Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


II Fəsil. Azərbaycanın neft sektorunun inkişafı və müasir vəziyyəti



Yüklə 436,54 Kb.
səhifə3/7
tarix23.09.2017
ölçüsü436,54 Kb.
#1220
1   2   3   4   5   6   7

II Fəsil. Azərbaycanın neft sektorunun inkişafı və müasir vəziyyəti

2.1 Azərbaycanın neft sektorunun inkişaf dinamikası

Azərbaycanda neft hasilatı ilə mərkəzləşdirilmiş şəkildə ARDNŞ məşğul olur. Dövlət Neft Şirkəti (ARDNŞ) neft-qaz yataqlarının kəşfiyyatı, hazırlanıb, işlənməsindən tutmuş, istehlakçıya çatdırılmasına kimi bütün istehsal tsiklin əhatə eliyən şaquli inteqrasiyalı müəssisədir. Onun tərkibində neft-qaz çıxarılması, geoloji kəşfiyyatı, neftin emalı, nəqliyyat-tikinti müəssisələri, emal-tədqiqat institutları, digər müəssisələr fəaliyyət göstərir. Bu iri neft təşkilatı hazırda Azərbaycanda neft-qaz hasil olunması sahəsində fəaliyyətdə olan vahid neft müəssisəsidir. Azərbaycan üçün mühüm önəmi olan bu fəaliyyət sahəsi hələ ki dövlətin inhisarındadır.

Hazırkı dövrdə milli neft strategiyasının gerçəkləşməsi prezident İlham Əliyevin fəaliyyəti nəticəsində uğurla yüksəlməkdədir. Yeni mərhələ (2003-2011-ci illərdə) axtarış-kəşfiyyat və qazma işinin nəticəsi əsasında respublikanın neft-qaz ehtiyatlarının artımı, əlavə beynəlxalq neft müqavilələrinin bağlanılması, ARDNŞ-ın şaquli inteqrasiya formatlı beynəlxalq bir şirkətə çevrilməsi, ölkədən xaricdə biznes layihələrinin reallaşması, investisiya yatırımlarının artması, yanacaq-enerji kompleksinin infrastruktur modernizasiyasının sürətləndirilməsi, ölkəmizin qaz ixracatçısı statusunu qazanmağı və rifahını yüksəldən geniş iqtisadi-sosial effektlərlə müşayiət olunur. Konkret olaraq aparılmaqda olan kəşfiyyat-qazma işləri “Əsrin müqaviləsi” üzrə kontrakt zonasında ehtiyatların (ilkin ehtiyatı 511 mln t hesablanmışdı) orta göstəriciylə 2 dəfə artmışdır. Hazırda burada ehtiyatlar 1,2 mlrd t-dan artıq qiymətləndirilir. Bugün AÇG yatağı öz hasilatının miqdarına görə dünyada 3-cü yerdədir. Bu yataqlarda gün ərzində hasil olunan neft 900 min bareldir. Bu da onu göstərir ki, respublikanın iqtisadiyyatı “Əsrin müqaviləsi”ndən əvvəl olduğu proqnozdan fərqli olacaq və daha böyük mənfəət əldə ediləcəkdir. Araşdırmalara görə, “Əsrin müqaviləsi” üzrə yataqların 30 illik istismar dövründə Azərbaycan 200 mlrd ABŞ $-ı həcmində qazanc əldə etmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, bu zonada neftin 20%-dən artığı demək olar çıxarılmışdır ki, bunun təqribən 125 mln t-nu ölkəmizin mənfəət neftidir. Ümumilikdə isə bütün tarixi vaxt ərzində “AÇG” yatağından ARDNŞ-ın hesabına 20 mlrd ABŞ $-dan çox vəsait daxil olunmuşdur.

Statistikaya nəzər salsaq bir daha görünür ki, “Əsrin müqaviləsi” imzalandıqdan sonra 1995-ci ildən bu günə kimi ölkə iqtisadiyyatına 100 mlrd ABŞ $-ndan çox yatırım edilmişdir. Bu yatırımların 42 mlrd-ı neft-qaz sektoruna qoyulan sərmayedir ki, bunun da əksər hissəsini birbaşa xarici investisiyalar təşkil edir. Bunun nəticəsində həmin dövrdə yoxsulluğun səviyyəsi 49%-dən 7,6%-ə enmişdir. Əsrin ilk illərində büdcə xərcləri 1 mlrd həcmində olmuşdursa, 2012-ci ildən bu rəqəm 22 mlrd ABŞ $-na çatmışdır. Respublikanın valyuta ehtiyatları da yüksələrək 40 mlrd ABŞ $-nı çatmışdır.

Bu gerçəkliklərin arxasında isə neft-qaz sektorunun, ümumilikdə YEK-in inkişafı durur və bu, iqtisadi yüksəlişi düzənli olaraq stimullaşdırır. Ona görə də xüsusi qeyd edilməlidir ki, milli neft strategiyası təkcə sahəvi təyinatlı deyil, həm də bütün iqtisadiyyatı, ölkənin maliyyə sistemini, hamılıqla dövlətin milli təhlükəsizliyinin struktur komponentlərini vahid bir orbitdə birləşdirən funksional idarəetmə sistemidir. Bu reallıq qəti olaraq onu əks göstərir ki, neft-qaz kompleksində görülən islahat işləri iqtisadi və dövlət idarəçiliyi sahəsində aparılan islahatlarla üzvi surətdə bağlıdır.

Aparılan təhlil və dəyərləndirmələr, eyni zamanda yeni strateji təsisatlanmalar və geopolitik öhdəliklərə uyğun olaraq qəbul edilən sənədlərin çevrəsi, sahəvi normativ-hüquqi bazasının genişləndirilməsi, YEK-in və sosial-iqtisadi inkişafla bağlı olan bir çox dövlət proqramların gerçəkləşdirilməsi istiqamətində görülən işlər bütünlüklə əsas verir ki, milli neft strategiyası qarşıdakı 10 il üçün növbəti hədəfləri arasında ARDNŞ-ın transmilli şirkət olub dünyanın neft biznesində aktiv iştirakının və xaricdə uzundövrlü strateji konsessiyaların əldə etməsinin təminatı, Avropa və dünya bazarlarında sabit tutum əldə edilməsi və qaz daşınmasının maksimallaşdırılması, ixrac potensiallı yeni neft-qaz emal sənayesi və buna uyğun olaraq kimya kompleksinin yaradılması, istehsal, nəqliyyat və kommunikasiya, həmçinin sosial infrastrukturanın təkmilləşdirilməsi, innovasiyalı iqtisadiyyata və innovativ-humanitar sferaya keçid və digər bu formada hədəflər yer tutur.



Bununla yanaşı, özünün zəngin resurs bazasına əsaslanan neft strategiyası bir neçə 10 illik ərzində milli təhlükəsizlik və onun əsas tərkib hissələri - iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar və d. təhlükəsizlik komponentlərinin gücləndirilməsində və sosial-iqtisadi tərəqqinin davamlı olmasının təminatında öncül strateji proqnozlaşdırma mənbəyi olaraq qalacaqdır.

Yanacaq resurslarının nəqlinə başlandığı gündən diversifikasiya siyasətinə üstünlük verən Azərbaycanın atdığı qətiyyətli addımlar regionun və dünyanın enerji təhlükəsizliyini təmin edib, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb. Bu günə kimi ölkəmiz xarici şirkətlərlə 31 neft-qaz sazişi imzalayıb. Hazırda 14 saziş üzrə iş aparılır və bu sazişlərdə 20 ölkədən olan 26 şirkət iştirak edir. Proqnoza görə imzalanmış sazişlər çərçivəsində karbohidrogen resursların kəşfiyyatına, işlənilməsinə və nəqlinə Azərbaycana yatırılan sərmayənin miqdarı 60 mlrd dollar həcmində olacaq.

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun potensialı, “AÇG” yataqlarının tam miqyasda işlənilməsi, eləcə də Azərbaycanda, birinci növbədə Xəzərin Azərbaycan sektoru akvatoriyasında, yeni neft-qaz kondensat yataqlarının açılması mümkünlüyü yaxın gələcəkdə ölkədə enerji hasilatının əhəmiyyətli dərəcədə yüksəldilməsinə imkan verir.
Xəzər hövzəsinin Azərbaycan sektorunda işlənməkdə olan ən böyük neft yatağı “Azəri-Çıraq-Günəşli” ümumilikdə 5 platformadan ibarətdir. Bu gün kapital qoyuluşunun ümumi həcmi 20 milyard dollar təşkil edən layihə artıq qlobal əhəmiyyət kəsb edir. “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi bütün dünyanın diqqət mərkəzindədir. Bu sözləri deməyə həm yataqlara məxsus karbohidrogen ehtiyatlarının həcmi, həm onun ölkəyə gətirməkdə olduğu gəlirlər, həm də vaxtilə tikinti zamanı layihəyə cəlb edilmiş işçi qüvvəsinin sayı əsas verir. Hazırda saziş sahəsində “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri” və dərinsulu “Günəşli” ərazilərində quraşdırılan dəniz özüllərində 60-dan çox istismar quyusu qazılıb ki, bu quyulardan gün ərzində təqribən 120 min t-dan çox neft və 35 milyon kubmetr qaz hasil olunur. Bu yataqlardan işlənilmənin əvvəlindən bu günə kimi 200 mln t-dan çox neft və 50 milyard kubmetrdən çox qaz hasil edilib. AÇG-də ARDNŞ ilə bp (Böyük Britaniya), “Şevron” (ABŞ), “İnpeks” (Yaponiya), “Statoyl” (Norveç), “EksonMobil” (ABŞ), TPAO (Türkiyə), “İtoçu” (Yaponiya), “Hess” (ABŞ) şirkətləri tərəfdaşlıq edirlər. “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinliklərdə yerləşən sahələrinin istismarını həyata keçirən konsorsium tərəfindən uğurlu hasilat göstəriciləri əldə olunur.

Digər tərəfdən, həyata keçirilən effektiv tədbirlər və texniki qurğuların modernləşdirilməsi sayəsində “Əsrin müqaviləsi” çərçivəsində neft hasilatı uğurla davam edir. Təkcə onu qeyd etmək kifayətdir ki, bu dövr ərzində müqavilə sahəsindəki beş hasilat platformasından ümumilikdə 35,4 milyon ton neft (təxminən 262 milyon barrel) çıxarılıb. İl ərzində ümumilikdə AÇG-də 63 hasilat və 32 injektor quyusu istismarda olub.

Müvafiq dövrdə beş hasilat platforması üzrə ümumi orta gündəlik neft hasilatı isə 717,6 min barrel təşkil edib. Belə ki, “Çıraq”da 15 quyu istismarda olub (10 hasilat və 5 suvurma quyusu) və il ərzində oradan orta hesabla gündə 74,400 barrel, “Mərkəzi Azəri”də 19 quyu (14 hasilat, 4 qaz injektor və bir suvurma quyusu) və il ərzində oradan gündə orta hesabla 192,000 barrel, “Qərbi Azəri”də 21 quyu (15 hasilat və 6 suvurma quyusu) və il ərzində oradan gündəlik orta hesabla 198,400 barrel, “Şərqi Azəri”də 15 quyu (11 hasilat və 4 suvurma quyusu) və il ərzində oradan gündəlik orta hesabla 125,600 barrel, dərinsulu “Günəşli”də 25 quyu istismarda idi (13 hasilat və 12 suvurma quyusu) və il ərzində oradan gündəlik orta hesabla 127,200 barrel hasilat əldə edilib.

“Azəri”, “Çıraq” və “Günəşli” (dərinsulu hissəsi) yataqlarında neftlə bərabər, səmt qazı da çıxarılır. “Əsrin müqaviləsi”nin şərtlərinə əsasən, həmin qaz təmənnasız olaraq Azərbaycan hökumətinə təhvil verilir. “Azəri-Çıraq-Günəşli” layihəsinin operatoru olan Bp 2014-cü ildə 3 platformadan (“Mərkəzi Azəri”, “Qərbi Azəri” və “Şimal Azəri”) səmt qazını 28” ölçülü sualtı qaz kəməri vasitəsilə Sanqaçal terminalına və oradan da ölkənin daxili istifadəsi üçün “Azəriqaz” dövlət qaz şəbəkəsinə göndərməkdə davam edib. “Çıraq”

Cədvəl 1. Neft hasilatı (min ton, mənbə neft fondunun hesabatları)

platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-in “Neft Daşları”ndakı kompressor stansiyaya

İL

SOCAR

AZƏRBAYCAN

2008

8651.3

44527.2

2009

8543.3

50419.3

2010

8459.7

50795.5

2011

8400.9

45625.4

2012

8289.8

43389.8

2013

8314.9

43483.9

2014

8320.4

42022.7

2015

8160.5

41586

Yüklə 436,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə