Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 436,54 Kb.
səhifə6/7
tarix23.09.2017
ölçüsü436,54 Kb.
#1220
1   2   3   4   5   6   7

3.2 Müasir dövrdə qeyri-neft sektorunun inkişafı istiqamətləri

Dünya təsərrüfat sisteminin müasir vəziyyəti beynəlxalq ticarətin daha da genişlənməsini və inkişafını, onun liberallaşdırılmasını, ölkələr arasında ticarət iqtisadi əlaqələrinin ildən-ilə həm coğrafi, həm də əmtəə struktur baxımından dinamik şəkildə dəyişməni özündə təcəssüm etdirir. Bu işdə ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi mühüm rol oynayır.

Hazırkı dövrdə qloballaşma proseslərinin dərinləşməsi şəraitində inkişaf etməkdə olan ölkələrin dünya iqtisadiyyatına inteqrasiyası getdikcə genişlənməkdədir. Artıq kifayət sayda inkişaf etməkdə olan ölkələr həm iqtisadi artım sürətləri, həm həyat səviyyəsi, həm də milli iqtisadiyyatın texnoloji-struktur göstəriciləri, dünya ticarətində və investisiya axınlarındakı rolun görə inkişaf etmiş qabaqcıl ölkələrin səviyyəsinə çatmaqdadırlar.

Dünyanın belə ölkələrində iqtisadiyyat faktiki olaraq 2 sektora bölünür. Bunlardan biri dünya bazarının tələb-təklifinə uyğun sürətdə artan, böyük gəlir əldə edən xammal hasilatı və ona xidmət edən alt sahələrdən ibarətdir. Digəri isə köhnə texnologiya ilə işləyən, dünya bazarına çıxmaq imkanları olmayan və çox məhdud olan, hətta ölkə daxilində xarici malların rəqabətinə tab gətirə bilməyən qeyri-xammal, yəni emal sektorudur. Beləliklə, ölkə daxilində iqtisadi inkişafda mövqeyinə görə və inkişaf sürəti fərqli olan 2 sektor yaranır. Dünya ölkələrinin təcrübəsi göstərir ki, müəyyən dövr ərzində iqtisadiyyatın bu şəkildə sektorlaşmasının qarşısı alınmazsa tənəzzül prosesindən yan keçmək mümkün olmur.

Dünya iqtisadiyyatına inteqrasiya proserslərinin sürətlənməsi, xarici-iqtisadi əlaqələrin genişlənməsi milli iqtisadiyyatımızı dünya iqtisadiyyatının ayrılmaz bir hissəsinə çevirməkdədir. Azərbaycanın neft və qeyri-neft sektorunun müqayisəli üstünlüklərə malik olduğu sahələrdə ixtisaslaşması, bu sektorlarda beynəlxalq rəqabətədavamlı ixrac məhsulları istehsal etməsi, xarici ticarət strategiyasının milli iqtisadi inkişafa xidmə edəcək şəkildə qurulması müasir dövrün ən aktual problemlərindən birinə çevrilmişdir. Hazırda ölkənin ixracının 90-95 faizini neft və neft məhsulları təşkil edir. Bundan başqa qarşıdakı illərdə təbii qaz ixracının da sürətlə artacağı gözlənilir. Azərbaycanın irihəcmli karbohidrogen ixracatçısına çevrilməsi, bu sahədən böyük məbləğdə valyuta ehtiyatlarının daxil olması digər bir sıra neft ixracatçısı ölkələrində müşahidə edilmiş mənfi tendensiyaların, xüsusilə də iqtisadiyyatın digər real sektorlarının ixrac potensialının azalması təhlükəsinin sığortalanması üçün dərin elmi araşdırmalara əsaslanan iqtisadi siyasətin gerçəkləşdirilməsini zəruri edib. Həm beynəlxalq təcrübə, həm dövlətin formalaşdırdığı iqtisadi strategiya neft ixracından daxil olan valyuta ehtiyatlarının səmərəli istifadəsinin prioriteti kimi qeyri-neft sektorlarının inkişaf etdirilməsinin, bu sahələrin ixrac potensialının yüksəldilməsinin zəruri olduğunu göstərir. Bugün elmi tədqiqatçıları daha çox düşündürən, dərin elmi müzakirə və mübahisələrin predmeti olan məsələ də məhz bunu necə və hansı yollarla həyata keçirilməsidir.

Ölkə iqtisadiyyatında real sektorun inkişafının təmin edilməsi üçün xarici və daxil pul axınlarının səmərəli bazar idarəetməsinin istisnalıq təşkil etməsi investisiya fəaliyyətin tənzimlənməsində dövlətin iştirak dərəcəsini artırılması zəruriliyini müəyyən edir.

Dünyada baş verən sonuncu maliyyə böhranı və iqtiadi tənəzzül prosesləri milli iqtisadiyyatların rəqabətqabiliyyətliliyini, onun iqtisadi təhlüksizliyinin təmin olunması, iqtisadi inkişaf meyarlarına yenidən baxılması və təkmilləşdirilməsi, xarici ticarət fəaliyyətinin müasir istiqamətlərinin müəyyənləşdirilməsi, daha effektli və səmərəli ixrac modellərinin tətbiqinin genişləndirilməsi, ölkənin ixrac potensialının artırılması kimi qlobal problemlərə yeni yanaşmanı və daha müasir iqtisadi tənzimləmə dövlət mexanizmlərinin hazırlanmasını şərtləndirir. Qeyd etdiyimiz kimi, maliyyə böhranları və iqtisadi tənəzzül prosesləri milli iqtisadiyyatın diversifikasiyalaşdırılması prosesini və xüsusilə ixrac potensialının möhkəmləndirilməsiyçün bir qrup strateji dövlət iqtisadi siyasət mexanizmlərinin hazırlanması və tətbiqini aktuallaşdırır.

Belə şəraitdə milli iqtisadiyyatın hazırki vəziyyəti real qiymətləndirilməli, regional və beynəlxalq iqtisadi inkişaf tendesnsiyalarına müvafiq və praktiki baxımından effektiv dövlət iqtisadi siyasəti müəyyənləşdirilməlidir.

Milli iqtisadiyyatın inkişafında xammal və təbii resurslarının istehsalı, satışı, xammal elemenetli ixrac modelinin təkmiləşdirilməsi və modelləşdirilməsi vacibdir. Qeyri-xammal və təbii ehtiyatlar əsaslı iqtisadi fəaliyyət istiqamətləri dəyərləndirilməli, dünya təcrübəsi fundamental araşdırılmalı, yeni baxdığımız tədqiqat probleminə uyğun desək, “qeyri-neft sektorunun inkişafı” və “qeyri-neft sektorunun ixrac potensialının artırılması” prioritetləri müəyyənləşdirilməlidir.

Qeyri-neft sektorun ixrac potensialının stimullaşdırlması üzrə dövlət dəstəyi mexanizmlərində real iqtisadi sektorlara uyğunluğu qiymətləndirilməli, bu sahənin dövlət tənzimlənmə istiqamətləri təkmilləşdirilməli və d.

Milli-iqtisadiyyatın inkişafında qeyri-neft sektorun ixrac potensialından daha da səmərəli istifadə edilməsi bir çox mühüm amillərlə bir yerdə, qloballaşmanın təsiriylə bağlı amillərin ciddi qiymətləndirilməsi və müvafiq mexanizmlər hazırlanaraq tətbiq edilməsi vacibliyi diqqəti çəkir. Tədqiqatçı Berrin Blöek qeyd edir ki, qloballaşma şəraitində dövlətin qarşısında xarici ticarət dövriyyəsini artırılması ilə yanaşı, ondan iqtisadi səmərəliliyinin yüksəldilməsi problemləri də durur. Bu da elmi-texniki tərəqqini müasir nailiyyətlərdən daha səmərəli istifadə etməklə rəqabətqabiliyyətli mal və xidmətlərin istehsalını, bunların beynəlxalq bazarlara sərbəst çıxışının təmin edilməsini və s. problemlərin həllini tələb edir. Təbii ki belə mürəkkəb və çoxcəhətli məsələlərin həlli isə xarici ticarət əlaqələrinə sistemli yanaşma, kompleks tədqiqat, qiymətləndirmə üsulların və iqtisadi-riyazi modellərin işlənməsini və tətbiqini zəruri edir. Biz də əvvəldə xarici ticarətlə və ixracın stimullaşdırılması problemlərinin tənzimlənməsi ilə bağlı mexanizmlərinin hazırlanmasına və tətbiqinə adekvat-sistemli yanaşmanın vacibliyini qeyd etmişdik. Bir daha qeyd etmək lazım gəlir ki, dövlət ixracın stimullaşdırılması və qeyri-neft ixracının strukturunun təkmilləşdirilməsi üçün, ilk növbədə, qloballaşma şəraitində milli iqtisadiyyatın dayanıqlı inkişaf indikatorlarının sabitliyini təmin edən iqtisadi siyasət formalaşdırılmalı və bu siyasətin reallaşdırılması alətlərinin səmərəliliyini artırmalıdır.

Qeyri-neft sahəsində yüksək artım tempinə nail olunması və bu sektor hesabına adambaşına ÜDM-un artırılması, ÜDM-un strukturunda qeyri-neft sektoru payının əhəmiyyətli dərəcədə yüksəldilməsi, adambaşına qeyri-neft ixracının artımının təmin edilməsi kimi hədəflər müəyyənləşdirilməlidir. Bu hədəflərə çatmaq üçün iki istiqamətdə iqtisadiyyatın rəqabətqabiliyyətinin artırılması və strukturunun təkmilləşdirilməsi, enerji, nəqliyyat, tranzit və logistika infrastrukturunun inkişaf etdirilməsi, İKT və rabitə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi də əsas prioritetlərindəndir. İqtisadiyyatın strukturunun təkmilləşdirilməsi isə neft-qaz sənayesinin şaxələndirilməsi və inkişaf etdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarını genişləndirilməsi yaxın onilliyin başlıca meyarlarından ibarətdir. Əslində professor Ə. Muradovun bu fikirləri reallıqda Azərbaycan iqtisadiyyatının hazırkı və yaxın perspektivdəki inkişaf tendensiyalarını, prioritet istiqamətləri və strateji vəzifələrini özündə əks etdirmişdir. Yaxın perspektivdə ölkəmizin rəqabətqabiliyyətinin artması və bu sahədə reytinqinin yüksəlməsi gözlənilir. Qloballaşma şəraitində Azərbaycan




s/s

Göstəricilər

2008

2009

2010

2011

2012

2013

1.

Cəmi ÜDM

40.1

35.6

42.5

52.1

54.0

57.7

2.

O cümlədən:



















3.

Qeyri-neft sektoru

17.1

18.6

21.4

25.4

28.5

32.6

4.

Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi %-lə

42.6

52.2

50.4

48.8

52.8

56.6

Cədvəl5. Azərbaycan Respublikasının ÜDM-da qeyri-neft sektorunun payı (mlrd. manatla. mənbə: Neft Fondunun hesabatları)


iqtisadiyyatının çoxşaxəliliyi və rəqabətqabiliyyətinin artırılması problemləri də müasir dövrdə geniş diskussiyaya məruz qalan məsələrindən biridir. Akademik R.Mehdiyev Azərbaycanın gələcək inkişafnda aşağıdakı iqtisadi amillərin vacibliyini bildirmişdir:

  • Qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olunması:

  • İqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsinin genişləndirilməsi:

  • Ölkənin ÜDM-nin tərkibində dövlət büdcəsinin formalaşdırılmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi:

Ölkə iqtisadiyyatının inkişaf tendensiyası proseslərində strateji vəzifələrdən mühüm olanı-milli iqtisadiyyatın rəqabət qabilliyətinin artırılması problemidir. Bu

sahədə dövlət mexanizminin iri bir blokunun artıq reallaşdırılması müsbət nəticələr verməkdədir. Son 10 il ərzində ölkə ÜDM-u 3.2 dəfə, adambaşına ÜDM-un həcmi 2.8 dəfə, qeyri-neft sektoru 2.6 dəfə artmış və ölkəmizdə orta illik iqtisadi artım 12.9% təşkil etmişdir. Valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6.6 dəfə, ixrac 9.3 dəfə, idxal 4.1 dəfə, qeyri-neft ixracı 4.7 dəfə artmışdır. Azərbaycan iqtisadiyyatı “Qlobal Rəqabət Qabiliyyəti İndeksi” hesabatına əsasən, rəqabət qabiliyyətli səviyyəsinə görə 39-cu, MDB-də 1-ci olmuş, ölkəmiz ilk dəfə dünyanın “yuxarı orta gəlirli” və “yüksək insan inkişaflı” ölkələri qrupuna daxil olmuşdur. Nüfuzlu reytinq agentliklərinin hamısı (“Fitch Ratings”, “Standart and Poors” və “Moodys”) Azərbaycana investisiya kredit reytinqi və Azərbaycan Qafqaz ölkələri arasında investisiya reytinqinə malik yeganə ölkə olmuşdur.

2004-2013-cü illərdə qeyri-neft sektoruna qoyulan investisiyalar 12.9 dəfə artmış və ölkə regionlarına yönələn investisiyaların həcmi 51 mlrd. manata bərabər olmuşdur. Bu çoxsaylı amillər və əldə olunmuş nəticələr, yaxın perspektivdə Azərbaycan iqtisadiyyatının diversifikasiyalaşdırılması problemlərinə ciddi təsir edə bilər. Bunun üçün ölkənin hazırkı iqtisadi inkişaf tendensiyalarını, mövcud vəziyyəti dərindən təhlil edilməklə, obyektiv qiymətləndirilməli, daha səmərəli dövlət iqtisadi sistemi işlənib hazırlanmalı, milli iqtisadiyyatın artımını təmin edə biləcək mexanizmlərin iqtisadi sistemə daxil olunması təmin edilməli, qeyri-neft sektoru sahələrinin inkişafına imkan verən elementlər sistemləşdirilməli və işlək alətlərə çevrilməli, ölkənin ixrac strukturunun diversifikasiyalaşdırılmasında qeyri-ənənəvi elementlər də nəzərə alınmaqla, bu istiqamətlərdə aparılan tədbirlərin səmərəliliyi yüksəldilməlidir.

Azərbaycan iqtisadiyyatının son 10 ildəki inkişaf tendensiyalarının dolğun xarakteristikası Azərbaycan Respublikası regionların sosial iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda Prezident İlham Əliyevin giriş və



Diaqram3. Qeyri-neft sekorunun ÜDM-də payı (Mənbə: AR İqtisadiyyat Nazirliyi)



yekun nitqlərində verilmişdir. Qeyd olunmuşdur ki, son 10 il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf etmiş, iqtisadiyyat 3.4 dəfə, sənaye istehsalı 2.7 dəfə artmış, kənd təsərrüfatı 1.5 dəfə artmış, 2013-cü ildə qeyri-neft sektorunun artımı təqribən 10% və ölkə iqtisadiyyatın təqribən 6% artmışdır. Son 10 il ərzində ölkəmizə 160 mlrd. dollar investisiya cəlb edilmiş, 2013-cü ildə Azərbaycan İqtisadiyyatına 28 mlrd. dollar – rekord səviyyədə sərmaye qoyulmuşdur. Son 10 ildə Sahibkarlığa Kömək Milli Fondu hesabına 1200 mln. manat investisiya yatırılmışdır, yəni sahibkarlara güzəştli şərtlərlə kreditlər verilmişdir. Şübhəsiz, bu tədbirlər milli iqtisadiyyaın inkişafına, xüsusilə ixrac potensialının gücləndirilməsinə, bu proseslərdə sahibkarlıq subyektlərinin fəallığının artmasına, sahibkarlıq subyektlərinin xarici ticarət fəaliyyəti ilə məşğul olmasının həvəsləndirilməsinə, ixracyönümlü müəssisələrin təşkilinə təkan vermişdir. Ölkədə sahibkarlığın inkişafı iqtisadiyyatın prioritet istiqamətlərindən biridir və müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi mexanizmləri fəaliyyət göstərir. Son 10 ildə sahibkarlıq subyektlərinin sayı 2.5 dəfə artmış, məşğulluqda özəl sektorun payı 73.9%-ə, vergi daxilolmalarında 72.4%-ə qədər yüksəlmiş, ÜDM-da özəl sektorun payı 80%-i keçmişdir. Prezidentin bu sahənin inkişafı ilə bağlı verdiyi fərman qüvvəyə minmişdir. Cənab Prezident 2014-cü ili “Sənaye ili” elan etmiş və qeyd etmişdir ki, sənaye istehsalının artırılmasıyla bağlı texnoparklar xüsusi əhəmiyyət daşıyır. Bu yöndə artıq ilkin nəticələr vardır. Sumqayıt texnoparkı fəaliyyət göstərir. Ölkənin başqa şəhərlərində, misal olaraq Mingəçevirdə texnoparkın yaradılması nəzərdə tutulur. Balaxanı texnoparkının yaradılması işi hal-hazırda davam edir. Bu istiqamətdə bu il daha da ciddi addımlar atılmalıdır. Ümumiyyətlə bizim uğurlu inkişafımız qyeri-neft sənayesinin hesabına təmin olunmalıdır. Ümumi daxili məhsulumuzun artımı da sənaye istehsalı hesabına mümkün olacaqdır. Qeyri-neft sektorunun sürətli inkişafında təminatlardan biri də, onun milli iqtisadiyyatın sərhədləri daxilində məhdudlaşmadığı və beynəlxalq inteqrasiya məkanına, dünya bazarlarına effektiv şəkildə çıxa bilməsi potensialını ortaya qoymasıdır. Bu halda sektorun çoxlu sayda sahələrinin ixrac potensialı reallaşma imkanı qazanır, ölkənin dünya bazarlarına çıxardığı rəqabətqabiliyyətli məhsulların, milli brendlərin siyahısı genişlənir, bütövlükdə milli iqtisadiyyatın diversifikasiyalaşdırılması mənbələrinin əhatəsi genişlənir. Azərbaycanda milli iqtisadi maraqlara söykənən iqtisadi inkişaf siyasəti və modeli əsasən formalaşıb, ölkə getdikcə rəqabət qabiliyyətini artırır və dünya ölkələri ilə əməkdaşlığı gücləndirir. Neft gəlirləri hesabına qeyri-neft sektorunun potensialının gücləndirilməsi, ixrac strukturunun genişləndirilməsi istiqamətində dövlət dəstəyi mexanizmi fəaliyyət göstərir, dövlət siyasəti müasir iqtisadi proseslərə adekvat olaraq təkmilləşdirilir, regionların qeyri-neft potensialının reallaşdırılması üçün tarixi işlər görülür və s. Bütün bunlara baxmayaraq, tədqiqatlar göstərir ki, hələ də ölkənin qeyri-neft sektorunun mövcüd vəziyyəti, onun ayrı-ayrı sahələrinin inkişaf tempi reallığı əks etdirmir və bu istiqamətlərdə görülən tədbirlərin tənzimlənməsi, təkmilləşdirilməsi, daha optimal həlli yollarının axtarılmasına ehtiyac vardır.

Ölkə başçısı İlham Əliyev qeyri-neft sektorunun inkişaf konsepsiyasının formalaşması və şaxələndirilmənin baş tutmağı üçün çoxlu sayda, sərəncamlar, fərmanlar vermiş, bu sahənin inkişaf prosesləri daim ciddi səviyyələrdə müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilmişdir Prezident İlham Əliyev bildirmişdir ki, qeyri-neft sektoru və kənd təsərrüfatının inkişafı Azərbaycanın gələcəyini müəyyən edən amillərdir. Cənab Prezident hökumət üzvlərinə müraciət edərək bildirmişdir ki, gərək biz hamımız neft amilini bir kənara qoyaq. Orada işlər uğurla davam edir və bu sənaye sahəsi Azərbaycana böyük həcmdə valyuta ehtiyatları gətirəcəkdir. Biz öz siyasətimizi elə qurmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur . İqtisadiyyatın bütün sahələri, ilk-növbədə qeyri-neft sektoru, infrastruktur inkişaf etməlidir. Yalnız bu yolla biz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirə bilərik. Professor C.Stiqlitz də Azərbaycanda neftin 25 il və daha çox müddətdə olacağını bildirmişdir. O, qeyd etmişdir ki, bu imkan bir dəfə verilir və ondan maksimum istifadə edib digər bütün sahələri inkişaf etdirmək lazımdır.

Azərbaycan iqtisadiyyatı müasir dövrdə şaxələndirmə, başqa sözlə, diversifikasiyalaşdırılma dövrü yaşayır. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafının əsas istiqamətlərindən biri iqtisadiyyatın və onun ayrı-ayrı istehsal sahələrinin diversifikasiyasıdır. Emal sənayesinin müasir iqtisadi və texniki vəziyyəti diversifikasiya meylinin hər vasitə ilə gücləndirilməsini tələb edir. Bu məqsədlə beynəlxalq miqyasda qazanılmış təcrübədən istifadə etmək lazımdır. Həmin təcrübədən bəhrələnməklə yaxın zamanda Azərbaycanda 1-cisi, inkişaf etmiş bazar infrastrukturunun qurulması; 2-cisi, iqtisadiyyatın diversifikasiyasına kömək edən dövlət maliyyə institutlarının qurulması; 3-cüsü, qeyri-neft sektorunun iqtisadi stimullaşdırılması sisteminin işlənməsi (vergilər, tariflər və s.) və 4-cüsü milli iqtisadiyyatın diversifikasiyası və sənayenin qeyri-neft sektorunun inkişafının dövlət indikativ proqramlarının qəbul edilməsidir. Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və innovasiyalaşdırılmasında iki mühüm iqtisadi inkişaf istiqaməti milli istehasalçıların məhsullarına olan daxili tələbatın daxili bazarda ciddi artırılmasının təmin olunması və xarici bazarların əldə edilməsi mühüm prioritet kimi qəbul edilməlidir. Ölkənin qyeri-neft sektorunun inkişafının sürətləndirilməsində əsas element kimi – sənayenin kompleks və sürətli inkişafı, ölkə iqtisadiyyatının müxtəlif sektorlarının potensialından istifadə olunması, yüksək standartlara cavab verən milli məhsulların və malların istehsal şəbəkəsinin genişləndirilməsi, ixracyönümlü malların çeşidinin artırılması və qeyr-neft ixracının coğtafiyasının şaxələndirilməsi həcminin yüksəldilməsi, yeni xarici əmtəə bazarlarına çıxışın təmin olunması vacib şərtlər kimi çıxış edir.

Azərbaycan iqtisadiyyatının diversifikasiyalaşdırılmasının, ÜDM-də özəl sektorun və xidmət sahəsinin payının artırılmasının, sənaye sahələrində, o cümlədən neft-qaz maşınqayırması, neft-kimya, metallurgiya, cihazqayırması, tikinti materialları istehsalı, aqrar sektor və kənd təsərrüfatı məhsullarının istehsalı sahələrində inkişafın sürətləndirilməsinin, yeni iqtisadiyyat sahələrinin – İKT, turizm və kosmik sənayesinin rolnunu gücləndirilməsinin, xarici ticarət dövriyyəsinin strukturunun diversifikasiyalaşdırılması olduqca vacibdir.

Müasir dövrdə qeyri-neft sektorunun ixrac potensialının tənzimlənməsinin qanunvericilik bazasının yaradılması və onun zərurət yarandıqca daha da təkmilləşdirilməsi məsələləri daha çox diqqət mərkəzində olmalıdır. Bu sahədə qanunların mükəmməlliyi və işləkliyi mühüm şərtlər kimi çıxış etmişdir. Bu prinsiplərin əsasında aşağıdakı meyarlara üstünlük verilmişdir;


  • Xarici iqtisadi əlaqələrin genişləndirilməsinə şərait yaradılmalı;

  • Xarici ticarət iştirakçıların beynəlxalq bazara çıxışını məhdudlaşdıran baryerlərin azaldılması və süni müdaxilələrə adekvat mexanizmlərin işlənilməsinin təmin edilməsi;

  • İxrac prosedurlarının sadələşdirilməsi və ixracın stimullaşdırılması;

  • İxracın həvəsləndirilməsi, bu sahənin inkişafına imkan verən dövlət dəstəyi mexanizmlərinin qanunlar vasitəsi ilə tənzimlənməsi;

  • İxrac proseslərinin əsas iştirakçıları kimi xarici investorların hüquqlarının qorunması, fəaliyyətinin tənzimlənməsi;

  • Ölkəyə gətirilən investisiyaların və müasir texnologiyaların qanunvericilik bazalarının beynəlxalq hüquq prizmasından müdafiəsinin təşkili, investisiyaların toxunulmazlığı prinsipinin qorunması;

  • İxracın inkişafı, xüsusilə qeyri-neft ixracının potensialının artırılması məqsədilə dövlət dəstəyi mexanizmlərinin, maliyyə yardımalrının, daxili investisiya qoyuluşlarının, subsidiya və dotasiyaların və s. maliyyə-büdcə, kredit maliyyə rıçaqlarının tətbiqi üzrə qanunvericilik əsaslarının gücləndirilməsi və s.

Son illərdə qloballaşmanın təsir dairəsinin gücləndirilməs və maliyyə iqtisadi böhranların fəsadlarının artması prosesləri dünya iqtisadiyatında yeni meyarlarn və tendensiyaalrın formalaşmasına rəvac vermişdir. Milli iqtisadiyyatın qapalı inkişaf etdirilməsi tendensiyasının sona çatdığını da iddia etmək olar.

Azərbaycanın hazırkı iqtisadi inkişaf tendensiyaları və strateji hədəfləri ölkə iqtisadiyyatının daha da şaxələndirməsini və modernləşdirilməsini şərtləndirir. Milli iqtisadiyyatın bundan sonrakı inkişaf proseslərinin daha səmərəli və optimal təşkili üçün bu proseslərin tənzimlənməsi və təkmilləşdirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi, həyata keçirilməsi tədbirləri də vacib şərtlər kimi çıxış edir:



  • Milli iqtisadiyyatın əsas bazar iqtisadiyyatı funksiyaları və fəaliyyət prinsipləri formalaşdığndan yeni keyfiyyət və kəmiyyət mərhələsinə qalxması prioritetlərinin reallaşdırılması;

  • Ölkə iqtisadiyyatının baza prinsiplərinin imkan verdiyi yerdən əhəmiyyətli

dərəcədə fərqlənə bilən yeni iqtisadi inkişaf meyarlarının müəyyənləşdirilməsi;

  • Müasir texnologiyalar, idarəetmə metodları əsaslı innovasiyalaşdırılmış iqtisadi inkişaf modelinə keçidin başa çatdırılması;

  • Yeni və məhsuldar rəqabətqabiliyyətli ixracyönümlü müəssisələrin təşkili və bu şəbəkənin genişləndirilməsi;

  • Neft-qaz amilindən yararlanaraq və bu sektorun gəlirlərindən bəhrələnərək, ölkənin qeyri-neft sektorunun inkişafının intensivləşdirilməsi dərəcəsinin əhəmiyyətli səviyyədə artırılması;

  • Ölkə iqtisadiyyatının neft və qazla bağlı olmayan potensialının yenidən qiymətləndirilməsi və reallıqlar əsasında mühüm meyarların formalaşdırılması;

  • Qeyri-neft ixracının stimullaşdırılması, ixrac potensialının tənzimlənməsinin effektiv mexanizmlərinin işlənib hazırlanması, təkmilləşdirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi və s.

Qeyd etmək lazımdır ki, yaxın perspektivdə çoxlu sayda dövlət dəstəyi mexanizmləri, o cümlədən, birbaşa olaraq gerib qayıtmayan maliyyə mexanizmləri ilə dəstəklənən, geniş infrastruktur imkanları yaradılan kənd təsərrüfatı məhsulları istehsalı və aqrar sektorda artıq ərzaq məhsulları üzrə ölkə tələbatından əlavə məhsulların istehsalı reallaşdırılıb. Bununla yanaşı, bu məhsulların keyfiyyətinin göstəriciləri xeyli yüksəkdir və rəqabətqabiliyyətlidir. Bu zaman ölkəmiz əldə edəcəyi mənfəətdə çata biləcəyi hədəflərin qısa məzmunu belə ola bilərdi:

-Artıq kənd təsərrüfatı məhsullarının istehsalına və aqrar sektora subsidiyalar, dotasiyalar ayrılmagına zərurət qalmayıb; çıxışı genişmiqyaslı və həcmli bir səviyyədə formalaşıb;

-Ölkənin bütün regionlarında qeyri-neft sektorun ixrac potensialının yeni mənbələri yaradılıb;

-Neft gəlirləriylə bərabər, ölkəyə daxil olan valyuta resursların da qeyri-neft sektorun payı durmadan artmaqdadır;

-Ölkə regionlarının əksəriyyəti büdcəsini yerli maliyyə resursları hesabına formalaşdırır;

-Qeyri-neft sektorunda ixrac ölkə iqtisadiyyatının artım tempinin yeni əsas və sabit mənbəyinə çevrilib;

Göründüyü kimi, bu vəzifələr və hədəflər heç də asan həll olunası məsələlər deyildir və hazırda 2020-ci il də daxil olmaqla, həmin istiqamətlər üzrə ölkə iqtisadiyyatının, onun müxtəlif sektorlarının, o cümlədən, qeyri-neft sektorunun ixractəyinatlı sahələrinin davamlı inkişafı, bu proseslərdə yüksək nəticələrin əldə edilməsi və bütövlükdə Azərbaycanın dünya ölkələri arasında sabit və dayanıqlı yer alması üçün, əvvəllər də qeyd olunduğu kimi dövlət proqramları, tədbirlər planı, strateji hədəflər müəyyənləşdirilmişdir.

Dövlət tərəfindən sahibkarlığın dəstəklənməsi mexanizmlərinin çoxşaxəliliyinə baxmayaraq, bu sahənin ixrac potensialının artırılması, stimullaşdırılması üçün daha effektiv istiqamətlərin müəyyənləşdirilməsi və gerçəkləşdirilməsi zərurəti qalmaqdadır. Bu sahənin qeyri-neft sektorunun inkişafında əhəmiyyəti bəllidir və bunlar dövlətin iqtisadi siyasətində daimi olaraq, prioritet istiqamətlər sırasındadır. Bunlarla belə, ölkədə sahibkarlıq fəaliyyətinni dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi və əlverişli biznes mühitin formalaşdırılması istiqamətlərində yaxın perspektivdə daha təsirli tədbirlərin görülməsi vacibdir. Ölkə Prezidentinin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli Fərmanında bu problemlərə toxunulub. Mühüm məsələlərdən biri olaraq da idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər olunması haqqında təkliflərin hazırlanması qeyd olunmuşdur və bu məqsədlərlə müvafiq icra orqanlarına tapşırıqlar verilmişdir. Fikrimizcə, bu sahəyə olan dövlət dəstəyi mexanizmlərinin, qanunvericilik bazasının bir daha müasir qlobal tələblər baxımından təkmilləşdiriləcəyi təqdirdə, Azərbaycan özəl sektorda milli iqtisadiyyatın artımı üçün ciddi mənbələr əldə edəcək, bir çox müsbət və məhsuldar nəticələrlə yanaşı, qeyri-neft sektoru ixracın gücləndirilməsində əsaslı nailiyyətlər əldə etmək imkanına malik olacaqdır.



Yüklə 436,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə