Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix25.11.2017
ölçüsü0,79 Mb.
#12225
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

23 

 

 



 

uzaqlaşmış insanlara, hətta Avropanın ən böyük şəhərlərindən gələn turistlərə mənalı 

kənd  həyatını  yaşatmaq  lazımdır.  Belə  ki,  turizm  məkanlarında  atlarla  gəzinti, 

Türkiyədəki  kimi  şar  balolnları  ilə  hava  uçuşları,  arxeloji  məkanlara  ekskursiyalar, 

yaşı  yüzü  keçmiş  qocaman  insanlarla  görüş  və  onların  həyat  tərzləri  ilə  tanışlıq  və 

sairə turistlr üçün əsl yenilik ola bilərdi. 

      Vətəndaşların  ölkə  turizmindən  yararlanmaq  arzularını  təbii  ki,  bəzi  hallarda 

insanların  maddi  imkanlarının  azlığı  onların  daha  geniş  şəkildə  istirahət  etmələrinə 

imkan vermir. Ona görə də insanlar turizmlə bağlı bir bankın yaranmasını və onların 

aşağı  faizli  turizm  kreditləri  verməsini  təklif  etdilər.  Təbii  ki,  bunlar  səmərəli 

təkliflərdir  və  reallaşsa  həm  ölkə  vətəndaşlarının  böyük  əksəriyyəti  istirahətlərini 

ölkənin  səfalı  turizm  məkanlarında  keçirmək  imkanları  qazanarlar,  həm  də  ölkə 

büdcəsinə maliyyə vəsaitinin artımı baş verər. 

     Hazırda  Prezident  İlham  Əliyevin  tapşırığı  ilə  ölkəmizdə  məktəblilərin  kütləvi 

ekskursiya  turları  həyata  keçirilir.  “Ölkəmizi  tanıyaq”  adlanan  bu  layihədə 

məktəblilərimiz  Azərbaycanın  səfalı  yerlərini  gəzərək  ölkəmiz  haqqında  ən  dolğun 

məlumatlara  malik olurlar. Necə deyərlər:  Yüz eştiməkdənsə bir  görmək” prinsipinə 

daha çox önəm verilir. 

     Qeyd  edək  ki,  Sovet  dönəmində  də  Azərbaycanda  turizmin  yüksəliş  dövrü 

olmuşdur.  Belə  ki,  1983-cü  il  Azərbaycan  Respublikası  turizmin  inkişafında  ən 

yaddaqalan  il  hesab  edilir.  Həmin  il  SSRİ  Nazirlər  Soveti  Sədrinin  birinci  müavini 

olan  ümummilli  lider  Heydər  Əliyevin  təşəbbüsü  və  rəhbərliyi  ilə  Xəzərin 

Azərbaycan  sahillərində  Ümumittifaq  əhəmiyyətli  kurort  zonasının  yaradılması 

barədə  müvafiq  qərar  qəbul  edilmişdir.  Bundan  sonra  Azərbaycan  Respublikası 

Nazirlər Sovetinin 1984-cü il 2 oktyabr tarixli 381 saylı qərarına əsasən Azərbaycan 

Respublikasında 2000-ci ilə qədər Turizmin inkişaf sxemi qəbul olunmuşdur. 1988-ci 

ildə  Dağlıq  Qarabağ  muxtar  vilayətində  və  onun  ətrafında  baş  verən  hadisələr 

nəticəsində  Azərbaycana  gələn  daxili  və  xarici  turistlərin  axını  xeyli  azalmışdır. 

Xankəndi,  Şuşa,  Sumqayıt,  sonra  isə  Bakıda  fövqəladə  vəziyyətin  tətbiqi,  əslində 

respublikanın  bu  regionlarında  bir  sıra  turizm  təşkilatlarının  fəaliyyətlərinin 

dondurulmasına  səbəb  oldu.  Ermənilər  Azərbaycanlılara  qarşı  həyata  keçirdikləri 



24 

 

 



 

düşmənçilik  siyasəti  Azərbaycana  yüz  minlərlə  qaçqının  gəlməsi  ilə  nəticələndi. 

Respublika  hökumətinin  qərarı  ilə  1988-ci  ilin  dekabrında  Ermənistandan  qovulmuş 

azərbaycanlılar respublikanın turist bazalarında yerləşdirildi. 

     Ölkə turizminin inkişaf ediyi indiki dövrdə artıq Bakıda, Gəncədə, Naxçıvanda və 

ölkənin  digər  şəhərlərində  xarici  qonaqları  qəbul  edə  bilən  müasir  mehmanxana  və 

hotellər fəaliyyət göstərir və onların sayı durmadan artır. Belə ki, 2012-ci ildə Bakıda 

keçirilən  “Avroviziya”  beynəlxalq  musiqi  yarışmasında,  ölkəmizə  gələn  onminlərlə 

turistin  otellərdə  yerləşdirilməsi  və  onların  ölkəmizlə  tanışlığı  yüksək  səviyyədə 

keçirildi. Eyni zamanda, 2015-ci il Birinci Avropa Olimpiya Oyunlarının keçirilməsi 

paytaxtımıza  yüz  minlərlə  turistin  gəlişinə  və  onların  qarşılanması,  yerləşdirilməsi 

üçün  paytaxtımızda  və  ətraf  rayonlarda  yüzlərlə  otel  tikilib  istiadəyə  verilməsinə 

səbəb oldu. Bu möhtəşəm yarış ölkə turizmi üçün növbəti sınaq dövrü idi 

      Azərbaycan  hökuməti  milli  turizmin  lokal  çərçivədən  çıxaraq  daha  da 

qloballaşması  üçün  ötən  dövr  ərzində  turizm  sahəsində  əməkdaşlıq  haqqında 

Hökumətlərarası Sazişlər çərçivəsində müəyyən işlər həyata keçirib. Belə ki, son 5 il 

ərzində  Azərbaycan  Respublikası  Hökuməti  ilə  Moldova  Respublikası,  Belarus 

Respublikası,  Qətər  Dövləti,  Yunanıstan  Respublikası,  Qazaxıstan  Respublikası, 

İordaniya  Haşimiyyə  Krallığı,  Fransa  Respublikası,  Tacikistan  Respublikası,  Misir 

Ərəb  Respublikası  və  Litva  Respublikası  arasında  turizm  sahəsində  əməkdaşlıq 

haqqında  sazişlər  bağlanmışdır.  2002-ci  ilin  aprel  ayından  başlayaraq  hər  il  “AİTF” 

Beynəlxalq  turizm  sərgisi  Bakı  şəhərində  keçirilir.  Bu  sərgidə  iştirak  edən  xarici 

ölkələrin turizm şirkətlərinin sayı ildən-ilə artır. 

    Eyni  zamanda,  Azərbaycanın  əlverişli  coğrafi  mövqeyini  nəzərə  alaraq,  “İpək 

Yolu”  kimi  bir  çox  tarixi  yolların  ölkəmizin  ərazisindən  keçməsi  ölkəmizin  turizm 

imkanlarını  daha  da  artırır.  İndi  qərbdən  şərqə,  şimaldan  cənuba  aparan  turizm 

marşrutlarında  Azərbaycan  da  iştirak  edir.  Qeyd  etmək  istərdik,  ötən  illərdə, 

İstanbuldan  başlayıb  Pekində  bitən  “İpək  Yolunda  Velosiped  Turu”  layihəsinin,         

Rusiyadan  başlayıb  Hindistanda  bitən  “XV  əsr  səyyahı  Afanasi  Nikitinin  izləri  ilə” 

adlı  turizm  marşrutu  layihələrinin  Azərbaycan  ərazisindən  keçməsi  ölkəmizin 




25 

 

 



 

mövcud turizm potensialının beynəlxalq aləmdə təbliğ olunması baxımından olduqca 

səmərəlidir. 

    Sonda qeyd etmək  yerinə düşər ki, ölkəmizin cənnətməkan  guşəsi olan Qarabağın 

təcavüzkar  Ermənistan  tərəfindən  işğalı  bu  gün  milli  turizmin  inkişafına  əngəl  olan 

ciddi bir maneədir. Qarabağın, xüsusən Şuşanın havası (bu şəhər dəniz səviyyəsindən 

2500  metrədək  yüksəkdədir)  təmizliyinə  görə,  dünyada  İsveçin  hansısa  dağ 

rayonlarından  sonra  ikinci  yeri  tutur.  Ümumiyyətlə,  Qarabağın,  o  cümlədən  Şuşanın 

işğaldan  azad  edilməsi,  eyni  zamanda,  ölkəmizin  yenidən  turizm  mərkəzinə 

çevrilməsinə güclü təkan verəcəkdir.  

    Turizm və turizm xidməti fəaliyyət növü kimi əhalinin asudə vaxtının səmərəli 

istifadə edilməsinə, ekskursiya, səyahət və turist marşrutlarının təşkilinə, həmçinin 

turistlərin başqa xidmət növlərindən istifadənin gücləndirilməsinə təkan verir. Turizm 

xidmətləri bilavasitə turist təşkilatlarının fəaliyyətinin nəticəsidir. Turizm xidməti 

əməyin spesifik xüsusiyyətlərini və məzmununu müəyyənləşdirən milli iqtisadiyyatın 

müstəqil sahəsidir. Umumiyyətlə turizm xidməti turizm muəssisəsinin turistlərin 

ekskursiyaçılarin təlabatının ödənilməsinə uyğun fəaliyyətinin nəticəsidir.Turizm 

xidmətinin  strukturu  çox  genişdir  və  struktur  etibarilə  funksional  və  instisional 

struktura  ayrılır.  Turizm  xidmətinin  funksional  strukturu  dedikdə  funksional 

təyinatından  asılı  olaraq  xidmətin  növləri  nəzərdə  tutulur  və  struktur  etibarilə  

aşağıdakılardan ibarətdir: 

-  turistlərin  yerləşdirilməsi  üzrə  (mehmanxana,  motel,  otel,  pansionat,  sanatoriya, 

turist bazarları və s.) göstərən xidmətlər; 

-  turistlərin  həmçinin  yerli  əhalidən  icarəyə  götürülən  şəxsi  mənzillərdə  və  evlərdə, 

eyni  zamanda  çadır,  avtomobilə  qoşulan  qoşqu  evləri,karvaninqlər,  gəmi,  qatar, 

yaxta, və s. –də yerləşə bilərlər;  

-  turistin  qidalanmasının  təmin  edilməsi  üzrə  (restoran,  yeməkxana,  kafe,qəlyanaltı, 

kafeteri, bar, və s.) xidmətlər; 

-  turistin  səfər  etdiyi  ölkədə  sərnişin  nəqliyyatının  müxtəlif  növləri  (qatar,dəniz,  və 

çay  gəmiləri,  avia  çarter  reysləri,  avtobuslar  və.  s.)  və  hərəkəti  üzrə  göstərilən 

xidmətlər.  



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə