Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 0,57 Mb.
səhifə6/8
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5938
1   2   3   4   5   6   7   8

Kadmiumun təsərrüfat ərazisinə daxil olması və yayılması sənaye fəaliyyətləri, fosforlu gübrələr, tullantılar vasitəsilə baş verir. Torpaqda 3 mq/ kq, bitkilərin quru çəkisində isə 1 mq/ kq-dan çox kadmium toksiki təsirlidir. Torpağa və bitki orqanizminə kadmiumun böyük qismi tərkibində kadmium olan toz zərrəciklərinin havadan çökməsi yolu ilə daxil olur. Nəqliyyatın sıx olduğu sahələrdə yol kənarlarındakı torpaqlarda toz çökməsi ilə ildə hər m² sahəyə 0,2-1,0 mq kadmium daxil olur.

Kadmium insan, heyvan və bitkilər üçün toksiki təsirli elementdir. Bitki orqanizmində azot və karbohidrat mübadiləsini dəyişdirərək bir çox fizioloji dəyişikliklərə səbəb olur. Digər tərəfdən fermentləri inaktivə etməklə, fotosintezə maneə törətməklə, transpirasiya ilə su itkisinin azalmasına və xlorofilin biosintezinin pozulmasına səbəb olur.

Aparılan təcrübələrdə 50 mq kadmium tətbiq olunan pomidor bitkisinin yarpaq və köklərində nitratın miqdarı 24% və 62% nisbətindən daha aşağı olduğu halda, ümumi amin turşusu miqdarının artdığı təyin olunmuşdur.

Bir digər təcrübədə isə buğda pöhrələrinin yetişdirildiyi mühitə kadmium əlavə edilməsinin bitkilərin kalium və nitrat mənimsəməsini azaltdığı və inkişafına maneə törətdiyi müəyyən olunmuşdur.



Qurğuşun sənayenin və kənd təsərrüfatının intensivliyi ilə əlaqədar ətraf mühitdə geniş yayılan elementdir. Məlum olan bir sıra səbəblərlə yanaşı torpağa pestisid istifadəsi zamanı da daxil olur. Qurğuşun bitkilər üçün mütləq lazımlı olmayıb, təbii halda torpaqda az miqdarda mövcuddur. Torpaqdakı qurğuşun konsentrasiyası yol verilən həddi keçmədiyi müddətcə insan və bitki sağlamlığı baxımından ciddi təhlükə yaratmır. Qurğuşun hüceyrə turqoruna və hüceyrə divarına mənfi təsir etməsi, yarpaq sahəsini azaltması səbəbiylə bitkilərin su rejiminə təsir etməsilə xarakterizə olunur. Eyni zamanda kök inkişafına təsir edərək bitkilərdə kation və anionun miqdarını azaldır və qidalı maddələrin mənimsənilməsinə mənfi təsir göstərir.

Nikel əkinçilik məqsədilə istifadə olunan torpaqda aşağı konsentrasiyada mövcuddur. Lakin, bəzi torpaqlarda nikelin konsentrasiyası 100-5000 mq/ kq arasında dəyişir. Nikel kömür (10-50 mq/ kq), neft(49-345 mq/ kq), polad, aşqar istehsalı, qalvanik və elektron sənayesində istifadə edilir. Kritik toksiki səviyyə torpaqda 100 mq/ kq, həssas bitkilərdə >10 mq / q və orta səviyyədə həssas bitkilərdə isə > 50 mq/ q təşkil edir.

Nikel bir sıra fermentlərin quruluş maddəsidir. Bu səbəblə nikelin konsentrasiyası az olan bitkilər kompleks şəklində tətbiq olunan azotlu gübrələrdən yararlanmadıqları kimi bu bitkilərə toksiki təsir göstərirlər.

Aparılan təcrübələr nəticəsində müəyyən olunmuşdur ki, tərkibində nikel olmayan soya paxlasına yüksək konsentrasiyada nikel tətbiq etdikdə ferment aktivliyi aşağı düşür və yarpaq uclarında nekozlar əmələ gəlir. Lakin normal konsentrasiyada tətbiq edildikdə ferment aktivliyi 4,5 dəfə artır, nekroz əmələ gəlməsi minimuma enir.

Bitkidə nikelin konsentrasiyasının çox olması xlorofil sintezi və yağ mübadiləsinə mənfi təsir edir. Eyni zamanda, bitki köklərinin digər qida elementlərini almasına maneə törədərək qida elementləri ilə bağlı nöqsanların meydana çıxmasına səbəb olur.

Paxla bitkisinə 0,1, 0,3 və 0,5 mq konentrasiyada Ni tətbiq olunan təcrübədə bitkinin xlorofil, karotenoid və ümumi piqment miqdarının azaldığı təyin olunmuşdur. 0,1 mq nikel tətbiq olunan yarpaqlarında xlorofil miqdarı 27,8%, 0,5 mq Ni dozasında isə, 35,1% nisbətində azalmışdır.

Xrom paslanmayan polad istehsalı, müxtəlif lehim və pas əngəlləyicilərin istehsalı ilə əlaqədar metallurgiya sənayesində, boya, lak, şüşə və keramika materiallarında, dəri sənayesində istifadə edilir. Təbii olaraq torpaqda mövcuddur. Torpaqda 5-100 mq / kq nisbətində rast gəlinir. Bitkilərin isə quru çəkisindən 100 mq/ kq çox olması bitkilər üçün toksiki təsirlidir.

Bitki orqanizmində toksiki səviyyəyə çatan xromun bitkidə ilk təsiri toxumların cücərməsini zəiflətməkdir. Xrom kök hüceyrələrinin bölünmə və uzanmasına maneə törədərək kökün inkişafına mane olur. Bu vəziyyət torpaqdan alınan qida maddələrinin və suyun azalmasına yol açaraq bitkilərin böyümə və inkişafına mənfi təsir göstərir. Bu səbəbdən bitkinin məhsuldarlığında əhəmiyyətli dərəcədə azalma müşahidə edilir.

Tədqiq olunan ərazidə metallurgiya sənayesinin, kənd təsərrüfatının, nəqliyyatın inkişafı bir çox çirkləndiricilərlə birlikdə ağır metalların da ətraf mühitdəki miqdarlarını artırmaqdadır. Bu vəziyyət xüsusilə, aktiv hərəkət etmə qabiliyyəti olmayan bitkilərdə xüsusən məhsul itkisi olmaq üzrə bir çox mənfiliyə səbəb olmaqdadır. Həddindən artıq metal mənimsəyən bitkilərdə bir sıra dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklərin yaratdığı problemlərin bir qismi gözlə görülə bilən olsa da, digər bir qisminin müəyyən olunması üçün biokimyəvi analizlər aparılmalıdır.

Ağır metalların bitkilərdə səbəb olduğu dəyişikliklər ilkin olaraq kök sistemində müşahidə edilir. Yüksək miqdarda metal mənimsəmiş bitkilərdə köklər, normal bitki köklərinə görə olduqca qısa olur. Saçaq köklərin sayında azalma, yan köklərdə artma ya da azalma müşahidə edilir. Bunların xaricində epidermis və hipodermisdə bəzi struktur dəyişiklikləri də müəyyən olunmuşdur. Metal qəbulu davam etdikcə gövdənin böyüməsi də zəifləyir. İstər kök, istərsə də gövdənin yaş və quru kütlələrində azalma meydana gəlir və bitkinin inkişafı yavaşlayır. Metalın növündən və təsir xüsusiyyətlərindən asılı olaraq yarpaq sahələrində kiçilmə, saralma və nekrotik ləkələrin meydana gəlməsi də müşahidə edilir.

Bitkiyə daxil olduqda ağır metallar onun orqan və toxumalarında olduqca qeyri bərabər yayılır. Məsələn, bitkinin kök sistemində sink yerüstü hissəsinə nisbətən çox yığılır, yerüstü orqanlarda sink əksər halda köhnə yarpaqlarda toplanır. Buğda bitkisinin kökləri yarpağına nisbətən yüksək miqdarda qurğuşun və kadmium toplanması ilə fərqlənir. [12]

Ağır metallar bitkilərin reproduktiv orqanlarında vegetativ orqanlarına nisbətən az toplanır. Ağır metalların udulması, nəqli, metobolizmi, orqanlarda və toxumalarda paylanması becərilən bitkilərin növ və sort xüsusiyyətləri ilə sıx bağlıdır, onlara ekoloji və antropogen faktorlar da təsir göstərir. Ağır metalların tərəvəz bitkilərində yayılma xüsusiyyətlərinin öyrənilməsi vacibdir. Yerkökünün kökmeyvəsinin (dəmirdən başqa) uc hissəsində başcıq hissəsinə doğru ağır metalların miqdarı azalır. Kökmeyvənin başcıq hissəsində dəmirin miqdarı yüksək olur, qalan hissəsində isə bərabər paylanır, orta hissəsində sinkin və qurğuşunun, qabığında isə mis, manqan, kadmium və dəmirin miqdarı yüksək olur.

Xörək (qida) çuğundurunun kökmeyvəsinin aşağı hissəsinə nisbətən başqa bütün metalların miqdarı yüksək olur, orta hissəsində isə mis və dəmirin miqdarı az olur, silindrin orta hissəsində sink və qurğuşun, qabığında isə mis, manqan, kadmium və dəmirin miqdarı yüksək olur.

Kartof bitkisinin yumrusunun orta yumşaq hissəsində kadmium, sink və qurğuşunun miqdarı az olur, yumrunun kənar hissəsində dəmirin miqdarı yüksək olur. Mis kartof yumrusunun bütün hissələrində bərabər paylanmışdır. Kələm digər tərəvəz bitkilərindən və kartofdan sinkin yüksək, kalsiumun miqdarının az olması ilə fərqlənir. Bütün elementlərin miqdarı kənardan orta hissəyə doğru artır.

Sənayeləşmə və şəhərləşmənin təbiətdə meydana gətirdiyi ən əhəmiyyətli problemlərdən biri ətraf mühit çirkliliyi olaraq qəbul edilir. Son dövrlərdə faydalı qazıntıların, kimya sənayesinin istifadə etdikləri metal ehtiva edən kənd təsərrüfatı dərmanları, böyük sənaye komplekslərinin yaydığı qaz və tozların torpaq və bitkiləri çirkləndirdiyi müəyyən edilmişdir. Xüsusilə ağır metal çirkliliyi bu tip torpaqlar üzərində yaşayan bitkilər üçün böyük bir potensial təhlükədir. Buna görə də bu cür ağır metal çirkliliyi görülən torpaqlar üzərində təmizləmə metodları tətbiq olunaraq məhsuldarlığın artırılmasına yönəldilmiş işlər aparılmalıdır. [17]

Ağır metallar bioloji proseslərdə iştirak dərəcələrinə görə həyati və qeyri-həyati olaraq təsnif olunur. Həyati olaraq qeyd olunan ağır metalların orqanizmdə müəyyən bir konsentrasiyada olması tələb olunur və bu metallar bioloji reaksiyalarda iştirak etdiklərinə görə nizamlı olaraq qida vasitəsilə qəbulu məcburidir. Məsələn, mis heyvanlarda və insanlarda qırmızı qan hüceyrələrinin və bir çox oksidləşmə və reduksiya prosesinin ayrılmaz parçasıdır. Bununla müqayisədə qeyri-həyati ağır metallar çox aşağı konsentrasiyada belə, orqanizmə ciddi təhlükə törədərək sağlamlıq problemlərinə gətirib çıxarır.

Ağır metalın həyati olub olmadığı nəzərə alınan orqanizmə da bağlıdır. Məsələn, nikel bitkilər baxımından toksiki təsir göstərərkən, heyvanlarda iz elementi olaraq mövcudluğu zəruridir.

Bəzi sistemlərdə ağır metalların təsir mexanizmi konsentrasiyaya bağlı olaraq da dəyişir. Bu cür orqanizmlərdə metalların konsentrasiyası nəzərə alınmalıdır. Ağır metalların yol verilən həddən artıq konsentrasiyası toksiki təsir göstərir. Bu ümumi prosesin əksinə ağır metallar yalnız konsentrasiyadan asılı olaraq təsir göstərmirlər, təsir eyni zamanda canlının növünə və metal ionunun quruluşuna da bağlıdır (kimyəvi quruluşu, redoks və kompleks yaratması qabiliyyəti, bədənə alınış şəkli, ətraf mühitdə çoxluq ehtimalı, lokal pH dəyəri və s.). Bununla əlaqədar, içməli sularda və qida məhsullarında ağır metalların konsentrasiya həddi müəyyən olunmuşdur və bu normalara lazımi qurumlar tərəfindən nəzarətin təşkili zəruridir.



Kimyəvi elementlər üçün qida məhsullarında YVQ, mq/kq məhsul

Cədvəl 8


Elementlər


Balıq



Ət


Süd


Çörək,

buğda


Tərəvəz


Meyvə


Şirələr

Al

30,0

10,0

1,0

20,0

30,0

20,0

10,0

Fe

30,0

50,0

3,0

50,0

50,0

50,0

15,0

J

2,0

1,0

0,3

0,1

1,0

1,0

1,0

Cd

0,1

0,05

0,01

0,022

0,03

0,03

0,002

Cu

10,0

5,0

0,5

5,0

10,0

10,0

5,0

As

0,1

0,5

0,05

0,2

0,2

0,2

0,2

Ni

0,5

0,5

0,1

0,5

0,5

0,5

0,3

Sn

200,0

200,0

100,0

-

200,0

100,0

100,0

Hg

0,5

0,03

0,005

0,01

0,02

0,01

0,005

Pb

1,0

0,5

0,05

0,2

0,5

0,4

0,4

Se

1,0

1,0

0,5

0,5

0,5

0,5

0,5

Bi

0,5

0,1

0,05

0,1

0,3

0,3

0,2

F

10,0

2,5

2,5

2,5

2,5

2,5

2,5

Cr

0,3

0,2

0,1

0,2

0,2

0,1

0,1

Zn

40,0

40,0

5,0

25,0

10,0

10,0

10,0

Ağır metallar qlobal çirklilik faktoru olaraq insanın və bütün canlıların həyatında təhlükə və risk meydana gətirir. Məruz qalınan doza, genetik quruluş, insanın immunitet sistemi, sağlamlığı, yaş, qidalanma səviyyəsi kimi faktorlara bağlı olaraq insanlarda ən başda xərçəng olmaq üzrə müxtəlif xəstəliklərə səbəb olur. Ağır metalların insan orqanizminə daxil olması qida zəncirindən başqa, tənəffüs və dəri yolu ilə də baş verir. Ölkəmizdə, xüsusilə tədqiq etdiyimiz ərazinin torpaqlarında təhlükə meydana gətirən ağır metalların səbəb olduğu torpaq çirkliliyini minimuma endirmək üçün təcili tədbirlər görülməlidir. Bunun üçün mədən və digər sənaye istehsalı, digər torpaq çirkləndirici fəaliyyətlər və istehsal üsulları torpağın ekoloji strukturuna ən az zərər verəcək, hətta heç zərər verməyəcək şərtlərdə edilməlidir.



Ağır metalların insan orqanizmində təsir göstərdikləri sistemləri təsnifləşdirsək aşağıdakı nəticələrə çıxara bilərik.

  • Kimyəvi reaksiyalara təsir edənlər ;

  • Fizioloji və nəqledici sistemlərə təsir edənlər ;

  • Kanserogen və mutagen olaraq təsir edənlər ;

  • Alergik olaraq təsir edənlər ;

  • Spesifik təsir edənlər ;

Bəzi metalların insanda xəstəlik törədə bilən miqdarları (mq/kq)

Cədvəl 9


Metallar


Dağ

süxurlarında


Kömürdə


Dəniz suyunda


Bitkilərdə(quru

çəkiyə)


Heyvanlarda

(quru çəkiyə)

Cd

0,2

0,25

0,0001

0,1-6,4

0,1-3

Cr

100

60

0,00005

0,3-4

0,02-1,3

Co

25

15

0,00027

0,2-5

0,3-4

Pb

12,5

5

0,00003

1,8-50

0,3-35

Hg

0,08

-

0,00003

0,02-0,03

0,05-1

Ni

75

35

0,0045

1,5-36

0,4-26

Ag

0,07

0,1

0,0003

0,97-0,25

0,006-5

Tl

0,45

0,05-10

0,00001

1,0-80

0,2-160

Au

0,004

0,125

0,00001

0-0,012

0,007-0,08

V

135

40

0,002

0,13-5

0,14-2,3

3.2 Ağır metalların yaratdığı çirklənməyə qarşı mübarizə tədbirləri

Tədqiq olunan ərazidə dağ-mədən sənayesinin, qara və əlvan metallurgiyanın inkişafı, təsərrüfat fəaliyyəti ilə əlaqədar ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi olduqca aktual məsələdir.

Sənayeləşmə və şəhərləşmənin təbiətdə meydana gətirdiyi ən əhəmiyyətli problemlərdən biri ətraf mühit çirkliliyi olaraq qəbul edilir. Son dövrlərdə faydalı qazıntıların, kimya sənayesinin istifadə etdikləri metal ehtiva edən kənd təsərrüfatı dərmanları, böyük sənaye komplekslərinin yaydığı qaz və tozların torpaq və bitkiləri çirkləndirdiyi müəyyən edilmişdir. Xüsusilə ağır metal çirkliliyi bu tip torpaqlar üzərində yaşayan bitkilər üçün böyük bir potensial təhlükədir. Buna görə də bu cür ağır metal çirkliliyi görülən torpaqlar üzərində təmizləmə metodları tətbiq olunaraq məhsuldarlığın artırılmasına yönəldilmiş işlər aparılmalıdır.

Ağır metalların torpaqda yüksək konsentrasiyası təkcə torpağın məhsuldarlığı və ekosistem funksiyalarına deyil, eyni zamanda insan və heyvan sağlamlığına ciddi təsir edir. Torpaqların ağır metallarla çirklənməsi metallurgiyanın , dağ-mədən sənayesinin inkişafı, tullantı suların axıdılması ilə olduqca ciddi problemə çevrilmişdir. Ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi ekologiya mühəndisliyinin problemli istiqamətlərindən biridir. Çirklənmiş torpağın kompleks fiziki, kimyəvi, bioloji xüsusiyyətləri, çirkləndiricilərin torpaq mühitində yayılması və hərəkəti ilə bağlı məhdud informasiyanın olması kimi faktorlar təmizləmə fəaliyyətinin maaliyyələşməsində bir sıra çətinliklər yaratmış, eyni zamanda köhnə təmizləmə texnologiyalarının tətbiqinə səbəb olmuşdur. Bununla əlaqədar torpaqların ağır metallardan təmizlənməsində iqtisadi cəhətdən səmərəli və yüksək effektli texnologiyaların tətbiqinə ehtiyac yaranır. [17]

İzolyasiya, immobilizasiya, toksikiliyin azaldılması, fiziki ayırma, ekstraksiya torpağın təmizlənməsində əsas üsullar kimi qiymətləndirilir. Ağır metallarla çirklənmiş torpaqların təmizlənməsində ərazinin xarakteristikası, metalın növü, konsentrasiyası, çirklənmiş torpağın sonrakı istifadəsi kimi mühüm faktorlar diqqətdə saxlanılmalıdır.

Ağır metallarla çirklənmiş torpaqları qismən yaxşılaşdırmaq üçün aşağıdakı tədbirlər görülür:



  1. Mexaniki- Torpağın üst, ən çirklənmiş qatı kənar edilərək, 10sm qalınlığında təmiz münbit qat tökülür.

  2. Kimyəvi- Çirkləndirici maddələr mütəhərrik formadan qeyri-mütəhərrik formaya çevrilir. Torpağı əhənglədikdə turşuluğu aradan qaldırmaqla toksiki metallar qeyri-mütəhərrik formaya çevrilir.

  3. Aqrokimyəvi- Üzvi gübrələr: yaşıl gübrə, peyin tətbiq etdikdə kadmium, kobalt, nikelin mütəhərrikliyi azalır.

Ağır metalların yaratdığı çirklənmə ilə əlaqədar aparılan tədqiqatlar əsasən ağır metalların mənbəyi, yayılma xüsusiyyətləri, insan sağlamlığı və ətraf mühitə təsiri, çirklənmiş ərazinin tədqiqi və analizi, riskin qiymətləndirilməsi ətrafında cəmlənmişdir. Torpağın daha mürəkkəb və kompleks bir sistem olması çirklənmə zamanı onun tərkib hissələri arasında uzun bir vaxt intervalında formalaşan tarazlığın elə bir şəkildə pozulmasına səbəb olur ki, hətta çirklənmənin səbəbləri aradan qaldırıldıqdan sonra uzun müddət ərzində həmin tarazlığı bərpa etmək çətin olur.

Bu tədqiqatlarda həm ərazi üzrə tətbiq olunan, həm də təkmilləşdirmə işləri davam edən texnologiyalardan istifadə olunur.

Ağır metallarla çirklənmiş torpaqlar üçün 4 nəzarət metodu mövcuddur:


  1. Çirkləndiricini olduğu kimi qoymaq, ərazinin istifadəsini yasaqlamaq;

  2. Çirkləndiricini ərazi daxilində immobilizə etmək və ərazini nəzarətdə saxlayaraq digər ərazilərə keçməsinin qarşısını almaq;

  3. Çirklənmiş torpağı ərazidən kənarlaşdırmaq;

  4. Torpağı ərazi daxilində və ya xaricində təmizləmək;

Torpağın ağır metallardan təmizlənməsi ərazinin yenidən istifadəyə yararlılığının bərpası baxımından iqtisadi alternativdir. Torpağın təmizlənməsi üçün fiziki, kimyəvi, termiki, bioloji prosesləri özündə cəmləşdirən bir sıra metodlar mövcuddur. [20]

Düzgün metod seçimi ərazinin xarakteristikasından, çirkləndirici metalın növündən, konsentrasiyasından və ərazinin sonrakı istifadəyə yararlılığı kimi bir sıra faktorlara bağlıdır. Torpağın təmizlənməsi əsasən ərazinin qazılması, izolə edilən və ya təmizlənən torpağın təkrar yerinə doldurulmasıyla həyata keçirilir. Lakin son illərdə torpağı qazmadan birbaşa ərazidə tətbiq olunan texnologiyalar daha da sürətlənmişdir.

Dünya təcrübəsində ağır metallarla çirklənmiş ərazilərin təmizlənməsində tətbiq olunan bahalı və ənənəvi mühəndislik texnologiyaları yerinə son illərdə iqtisadi cəhətdən daha səmərəli yaşıl texnologiya (fitoremediasiya) tətbiq edilir. Bu metodun tətbiqində adətən hiperakkumlyator bitkilər istifadə olunur. Bu bitkilər yarpaq, budaq və gövdələrində torpaqdakı metalın konsentrasiyasından 50-500 dəfə daha çox metal toplamaq xüsusiyyətinə malikdir. Çiçəkli bitkilərin 0,2%-ni təşkil edən hiperakkumlyator bitkilərin sayı 450-ə qədərdir. [23]

Fitoremediasiya metodunda ağır metalları absorbsiya edən, toxumalarında yüksək konsentrasiyada depolayan və müəyyən müddət sonra təsirsiz hala gətirən hiperakkumlyator bitkilər istifadə olunur.

Son illər bir çox ölkələrdə tətbiq olunan fitoremediasiya metodu ağır metalların təmizlənməsində passiv texnologiya kimi qiymətləndirilir. Müxtəlif təmizləmə metodları ilə müqayisə edildiyində iqtisadi cəhətdən səmərəli olması, asan tətbiq edilməsi və estetikliyi baxımından seçilir.

Fitoremediasiya orta və aşağı dərəcədə ağır metallarla çirklənməyə məruz qalmış torpaqlarda genetik cəhətdən seçilmiş bitkilərin istifadəsini nəzərdə tutur. Bu metod digər metodlarla birgə tamamlayıcı alternativ metod kimi tətbiq olunur.

Ağır metallarla çirklənmiş ərazilərdə tətbiq olunan fitoremediasiya metodu ilə üzvi çirkləndiricilərlə çirklənmiş ərazilərin rekultivasiya metodları arasında bir sıra fərqlər mövcuddur. Bitkilər tərəfindən torpaqdan absorbsiya edilən ağır metallar ya torpaqda stabil hala keçirlər ya da torpaqdan kənarlaşdırılırlar. Thlapsi, Urtica, Taraxacumofficinale, Chenopodium, Polygonumsachalase ve Allyssim cinsindən olan bir sıra bitki növləri kadmium, mis, qurğuşun, nikel və sink kimi ağır metallari orqanizmlərində depolamaq xüsusiyyətinə malikdirlər. Bununla əlaqədar, qeyd olunan cinsləri yetişdirilməsi çirklənmiş torpaqların təmizlənməsində alternativ metod kimi kimi tətbiq olunur. [18]

Məlum olduğu kimi, ağır metallar torpağa təbii və texnogen proseslərin nəticəsində daxil olur. Bu baxımdan fitoremediasiya metodu çirkləndiricinin təbiətinə görə qruplaşdırılır.



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə