1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTRATURA MƏRKƏZİ
Əlyazması hüququnda
QASIMOV FİRDOVSİ RƏFAYIL OĞLU
(MAGİSTRANTIN A.S.A)
Daxili bazarın qorunmasında qiymət amilindən istifadə mexanizmi
mövzusunda
MAGİSTR DİSSERTASİYASI
İstiqamətin şifri və adı İqtisadiyyat İİM 010000
İxtisasın şifri və adı
Qiymətin əmələ gəlməsi İİM 010026
Elmi rəhbər:
i.e.n., dosent Q.S. Bayramov
Magistr proqramının rəhbəri:
i.e.n., dosent B.C. Sadıqov
Kafedra müdiri: i.e.d., professor X.H.Kazımlı
BAKI - 2016
2
MÜNDƏRİCAT
GIRIŞ.............................................................................................................3
I FƏSIL. DAXİLİ BAZARIN QORUNMASINDA QİYMƏT AMİLİNDƏN
İSTİFADƏNİN NƏZƏRİ ƏSASLARI ........................................................ 7
1.1. Liberallaşma və proteksionizmin əsas xüsusiyyətləri, qarşılıqlı əlaqəsi və
ziddiyyətləri......................................................................................................7
1.2. Daxili bazarın formalaşmasında gömrük-tarif siyasətinin iqtisadi zəruriliyi və
təşkilati-hüquqi əsasları.....................................................................................17
1.3. İdxal-ixrac məhsullarına qiymətlərin tənzimlənməsində gömrük siyasətindən
istifadənin konseptual məsələləri.......................................................................25
II FƏSIL. DAXILI BAZARIN FORMALAŞMASINDA QİYMƏT
AMİLINDƏN ISTIFADƏNIN MÖVCUD VƏZIYYƏTININ TƏDQIQI .......34
2.1. Daxili bazarda qiymətlərin formalaşmasına ölkənin xarici ticarət- iqtisadi
əlaqələrinin təsiri.....................................................................................................34
2.2. İdxal-ixrac məhsullarına qiymət səviyyəsinin təsirinin təhlili.........................43
2.3. Daxili bazarın qorunmasında gömrük-tarif tənzimlənməsinin mövcud
vəziyyətinin qiymətləndirilməsi.........................................................................57
III FƏSIL. DAXILI BAZARIN FORMALAŞMASI VƏ INKIŞAFINDA
QİYMƏT SIYASƏTININ PROBLEMLƏRI VƏ ONLARIN ARADAN
QALDIRILMASI YOLLARI.....................................................................64
3.1. Daxili bazarın formalaşmasında gömrük-tarif siyasətindən istifadə
mexanizminin təkmilləşdirilməsi............................................................................64
3.2.Daxili bazarda qiymətlərin tənzimlənməsinin iqtisadi metodları və
onların təkmilləşdirilməsi yolları............................................................................69
NƏTICƏ...............................................................................................................83
ISTIFАDƏ ЕDILƏN ƏDƏBIYYАT..............................................................86
3
GİRİŞ
Mövzunun aktuallığı. Yerli əmtəə istehsalçılarının müdafiəsi bir tərəfdən,
iqtisadiyyatın struktur cəhətdən yenidən qurulmasına dəstək və məhsulların rəqabət
qabiliyyətinin yüksəldilməsi və milli ixracın inkişafı üçün şəraitin yaradılması,
digər tərəfdən, milli əmtəə istehsalçılarının daxili bazarda xarici firmaların
ədalətsiz rəqabətindən qorunması aspektindən çıxış edir.
Azərbaycan Respublikası milli əmtəə istehsalçılarının müdafiəsi üzrə
tədbirlərin tətbiqinin məhdud təcrübəsinə malikdir, Ümumdünya Ticarət
Təşkilatının (ÜTT) normalarına uyğun proteksionist tədbirlərin tətbiqi imkanları,
mexanizm və xüsusiyyətləri üzrə tədqiqat və işləmələrdə çatışmamazlıqlar hiss
olunur.
Tədqiqatın aktuallığı həm də onunla müəyyən olunur ki, Azərbaycanın yerli
əmtəə istehsalçılarına dövlət yardımı sisteminin təkmilləşdirilməsi bazar
mexanizmlərinin formalaşması şəraitində baş verir. Bu, daxili bazarın
formalaşması və qiymət sisteminin dövlət tənzimlənməsi prosesinin dinamikasını
izləməyə, əsas meyllərini və problemlərini aşkara çıxarmağa, seçilmiş
istiqamətlərinə dair tövsiyyələr işləyib hazırlamağa və dəyişikliklər etməyə, habelə
qiymət siyasətinin əsas istiqamətlərini müəyyənələşdirməyə imkan verir.
Məhz bütün bunlar ölkədə daxili bazarın formalaşmasında gömrük-qiymət
sistemi qarşısında duran problemlərin aradan qaldırılmasına, respublikada çevik və
işlək gömrük-qiymət siyasətinin reallaşdırılmasına imkan yaradar. Ona görə də,
belə hesab edirik ki, müasir dövrdə Azərbaycanın daxili bazarının formalaşması və
inkişafı
problemlərinin
tədqiqi,
eləcə
də
gömrük-qiymət
siyasətinin
təkmilləşdirilməsi istiqamətinə dair müvafiq təklif və tövsiyələrin işlənib
hazırlanması xüsusilə aktuallıq kəsb edir və mühüm elmi-nəzəri və təcrübəvi
əhəmiyyətə malikdir.
Problemin öyrənilmə səviyyəsi. Bazar iqtisadiyyatı şəraitində daxili
bazarın formalaşması və inkişafında qiymət siyasəti problemlərinin tədqiqi həmişə
iqtisadçı alimlərin diqqət mərkəzində olmuşdur. Azərbaycan alimlərindən