Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Cədvəl 2.2. Azərbaycanın Türkmənistanla idxal-ixrac əməliyyatlarının həcmi



Yüklə 463,74 Kb.
səhifə4/6
tarix01.11.2017
ölçüsü463,74 Kb.
#7617
1   2   3   4   5   6

Cədvəl 2.2.

Azərbaycanın Türkmənistanla idxal-ixrac əməliyyatlarının həcmi

(min ABŞ dolları)

İllər

Göstəricilər



2011


2012


2013


2014


2015

İdxal

43921.6

58915.6

39852.1

38002.6

32814.9

İxrac

12913.6

32714.2

48300.3

13198.4

19619.0

Mənbə: Dövlət Statistika Komitəsinin məlumatları.
2.2. Azərbaycanın Qırğızıstan, Özbəkistan və Tacikistan ölkələri ilə iqtisadi, sosial və digər sahələrdə olan əməkdaşlığın mövcud vəziyyəti

Azərbaycan maliyyə, valyuta, bank sahəsində beynəlxalq iqtisadi inteqrasiyanın aparıcı istiqamətləri müəyyən edilərkən bu sahədə liberallaşdırmanın müsbət və mənfi cəhətləri təhlil edilməli, digər dövlətlərin təcrübəsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının beynəlxalq münasibətlər səviyyəsində əlaqələr yaratdığı respublikalardan biri Mərkəzi Asiyanın mərkəzi dövlətlərindən sayılan, iqtisadi cəhətdən tərəqqi edən müstəqil ölkələrdən olan Özbəkistandır. Aqrar sənaye ölkəsi olan Özbəkistan 1925-ci ildən müttəfiq respublika hüququnda SSRİ-yə daxil olmuş, 1991-ci ildə Respublika Ali Soveti dövlət müstəqilliyi haqqında qərar qəbul etmiş, prezident vəzifəsi təsis edildikdən və seçki keçirildikdən sonra, yəni 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olunmuşdur. Müstəqil Özbəkistan Respublikası ilə Azərbaycanın sosial, iqtisadi, ədəbi və mədəni əlaqələri suverenlik əldə olunanadək vahid sovet məkanında yalnız bir mərkəzdən idarə olunurdusa, artıq indi beynəlxalq normalara əsaslanan qaydada sivil formada apanlır. Özbəkistan ilə Azərbaycan münasibətlərində geniş imkanlardan indiyədək istifadə edilməmiş və biz deyərdik ki, mövcud çox böyük potensial işə salınmamışdır. Bizim münasibətlərimizin qədim tarixi var.

Beynəlxalq səviyyədə qurulan həmin əlaqələr artıq öz bəhrəsini verir. Təbii ki, Özbəkistan kimi Asiya dövlətinin iqtisadi potensialı və təbii ehtiyatlan zəngin olan bir ölkə kimi istər geosiyasi, istərsə də təbii sərvətlərinə görə dünyanın fövqəl dövlətlərindən sayılan Azərbaycanla bu cür qırılmaz əlaqələr yaratmasını qanunauyğun hal saymaq olar. 1991-ci ildə Özbəkistanda seçilmiş xətt, qəbul edilmiş proqram özünü doğrultmuş, 2015-ci ildə xarici ticarətin əmtəə dövriyyəsi 6,5 milyard dollar təşkil etmiş, ixrac idxaldan 260 milyon dollar çox olmuşdur. Bütün bunlar ilk növbədə ictimai sabitliyin və düzgün iqtisadi siyasətin nəticəsidir.

Özbəkistanla imzalanan sənədlər ötən illər ərzində həyata keçdikcə xalqlarımızın maddi rifah halı, sosial vəziyyəti yaxşılaşdıqca işıqlı gələcəyə ümidimiz daha da artır.



Cədvəl 2.3.

Azərbaycanın Özbəkistanla idxal-ixrac əməliyyatlarının həcmi

(min ABŞ dolları)

İllər

Göstəricilər



2011


2012


2013


2014


2015

İdxal

50555.1

8027.4

10769.4

23611.9

6168.7

İxrac

21881.7

11523.4

10678.5

37900.3

10872.7

Mənbə: Dövlət Statistika Komitəsinin məlumatları.
Mərkəzi Asiya dövlətlərindən qitənin şimali şərqində yerləşən Qırğızıstan respublikası ile Azerbaycan dövlətinin qədimdən qırılmaz köklər bağlasa da beynəlxalq münasibətlər səviyyəsində əlaqələr əsasən dövlət müstəqilliyi əldə edildikdən sonra qurulmağa başlandı. 1936-cı ildən keçmiş SSRİ məkanında müttəfiq respublika statusu alan Qırğızıstan 1991- ci ildə Ali Sovetin müvafiq qərarı ilə dövlət suverenliyini elan etdikdən sonra prezident vəzifəsini təsis etməklə 1992-ci ilin martın ikisində BMT-yə üzv qəbul olundu. Müstəqil dövlət kimi fəaliyyətə başalyan Qırğızıstan ilk dövrlərdən dünyanın bir çox ölkələri ilə münasibətlərini beynəlxalq təcrübəyə əsaslanaraq qurmağa çalışdı ki, həmin ölkələrdən biri də Şərqdə ilk demokratik respublika sayılan Azərbaycan oldu. Ötən bir neçə illər ərzində Azərbaycan dövləti ile Qırğızıstan Respublikası arasında faydalı əməkdaşlıq üçün müvafiq şərait yaradılmasına səy göstərilmiş yə bütün bunlar isə dövlət səviyyəsində həyata keçirilmişdir. Qırğızıstan Respublikasının Azərbaycanla iqtisadi əlaqələrini fəallaşdırmaq, ənənəvi dostluq münasibətlərini bərpa etmək, hər iki ölkə arasında ticarət sahəsində əməkdaşlığın səmərəliliyini və sərfəliliyini təmin etmək məqsədilə 2016-cı ilin sonlarında Qırğızıstan hökumətinin qərarı ilə bu ölkənin Azərbaycanda ticarət nümayəndəliyinin yaradılması qeyd olunan tədbirlərin həyata keçirilməsi sahəsində görülən işlərin yalnız biridir.

Azərbaycan Respublikasının məqsədyönlü dövlət siyasəti nəticəsində ölkəmiz daima Asiya dövlətləri ilə sıx əməkdaşlığı davam etdirir və gələcəkdə də bu əlaqələr beynəlxalq münasibətlər səviyyəsində inkişaf etdiriləcəkdir.



Cədvəl 2.4.

Azərbaycanın Qırğızıstanla idxal-ixrac əməliyyatlarının həcmi (min ABŞ dolları)

İllər

Göstəricilər



2011


2012


2013


2014


2015

İdxal

21151.3

26676.9

12760.9

25800.1

6561.0

İxrac

923.4

2240.7

1767.1

1702.7

1604.2

Mənbə: Dövlət Statistika Komitəsinin məlumatları.
Araşdırmalarda dövlətin böyüklüyü alt başlıqları olaraq maliyyə azadlıqları və dövlət xərcləri azadlığı baxımından 2000-ci illərdə Azərbaycana görə Tacikistan, Türkmənistan və Özbəkistanda artımlar olduğu xüsusilə bu iki göstəricidə Türkmənistan üçün artımlar cəlbedici olmaqla, 2010-cu illərdə Özbəkistan 45%, Türkmənistan 25%, Tacikistan 50%, Qırğızıstan 75%, Qazaxıstan 65%, Azərbaycan 75% səviyyəsində ÜDM-də özəl sektor payını qeyd etmək lazımdır.

Ümumi iqtisadi azadlıq baxımından da baxanda Türkmənistan və Özbəkistanla bağlı bir qədər əvvəlkinin əksinə bir vəziyyət qarşımıza çıxır. Statistik göstəricilər araşdırılarkən əlaqədar ölkələrdə özəlləşdirmə göstəricilərində, maliyyə azadlıqlarında, iqtisadi azadlıqlarda və iqtisadi artım faizlərində artım və makroiqtisadi tarazlıqda yaxşılaşmalar olduğu görülür. Sistemin şokları keçilməyə başlanmışdır. Qiymətləndirmələri edərkən bu ölkələrə münasibət xarici mənfi şokları da unutmamaq lazımdır. Ancaq göstərici və indekslər araşdırmasında maliyyə və iqtisadi vəziyyətləri araşdıranda istər böyümə baxımından, istərsə də dövlət sektoru üçün türk iqtisadçıları Erdem və Türkerin də işlərində qeyd etdiyi kimi uzundövrlü bir əlaqənin olduğunu da söyləmək mümkün deyil. Maliyyə azadlığı ilə inflyasiya artımı arasında güclü bir korelyasiya əlaqəsi vardır. Özəlləşdirmə və xarici ticarətin liberallaşdırılması nəticəsində qısa dövrdə qiymət sabitliyi pozulmuş; Uzun dövrdə isə liberallaşdırma ilə inflyasiya arasında neqativ bir əlaqə ortaya çıxmışdır. Liberallaşdırma prosesinin əvvəlində fəal bazar təsisatlarının və azad təşəbbüsün yoxluğu, bazarlarda qiymətlərin artımına səbəb olmuşdur. İslahat prosesində uğurlu olan ölkələrdə qiymət artımları orta və uzun dövrdə nəzarət altına alına bilinmişdir.

Bazar iqtisadiyyatına keçid prosesində islahatların ən ciddi mənfi təsirləri maliyyə sahəsində ortaya çıxmışdır. Maliyyə sahəsindəki ziddiyətlərin əvvəlində büdcə kəsirləri gəlir. Tacikistan və Qırğızıstan kimi aşağı gəlir səviyyələrindəki ölkələrdə gəlir artımlarına və xərc güzəşt proqramlarına baxmayaraq, dövlət xərclərində olan cüzi artımlar səbəbiylə makriqtisadi balansda qismi yaxşılaşmalar baş vermişdir.

Bu ölkələr 1990-cı illərin ortalarında olduqca yüksək nisbətdə büdcə kəsirləri yaşayan ölkələr olub, vergi daxilolmalarında olan artım böyük ölçüdə mallar və xidmətlərdən alınan dolayı vergi daxilolmalarında artım münasibətilə baş vermişdir. Xüsusilə 1990-cı illərin ikinci yarısından etibarən ƏDV-nin keçid iqtisadiyyatlarında tətbiq olunmağa başlaması bu ölkələrdə meydana gələn ümumi vergi artımının mühüm dayaqlarından biri olmuşdur.

Büdcənin planlaşdırılması bir çox ölkədə dövlət xərclərinin azaldılması ilə müşahidə olunmuşsa da, Azərbaycan, Qazaxıstan kimi sürətli böyüyən bəzi ölkələrdə 2000-ci illərin ortalarından etibarən dövlət xərclərində müəyyən ölçülərdə artım görülür. Tacikistan və Qırğızıstan kimi aşağı gəlir səviyyələrindəki ölkələr, təbii ehtiyatlar və ixrac üçün də əlverişsiz mövqedə olduqlarından dövlət büdcəsi kəsirləri və borcların davamlılığı baxımından hələ də problemlidir. Bundan başqa Mərkəzi Asiya Respublikaları üçün bir başqa problem vergi sisteminin yaranmasındaki problemlər və dövlət gəlirlərinin çatışmazlığı kimi görünür.
2.3 Azərbaycan və Mərkəzi Asiya ölkələrinin sosial-iqtisadi inkişafı və beynəlxalq maliyyə təşkilatların onun qiymətləndirilməsi.
XX əsrə istər başlanğıc dövrü, istərsə də son dövrü etibarilə baxdıqda iqtisadi, sosioloji və siyasi cəhətlərdən əhəmiyyətli hadisələrin olduğu bir əsr kimi tarixdə öz yerini almışdır. Əsasını "Xalqların Sərvəti" adlı əsəri ilə 1776-cı ildə Adam Smitdən alan klassik iqtisadi anlayış çərçivəsində liberal iqtisadiyyatın bərqərar olması və dövlətin iqtisadi həyatda rolunun və müdaxiləsinin minimum dərəcədə nəzərdə tutulduğu bazar iqtisadiyyatı anlayışı 1930-cu illərə qədər davam etmişdir. Əslində dövlətin iqtisadi həyatda istər idarəçi kimi iştirak etməsinin, istərsə də ağır vergilərlə özəl sektora vergi qoyulmasının özəl sektor üzərindəki mənfi təsirləri kimi dövlət maliyyəsi və dövlətlə bağlı bazar iqtisadiyyatının əsas fikirləri əsrlər əvvəl İbn Haldunun "Müqəddimə" adlı əsəri də araşdırılarkən görülə bilər.

1930-cu illərdə böyük depressiya illəri prosesində Keynslə birlikdə dövlətin iqtisadiyyata müdaxiləsinin proqnozlaşdırılması ilə birlikdə dövlətin iqtisadiyyatdakı varlığı və rolu mövzusunda bazar uğursuzluqları, dövlətin uğursuzluqları kimi nəzəriyyələr və irəliləyən mərhələdəki proseslər çərçivəsində davam edən və edəcək bir mübahisədir. Bunun hər iki ideya istiqamətindən də ən son nümunələrini 1980-ci illərdən sonra və 2008-ci il böhranı prosesilə birlikdə yenidən canlanan bir şəkildə görməyimiz mümkündür.

1991-ci ildə Sovet Sosialist Respublikalar İttifaqının dağılması, respublikaların müstəqilliklərini elan edib müstəqil bir dövlət halına gəlmələri ilə başlayan birmərkəzi planlı iqtisadi anlayışı əvəzinə bazar iqtisadiyyatı anlayışına keçid prosesi də əsrin sonuna damğa vuran bir hadisədir.

İçində Qafqaz və Mərkəzi Asiya dövlətlərinində də yer aldığı bir çox ölkəni əhatə edən formada istifadə edilən keçid iqtisadiyyatları termini 1980-ci illərlə birlikdə ədəbiyyatdakı yerini almış və iqtisadi maliyyə olmaq üzrə bir çox aspektlərdən mərkəzi planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına transformasiya prosesi araşdırılmışdır.

Heç şübhəsiz ki, uzun illər mərkəzi planlı iqtisadi sistemlə idarə olunan bu ölkələrin və xüsusən digərlərinə nisbətən daha uzun müddət bu sistem anlayışı ilə idarə olunan, idarə olunan ölkələrin transformasiya prosesi asan olmur və fərqliliklərlə müşahidə olunur. Bu sahədə görülən işlərin artan əhəmiyyətini qoruyan şəkildə gələcək proqnozlar işlənməsi gözə çarpır.

Keçid iqtisadiyyatları termini 80-ci illərdən sonra xüsusilə illərlə mərkəzi planlaşdırma sistemi ilə idarə olunan ölkələrin bazar iqtisadiyyatına keçməsi geniş olaraq istifadə edilməyə başlanmış olur ki, bu ölkə iqtisadiyyatları azad bazar iqtisadiyyatına tam keçidi başa vurmadığı üçün keçid iqtisadiyyatları olaraq adlandırılırlar.

Keçid iqtisadiyyatlarının Siyasi Olaraq Təsnifi (BVF Münasibəti) çərçivəsində də dörd qrupda bu ölkələr yer alır: Avropa və Keçmiş Sovet İttifaqı ölkələri keçid iqtisadiyyatları:

a) Mərkəzi Şərqi Avropa Ülkeleri-MŞA: Albaniya, Bolqarıstan, Xorvatiya, Çexiya, Makedoniya, Macarıstan, Rumıniya, Slovakiya və Sloveniya

b) Baltikyanı ölkələr -BYÖ: Estoniya, Latviya və Litva

c) Türk Respublikaları və Müstəqil Dövlətlər Birliyi- MDB: Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan və Ukrayna

d) Asiyadakı Keçid İqtisadiyyatları-AKİ: Çin, Kamboca, Laos və Vyetnam.

Bu qruplaşdırmada yer alan Türk Respublikaları kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan BVF Münasibətinə görə C qrupunda, başlanğıc şərtləri tipologiyasına görə Qafqaz və Mərkəzi Asiya qrupu içində yer alır. Azərbaycan hər nə qədər Qafqaz qrupu içində yer almaqla yanaşı bir çox cəhətdən oxşarlığı çərçivəsində işimiz içərisində Mərkəzi Asiya qrupu içində qiymətləndiriləcəkdir. Keçid prosesində qavranan həqiqətlərdən biri, ölkələr arasındakı başlanğıcdakı təşkilati, geosiyasi və mədəni oxşarlıqlara baxmayaraq, keçidin başlamasından günümüzə çox müxtəlif istiqamətlərdə inkişaf etmiş olmasıdır. Bu fərqlər hər şeydən əvvəl tətbiq edilən siyasətin nəticəsidir.

Bəzilərində prosesin qısa, digərlərində isə uzun və çətin davam etməsinin ən önəmli səbəblərindən biri izlənən keçid strategiyası hesabınadır. Ölkələr arasında fərqlər görülməklə birlikdə, keçid iqtisadiyyatları bəzi əsas problemlərlə qarşı-qarşıya qalmışdır:

1. İqtisadiyyatın əksəriyyəti dövlət mülkiyyətinin hesabına qurulub, xüsusi mülkiyyətə çox məhdud yer verilmişdir.

2. İstehsal edən dövlət təşkilatlarının böyük bir qismi təmərküzləşmiş, qiymətlər, investisiya qərarlarına dövlət tərəfindən nəzarət edilir, xaricə qapalı, ixtisaslaşmağa qarşı iqtisadi siyasətlər izlənmiş, bu da iqtisadiyyatları rəqabətə qapalı quruluşlar halına gətirmişdir.

3. Sosial müdafiə xərcləri iqtisadi fəaliyyətlərin həcminə görə böyük ölçüdə artmış, xərclər cəmiyyətdə ortaya çıxa biləcək narahatlıqları aradan qaldırmaq məqsədilə siyasi bir vasitə kimi istifadə edilmişdir.

4. Bu məsələlərin də təsiri ilə makroiqtisadi tarazlıq pozulmuş, yüksək büdcə kəsirləri, idarə edilməz hala gələn xərclər, pul təminatının məhdudiyyətsiz artımı və yüksək inflyasiya kimi mühüm problemlərlə qarşılaşmışdır.

Hazırda özəlləşdirmə, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid prosesinin əsası kimi qəbul edilir. Bu ölkələrdə siyasi strukturdakı dəyişikliyin iqtisadi quruluşa əks olunmasının ilk addımı azad bazar iqtisadiyyatına keçid və bu məqsədlə özəlləşdirmə həyata keçirməsinə müraciət edilərək dövlət mülkiyyətində olan müəssisələrin özəlləşdirilməsidir. Bu prosesdə mübahisə mövzusu özəlləşdirmənin forma, tempi və müddətidir. Özəlləşdirmənin uğuru üçün ərəfəsində yenidənqurma və institusional çərçivənin yaxşı hazırlanması vacib şərtdir.

Keçid iqtisadiyyatlarında transformasiya prosesinin hansı mərhələlərdə olduğu və müxtəlif sahələrdə illər ərzində özəlləşdirmə və dövlətin yenidən quruculuğunda islahatların vəziyyətini görmək üçün istifadə edəcəyimiz meyar EBRD (Avropa Yenidənqurma və İnkişaf Bankı) tərəfindən 1994-ci ildə inkişaf etdirilən keçid göstəriciləridir.

Bu göstəricilər böyük miqyaslı özəlləşdirmə, kiçik miqyaslı özəlləşdirmə, qiymətlərin liberallaşdırılması, ticarət və valyuta sistemi, rəqabət siyasəti bank islahat və faiz nisbəti sərbəstliyi, səhmlər bazarı, birja və bank olmayan təşkilatlar və bütün infrastruktur investisiyaları formasında olmaq üzrə müəssisələr, ticarət və maliyyə bazarları və infrastrukturda aparılan islahatları görmək üçün inkişaf etdirilmişdir. İşimiz çərçivəsində heç şübhəsiz özəlləşdirmə bazar iqtisadiyyatına keçidi təkbaşına təmin etməyəcək olmaqla bərabər, yalnız dövlətin iqtisadiyyatdakı varlığı üçün əsas daşlardan biri olduğundan EBRD keçid göstəricilərindən böyük miqyaslı özəlləşdirmə və kiçik miqyaslı özəlləşdirmə göstəriciləri çərçivəsində digər makroiqtisadi göstəricilərlə birlikdə araşdırma həyata keçiriləcəkdir. İstifadə edilən qiymətləndirmə sistemi 1 və 4 arasında əsas olaraq 1-ə yaxınlaşdıqca mərkəzi planlaşdırmadan uzaqlaşmadığı, 4-ə yaxınlaşdıqca inkişaf etmiş bazar iqtisadiyyatı standartlarına çatmanı göstərmək üzrə yaradılmışdır.



Bu çərçivədən baxanda əslində EBRD keçid göstəricilərini bazar iqtisadiyyatına doğru gedən bir prosesdəki sərbəstləşdirməni göstərən bir növ iqtisadi azadlıq indeksi kimi düşünə bilərik. Burada istifadə edəcəyimiz ikinci meyar isə Heritage fondu tərəfindən hazırlanaraq Wall Steet Journal ilə birlikdə hər il nəşr olunan İqtisadi Sərbəstlik İndeksi içindəki 10 sərbəstlik arasında yer alan və yenə dövlətin iqtisadiyyatdakı vəziyyətini və müdaxiləsini gəlirlər və xərclər ilə görmək üçün maliyyə sərbəstliyi və dövlət xərcinin sərbəstlik indeksidir. Bu iki sərbəstlik indeksinə bir bütün olaraq baxıldığında dövlətin böyüklüyünü göstərir. Burada aparılan qiymətləndirmə də 0 və 100 arasında qiymətləndirmə olub, yüksək xal dəyərləri ilə bağlı sərbəstliklərdə artımı göstərir. İqtisadi sərbəstliyi ölçmək üçün Freedom House və Fraser İnstitutu tərəfindən nəşr olunan digər indekslər də olmaqla Mərkəzi Asiya Respublikalarına dair məlumatları daha geniş bir zaman üçün aldığımız 1995-ci ildən bəri nəşr olunan Heritage Fondu İqtisadi Azadlıq İndeksi göstəricilərindən istifadə ediləcəkdir.

Cədvəl 3.2

Azərbaycanda İqtisadi Azadlıq İndeksi




Qazaxıstanda İqtisadi Azadlıq İndeksi



Qırğızıstanda İqtisadi Azadlıq İndeksi



Tacikistanda İqtisadi Azadlıq İndeksi



Türkmənistanda İqtisadi Azadlıq İndeksi



Özbəkistanda İqtisadi Azadlıq İndeksi



Mənbə: Heritage Foundation. (MÖ: Maliyyə sərbəstliyi; KH: Büdcə xərclərinin sərbəstliyi; EÖ: İqtisadi sərbəstlik; BO: ÜDM-in artımı %)
Müvafiq ölkələrə dair göstəricilər Azərbaycandan başqa, 1998-ci ildən başladığı üçün 1998-ci ildən günümüzə qədər olan bir müddətdə araşdırma həyata keçiriləcəkdir. Bundan başqa, maliyyə və iqtisadi çıxışı görmək üçün ÜDM böyümə nisbətləri, inflyasiya faizləri müzakirə olunan digər göstəricilər olmuşdur. Maliyyə azadlığı, fərdlərin və müəssisələrin, gəlirlərini və sərvətlərini öz xeyir və faydaları üçün mühafizə və nəzarət etmələrinə dövlətin icazə verməsi ölçüsündə vasitəsiz bir sahədir. Hökumət iqtisadi fəaliyyət üzərində vergiqoyma yolu ilə likvidliyi artırma yönündə işlər həyata keçirə bilər. Hökumətlərin vergi qoyma yolu ilə iqtisadi fəaliyyətlərə müdaxiləsi maliyyə azadlığını azaldır. Maliyyə azadlığı sahəsində həm insanların üzərindəki dolayı və birbaşa vergi yükü, həm də ümumi vergi gəlirlərinin ümumi daxili məhsula nisbəti nəzərə alınır. Hesablamada fiziki şəxslərin tabe olduğu ən yüksək vergi nisbəti, müəssisələrin tabe olduğu ən yüksək vergi nisbəti və ümumi vergi gəlirlərinin ümumi daxili məhsula nisbətindən də istifadə edilir. Hökumətlərin tətbiq etmiş olduqları siyasətlər və bununla bərabər gələn hədsiz öhdəliklər iqtisadiyyat üzərində, dövlət xərcləri və dövlət gəlirləri yaradılması baxımından əhəmiyyətli bir məqamdır. Dövlət maraqlarının ağırlıqlı olduğu bir iqtisadiyyat yüksək xərc potensialı ilə qısa dövrdə sürətli inkişafı təmin edə bilər. Ancaq bu vəziyyət, ictimai sərbəstliyin azalması və təcridetmənin təsiri ilə ölkənin böyümə potensialı üzərində uzun dövrdə mənfi ola bilər. Bir ölkədə dövlətinin iqtisadiyyat içindəki payı nə qədər az isə, iqtisadi azadlıq o qədər çox deməkdir.

Aşağıdakı cədvəldə isə keçidin başlanğıcındakı hiperinflyasiya dövrləri istisna olmaqla 1998-cı ildən sonra inflyasiya faizləri göstərilmişdir. Müstəqilliklərini qazanmaları və Müstəqil Dövlətlər Birliyinin tərkibinə daxil olduqları müstəqilliyin ilk illərində ortaya çıxan mənfiliklər və maliyyə göstəriciləri cədvəl 6 ölkə üçün də eynidir. Bu illərdə 2000-ci ilin səviyyələrinə çıxan hiperinflyasiya dövrü yaşanmış, mənfi yüksək böyümə nisbətləri və makroiqtisadi tarazlıq baxımından xüsusilə ciddi dövlət büdcəsinin kəsirlərinin olduğu bir proses gözə çarpmaqdadır. Keçid iqtisadiyyatları vergi gəliri, liberallaşdırma (sərbəstləşdirmə), özəlləşdirmə və sabitlik islahatlarının həyata keçirilməsinin erkən mərhələlərində xüsusilə təsirlənmişdir. Keçid dövrü öncəsi vergi sisteminin quruluşunun nəticəsi olaraq, özəlləşdirmə üç əsas səbəbə əsaslanaraq vergi toplanması gəlirlərində əhəmiyyətli azalma ilə nəticələndi: (i) Ənənəvi vergi həcmində azalma, (ii) vergi idarəsinin gücündə zəifləmə və (iii) vergi sərbəstlikləri və investisiyaları çəkmək üçün digər vergi stimullarının geniş miqyasda yayılması. Vergi idarəsinin tutum olaraq çatışmazlığı, yeni dövrə hazır olmaması vergidən yayınma hallarını artırdığı aydındır. Sudan çıxan balıq kimi sovetlərin istər maliyyə, istərsə də hər cəhətdən tamamilə bir-biri ilə bağlı və tək başlarına bir şey edə bilməyən bir mərkəzi planlama anlayışı çərçivəsində bu vəziyyət ortaya çıxmışdır. Sovetlərdən gələn maliyyə yardımlarının kəsilməsi və əvvəlcədən KİV-lərin verdiyi sosial müdafiə xərclərinin büdcədən ödənilməsi də xüsusilə büdcə kəsiri istiqamətində ciddi çətinlik doğurmuşdur.



Cədvəl 3.3

Azərbaycan və Mərkəzi Asiya ölkələrində müstəqillik

illərində inflyasiya dərəcəsi (%)


Azərbaycan

Qazaxıstan

Özbəkistan

Qırğızıstan

Türkmənistan

Tacikistan


Mənbə: EBRD Transition Reports, IMF World Economic Outlook Database
75 il kimi digər ölkələrə nisbətən çox daha uzun müddət mərkəzi planlaşdırmada olub, bazar iqtisadiyyatı ilə tanış olmayan bu ölkələr islahat proqramlarını və xüsusən özəlləşdirməni həyata keçirməyə başlamışlar. Özəlləşdirmə göstəricilərində olan artımla bu vəziyyət müşahidə edilə bilər. Həmçinin bu əməliyyatı başlanğıcda xüsusilə təbii resurs zənginliyi nəzərə alınmamaqla, oxşar şəraitə malik bu ölkələrin bir-birindən fərqli şəkildə və sürətdə tətbiq etmələri də nəzərə çarpır. Maliyyə sabitliyi və kəsirlər keçidin başlanğıc illərindəki durğunluqdan başqa, maliyyə böhranları, regional silahlı mübarizə və iğtişaşlar və dövlət xərclərinin qısa zamanda azaldılmaması, ya da siyasi səbəblərdən dolayı artması ilə bağlıdır.

Maliyyə davamlılığı, inkişaf və dövlət kəsirlərində azalma, xüsusilə 1990-cı illərin sonunda başlayan xərc endirim proqramları və vergi gəlirləri təkmilləşdirmələri ilə bağlıdır. Xüsusilə, sürətli böyümə baş verən ölkələrdə (Azərbaycan, Qazaxıstan) milli gəlirlər ilə bağlı gəlir artımları ilə yanaşı, qiymət səviyyələrində yaxşılaşmaların səbəb olduğu artımlar da vergi gəlirlərinin inkişafına yardımçı olmuşdur. Keçid prosesində Türk Respublikalarında çıxan ortaq problemlər kimi:

a) başlanğıc mərhələsində ÜDM-dəki ciddi azalmalar;

b) ixtisaslı amma məhsuldarlıq artımına istiqamətləndirilməmiş kadr bazası;

c) hədsiz infrastruktur investisiyaları;

d) maliyyə və biznes fəaliyyəti və istehlakçıya yönəldilmiş xidmətlərdə geriləmə olması;

e) ölkələrin ticarət əlaqələrindəki bir-birilərinə asılılığın yüksək olması;

f) qara bazarın geniş olması və valyuta məzənnəsində ikili qiymət tətbiq edilməsi;

g) iyerarxik strukturdakı mərkəzi dövlət sisteminin çöküşü sonrasında ortaya çıxan cılız və yaxşı təşkilatlanmamış millət dövlətlər;

h) bazar iqtisadiyyatı təcrübəsinə və mədəniyyətinə sahib olan bir nəslin yetişməmiş olması sayıla bilər.

İslahat prosesi baxımından keçid iqtisadiyyatları üçün bir qruplaşdırmaya gedilsə, Mərkəzi Asiya ölkələrin islahat prosesini hələ başa vurmadığı görülür. Özəlləşdirmə və iqtisadi azadlıqlarla bağlı şəkillər də araşdırılarkən, bu ölkələrdə xüsusilə Qazaxıstan və Qırğızıstanın özəlləşdirmə və iqtisadi azadlıqlar kimi iqtisadi islahatlarda digər respublikalardan daha öndə olduğu, Azərbaycanın da bu respublikalarla eyni kateqoriyada yer almaqla yanaşı, Özbəkistan və Türkmənistanın çox istəkli bir islahat proqramı təqib etmədikləri gözə çarpır. Ancaq başlanğıc şərtləri prizmasında digər Türk Respublikaları arasında güzəştli bir vəziyyətdə olan, islahatları mərhələli olaraq və gecikdirərək tətbiq edən Özbəkistan heyrətamiz bir şəkildə müsbət iqtisadi performans və davamlı bir böyümə həyata keçirib. Bazar iqtisadiyyatına keçiddə uğursuzluqlarının səbəbləri kimi:

a) üzərində razılığa gəlinmiş və mənimsənmiş bir iqtisadi islahat strategiyasına malik olmamaları;

b) islahat məqsədlərinin qəti olaraq tanınmaması;

c) struktur adaptasiya siyasətləri ilə digər maliyyə və maddi siyasətlər arasında uyğunluğun olmaması göstərilə bilər [17, s. 57].

Keçid iqtisadiyyatlarının ümumi baxımından özəlləşdirmə sanki yenidən paylama funksiyası görmüş, gəlir bölgüsünün qarşıya qoyulan məqsəddən kənar bir şəkildə formalaşmasında həlledici rol oynamışdır. Özəlləşdirməklə gözlənilən ən mühüm məqsədlərdən biri sərvətin bazaya yığılması ikən, xüsusən Türk Respublikalarında seçilən özəlləşdirmə metodları və müxtəlif pozuntular bu ölkələrdə sərvətin müəyyən insanlarda toplanmasına və gəlir bölgünün pozulmasına səbəb olmuşdur. Xüsusilə 1992-ci ildə IMF-in təklif etdiyi şok terapiya özəlləşdirmə proqramı özəlləşdirilən müəssisələrin böyük ölçüdə keçmiş rəhbərlərinə təhvil verilməsi formasında olmuşdur. Bu şəkildə dərhal aparılan özəlləşdirmə təcrübələri məqsəd baxımından uğursuzluğa uğramış və pozuntular çox artım göstərmişdir.

İqtisadiyyatda dövlətinin başlıca rolunu azaltmaq və bazar iqtisadiyyatını işlətmək üçün özəlləşdirmənin həyata keçirilməsinə davam etmək lazımdır. Ancaq bununla yanaşı, özəlləşdirmə həyata keçirmələrinin özəlləşdirmədən gözlənilən məqsədlərə xidmət edəcək şəkildə həyata keçirilməsi lazımdır. Bunun üçün də bir tərəfdən özəlləşdirmə üçün ölkə şəraitinə ən uyğun yol və zaman seçilərkən, digər tərəfdən təsdiqedici islahat siyasətləri özəlləşdirmənin uğurlu olması təmin olunmalıdır. Bunlar olmadığı təqdirdə yaşanan problemlər artaraq davam edəcəkdir.



Yüklə 463,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə