Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


FƏSİL III. AZƏRBAYCANIN MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ İLƏ İQTİSADİ ƏMƏKDAŞLIĞIN İNKİŞAF İSTİQAMƏTLƏRİ



Yüklə 463,74 Kb.
səhifə5/6
tarix01.11.2017
ölçüsü463,74 Kb.
#7617
1   2   3   4   5   6

FƏSİL III. AZƏRBAYCANIN MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ İLƏ İQTİSADİ ƏMƏKDAŞLIĞIN İNKİŞAF İSTİQAMƏTLƏRİ

3.1. Mərkəzi Asiya region ölkələrinin tranzit-kommunikasiya sistemlərinin formalaşması və inkişafında beynəlxalq layihələrin rolu.

Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir. Nəqliyyat rabitə, təhsil, səhiyyə, energetika kimi ölkə iqtisadiyyatının infrastruktur sferalarıyla yanaşı, cəmiyyətin həyat fəaliyyətinin ilkin ehtiyaclarını təmin edir, dövlətin sosial, iqtisadi, xarici siyasi prioritetlərinin nailiyyətlərinin əldə edilməsində mühüm rol oynayır. Nəqliyyat Azərbaycan iqtisadiyyatının inkişafının prioritetli istiqamətlərindən biridir və bu sferaya dövlət səviyyəsində ayrıca nəzarət edilir. 2014-cü ildə bütün nəqliyyat növləriylə 217,9 min ton yük daşınması həyata keçirilmişdir, hansı ki, bu göstərici 2012-ci ilin göstəricisindən 3,25% (7 ton) artıqdır. Göstərilən dövrdə 57,9 min ton yük boru kəməri nəqliyyatıyla, həmçinin təxminən 43,5 min ton yük neft kəmərləriylə, 14,4 min ton qaz kəməri, 23,1 min ton yük dəmiryol nəqliyyatıyla, 11,5 min ton yük dəniz nəqliyyatıyla, 126 ton yük hava nəqliyyatıyla, 125,2 min ton yük avtomobil nəqliyyatıyla daşınmışdır.



Şəkil.3.1

2000-2014-cü illər yükdaşımaları nisbəti.
2014-cü ildə bütün nəqliyyat növlərində birlikdə 1746 milyon sərnişin daşınması həyata keçirilmişdir, hansı ki, bu əvvəlki ilin göstəriciləri ilə müqayisədə 7,39 % daha çoxdur. Göstərilən dövrdə 2 508 min sərnişin dəmiryol nəqliyyatıyla, 14 min sərnişin dəniz nəqliyyatıyla, 1 664 min sərnişin hava nəqliyyatıyla və 1 535 247 milyon sərnişin avtomobil nəqliyyatıyla daşınmışdır.

Şəkil.3.2

2000-2014-cü illər sərnişin daşıma nisbətləri.

Ölkədə 2013-cü il ərzində nəqliyyat sektorunun sonrakı inkişafına yönəldilmiş bir sıra istiqamətlər müəyyən edilmişdir. Xüsusən də, 2013-cü ilin martında gəmiqayırma zavodunun açılışı oldu. Hal-hazırda Bakının ətrafında Ələt qəsəbəsində Xəzərdə ən böyük və müasir beynəlxalq ticarət limanı tikilir. Limanın tikintisi indi quruda aparılır. Magistralla limanı bağlayan yol infrastrukturunun planlaşdırılması, həmçinin limana qədər dəmiryol xəttinin tikintisi praktiki olaraq başa çatmışdır. Nəqliyyat dəhlizinin bu sahəsində görülən işlərin tamamlanması Azərbaycanı "Şərq-Qərb" koridorunun ən böyük tranzit və logistik mərkəzinə çevirəcək.

Bu yolların infrastrukturunun inkişafına gəlincə, Sabunçu-Zabrat avtomobil yolunun Zabrat-Buzovna hissəsi bərpa edilmiş, Maştağa-Buzovna dairəsi, Qala qəsəbəsinin yolu istismara verilmişdir. Prezident İlham Əliyevin "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" və "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" sərəncamlarının davamı olan 2014-2016 illərdə Bakının və şəhərətrafı qəsəbələrin ictimai-iqtisadi inkişafının Dövlət proqramında yol infrastrukturunun sonrakı müasirləşdirməsi nəzərdə tutulmuşdur.

Paytaxtda prezidentin sərəncamlarına əsasən yol qovşaqları, tunellər, yerüstü və yeraltı piyada keçidləri tikilmiş, yollar təmir edilmişdir.

Birinci Avropa oyunları ərəfəsində artıq bizim paytaxtımızın simvollarından biri olmuş yeni London taksiləri alınmışdır, gələcəkdə onların miqdarını artırmaq planlaşdırılır. Həmçinin əksər avtobuslar ödənişin müasir kart sistemiylə aparılması üçün cihazlarla təchiz edilmişdir.

Xüsusi müzakirə – dəmiryol nəqliyyatı. İlin sonuna Bakı- Tiflis-Qars (BTK) dəmir yolunun istismara verilməsi gözlənilir, hansı ki, regionun və bütün Avropanın inkişafında əhəmiyyətli rolu oynayacaq və Avrasiyada yeni əlaqələndirici nəqliyyat əlaqəsi olacaq. Bildirilir ki, Bakı-Tiflis-Qars dəmiryol xəttinin test qatarı cari ilin sonuna kimi Türkiyənin sərhədinə buraxılacaq və 2015-ci ilin ikinci yarısından sonra yol istismara veriləcək. Dəmir yolu parkı yenilənəcək. Xüsusi halda, 3,3-kilovoltluq olan energetika avadanlığının 25-kilovoltluq 50-Herslik sistemlərə keçidini həyata keçirmək planlaşdırılır və siqnalizasiyanın və telekommunikasiyanın ümumi sistemləri müasirləşdirilir. Həmçinin dəyişən cərəyanda işləyən 50 yük və 12 sərnişin lokomotivinin alınması planlaşdırılır.

Bundan başqa, 2014-cü il və 2015-ci ilin birinci rübü ərzində Bakıda avtobus dayanacaqlarında Wi-Fi sistemləri qurulması və nəqliyyat vasitələrinin GPS sistemləriylə təchiz edilməsi nəzərdə tutulur. Mühüm layihələrdən biri də Nəqliyyatın İntellektual İdarəetmə sisteminin tətbiqidir, hansı ki, artıq birinci il müvəffəqiyyətlə tətbiq olundu və müşahidə olundu ki, bu addım paytaxt sakinlərinin həyatını əhəmiyyətli dərəcədə yüngülləşdirir.

2003-2013-cü illərdə ölkənin nəqliyyat sisteminə təxminən 10,2 milyard manat investisiya qoyuluşu həyata keçirilmişdir.




Şəkil.3.3

Nəqliyyat sisteminə yatırılan investisiyalar 2003-2013

-yollar 9,3 mlrd. manat

- dəmiryolu nəqliyyatı 531 mln. manat

- dəniz daşımaları 223,5 mln. manat

-avtomobil nəqliyyatı 147,1 mln. manat

Keçmiş Sovet İttifaqı öz konteynerlərini Beynəlxalq Təşkilatların Standartının (ISO) tələblərinə uyğun olaraq standartlaşdırmırdı. TRASEKA regionunda nəqliyyatın inetermodallıq sistemlərinin təchizati formaları Avropa Birliyində hər yerdə istifadə edilən Swap Bodies kimi 40 futluq konteynerlər və ya başqa intermodal vasitələr emal etməyə imkan vermirdi. TRASEKA-nın Texniki Kömək layihələrinin gedişatında ətraflı adı çəkilən problemlər təhlil edilmiş, Poti, İliçevsk, Bakı və Türkmənbaşı limanlarının texniki təchizatının, həmçinin Buxarada, Alma-Atada, Bişkekdə və Yerevanda konteyner terminallarının təmiri üçün TRASEKA tərəfindən investisiya maliyyələşdirməsi həyata keçirilmişdir. Texniki Köməyin layihələri həmçinin təlimlə, idarə etməylə və təşkilati strukturla bağlı suallara eyni formada əhəmiyyət verərək onları nəzərdən keçirir.


Cədvəl.3.1

TRASEKA-nın investisiya layihələri

LAYİHƏ

MÜQAVİLƏ

MÜDDƏT

BÜDCƏ

ÖLKƏ

ÜMUMİ

1. Buxarada ixracat mərkəzinin bölgü mərkəzi

2. Xəzər dənizində limanlarda konteynerlərin emalı - Bakı və Turkmənbaşı

3.İntermodal/ terminal avadanlığı ( Karmir Belur, Çimkənd, Aktau, Bişkek )


Bir-neçə müqavilə

GABEG və bir-neçə başqa müqavilə

BossProTec, HoldTrade, PlanMarine, UnitExport


2/98-2/99

2/98-2/99

8/99-4/00


2 000 000

2 500 000

2 500 000


Özbəkistan

Azərbaycan, Türkmənistan

Ermənistan, Qazaxıstan, Qırğızıstan


Layihələrin sayı 3

Ümumi büdcə 7 000 000



Dəmir yolları

1.Qafqazda dəmir yollarının bərpası

2. Bakıda dəmiryolu sisternlərin yuyulması stansiyaları

3. Kommunikasiya sisteminin təkmilləşdirilməsi və Azərbaycanda, Gürcüstanda və Ermənistanda dəmir yollarının siqnalizasiyası üçün optiko-lifli kabel sisteminin alınması

4. Azərbaycan Dəmir yollları üçün sisternlərin çatdırılması



Bir-neçə müqavilə

Noviter Oy

Siemnes AG/ Siemens ATEA

CONEC Trade GmbH



10/95-6/96

6/99-12/99

2/00-5/03

11/02-2/03



5 000 000

475 000


15 000 000

1 600 000




Azərbaycan, Gürcüstan, Ermənistan

Azərbaycan, Gürcüstan, Ermənistan

Azərbaycan

Azərbaycan



Layihələrin sayı 4

Ümumi büdcə 22 075 000



DIMİRYOLU-BƏRƏ XƏTTİ

1. Poti (Gürcüstan) limanında dəmiryolu-bərə xəttinin planlaşdırılması və tikintisi

2. Mövcud dəmir yolu-bərə terminalının təkmilləşdirilməsi və İliçevskdə (Ukrayna) avadanlığın quraş.

3. Aktauda dəmir yolu-bərə terminalının bərpası


Athena Hellenic Engineering

COSMAR/ВСЕОМ и несколько других контракторов

AZERCORPU


2/98-3/99

7/98-1/00

9/00-10/01


3 400 000

6 400 000

2 000 000


Gürcüstan

Ukrayna, Gürcüstan

Qazaxıstan


Layihələrin sayı 3

Ümumi büdcə 11 800 000



DƏNİZ DAŞINMALARI

1. Yük bərə daşınmalarının kompüterləşdirilmiş sisteminin yaradılması, kompüterlərin çatdırılma və quraşdırılması, İliçevsk (Ukrayna) və Poti (Gürcüstan) limanları üçün əlaqə avadanlıqları

2. Bakı (Azərbaycan) Turkmənbaşı (Türkmənistan), Poti (Gürcüstan) və İliçevsk (Ukrayna) dəniz portları üçün yüklərin və konteynerlərin emalı üçün avadanlıqlar.

3. Bakı, Aktau və Turkmənbaşı limanları üçün naviqasiya avadanlığının çatdırılması


Computer Solutions

Bir-neçə müqavilə

Pintsch Bamag Antriebsund Verkehrstechnik GmbH, Transas Europe GmbH


1/98-6/99

12/97-8/99

2/03-7/03


1 500 000

5 825 000

1600 000


Ukrayna, Gürcüstan

Azərbaycan, Türkmənistan, Ukrayna, Gürcüstan

Azərbaycan, Türkmənistan, Qazaxıstan


Layihələrin sayı 3

Ümumi büdcə 8 925 000



AVTOMOBİL DAŞIMALARI

1. Qırmızı körpünün bərpası və TRASEKA körpüsünün tikintisi

Khidmsheni JSC

Azermost



3/97-10/98

2 500 000


Azərbaycan, Gürcüstan


Layihələrin sayı 1

Ümumi büdcə 2 500 000



YEKUN 52 300 000

TRASEKA-nın növbəti investisiya layihələri çərçivəsində "Buxarada pambıq yığımı mərkəzinin tikintisi", "Bakının və Turkmənbaşının Xəzər limanlarının arasında Konteyner xidməti", "İntermodal/terminal avadanlığının (Karmir Belur, Çimkənd, Aktau və Bişkek) çatdırılması", həmçinin "Bakı (Azərbaycan), Turkmənbaşı (Türkmənistan), Poti (Gürcüstan) və İliçevsk (Ukrayna) dəniz portları üçün yükləmə-boşaltma avadanlığı" kimi infrastrukturların qurularaq lazımi avadanlıq və ehtiyat hissələrin ümumi şəkildə tədarük olunması, təlimlərin keçirilməsi və s. üçün terminal inzibati bölmələrin yaradılması çox böyük nailiyyətdir.

TRASEKA-nın növbəti layihələrindən biri də Ələtdə Beynəlxalq Logistik Mərkəzin tikintisidir. Biznes-planın layihəsi və ticari inkişaf konsepsiyası, torpaq mülkiyyətçisi rolu da daxil olmaqla, idarəçi şirkətə və istifadəçilərə Azərbaycan hökuməti tərəfindən lazımi icazələr verilmişdi. Ələt qəsəbəsindəki BLM layihəsi 2010-cu ilin oktyabr ayında Brüsseldə TRASEKA-nın investisiya forumunda hazır şəkildə təqdim edilmişdir. Layihə bəzi maliyyə institutlarının və özəl sektor nümayəndələrinin marağını cəlb etmişdi.

Ələt qəsəbəsindəki BLM TRASEKA şəbəkəsinin elementlərindən birini təşkil edən logistikanın rəqabətə davamlı mərkəzi olacaq.

O, regionlararası ticarətdə mühüm rol oynamaq iqtidarındadır və TRASEKA Mərkəzi Asiya ölkələri ilə Qərb ölkələrinin arasında əlaqədə əhəmiyyətli rol oynayır. Mərkəz bir sıra logistik xidmətlər göstərəcək və müasir logistikanın tələblərinə cavab verən və Bakı şəhəri ərazisini sənaye mərkəzinə uyğun olan lazımi infrastrukturu təmin edəcək. Xəzər sahilində əlavə logistik xidmətləri verən multimodal qovşağın yaradılması planlaşdırılmış logistik mərkəzin əsas məqsədidir. Bundan başqa, gələcək BLM bütovlükdə Bakı regionunda və Azərbaycan ərazisində yüklərin bölgüsü prosesinin təkmilləşdirilməsinə imkan yaradacaq. Baza ilinin (2007-ci il) göstəricilərinə əsaslanaraq, LM xidməti üçün nəzərdə tutulmuş daşınacaq yüklərin proqnozlaşdırılan həcmi 1,7 milyon ton təşkil edəcək, bura həmçinin Marmaray tuneli vasitəsilə Türkiyəylə və Avropa Birliyi ölkələriylə dəmir yol əlaqəsini təmin edəcək iki yeni dəmiryol xətti üzrə gedən yük axınları da daxil edilir. Konsultantlar güman edirlər ki, BLM-in bazarda potensial payı 70 %, yəni 1,19 milyon ton təşkil edəcək. Azərbaycanın iqtisadi artımını nəzərə alaraq və layihənin birinci mərhələsinin tamamlanmaları dövründə 30-35% logistik xidmətlərə tələbatın artımı gözlənilir, əgər o tam gücü ilə işləyəcəksə, Ələt qəsəbəsinə gələcək yüklərin təxminən 1,6 milyon tonu hələ BLM-in açılışından sonra birinci ildə cəlb oluna biləcək [11, s. 3].

Layihənin inkişafının yekunlaşan mərhələsində konteyner olmayan yüklərin proqnozlaşdırılan ötürmə qabiliyyəti ildə 955,000 ton təşkil edir. Bundan başqa, konteyner yüklərinin təxmini həcmi ildə təxminən 1,325,000 ton təşkil edəcək. Gözlənilir ki, BLM layihəsi iqtisadiyyatın diversifikasiyasına yönəldilmiş Azərbaycanın səylərinə yardım göstərəcək və gəlirlərin daha məqsədəuyğun bölgüsünə şərait yaradacaq. Logistik xidmətlərə xərclərin azalması yalnız Bakı regionunda deyil, həm də ölkədə investisiyaların stimullaşdırılmasına və TRASEKA dəhlizi boyunca məşğulluğun artmasına şərait yaradacaq. Bundan başqa, kənd təsərrüfatı məhsullarının dövriyyəsinin artması müşahidə olunacaq və fermer təsərrüfatlarının sabitliyi və gəlirlilik səviyyəsi yüksələcək.

Ələtdəki yeni liman Xəzər dənizində olan limanlarla birbaşa əlaqə qurmağa, İrana (hal-hazırda planlaşdırılan) dəmiryol yolu ilə, Rusiya və Gürcüstanla multimodal xidmətləri inkişaf etdirməyə imkan verəcək.

Qarsdan (Türkiyə) Axalkalakiyə (Gürcüstan) yeni dəmiryolu xətti. Bu xətt Türkiyənin və Qafqazın dəmiryol şəbəkələrinin arasında əlaqəni təmin edəcək. Beləliklə, Türkiyənin və Azərbaycanın iqtisadi mərkəzlərinin arasında birbaşa əlaqə qurulacaq. Manisa (İzmirin rayonu) kimi müasir avadanlıqlardan istifadə olunan sənaye məhsulunun bütün tiplərinin istehsalında ixtisaslaşdırılan və Egey və Qara dənizlərinin limanları kimi ixtisaslaşdırılmış sənaye zonaları dəmiryolu vasitəsi ilə Azərbaycana birləşdiriləcək. Bu sənaye mərkəzləri və limanlarda konteynerləşdirilmə əsas diqqət mərkəzində saxlanılır. Çünki onlar Türkiyədə multimodal obyektlərdən istifadə etməyin mümkünlük dərəcəsini artırmaq istəyirlər, həmçinin bu tipli obyektlər Azərbaycana da lazımdır. Əsas nəqliyyat qovşağı kimi Ələtdəki BLM fəaliyyət göstərəcək. Hal-hazırda Qafqazın və Türkiyənin dəmiryol şəbəkələrinin birləşdirilməsi prosesi gedir və onun tamamlanmasının Ələtdəki BLM-in tikintisinin başlanmasına qədər başa çatması nəzərdə tutulub.

Ekspertlərin qiymətləndirilmələrinə görə, bu nəqliyyat zənciri 2014-cü ildən (tikintinin tamamlanması 2012-ci ildə planlaşdırılmışdı) başlayaraq ildə 260 000 ton yük axınının artımına gətirib çıxarmalıdır. Hesablamalar üzrə, sonrakı illərə güman edilən artım 4-5% təşkil edir.

Qarşıdan gələn il konteyner blok-qatarlarına və müntəzəm dəmir yolu daşınmalarının təşkilinə yeni müqavilələrin imzalanması üçün vaxt intervalı veriləcək.

Bosfor vasitəsilə dəmir yolu tunelinin tikintisi həyata keçirilir. Bu tunelin tikintisinin hədəflərindən biri yük axınlarının həcmlərinin azaldılması yolu ilə İstanbulun boşaldılmasıdır. Multimodal nəqliyyatın inkişafı layihənin reallaşdırılmasının əlavə üstünlüyü olacaq. Bu tunel yalnız Avropa ölkələrinin iqtisadiyyatlarını Türkiyəylə bağlamayacaq, həmçinin Qafqaz və Qara dəniz hövzəsi ölkələrinin də Qərblə əlaqəsinin asanlaşdırılmasına xidmət edəcək. Magistral multimodal nəqliyyata xidmət edəcək, xüsusən də, konteyner daşınmalarına.

Bosfor tunelindən dəniz limanları arasında daşımaların intermodal və dəmir yolu nəqliyyatının təşkili üçün də istifadə etmək olar, hansı ki Egey dənizinin sahilinin şərq hissəsində yerləşdirilmiş, daha dəqiq desək, Tekirdağın sənaye cəhətdən inkişaf etmiş əraziləri ilə Azərbaycan arasında.

BLM nəqliyyat qovşağı, bölgü mərkəzi və yüklərin komplektləşdirilməsi kimi mühüm rolları öz üzərinə götürməklə Azərbaycan üçün nə qədər lazımi bir layihə olduğunu göstərir [19, s. 61]. Boş və yüklənmiş konteynerlər üçün intermodal yüklənmənin və anbar məntəqələrinin istismar imkanları, həmçinin məntəqələrdə avadanlıqların konteynerlərə qablaşdırılması (yükləmə və boşaldılma) üçün lazım olan vasitələr çox məhdudlaşdırılmışdır və buna görə də konteyner daşınmalarının həcmlərinin gözlənilən artımı hazırda mümkün deyil.

Ekspertlərin qiymətləndirilmələrinə görə, layihənin reallaşdırılmasını bitirdikdən sonra bu magistral 2016-cı ildən başlayaraq, 2 il sonra blok-qatarlardan istifadəylə dəmir yolu daşınmalarının təşkili şərti ilə ildə 400.000 ton ölçüsündə yük axınının artımını təmin edəcək.

Növbəti ilə proqnozlaşdırılan artım 3% təşkil edir. Bu rəqəm kimya məhsullarına, sementə və Egey dənizinin qərb sahilində yerləşdirilmiş (Tekirdağ kimi) böyük sənaye mərkəzlərindən nəql edilən dəmir məmulatlara aiddir.

Azərbaycan Respublikasının dövlət siyasətində aparıcı yerlərdən birini TRASEKA - 21-ci əsrdə Asiyayla Avropanı birləşdirən Transsibir dəhlizinə ən güclü alternativ olan tək quru yolunun inkişafı tutur. Asiyadan, xüsusi halda Çindən Avropaya yük axınının cəlb edilməsi dəhlizin əsas məqsədidir. Çindən hazırki dövrdə yüklərin əksəriyyəti dəniz yolu və Transsibir dəhlizi ilə Avropaya çatdırılır. Çin-Qırğızıstan-Özbəkistan dəmiryol magistralının tikintisi Rusiyanın ərazisi ilə uzanan Trans sibir magistralının alternativi olaraq Çinlə Avropanın quru əlaqəsini yenidən quran TRASEKA-nın beynəlxalq layihəsinin bir hissəsi olacaq. Layihənin əsas məqsədi – hal-hazırda Uzaq Şərqi və Avropanı birləşdirən tək quru nəqliyyat marşrutu olan Transsibir magistralının alternativini yaratmaqdır. Bu yeni nəqliyyat dəhlizi Asiyadan Avropaya ən qısa quru marşrut olacaq. Dəmir yolu Çin - Qırğızıstan-Özbəkistandan keçdikdən sonra Xəzər dənizindəki limanlara qədər uzanacaq. Orada vaqonlar bərələrə yüklənəcəklər və Bakıda çatdırılacaqlar. Yüklər Bakıdan tikintisi Azərbaycanın maliyyələşdirdiyi dəmiryolla Bakı-Tiflis-Qars yolu ilə nəhayətində Avropaya gətiriləcəklər. Qars-Axalkalaki dəmir yolunun istismara verilməsi ilə, Azərbaycan və Türkiyə arasında düz dəmiryol əlaqəsi öz qaydasına düşəcək. Təxminən bu vaxta qədər dəmir yoluyla Bosforun altında tunel tikilmiş olacaq, və bununla da, Bakıdan maneəsiz dəmir yol əlaqəsi Böyük Britaniyaya qədər təmin ediləcək. Bu Azərbaycan vasitəsilə Avropaya qədər Xəzərin şərq sahilindən yük axınının əhəmiyyətli artımına gətirib çıxaracaq. Çin - Qırğızıstan-Özbəkistan dəmiryol magistralının layihəsinin reallaşdırmasıyla, Azərbaycan vasitəsilə yük axınının həcmi həmçinin Çindən gələn yüklərin hesabına maksimal artacaq.




Şəkil.3.4.

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu

Şəkil.3.5

Bakı-Tiflis-Qars dəmir yolu

c:\users\admin\downloads\map_of_the_kars-akhalkalaki-tbilisi-baku_railway.png

Hər halda hal-hazırda Çini və Avropanı birləşdirən tək quru nəqliyyat marşrutu olan Transsibir magistralının alternativinin yaradılması heç də yüngül məsələ kimi görünməməlidir. Onun sadəliyi və asanlığı Rusiya vasitəsilə yüklərin nəql etməsində əsas xüsusiyyətidir – Moskva Çinlə sərhəddə yükləri qəbul edir və onları Avropayla sərhəddə verir. Böyük məsafəyə baxmayaraq, yüklər təxminən Avropaya 11 gün ərzində çatır. Baxmayaraq ki, alternativ dəmir yolu dəhlizi Transsibir magistralına nəzərən əhəmiyyətli dərəcədə daha qısadır, amma yeni magistral üzrə maneəsiz nəql etməni təmin etmək mümkün deyil, çünki yüklər 7 dövlətin sərhədlərini keçəcək, hansıların ki, hər birində öz qanunvericiliklərinə uyğun olan gömrük prosedurlarını keçmək lazımdır və bu uzun müddətli ləngimələrə gətirib çıxaracaq. Hal-hazırda Çindən Bakıya yük konteynerlərinin çatdırılmasına 15 gün lazımdır, Avropaya aparılan yüklər üçün isə daha bir həftə onlar lazımdır. Bu mühüm amil ən əvvəl Rusiya dəmir yollarının yanında Bakı-Tiflis-Qars layihəsinin rəqabətə davamlılığını aşağı salır.

Gömrük məntəqələrində keçmə vaxtının sürətlənməsi üçün TRASEKA-nın bütün ölkələri, həmçinin Azərbaycan gömrük məntəqələrində bəzi güzəştlərə getməlidir. İKT-in yeniliklərindən istifadə olunmalıdır, sərhəddə ləngimələri azaltmaq üçün sərhədə yükün yaxınlaşması haqqında qabaqcadan gömrüyə xəbərdarlıq edilmiş olmalıdır, tranzit konteynerlərin izlənməsinin sürətlənməsi məqsədi ilə xüsusi müşayiət sənədi – qəbul edən tərəfin nəqliyyat hüququna uyğun olaraq sərhəddə daşıma sənədlərinin yenidən tərtib etdirilməsi olmadan yükü çatdırmağa icazə verən unifikasiya edilmiş faktura daxil edilmiş olmalıdır. Nəticədə sərhəd stansiyalarında yüklərin ləngiməsi istisna edilir və yüklərin yoxlanması zaman olaraq üç gündən 1,5 saata qədər azalır, çünki. unifikasiya edilmiş məlumat vərəqəsi elektron formada tərtib edilir və qabaqcadan yükü bəyan etməyə, gömrüyə çatma anına qədər təyinat nöqtəsində operativ dəyişikliklər etməyə icazə verir. Rusiya tərəfindən rəqabət güclü olacaq, ancaq TRACEKA yolu daha qısadır və əgər bu dəhlizə daxil olanlar ölkələr bəzi sadələşdirmələri etsə, birinci mərhələdə dəhlizdən minimum 6 milyon ton yükün daşına biləcək və sonrakı mərhələlərdə yüklərin həcmi 20 milyon tona qədər artırıla biləcək.

Hal-hazırda Rusiya Çindən Avropaya ildə təxminən 6 milyon ton yük daşıyır. Bakı-Tiflis-Qars dəmiryol xəttinin istismara verilməsi, Rusiya dəmir yollarının maraqlarına toxunmadan, yükün böyük həcmini Çindən cəlb edə bilər. Çindən ildə dəniz ilə Avropaya təxminən 10 milyon konteyner daşınılır. Okean vasitəsilə konteynerləri daşımaq elə də asan deyil, çünki fırtınalar olur, quldurlar hücum edə bilərlər və bundan başqa yol uzundur. Rusiya il ərzində Çindən daşınan yüklərin cəmi 3%-ni cəlb edə bilir, yəni ildə cəmi 100 min konteyner. Rusiyanın imkanları kiçikdir, çünki yol uzaqdır, bundan başqa Sibir şaxtaları və yolların texniki vəziyyəti daşınmaya mane olur.

Beləliklə, TRASEKA üçün əsas problemli məsələ bütün nəqliyyat zəncirinin optimallaşdırması qalır, o cümlədən:


  • gömrük və sərhəd prosedurlarının azaldılması və sadələşdirilməsi

  • rəqabətə davamlı iki tərəfli açıq tariflərin və liman paylarının formalaşması

  • idarəetmənin müasir metodlarının tətbiqi

  • logistik mərkəzlərin yaradılması

  • magistralın ayrı sahələrinin müasirləşdirməsi

  • etibarlılığın, tamlığın, minimal müddətdə yüklərin çatdırılmasının, sürətin və xərclərin təminatı

  • nəqliyyat logistikası üzrə ixtisaslaşdırılmış kadrların hazırlığı.

3.2. Xəzər və Mərkəzi Asiya region ölkələrinin geoiqtisadi mövqeyinin gücləndirilməsi və iqtisadi təhlükəsizliyin təmin olunması istiqamətləri.

Müstəqil Azərbaycanın geosiyasi mövqeyi dünyanın bir sıra dövlətləri üçün strateji əhəmiyyət daşımaqdadır. Belə ki, qloballaşma və regional inteqrasiyanın artdığı bir vaxtda Qafqaz, xüsusilə Azərbaycan Asiya ilə Avropa arasında bir körpü rolunu oynayır. Burada dünyanın qüdrətli dövlətlərinin maraqları toqquşur və bu məkan bir növ stimulverici amilə çevrilmişdir.

Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkə iqtisadiyyatının hərtərəfli inkişafı son dərəcə Azərbaycanın dünya təsərrüfat sisteminə inteqrasiyasından xüsusilə, Avrasiya regionunda iqtisadi əməkdaşlığın genişləndirilməsindən asılıdır.

Avrasiya iqtisadi əməkdaşlığının genişləndirilməsini zəruri edən əsas amillər beynəlxalq əmək bölgüsündə iştirak etməklə iqtisadi gəlir əldə etmək və qərb və şərq dövlətləri ilə iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi təşkil edir. Bu baxımdan Azərbaycan özünün maraq dairəsindən çıxış edərək, başqa dövlətlərlə iqtisadi əlaqələr yaratmağa çalışır. Dünyanın müxtəlif ölkələrinin dini, siyasi, ideoloci iqtisadi fərqləri onların inteqrasiyasını zəruri edir və bu gün buna böyük ehtiyac vardır. Bu ölkələrin bir - birilə yaxınlaşması, onların birliyinin yaranması, xalqları narahat edən münaqişələrin qarşısını almaq, zəif inkişaf etmiş ölkələrin iqtisadi geriliyini aradan qaldırmaq, ərzaq, enerji, demoqrafiya problemlərini həll etmək, dəniz sərvətlərini dinc məqsədlərə yönəltmək kimi problemlərin həllidir. Beynəlxalq iqtisadi əməkdaşlığın zəruriliyini şərtləndirən amillərdən biri də müxtəlif ölkələrdə iqtisadi inkişafın müxtəlif olmasından irəli gəlir.

Məlumdur ki, dünya iqtisadi əlaqələrinin yaranmasında iqtisadi inkişafın ümumi göstəricisi kimi adam başına düşən məhsulun həcmi əsas götürülür. Məhz Azərbaycanla beynəlxalq iqtisadi əlaqələr yaratmaqda əksər dövlətlərin maraq göstərməsi sözsüz ki, zəngin təbii yeraltı və yerüstü ehtiyatlarına malik olmasıdır.

Azərbaycanın yerləşdiyi coğrafi region baxımından dünya ölkələrinə inteqrasiya, əmtəə mübadiləsi, yolun qısalığı, Qərb - Şərq arasında keçid rolunu oynaması, həmçinin Azərbaycandan hava yollarına çıxış imkanlarının əlverişli olmasıdır. Keçmiş ipək yolunun bərpa olunması TRASEKA proqramının işə düşməsi bunun bariz nümunəsidir.

Qeyd etmək lazımdır ki, XXI əsrdə iqtisadi əməkdaşlıq müxtəlif forma və istiqamətlərdə həyata keçirilir. Bu əməkdaşlıq əsasən, müştərək müəssisələrin yaradılması, avadanlıqların uzun müddətə (maliyyə lizinqi) icarəyə verilməsi, elmi


  • texniki əməkdaşlıq, lisenziya və texnologiyalarla ticarət, işçi qüvvəsinin beynəlxalq miqrasiyası, beynəlxalq turizm, kapitalların beynəlxalq miqrasiyası, sərbəst iqtisadi - zonalar yaradılması, idxal

  • ixrac və investisiya qoyuluşu yolu ilə həyata keçirilir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra onun güclü dövlət kimi formalaşmasında neft sənayesi həlledici rol oynayır. Azərbaycan nefti ölkə əhalisinin sosial rifahının yaxşılaşmasına, respublikanın müdafiə qüdrətinin möhkəmlənməsinə xidmət edir.

Neft sənayesi vasitəsilə Azərbaycan dünya iqtisadi sisteminə inteqrasiya edir, onun siyasi mövqeyi möhkəmləndirilir, beynəlxalq imici yüksəlir.

«Əsrin müqaviləsi» ilə başlanan neft strategiyası Azərbaycanın sosial - iqtisadi inkişafında həlledici rol oynayır.

Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsində Azərbaycanda sənaye məhsullarının buraxılışı bir neçə dəfə artmışdır. Əldə edilən bu uğurlarda neft strategiyasının həlledici rolu olmuşdur. Belə ki, bu dövrdə sənaye məhsulu istehsalının artımının 90%- i təkcə neft hasilatının payına düşür. Son dövrdə ölkənin ümumi məhsul ixracının böyük hissəsini neft məhsulları təşkil edir. 2003 - cü ildə ölkənin məhsul ixracının ümumi həcmi 9477 milyard manat olduğu halda onun 8063 milyard manatın neft məhsulları təşkil etmişdir.

Neft sənayesinin eyni zamanda ölkənin qeyri - neft sahələrinin inkişafı üçün də böyük imkanlar yaradır. Neft ehtiyatları tükənən və bərpa olunmayan milli sərvət sayıldığına görə bu sərvət səmərəli istifadə edilməli və onun istifadəsi elə heyata keçirilməlidir ki, Azərbaycanın neft ehtiyatlarının istismarından əldə ediləcək gəlirlərdən gələcək nəsillər də faydalana bilsinlər. Azərbaycanın neft sənayesinin optimal inkişafını təmin etmək, sahədə əldə edilmiş vəsaitdən səmərəli istifadə etmək üçün məqsədyönlü neft strategiyası həyata keçirilir.

Neft strategiyasında Azərbaycanın neft sənayesinin inkişafı ilə yanaşı ölkə iqtisadiyyatının digər sahələrinin problemlərinin həlli də nəzərə alınır.

Hazırda iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə xam neftin dünya bazarlarına çıxarılması artır ki, bu da Azərbaycanın ümumi sosial - iqtisadi inkişafına təsir edir, respublikanın ümumi tərəqqisində həyati əhəmiyyət kəsb edən bir çox başqa sahələrin dirçəldilməsi və inkişafı üçün daha real əlverişli şərait yaradır. Bu cəhətdən respublikada geniş miqyaslı tədbirlər həyata keçirilir və ilk növbədə isə prioritet sahələrin inkişafına xarici investisiyaların cəlb edilməsi təcrübəsi ildən - ilə genişləndirilməklə davam etdirilir.

Azərbaycanın heç bir dövlətdən asılı olmayan öz iqtisadiyyatını milli mənafelərə tam cavab verən səviyyədə sərbəst inkişaf etdirmək üçün bütün zəruri şərtlərlə istehsal, elm və intellektual kadr potensialına malik olmasına baxmayaraq onun maliyyə imkanlarının məhdud olduğundan Azərbaycanın iqtisadi siyasətində xarici investisiyaların cəlb edilməsi bir müddət yenə də əhəmiyyətli yer tutacaqdır.

Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi dünyanın başqa ölkələri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinin başlıca məqsədini iştirakçı dövlətlərin sosial - iqtisadi tərəqqisini təmin etməklə yanaşı, regionumuzda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəm əsaslarının yaradılması vəzifəsi təşkil edir.

Azərbaycanın tezliklə və surətlə artacaq böyük həcmdə neftinin əsasən Bakı - Tbilisi - Ceyhan və başqa neft kəmərləri ilə dünya bazarlarına nəql olunması onun iqtisadiyyatının heç zaman görünməmiş yüksək inkişaf səviyyəsinə qalxmasının yeni mərhələsini təşkil edəcəkdir. Hər şeydən öncə Azərbaycanın dünya təsərrüfat sisteminə daha çox iqtisadi qovuşması imkanları xeyli genişləniləcəkdir.

Müstəqillik əldə etdikdən sonra Azərbaycan neftini dünya bazarlarına çıxarmaq imkanı əldə etdi. Azərbaycanın müstəqillik qazanması ona beynəlxalq hüququn subyekti olması üçün şərait yaratmışdır. Keyfiyyətcə yeni şərait bütün fəaliyyət sahələrində onun müstəqil siyasət yeritməsini şərtləndirdi, dünya ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq əsasında münasibətlər qurmağa ona şərait yaratdı.

Azərbaycanın əlverişli geosiyasi mövqeyə malik olması ona Şərq - Qərb və Şimal - Cənub əlaqələrində xüsusi əhəmiyyət verilməsinə gətirib çıxarır. Azərbaycan coğrafi mövqeyindən demək olar ki, bütün mövcudluğu boyu ticarət dəhlizi rolunda çıxış etmişdir. Lakin, XVII əsrin sonlarından etibarən Rusiya imperatorluğunun təsir dairəsi altına keçən Azərbaycan öz coğrafi mövqeyindən maraqları çərçivəsində tam istifadə etmək imkanından məhrum edildi. Amma, 1990-cı illərdə dünyanın siyasi xəritəsində baş verən mühüm dəyişikliklər nəticəsində öz müstəqilliyini bərpa edən Azərbaycan geoiqtisadi mövqeyindən irəli gələn üstünlükləri reallaşdırmaq üçün əməli işlər görməyə başladı. Beləliklə, Azərbaycanın geoiqtisadi mövqeyi ona həm Şərq - Qərb, həm də Şimal - Cənub əlaqələrində «açar» əhəmiyyətli ölkələrdən biri kimi çıxış etməyə imkan verdi. Bu isə öz növbəsində respublikamıza beynəlxalq əmək bölgüsündə və dünya təsərrüfat əlaqələrində iştirakını genişləndirməyə imkan verir. Azərbaycanın təbii şəraiti və ehtiyatları da dünyanın iri ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir. ı

Hal - hazırda Xəzər və Mərkəzi Asiya neftinin Qərb bazarlarına ixracı, 1997 - ci ildən etibarən Bakı - Novorossiysk, 2000 - ci ildən etibarən Bakı - Supsa, 2001 - ci ildən etibarən isə Qazaxıstanın Tengiz yataqlarından Novorossiysk limanına qədər olan boru xətti ilə həyata keçirilməkdədir. 2006 - cı ildən etibarən isə Qazaxıstan və Azərbaycan nefti dünya bazarlarına Bakı - Tbilisi - Ceyhan strateji neft kəməri vasitəsilə çıxarılır ki, bu da XXI əsrdə müstəqil Azərbaycanın taleyində müstəsna əhəmiyyət kəsb edən neft strategiyasının reallaşması və dünya təsərrüfat sisteminə inteqrasiyasını sürətləndirmişdir. Azərbaycan gələcəkdə də Avrasiya ölkələrinin iqtisadi əməkdaşlığında böyük rol oynaya bilər. Belə ki, Ukrayna Bakı - Supsa xətti ilə nəql edilən nefti öz ərazisindən keçəcək neft kəməri ilə Qərbi Avropaya ötürməyi arzulayır. Bolqarıstan və Yunanıstan böyük Burqas - Aleksandropolis layihəsi reallaşarsa, Supsadan alacağı nefti Mərkəzi və Qərbi Avropaya çatdırmağı təklif edir. Rumıniya Supsadan alacağı nefti Konstansa - Triyest (İtaliya) xətti ilə ixrac etmək üçün kəmər layihəsini təklif edir. İsrail hökuməti isə vaxtilə Bakı - Ceyhan xəttinin Aralıq dənizinin dibi ilə İsrail sahillərinə uzadılmasını təklif etmişdir.

Azərbaycan neftinin ixrac konsepsiyası təkcə Azərbaycanın iqtisadi maraqlarını deyil, güclü Qərb ölkələrinin, yaxın qonşuların da mənafelərinə xidmət edir [8, s. 73].

Azərbaycanın yerləşdiyi coğrafi məkan elədir ki, o neftindən də çox, bilavasitə strateci məqsədlər üçün istifadədə mühüm əhəmiyyət kəsb edir.

Avrasiya iqtisadi əməkdaşlığının genişləndirilməsində mühüm rol oynayacaq aktual məsələlərdən biri də Qars - Axalkalaki - Tbilisi - Bakı dəmir yolu layihəsinin inşasıdır. Azərbaycan bu layihənin həyata keçirilməsini dəstəməklə regionda iqtisadi əməkdaşlığın genişləndirilməsini təmin edir. Bu isə Şərq - Qərb dəhlizi boyunca yerləşən bütün ölkələrin yaxınlaşmasını təmin edir, inteqrasiyanı sürətləndirir.

Sözügedən layihə Qars - Axalkalaki dəmir yolunun uzunluğu 98 kilometr təşkil edəcək, həmçinin Axalkalaki - Tbilisi dəmir yolunun yenidən qurulması nəzərdə tutulur. Layihənin dəyəri təxminən 400 milyon dollar təşkil edəcək, Qars - Tbilisi - Bakı dəmir yolu dəhlizi üzrə yük daşınmalarının illik həcminin istismarın ilk illərində 2-3 milyon ton səviyyəsində olması proqnozlaşdırılır və gələcəkdə onun 508 milyon tona qədər çatdırılması nəzərdə tutulub.

Əvvəla, gələcəkdə Qars - Tbilisi - Bakı dəmir yolunun İqdır vasitəsilə Naxçıvana çəkilməsi, oradan isə mövcud Culfa xətti ilə İran ərazisindən Mərkəzi Asiyaya çıxışı təmin etmək olar ki, bu da Avrasiya iqtisadi əməkdaşlığında mühüm rol oynaya bilər. Nəticədə yüklərin daşınmasına çəkilən xərclər azalacaq, Naxçıvanın isə sosial - iqtisadi inkişafına təsir etmiş olar.

İkincisi, Bosfor boğazında tikilən tuneldən keçəcək dəmir yolu Asiyanın Türkiyə ərazisindən keçərək Avropaya inteqrasiyasını və yaxınlaşmasını təmin edəcəkdir [12, s. 32].

CQBK (Bakı - Tbilisi - Ərzurum) vasitəsilə nəqli nəzərdə tutulan təbii qazın hasilat sahəsi olan Şahdəniz qaz yatağı Xəzər Dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub - şərqə doğru 100 km məsafədə yerləşir. Bu ən iri miqyaslı qaz ehtiyatları olan dəniz yataqlarından biridir. Yataqdan çıxarılması nəzərdə tutulan qazın potensial ehtiyatı 1 trln. kub metr həcmində qiymətləndirilmişdir.

Şahdəniz qaz yatağının və CQBK - nin tikintisini və istismarını həyata keçirən 7 yerli və beynəlxalq konsorsiuma BP, Azərbaycan Dövlət Neft Şirkəti, Statoil, LukAgip, NİCO, TotalFina Elf və TPAO kimi şirkətlər daxildir. BP konsorsiumda əməliyyatçı qismində iştirak edir.

Tikintisi tamamlanmaqda olan 690 km uzunluğunda olacaq CQBK ildə 7,3 mlrd, kub metr həcmində qazı Azərbaycanın Səngəçal terminalından başlayaraq Gürcüstandan keçməklə Türkiyəyə nəql edəcəkdir. Gələcəkdə bu rəqəm 16 mlrd, kub metr olacaqdır. CQBK BTC boru kəmərinə paralel olaraq tikilir. Şahdəniz yatağından hasil olunan qaz Azərbaycan, Gürcüstan və Türkiyədə qaz təchizatı sahəsində əhəmiyyətli rol oynayacaqdır.

Azərbaycan ildə 1,5 mlrd, kub metr qaz almaq hüququna malikdir. Gürcüstanın isə tranzit tarifin əvəzində CQBK ilə nəql edilən qazın 5% - ni götürəcəyi gözlənilir.

Türkiyə Azərbaycandan ildə 6 mlrd, kub metrdən artıq qaz almaq barədə saziş imzalamışdır.

Şahdəniz yatağında birinci mərhələ üzrə istismarı və CQBK - nin tikintisi ilə bağlı ümumi kapital xərcləri təxminən 3,2 milyard ABŞ dolları həcmində nəzərdə tutulmuşdur ki, bu məbləğin də 2,3 milyardı Şahdəniz yatağı ilə əlaqədar dəniz və terminal qurğularının tikintisinə, 0,9 milyardı isə kəmərin tikintisinə yönəlmişdir.

Kəmərin Azərbaycana düşən hissəsinin uzunluğu 442 km olub, ölkənin 13 rayonunun 137 yaşayış məntəqəsindən keçir.

Bakı - Tbilisi - Ərzurum qaz kəməri ilə nəql olunacaq qazdan Türkiyənin şərq rayonlarının tələbatı bütünlüklə ödəniləcək. Naxçıvan Muxtar Respublikası ilə qonşu İqdır əyalətinə çəkiləcək xətdən qazın Naxçıvana ötürülməsinin çox böyük sosial - iqtisadi və siyasi əhəmiyyəti vardır. Belə bir layihə reallaşarsa Muxtar Respublikanın İran İslam Respublikasından asılılığı aradan qaldırıla bilər və bu bölgədə yeni - yeni layihələrin həyata keçirilməsi reallaşar.


Yüklə 463,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə