Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda Kərimli Xəyal Vasif oğlu «Azərbaycanda regional iqtisadi inkişafin tənzimlənməsinin dövlət mexanizmi»


Regional iqtisadi inkişafın dövlət tənzimlənməsi



Yüklə 0,65 Mb.
səhifə2/7
tarix27.03.2018
ölçüsü0,65 Mb.
#34897
1   2   3   4   5   6   7

1.2. Regional iqtisadi inkişafın dövlət tənzimlənməsi

Bütün dövlətlərin ən vacib vəzifələrindən biri heç bir dövlətdən iqtisadi asılı olmayan, sabit inkişaf edən iqtisadi sitemi qurmaq və idarəetməkdir. Bunun üçün ölkə ərazisində, regionlarda iqtisadi bazanın gücləndirilməsi, əlaqələndirilməsi, tənzimlənməsi tələb olunur. Bu inkişaf strategiyasında ölkənin qarşısında duran vacib vəzifələrdən başlıcası müxtəlif regionlarda qeyri-adi səviyyədə ərazi fərqlərinin yaranmasına səbəb ola biləcək regionlarda iqtisadi,sosial, ekoloji və bunun kimi digər böhranların aradan qaldırılması, yaranmasının qarşısının alınmasıdır. Bunu vurğulamaq lazımdır ki, burada qeyri-adi dərəcədə fərqlər nəzərdə tutulur. Belə ki, regionlar arasında ərazi fərqlərinin olması adi bir haldır. Hər bir ölkənin inkişaf edən, irəliləyən regionları və nisbətən geridə qalan regionları mövcuddur.

Regionların infrastruktur, təbii-iqlim, resurs və iqtisadi xüsusiyyətləri ilə müəyyənləşdirilən əhalinin həyat səviyyəsi bir çox dövlətin məntiqi istifadə etdiyi iqtisadi və sosial inkişafın bərabərləşdirilməsi siyasəti ilə üzə çıxır. Bu siyasətin nəticəsi iqtisadi inkişaf səviyyəsi cəhətdən çox geridə qalmış regionlarda əhalinin həyat səviyyəsini xarakterizə edən göstəricilərin azı orta səviyyəyə çatdırılması hesab edilir.

Regional inkişaf strategiyasının həyata keçirilməsi zamanı ədalətlilik və səmərəlilik təmin olunmalıdır. Regional siyasət və regional struktur siyasəti son nəticədə bu iki məqsədə nail olunmasında vasitə rolu oynayır. Ədalətlilik dedikdə ölkə regionlarının sosial-iqtisadi inkişafı zamanı bütün regionların əhalisinə eyni imkanların (yeni iş yerləri, əmək haqqı səviyyəsi) yaradılması nəzərdə tutulur.

Səmərəlilik dedikdə isə mövcud real şəraitin nəzərə alınması ilə istehsalın səmərəli yerləşdirilməsi, hər bir regionun iqtisadi potensialından səmərəli istifadə edilməsi nəzərdə tutulur.

Ərazi fərqlərini aradan qaldırmaqla “bərabərləşdirmə” məsələsini həll etmək indiki şəraitdə qeyri-mümkündür. “Bərabərləşdirmə” planını reallaşdırmağın bazar iqtisadiyyatında bir sıra yolları var. Burada əhali və büdcə “bərabərləşdirilməsi” mühüm önəm daşıyır. Əhali bərabərləşdirilməsi zamanı sosial xidmətlərin ödənilməsi qismən əhalinin üzərinə qoyulur. Büdcə bərabərləşdirilməsi zamanı isə regionların büdcələrinin qanunauyğun halda bərabərləşdirilməsilə əhali gəlirlərinin müəyyən hissəsi büdcədən həyata keçirilir. Bu üsullar vasitəsilə sosial-iqtisadi inkişaf zamanı regionlar üzrə fərqləri nisbətən azaltmaq və aradan qaldırmaq mümkün olur. Ancaq bunları hələ ki Azərbaycan Respublikasında həyata keçirmək mümkün deyil. Dağlıq rayonlarda və ekstremal ərazilərdə kadr çatışmazlığı problemini həll etməyə bu stimullaşdırıcı üsul ola bilər.

Bütün bunlara baxmayaraq, Respublikanın regionları arasında pərakəndə mal dövriyyəsi, adambaşına düşən pul gəlirləri, əhaliyə göstərilən pullu xidmətlərin kəmiyyət göstəriciləri və bu kimi digər göstəricilər kəskin səviyyədə fərqlidir.

Regional inkişafın müvəffəqiyyətlə təmin olunması vacib şərti ölkənin regional şəraitinə və beynəlxalq təcrübənin tələblərinə uyğun olan regional inkişaf siyasətinin yaradılması və tətbiq olunmasıdır. Regional inkişaf siyasəti dövlət siyasətinin daxili tərkib hissəsidir. Odur ki, dövlət siyasətinəuyğun olaraq regional inkişaf siyasəti formalaşır, o cümlədən dövlətin idarəetmə sisteminə uyğun olaraq regional idarəetmə strukturu, sistemi təşkil olunur.

Bu səbəblə ilk öncə dövlət siyasəti və idarəetmə sisteminə açıqlıq gətirək. Dövlət siyasəti qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün dövlətin fəaliyyət istiqamətləri, həyata keçirilən tədbirlərindən ibarətdir. Sosial-iqtisadi inkişaf siyasəti isə ölkənin iqtisadi müstəqilliyinə nail olmaq, sabit iqtisadi-sosial inkişaf, həyat səviyyəsinin yüksəldilməsi üçün dövlət tərəfindən qarşıya qoyulan strateji və cari vəzifələr və onların reallaşdırılması vasitələrinin cəmindən ibarətdir.

Dövlətin sosial-iqtisadi inkişaf siyasəti, o cümlədən regional sosial-iqtisadi inkişaf siyasəti bir sıra amilləri nəzərə almaqla formalaşır. Bu amillər daxili və xarici amillər olmaqla iki hissəyə ayrılır.

Daxili amillər: ölkə daxilində təsərrüfatçılıq və mülkiyyət formaları arasındakı inkişaf nisbətləri, onların qarşılıqlı münasibətləri, ölkə daxilində iqtisadiyyatın inkişaf dərəcəsi, ölkədaxili regionların inkişafında sosial-iqtisadi baxımdan əlverişli nisbətlərin yaranması mənafeyi, hər bir regionda əhalinin həyat səviyyəsi və məşğulluğun qorunub saxlanması və yüksəldilməsi mənafeyi və s.

Xarici amillər: iqtisadi təhlükəsizliyi qaruyub saxlamaq, ərzaq təhlükəsizliyini qorumaq və möhkəmləndirmək, ölkənin digər dövlətlərlə öz siyasi və iqtisadi mövqeyini və nüfuzunu qoruyub saxlamaq və möhkəmləndirmək mənafeyi və s.

Azərbayacan Respublikasında son illərdə pensiyaların, əməkhaqlarının və müavinətlərin artırılması, əhalinin sosial müdafiəsi istiqamətlərində ardıcıl siayasət uyğulanmışdır ki, bu da həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Statistik göstəricilərə əsasən demək olar ki, 1995-2003-cü illərdə orta aylıq pensiya və əməkhaqqı məbləğləri altı dəfə artmışdır. Bu illər ərzində sahibkarlıq inkişaf etmiş, ümumi daxili məhsulun həcmində qeyri-dövlət sektorunun payı qeyd edilən illər ərzində 30 faizdən 73 faizə yüksəlmişdir. Bu kimi dəyişikliklər respublikada yaxın gələcəkdə regionların inkişafında “bərabərləşmə” siyasətinin yeridilməsini qeyri-mümkün qılmışdır.

Regionların vəziyyətini, inkişaf səviyyəsini xarakterizə edən göstəriciləri, kəmiyyət və keyfiyyət parametrlərini müxtəlifdir. Bu müxtəliflik ümumi qiymətləndirməni çətinləşdirir. Belə olduğu halda fərdi göstəricilər qruplaşdırmalarla əvəz olunur. Bu cür qruplaşdırmalar isə regionların iqtisadi inkişaf dərəcələri proqnozlaşdırılıb proqramlaşdırılarkən qəbul edilir. Belə qruplara misal olaraq “ən aşağı səviyyədə”, “aşağı səviyyədə”, “orta səviyyədən aşağı”, “orta səviyyədən yüksək”, “nisbətən yüksək inkişaf səviyyəli” regionlar qruplarını göstərmək olar. Belə bir qruplaşdırmanın təməlində “regionların sosial-iqtisadi inkişafının qiymətləndirilməsi” durur ki, bu da ballarla ifadə edilir və faktiki göstəricilərə: yaşayış minimumundan aşağıgəliri olan əhalinin xüsusi çəkisi, orta hesabla adambaşına regional ümumi məhsul istehsalı, istehsal indeksi, mənzillə təmin olunma, işsizlik səviyyəsi,məktəbəqədər uşaq idarələri və ümumtəhsil məktəblərlə təminolunma, stasionar və qeyri-stasionar müalicə idarələri ilə təmin olunma və digərlərinə əsaslanaraq hesablamalar aparılır. Bu cür müxtəlif parametrləri ümumi halda xarakterizə edə bilmək, “kompleks qiymət”ə gətirmək üçün əmsallardan istifadə edilir: yaşayış minimumunda daha az gəliri olan əhali 4 bal; işsizlik, xəstəxanalarla təmin olunma 2 bal; istehsalın dinamikası 3 bal; ambulatoriya-poliklinika idarələri və məktəbəqədər uşaq idarələri ilə təmin olunma 1 bal. Regionları qruplaşdırmaq üçün orta bal qiyməti hesablanır. Yəni regionlar üzrə göstərici ilə orta hesabla ölkə üzrə göstərici fərqi orta hesabla ölkə üzrə göstəriciyə bölünür.

Hal-hazırda regionların inkişafının dövlət tənzimlənməsi zamanı mövcud vəziyyətin sistemli qiymətləndirilməsi praktiki olaraq həyata keçirilmir. Buna görə də qəbul olunan qərarların obyektini düzgün müəyyənləşdirmək, daha çox defisit vasitələrin aparıcı istiqamətlərini lazımı dərəcədə ölçüb-müəyyənləşdirmək mümkün olmur. Burdan da belə nəticə çıxarmaq olar ki, regional vəziyyətin qiymətləndirilməsinə qənaət, “yardım” resurslarında səmərəsiz istifadə etməyə kömək edəcəkdir.

Regional inkişafının dövlət tərəfindən tənzimlənməsi strukturunu təşkil edən konkret tədbirlər birbaşa və dolayı, ümumi və selektiv, aşkar və qapalı ola bilər. Bu tədbirlərin konkret kəmiyyət nisbətlərinin müəyyənləşdirilməsi xeyli çətindir. Ancaq bəzən “regional inkişafın selektiv köməyinə üstünlük verilməsi” və ya “regional inkişafın qapalı siyasətinə üstünlük verilməsi” kimi ifadələr işlədilir. Qeyd edilən tənzimləyici tədbirlərin eyni istiqamətli olması məcburi deyil, düşünülməmiş istifaadə edildikdə onlardan biri digərinin səmərəsini əhəmiyyətli səviyyədə azaltmaq qabiliyyətinə malikdirlər.

Regional inkişafın dövlət tərəfindən tənzimlənməsi zamanı yaranan münasibətlərin subyektləri orta səviyyəli deyil. Bu münasibətlər zamanı simvolik olaraq “mərkəz” və “subyektlər” (aşağı inzibati ərazi vahidləri) qruplaşdırılır.

“Mərkəz” kimi ilk öncə Azərbaycan Respublikası çıxış edir. Məlumdur ki, bütün subyektlər qanunvericilik orqanlarının və onların ərazi inkişafına dövlət köməyinin mexanizmini müəyyənləşdirən fəaliyyətinin yardımı ilə öz mənafelərini reallaşdırır. Misal olaraq Dövlət büdcəsi, vergilər haqqında və digər qanunları göstərmək olar.

Mərkəz kimi ikinci olaraq Azərbaycan Respublikası Prezidenti çıxış edir. Prezident iqtisadi islahatların əsas yollarını,regionların inkişafı, milli siyasətin istiqamətlərinitəsdiq edən fərmanları imzalayır. Azərbaycan Respublikası Höküməti və nazirliklər (xüsusilə İtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi) də üçüncü “mərkəz” olaraq çıxış edir. Bu strukturlar müvafiq qərarlar qəbul edir və bu qərarları maliyyə resursları vasitəsilə möhkəmləndirirlər. Bu “mərkəz” həmçinin Azərbaycan Respublikası Prezidentinin verdiyi fərmanları, Milli Məclisin qəbul etdiyi normativ aktları həyata keçirir.

Regionaların kompleks inkişafının tənzimlənməsi bazar iqtisadiyyatının mahiyyətindən irəli gəlir. Bu məqsədlə ölkə miqyasında iqtisadi islahatların həyata keçirilməsi probleminin həlli üçün xüsusi şərait yaradılmış olur. Ölkədə iqtisadi islahatların həyata keçirilməsi istiqamətində qəbul edilmiş hökümət qərarlarında və qanunvericilik aktlarında regionlar ya ölkənin kiçildilmiş maketi kimi, ya da həmin regionlarda təsərrüfat obyektlərinin məcmuu kimi götürülür. Onu da bildirmək lazımdır ki, regional siyasət bütövlükdə iqtisadi siyasətin elə bir sahəsidir ki, burada mərkəzləşdirilmiş planlaşdırma, fondlaşdırma, idarəetmə və investisiya siyasəti özünü daha güclü şəkildə göstərir. Respublikada, regionlarda təsərrüfat strukturunun formalaşması heç də sosial-iqtisadi problemlərin həllinin sürətləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə edilməsi mənafeyinə deyil, məhz mərkəzin istədikləri kimi müəyyən etdikləri funksiyalara uyğun olaraq formalaşır. Bu vəziyyət xüsusilə Azərbaycan Respublikası üçün xassdır. Belə ki, Azərbaycan Respublikasında ilk beşillikdən başlayaraq xalq təsərrüfatının inkişafı üçün ayrılmış vəsaitin əksər hissəsi neft-qaz hasilatı və bilavasitə onunla əlaqədar sahələrin inkişafına yönəldilmişdir. Bunun nəticəsində iqtisadiyyatın birtərəfli, qeyri-təkmil, ərazi strukturu formalaşmışdır. Digər tərəfdən isə respublikada zəngin yerli xammalın istifadəsi emal səviyyəsində məhdudlaşdırılması, onların hazır məhsul kimi işlənməsinin başqa regionlarda həyata keçirilməsi təcrübəsi bu disproporsiyanı daha da dərinləşdirmiş, istehsal potensialı zəif olan regionlarda sənayenin yaranması üçün real imkanları olan sahələrin inkişafı dondurulmuşdur. Bütün bu səbəblərə görə də Azərbaycan Respublikası keçmiş müttəfiq respublikaları arasında ərazisində xidmət sferasının, istehsalın, bütünlükdə məhsuldar qüvvələrin səmərəsiz formada və qeyri-mütənasib şəkildə yerləşdiyi, iqtisadi regionlar arasında kəskin iqtisadi fərqlərin mövcud olduğu yeganə dövlətdir.

Ermənistanla müharibə şəraiti çoxlu sayda sənaye və kənd təsərrüfatı, nəqliyyat, tikinti, sosial sferaya daxil olan obyektlərin məhv olmasına, fəaliyyətlərinin dayandırılmasına səbəb olduğunu nəzərə alsaq, regional inkişaf konsepsiyasının işlənib hazırlanmasının nə qədər vacib olduğu aydın olur.

Azərbaycanda regional inkişaf sahəsində durğunluğun, indiki miqyasda ayrı-ayrı rayonlarda məhsuldar qüvvələrin gələcək inkişaf vəzifələrinin həlli ilk növbədə bu işdə çoxcəhətli dövlət tənzimlənmə sisteminin yaradılması və onun fəaliyyəti ilə bağlıdır. Respublikada ümumi iqtisadi islahatların həyata keçirilməsi prosesində regional inkişafın dövlət tənzimlənməsi, respublikanın maliyyə və digər resurslarının iqtisadi cəhətdən zəif inkişaf etmiş rayonlara və şəhərlərə yönəldilməsindən ibarət olmalıdır. İqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq bunun iki yolla həyata keçirilməsini deyə bilərək. Birincisi, birbaşa təsir metodlarının köməyi ilə həyata keçirmək, yəni dövlət kapital qoyuluşu, kontrakt (dövlət sifarişi) sisteminin tətbiqi, dotasiya və subvensiya, xüsusi inkişaf fondları və müxtəlif səviyyəli büdcələrin ayrılan vəsaitinin köməyi ilə regionlar arasında diproporsiyaların aradan qaldırmaq, ikincisi isə dolayı təsir metodlarının köməyi ilə, yəni vergi və kredit sistemləri, hər hansı rayonun, şəhərin xüsusi statusu olması, qeyri-büdcə vasitələri, o cümlədən amortizasiya ayrılmaları hesabına, güzəştli təsərrüfatçılıq zonası elan olunması yolu ilə və s.

Bunlardan əlavə olaraq, yaranmış konkret vəziyyətə, şəraitə məxsus xüsusiyyətlər nəzərə alınmaqla da regionların inkişafı tənzimlənir ki, bu da Azərbaycan Respublikası gerçəkliyində tətbiq olunan regional inkişaf tənzimlənməsi istiqamətidir. Burada söhbət ölkənin əsas sənaye mərkəzləri olan Bakı şəhərində qəti, Gəncə və Sumqayıt şəhərlərində isə qismən yeni müəssisə və obyektlərin yaradılmasının qadağan edilməsidir. Həmçinin, hazırda fəaliyyət göstərən ancaq, həmin regionun, şəhərin profilinə, elmi-texniki potensiallardan səmərəli istifadə edilməsi mənafeyinə uyğun olmayan bir sıra müəssisələrin respublikanın müvafiq regionlarına köçürülməsi də bu istiqamətlə bağlıdır.

Bu məsələlərin həllinə konseptual yanaşılmalıdır.

Dövlət mərkəzləşdirilmiş kapital qoyuluşunu yalnız regionlar arasındakı mövcud sosial-iqtisadi fərqlərin silinməsi üçün deyil, ayrı-ayrı regionlarda dövlət əhəmiyyətli infrastruktura obyektlərinin yaradılması və bununla gələcəkdə bu regionlarda təsərrüfatın yeni-yeni sahələrinin, o cümlədən ixrac sahələrin inkişaf etdirilməsi üçün, məşğuliyyət probleminin həlli, sahibkarlıq fəaliyyətinin geniş vüsət alması və digər məqsədlər üçün etməlidir. Bu məqsədləNazirlər Kabineti tərəfindən əlaqədar təşkilatların iştirakı ilə mərkəzləşdirilmiş kapital qoyuluşunun ilk növbədə hansı rayon və şəhərlərə və hansı məqsədlə yönəldilməsi tərtib olunur və Milli Məclis tərəfindən, yaxud Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq olunur.

Bu istiqamətin davamı, sonrakı inkişafı kimi dövlət dotasiyası və subvensiyası çıxış edir. Dotasiya və subvensiya şəklində ayrılan vəsait inkişafı ön plana çəkilən regionun az gəlirlə və ya zərərlə işləyən mövcud müəssisələrin, fermer təsərrüfatının, qeyri-dövlət sektoruna aid olan digər müəssisələrin fəaliyyətlərinin inkişaf etdirilməsi üçün zəruri infrastruktur obyektlərinin saxlanması xərclərinin müəyyən bir hissəsinin ödənilməsi,həmçinin yeni sosial obyektlərin, əlavə iş imkanlarının, yerlərinin yaradılmasına yönləndirilməlidir.

Regionların inkişafının dövlət tərəfindən tənzimlənməsinin bir başqa metodu mühüm əhəmiyyətli məqsədli regional proqramların həyata keçirilməsi, xüsusi təyinatlı büdcə fondlarının formalaşdırılması ola bilər. Bu cür proqramlara misal olaraq Ermənistanla sərhəd rayonlarda, Qarabağın dağlıq hissəsində müharibə səbəbiylə məhv olunmuş istehsal və qeyri-istehsal təyinatlı obyektlərin bərpa olunması, yenidən yaradılması və s. göstərilə bilər.

Birbaşa təsir metodlarından bili olan kontrakt sistemi (dövlət sifarişi) inkişafı mühüm olan regionlarda bir sıra məhsulların (həm kənd təsərrüfatı, həm də sənaye-hasilat məhsullarının) həmin müəssisələrə zərərlə başa gəlməsi səbəbindən yaranmış xərci dövlət dotasiyası yolu ilə ödənilmısindən ibarətdir. Bu cür dövlət sifarişi sistemi iqtisadi inkişaf səviyyəsi aşağı olan rayonlarda baramaçılıq, üzümçülük, tütünçülük və s. bu kimi mühüm sahələrin inkişafı məqsədilə tətbiq olunur.

Bazar iqtisadiyyatı şəraitində regional iqtisadin inkişafın tənzimlənməsində dolayı metodlar, daha doğrusu iqtisadi metodlar mühüm rol oynayır. Bu cür iqtisadi metodlar arasında ən əhəmiyyətlisi vergi və kredit siyasətidir. Vergi və kredit metodları vasitəsilə regionlarda istehsalı həm stimullaşdırmaq, həm də məhdudlaşdırmaq mümkündür. Burada söhbət inkişafı vacib hesab edilən regionlarda müəssisələrə faizsiz və ya aşağı faizlə kreditlərin verilməsindən, borcların verilməsindən, güzəştli verginin tətbiq edilməsindən və ya vergilərdən tamamilə azad edilməsindən gedir.

Yuxarıda da bildirdiyimiz kimi, Azərbaycan Respublikası şəraitində regional iqtisadi inkişafın tənzimlənməsinin çox önəmli vasitələrindən biri əsas sənaye mərkəzləri olan Bakı, Sumqayıt, Gəncə şəhərlərində yeni sənaye obyektlərinin, müəssisələrinin yaradılmasının qadağan edilməsi, həmçinin bəzi mövcud müəssisələrin, obyektlərin həmin şəhərlərdən digər müvafiq regionlara köçürülməsidir. Bu zaman qadağan xüsusi, müstəsna bir hal kimi tikintisi başa çatdırılmalı və konservləşdirilməsi qərarlaşdırılmış müəssisə və obyektlərə, həmçinin, fasiləsizi texnologiyanın uyğun vasitəsini təşkil edə bilən təzə istehsalatlara və müəssisələrə şamil olunmaya bilər. Digər tərəfdən isə, yuxarıda qeyd edilən şəhərlərdə onların istehsal profillərinə uyğun olmayan obyekt və müəssisələrin çıxarılması, onların bina və avadanlıqlarının sökülüb aparılması kimi anlaşılmamalıdır. Burada söhbət qeyd edilən müəssisələrin respublikanın müvafiq regionlarında təşkilindən, həmin müəssisələrin fəaliyyətinin tədricən cari dövrdə yerləşdikləri şəhərlərdə fəaliyyətinin dayandırılmasından və ya istehsal profillərinin dəyişdirilməsindən gedir.

Hesablamalara əsasən deyə bilərik ki, təkcə Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin 18-20 faizi mövcud elmi-texniki potensialdan istifadə olunması nöqteyi nəzərindən onun istehsal profilinə uyğun deyil və bu səbəbdən başqa rayonlara köçürülən müəssisələr sırasına əlavə edilə bilər.

Regional inkişafın dövlət tənzimlənməsi sahəsində Azərbaycan Respublikası şəraitində ən vacib istiqamətlərdən biri onun müvafiq ərazi, regional bölgülərində azad təsərrüfat, iqtisadi zonalarının yaradılması ola bilər. Bu istiqamətdə isə Azərbaycan Respublikası Prezidentinin 2004-2008, 2009-2013 və 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair dövlət sərəncamı xüsusi rol oynayır.



1.3.Regional iqtisadiyyatla milli iqtisadiyyatın qarşılıqlı əlaqələri

Regional inkişaf siyasəti dövlət siyasətinin, idarəetmə sistemi isə dövlət idarəetmə sisteminin daxili tərkib hissəsidir. Dövlət siyasətini müəyyənləşdirən ümumi prinsiplər və ya dövlət siyasəti qarşısına qoyulan ümumi tələblər onun daxili hissələrinə, regional siyasətə də şamil edilir.

Sosial-iqtisadi inkişaf siyasəti dövlət siyasətinin əsasını təşkil edir.

Sosial-iqtisadi inkişaf siyasəti əhalinin həyat səviyyəsini yüksəltmək, sabit sosial və iqtisadi inkişafa nail olmaq, ölkənin iqtisadi müstəqilliyini təmin etmək üçün dövlət tərəfindən qarşıya qoyulan strateji məqsədlər, vəzifələr, həmçinin onların reallaşdırılması vasitələrinin cəmi nəzərdə tutulur. Dövlətin sosial-iqtisadi inkişaf siyasəti bir sıra istiqamətlər üzrə hazırlanır: pul-kredit siyasəti, maliyyə siyasəti, aqrar siyasət, sosial siyasət, struktur siyasəti, vergi siyasəti, regional siyasət və s.

Bütövlükdə dövlət üzrə sosial-iqtisadi inkişaf siyasətinə müvafiq olaraq regionlar üzrə də bir sıra inkişaf istiqamətləri hazırlana bilər.

Əhatə dairəsinə görə regional inkişaf strategiyası 2 tipdə hazırlanır: ayrı-ayrı regionlar üzrə ümumi sosial-iqtisadi inkişaf strategiyası; ayrı-ayrı təsərrüfat sahələrinin problemlərinin həlli, yaxud inkişafı strategiyası (böhranın qarşısının alınması strategiyası, iqtisadi artım strategiyası, xammal-materiallardan səmərəli istifadə olunması strategiyası, elm tutumlu istehsal sahələrinin inkişafı strategiyası, işsizliyin və yoxsulluğun azaldılması strategiyası və s.).

Regional inkişaf strategiyası ölkənin başqa ölkələrlə sosial və istehsal infrastrukturun inkişafı sahəsində əməkdaşlığı və strategiya fəaliyyətdə olduğu müddətdə onların istiqamətlərini nəzərə alınmaqla hazırlanmalıdır. Xüsusilə nəqliyyat, energetika, miqrasiya sahəsində əməkdaşlığın genişləndirilməsi meylləri strategiya hazırlanarkən nəzərə alınmalıdır.

Yuxarıda qeyd edilən hal xüsusilə Qafqaz ölkələrində, o cümlədən Azərbaycan şəraitində nəzərə alınmalıdır. Belə ki, Azərbaycanın iqtisadi rayonları həm Avropa ittifaqı və ona qonşu ölkələrlə (Belarusiya, Gürcüstan, Əlcəzair, Misir, İordaniya, İsrail, Liviya, Livan, Suriya, Mərakeş, Tunis, Fələstin, Ukrayna), həm də Azərbaycan rayonlarına müxtəlif mövqelərdən yanaşan İran, Rusiya, Türkiyə, Qazaxıstan dövlətləri ilə iqtisadi münasibətlərə girirlər.

Dövlətin sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq sosial proseslərin düşünülmüş şəkildə idarə edilməsi işi regionların sosial-iqtisadi inkişafının kompleks tənzimlənməsi vasitəsilə həyata keçirilir. Kompleks planlaşdırma təsərrüfat mexanizminin digər elementləri (özünüidarəetmə, iqtisadi həvəsləndirmə, regionların idarə edilməsinin təşkilat strukturu və s.) ilə yanaşı həmin regionlarda qarşıya qoyulan cari və uzunmüddətli məqsədlərə nail olmağı təmin edir.

Regional təsərrüfatçılıq vəziyyətində kompleks idarəetmə növünün mahiyyəti ilə kompleks tənzimlənmənin mühüm rolu müəyyənləşdirilir ki, bu da vahid xalq təsərrüfatçılığının tərkib hissəsi kimi regionların iqtisadi və sosial inkişafının planlaşdırılmasında inkişaf istiqamətlərini reallaşdırılmasına yönəldilmiş tədbirlərin, proporsiyaların seçilməsi və həyata keçirilməsi mexanizmidir.

Bu, qanunvericiliyə müvafiq olaraq, hər bir regionun şəraitinə uyğun olaraq müəssisələrin mənafe birliyi nəzərə alınaraq dövlət müdaxiləsinin köməyi ilə təmin ediləcəkdir.

Bu səbəbdən də regionlar üzrə kompleks iqtisadi və sosial inkişafa nail olmaq üçün regionların iqtisadi və sosial inkişaf planları, proqramları hazırlanmalıdır. 4

Bu planlarda bir sıra məsələlərin həlli nəzərə alınır:


  • yeni təsərrüfatçılıq növlərini genişləndirmək, dövlətin onlara müdaxiləsini məhdudlaşdırmaqla istehsalın artırılması;

  • müxtəlif stimullaşdırıcı vasitələrdən, o cümlədən, vergi güzəştləri, dotasiya, faizsiz kreditlər və s. istifadə etməklə regionlarda istehsal obyektlərinin səmərəli fəaliyyət göstərməsinin təmin edilməsi;

  • yerli və xarici biznesmenlərin, investorların investisiya vəsaitlərinin müvafiq regionlara cəlb edilməsi vasitəsilə əmək, maliyyə, material və təbii ehtiyatlardan, əsas istehsal fondlarından səmərəli istifadə edilməsinə nail olunulması;

  • istehsal və qeyri-istehsal sferalarının proporsional inkişafının təmin edilməsi;

  • əhaliyə sosial-mədəni xidmətin yaxşılaşdırılmasına nail olunması.

Qeyd edilən vəzifələr regionların sosial və iqtisadi inkişaf planının kompleks planların elmi cəhətdən əsaslandırılmış mahiyyətini və məzmununu özündə əks etdirir. Həmçinin, bu göstəricilər, tədbirlər sistemi mülkiyyət formalarından, ölkənin sosial və iqtisadi inkişaf planından asılı olmayaraq, regionlardakı birliklərin, idartələrin, təşkilatların və müəssisələrin iqtisadi göstəricilərilə sıx əlaqələndirilməlidir.

Regional iqtisadi və sosial inkişaf planlarında bütövlükdə regionun əsas göstriciləri verilməli, respublika və muxtar respublika nazirlər kabinetinin, şəhər, vilayət və rayon icra hakimiyyətlərinin tabeliyindəki təsərrüfatların, yuxarı təşkilatların tabeliyindəki təsərrüfatların planları ayrıca qeyd edilməlidir. Əlavə olaraq, xalq istehlakı malları istehsalı, yerli tikinti materialları, mədəni-məişət quruculuğu və mənzil-kommunal təsərrüfatı üzrə icmal planlar qurulmalıdır.

Regional sosial və iqtisadi inkişafın kompleks tənzimlənməsinin vəzifə və məqsədlərinə nail olunması ərazi planlaşdırması üzrə obyektlərin özlərinə məxsus plan və proqramların strukturuna uyğun gəlir. Belə ki, regional sosial və iqtisadi inkişaf planlarında bir sıra bölmələrin müvafiq normativ sənədlərlə birgə verilməsi məsləhət bilinir:


  • xidmət sahələrinin inkişafı;

  • xalq təsərrüfatı sahələrinin inkişafı;

  • sosial inkişaf üzrə kompleks tədbirlər;

  • regionun resurslarından səmərəli istifadə edilməsi.

İcmal bölmənin əhatə etdiyi sosial inkişaf üzrə tədbirlərdə ümumregion əhəmiyyətli tədbirlər əks olunur. Bu cür kompleks tədbirlərə aşağıdakılar aiddir:

  • əhalinin sosial-demoqrafik strukturu;

  • əhalinin mədəni və ümumi səviyyəsinin yüksəldilməsi;

  • məşğuliyyət, işsizliyin azaldılması və ya aradan qaldırılması, əmək şəraitinin yaxşılaşdırilması, işçilərin mədəni-texniki səviyyəsinin yüksəldilməsi;

  • əhali gəlirləri ilə xidmətlərin uzlaşması səviyyəsi nəzərə alınaraq bazar şəraitinə uyğun səhiyyə xidməti, mədəni-məişət, mənzil şəraiti və s. tədbirləri.

Kompleks sosial və iqtisadi inkişaf planlarının qurulması təcrübəsi daim təkmilləşir və bu səbəbdən də onun qarşısında duran vəzifə və məqsədlər də dəyişir.

Cari dövrdə regionların sosial və iqtisadi inkişafı mürəkkəb planlar sistemi ilə reallaşdırılır. İlk öncə regionlarda olan inzibati vahidlərin, o cümlədən, xalq təsərrüfatı sahələrinin cari və perspektiv planları işlənib hazırlanır.

Qeyd edilən planların hər birinin ayrıca obyektləri, subyektləri və məqsədli planlaşdırma istiqamətləri mövcudur. Bu səbəbdən regionların sosial və iqtisadi inkişafının müxtəlif istiqamətlərini qaydaya salan, əlaqələndirən planlararası qarşılıqlı əlaqələrin qurulması, təmin edilməsi zərurəti yaranır. Bu cür əlaqələr regionların sosial və iqisadi inkişafının tənzimlənməsinin kompleks planları vasitəsilə təmin edilə bilər. Region həyatının bütün tərəflərini təhlil etmək, sosial və iqtisadi problemlərini yalnız sosial və iqtisadi inkişafın kompleks planlarının köməyi ilə tapmaq olar.

Kompleks planlaşdırma sosial-siyasi, mənəvi, iqtisadi sferaların harmonik inkişafının, qarşılıqlı əlaqələrinin artırılmasına, ümumiyyətlə, əhalinin həyat fəaliyyətinin bütün sahələrinin inkişafının sürətləndirilməsinə şərait yaradır.



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə