsədilə  dövlətin  rolunun 

artırılmasına; 

-investisiya fəaliyyətinin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsinə; 

-investisiya  obyektlərinin  seçimi  və  təhlili  məqsədilə  müəssisələr  haqqında 

investorların məlumatlandırılması sisteminin yaxşılaşdırılmasına; 

-əmanətlərin  investisiyalara  səmərəli  transformasiyasını  təmin  edən  müasir 

institusional infrastrukturun inkişaf prosesinə yardımın artırılmasına; 




60 

 

-  biznesin  informasiya  təminatının  yaxşılaşdırılmasına,  mühasibat  uçotunun  və 



statistikanın beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər davam 

etdiriləcəkdir. 

Ölkə  iqtisadiyyatında  investisiyanın  önəmini  nəzərə  alaraq  2013-2016-cü  illər 

üçün  ölkədə  dövlət  investisiya  siyasətinin  ana  xəttini  aşağıdakı  prioritetlər  təşkil 

edəcəkdir: 

- investisiya axınının qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsinin 

stimullaşdırılması; 

- regionlar arasında investisiyaların bölüşdürülməsinin optimallaşdırılması; 

-  ölkədə  investisiya  fəaliyyətinin  sosial  istiqamətinin  gücləndirilməsi,  insan 

kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyi; 

- dövlət investisiya siyasətinin tam şəffaflığının təmin edilməsi; 

- ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasına nəzarətin gücləndirilməsi; 

- dövlətin müdafiə qabiliyyətinin artırılması. 

Azərbaycanın  gələcəkdə  özəl  investisiyalar  sahəsində  siyasətinin  əsas 

istiqamətləri: 

-  Azərbaycan  müəssisələrinin  investisiya  cəlbediciliyinin  daha  da  artırılması 

məqsədilə tədbirlərin davam etdirilməsi; 

-  müəssisələrin  texnoloji  yenidənqurulması  məqsədilə  müasir  texnoloji  avadanlığın 

Azərbaycana gətirilməsi üçün xarici ticarət rejiminin təkmilləşdirilməsi; 

-  daxili  investisiyalarla  yanaşı  birbaşa  xarici  investisiyaların  ixracyönümlü  və  əlavə 

dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yönəldilməsi; 

-  xidmət  sahələrində  birbaşa  xarici  investisiyaların  tənzimləmə  rejiminin 

təkmilləşdirilməsi; 

-  beynəlxalq  standartlara  uyğun  mühasibat  uçotunun  və  auditor  fəaliyyətinin 

yaradılması prosesinin sürətləndirilməsi. 

90-cı illərin əvvəllərindən başlayaraq dünya ölkələrində investisiya resurslarına 

tələb və onun əldə olunması üçün rəqabətin kəskin artımı baş vermiş, bununla da yeni 

maliyyə  mənbələrinin  axtarılmasına  zərurət  yaranmışdır.  Bununla  belə,  keçid 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə