Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 0,57 Mb.
səhifə4/8
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5938
1   2   3   4   5   6   7   8

Stibium-sürmə (Sb) Stibiumun birləşmələri xalq təsərrüfatında geniş tətbiq edilir. Stibium kalium tartarat, stibium 5-oksid, stibium 5-sulfid qabların üzərinə emal təbəqəsi çəkmək üçün, şüşə istehsalında, toxuculuq sənayesində, oda davamlı parçaların, rezinin istehsalında istifadə olunur. [6]

Stibium birləşmələri tibbdə və kosmetikada geniş tətbiq olunur. Surmin, stibenil, neostibazon, solyusurmin kimi dərman preparatlarında stibium birləşmələri əsas tərkib hissəni təşkil edir.

Stibium birləşmələri böyük dozada istifadə edildikdə zəhərlənmə hadisələri baş verir. Belə ki, stibiumun əksər birləşmələri üçün ölüm dozası 150 mq müəyyənləşdirilmişdir.

Stibiumun birləşmələri uzun müddət orqanizmdə qalaraq qaraciyərdə və böyrəkdə toplanır ki, bu da patoloji xəstəliklər törədir.

Odur ki, stibium birləşmələrinin istehsalı və tətbiqi zamanı ətarf mühitə olduqca ciddi ziyan dəyir. Zavod tullantıları atmosferə və yer qabığına yayılaraq uzun müddət dəyişməz qalır.

Bismut (Bi) Bismut metal və birləşmələr halında xalq təsərrüfatında geniş tətbiq olunur. Metal bismut aşağı temperaturda əriyən ərintilərin alınmasında istifadə edilir. Bismut birləşmələrindən fotoqrafiyada, kosmetik preparatların hazırlanmasında, tibbdə istifadə olunur. Bismut oksiddən billur şüşə istehsalında istifadə olunur.

Bismutun suda həll olan duzlarından tibbdə dəri-zöhrəvi xəstəlikləri zamanı istifadə olunur. Onların tətbiqi zamanı orqanizmdən və təbiq dozasından asılı olaraq zəhərlənmə hadisələri baş verə bilər.

Bismut birləşmələri ilə zəhərlənmə zamanı sinir sistemi pzountuları müşahidə edilir. Orqanizmə təbii yolla daxil ola bilən bismut birləşmələri mədə şirəsində olan birləşmələrlə, süd turşusu və başqa üzvi maddələrlə asan həll olan kompleks duzlar əmələ gətirərək asanlıqla qana sorula bilir.

Bismut birləşmələri orqanizmdə uzun müddət qala bilir. Tər vəziləri ilə xaric olunan bismut birləşmələri dəridə səpkilər və yara əmələ gətirmək xüsusiyyətinə malikdir.



Barium (Ba) Barium və onun birləşmələri orqanizm üçün güclü zəhər hesab olunur. Orqanizmə daxil olan barium aminturşularla birləşərək onların bioloji rolunu aradan qaldırır və funksional pozğunluqlar yaradır.

Bariumun birləşmələri kənd təsərrüfatında sənayedə şüşə və saxsı istehsalında geniş tətbiq edilir. Barium 2-sulfat duzundan mədə-bağırsaq yollarının rentgen analizi zamanı kontrast maddə kimi istifadə olunur. Odur ki, ətraf mühitin barium birləşmələri ilə çirklənməsi qarşısı alınmaz prosesdir. Barium birləşmələrinin filizlərdən alınması zamanı, zavod tullantılarını su hövzələrinə axıtdıqda canlılar üçün təhlükə mənbəyinə çevrilir.

Tədqiqat nəticəsində məlum olmuşdur ki, bariumun əksər birləşmələrinin 0,8-0,9 qramı ürək əzələlərinin paralicinə səbəb olur.

Tibbdə kontrast maddə kimi (adətən rentgen analizində 100 qram duzdan istifadə edilir) barium sulfatın tərkibində barium karbonat ola bilər ki, bu da barium karbonatın mədə şirəsində olan xlorid turşusunun təsirindən asanlıqla reaksiyaya daxil olması ilə əlaqədardır.

Bu duzlar ilə zəhərlənmə qan təzyiqinin dəyişməsi, mədə divarlarının zədələnməsi nəticəsində qanaxma baş verməsi və qaraciyərdə funksional pozuntuların baş verməsi ilə xarakterizə olunur.

Tallium Tallium birləşmələri şüşə sənayesində, elektrik lampalarının hazırlanmasında, kənd təsərrüfatı ziyanvericiləri, əsasən gəmiricilərlə mübarizədə, fungisid məqsədilə geniş tətbiq edilir. [6]

Talliumun duzlarından az miqdarda tibbdə tüklərin tökülməsi zamanı istifadə edilir. Talliumun bütün birləşmələri çox zəhərli olub, ilk növbədə tüklərin tökülməsi ilə müşahidə olunur. Zəhərlənmə zamanı həzm sisteminin funksiyası pozulur, böyrəklər və qaraciyər zədələnir və sinir siteminin iflici baş verir.

Tallium sulfatın ölüm dozası 0,1-0,2 qram miqdarında müəyyən edilmişdir. Talliumun mikroelement kimi orqanizmdə rolu müəyyən edilməmişdir. Odur ki, təbii şəkildə onun birləşmələrinə orqanizmdə rast gəlinmir.

Tallium birləşmələrinin istehsalı və tətbiqi zamanı texnoloji proseslər düzgün aparılmadıqda ekoloji çirklənmələr müşahidə edilir.

Canlı orqanizmlərdə ağır metallar əsasən iki rol oynayır. Az miqdarda onlar bioloji aktiv maddələrin tərkibinə daxil olub onun həyat fəaliyyəti proseslərini normal gedişini nizama salır. Texnogen çirklənmə nəticəsində bu müvazinət pozularaq canlı orqanizmlər üçün mənfi, bəzən fəlakətli nəticələrə səbəb olur. İnsan orqanizminə daxil olan ağır metallar əksər halda qaraciyərdə, böyrəklərdə toplanır.

Bitkiyə daxil olduqda ağır metallar onun orqan və toxumalarında olduqca qeyri bərabər yayılır. Məsələn, bitkinin kök sistemində sink yerüstü hissəsinə nisbətən çox yığılır, yerüstü orqanlarda sink əksər halda köhnə yarpaqlarda toplanır. Buğda bitkisinin kökləri yarpağına nisbətən yüksək miqdarda qurğuşun və kadmium toplanması ilə fərqlənir.

Ağır metallar bitkilərin reproduktiv orqanlarında vegetativ orqanlarına nisbətən az toplanır. Ağır metalların udulması, nəqli, metobolizmi, orqanlarda və toxumalarda paylanması becərilən bitkilərin növ və sort xüsusiyyətləri ilə sıx bağlıdır, onlara ekoloji və antropogen faktorlar da təsir göstərir. Ağır metalların tərəvəz bitkilərində yayılma xüsusiyyətlərinin öyrənilməsi vacibdir. Yerkökünün kökmeyvəsinin (dəmirdən başqa) uc hissəsində başcıq hissəsinə doğru ağır metalların miqdarı azalır. Kökmeyvənin başcıq hissəsində dəmirin miqdarı yüksək olur, qalan hissəsində isə bərabər paylanır, orta hissəsində sinkin və qurğuşunun, qabığında isə mis, manqan, kadmium və dəmirin miqdarı yüksək olur.

Bitkilərin inkişafı üçün mütləq lazımlı element olub-olmamasından asılı olmayaraq ağır metalların toxuma və orqanlardakı həddindən artıq konsentrasiyası bitkilərin vegetativ və generativ orqanlarının inkişafına mənfi istiqamətdə təsir edir.

Ağır metallar toksiki təsirləri səbəbiylə bitkilərdə transpirasiya, su qəbulu, fotosintez, ferment fəaliyyəti, cücərmə, zülal sintezi, membran stabilizasiyası, hormonal tarazlıq kimi bir çox fizioloji proseslərin pozulmasına səbəb olur. Toksikilik, metaldan metala dəyişə bildiyi kimi, orqanizmdən orqanizmə də dəyişə bilir. Müsbət və ya mənfi (Toksik) təsir yalnız elementin tipi və konsentrasiyasından asılı olmayıb, müxtəlif növlərin genetik əsaslı fizioloji davranışları ilə də əlaqədardır. Bitkilərin ekoloji stress faktorlarına qarşı dözümlülükləri bitkinin növünə, stress faktoruna, stressə məruz qalma müddətinə və stressə məruz qalan toxuma və ya orqanının quruluşuna bağlı olaraq dəyişir .

Bu səbəblə, bitkilərin stress şərtlərinə reaksiyalarının və inkişaf etdirdikləri uyğunlaşma mexanizmlərinin bilinməsi zəruridir. Bitkilərin ağır metallara qarşı toksiki dözümlülük sərhədlərinin bilinməsi üçün metalın növü və miqdarı, zəruriliyi, zərərin müddəti və növü eyni zamanda zərərin meydana gəlmə müddəti nəzərə alınmalıdır. Bu xüsusiyyətlərin bilinməsi, bitkilərin inkişafı və məhsuldarlığı baxımından olduqca əhəmiyyətlidir.

Xörək (qida) çuğundurunun kökmeyvəsinin aşağı hissəsinə nisbətən başqa bütün metalların miqdarı yüksək olur, orta hissəsində isə mis və dəmirin miqdarı az olur, silindrin orta hissəsində sink və qurğuşun, qabığında isə mis, manqan, kadmium və dəmirin miqdarı yüksək olur.

Kartof bitkisinin yumrusunun orta yumşaq hissəsində kadmium, sink və qurğuşunun miqdarı az olur, yumrunun kənar hissəsində dəmirin miqdarı yüksək olur. Mis kartof yumrusunun bütün hissələrində bərabər paylanmışdır. Kələm digər tərəvəz bitkilərindən və kartofdan sinkin yüksək, kalsiumun miqdarının az olması ilə fərqlənir. Bütün elementlərin miqdarı kənardan orta hissəyə doğru artır. [8]



2.2 Ərazidə torpaqların ağır metallarla çirklənməsinə təsir göstərən başlıca proseslər

Torpağın çirklənməsi prosesi suyun və havanın çirklənməsindən tamamilə fərqlənir. Belə ki, su və hava çirklənən zaman onların tərkibində müəyyən dərəcədə toksiki təsiri olan komponentlər daxil olur ki, həmin maddələri də müxtəlif üsulların köməyi ilə kənarlaşdırdıqdan sonra həm su, həm də hava öz təbii halına qayıdır.

Torpağın daha mürəkkəb və kompleks bir sistem olması çirklənmə zamanı onun tərkib hissələri arasında uzun bir vaxt intervalında formalaşan tarazlığın elə bir şəkildə pozulmasına səbəb olur ki, hətta çirklənmənin səbəbləri aradan qaldırıldıqdan sonra uzun müddət ərzində həmin tarazlığı bərpa etmək çətin olur. [24]

Torpaqların ağır metallarla çirklənməsi torpağın içərisinə daxil olan toksiki kimyəvi elementlərin torpağın ekoloji strukturunu pozmasıdır. Bu çirklənmə növü xarakterinə görə kimyəvi çirklənmə qrupuna aid edilir. Torpağın ağır metallarla çirklənməsi zamanı torpağın kimyəvi, fiziki-kimyəvi, bioloji xüsusiyyətlərinin sıradan çıxması nəticəsində ekoloji tarazlıq pozulur.

Torpaqların mədəniləşdirilməsi və əkinçiliyin intensivləşdirilməsi məqsədilə elmi cəhətdən zəif əsaslandırılmış tədbirlər, otlaqların və meşələrin səmərəsiz yollarla istifadəsi, intensiv sənayeləşmə və urbanizasiya torpaqların ağır metallarla çirklənməsinə səbəb olmuşdur.

Tədqiq etdiyimiz ərazidə metallurgiya sənayesinin inkişafı, yanacaq istehsalı və emalı, nəqliyyat, əkinçilik, heyvandarlığın intensivliyi ilə əlaqədar torpaqlar ağır metallarla çirklənməyə məruz qalmış və xüsusilə metallurgiya sənayesinin inkişaf etdiyi Gədəbəy, Daşkəsən rayonlarının ərazisində bu çirklənmə intensiv hal almışdır.


Sənaye sahəsi Cd Cr Cu Hg Pb Ni Sn Zn

Kağız sənayesi - + + + + + - -

Neft-kimya sənayesi + + - + + - + +

Gübrə Sənayesi + + + + + + - +

Dağ-mədən sənayesi + + + + + + + +

Energetik sənayesi + + + + + + + +


Ağır metallarla çirklənmə zamanı torpaqda toplanan yüksək konsentrasiya bitkilər vasitəsilə qida zəncirinə keçir və nəticədə heyvan və insan orqanizmində müxtəlif pataloji halların yaranmasına səbəb olur. Bu baxımdan ağır metalların yaratdığı çirklənməni qiymətləndirməli olsaq heç bir iqtisadi göstərici ilə bu ziyanı ifadə etmək olmaz və son nəticədə vəziyyətin belə davam etməsi torpağın üzvi aləminin məhv olmasına gətirib çıxara bilər.

Çirklənmiş torpaqların identifikasiyası, səciyyələndirilməsi, təsnifatı və kartoqrafiyasını həyata keçirən zaman əsasən çirklənmənin mənbəyinə, çirklənmə dərəcəsinə və onu əmələ gətirən səbəblərə diqqət yetirilməlidir. Torpaqların ağır metallarla çirklənməsində bir sıra faktorlar mövcuddur:



  1. Bərk halda olan faydalı qazıntıların istehsalı və emalı

  2. Duru halda olan yanacağın istehsalı, emalı və istifadəsi

  3. Enerji istehsalı

  4. Sənaye istehsalı

  5. Nəqliyyat

  6. Kommunal fəaliyyət

  7. Əkinçilik

  8. Heyvandarlıq [8]

Qeyd etdiyimiz çirklənmə mənbələri əsasən metallurgiya və kənd təsərrüfatının intensivliyi ilə əlaqədar meydana çıxır.

Texnogenez şəraitdə torpaqların ağır metallarla çirklənməsi müxtəlif səbəblərdən baş verir.



Torpağı ağır metallarla çirkləndirən mənbələr

Cədvəl 3

Sənaye

Nəqliyyat

Kənd təsərrüfatı

Yaşayış yeri

Radioaktiv

Tullantılar



Neft məhsullarının

Qalıqları



Mineral gübrələr


Məişət tullantıları



Çirkab

Suları


Daşınma nəticəsində

maddələrin itkisi



Pestisidlər



Ekzogen kimyəvi

maddələr


Bərk sənaye

Tullantıları



-

Heyvandarlıqda ifrazat məhsulları

Bərk tullantılar

Xüsusilə sənaye, kommunal-məişət obyektlərində, yaşayış ərazilərində və kənd təssərrüfatı məqsədilə istifadə olunan torpaqlarda ağır metallarla çirklənmə geniş miqyas alır. İstehsalatın müxtəlif sahələri çirkləndirici maddələrin xüsusi və səciyyəvi xüsusiyyətləri baxımından ətraf mühitə olan təsirinin intensivliyinə və xarakterinə görə fərqlənirlər.

Tədqiqat apardığımız ərazidə istehsalat sahəsində toksiki elementlərin yayılması ilk növbədə dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə əlaqədardır. Metallurgiya sənayesi əlvan və qara metallurgiyanı özündə birləşdirərək, çıxarılan filizlərin təmizlənməsindən metal alınana qədər gedən prosesləri özündə birləşdirir. Qara metallurgiyaya dəmir filizinin çıxarılması və saflaşdırılması, çuqun və poladın əridilməsi, prokat və ferroərintilərin istehsalı daxildir. Azərbaycanın ən iri qara metallurgiya mərkəzlərindən biri olan Daşkəsən ən iri dağ-mədən sənayesi mərkəzidir. Burada fəaliyyət göstərən dağ-mədən sənayesi faydalı qazıntıların çıxarılmasını və emalını həyata keçirən mürəkkəb kompleksdir. Daşkəsəndəki dəmir filizi yatağı yaxınlığında filiz saflaşdırma kombinatı fəaliyyət göstərir. Bu kombinatdakı filiz Gürcüstanın Rustavi şəhərindəki metallurgiya zavoduna göndərilir. Bu onunla əlaqədardır ki, Azərbaycanda dəmir filizinin əridilməsi üçün kokslaşan daş kömür yoxdur. Toksiki tullantıların əmələ gəlməsində əlvan metallurgiya birinci yerdə, qara metallurgiya ikinci yerdədir.

Qara metallurgiya zavodlarının tullantıları yüksək temperaturda (300°C-400°C, bəzən də 800°C) olduğuna görə istilik daşıyıcıları kimi də təhlükəlidir. Bu tullantılaristi olduğundan troposferin yuxarı qatlarına qədər qalxa bilir ki, bu da külək vasitəsilə onların miqrasiyasını sürətləndirir.

Metallurgiyada əsas təhlükə mənbəyi zəhərləyici xassəyə malik olan ağır metalların - mis, civə, qurğuşun, kadmium, sink və onların birləşmələrinin tullantı kimi əmələ gəlməsidir. Sənayedə istifadə olunan metalların daha sonradan yararsız hala gələrək torpağa daxil olması böyük təhlükə riski yaradır. Ağır metalların yol verilən həddən artıq konsentrasiyasının artması nəticəsində canlıların sağlamlığı mənfi təsirlərə məruz qalır.

Kompleks filiz yataqlarından çıxarılan bəzi metalların emal edilməsi çox böyük çətinliklər yaratdığından, zənginləşdirmə texnologiyasının aşağı olması səbəbindən tullantıya göndərilən son materialda itkilərin miqdarı yüksək olurdu və sonda ümumi yataq üzrə itkilər yüksək həddə çatırdı. Daşkəsən filiz yatağından çıxarılan yüksək tərkibə malik dəmir filizinin emal olunduqdan sonra atılan tullantısının tərkibi belə, zəngin olaraq qalırdı. Belə ki, tullantı hesab edilən bu məhsulda böyük miqdarda filiz atılırdı ki, inkişaf etmiş ölkələrdə yataqlardan çıxarılan filizin miqdarı bəzən bu tullantıların tərkibindən aşağı olurdu.

Aşağıdakı cədvəldə əlvan metallurgiya sənayesində tullantıların miqdarı kq/t metal nisbətində göstərilmişdir.

Cədvəl 4


Element

Mis-Nikel

Sink- Kadmium

Qurğuşun

Civə

Arsen

3

0,591

0,363

0,015

Kadmium

0,2

0,5

0,005

0,002

Mis

2,5

0,14

0,0072

0,04

Civə

-

0,042

0,002

4,8

Nikel

9,0

-

0,085

0,003

Qurğuşun

3,09

2,54

6,36

-

Sink

0,845

15,72

0,11

0,35

Beləliklə, əlvan metalların istehsalı zamanı ətraf mühitə bir çox elementlər -Se, As, Sb, Cu, Ag, Sr, Zn, Cd, Hg, Al, Sn, Pb, Bi, Mo, Mo, Ni toz halında yayılırlar. Bu tullantıları əksər hallarda həmin sahələrdə basdırırlar. Tullantıların miqdarı on min tonlarla ölçülür.

Tullantıların intensivliyi ətraf mühitdə, xüsusilə torpağın ekoloji mühitinin sabitliyini pozaraq bir sıra problemlərin yaranmasına gətirib çıxarır. Tullantılarda ağır elementlər üzərində aparılan labarator təcrübələri göstərmişdir ki , ağır metalın növündən asılı olaraq torpaqda miqdarının 5-20 dəfə artıq olduğu təyin olunmuşdur.

Dağ-mədən tullantıları və ona yaxın ərazilərdən götürülmüş torpaq nümünələrinin analizi göstərir ki, torpağın tərkibində mikroelementlərin və ağır metalların miqdarı təbii landşaftlara nisbətən xeyli yüksəkdir. Tullantı süxurlarının səth suları ilə yuyulması, habelə filtrasiya nəticəsində aktiv kimyəvi elementlər miqrasiya edərək torpağa çökür və onu çirkləndirir.

Cədvəldə göstərildiyi kimi, kimyəvi elementlərin tullantılarda miqdarı litosferdə olan tullantıların miqdarından 100-1000 dəfə çoxdur.



Tullantılarda ağır metalların konsentrasiya əmsalı

Cədvəl 5

Elementlər

Qalvanik elementlərin çöküntüləri

Metal tozları

Cu

340

31

Zn

217

5

Mo

9

669

Ag

1000

29

Cd

85700

-

Sn

3200

4

W

-

3322

Pb

374

2

Bi

3300

-

Ağır metalların konsentrasiya əmsalı həmin elementin tədqiq olunan obyektdəki miqdarının litosferdəki fon miqdarına olan nisbətinə görə müəyyən edilir. Tədqiq etdiyimiz ərazidə ağır metalların konsentrasiya əmsalı həmin ərazidə və litosferdə olan elementlərin miqdarının nisbətindən asılıdır.

Çöküntülərdə konsentrasiya əmsalı aşağıdakı kimidir: Civə 400-5000, gümüş 50-300, kadmium 100-2000, mis15-300, molibden, vanadium, sürmə, sink, nikel və xrom 10-80-dir. [8]

Metallurgiya istehsalı zamanı yaranan tozlarda elementlərin konsentrasiyası torpaqlara nisbətən civədə 5x10³, kadmium və sürmədə (2-5)x 10³ qurğuşun, sink, bismut və arsendə nx10¹² dəfə çox ola bilər. Urbanizasiya müşahidə olunan ərazilərdə ikinci böyük çirklənmə mənbəyi kommunal məişət tullantıları sayılır. Böyük şəhərlərdə il ərzində adambaşına 0.3 ton məişət tullantıları və 0.3 ton kanalizasiya çöküntüsü düşür. Kommunal-məişət tullantılarına şəhərtəmizləmə qurğularının çöküntüləri də aiddir. Tullantılar çox vaxt yerində, yaxud şəhər ətrafına daşınaraq yandırılır. Həmin tullantıların tərkibində (yanandan sonra) ağır metalların konsentrasiyası sənaye tullantılarından geri qalmır. Yanmış tullantılarda qurğuşunun, sürmənin, kadmiumun, bismutun, gümüşün konsentrasiyası litosferdə olandan 100 dəfələrlə, toz isə 1000 dəfələrlə çoxdur



Ağır metalların konsentrasiya əmsalları

Cədvəl 6


Elementlər


Məişət tullantılarının yandırılması


Enerji ultrafiltrlərində yığılan toz

Zn

68

350

Sn

720

1200

Pb

100

600

Sb

180

192

Ag

300

1500

Cd

172

1843

Ətraf mühitin ağır metallarla çirklənməsində energetikanın payı olduqca çoxdur, çünki enerjinin istehsalı üçün kömür və mazutdan istifadə olunur.

Nəqliyyat - ətraf mühiti qurğuşun, sink, kobalt və benzopirenlə çirkləndirmə mənbəyidir. Nəqliyyatdan çıxan işlənmiş qazlar il ərzində 260 min ton qurğuşun ixrac edir. Qurğuşun torpaq mühitində ən güclü çirkləndirici maddələrdən biri hesab olunur. Bu onunla əlaqədardır ki, canlı orqanizmlər, xüsusilə insan orqanizmi qurğuşunun kiçik dozasına belə güclü reaksiya verir.

Kömür külünün tərkibində litosferlə müqayisədə bor 16dəfə, molibden, arsen 6dəfə, qurğuşun, volfram, barium, sink,mis 1.5-2 dəfə çoxdur. Təcrübələrlə müəyyən olunmuşdur ki, mazutu istilik enerji stansiyalarında istifadə etdikdə vanadium və nikellə çirklənmə ehtimalı çoxalır. [6]

Alınan məlumatların analizi göstərir ki, ağır metalların konsentrasiyası enerji tullantılarından azdır, ancaq ətraf mühitə vurduğu ziyana görə birinci yerdədir.


Kömür külündə ağır metalların konsentrasiya əmsalı

Cədvəl 7


Elementlər

Əmsal

Mn

0,9

Ni

0,7

Zn

1,7

As

5,5

Mo

6

Sn

1,6

Sb

10

W

1,5

Pb

2,2

Torpağı çirkləndirən mənbələrdən biri də kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrdir. Mineral gübrələr, zəhərli maddələr, boy stimulyatorları hər il planlı və məqsədyönlü şəkildə tətbiq edilir. Bu preparatların istifadəsi ildən-ilə çoxalır. Normadan artıq tətbiq edildikdə bitkilərə, heyvanlara, ətraf mühitə toksiki təsir edir. Məhsulda külli miqdarda toksiki qalıq toplanır ki, bu da insan sağlamlığına mənfi təsir göstərir. Bundan başqa yağış suyula yuyularaq sərbəst hala keçir və yeraltı sularla birlikdə ciddi ekoloji problemlərin yaranmasına gətirib çıxarır. [12]

Fosfor gübrəsinin istehsalı zamanı onun tullantıları istehsal olunan gübrədən 3 dəfə çoxdur. Fosfat xammalı-apatit və fosforitlər qarışıq elementlərlə zəngindir. Fosforitlərə nisbətən apatitlərdə nadir elementlər mövcudluğu 3-8 dəfə litosferdə olduğundan çoxdur. Apatitlərdə stronsiumun, ftorun miqdarı 50 dəfə, fosforitlərdə isə florun, qurğuşunun, misin, uranın, stronsiumun miqdarı 30 dəfə litosferdə olduğundan çoxdur.

Bitki mühafizəsində istifadə olunan kimyəvi preparatların tərkibi civə, arsen, qurğuşun, ftor, bor, mis, bismut birləşmələrindən ibarətdir. Bu elementlərin torpağı çirkləndirməsini sadə misalla göstərmək olar. Üzüm bağlarında mis tərkibli preparatlardan istifadə etdikdə mövsüm ərzində torpağa 6-8 min ton mis çökür.

Toksiki tullantıları xarakterinə görə kütləvi və qeyri-kütləvi olmaqla 2 yerə bölürlər. Kütləvi tullantılar ətraf mühitin sanitar-gigiyenik göstəricilərini kəskin dəyişdiyinə görə onları xüsusi nəzarətdə saxlamaq lazımdır. Qəza zamanı qeyri-kütləvi tullantılar kütləviyə çevrilə bilər.

Tullantıları onlara nəzarət imkanı baxımından iki qrupa bölünür:

1. Təşkil olunmuş yaxud razılaşdırılmış toksiki tullantılar - atmosferə, su hövzələrinə və torpağa xüsusi qurğuların (borular, kompressorlar, təmizləyici vasitələr, yanma peçləri və s) köməkliyi ilə daxil olur. Bu tullantılar müxtəlif dərəcədə zəhərli olduğu üçün adətən ərazi üzrə yol verilən həddi (YVH) müəyyən olunur.

2. Təşkil olunmamış toksiki tullantılar - elə tullantılardır ki, onları zərərsizləşdirmək və yaxud neytrallaşdırmaq qeyri-mümkün olur. Məsələn, aparat və qurğularda nasazlıq ucbatından meydana gələn və yaxud kanalizasiya sistemlərində axan məhlulların səthindən və xüsusi tullantılardan buxarlanan maddə miqdarı bu tullantılara aiddir. Bu tullantıların törənməsi istehsalat səbəbləri ilə əlaqədardır. Zəhərli tullantıların inventarizasiyası zamanı onların mənbəyi, tullandığı yer, torpaq və tərkibi, həmçinin yerüstü qatlarda yayılmasının maksimum konsentrasiya həddi müəyyən olunmalıdır

Tullantılar vasitəsilə torpağa daxil olan toksiki maddələrin torpaqda hərəkətini təyin etmək üçün əsas göstəricilərdən biri onların torpaq məhlulunda mövcudluğudur. Kimyəvi proseslər əsasən torpağın bərk fazasında, torpaq məhlulunda, torpaq havasında mikroorqanizmlərin və bitki köklərinin iştirakı ilə baş verir.

Torpaq məhlulunda və torpağın bərk fazasında bu elementlər kifayət qədər olduqda bitkilər üçün qidalanma mənbəyinə çevrilir və onların fəaliyyətini tənzimləyir. Torpağın çirklənmə göstəriciləri,eyni zamanda kimyəvi birləşmələrin torpaqda miqrasiyasından asılıdır. Çirklənmə zamanı torpağın buferlilik qabiliyyəti torpaq məhlulunda kimyəvi elementlərin konsentrasiyasını bir səviyyədə saxlayır və konsentrasiyasının dəyişməsinə imkan vermir. Torpağın buferlilik qabiliyyəti çirkləndirici maddələrə təsir göstərməklə torpağın özünütənzimləməsinə şərait yaradır.

Bəzi çirkləndirici maddələr (B, As, Ni, Se) torpaqda anion formasında olur və üzvi maddələrlə reaksiyalar nəticəsində kompleks birləşmələr əmələ gətirərək torpaqda toplanır. Kompleks birləşmələr qələvi mühitə davamlıdır.

Torpağın üzvi maddələri landşaftda çirkləndirici elementlərin miqrasiyasına böyük təsir göstərir və onların hərəkətini genişləndirir. Kompleks birləşmələr yaradan reaksiyalar nəticəsində torpaqda üzvi maddələr çoxluq təşkil edir. Metallar torpaq məhlulunun tərkibində qalaraq çətin həll olan çöküntülər yaradır. Məsələn, Cu, Zn, Ni, Cr torpaqda hidroksid çöküntüsü yaradır, ancaq kompleks duzlar olduğu üçün qələvi mühitdə çöküntü vermir. [16]

Torpaqda toplanmış ağır metallar mühitin reaksiyasından asılı olaraq hidrolizə məruz qalırlar.

Güclü texnogen çirklənmə olan zonalarda tozlu tullantılarla torpağa daxil olan ağır metalların hidrolizi nəticəsində torpağın turşulaşması baş verə bilər.


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə