Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Cədvəl №3.4 Tədqiqat və işləmələrə çəkilən xərclərin maliyyə mənbələri üzrə bölgüsü



Yüklə 0,61 Mb.
səhifə6/7
tarix26.03.2018
ölçüsü0,61 Mb.
#34283
1   2   3   4   5   6   7

Cədvəl №3.4

Tədqiqat və işləmələrə çəkilən xərclərin maliyyə mənbələri üzrə bölgüsü




2000

2005

2010

2012

2013

2014

Tədqiqat və işləmələrə çəkilən daxili xərclər - cəmi, min manat

15852,6

29042,2

92778,2

117347,1

121968

123804

büdcə vəsaiti

10750,9

21345

81823,2

103975,6

82913,9

85397,0

büdcədən kənar vəsait

745,2

362,3

1730,6

1818,0

734,4

640,3

öz vəsaiti

2846,5

1459,6

6080,6

5082,2

5596,9

5601,4

sifarişçinin vəsaiti

1484,6

5199,6

2833,8

6230,7

31487,7

31213,3

ali təhsil müəssisələrini saxlamaq üçün büdcə təxsisatları

22,4

5,8

289,1

200

966,4

767,6

xarici mənbələrin vəsaiti

3,0

669,9

20,9

40,6

268,7

184,4

Cədvəldən göründüyü kimi 2014-cü ildə elmi-tədqiqat işlərinə çəkilən daxilin xərclərin 68,9%-ni büdcə vəsaiti, 25,2%-ni sifarişçinin vəsaiti, 4,5%-ni öz vəsaiti, 0,6%-ni ali təhsil müəssisələrini saxlamaq üçün büdcə ayırmaları, 0,5%-ni büdcədən kənar vəsait, 0,1%-ni isə xarici mənbələrin vəsaiti təşkil edib. Xarici mənbələrin olunan vəsaitləri elmi-tədqiqat işlərinə çəkilən xərclərin ən kiçik hissəsini təşkil edir. Məhz bu göstəriciyə görə Azərbycan MDB ölkələri arasında axırıncı yeri tutur. Belə ki, 2014-cü ildə Azərbaycanda bu göstərici 0,1 % olduğu halda, Ermənistanda 10%, Qazaxistanda 1%, Rusiyada 9 % olmuşdur.

Tədqiqat və işləmələrə xərclər elmi təşkilatın maliyyə nəticələrinin (mənfəət, rentabellik) qiymətləndirilməsində istifadə edilir.

Xərclərin uçotu iki istiqamətdə aparılır: daxili və xarici xərclər.

Xarici xərclərə elmi tədqiqatı sona çatdırmaq üçün müqavilə ilə podratçıların yerinə yetirdiyi işlərə çəkilən xərclər aiddir.

Daxili xərclər isə cari və əsaslı xərclərə bölünür.

Cari xərclər aşağıdakı xərc elementlərindən ibarətdir:


  • işçilərin əmək haqqı xərcləri (əmək xidməti xərcləri);

  • sosial ehtiyaclara ödəmələr;

  • avadanlıqların, cihazların, stendlərin və s. alınması xərcləri;

  • digər material xərcləri;

  • digər cari xərclər.

Tədqiqat və işləmələrə əsaslı xərclər aşağıdakı kimidir:

  • tikinti, bina, torpaq sahəsinin əldə edilməsi;

  • əsas fondların, avadanlığın əldə edilməsi;

  • tədqiqat və işləmələrə əsaslı (kapital) xərclər.


3.3.Təhsil sisteminin maliyyə təminatının yeni metodları və onların təkmilləşdirilməsi istiqamətləri.
Təhsilin maliyyələşdirilməsi dövrümüzdə əksər dünya dövlətlərinin sosial siyasətinin priaritetlərindən hesab edilir. Son yüzillikdə dünya iqtisadiyyatının sürətli inkişafı və demokratik idarəetmə prinsiplərinin təkmilləşdirilməsi hökumətlərin sosial sferaya daha çox diqqət ayırmasını tələb edirdi ki, nəticədə təhsil sisteminin formalaşdırılması, maliyyələşdirilməsi kimi ciddi məsələlər hökumətlər qarşısında dayanan mühüm vəzifəyə çevrildi. Ümumilikdə təhsil xərcləri dedikdə bu sahəyə aid infrastrukturun formalaşdırılması və saxlanması, çalışanların əməkhaqqının ödənilməsi, innovasiyanın tətbiqinin maliyyələşdirilməsi kimi məsələlər nəzərdə tutulur.

Təhsil xərcləri maliyyələşdirmə mənbələrinə görə üç əsas qurupa bölünür:



  1. Dövlət maliyyələşdirmə mənbələri;

  2. Özəl (qeyri-dövlət) maliyyələşdirmə mənbələri;

  3. Beynəlxalq maliyyələşdirmə mənbələri.

Azərbaycanda isə bu sahədə əsas ağırlıq dövlətin üzərinə düşür. Beləki, ölkəmizdə ibtidai və orta təhsil məcburi xarakter daşıyır. Özəl sektorun təhsilin bu pillələrində fəaliyyət göstərməsinə baxmayaraq, ölkə üzrə 1287.3 min şagirdin yalnız 2.74 mini və yaxud 0.2%-i özəl təhsil müəssisələrinin payına düşür. Eyni zamanda ölkədə fəaliyyət göstərən 52 ali təhsil müəssisəsindən 37-si dövlətin, 15-i isə özəl sektorun payına düşür. Dövlətə məxsus ali təhsil müəssisələrində 125.7 min tələbə, özəl təhsil müəssisələrində isə 19.9 min tələbə təhsil alır. Yəni ölkədə ali təhsil müəssisələrində ümumi təhsil alanların 84%-i dövlətin, 16%-i isə özəl sektorun payına düşür.

Dövlət maliyyələşdirmə mənbələri mərkəzi, regional(icra hakimiyyəti), yerli(bəldiyyə) təmayüllü olaraq 3 kateqoriyaya bölünür. Təhsil Nazirliyinin xərcləri də daxil olmaqla digər nazirlik, idarə və icra hakimiyyəti orqanlarının təhsil üzrə xərclərini birləşdirən vəsaitlər mərkəzi hakimiyyətin təhsil xərclərinə daxil edilir. Bir çox hallarda bu qurumların xərclədiyi vəsaitlər təhsil xərcləri adı altında olmaya bilər. Məsələn icra hakimiyətlərinin hər hansı təhsil müəssisəsinin təmiri üçün ayırdığı xərclər infrastruktur xərcləmələri adı altında qeyd edilir. Regional və yerli hakimiyyət orqanlarının təhsil xərcləmələri daha çox infrastruktur xarakterli olub təmir tikinti işlərinə yönəldilir.

Hakimiyyətin qollarının təhsil xərcləri aşağıdakı üç xərc növü üzrə qruplaşdırılır

- Təhsil müəssisələrinə çəkilən birbaşa xərclər;

- Digər xərclər;

- Köçürmələr(transfertlər).

Təhsil Nazirliyi tərəfindən müəllim heyətinə ödənilən əmək haqqı, məktəblərin tikintisi ilə əlaqədar olaraq bələdiyyələrin tikinti müəssisəsinə ödənişləri, Təhsil Nazirliyi tərəfindən paylanmaq üçün dərsliklərin alınmasına ödənişlər,işçi heyətinin saxlanması və yaxud mal və xidmətlərin alınması üzrə xərclərin ödənilməsi məqsədilə dövlət tərəfindən ali təhsil müəssisəsinə ayrılan qrantlar, maliyyə müstəqilliyi olan dövlət məktəblərinə ayrılan dövlət vəsaitləri, özəl məktəbə dövlət subsidiyalarının verilməsi kimi xərcləmələr birbaşa ödənişlər qrupuna aid edilir. Lakin təhsil müəssisələrində inzibatçı heyətinin saxlanılmasına çəkilən xərclər birbaşa xərclərə daxil edilmir.

Mərkəzi, regional və yerli səviyyədə dövlət idarəetmə orqanlarının təhsil sektorunun idarə edilməsinə, yoxlama və nəzarət xidmətinin həyata keçirilməsinə, həmçinin təhsil qrafiklərinin hazırlanmasına çəkilən xərclər digər xərclər qrupuna aid edilir.

Təhsilin maliyyələşməsində transfertlər əsasən iki istiqamətli olur.

1) Ayrı-ayrı dövlət qurumları arasında xüsusilə yuxarı səviyyəli hakimiyyət qurumundan daha aşağı səviyyəli quruma köçürmələr. Bu növ köçürmələr dövlət xərclərinin ümumi məbləğinə daxil edilmir. Çünki, bu köçürmələr dövlət sektoru çərçivəsində həyata keçirildiyi üçün, təhsil xərclərinin ümumi məbləğinin dəyişməsinə səbəb olmur.

2) Ayrı-ayrı ev təsərrüfatlarına və yaxud hüquqi şəxslərə təhsilə görə köçürmələr. Buraya təhsil alanlara və onların ailələrinə həmçinin, hüquqi şəxslərə edilən transfertlər daxildir. Köçürmənin bu növü dövlət müavinəti, təqaüd, qrant və yaxud istiqraz şəklində edilə bilər.



Özəl maliyyələşdirmə mənbələridə öz növbəsində iki kateqoriyaya bölünür-ailələr və hüquqi şəxslər. Ailələr tərəfindən təhsil müəssisələrinə edilən ödənişlər və ailə büdcəsindən edilən digər təhsil xərcləri özəl maliyyələşmənin birinci kateqoriyasına aid edilir.Təhsil prosesində istifadə olunan şəxsi əşyaların alınmasına sərf olunan vəsait, təhsil alanın mənzil şəraitinin təmin edilməsi ilə əlaqədar ailə xərcləri ailələr tərəfindən təhsil təmayüllü digər xərclər sırasına aid edilir. Özəl təhsil maliyyələşməsinə aid hüquqi şəxslər tərəfindən ödənilən xərclər də təhsil müəssisələrinə ödəmələr və təhsil alanların ailələrinə ödəmələr olaraq iki növə ayrılır. Hüquqi şəxslərin təhsil müəssisələrinə ödəmələrinə şirkətlər və ya həmkarlar ittifaqları tərəfindən təhsil müəssisələrinə verilən subsidiyalar, özəl şirkətlər tərəfindən elmi tədqiqatların aparılması üzrə müqavilələrə əsasən universitetlərə edilən ödənişlər, sifarişli təhsil üçün ödənişlər, özəl fondların təhsil müəssisələrinə verdiyi qrantlar, xeyriyyəçilik məqsədilə təhsil müəssisələrinə ödənilən ianələr, özəl təşkilatlar tərəfindən icarəyə görə ödənişlər və s. aid edilir.

Təhsil maliyyəsinin üçüncü qaynağı isə beynəlxalq maliyyə mənbələridir ki, buraya beynəlxalq təşkilatlar tərəfindən təhsil sektorunun inkişafına ayrılan maliyyə yardımları aid edilir. Bu təşkilatlara Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatının təhsil sahəsi üzrə qurumları, qarşılıqlı fəaliyyətdə olan digər hökumətlərarası təşkilatlar, dövlət inkişaf agentlikləri və ölkədə fəaliyyət göstərən beynəlxalq qeyri-dövlət təşkilatları daxildir. Beynəlxalq maliyyə mənbələrindən daxil olan vəsaitlər ya təhsil müəssisələrinə verilən birbaşa ödəmələr və ya müvafiq hakimiyyət orqanlarına edilən transfertlər şəklində olur.

Ümumilikdə dövlətin əsas vəzifələrindən biri hər üç maliyyə mənbəyi üzrə təhsilə ayrılan xərclərin artımını və şaxələndirilməsini təmin etməkdir. Təsadüfi deyil ki, ölkə prezidentinin 24 oktyabr 2013-cü il sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”da bu məqama xüsusilə toxunub və təhsilin yeni maliyyələşdirmə mexanizminin yaradılması üzrə aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tutub:


  • Təhsil müəssisələrinin maliyyələşdirilməsinin bir təhsilalana düşən xərc məbləğinə əsasən həyata keçirilməsi;

  • Büdcədənkənar mənbələrdən maliyyələşən Təhsil İnkişaf Fondunun yaradıması;

  • Təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin yaradılması;

  • Təhsil tədqiqatlarına maliyyələşmənin yeni mexnizminin tətbiq edilməsi;

  • Ali təhsil müəssisələrinin dövlət vəsaitindən istifadə etmədən maliyyələşməsi üçün yeni kapital fondlarının yaradılması;

  • Aztəminatlı ailələrdən olan uşaqlara bərabər təhsil imkanları vermək üçün maddi dəstək siteminin formalaşdırılması;

  • Müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əmək haqqının mərhələlərlə artırılması;

  • Tam orta təhsildə bir şagirdə düşən təhsil xərclərinin artırılması və s.

Azərbaycanda təhsilin maliyyələşdirilməsi sahəsində mütərəqqi metodların tətbiq edilməsi ilk əvvəl ümumi təhsildə sınanmışdır. 

Belə ki, Dünya Bankının texniki və maliyyə dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsil Sektorunun İnkişafı Layihəsi üzrə 3 pilot rayonunda - İsmayıllıda, Ucarda və Şirvan şəhərində adambaşına maliyyələşdirmə mexanizminin tətbiqinin sınaqdan keçirilmişdir.Bu maliyyə islahatlarının əsas hədəfləri  aşağıdakı məqsədlər olmuşdur:

məktəblərə ayrılan vəsait bölgüsünü daha ədalətli və şəffaf qaydada həyata keçirmək;

məktəblərin öz vəsaitlərindən daha səmərəli şəkildə istifadə edə bilməsinə şərait yaratmaq;

məktəb şurası vasitəsi ilə məktəblərin daha yaxşı idarə olunmasına nail olmaq.

Qeyd olunan bu məqsədlər Azərbaycan üçün ümumi təhsil məktəblərində adambaşına maliyyələşdirmənin tətbiqinin aşağıdakı əsas üstünlükləri ilə səciyyələnir:

Yeni mexanizmin tətbiqi zamanı məktəbin ayrıca xəzinə hesab-kitabı açılır, müstəqil mühasibatlığı yaradılır və məktəb mövcud qanunvericiliyə uyğun olaraq sərbəst şəkildə özü maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirir;   

Məktəblərin büdcəsinin tərtibi və maliyyələşdirilməsi ilə bağlı subyektivizm halları aradan qaldırılır və şəffaflıq, ədalətlilik təmin olunur;

Məktəb büdcəsinin planlaşdırılmasında və idarə olunmasında məktəbin birbaşa iştirakı təmin edilir. Beləliklə, nəzərdə tutulan maliyyə vəsaitinin məktəblərin ehtiyaclarına daha səmərəli yönəldilməsi imkanı yaranır;

Məktəbdə təhsilin keyfiyyəti artır və idarəetmə təkmilləşir. Belə ki, məktəb maliyyələşdirmənin həcminin və maliyyə imkanlarının  artırılmasını təmin etmək üçün əlavə şagird qəbuluna stimullaşır. Bu isə, öz növbəsində, məktəblər arasında rəqabəti gücləndirir və təhsilin keyfiyyətinin yüksəlməsinə zəmin yaradır;

 Büdcədənkənar vəsaitlərin məktəbə cəlbinə və şəffaf istifadə edilməsinə şərait yaranır.Belə ki, məktəb hüquqi şəxs statusu əldə etdiyi üçün büdcədənkənar vəsaitlər üçün də xəzinədə hesab açmaq imkanı əldə edir;

 Məktəb müstəqil olaraq strateji sosial və iqtisadi planlar hazırlamaq imkanı əldə edir;

 Məktəb şəbəkəsi optimallaşır. Belə ki, yeni mexanizmin tətbiqi məktəbə maliyyə vəsaitlərinin mövcud sinif komplektlərinin sayına görə deyil, şagirdlərin sayına görə verilməsinə səbəb olduğundan əlavə maliyyə vəsaiti cəlb etmək məqsədilə az şagird sayı ilə siniflərin açılması və əlavə müəllimlərin işə qəbulu üçün süni ehtiyacların yaradılması   halları aradan qalxır.

Ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi istiqamətində ölkəmizdə hazırda çox əhəmiyyətli işlər görülməkdədir.

Belə ki, ölkə Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli Fərmanına  əsasən 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir. Bundan əlavə, Fərmana əsasən bundan sonra dövlət sifarişinin formalaşdırılmasında ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınacaq.Nəzərə almaq lazımdır ki, təhsildə adambaşına maliyyələşdirmə mexanizmi dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan ən mütərəqqi metodlardandır. Bu mexanizm dövlət büdcəsindən ali təhsil müəssisələrinə ayrılan vəsaitlərin bir tələbə üçün müəyyənləşdirilmiş xərc normativinə əsasən maliyyələşdirməni  nəzərdə tutur. Yəni bu o deməkdir ki, müvafiq kadr hazırlığı üzrə dövlət sifarişini yerinə yetirən təhsil müəssisələrinə maliyyə vəsaitləri tələbələrin sayından asılı olaraq veriləcəkdir.

Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı aşağıdakı ilkin nəticələr əldə olunmuşdur:

Mülkiyyət formasından, tabeçiliyindən asılı olmayaraq bütün ali məktəblərin dövlət sifarişi üzə kadr hazırlığında iştirakı üçün bərabər imkanlar yaradılmışdır; abituriyentlərin, həmçinin dövlət sifarişi üzrə qəbul olunmuş tələbələrin seçim imkanları artırılmışdır; dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi üçün ali məktəblərə vəsait ayrı-ayrı xərc maddələri ilə deyil, bir xərc maddəsi ilə ayrılmış və bu vəsaitlərin xərclənməsində ali məktəblərin səlahiyyətləri artırılmışdır; dövlət ali məktəblərinə əvvəlki illərdə dövlət hesabına qəbul olunmuş və II, III və IV kurslarda bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin xərclərinin ödənilməsi məqsədilə nəzərdə tutulan vəsait 4 xərc maddəsi üzrə proqnozlaşdırılmışdır; ali məktəblərin büdcədənkənar vəsaitlər üzrə icmal gəlir və xərclər smetasında əmək haqqı üzrə vəsaitin artırılması nəzərdə tutulmuşdur vəs.

N Ə T İ C Ə VƏ T Ə K L İ F L Ə R
XX əsrin 90-cı illərindən başlayaraq respublikamızda təhsilin inkişafı ilə bağlı çətinliklər formalaşmışdı. Bu çətinliklərə təhsilin inkişafını təmin edəcək zəruri qanunvericilik bazasının olmaması, təhsilin maliyyələşməsi problemlərini aid etmək olardı. Müasir dövrdə təhsilin inkişafı dövlət siyasətinin ən vacib məsələlərindən biridir. Çünki, təhsil nəinki sosial-iqtisadi, sosial-mədəni, elmi-texniki və texnoloji inkişafa nail olunmasında, eyni zamanda ölkənin iqtisadi təhlükəsizliyinin və davamlı inkişafının təmin olunmasında, cəmiyyətin gələcək nailiyyətlərində mühüm yer tutur. Bu səbəbdən də dövət təhsilin inkişafına xüsusi diqqət yetirir, təhsil sahəsində daim islahatlar həyata keçirir.

2013-cü ildə təhsil sferasında mövcud problemlərin aradan qaldırılması, təhsilin davamlı inkişafının təmin olunması üçün təhsilin inkişaf strategiyası qəbul olunmuşdur.

Azərbaycanda təhsilin maliyyələşməsində əsas rolu büdcə oynayır və hər il dövlət büdcəsindən təhsil sahəsinə vəsait ayrılır. Büdcədən ayrılmış təhsil xərclərinin təyinatı üzrə istifadəsi, vəsaitlərin xərclənməsinin şəffaflığının təmin olunması üçün 2014-cü ildən təhsilin maliyyələşməsinin yeni mexanizmindən istifadə olunmağa başlanmışdır.

Müəllimlərin bilik və bacarıqlarının üzə çıxarılması, onların dərs yükünün optimallaşdırılması, əmək haqqlarının artırılması üçün 2013-cü ildən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmağa başlanmışdır. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü 1,5 dəfə, əmək haqqları isə 2 dəfə artırılmışdır.

Həyata keçirilən tədbirlərə baxmayaraq təhsil sahəsində hələ öz həllini tapmamış problemlər qalmaqdadır. Bunun əsas səbəbləri kimi təhsilin sahəsinə kifayət qədər vəsaitlərin cəlb oluna bilməməsi, innovasion təhsilin zəif formalaşması, təhsil maddi-texniki bazasının müasir tələblərə tam cavab verə bilməməsi, təhsil müəssisələrinin strukturunda, idarə olunması sistemində problemlərin olması və s. məsələləri göstərmək olar.

Mövzu ilə bağlı aşağıdakı təklifləri vermək olar:

1. Müxtəlif səviyyəli mənbələrdən təhsilin ehtiyaclarına ayrılan vəsaitlərin məqsədli istifadəsinin təmin olunması ;

2. Təhsil müəssisələrinə əlavə vəsaitlərin cəlb olunması üçün şəraitin yaradılması;

3.İnnovasion təhsil proseslərinin stimullaşdırılması ;

4. Müəllimlərin əməyinin stimullaşdırılması ;

5.Təhsil müəssisələrində maddi-texniki bazanın müasirləşdirilməsi, ali təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları mərkəzlərinin, elektron kitabxanaların yaradılması;

6.Təhsil sektorunda keyfiyyətin təmin olunması, ali təhsil müəssisələrinin akkreditasiyasına beynəlxalq səviyyəli mütəxəssislərin cəlb olunması, universitetlərin nüfuzunun artırılması üçün tədbirlərin görülməsi;

7.Təhsil müəssisələrində idarəçilik strukturunun əsaslı təkmilləşdirilməsi, təhsil müəssisələrinin strukturunun və bütövlükdə onun idarə olunması sisteminin müasir tələblər baxımından modernləşdirilməsi;

8.Ali təhsil ixtisaslarının beynəlxalq ixtisas təsnifatına və əmək bazarının tələblərinə uyğunlaşdırılması.



Ə D Ə B İ Y Y A T S İ Y A H I S I


  1. Azərbaycan Respublikasının Konstitutsiyası. Bakı 1995. (24.08.2002 və 18.03.2009-ci illər əlavə və dəyişikliklərlə)

  2. “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu (2009-cu il 19 iyun)

  3. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ( 2013-cü il 24 oktyabr)

  4. Dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini tənzimləyən normativ-hüquqi sənədlər toplusu.

  5. Ə.Ə.Ələkbərov “Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafında vahid büdcə sisteminin rolu” Bakı 2005

  6. Ə.Ə.Ələkbərov “Sosial-iqtisadi inkişafın maliyyə-büdcə parametrlərinin tənzimlənməsi” Bakı 2007

  7. Ş. Ş. Bədəlov, R. B. Məhərrəmov, F. Ə. Qurbanov “Büdcə sistemi” Bakı 2003

  8. i.e.d. prof. Daməd Bağırov, i.e.d. prof. Mirələm Həsənli “Maliyyə” Bаkı 2011

  9. Mahmudov M. “Dünyada və Azərbaycanda təhsil sistemi” Bakı 2005

  10. Mehrabov A.O. “Azərbaycanda təhsilin müasir problemləri” Bakı 2007

  11. Mehrabov A.O. “Müasir təhsilin konseptual problemləri” Bakı 2010

  12. Novruzov N.,Hüseynov X. “Maliyyə” Bakı 2007

  13. Ataşov B., Novruzov N., İbrahimov E. “Maliyyə nəzəriyyəsi” Bakı 2014

  14. Zeynalov V. “Maliyyənin əsasları” Bakı 2008

  15. A.Mehtiyev, Q. İbadoğlu, R.Ağayev “Büdcə və təhsil”( təhsil işçiləri üçün yaddaş) “Ekspert” jurnalı Bakı 2004

  16. Novruov N. , İbrahimov E. “Büdcə sistemi” Bakı 2012

  17. Vəliyev Z. “Büdcə” Bakı 2010

  18. Əlirzayev Ə. “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” Bakı 2010

  19. Abdullayeva R.,Muradov A. “Sosial sferanın iqtisadiyyatı” Bakı 2009

  20. Cəlilova M. “Sosial sferanın inkişafının maliyyə büdcə problemləri” Bakı 2004

  21. С. В. Шишкин ; рец. В. Л. Тамбовцев, Ю. В. Федотов “Экономика социальной сферы” Москва: ГУ ВШЭ, 2003

  22. “Azərbaycan müəllimi” qəzeti 8 aprel 2011

  23. “Xalq” qəzeti 8 iyun 2010

  24. “Elm və innovasiya” jurnalı №1 Bakı 2011

  25. “Maliyyə və uçot” jurnalı

  26. www.maliyye.gov.az

  27. www.economy.gov.az

  28. www.president.az

  29. www.cbar.az

  30. www.edu.gov.az

  31. www.stat.gov.az

  32. dq.edu.az

  33. vergijurnali.az


РЕЗЮМЕ

Магистерская диссертации на тему « Особенности финансирования образования и подготовки кадров и их совершенствование».

В диссертациннои работе исследованы роль государственного бюджета в развитии системы образования Азербайджанской Республики в современных условиях, анализированы системы показатели, отражающие развития образования, характеризованы тенденции развития отдельных видов образования в стране. В работе также рассматриваются порядок планирования и финансирования системы образования и показывается особенности применения методы финансирования в общеобразовательных, высших и средных специальных образовательных учреждениях. На основе «Государственной Стратегии развития образования в Азербайджанской Республики» показывается пути совершенствование порядок планирования и финансирования системы образования в стране в новых условиях , обосновывается необходимость усиления финансового обеспечения далнейшего развития образование, как одно из приоритетных задач государство.


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə