Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 436,54 Kb.
səhifə1/7
tarix23.09.2017
ölçüsü436,54 Kb.
  1   2   3   4   5   6   7

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ
Əlyazması hüququnda
ASLANLI ORXAN NAZİM OĞLU
MİLLİ İQTİSADİYYATIN İNKİŞAFINDA NEFT AMİLİ VƏ ONDAN SƏMƏRƏLİ İSTİFADƏNİN DÖVLƏT MEXANİZMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ

mövzusunda
MAGİSTR DİSSERTASİYASI
İxtisasın şifri və adı: 060404 İqtisadiyyatın tənzimlənməsi

İxtisaslaşma: İqtisadiyyat

Elmi rəhbər: Magistr proqramının rəhbəri:

i.e.n. dos. M.M.Sadıqov i.e.n. İ.M.Mahmudov



Kafedra müdiri: i.e.d prof. M.A.Əhmədov

BAKI – 2016

MÜNDƏRİCAT

Giriş.........................................................................................................................3
I Fəsil. Azərbaycan iqtisadiyyatının formalaşmasında neft amili

1.1 Azərbaycanda neft sənayesinin yaranması və inkişaf mərhələləri..................6

1.2 Azərbaycanın neft sektorunun iqtisadiyyatın inkişafında rolu.....................13

1.3 Yeni neft strategiyası və onun tarixi əhəmiyyəti...........................................17


II Fəsil. Azərbaycanın neft sektorunun inkişafı və müasir vəziyyəti

2.1. Azərbaycanın neft sektorunun inkişaf dinamikası........................................27

2.2. Neft gəlirlərinin formalaşması xüsusiyyətləri...............................................33

2.3 Neft gəlirlərinin istifadə olunması istiqamətləri............................................45



III Fəsil. Neft gəlirlərindən səmərəli istifadə edilməsinin dövlət mexanizmi, təkmilləşdirilməsi və qeyri-neft sektorunun inkişafı perspektivləri

3.1 Qloballaşma şəraitində Azərbaycanın neft gəlirlərinin səmərəli istifadəsinin dövlət mexanizminin təkmilləşdirilməsi məsələləri.....................................49

3.2 Müasir dövrdə qeyri-neft sektorunun inkişafı istiqamətləri..........................59

Nəticə......................................................................................................................72

Ədəbiyyat...............................................................................................................74

Abstract..................................................................................................................76

Резюме....................................................................................................................77


GİRİŞ
Mövzunun aktuallığı: Neft sivilizasiyasının təşəkkül tapmasından bu yana neft-qaz resurslarının potensialı dünya siyasətində əsas strateji hərbi, diplomatik qüvvə, siyasi-iqtisadi strategiyanın formalaşma mənbəyi, milli gücün önəmli faktoru hesab edilir. Neft və qaz müasir dövrdə zəruri istehsal, iqtisadi və maliyyə resursu olmaqla sənaye potensialının mühüm energetik komponentidir. Müasir sivilizasiyanın sürətli inkişafı mühüm yanacaq-energetika ehtiyatları, neft və qaz olmadan qeyri-mümkün olardı. Sosial gücü, şəhər qurma və aqlomerasiya effekti mühüm olan bu resursa nəzərən bəşər cəmiyyəti ayrılıqda, həmçinin iqtisadiyyatın bütün sahələrində əsas özünü lazımi enerji və nəqliyyat xidmətiylə təmin etmiş olur. Obrazlı desək, neft və qaz kompleksi iqtisadiyyatın investisiya istiliyini alovlandıran güclü və rahat sektor funksiyyası rolunu yerinə yetirir.

Azərbaycan nadir karbohidrogen xammalı ehtiyatlarına malik neft ölkəsidir və onun mənimsənilməsi və istifadəsi ilə bağlı olduqca zəngin tarixə malikdir. Neftin hasilatında mühüm tarixi ənənələri olan respublikamız özünün geniş ehtiyatları ilə paytaxt Bakı timsalında, XIX əsrin sonunda və XX əsrin əvvəllərində sənayeləşən qlobal iqtisadiyyatın əsas enerji regionlarından biriydi. Təsadüfi deyil ki, 1898-1901-ci illərdə dünyada hasil edilən neftin yarıdan çoxu Bakının neft rayonlarında çıxarılmışdı. Orta hesabla hər il 10 milyon tona bərabər olan bu toplumun mütləq əksəriyyəti Azərbaycanın hüdudlarından kənarda, demək olar ki, dünyanın 4 bir yanında istehlakçı tələblərini ödənilməsinə yönəldilirdi. Bakı əsas qlobal neft mərkəzlərindən biri kimi möhtəşəmliyini II Dünya müharibəsindən sonra da qoruyub, saxlamış və Azərbaycanda hasil olunan neft bütün dövrlərdə nəhəng dövlətin, SSRİ-nin sənayesinin, hərb maşınının, geniş istismar texnikasının başlıca generasiya mənbəyini təşkil etmişdir.



Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsiynən ilk olaraq neft və qaz sərvətlərinin xalqa məxsusluğu bütünlükə təmin olunmuş və ondan milli, dövlət mənafeyi baxımdan geniş istifadə etdirilməsiyçün real əlverişli şərait yaranmışdır. Bununla bərabər, yeni geosiyasi situasiya Azərbaycanın Xəzər sektorunda ötən əsrin son onilliyində aşkar olunan iri karbohidrogen yataqlarının beynəlxalq əməkdaşlıq çərçivəsində fəal işlənməsinə də əsaslı zəmin olmuşdur. Bütün bunların fonunda Heydər Əliyevin rəhbərliyi altında ölkənin milli neft strategiyası formalaşmışdır. Praktiki müstəvidə “Əsrin müqaviləsi”-ndən baslanğıcını götürən milli neft strategiyası multiplikativ effektdə prezident İlham Əliyevin inamlı fəaliyyəti sayəsində aparılan geniş islahatlarla daha da təkmil istiqamətə yönəlmiş, çoxsaylı beynəlxalq neft kontraktlarının bağlanmasıyla ölkəyə nəhəng investisiya axınının gəlməsini, transmilli neft və qaz ixrac boru kəmərlərinin inşasını, yeni yanacaq və enerji infrastruktur quruculuğunun, sosial-iqtisadi inkişafa əlavə stimul verən ölkənin milli neft fondunun yaradılmasını təmin etmişdir. İndi bu sərvətlərin daha səmərəli istifadəsi ümummilli inkişaf strategiyasının əsas prioritetlərindən 1-ni təşkil edir. 1994-cu il 20 sentyabrında «Əsrin müqaviləsi»-nin imzalanmasıyla yeni neft strategiyası irəli sürülmüş, dünyanın bir çox şirkətləri ilə Xəzər dənizində ilk dəfə neft və qaz yataqlarının birgə istismarına başlanilmışdır. Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq saziş iqtisadiyyatımızın dinamik inkişafının əsasını qoydu və onun praktiki nəticələri bugün göz qabağındadır. Həmin tarixdən başlayan bütün görülən işlər, bugünkü və gələcək nəsillərə xidmət etməkdədir. Bu nəzərdən baxıldığında seçdiyimiz bu mövzu günün aktual məsələlərindəndir.

Tədqiqatın predmeti və obyekti. Tədqiqatın obyekti neft gəlirlərindən səmərəli istifadə, Azərbaycanın neft strategiyası və ölkənin sosial-iqtisadi inkişafında neftdən daxil olan gəlirlərinin rolunun müəyyən edilməsidir. Tədqiqatın predmeti iqtisadiyyatımızın inkişafında neft gəlirlərindən istifadənin səmərəliliyinin artırılması və bu sahədə dövlət mexanizminin hazırlanması istiqamətidir.

Tədqiqatın məqsəd və vəzifələri. Ölkə iqtisadiyyatının inkişafında neft strategiyasının rolunun və əhəmiyyətinin müəyyənləşdirilməsi, bu sahəyə uyğun olaraq elmi təkliflərin irəli sürülməsi, neftdən daxil olan gəlirlərin ölkənin sosial-iqtisadi inkişafında təsiri istiqamətlərinin öyrənilməsi, qeyri-neft sektorunun inkişafı məsələləri təşkil edir.

Tədqiqatın informasiya bazası. Tədqiqat işinin nəzəri, metodoloji əsasını ölkəmizin və xarici ölkə alimlərinin əsərləri, problemlə bağlı mövcud ideya-nəzəriyyələr təşkil edir. Tədqiqatda informasiya bazasını Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, qanunlar, müvafiq dövlət qurumlarının hesabat sənədləri, Dövlət Neft Fondunun, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin və digər qurum və şirkətlərin rəsmi-elektron məlumat bazaları, həmçinin müxtəlif elmi jurnalların və dövri mətbuatın məlumatları təşkil edir.

Tədqiqatın elmi yeniliyi. Yeni yanaşma üsullarından istifadə etməklə milli iqtisadiyyatın inkişafında neft amili, neftdən səmərəli istifadənin dövlət mexanizminin hazırlanması, qeyri-neft sektorunun inkişafının əhəmiyyəti açıqlanmışdır. Dissertasiyanın elmi yeniliyi aşağıdakılardır:

  • Tədqiqatda ölkənin neft strategiyasının formalaşması amilləri və xüsusiyyətləri araşdırılmışdır;

  • Müstəqil Azərbaycanın neft strategiyası geniş tədqiq olunmuş və onun uğurları sistemləşdirilmişdir;

  • Neft gəlirlərindən səmərəli istifadə üsulları araşdırılmış və qeyri-neft sektorunun inkişafı, ixrac potensialı və s. məsələlər geniş şərh edilmişdir.

Dissertasiyanın strukturu.Magistr dissertasiyası giriş, 3 fəsil, nəticə və təkliflər, habelə istifadə edilmiş ədəbiyyat siyahısından ibarət olmaqla 81 səhifə həcmindədir. Dissertasiyada 5 cədvəl, 3 diaqram qurulmuşdur.

I Fəsil. Azərbaycan iqtisadiyyatının formalaşmasında neft amili

1.1 Azərbaycanda neft sənayesinin yaranması və inkişaf mərhələləri

Azərbaycanda neft sənayesinin tarixi Abşeron yarımadasında 1848-ci ildə qazılmış dünyada ilk neft quyusundan başlayır. Bu quyu Xəzər dənizinin sahilində Bibiheybətdə mexiniki üsulla qazılmış neft quyusu idi. Neft sənayesi inkişafının başlanğıcı da bu dövrdən hesab olunur. Bu dövrdə neft quyuları əllə qazıldığından və çıxarılan neftin azlıq təşkil etməsinə baxmayaraq, o dövr üçün neftə olan tələbatı müəyyən qədər ödəyirdi. Lakin zaman keçdikcə sənayenin inkişafı ilə neftə, yanacağa olan tələbat artdı.

XIX əsrin 70-ci illərindən başlayaraq, neft istehsalında sənaye üsuluna keçilmiş və bir neçə ildə Bakı neft sənayesi özünün ən coşğun inkişaf mərhələsinə qədəm qoymuşdur. Bununla da yeni neft erasının başlanğıcı qoyulmuşdur. 1871-ci ildə buruq üsuluynan ilk neft quyusu qazıldı, beləliklə neftin quyudan jelonkalarla çıxarılmasına başladılar. Neft sənayesində əl əməyindən istifadənin buxar mühərrikləri ilə əvəz edilməsi bu sənaye sahəsinin manufaktura inkişaf mərhələsindən iri fabrik istehsalı səviyyəsinə keçməsi demək idi. Xarici kapitalın Azərbaycan neftinə qoyulması, onun istehalı və nəql edilməsində sənaye üsuluna keçilməsi əsrin sonlarında Bakını dünyanın əsas neft mərkəzlərindən birinə çevirmişdi. Yeni texnologiyanın tətbiqi və güclü kapital qoyuluşu neft sənayesində qısa bir vaxtda əsaslı texniki çevriliş etmişdir. Bunun isə əsas səbəbi 1872-ci ildə iltizam axınının başlanması üçün əlverişli şəraitin yaranması idi. İlk dövrdə əsas sərmayəçilər Rusiyanın Zaqafqaziya və bəzi daxili quberniyalarının nümayəndələrindən ibarət idi. 70-ci illərin ortalarından isə Qərbin işgüzar dairələri də Azərbaycan neft sənayesinə xüsusi maraq göstərməyə başlayırlar.

Qərb sərmayeçilərindən Bakıya ilk gələnlər arasında İsveç təbəələri olan Nobel qardaşları 1875-ci ildə kiçik ağ neft zavodu əldə edərək, Azərbaycan neft sənayesində fəaliyyətə başladılar. 1879-cu ildə «Nobel qardaşları» şirkəti yaradılarkən təsisçilər arasında Nobel qardaşları ilə yanaşı, isveçli Şeqren və Nellis, Rusiya təbəələri P.Bilderlinq və Belyamin də var idi. O zaman kifayət qədər kapitala malik olmayan yerli sahibkarlar neftin çıxarılması məsələlərini günün tələbləri səviyyəsində səmərəli şəkildə həll edə bilmirdilər. 70-ci illərin sonunda A.Səlimxanovun neftli torpaqlarını icarəyə götürmüş avstriyalı Y.Doçar, 80-ci illərin ortalarında isə Bakıda fəaliyyətə başlamış olan kapitalistləri O.Lens, K.Vayzer, O.Kvel və başqaları Azərbaycan neft sənayesinə kapital qoymuş Qərb sahibkarlarının sırasını genişləndirdilər. XIX 80-ci illərinin ikinci yarısında «Xəzər-Qara dəniz cəmiyyəti»-nin nəzarət-səhm paketinin Paris bankiri Rotşild tərəfindən alınması neft sənayesində Qərb kapitalın nüfuzunun artması meylini daha da gücləndirdi. 70-ci illərin sonlarından başlayaraq, xarici kapital sahiblərinin, xüsusən, Nobel qardaşlarının və Rotşildin neft sənayesinə yönəltdiyi kapital qısa müddət ərzində böyük texniki irəliləyiş və istehsalın artmasına təkan verdi.

1918-ci ildə ölkəmizdə demokratik dövlət yaradılmış, Azərbaycan Demokratik Respublikası öz müstəqilliyini əldə etmiş, iki ilə yaxın müddətdə müstəqil dövlət kimi yaşamış bu dövlət xalqımıza mənsub olan sərvətlərdən onun rifahı naminə istifadə edilməsi üçün səylər göstərmişdir. Bu müddət ərzində Azərbaycan öz neftindən sərbəst istifadə etmək hüququ əldə etsə də, bununla yanaşı, ingilislər, ruslar və başqa dövlətlər də Azərbaycanın nefti uğrunda qızğın mübarizəyə girmişlər. Bu isə mürəkkəb struktura malik Azərbaycan xalq təsərrüfatının rus və xarici kapitaldan iqtisadi asılılığa təhkim etmişdi. Azərbaycan heç bir formada hazır sənaye məhsulu ixrac etmədiyi halda, demək olar ki, bütün əmək alətləri və istehsalat şeylərini üç qat baha qiymətə idxal edirdi. Bu, rus və xarici kapitalistlər tərəfindən Azərbaycana iqtisadi təzyiq və zəhmətkeşləri var-yoxdan çıxartmaq vasitəsi kimi, nəinki artıq məhsulları, hətta ölkənin sənaye müəssisələrində çalışan zəhmətkeşləri də bilavasitə rus və xarici kapitaldan asılı etmişdi. Lakin təskinlikverici hal onlan ibarətdir ki, bu müddətdə Azərbaycan müstəqil şəkildə öz təbii sərvətlərindən istifadə etmək hüququna sahib olaraq, xalqın həyat tərzinin yaxşılaşmasına çalışmışdır. Təəssüflər olsun ki, dövlətimiz bu məqsədini həyata keçirə bilməmiş və 1920-ci ildə onun varlığına Rusiya imperiyası tərəfindən son qoyulmuşdu. Elə həmin ildə də Azərbaycanda Sovet Sosialist Respublikası qurulmuşdur. Bundan sonra 70 il ərzində Azərbaycan həmin quruluş şəraitində Sovet İttifaqının tərkibində olmuşdur. Azərbaycan xalqının ən böyük sərvəti olan neftdən Sovet İttifaqının mənafeyi üçün istifadə edilmişdir.

Azərbaycanda sovet hökuməti qurulduqdan sonra milliləşdirilmiş neft sənayesini bərpa etmək və inkişaf etdirmək üçün mühüm tədbirlər işlənib hazırlandı və ardıcıllıqla həyata keçirilməyə başlandı. Bu vaxtlarda neft sənayesi bərbad vəziyyətdəydi.Minlərlə istismar quyusu dayanmış, bir çox ərazilərdə neftli sahələri su basmış, qazma işləri tamamən dayanmış vəziyyətdəydi. Bununla belə, Bakı ölkənin neft mərkəzi olaraq qalmışdı. Mövcud olmuş neft hasiletmə sənayesinin inkişafı zəngin neft və qaz yataqlarının olması ilə əsaslandırılmış, güclü yanacaq sənayesinin inkişafına ehtiyac yaranmış, tez bir zamanda bu inkişaf edərək və genişlənərək sənayenin başlıca inkişaf istiqamətlərini təşkil etmişdi. Azərbaycanda da sənayeləşmənin ilk illərində onun strukturu formalaşmışdı. Respublikada sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan İnqilab Komitəsi neft sənayesini milliləşdirmək barədə dekret qəbul etdi. Milliləşdirilmiş neft sənayesini idarə etmək üçün Azərbaycan neft komitəsi təşkil edildi və ölkədə neft sənayesində ilk quruculuq planları həyata keçirilməyə başlandı. 1922-ci ildə Sabunçuda 8-ci mədəndə ilk sovet quyusu qazıldı. Həmin ildə Bibiheybət buxtasında Xəzər dənizində yaradılan süni adacıqda SSRİ-də ilk dəniz neft quyusu qazıldı və 1923-cü il aprelin aprelin 18-də 6 quyudan neft fontan vurmaqla, neftlə zəngin İliç buxtası kəşf edildi. Bütün ölkə üzrə neft hasilatının ümumi həcmində Azərbaycanın payı 1928-ci ildə 66%-ə qədər, 1940-cı ildə isə 71,5%-ə qədər idi.

Sovet İttifaqının xarici ticarətində Azərbaycan nefti son dərəcə mühüm rol oynayırdı. Belə ki, 1923-35-ci illərdə SSRİ-nin xarici ticarətində Azərbaycan neft məhsularının xüsusi çəkisi orta hesabla 10% təşkil edirdi. Burada mühüm rol neftdən və neft məhsullarının satışından əldə edilən gəlirlə, ölkənin sənaye müəssisələrini və texnologiyanı yeni avadanlıqlarla təchiz etmək idi. Respublikanın neft sənayesi ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyətə malik idi. Azərbaycanın gəliri 1933-40-cı illərdə ölkə neft sənayesinə yuxarıdan kapital qoyuluşunun 1/3-ni təşkil edirdi.

Böyük Vətən müharibəsi illərində Şimali Qafqazın müharibədən zərər çəkməsi nəticəsində neft hasilatı xeyli azalmışdır. Bununla belə, Azərbaycan neft sənayesi qarşısında cəbhəni neftlə təmin etmək kimi məsuliyyətli bir vəzifə qoyulmuşdu. Mərkəzin çətinliklərini neft və neft məhsullarına olan tələbatını daha çox Bakı ödəyirdi. Qırmızı Ordunun artmaqda olan tələbatını Azərbaycan neftçiləri yanacaq və sürtkü yağları ilə ödəyirdilər.

Müharibə vaxtı bütün çətinliklərə baxmayaraq, 1941-ci ildə neft hasilatı özünün ən yüksək səviyyəsinə 23541 min tona çatdırdı. Bakı fəhlələri və mühəndis-texnika işçiləri Böyük Vətən müharibəsi illərində aviasiya benzini istehsalını 3 dəfə artırdılar. Bakı ölkədə istehsal olunan yanacaq və yağın 70%-dən çoxunu verirdi. İkinci Dünya müharibəsində faşist işğalçılarının darmadağın edilməsində Qırmızı Ordunun hər 1000 tankı və 700 təyyarəsindən çoxu Bakı neftinin yanacağı ilə işləyirdi. Hər şeydən əvvəl neftçilərin ən böyük xidməti müharibədə tanklarımızı və təyyarələrimizi ciddi çətinliklərə baxmayaraq, yanacaq və sürtkü yağları ilə təmin etmək idi. Təkcə 1941-45-ci illərdə Azərbaycan neft sənayesi ölkəyə 75 min ton neft, 22 min ton benzin və başqa neft məhsulları vermişdir ki, bu da bütün ölkədə çıxarılan neftin 75%-ni təşkil edirdi.

Müharibə başa çatdıqdan sonra respublikanın neft sənayesi inkişafında yeni mərhələ başladı. 1949-cu ilin noyabr ayın 7-də açıq dənizdə «Neft Daşları»nda qazılan kəşfiyyat quyusundan güclü neft fontan verdi. Burada Azərbaycan dəniz neftçi-lərinin yüksək peşəkarlığının simvolu sayılan, dünyada analoqu olmayan, dirəklər üzərində unikal şəhər yaradılmışdı. «Neft Daşları» yatağının irimiqyaslı istismarı 1951-ci ildə birinci istehsal quyusunun qazılması ilə başlanmışdır. Yatağın istismara verilməsindən sonra Azərbaycan neftçilərinin ilk təcrübəsi dünya dəniz neft-qaz hasilatının inkişafında dönüş mərhələsi oldu və yer kürəsinin digər regionlarında dəniz sərvətlərinin işlənməsinin əsasını qoydu. Bu yatağın kəşfindən sonra 1300-dən çox quyu istismara verilmiş və onlardan 157 milyon tondan çox neft hasil edilmişdir. Bu yataq Abşeronun 50 kilometrliyində, palçıq vulkanlar və kiçik adalar silsiləsinin yaxınlığında dənizin dərinliyinin 60 metrə çatdığı yerdədir. Sonrakı illər Abşeron arxipelağında yeni-yeni məhsuldar neft yataqları istifadəyə verildi.

60-cı illərdə neft-qaz sənayesinin səmərəliliyi və inkişaf sürəti son dövrlər ərzində ən aşağı səviyyəyə enmişdi. Bu mərhələdə neftin ümumi hasilatı 1,3 milyon ton, qaz hasilatı isə 659 milyon kubmetr azalmışdı. Belə bir vəziyyətdə Azərbaycan Respublikası Mərkəzi Komitəsinin birinci katibi seçilmiş Heydər Əliyev özünəməxsus enerji və böyük təşkilatçılıq qabiliyyəti ilə respublikanın bütün xalq təsərrüfatını, o cümlədən neft və qaz sənayesini yenidən qurmağa başladı. H.Əliyevin səyləri nəticəsində «Azərneft» üzrə neft hasilatının azalması sürəti 1970-ci ildəki 7,2%-dən 4,3%-ə endi. Neft sənayesində geoloji kəşfiyyat işlərinin səmərəliliyi xeyli artdı, 8 yeni yataq kəşf edildi. 60-cı illərin axırlarına nisbətən neftin sənaye ehtiyatları artımı üç dəfə, qazın sənaye ehtiyatları artımı iki dəfə çoxaldı. 5 il keçdikdən sonra rəsmi sənədlərdə qeyd edilirdi: «1975-ci ilin axırına yaxın «Azərneft» və «Xəzərdənizneft» məhsul satışına dair plan tapşırığını vaxtından əvvəl yerinə yetirmişlər. Qaz hasilatına dair planlar artıqlaması ilə yerinə yetirilmiş, 1966-1970-ci illərdəkinə nisbətən 1,5 dəfə çox qaz çıxarılmışdır. Neft hesabı ilə götürüldükdə, ümumi neft və qaz hasilatı 1975-ci ildə 27,1 milyon ton olmuşdur ki, bu da respublikada 1941-ci ildəki ən yüksək hasilatdan 3,5 milyon ton çoxdur».

70-ci illərin əvvəllərində Azərbaycan neft sənayesinin inkişafında yeni mərhələ başlandı. Neft emalı sahəsində H.Əliyevin yeritdiyi müdrik iqtisadi siyasət Bakıda iri neftayırma kompleksi yaradılmasının əsasını təşkil etdi. Ölkə rəhbərliyinin təşəbbüsü ilə Bakının neftayırma zavodlarını başdan-başa yenidən qurmaq vəzifəsi qarşıya qoyulmuşdu. Katalitik riforminq üsulu ilə benzin istehsalı və neftin ilk emalı üzrə texnoloji qurğuların bu kompleksləri neft sənayesini əsaslı surətdə yenidən qurmağa və onu yeni texnika ilə təchiz etməyə, məhsul istehsalının səmərəliliyini artırmağa, xammal və maddi resurslardan daha sərfəli istifadə etməyə imkan verdi. 70-80-ci illərdə Azərbaycanda iri gəmilərdən, təchizat gəmilərindən ibarət güclü dəniz neft donanması yaradıldı. Bir sıra üzən qazma qurğularının, yarımdalma qazma qurğularının və özüqalxan qazma qurğularının yaradılması o dövrün ən böyük ilərindən idi. Bu illərdə dənizin dərinliyi 200 metrə çatan sahələrdə 6000 metr dərinlikdə quyu qaza bilən «Şelf-2» qurğusunun yaradılması neft sənayesinin inkişafına böyük təkan verdi.

70-ci illərin axırlarında ən qısa müddət ərzində Bakıda estakadalar quraşdırmaq üçün xüsusi kranlar, böyük ağırlıqlar qaldırmağa qadir kranlar quraşdırılmış gəmilər yaradıldı, fərdi özüllərin bloklarını quraşdırmaq üçün xüsusi meydançalar düzəldildi, metal konstruksiyalar hazırlayan və onların üzərinə korroziya əleyhinə örtük çəkən müəssisə istifadəyə verildi. Xüsusi nəqliyyat və neft-mədən donanması yaradıldı. Hələ 80-ci illərdə ölkə başçısı dənizdə kəşfiyyat işlərini genişləndirməyin, 1996-cı ilədək yeni dəniz yataqlarını kəşf etməyin zəruriliyini dönə-dönə qeyd edib göstərirdi ki, gələcəkdə respublikanın neft və qaz sənayesinin daha da inkişaf etdirilməsindən ötrü etibarlı xammal bazası yalnız bu yolla yaradıla bilər.

1978-ci ildə respublikaya rəhbərlik edərkən o, «Günəşli» prespektiv strukturuna çıxışla əlaqədar olaraq, mütəxəssislərin qarşısında dənizin 100 metrədək və daha çox dərinliklərini ən qısa müddətlərdə mənimsəməyə imkan verən stasionar dəniz platformaları yaratmaq vəzifəsi qoydu. Qısaldılmış tetraedr şəklində dayaq bloklardan stasionar platforma layihələşdirildi və Xəzər dənizi akvatoriyasındakı Günəşli yatağında suyun dərinliyi 84 metr olan yer üçün quraşdırıldı. Dənizdə neft hasilatının sürətini artırmaqdan ötrü Bakı dərin özüllər zavodundakı istehsal qurğularının tam mənimsənilməsi sürətini artırmaq tələb olunurdu ki, müəssisə hər il azı 3-5 dərin özüllü platforma buraxa bilsin.

İttifaq dövründə Respublikada maşınqayırma sənayesi ilə bağlı bir sıra güclü potensiala malik komplekslər yaradılmışdı. O cümlədən neft-mədən maşınqayırma kompleksi güclü potensiala malik olmaqla, respublika iqtisadiyyatının, habelə ittifaqın neft və qazçıxarma sənayesinin inkişafında böyük əhəmiyyət kəsb etmişdir. Bir-biri ilə sıx bağlı olduğundan neft və qaz sənayesinin sürətli inkişafı respublikamızda neft-mədən maşınqayırma sənayesinin inkişafına da təkan vermişdi. Əsrin ortalarında Volqa boyunda, Qərbi Sibirdə, Qazaxıstanda, Türkmənistanda və başqa bölgələrdə yeni-yeni neft-qaz yataqlarının kəşfi neft-mədən avadanlığına olan tələbatı daha da çoxaltdı. İttifaq səviyyəsində bu tələbatı ödəmək üçün Azərbaycanda güclü neft-mədən maşınqayırma kompleksi yaradıldı. 70-ci illərdə «İttifaqneftmaş» ümumi ittifaq sənaye birliyinin yaradılması da istehsalın daha çevik və sürətli təşkilinə, ixtisaslaşdırılmasına, keyfiyyətin yüksəldilməsinə xidmət edirdi. 80-ci illərin əvvəllərində ittifaqın neft-mədən avadanlıqlarına olan tələbatının 70-80%-ni bizim neft-mədən maşınqayırma kompleksi ödəyirdi. Səttarxan adına zavod o dövrün ən nəhəng müəssisələrindən olub, bu tələbatların böyük hissəsi onun payına düşürdü.

70-ci illərin sonu 80-ci illərin əvvələri Azərbaycanın neft sənayesinin inkişafında müstəsna rol oynamış, neft hasilatı xeyli artmışdı. Bunun isə əsas səbəbi o dövrlər üçün nəinki Azərbaycan, hətta bütün sovetlər ittifaqı üçün yeni , əzəmətli texnologiyalardan olan «Xəzərdənizneft» yarımdalma üzən qazma qurğusunun quraşdırılması idi. Bu qurğunun köməyi ilə 1981-ci ildən başlayaraq, bir sıra quyular qazılmışdır: 1982-ci ildə «Günəşli» yatağında 5 nömrəli, 1984-cü ildə 14 nömrəli, 1985-86-cı illərdə «Çıraq» yatağında 15 və 16 nömrəli quyular qazılmışdır. Sonralar 1991-ci ildə bu yataqda 6 nömrəli quyuda 12 neftli-qazlı horizont açılmışdır. 1987-ci ildə isə «Kəpəz» neft mədəninin kəşf olunması o dövr üçün mühüm hadisələrdən idi. Ümumiyyətlə, bu müddət ərzində «Xəzərdənizneft» 8 quyu qazılmış və kəşf edilmiş neft ehtiytı isə 36,4 milyon tonartmışdır.

Ümumiyyətlə, 1920-ci ildən başlayaraq, Azərbaycanın həyatında çox böyük dəyişikliklər baş vermişdir. Bu dövrdə Azərbaycanın neft sənayesi, iqtisadiyyatı inkişaf etdirilmiş, respublikada nəhəng sənaye potensialı, elmi potensial yaradılmış, bir sözlə neft sənayemiz böyük tarixi yol keçmişdir.

Sovet İttifaqının iqtisadi qüdrətinin artırılması və sənaye potensialının inkişafı üçün Azərbaycanın neft sənayesi çox lazımlı olduğundan buraya çox böyük səylər yönəldilmişdir. Odur ki, Azərbaycanda neft sənayesinin inkişafında mühüm nailiyyətlər qazanılmışdır. Ancaq təəssüflər olsun ki, bu böyük bir müddətdə Azərbaycan öz neftinin sahibi olmamışdır.

1980-cı illərin sonu 90-cı illərin əvvələrində Azərbaycanda, eləcə də SSRİ-nin tərkibində olan digər respublikalarda müstəqillik meylləri gücləndi. Bunun da nəticəsində 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini elan etdi və həmin ilin sonunda isə SSRİ vahid imperiya kimi öz fəaliyyətini dayandırdı. Müstəqillik əldə etdikdən sonra Azərbaycan xalqı yenidən öz təbii sərvətlərinin sahibi olmuşdur. Qısa müddətdə dövlət müstəqilliyimiz möhkəmlənmiş və indi Azərbaycan gələcəyə doğru inamla addımlayır. Milli suverenliyin və dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün iqtisadiyyatda əsaslı islahatların həyata keçirilməsinin, bazar iqtisadiyyatına keçidin, dünya iqtisadi sistemi ilə inteqrasiyanın və qarşılıqlı xarici iqtisadi əlaqələr yaradılmasının böyük əhəmiyyəti vardır. Sovet İttifaqının dağılmasından sonra respublikanın xarici təsərrüfat əlaqələrinin qırılması və daxili vəziyyəti, ölkədə iqtisadi şəraitin günbəgün pisləşməsi və maliyyə vəsaiti çatışmazlığı Xəzər dənizinin Azərbaycan sektorunda neft yataqlarının xarici neft şirkətləri ilə müştərək istismarının zəruriliyini irəli sürürdü. Məhz, bu problemlərin həlli məqsədilə 1994-cü ildə xarici şirkətlərlə ilk neft kontraktı bağlandı və bunun ardınca respublikada daha 15 kontrakt imzalandı ki, bunların da gerçəkləşməsi üçün təqribən 40 milyard dollar məbləğində investisiya qoyulması nəzərdə tutulurdu.


: application -> uploads -> 2016
2016 -> Ali məktəb psixologiyası
2016 -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Mərkəzi Hacıyev Tural Eldar oğlu
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Magistratura məRKƏZİ
2016 -> İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya
2016 -> Bilet 1 Davranış iqtisadiyyatı Süni intellektin yaranmasının başlanğıc mərhələsi İnformasiya, verilən, məlumat, bilik Verilənlər bazasının modelləri Bioloji neyron İqtisadi informasiyanın layihələndirmə mərhələləri Genetik alqoritmlər Bilet
2016 -> Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə