Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,61 Mb.
səhifə3/7
tarix26.03.2018
ölçüsü0,61 Mb.
#34283
1   2   3   4   5   6   7

Cədvəl № 1.3

2016-cı il üçün xərclərində “Təhsil” bölməsinin strukturu, min manatla

Bölmə və köməkçi bölmələr

Büdcə

Büdcə və bölmə üzrə xərclərdə xüsusi çəki

Təhsil

1830212,8

9,9

Məktəbəqədər təhsil

157372,4

8,6

Ümumi təhsil

940034,6

51,4

İbtidai təhsil

6531,4

0,7

Ümumi orta təhsil

76483,9

8,1

Tam orta təhsil

814733,6

86,7

İnternatlar

18244,1

1,9

Xüsusi rejimli internatlar

11202,6

1,2

Xüsusi məktəblər

12839,0

1,4

İlk peşə-ixtisas təhsili

33604,5

1,8

Texniki-peşə məktəbləri

11063,4

32,9

Peşə liseyləri

21893,3

65,2

Xüsusi texniki-peşə məktəbləri və liseylər

647,7

1,9

Orta ixtisas təhsili

43403,0

2,4

Ali təhsil

37190,1

2,0

Əlavə təhsil

3563,1

0,2

Təhsil sahəsində digər müəssisə və tədbirlər

615045,3

33,6

Məktəbdənkənar təhsil müəssisələr

98643,5

16,0

Uşaq evləri

3013,6

0,5

Mərkəzləşdirilmiş mühasibatlıq

6248,5

1,0

Digər müəssisə və tədbirlər

507139,7

82,5

Cədvəldən göründüyü kimi büdcədən təhsilə ayrılan xərclərin böyük hissəsi 51,4 %-i ümumi təhsil xərclərinə ayrılmışdır ki, bu da 2015-ci ildə ümumi təhsilə ayrılan vəsaitdən 41 780 min manat çoxdur. Ötən illə müqayisədə 2016-cı ildə əlavə təhsilə ayrılan xərclər 90,8 min manat, təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılan xərclər isə 89317 min manat artmışdır. Eyni zamanda büdcədən məktəbəqədər təhsilə ayrılan vəsait 8203min manat, ilk peşə-ixtisas təhsilinə ayrılan vəsait 683 min manat, orta ixtisas təhsilinə ayrılan vəsait 1243 min manat, ali təhsilə ayrılan vəsait isə 2025 min manat azalmışdır.

Dövlət bücəsində təhsil xərclərinin təhsilin istiqamətləri arasında bölüşdürülməsi aşağıdakı sxemdə daha aydın təsvir edilmişdir.
Diaqram № 1.4

Ölkəmizdə təhsil siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi təhsil proseslərinin təşkilinə ümumi metodoloji rəhbərlik Azərbaycan Respublikası Təhsil Nazirliyinin funksiyasına daxil olsada büdcədən təhsilə ayrılan vəsaitin hamısı yalnız bu nazirliyin sərəncamına keçmir. Ona görə də, heç də bütün təhsil müəssisələri Təhsil Nazirliyi qarşısında cavabdeh deyildir. Peşə-ixtisas yönümündə və təyinatından asılı olaraq bir sıra tədris müəssisələri, təşkilatları və ixtisasartırma kursları başqa nazirliklərin qarşısında cavabdehdir. Məsələn Səhiyyə Nazirliyinin tabeliyində həkimləri təkmilləşdirmə inistutu, Orta Tibb İşçilərini Təkmillləşdirmə məktəbi, tibb məktəbləri, Gənclər, İdman və Turizm Nazirliyinin tabeliyində ali məktəb, litsey və idman məktəbi, başqa nazirliklərin tabeliyində isə ixtisasartırma kursları fəaliyyət göstərir. Həmin müəssisələrə ayrılan vəsaitlər müvafiq nazirliklərin sərəncamına keçir. Bir sıra universitetlər muxtar statusa malik olduğundan onlara ayrılan vəsait dövlət büdcəsində ayrıca maddələrdə göstərilir və biləvasitə onların sərəcamına keçir.

Dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlər aşağıdakı təşkilatlar üzrə bölünür:

1. Ədliyyə Nazirliyi

2. Maliyyə Nazirliyi

3. Vergilər Nazirliyi

4. Gənclər,İdman və Turizm Nazirliyi

5. Təhsil Nazirliyi

6. Səhiyyə Nazirliyi

7. Mədəniyyət Nazirliyi

8. Ekologiya və Təbii Sərvətlər Nazirliyi

9. Azərbaycan Dövlət İqtisad Universiteti

10. Azərbaycan Dövlət Tibb Universiteti

11. Bakı Dövlət Universiteti

12. Dövlət Neft Akademiyası və s.

2015-ci ildə “Təhsil” bölməsi üzrə nəzərdə tutulmuş xərc inzibati təsnifat üzrə 25 təşkilat tərəfindən icra edilmişdir.

Təhsil xərclərinin göstərilən qurumlar arasında bölüşdürülməsi onların tabeliyində olan təhsil müəssisə və təşkilatlarına ayrılan vəsaitlərin həcminə uyğun olaraq həyata keçirilir.

Məsələn, aşağıda qeyd edilən istiqamətlərdəki təhsil müəssisə və təşkilatlarının hamısı Təhsil Nazirliyinin tabeliyindədir:

 Məktəbəqədər uşaq müəssisələri;

 Məktəb uşaq bağçaları, ibtidai, əsas və orta təhsil məktəbləri, gimnaziyalar, litseylər;

 İnternat məktəbləri;

 Xüsusi rejimli internat məktəbləri;

 Xüsusi məktəblər;

 Texniki-peşə məktəbləri və litseyləri;

 Xüsusi texniki-peşə məktəbləri və litseyləri;

 Uşaq evləri.

Təhsil xərclərinin çox hissəsi Təhsil Nazirliyi və onun tabeliyində olan təhsil müəssisələrinin maliyyələşdirilməsinə yönəldilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2015-ci ilin yekunu üzrə Hesablama Palatasına təqdim etdiyi maliyyə hesabatına əsasən hesabat ilində dövlət büdcəsinin mərkəzləşmiş xərclərindən Nazirliyin tabeliyində olan təhsil müəssisələrinə 535917,2 min manat vəsait açılmış, xərclərin icrası isə 534424,9 min manat və ya 99,7% təşkil etmişdir. Hesabat ilinin sonuna müəssisələrin hesabında qalmış 1492,3 min manat vəsait büdcəyə silinmişdir. Qeyd olunan vəsaitdən “Təhsil” bölməsi üzrə ayrılmış 503936,3 min manat vəsaitə qarşı icra 502501,2 min manat və ya 99,7% olmuşdur. Bu xərclərin 224526,9 min manatı və ya 44,7%-i “Əməyin ödənişi”, 82240,8 min manatı və ya 16,4%-i “Malların (iş və xidmətlərin) satın alınması”, 46804,5 min manatı və ya 9,3%-i “Təqaüdlər və sosial müavinətlər”, 114716,8 min manatı və ya 22,8%-i “Digər xərclər”, 30571,4 min manatı və ya 6,1%-i “Qeyri-maliyyə aktivlərinin alınması”, 3640,8 min manatı və ya 0,7%-i isə digər bölmələr üzrə icra edilmişdir.

Təhsilin istiqamətindən və sərəncamçı təşkilatdan asılı olmayaraq büdcədən təhsilə ayrılan vəsaitlər təhsil müəssisə və təşkilatlarında iqtisadi təyinatı üzrə istifadə olunur:təhsil işçilərinə əmək haqqı verilir, təhsil prosesinin təşkili üçün zəruri mallar və tədris vəsaitləri alınır,kommunal, nəqliyyat və başqa xidmətlərin haqqı ödənilir, məktəblər və başqa təhsil obyektləri tikilir, təmir olunur və s. Buna görə də təhsil xərcləri planlaşdırılarkən onlar əvvəlcə iqtisadi məzmununa görə qruplaşdırılır və büdcədə bu şəkildə nəzərə alınır. Büdcə vəsaitləri təhsil müəssisələrinə məhz konkret olaraq müəyyənləşdirilmiş belə son təyinat istiqamətlərinə uyğun olaraq və planlaşdırılmış həddlərdə buraxılır.

İqtisadi məzmununa görə təhsil xərclərini ümümi şəkildə cari və əsaslı xərclər olaraq qruplaşdırmaq olar. Cari xərclərə əməyin ödənilməsi, malların alınması və xidmətlərin haqqının ödənilməsi, habelə subsidiyalar və cari ödənişlər, əsaslı xərclərə isə əsas fondlara əsaslı vəsait qoyuluşu,yəni əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir aid edilir.

Cari xərclərin özü də iqtisadi məzmununa görə iki qrupa ayrılır:

 əməyin ödənişi, malların alınması və xidmətlərin haqqının ödənilməsi;

 subsidiyalar və cari ödənişlər.

Əməyin ödənişi, maların alınması, xidmətlərinin haqqının ödənilməsi maddəsinə aşağıdakı xərclər aid edilir:

I. Əməyin ödəniş fondu;

II. Əmək haqqına üstəlik;

III. Malların alınması və xidmətlərin haqqının ödənilməsi.

Əməyin ödənişi, malların alınması, xidmətlərinin haqqının ödənilməsinə yönəldilən təhsil xərcləri aşağıdakı sxemdə əks olunmuşdur.



Diaqram №1.5

I. Əməyin ödənişi fondu xərclərinə daxil edilir:

1.Ştatda olan işçilərin əmək haqqı:


  • bütün ştat işçilərinə müəyyən edilmiş vəzifə maaşı;

  • işçilərin vəzifə maaşına əlavələr;

  • işçilərə əlavə iş üçün ödənişlər;

  • elmi dərəcə və fəxri adlara görə əlavə ödənişlər.

2. Ştatdankənar işçilərin əmək haqqı;

3. Əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri;

4. Əməyin ödənişi üzrə nəzərdə tutulan artım.

II.Əmək haqqına üstəlik xərclərinə aşağıdakı xərclər aid edilir:



  • Dövlət Sosial Müdafiə Fonduna ayırmalar;

  • İcbari dövlət sığortası;

  • İcbari tibbi sığorta.

III.Malların alınması və xidmətlərin haqqının ödənilməsinə isə aşağıdakı xərclər daxildir:

  • Dəftərxana ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və materialların alınması;

  • Dərman və sarğı ləvazimatlarının alınması

  • Yumşaq inventar və paltarların alınması, təmiri xərclərinin ödənilməsi;

  • Ərzaq məhsullarının alınması;

  • Ezamiyyələr və xidməti səfərlər, işçilərə kompensasiya ödənişləri;

  • Nəqliyyat xidmətləri haqqının ödənilməsi;

  • Rabitə xidmətləri haqqının ödənilməsi;

  • Kommunal xidmətləri haqqının ödənilməsi;

  • Elmi–tədqiqat təşkilatlarının göstərdiyi xidmətlərin haqqının ödənilməsi;

  • İnventar və avadanlıqların alınması, təmiri xərclərinin ödənilməsi;

  • Binaların cari təmiri xərclərinin ödənilməsi;

  • Sair cari xərclər.

Subsidiyalar və cari ödənişlərə təhsil sferasında işləyənlərə və təhsil alanlara verilən dövlət müavinəti və kompensasiyalar, pensiya və təqaüdlərin ödənilməsi, şəhid ailələrinə birdəfəlik maddi yardım və sair ödənişlər aid edilir.
Diaqram № 1.6

Təhsil xərclərində subsidiya və cari ödənişlər

Əsas fondlara əsaslı vəsait qoyuluşu maddəsinə aşağıdakı xərclər aid edilir:

  • Əsas vəsaitlərin alınması (təşkilatlar üçün istehsalat və qeyri-istehsalat avadanlıqlarının və uzun müddət istifadə olunan əşyaların, bina və tikililərin, nəqliyyat vasitələrinin alınması xərcləri);

  • Əsaslı tikinti (dövlət əsaslı vəsait qoyuluşu heabına təhsil, habelə sosial-mədəni və məişət təyinatlı obyektlərin və s. tikintisi və yenidən qurulması, təhsil obyektlərinin genişləndirilməsi və s.);

  • Əsaslı təmir.


II FƏSİL. ÜMUMİ TƏHSİLƏ BÜDCƏ XƏRCLƏRİNİN PLANLAŞDIRILMASI VƏ MALİYYƏLƏŞDİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ

2.1. Ümumtəhsil məktəblərinin saxlanması xərclərinin planlaşdırılması.

Azərbaycan Respublikasının “Təhsil Qanunu”na uyğun olaraq ümumi təhsil üç pillədən ibarətdir:



  • ibtidai təhsil;

  • əsas təhsil;

  • orta təhsil.

Birinci pillədə uşaq şəxsiyyətinin təşəkkülü, onun bacarıq və qabiliyyətinin aşkara çıxarılması və inkişafı təmin olunur.

İkinci pillədə şagird şəxsiyyətinin inkişafı, onun mənlik və əxlaqi şüurunun, hüquqi düşüncəsinin, qabiliyyət və istedadının, elmlərin əsaslarının öyrədilməsi və dünyagörüşünün formlaşdırılması təmi edilir.

Üçüncü pillədə dövlət təhsil standartları gözlənilməklə təlimin diferensiallaşdırılması əsasında ümumtəhsil hazırlığının başa çatdırılması təmin edilir.

Məlum olduğu kimi dövlət büdcəsindən ayrı-ayrı istiqamətlər üzrə vəsaitlərin bölgüsü müxtəlif norma və normativlər əsasında aparılır. Bu normativlər idarə və təşkilatların hər birinə ayrı-ayrılıqda dövlət büdcəsindən maliyyələşmənin həcmini müəyyənləşdirmək, həm də büdcənin icrası mərhələsinə nəzarət etnək imkanı verir.

Təhsil xərclərinin müəyyən edilməsi çoxsaylı texniki-iqtisadi göstəricilər və müxtəlif normativlər əsasında həyata keçirilir. Burada texniki-iqtisadi götəricilər dedikdə təhsil müəssisələrinin maliyyə-təsərrüfat sənədləri nəzərdə tutulur. Həmin sənədlərə müəssisənin texniki pasportu, əsas vəsaitlərin inventar siyahısı, kitabxana fondunun inventar kitabı, istismarda olan azqiymətli tezköhnələn əşyaların hərəkətinin uçot cədvəli və s. daxil edilir. Texniki pasportda müəssisənin tədris və təsərrüfat binalarının, kommunikasiya xətlərinin vəziyyəti əks etdirilir. Maliyyə ehtiyyatlarının müəyyən edilməsi zamanı texniki pasportda qeyd olunan göstəricilərlə yanaşı müəssisənin ehtiyacı üçün materialların verilməsi cədvəlindən də istifadə olunur. Həmin cədvəli hər il təhsil müəssisənin rəhbəri hazırlayaraq yuxarı təşkilatlara və ya maliyyə orqanlarına təqdim edir. Bundan başqa bütün orta təhsil müəssisələri hər il “Dövlət Statistika Hesabatı” adlı formanı dolduraraq rayon təhsil şöbələrinə, onlar isə yuxarı maliyyə orqanlarına təqdim edirlər. Həmin sənəddə orta təhsil müəssisələrinin xərc ehtiyaclarını qiymətləndirmək üçün aşağıdakı vacib göstəricilər əks olunur:


  • məktəbdə siniflərin sayı;

  • şagirdlərin sayı;

  • məktəb binasının ümumi sahəsi;

  • sinif otaqlarının sayı və onların sahəsi;

  • kompüterlərin, həmçinin internetə qoşulan kompüterlərin ümumi sayı;

  • dərs növbələrinin sayı;

  • pedoqoji işçilər haqqında məlumat;

  • tədris emlatxanalarının sayı və s.

Dövlət və bələdiyyə ümumtəhsil məktəbləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:

  • qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin və yerli büdcənin vəsaitləri;

  • hüquqi və fiziki şəxslərin qanunvericiliyə uyğun verilən qrantları, vəsiyyət olunan vəsaitləri, ianələri və yardımları;

  • təhsil, istehsal, eləcə də qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə edilən vəsaitlər;

  • dövlət orqanları tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və layihələr üzrə əldə olunan vəsaitlər;

  • məktəbin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan digər əmlakın satışından qanunvericiliyə uyğun olaraq əldə edilən vəsaitlər;

  • beynəlxalq əməkdaşlıq nəticəsində qanunvericiliyə uyğun olaraq əldə edilən qrant və vəsaitlər;

  • qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.

Məktəblər tədrisə zərər yetirməmək şərtilə pullu xidmət göstərməklə gəlir əldə etmək hüququna malikdirlər.

Özəl ümumtəhsil məktəbi aşağıdakı mənbələrdən maliyyələşdirilir:



  • təhsil xidmətlərinə görə əldə edilən vəsaitlər;

  • təsisçilərin (himayəçilərin) vəsaitləri;

  • qanunvericiliyə uyğun olaraq aldıqları qrant və kreditlərin məbləğləri;

  • hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr;

  • təhsil, istehsal, məsləhət xidmətlərindən və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə edilən vəsaitlər;

  • qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına əldə olunan vəsaitlər.


Cədvəl №2.1

Dövlət və qeyri dövlət ümumtəhsil müəssisələri və həmin müəssisələrdəki müəllim şagird heyətinin sayı.

Ümumi təhsil müəssisələri

2009

2010


2010

2011


2011

2012


2012

2013


2013

2014


2014

2015


əyani ümumi təhsil müəssisələrinin sayı - cəmi

4539

4532

4516

4508

4505

4475

ibtidai

368

366

358

354

346

341

ümumi orta

853

855

847

834

830

813

tam orta

3299

3292

3292

3302

3312

3305

şagirdlərin sayı

1364961

1324564

1291317

1284853

1289272

1322182

ibtidai məktəblərdə

7048

6802

6503

6335

6098

6204

ümumi orta məktəblərdə

79069

76200

72615

70473

68818

68096

tam orta məktəblərdə

1272361

1234767

1205532

1201060

1208004

1241755

müəllimlərin sayı

173123

172405

163320

163355

162958

160699

Ümumtəhsil məktəblərinə çəkilən xərclərə aşağıdakıları aid etmək olar:



  • cari xərclər;

  • avadanlıq və inventarı alınması;

  • əsaslı təmir;

  • yeni binaların alınması.

Cari xərclərə pedoqoji işçilərin, inzibati və köməkçi heyətin əmək haqqı, tədris, dəftərxana və təsərrüfat xərcləri, xidməti səfər xərcləri və s. daxildir.

Ümumtəhsil məktəblərinin saxlanmasına çəkilən cari xərclər şagirdlərin sayı və sıxlıq norması əsasında təyin edilən siniflərin sayına əsasən hesablanır.

Ümumtəhsil məktəblərinə çəkilən xərclər planlaşdırılarkən ilk olaraq şagirdlərin kontingenti, sonra siniflərin miqdarı, pedoqoji dərəcələr, təmir işlərinin həcmi və digər göstəricilər müəyyən edilir. Məktəblərdə şagird və siniflərin sayı il ərzində dəyişir. Büdcədən maliyyələşməni düzgün aparmaq üçün şagirdlərin və siniflərin orta illik sayını hesablamaq lazımdır. Şagirdlərin orta illik sayını hesablamaq üçün 15 sentyabr və 6 yanvar vəziyyətinə şagirdlərin sayını müəyyən etmək lazımdır. Birinci sinifə qəbul sentyabrın 15-nə məktəb yaşı çatmış uşaqların sayına əsasən, beşinci sinifə isə ibtidai təhsili bitirmiş şagirdlərin sayına görə planlaşdırılır. Onuncu sinifə qəbul isə doqquzuncu sinifi bitirmiş şagirdlərin sayı əsasında planlaşdırılır. Bu zaman doqquzuncu sinifdən orta-texnki peşə məktəblərinə və digər məktəblərə şagird qəbulu da nəzərə alınır.

Ümumtəhsil məktəblərində siniflərin miqdarı sinif qurupları üzrə, yəni IV, V-IX, X-XI sinifər üzrə müəyyən olunur.

Məktəb və siniflərdə şagirdlərin sayı adətən 15 sentyabr və 6 yanvar tarixinə görə müəyyən olunur.

Şagird və siniflərin orta illik sayı aşağıdakı formula ilə hesablanır:



Burada Kor-orta illik kontingentin sayı;

K1-plan ilinin əvvəlinə mövcud olan kontingentin sayı;

K2-artma və azalmanı nəzərə almaqla dəyişmiş yeni kontingentin sayı;

A1 və A2 müvafiq kontingentin büdcə ilində fəaliyyət göstərdikləri ayların sayı.

Təhsil xərclərinin əhəmiyyətli hissəsi əmək ödənişi xərclərindən ibarətdir. Təhsil sferası üzrə məcmuu əmək haqqı fondunun hesablanması üçün normativ kimi aşağıdakı sənədlərdən istifadə olunur:


  • Tarif maaşlarının hesablanması üçün Vahid Tarif Cədvəli;

  • Təhsil işçilərinin Tarif İxtisas Sorğu kitabçası;

  • Sinif və dərnək rəhbərliyi, həmçinin yoxlama işlərinin yoxlanılması üçün əlavə ödənişlərin məbləğinin müəyyən edilməsi ilə bağlı Təhsil, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə hazırladığı müvafiq təlimat;

  • Elmi dərəclər və fəxri adlara görə əlavə ödənişlərə dair dövlət başçısının fərman və sərəncamları;

  • Dərs yükünün minimum həcmi ilə bağlı Təhsil Nazirliyinin müvafiq təlimatı;

  • İcbari dövlət sosial sığortasının qüvvədə olan normativi;

  • Təhsil müəssisələrində nümunəvi ştatlara dair Nazirlər Kabinetinin qərarı;

  • Zərərli əmək şəraitində, həmçinin dağ regionlarında işləməyə görə əmək haqqına tətbiq olunan yüksəldici əmsallar və s.

Pedoqoji işçilərin əmək haqqı fondunun hesablanması üçün başlıca göstəricilər kimi bu kateqoriyadan olan işçilərin sayı, onların ixtisas səviyyəsi, dərs yükü, elmi dərəcəsi, stajı və s. nəzərə alınır.

Məktəb üzrə əmək haqqı fonduna daxildir:



  • Dərslərə görə müəllimlərə əmək haqqı;

  • Inzibati idarə və tədris köməkçi heyətinin əmək haqqı;

  • Müəllimlərin əmək haqqına əlavələr.

Ümumtəhsil məktəbinin direktorunun ödəniş dərəcələrinə ixtisas tələbləri aşağıdakı formadadır:

  • ali pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsil;

  • azı 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda, 3 il) pedaqoji staj;

  • təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom.

Ümumi tipli əsas və orta məktəb (internat məktəb) direktorları üçün əməyin ödəniş dərəcələri:

  • 13-cü dərəcə — şagirdlərin sayı 100 nəfərədək olduqda;

  • 14-cü dərəcə — şagirdlərin sayı 101-dən 300-dək olduqda;

  • 15-ci dərəcə — şagirdlərin sayı 301-dən 800-dək olduqda;

  • 16-cı dərəcə — şagirdlərin sayı 801-dən çox olduqda.

Tərbiyəvi işlər üzrə direktorun müavininin isə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili; ən azı 3 il pedaqoji stajı, təhsilin təşkili və idarə olunması üzrə diplomu olmalıdır. Tərbiyəvi işlər üzrə direktorun müavininə direktorun vəzifə maaşından 10-15% aşağı vəzifə maaşı müəyyənləşdirilir.

Təsərrüfat işləri üzrə direktor müavininə direktorun vəzifə maaşından 20 faiz aşağı vəzifə maaşı müəyyənləşdirilir.

Ümumtəhsil müəlliminin əmək haqqının ödənişi dərəcələrinə ixtisas tələbləri aşağıdakı kimidir:


  • 8-ci dərəcə — (müəllim) orta ixtisas təhsilli, iş stajına tələb qoyulmadan;

  • 9-cu dərəcə — (müəllim) orta ixtisas təhsilli, 3 ildən 5 ilədək pedaqoji stajı olan və ya orta ixtisas məktəbini fərqlənmə diplomu ilə bitirən;

  • 10-cu dərəcə — (müəllim) a) ali təhsilli, iş stajına tələb qoyulmadan; b) orta ixtisas təhsilli, 5 ildən 10 ilədək stajı olan;

  • 11-ci dərəcə — (müəllim) a) ali təhsilli, 3 ildən 5 ilədək pedaqoji stajı olan və ya məktəbi fərqlənmə diplomu ilə bitirən; b) orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən 15 ilədək olan;

  • 12-ci dərəcə — (müəllim) a) ali təhsilli, 8 ildən 13 ilədək pedaqoji stajı olan; b) orta ixtisas təhsilli, pedaqoji stajı 15 ildən çox olan;

  • 13-cü dərəcə — (II kateqoriyalı müəllim) a) ali təhsilli, pedaqoji stajı 13 ildən 18 ilədək olan; b) orta ixtisas təhsilli, iş təcrübəsi Təhsil (Maarif) Nazirliyi tərəfindən bəyənilib yayılmış;

  • 14-cü dərəcə — (I kateqoriyalı müəllim) a) ali təhsilli, pedaqoji stajı 18 ildən çox olan;

  • 15-ci dərəcə — (ali kateqoriyalı müəllim) a) elmlər doktoru və ya elmlər namizədi elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edən; b) «xalq» və «əməkdar» fəxri adı olanlar; v) dərslik, metodik tövsiyələr müəllifləri; q) iş təcrübəsi Təhsil Nazirliyi tərəfindən bəyənilmiş, yayılmış.

Pedaqoji işçilərə gördüyü işlərin həcmi və xarakteri əsas vəzifə ilə yanaşı əlavə vəzifələrin də yerinə yetirilməsi zərurəti yaradır. Əlavə vəzifələrin yerinə yetirilməsi üçün əlavə ödənişlər tətbiq olunur. Həmin ödənişlərin verilməsi və miqdarı aşağıdakı kimi müəyyənləşdirilir.

Ümumtəhsil məktəblərində sinif (qrup) rəhbərliyinə görə aşağıdakı kimi əlavə haqqlar ödənilir:

-І - ІV siniflərdə bir müəllim stavkasının 15 faizi həcmində;

-V - XІ siniflərdə bir müəllim stavkasının 20 faizi həcmində;

Sinifdə şagirdlərin sayı 10 nəfərdən az olduqda sinif rəhbərliyi üçün müvafiq məbləğin 50 faizi ödənilir.

Müəllim yalnız bir sinifdə sinif rəhbərliyi apara bilər. Məktəbdə müəllimlərin sayı kifayət qədər olmadıqda Təhsil Nazirliyinin icazəsi ilə iki sinifdə sinif rəhbərliyi aparıla bilər.

Axşam (növbəli) orta ümumtəhsil məktəblərinə iki növbəliklə əlaqədar və ya digər səbəbə görə iki qrupa bölünüb müxtəlif vaxtlarda dərs keçirilirsə, sinif rəhbərliyi üçün haqq bir sinif üçün ödənilir.

Ümumtəhsil məktəblərində tədris kabinetinin müdirinə stavka və ya vəzifə maaşının 10 faizi miqdarında əlavə haqq ödənilir.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir. Bu hədəfə nail olmaq üçün səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabət qabiliyyətli əmək haqqı və stimullaşdırma sisteminin yaradılmasını, muəllimlər arasında sağlam rəqabətin formalaşdırılmasını, müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini, müəllim peşəsinin nüfuzunun artırılmasını təmin edən yeni sistemin yaradılması nəzərdə tutulmuşdur.Bu istiqamətdə dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin bilik və səriştəsinin diaqnostik qiymətləndirilməsi həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli Sərəncamına əsasən 2015-ci il yanvarın 1-dən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılmışdır.

Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər üçün 1 stavka 18 saata miqdarında müəyyənləşdirilmişdir.

Ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının cədvəli aşağıdakı kimidir.


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə