65
ölkəmizin turizm potensialının nümayiş etdirilməsində belə beynəlxalq tədbirlər
böyük əhəmiyyətə malikdir.
Sərgilərdə Azərbaycana aid guşədə müxtəlif səpkili reklam və turizm məhsulları
nümayiş etdirilir. Materiallar arasında Azərbaycanın turizm imkanları, respublikanın
müxtəlif regionları, mədəniyyət və tarixi ilə yanaşı, Qarabağ və Şuşa haqqında
kitablar və bukletlər üstünlük təşkil edir. Azərbaycanın bu sərgilərdə iştirakının
əhəmiyyəti ondan ibarətdir ki, yerli əhali Azərbaycanın turizm potensialı barədə
ətraflı məlumatlandırılır, aktual mövsüm kataloqları əsasında insanlara tətil
seçimlərində istiqamət verilir və həmçinin, turizm mütəxəssisləri arasında təcrübə
mübadiləsi aparılır.Turizm sahəsində görülən işlərin və uğurların davamı olaraq
Azərbaycan bu il ərzində - 2011-ci ildə Azərbaycanda "Hilton Worldwide" hotellər
şəbəkəsinə daxil olan yeni mehmanxananın cari ilin sonunda istifadəyə verilməsi
nəzərdə tutulub.
2011-ci ilin "Turizm ili" elan edilməsi il ərzində bu sahədən gələn gəlirin turizm
sənayesində böyük iqtisadi sıçrayışlarla, beynəlxalq siyasi və mədəni müstəvidə
uğurlarla nəticələnəcək. Odur ki, turizm sahəsinin inkişafına xidmət edə biləcək,
beynəlxalq standartlar səviyyəsinə təkliflər irəli sürülməlidir. Buna ölkənin yeraltı və
yerüstü sərvətləri imkan verir. Dövlət başçısı İlham Əliyevin dediyi kimi,
Azərbaycanın gözəl təbiəti var, Xəzər dənizi, gözəl dağlar, çaylar, meşələr xalqın
böyük sərvətidir. http://webcache.googleusercontent.com.
Turizmin idarəçiliyinin müasir şəraitdə təkmilləşmə istiqamətlərinə gəldikdə deyə
bilərik ki, turizmin idarə edilməsi kompleks sistemli məqsədyönlü fəaliyyət dairəsi
olub, struktur islahatların tərkib hissəsidir. Turizm idarəetmə obyekti olaraq turizmin
məqsədinə, onun əsas təşkilati qurulişuna və kadr potensialına əsaslanır. Turizm
idarəçiliyi turistlərin motivasiyasına əsasən qurulur. Bu baxımdan hər bir turist
obyektində turistlərin rəyi, seçimi öyrənilir, onların özlərinin xarakteristikası, hansı
ölkədən gəldikləri, turist müddəti və turistlərin sosial-demoqrafik tərkibi, sosial
statusu turist tələbatı ilə müqayisə olunur və bu idarəetmə aparıcı motiv seçilir.
Turistlərin hər bir ölkəyə axını, potensial turist axını qiymətləndirməyə imkan verir.
66
Turizm potensialı hər bir nəfərə düşən şəraitin, maddi məsrəflərin, kadrların sosial
xarakterləri ilə öyrənilir. Turist idarəçiliyi, turist agentliyi, turist operatorluğu, turist
dillerləri və turizmin əsas xidmət sferasında işləyən əhalinin sayını müəyyən edir.
Onların arasında əmək bölgüsünü formalaşdırır. İdarəetmə səmərəsi cari və
perspektiv resursların istifadəsi və onlarınehtiyatlarının artımı ilə müəyyənləşdirilir.
Turizm ehtiyatları idarə etmənin resurs potensialını formalaşdırır. Ehtiyatlar plana
uyğun olaraq, turistlərin sayı və hər bir tuistə düşən maddi, maliyyə, əmək
məsrəflərini formalaşdırır.
Hər bir ölkədə bu nisbətlər özünəməxsus formada həll olunur. Turizm sahəsində
vəzifə bölgüsü çoxukladlı təsərrüfat xarakteri daşıyır. Turist sənayesi, turist
infrastrukturu, otelçilik, turist planlaşması, turizmə maddi-xidmət sferası bir-birini
əlaqəli surətdə tamamlayır. Bu etapların hər biri özünün bir sıra xarakterik
göstəriciləri,meyarları və idarə etmə üsulları ilə səciyyələnir.Təbii ki, təkmilləşdirmə
dedikdə, müasir səraitdə ölkə iqtisadiyyatında baş verən struktur dəyişmələrini nəzərə
alır və ölkənin perspektivinə uyğun olaraq layihələr hazırlanır. Turizm sahəsi ərazi
idarə etmənin üstünlüyünü tələb edir. Həmçinin dünyəvilik prioritet istiqamət sayılır.
Turizmin qlobal problemlərini onun makroiqtisadi aspektləri, ölkə iqtisadiyyatına
xüsusilə bağlanır. Məsələn, investisiya mühiti, qida təhlükəsizliyi, bütövlükdə
təhlükəsizlik, sahibkarlıq mühiti, qanunvericilik bazası, turizmin region üzrə
yerləşməsi straregiyası, təbii-coğrafi şəraitin üstünlüyü və onlardan istifadənin
zəruriliyi makroiqtisadi problemlərdir və təkmilləşmə tələb edir. Makro səviyyədə
turizmin problemləri və istiqamətləri planlaşma ilə bağlıdır. Daha çox marka
planlaşmasına üstünlük verilir. Biznes planları tutulur. Sosial prioritetlət və
kommersiya maraqları üst-üstə düşəndə əlverişli şərait yaranır. Davamlı və tarazlı
inkişafda, büdcə gəlirlərinin formalaşmasında, vergi daxilolmalarının həcminin
artımında mühüm rol oynayan turizm sektorunda zəruri infrastrukturun
formalaşdırılması son illər hökumət üçün prioritet məsələlərdən birinə çevrilib.
Ölkəmizin sosial-iqtisadi inkişafının sürətlənməsi,beynəlxalq əlaqələrin genişlənməsi,
habelə mədəniyyət və idman sahələrində əldə olunan nailiyyətlər turizm sahəsinin
davamlı inkişafını təmin edir. Azərbaycanda turizm sahəsində mövcud olan geniş
67
imkanlar ölkəmizin bir sıra beynəlxalq təşkilatlarla turizmin inkişafı istiqamətində
əməkdaşlıq etməsinə şərait yaradır. Son illər Azərbaycanın bu sahədə əldə etdiyi
nailiyyətlər beynəlxalq təşkilatlar və maliyyə qurumlarının hesabatlarında da yüksək
dəyərləndirilir. Xatırladaq ki, bir müddət əvvəl Dünya İqtisadi Forumunun dünya
ölkələrinin turizm sahəsində rəqabət qabiliyyətinə görə tərtib etdiyi reytinq
cədvəlində respublikamız irəliləyərək 7-ci onluqda qərarlaşıb. Dünya Turizm
Təşkilatı (DTT) Azərbaycanda turizmin inkişafını yüksək dəyərləndirərək, xüsusən
də elektron viza sisteminə keçidi alqışlayıb. Təşkilatın baş katibi Taleb Rifai
Azərbaycanın bu qərarının ölkədə turizm sektorunun inkişafına təkan verəcəyini
bildirib. Qeyd edib ki, yeni sistemin tətbiqi Azərbaycana turist axınını
gücləndirməklə, bütövlükdə ölkəmizin turistlər üçün daha sadə və əlverişli viza
prosedurunun formalaşmasına imkan verəcək. Qurumun baş katibi həmçinin
vurğulayıb ki, Azərbaycan regionda yüksək turizm potensialına malik ölkədir və bu
sahədə ildən-ilə müsbət irəliləyişlər hiss olunur.Azərbaycanın turizm imkanlarının
xarici ölkələrdə təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
müxtəlif vaxtlarda İtaliyanın “Classis Assoiation”, “İtalian Multimedia Group Sri”
şirkətlərinin, Cənubi Koreyanın “Educational Broadcasting System” dövlət
televiziyakanalının, Rusiyanın “Kommersant FM” radiosunun və Yaponiyanın
“Turistlərin cəlb olunmasına dair GUAM-ın vahid turizm məhsulu” layihəsi
çərçivəsində kütləvi informasiya vasitələri nümayəndələrinin ölkəmizə press-turları
təşkil edilmişdir. Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi,Ümumdünya
Turizm
Təşkilatı(BMÜTT)
vəAzərbaycan
Turizm
Assosiasiyasının birgə təşkilatçılığı ilə “İpək yolunun tamı: kulinariya, mədəniyyət və
turizm” adlı beynəlxalq konfrans keçirilmişdir. Nazirlik tərəfindən Azərbaycanın
turizm imkanlarının daha səmərəli təbliğatını həyata keçirmək məqsədilə 2014-2016-
cı illər üçün marketinq strategiyası hazırlanıb. Artıq marketinq strategiyasına uyğun
olaraq Azərbaycan 2014-cü ildə bir neçə beynəlxalq turizm sərgisində iştirak
etmişdir. Onlardan Türkiyə, Almaniya, Rusiya, Ukraynada və Digər ölkələrdə
keçirilən sərgiləri qeyd etmək olar.
Dostları ilə paylaş: |