Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 0,57 Mb.
səhifə8/8
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5938
1   2   3   4   5   6   7   8

ƏDƏBİYYAT SİYAHISI

  1. Məmmədov Q.Ş., Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları, Bakı “Elm” 2007, 383 s.

  2. Məmmədov Q.Ş., Azərbaycanın torpaq ehtiyatlarından səmərərli istifadənin sosial-iqtisadi və ekoloji əsasları, Bakı “Elm” 2007, 856 s.

  3. Müseyibov M.A., Azərbaycanın fiziki coğrafiyası, Bakı “Maarif” 1998, 397 s.

  4. Məmmədov Q., Mahmudov X., Ekologiya,Ətraf Mühit və İnsan, Bakı “Elm” 2006, 608 s.

  5. Ş. Xəlilov Azərbaycanın ekocoğrafi problemləri, Bakı 2006

  6. Mövsümov E., Quliyeva L., Ətraf mühitin kimyası, Bakı “MBM” 2010, 184 s.

  7. Hüseynov A., Hüseynov N., Torpaq kimyası, Bakı 2012, 100 s.

  8. Babayev A.,Torpaq keyfiyyətinin monitorinqi və ekoloji nəzarət, Bakı 2011, 254 s.

  9. Səfərov E.İ., Kiçik Qafqazın faydalı qazıntı yataqları, Bakı 2012,120s.

  10. Qiyasi H.Ə., Dağ qara torpaqlarında qida maddələrinin ehtiyatı və eroziyanın onlara təsiri, Bakı 2010, 192 s.

  11. Ю.В. Алексеев, Тяжелые металлы в почвах и растенияхв, 1987, 140с.

  12. П.М. Смирнов , Э.А. Муравин , Агрохимия 1998, 139с.

  13. А.И. Перельман , Геохимия, 1989

  14. В.Ф. Барабанов, Геохимия, 1985

  15. А. Кабата- Пендиас, Х. Пендиас, Микроэлементы в почвах и растениях, 1989, 425с

  16. Ф.Я. Сапрыкин, Геохимия почв и охрана природы, 1984, 227с.

  17. Калесников С.И., Казеев К.Ш. , Вальков В.Ф., Экологические функции почв, и влияние на них загрязнения тяжелыми металлами, 2002

  18. Chen, H.M., Zheng, C.R.,Tu, C. and Shen, Z.G. (2000) Chemical methods and phytoremediation of soil contaminated with heavy metals, Chemosphere, 234

  19. Lasat, M.M. (2000) Phytoextraction of metals from contaminated soil: A review of plant/ soil/ metal interaction and assessment of pertinent Agronomic Issues. Journal of Hazardous Substance Research

  20. Mulligan, C. N., Yong, R. N. and Gibbs, B. F. (2001) Remediation technologies for metalccontaminated soils and groundwater: an evaluation, Engineering Geology

  21. Acar, Y.B. and Gale, R.J. (1995) Electrokinetic remediation: basics and technology status, Journal of Hazardous Materials.

  22. Blaylock M.J., Huang J.W., Phytoextraction of Metals, Phytoremediation of Toxic Metals: New York, Wiley 2000.

  23. Brooks R.R., (Ed.), Plants that hyperaccumulate heavy metals: their role in phytoremediation, microbiology, archaeology, mineral exploration and phytomining, CAB International, New York 1998, 380 s.

  24. Mirsalia, ( 2004), Soil pollution: origin, monitoring and remediation, Springer–Verlag Berlin Heidelberg.

  25. Clemens S., (2006), Toxic metal accumulation, responses to exposure and mechanisms of tolerance in plants, Biochimie, 88

  26. Abumaizar, R.J. and Smith, E.H. (1999) Heavy metal contaminants removal by soil washing, Journal of Hazardous Materials, 86.

  27. Lasat M.M., (2000), Phytoextraction of metals from contaminated soil: A review of plant/soil/metalinteraction andassessment of pertinent agronomic issues, Journal of Hazardous substance Research/

  28. www.eco.gov.az

  29. www.cografiya.info

  30. www.ecology.com



XÜLASƏ
Magistr dissertasiyası 80 səhifədə çap edilmiş, giriş, 3fəsil, nəticə və təkliflərdən , həmçinin ədəbiyyat siyahısından ibarətdir.

Tədqiqat işinin yerinə yetirilməsində müqayisəli-coğrafi, riyazi-statistik, fiziki-kimyəvi metodlardan istifadə olunmuşdur.

Tədqiqatın “Giriş” hissəsində mövzunun aktuallığı, tədqiqatın məqsədi, tədqiqatın elmi yeniliyi, tətbiq sahələri ətraflı təhlil edilmişdir.

Fəsillər daxilindəki mövzular məntiqi ardıcıllıqla yerinə yetirilmişdir. Mövzuların yerinə yetirilməsində zəngin xarici ədəbiyyatlardan və tədqiqat materiallarından istifadə edilmişdir.

Tədqiqat işinin sonunda nəticə və təkliflər qeyd edilmişdir.

РЕЗЮМЕ

Магистерская диссертация состоит из 80 стр., ведение, 3 глав, выводов рекомендация также списка литературы.

При выполнение исследовательской работы были использованы сравнительно-геогрфический, математичиско- геогрфический, математико- статистический, физико-химический методы.

В Ведении сделано всесторонный анализ по актуалностье. Темы, областей использование результатов исследование, навизна работы.

В диссертайии использованы богатый материал зарубежной литературы и исследовательских работ.

В конце диссертации дано выводы и предложении.



REFERAT
Torpaqların ağır metallarla çirklənməsi torpağın içərisinə daxil olan toksiki kimyəvi elementlərin torpağın ekoloji strukturunu pozmasıdır. Bu çirklənmə növü xarakterinə görə kimyəvi çirklənmə qrupuna aid edilir. Torpağın ağır metallarla çirklənməsi zamanı torpağın kimyəvi, fiziki-kimyəvi, bioloji xüsusiyyətlərinin sıradan çıxması nəticəsində ekoloji tarazlıq pozulur.

Torpaqların mədəniləşdirilməsi və əkinçiliyin intensivləşdirilməsi məqsədilə elmi cəhətdən zəif əsaslandırılmış tədbirlər, otlaqların və meşələrin səmərəsiz yollarla istifadəsi, intensiv sənayeləşmə və urbanizasiya torpaqların ağır metallarla çirklənməsinə səbəb olmuşdur.

Tədqiq etdiyimiz ərazidə metallurgiya sənayesinin inkişafı, yanacaq istehsalı və emalı, nəqliyyat, əkinçilik, heyvandarlığın intensivliyi ilə əlaqədar torpaqlar ağır metallarla çirklənməyə məruz qalmış və xüsusilə metallurgiya sənayesinin inkişaf etdiyi Gədəbəy, Daşkəsən rayonlarının ərazisində bu çirklənmə intensiv hal almışdır.

Kiçik Qafqazın şimal-şərq yamacı torpaqlarında ekoloji mühitin və sabitliyin pozulmasının başlıca səbəblərindən biri dağ-mədən sənayesinin intensiv inkişafı olmuşdur. Dağ-mədən sənayesinin təsiri ilə dağ-çəmən və quru-çöl landşaftı ciddi struktur pozuntularına, bəzən isə kökündən dəyişmiş arzuolunmaz texnogen landşaftlara çevrilmişdir. Texnogen amillərin təsiri ilə dağ-çəmən-çöl landşaftı antropen parçalanmış və təbii estetikliyini itirmişdir.

Daşkəsəndə dağ-mədən və filizsaflaşdırma kombinatı fəaliyyət göstərir. Burada filiz hasilatının açıq üsulla həyata keçirilməsi ətraf dağ-çəmən landşaftında ciddi struktur pozuntuları əmələ gəlmişdir.

Daşkəsənin dəmir filizi və mərmər, Zəyliyin alunit, Göygölün bentonit gili, Xoşbulağın əhəngdaşı, Yuxarı Hacıkəndin gips daşı, Daşsalahlının bentonit gili və s. təbii ehtiyatların istismarı ilə inkişaf edən dağ-mədən sənayesi yataqları dağ-çəmən landşaftlarının texnogen pozulmasında əsas rol oynayır. Əmirvar-Qazax kəndlərinin estetik gözəlliyi və rekreasiya potensialı ilə seçilən dağ çəmənləri landşaftları Alunitdağın mədən tullantıları ilə yararsız vəziyyətə düşmüşdür. Zəylik, Alunitdağ mədənlərinin istismarı nəticəsində hündürlüyü 20-30 m olan tullantılar müxtəlif texnogen relyef formaları əmələ gətirmişdir. Dağ-çəmən landşaftı daxilində əmələ gələn texnogen dəyişmələr və pozuntular təbii fon landşaftını kəskin dəyişdirmiş, onun rekreasiya potensialını tam zəiflətmişdir.

Daşkəsən filizsaflaşdırma kombinatı sahəsində 600 hektardan çox sahə texnogen relyef formaları ilə örtülmüşdür. Daşkəsən dəmir filizi mədənlərinin istismarı ilə əlaqədar olaraq 1,2 min hektar sahədə meşə və çəmən torpaqları yararsız hala düşmüşdür ki, bunun da 0,5 min hektarı süxur tullantıları altındadır. Dağ-mədən tullantıları və ona yaxın ərazilərdən götürülmüş torpaq nümünələrinin analizi göstərir ki, torpağın tərkibində mikroelementlərin və ağır metalların miqdarı təbii landşaftlara nisbətən xeyli yüksəkdir. Tullantı süxurlarının səth suları ilə yuyulması, habelə filtrasiya nəticəsində aktiv kimyəvi elementlər miqrasiya edərək torpağa çökür və onu çirkləndirir. Təbii torpaqlara nisbətən tullantılarla təmasda olan torpaqlarda həmin elementlərin miqdarı 4-9 dəfə artıqdır. Dəmir mədən tullantılarında və onların təmas etdiyi torpaqlarda sink, mis, kobalt, manqan, bor və civənin miqdarı yol verilən konsentraiyadan 4-9dəfə artıqdır. Qurğuşunun miqdarı isə 40 dəfədən çoxdur.

Kompleks filiz yataqlarından çıxarılan bəzi metalların emal edilməsi çox böyük çətinliklər yaratdığından, zənginləşdirmə texnologiyasının aşağı olması səbəbindən tullantıya göndərilən son materialda itkilərin miqdarı yüksək olurdu və sonda ümumi yataq üzrə itkilər yüksək həddə çatırdı. Daşkəsən filiz yatağından çıxarılan yüksək tərkibə malik dəmir filizinin emal olunduqdan sonra atılan tullantısının tərkibi belə, zəngin olaraq qalırdı. Belə ki, tullantı hesab edilən bu məhsulda böyük miqdarda filiz atılırdı ki, inkişaf etmiş ölkələrdə yataqlardan çıxarılan filizin miqdarı bəzən bu tullantıların tərkibindən aşağı olurdu. Ona görə istər iqtisadi səmərəlilik baxımından istərsə də ətraf mühitə dəyə biləcək ziyanın aradan qaldırılması baxımından sənaye tullantıları üzərində nəzarətin düzgün təşkilinə riayət etmək lazımdır

Dağ-mədən filizsaflaşdırma kombinatının tullantıları bilavasitə buradan keçən Qoşqarçay dərəsinə axıdılır. Nəticədə, bu tullantılar Qoşqarçay dərəsininin landşaftında ekoloji gərginliyi artırmış və landşaft reaksiya potensialını itirmişdir. Qeyd etmək lazımdır ki, uzun illər ərzində Daşkəsən yatağının istismarı dövründə Qoşqarçayın dərəsində 30 mln. tondan artıq tullantılar yığılmışdır ki, bu tullantıların tərkibində külli miqdarda qiymətli kobalt vardır.

Daşkəsən və Zəylikdə açıq üsulla hasilatın davam etdirilməsi gələcəkdə burada ekoloji gərgin ocaqların artmasına, texnogen sürüşmələrin fəallaşmasına, məhsuldar torpaqların sıradan çıxmasına səbəb olacaqdır. Ərazinin mühüm rekreasiya rayonu olduğunu nəzərə alaraq dəmir filizi və alunit hasilatının şaxta üsulu ilə aparılması və yararsız vəziyyətə salınmış torpaqların rekultivasiyası vacibdir.

Ağır metalların birbaşa təsiri bitkilərdə yaratdığı problemlərlə, dolayı təsiri isə bu bitkilərlə qidalanan insan və heyvan orqanizmində yaranan problemlərlə əlaqədardır. Ağır metalların yalnız müəyyən bir qismi az miqdarda konsentrasiyada bitkilər üçün əhəmiyyətlidir. Bu elementlərin artıq miqdarı bitkilərdə bir sıra proseslərin pozulmasına gətirib çıxarır.

Bitkilər fizioloji inkişaflarını tamamlamaqda ehtiyac duyduqları maddələri torpaqdan asanlıqla mənimsəyirlər. Bu maddələr bitkilərdə mövcud olduğu formada torpaqda da vardır. Bitkinin qidalanmasında hər bir qida elementinin rolu olduqca müxtəlifdir. Torpaqda ağır metalların konsentrasiyası artdıqca, bitkilər bu elementləri passiv şəkildə mənimsəyərək qida zəncirinə daxil edir. Bunun nəticəsində ağır metallar bitkilərə və bitki ilə qidalan insan və heyvanlara toksiki təsir göstərir. Bu onunla əlaqədardır ki, bitkilər yetişdikləri torpaqda özləri üçün lazım olan və ya olmayan elementləri az miqdar olsa belə öz orqanizmlərində depolaya bilirlər.

Ağır metalların tərkibində insan həyatı üçün vacib olan metallarla (sink, dəmir, molibden, mis, selen, manqan və s.) yanaşı, orqanizm üçün toksiki təsirli maddələr (kadmium, civə, qurğuşun, nikel, xrom, arsen və s.) var. Bu metallar yüksək konsentrasiyada bitkilərə və canlı orqanizmlərə ciddi təsir göstərərək , bir sıra problemlərin yaranmasına gətirib çıxarır. Qeyd etmək lazımdır ki, dəmir, mis, sink, molibden manqan və s. elementlə yalnız mikrodozalarda orqanizm üçün zəruridir, izafi dozalarda olduqca təhlükəli xarakter daşıyır. Qurğuşun, civə, kadmium, arsen istənilən konsentrasiyada canlı orqanizmlər üçün zərərli təsirə malikdir. Belə ki, bu elementlər hətta birləşmələr halında orqanizmə daxil olduqda güclü zəhərlənmələr baş verir. Onlar qanda olan aminturşularla, fermentlərlə və vitaminlərlə kompleks birləşmə əmələ gətirərək, orqanizmin həyat fəaliyyətinə ciddi təsir göstərir.

Canlı orqanizmlərdə ağır metallar az miqdarda bioloji aktiv maddələrin tərkibinə daxil olub onun həyat fəaliyyəti proseslərini normal gedişini nizama salır. Texnogen çirklənmə nəticəsində bu müvazinət pozularaq canlı orqanizmlər üçün mənfi, bəzən fəlakətli nəticələrə səbəb olur. İnsan orqanizminə daxil olan ağır metallar əksər halda qaraciyərdə, böyrəklərdə toplanır.

Bitkiyə daxil olduqda ağır metallar onun orqan və toxumalarında olduqca qeyri bərabər yayılır. Məsələn, bitkinin kök sistemində sink yerüstü hissəsinə nisbətən çox yığılır, yerüstü orqanlarda sink əksər halda köhnə yarpaqlarda toplanır. Buğda bitkisinin kökləri yarpağına nisbətən yüksək miqdarda qurğuşun və kadmium toplanması ilə fərqlənir.

Ağır metallarla çirklənmə zamanı torpaqda toplanan yüksək konsentrasiya bitkilər vasitəsilə qida zəncirinə keçir və nəticədə heyvan və insan orqanizmində müxtəlif pataloji halların yaranmasına səbəb olur. Bu baxımdan ağır metalların yaratdığı çirklənməni qiymətləndirməli olsaq heç bir iqtisadi göstərici ilə bu ziyanı ifadə etmək olmaz və son nəticədə vəziyyətin belə davam etməsi torpağın üzvi aləminin məhv olmasına gətirib çıxara bilər.

Ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi ekologiya mühəndisliyinin problemli istiqamətlərindən biridir. Çirklənmiş torpağın kompleks fiziki, kimyəvi, bioloji xüsusiyyətləri, çirkləndiricilərin torpaq mühitində yayılması və hərəkəti ilə bağlı məhdud informasiyanın olması kimi faktorlar təmizləmə fəaliyyətinin maaliyyələşməsində bir sıra çətinliklər yaratmış, eyni zamanda köhnə təmizləmə texnologiyalarının tətbiqinə səbəb olmuşdur. Bununla əlaqədar torpaqların ağır metallardan təmizlənməsində iqtisadi cəhətdən səmərəli və yüksək effektli texnologiyaların tətbiqinə ehtiyac yaranır.

İzolyasiya, immobilizasiya, toksikiliyin azaldılması, fiziki ayırma, ekstraksiya torpağın təmizlənməsində əsas üsullar kimi qiymətləndirilir. Ağır metallarla çirklənmiş torpaqların təmizlənməsində ərazinin xarakteristikası, metalın növü, konsentrasiyası, çirklənmiş torpağın sonrakı istifadəsi kimi mühüm faktorlar diqqətdə saxlanılmalıdır.



Torpağın ağır metallardan təmizlənməsi ərazinin yenidən istifadəyə yararlılığının bərpası baxımından iqtisadi alternativdir. Torpağın təmizlənməsi üçün fiziki, kimyəvi, termiki, bioloji prosesləri özündə cəmləşdirən bir sıra metodlar mövcuddur.

Düzgün metod seçimi ərazinin xarakteristikasından, çirkləndirici metalın növündən, konsentrasiyasından və ərazinin sonrakı istifadəyə yararlılığı kimi bir sıra faktorlara bağlıdır. Torpağın təmizlənməsi əsasən ərazinin qazılması, izolə edilən və ya təmizlənən torpağın təkrar yerinə doldurulmasıyla həyata keçirilir. Lakin son illərdə torpağı qazmadan birbaşa ərazidə tətbiq olunan texnologiyalar daha da sürətlənmişdir.
Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə