Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda Kərimli Xəyal Vasif oğlu «Azərbaycanda regional iqtisadi inkişafin tənzimlənməsinin dövlət mexanizmi»



Yüklə 0,65 Mb.
səhifə4/7
tarix27.03.2018
ölçüsü0,65 Mb.
#34897
1   2   3   4   5   6   7

Güclü tərəfləri:

  • Kənd təsərrüfatı və heyvandarlıq sektorunun əlverişli bir iqlim və ərazi tərkibinə sahib olması:

Azərbaycanın subtropik iqlimdən tundra iqliminə qədər dünyada mövcud olan 11 iqlim qurşağından 9-na malik olması fərqli məhsulları istehsal etməyə imkan verir. Ümumilikdə ölkə ərazisinin 53 faizi kənd təsərrüfatı üçün yaralıdır.

  • Turizmin inkişafına əlverişli ekoloji, təbii, tarixi və mədəni zənginliklərə malik olması:

Azərbaycan regionlarının səfalı yerləri, turizm zonaları, tarixi və arxeolojik əsər potensialı, Xəzər dənizi sahilləri, müxtəlif regionlarda olan müalicəvi qaynaq suları, meşə sahələri, əlverişli iqlim şərtləri turizm sahəsinin inkişaf etməsi üçün əlverişli şərait yaradır.

  • Güclü neft və təbii qaz sektorunun varlığı, bu sahənin inkişaf etməsi üçün lazımi xammalın mövcudluğu:

Azərbaycan Xəzər dənizində kəşf edilən təbii qaz və neft rezervlərilə dünyada neft və təbii qazın ixrac potensialına sahib olması ilə diqqət çəkmişdir. 2005-ci ildə neftin, 2006-cı ildə isə təbii qazın ixracıyla birgə enerji mənbələrindən böyük miqdarda gəlir əldə edilməyə başlanılmışdır.

  • İnşaat sektoru və inşaat materialları istehsalı üçün inkişaf potensialı;

  • Xəzərin balıqçılıq və kürü istehsalına əlverişli olması:

Xəzər dənizi ən qiymətli balıq növü olan Mərsin (Nərə) balığının ana vətəni sayılır. Dənizdən Nərə balığı ilə yanaşı kürü də əldə edilir. Qara kürünün 80-90%-nin Xəzərdən əldə edilir. Bu da öz növbəsində balıqçılıq sektorunun inkişafına əlverişli şərait yaradır.

  1. Zəif tərəfləri:

  • İnfrastruktur çatışmamazlığı və köhnə texnologiya:

Heyvandarlıq və kənd təsərrüfatı üçün lazım olan sulama və digər infrastruktur azdır. Digər tərəfdən heyvandarlıq və kənd təsərrüfatı üçün lazım olan texnologiya həm az həm də köhnədir.

  • Neft və təbii qaz hasilatından asılı olan iqtisadi sistemin bərqərar olması, digər sektorların diqqət xaricində olması:

Müstəqillik sonrasında neft və təbii qaz hasilatına diqqət artırılmış, enerji sektoru yerli və xarici investorların diqqət mərkəzində olmuş, digər sahələrə isə lazımı diqqət ayrılmamışdır.

  • İxracın və dövlət büdcəsinin neft və təbii qaz gəlirlərindən asılı olması:

Neft və neft gəlirlərinin ixrac olunan məhsullardakı payı təxminən 90 faizdir. Büdcə gəlirlərinin isə 50 faizi neft və neft məhsulları ilə əlaqədar sahələrdən əldə olunur. Nəticə etibarilə, büdcənin neft gəlirlərindən, neft gəlirlərinin də dünya bazarlarındakı iqtisadi konjukturadan asılı olması Azərbaycanı “Hollandiya Xəstəliyi” təhlükəsi ilə qarşı-qarşıya qoyur.

Ölkə iqtisadiyyatının regional inkişafının kompleks təhlili nəticəsində ölkə iqtisadiyyatının qarşısında duran iqtisadi təhditlər və fürsətlər də tədqiq olunur və öyrənilir.



İqtisadi təhditlər:

  • Neft qiymətlərində olan dalğalanmalar:

Neft qiymətlərində olan dalğalanmalar iqtisadi baxımdan əsas təhdidlərdir. Qiymətlərdəki gözlənilməyən azalma ölkənin gəlirlərində mühüm problemlərə səbəb ola biləcəkdir;

- Təbii ehtiyatların tükənməsi, yeni artım sahələrinin itkiləri;



İqtisadi fürsətlər:

  • Dünya iqtisadiyyatına inteqrasiya səviyyəsi:

Qloballaşma prosesinə sürətlə uyğunlaşaraq, dünya iqtisadiyyatına inteqrasiyada regional ittifaqlara qoşulma, xarici ticarət, beynəlxalq iqtisadi təşkilatlarla əlaqələr, xarici investisiyalar baxımından region ölkələri ilə müqayisədə gəldiyi yerin daha yüksək olduğu görülür.

- Prioritet sahələr üzrə inkişaf imkanlarının olması;



  • Regiondakı ölkələrə görə sərbəst bazara keçiddə daha irəlidə olması:

Sərbəst bazar iqtisadiyyatına keçiddə nəzəri və hüquqi infrastrukturu reallaşdırmaqda regionda müstəqillik əldə edən yeni respublikalarla müqayisədə daha irəlidə gedir.


8Cədvəl 3. GZİT Analizi İlə Əlaqədar Qiymətləndirmə Cədvəli

MÜSBƏT

MƏNFİ

GÜCLÜ TƏRƏFLƏR

Makro iqtisadi

- Ölkədə qiymətlərin stabilliyi və ümumi olaraq makroiqtisadi stabilik şəraitinin mövcudluğu.

- Xarici borcların ÜDM-dəki payının azlığı (14%).

- Xarici valyuta kurslarında stabilliyin olması.

- Ucuz kadr potensialı.

Sektoral və Regional

- Kənd Təsərrüfatı və heyvandarlıq sahələrində əlverişli təbii iqlim və münbit coğrafi mövqeyinə sahib olması.

- Turizmin inkişafına əlverişli təbii, tarixi və mədəni sərvətlərə sahib olması.

- Ərzaq sənayesi üçün lazım olan xammal olaraq aqrar və heyvandarlıq məhsullarının istehsalına münbit şəraitin olması.

- Güclü bir neft və təbii qaz sektorunun mövcud olması.

- Neft-kimya sənayesinin inkişafı üçün lazımi xammalların və məlumat və kadr bazasının ölkədə lazımi səviyyədə olması.

- Hökümətin iqtisadi inkişafı təşviq siyasətinin mövcud olması.

- Nəqliyyat və kommunikasiya sektorlarının inkişaf potensialı.

- Maliyyəvə bank sektorununinkişafpotensialı.

- Tikinti sektoru və inşaat materialları istehsalı üçün inkişaf potensialı.

- Xəzər dənizinin balıqçılıq və kürü istehsalında əlverişli mövqeyi.


ZƏİF TƏRƏFLƏR

Makro iqtisadi

- İşsizlik problemi.

- Təhsilli və keyfiyyətli əməyin ölkə xaricinə köçü.

- İri dölət müəssisələrinin özəlləşdirmə prosesinin yavaş getməsi.

- Korrupsiya və rüşvət nisbəti.

- İxracın və dövlət büdcəsinin neft gəlirlərindən asılı olması.

- Gömrük məntəqələrində baş verən problemlər.

- Gelir səviyyəsinin aşağı, gəlir bölgüsünün qeyri-mütənasib olması.

- Valyuta kursunda dalğalanma müşahidə olunma ehtimalıyla yerli valyutaya olan inamın azlığı.

- Kölgə iqtisadiyyatı.

- Monopoliya və haqsız rəqabət zəmininin olması.
Sektorlar və Regional

- İnfrastruktur əksikliyi və köhnə texnologiya.

- Neft və təbii qaz sektoruna indeksli bir iqtisadi sistem formalaşdırılması səbəbiylə digər sektorların diqqətdən kənarda qalması.

- Maliyyə sektorunun lazımi səviyyədə inkişaf etməmiş olması.

- Sektoral inhisarının mövcud olması.

- Holland Sindromutəhlükəsi.

- Regional inkişafda qeyri-bərabərlik.


FÜRSƏTLƏR

İqtisadi

- Sərbəst bazar iqtisadiyyatı sisteminə keçiddə region ölkələrinə görə daha irəlidə olması.

- Dünya iqtisadi sisteminə sürətli şəkildə inteqrasiya.

- Neft və təbii qaz ixrac edən ölkələr arasında sayılması.



TƏHDİDLƏR

İqtisadi

- Neft qiymətlərindəki dalğalanmalar.



16 mart 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə 12 strateji yol xəritəsi hazırlanıb. Strateji yol xəritələrinin layihələrində vətəndaş cəmiyyəti institutlarının, maraqlı tərəflərin təklif və rəyləri də nəzərə alınmışdır ki, bu da, öz növbəsində, prioritet sahələrə geniş baxış bucağından yanaşmaq üçün əlverişli şərait yaratmışdır.9

Strateji yol xəritələrinin icrasında əsas məqsəd Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın inklüzivliyinin, rəqabətqabiliyyətliliyinin və sosial rifahın artırılmasının təmin edilməsindən ibarətdir. Nəzərdə tutulan layihələr kənd təsərrüfatı, neft-qaz, ağır sənaye və maşınqayırma, istehlak malları istehsalı, ixtisaslaşmış turizm, əhalinin uyğun qiymətə mənzil təminatı, logistika və ticarət, peşə təlimləri, telekommunikasiya və kommunal xidmət sahələri, maliyyə xidmətlərini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Xəritəsi” qeyd edilənlər üzrə strateji məqsəd və hədəfləri, nəzərdə tutulan tədbirlərin qiymətləndirmə və maliyyələşdirmə mexanizmlərini müəyyən edir.

Burada Azərbaycanda mövcud iqtisadi vəziyyət, həm də qlobal və regional trendlər nəzərə alınmışdır. İmzalanmış fərmana əsasən, Respublikamızda 12 strateji yol xəritələri müəyyənləşdirilmişdir:

- milli iqtisadiyyat perspektivi üzrə ;

- neft və qaz sənayesinin inkişafına dair;

- kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair;

- kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair ;

- ağır sənaye və maşınqayırmanın inkişafına dair ;

- ixtisaslaşmış turizm sənayesinin inkişafına dair;

- logistika və ticarətin inkişafına dair;

 - uyğun qiymətə mənzil təminatının inkişafına dair;

- peşə təhsili və təliminin inkişafına dair;

- maliyyə xidmətlərinin inkişafına dair;

- telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair;

- kommunal xidmətlərin inkişafına dair - Strateji Yol Xəritələri.

Strateji Yol Xəritəsində diqqətçəkən əsas məqam strateji məqsəd və hədəflərə çatmaq üçün aydın zaman çərçivəsinin müəyyənləşdirilməsidir. Belə ki, Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə edir. Bu baxımdan, Strateji Yol Xəritəsində nəzərdə tutulmuş əsas istiqamətlərin icrası üzrə tədbirlər planının 2020-ci ilə qədərki dövrü mövcud reallıqlar və qlobal çağırışlar nəzər alınmaqla səmərəli icra mexanizminin formalaşdırılmasını özündə əks etdirir. Həmin sənəddə 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün isə hədəf baxış təsbit edilmişdir.

2020-ci ilədək icrası nəzərdə tutulan əhatəli tədbirlər planı – iqtisadi şaxələnməni, ölkə iqtisadiyyatının enerji daşıyıcılarından asılılığının minimuma endirilməsini və dünya iqtisadiyyatına inteqrasiyanı başlıca məqsədlər kimi müəyyənləşdirmişdir. Bir-biri ilə zəncirvari şəkildə əlaqəli olan həmin tədbirlər ölkə iqtisadiyyatının kompleks şəkildə yenidən strukturlaşmasını təmin etməlidir. 

2025-ci ilədək müəyyənləşdirilmiş uzunmüddətli baxış dayanıqlı inkişaf yoluna qədəm qoymuş ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin daha da gücləndirilməsini hədəfləyir. Buna nail olunması iqtisadiyyatda özəl sektorun payının artırılması, investisiya cəlbediciliyinin yüksəldilməsi və ölkədə azad rəqabət mühitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. 

Strateji Yol Xəritəsində 2025-ci ildən sonrakı hədəf kimi insan inkişafı indeksinin daha da yüksək həddə çatdırılmasını və ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasını təmin edən güclü, çoxşaxəli inklüziv iqtisadiyyatın bərqərar edilməsi müəyyən edilmişdir. insan kapitalının inkişaf etdirilməsi və ölkə əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi uzunmüddətli hədəflərin əsas komponentləri kimi öz əksini tapır. 


2.3. Regional iqtisadi inkişafın təmin edilməsinin normativ-hüquqi təminatı

Dünya təcrübəsi sübut edir ki, bazar iqtisadiyyatının normal fəaliyyət göstərə bilməsi yalnız hüquq əsasında və hüququn köməyilə mümkündür. Regional iqtisadiyyatın müvəffəqiyyətlə reallaşdırılması üçün müvafiq hüquqi baza olmalı, sərəncamlar, normativ-hüquqi aktlar və qərarlar qəbul olunmalıdır. Bununla yanaşı, bəhs edilən normativ aktların icrası üçün tədbirlər hazırlanmalı, institutlar yaradılmalı və həyata keçirilməlidir.

Regional idarəetmə və siyasətin hüquqi əsaslarını normativ aktlar və qanunlar sistemi demokratik ölkələrdə XIX əsrin əvvəllərindən etibarən formalaşmışdır. Hazırda isə bütün ölkələrdə regional siyasətin hər 2 qrup vasitələrini – inzibati-təşkilati və iqtisadi vasitələrini əhatə edən qanunlar sistemi fəaliyyətdədir. Bu qanunlar sistemi öz mahiyyətinə görə hökümət qərar və göstərişlərindən, regional inkişafı tənzimləmək üçün qəbul edilmiş qanunlardan, prezident fərmanlarından ibarət olur.

Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan hüquqi dövlətdir. Dövrü olaraq qəbul edilmiş qanunlar, qanunvericilik aktları, sərəncamlar və fərmanlar Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına uyğun olmalıdır.

Azərbaycan Republikası Konstitusiyasında iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin əsas funksiyaları aşağıdakı kimi göstərilmişdir:

Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti və idarəetmə orqanları qanunların və iqtisadi xarakterli tədbirlərin köməyi ilə xalq təsərrüfatının struktur dəyişikliklərinə kömək göstərir; intellektual mülkiyyət münasibətlərini tənzimləyir; ayrı-ayrı sahələrin və regionların inkişafı üçün xüsusi fondlar yaradır; Azərbaycan Respublikasının hüquqi şəxslərinin və vətəndaşlarının digər dövlətlərlə qarşılıqlı münasibətlərini tənzimləyir; Azərbaycan Respublikasının milli, ekoloji, iqtisadi, sosial, və mədəni mənafeyinə zidd olan fəaliyyətin qarşısını alır; respublika vətəndaşlarının yaşayış minimumunun təminatlarını, sosial təminat və sığortalama üçün digər zəruri hüquqi təminatları həyata keçirir.

İnkişaf etmiş ölkələrin təcrübəsində fəaliyyətin müxtəlif növlərini reklam edən hüquq sahələri və institutları formalaşmışdır. Misal üçün sahibkarlıq sahəsində vətəndaşlıq hüququ ilə birgə sahibkarlıq, fərdi, təsərrüfat, ticarət hüququ ilə müəyyən edilir, onları şərh edən prosedur-hüquqi sənədlər işlənib hazırlanır. Azərbaycan Respublikasında isə özündə iki bloku: təşkilati-hüquqi bloku və iqtisadi-hüquqi bloku birləşdirən qanunvericilik sistemi formalaşmışdır. Bu bloklar tamamlanmağı və əlavələr tələb edir. Təşkilati-hüquqi bloku təşkil edən qanunlara ünvanlı kimi yanaşmaq olar. Belə ki, onlar bazar münasibətləri strukturları üçün yerinə yetirilməsi məcburi olan və bilavasitə ünvanlanan təşkilati-qanunverici qayda və normalar xarakterlidir. Bunlara aşağıdaki qanunları daxil etmək olar: “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu, “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanunu, “Torpaq haqqında” Azərbaycan Respublikası Qanunu, “Banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu və s.

İkinci bloku təşkil edən qanunlar toplusu isə məzmun etibarilə funksional-ünvanlı xarakter daşıyır. Belə ki, bu qanunlar toplusuna əməl olunması bütün hüquq münasibətləri subyektləri üçün məcburi hesab edilir və iqtisadi-qanunvericilik və qaydalar xarakterlidir. Bunlara misal olaraq aşağıda qeyd edilən qanunlar toplusunu göstərmək olar: “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu, “Kollektiv müqavilələr və sazişlər haqqında” Azərbaycan Respublikası Qanunu və s.

Mövcud vəziyyəti, ictimai inkişaf prosesini tənzimləmək məqsədilə norma və qayda xarakterli aktlar qəbul olunur ki, bunlara Azərbaycan Respublikası Prezidentinin fərmanları, əsasnamələr, qərarlar, sazişlər və s. daxildir.

Hər bir normativ aktda, qanunda, həmin normativ-qanunverici proseslə fəaliyyətini tənzimləyən subyektlərin hər birinin hüquqları, səlahiyyətləri, məsuliyyətləri və vəzifələri, habelə onların fəaliyyət müddətləri, tətbiqi qeyd edilir.

Azərbaycan Respublikasının hüquq sistemində əsas müəyyənedici Azərbaycan Respublikası Konstitusiyası sayılır. Konstitusiya müəyyən edir ki, Azərbaycan Respublikası, onun subyektləri, yaşayış yerindən asılı olaraq vətəndaşlar, qeydiyyat yerindən asılı olaraq təsərrüfatçı subyektlər beynəlxalq, vətəndaşlıq, əmək və cinayət hüquq normaları da daxil olmaqla Azərbaycan Respublikası Konstitusiyasına, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına, yerli özünüidarə orqanlarının nizamnamələrinə əsaslanmalıdırlar.

Ümumiyyətlə müstəqillik illərindən Azərbaycanda bazar münasibətlərinə keçid və dünya sisteminə inteqrasiyanın əsaslarını müəyyənləşdirən, tənzimlənməsi və idarəetməsi haqqında mindən çox qanun qəbul olunmuş, mövcud qanunlarda xeyli dəyişikliklər və təkmilləşdirmələr aparılmışdır.

Regionların davamlı və tarazlı inkişafının hüquqi bazasının ilkin konturları 2003-cü ildə dövlət başçısı tərəfindən təqdim edilmişdir. Ölkəmizdə regional inkişaf məsələləri ilə dövlət və hökümət səviyyəsində məqsədyönlü şəkildə 2004-cü ildən etibarən məşğul olunmağa başlanıldı.

İqtisadi siyasətin prioritetlərinin reallaşdırılmasının hüquqi əsaslarını Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər), “Azərbaycan Respublikasının məşğulluq strategiyası və bu strategiyanın həyata keçirilməsi üzrə proqram”, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı (2005-2015-ci illər), “ Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikasında dövlət əmlakının idarəedilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı” və digər mühüm sənədlər təşkil etmişdir.

Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin 11 fevral 2004-cü il tarixli 24 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” təsdiq edilmişdir ki, bu proqram iqtisadi rayonların tarazlı şəkildə inkişafına impuls vermək üçün kompleks tədbirləri nəzərdə tutmuşdur. Bu sənəd iqtisadi siyasətin başlıca hədəflərindən biri olmuşdur. Proqram nəticəsində beş il ərzində ölkədə makroiqtisadi sabitlik bərqərar olmuş, davamlı inkişafın təmin edilməsi sahəsində mühüm addım atılmışdır. Qeyd edilən proqramın uğurla həyata keçirilməsi səbəbi ilə iqtisadiyyatda dinamik inkişaf təmin edilmişdir.

Təmin edilmiş uğurlu inkişafın növbəti addımı olaraq Azərbaycan Respublikası Prezidenti 80 nömrəli 14 aprel 2009-cu il tarixli “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq etdi. Regionların tarazlı inkişafını nəzərdə tutan bu proqramın da icrası ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynadı. Belə ki, qeyd edilən proqram nəticəsində makroiqtisadi sabitlik təmin olundu, yeni iş yerləri və müəssisələr yarandı, infrastruktur və kommunal xidmətlərin səviyyəsi daha yüksəldi, əhalinin rifah halı daha da yaxşılaşdırıldı, yoxsulluq səviyyəsi azaldıldı.

Azərbaycan Respublikası Prezidenti İ. Əliyev ölkədə növbəti illərdə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun inkişafının təmin edilməsi, sosial xidmətlərin və infrstrukturun daha da yaxşılaşdırılması məqsədilə 27 fevral 2014-cü il tarixli “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq etmişdir. Bu proqramın icrası ölkə iqtisadiyyatının inkişafında əhəmiyyət kəsb etməklə sahibkarlıq fəaliyyətının genişlənməsində, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, makroiqtisadi sabitliyin təmin olunmasında, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasına və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayacaqdır. 2015-ci il bötövlükdə dünya iqtisadiyyatı üçün, həmçinin Azərbaycan iqtisadiyyatı üçün çox mürəkkəb bir il (neftin qiyməti dünya bazarında üç dəfədən çox aşağı düşmüş, dünya iqtisadi böhranı davam etmiş, dünyada qeyri-sabitlik daha da güclənmişdir və s.) olmuşdur. Lakin, buna baxmayaraq, ilkin hesablamalara görə 2015-ci ildə ölkə iqtisadiyyatına 16 mld. dollar sərmayə qoyulmuş, ÜDM-də 1 faizdən artıq, qeyri-neft sektoru və kənd təsərrüfatında isə 7-8 faiz artım olmuşdur.

III FƏSIL. AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİ İNKİŞAFIN TƏMİN EDİLMƏSİNDƏ DÖVLƏT PROQRAMININ ROLU VƏ REGİONAL İQTİSADİ İNKİŞAFIN TƏNZIMLƏNMƏSININ DÖVLƏT MEXANIZMI

3.1.Regional iqtisadi inkişafın tənzimlənməsində dövlət proqramı və onların makroiqtisadi xarakteristikası

Regional iqtisadi inkişafın idarə olunması üçün əsasən məqsədli dövlət proqramlarından və büdcə transfertlərindən, fərman və sərəncamların qəbul olunmasından və başqa bir sıra məhdud sayda alətlər çoxluğundan istifadə edilir. Qeyd edilənlər arasında regional siyasətin məqsədlərinə nail olmaq üçün ən mühüm alətlərdən biri regionların inkişafı üçün məqsədli proqramların işlənib hazırlanması və reallaşdırılmasıdır.



Mövcud potensialdan səmərəli istifadə etməklə regionların sosial-iqtisadi səviyyəsinin yüksəldilməsi və onlar arasında iqtisadi inkişaf fərqlərinin minimuma endirilməsi regional inkişafda tələb olunur. Bu səbəbdən də prezident İlham Əliyev 11 fevral 2004-cü il tarixli fərman ilə “ Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nı imzaladı. Son dövrlərdə, ümumiyyətlə, bir sıra iqtisadi və sosial yönümlü dövlət proqramları qəbul edilmişdir. Buraya “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramı”, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010 - 2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, “Azərbaycan Respublikasının Məşgulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” və regional inkişaf planlarını daxil etmək olar. Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında son 10 ildə olan ən aktual məsələlərdən başlıcası regional inkişaf proqramlarıdır ki, son il ərzində bu istiqamtdə 4 proqramın icrası başa çatmış, 2 proqramın icrası isə hal-hazırda davam edir.

10Cədvəl 4. Əsas sosial-iqtisadi göstəricilərin indeksləri (əvvəlki ilə nisbətən, faizlə)




2005

2006

2007

2008

2009

2010

2011

2012

2013

2014

2015

Ümumi daxili məhsul

126,4

134,5

125,0

110,8

109,3

105,0

100,1

102,2

105,8

102,8

101,1

Neft-qaz sektoru

166,3

163,2

136,8

106,8

114,0

101,8

90,7

95,0

101,0

97,1

101,2

Qeyri-neft sektoru

108,3

111,9

111,4

115,9

103,7

107,9

109,4

109,7

110,0

107,0

101,1

Məhsula və idxala xalis vergilər

107,9

110,9

111,1

115,6

101,8

108,2

108,3

106,9

108,5

104,9

103,6

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə