Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda Kərimli Xəyal Vasif oğlu «Azərbaycanda regional iqtisadi inkişafin tənzimlənməsinin dövlət mexanizmi»



Yüklə 0,65 Mb.
səhifə5/7
tarix27.03.2018
ölçüsü0,65 Mb.
#34897
1   2   3   4   5   6   7

Hal-hazırda icrası davam edən proqramlar “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”dır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı məqsəd və vəzifələrinə görə aşağıdakı məslələrin həlli nəzərdə tutulmuşdur:



  • regionlarda olan resurslardan səmərəli istifadə edilməsi;

  • regionlarda sahibkarlığın inkişafı, regionlarda mövcud istehsal müəssisələrinin fəaliyyətinin inkişafı və yeni iş yerlərinin təşkil edilməsi;

  • regionların sosial, istehsal infrastrukturunun müasir tələblərə uyğun səviyyədə qurulması;

  • regionlar arasında sosial-iqtisadi disproporsiyaların, regionlar arasında miqrasiya prosesinin tənzimlənməsi.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində qəsəbə və kəndlərdə təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosial yönümlü obyektlərin inşası və əsaslı təmiri reallaşdırılmış, rayonların infrastrukturları yenidən qurulmuş, əhalinin məşğulluğu təmin olunmuşdur. Gəncədə, Yevlaxda, Mingəçevirdə, Şamaxıda, Xaçmazda, Zaqatalada, Lənkəranda, Naxçıvanda və s. şəhər və rayonlarda quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Prezidenti 14 aprel 2009-cu il təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda isə aşağıdakılar göstərilir: “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nda, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004-2008-ci illər)” və regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul olunmuş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkədə regional inkişafda keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuş, yeni iş yerlərinin yaradılmasına, qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, yoxsulluğun azalmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və iqtisadiyyata investisiya qoyuluşlarının artmasında mühüm rol oynamışdır.



11Cədvəl 5.Regionlar üzrə iqtisadiyyatın əsas sahələrində məhsul istehsalının fiziki həcm indeksi (faizlə)

Göstərici

2004

2005

2006

2007

2008

2009

2010

2011

2012

2013

2014

Azərbaycan üzrə - cəmi (faiz)

113.2

113.8

127.9

121.5

111.6

105.9

105.8

102.0

103.5

107.7

103.7

Bakı üzrə (faiz)

114.3

114.5

131.6

123.3

107.9

109.2

112.7

96.6

102.1

104.4

106.3

Rayonlar üzrə cəmi (faiz)

110.3

111.8

115.1

114.4

126.8

93.5

111.2

121.3

115.4

105.8

96.1

Abşeron iqtisadi rayonu  (faiz)

136.2

94.9

117.7

116.2

145.0

71.3

104.8

123.4

121.8

113.9

112.1

Gəncə-Qazax iqtisadi rayonu  (faiz)

113.4

118.2

112.5

99.8

122.8

97.4

110.8

115.9

118.1

107.5

97.6

Şəki-Zaqatala iqtisadi rayonu  (faiz)

111.7

112.6

115.1

131.3

117.8

92.9

110.5

130.2

136.7

92.4

72.8

Lənkəran iqtisadi rayonu  (faiz)

109.9

114.8

115.0

107.5

112.6

91.5

109.6

112.7

112.3

108.8

104.7

Quba-Xaçmaz iqtisadi rayonu  (faiz)

103.7

111.0

120.4

119.1

170.1

75.9

126.8

112.8

99.8

97.0

94.1

Aran iqtisadi rayonu  (faiz)

105.0

107.2

116.3

111.1

115.3

97.6

104.5

118.6

111.5

109.2

98.3

Yuxarı Qarabağ iqtisadi rayonu  (faiz)

97.3

148.9

101.7

148.8

118.3

73.6

120.0

92.8

120.0

98.7

109.3

Kəlbəcər-Laçın iqtisadi rayonu  (faiz)

70.6

92.5

101.1

100.2

106.7

104.7

114.1

109.7

136.6

118.4

68.4

Dağlıq Şirvan iqtisadi rayonu  (faiz)

109.3

115.8

98.9

130.8

130.1

108.6

107.1

99.9

114.1

102.8

101.6




Naxçıvan iqtisadi rayonu  (faiz)

116.2

128.5

120.7

130.1

135.9

122.0

120.3

151.1

116.2

106.5

98.6

Yuxarıda göstərilən cədvəldən də göründüyü kimi regionlar üzrə məhsul istehsalının fiziki həcm indeksi 2004-cü ildən 2014-cü ilədək ilbəil artmışdır. Bu inkişaf yuxarıda qeyd edilən regionların inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsilə mümkün olmuşdur.

Dövlət Proqramında qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşağıda göstərilən vəzifələrin icrası nəzərdə tutulur:


  • qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi məqsədilə ölkənin təbii və əmək potensialından səmərəli istifadə etmək;

  • infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə tədbirlərin yerinə yetirilməsi;

  • sahibkarlığın inkişafının sürətləndirilməsi və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlərin reallaşdırılması;

  • iqtisadiyyatın inkişafına investisiyaların cəlb edilməsi;

  • ixracyönümlü məhsul istehsalının stimullaşdırılması;

  • kommunal xidmətlə təminatın yaxşılaşdırılması;

  • yoxsulluq səviyyəsinin azaldılması;

  • əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə tədbirlərin yerinə yetirilməsi.

Dövlət Proqramınım Tədbirlər Planına uyğun olaraq yerinə yetiriləsi tədbirlər 3 səviyyədə qruplaşdırılır:

  • ölkə əhəmiyyətli tədbirlər;

  • Bakı şəhərinin ranları və qəsəbələri üzrə tədbirlər;

  • ölkənin iqtisadi rayonları səviyyəsində yerinə yetiriləcək tədbirlər.

Bəhsi keçən plan aşağıdakı sahələr üzrə tərtib olunmuşdur:

  • Vergi və pul-kredit siyasəti;

  • Kənd təsərrüfatı və sənaye istehsalının genişləndirilməsi üzrə tədbirlər;

  • Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri;

  • Nəqliyyat tədbirləri və yol təsərrüfatı;

  • İstilik, elektrik enerjisi və qaz təchizatı;

  • Rabitə ximətlərinin yaxşılaşdırılması tədbirləri;

  • Meliorasiya və irriqasiya tədbirləri;

  • Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri;

  • Əhalinin təhlükəsizliyi tədbirləri;

  • Təhsil, səhiyyə, idman və mədəniyyət müəssisələrinin inşası və yenidən qurulması;

  • Mənzil təsərrüfatı və sosial müdafiə tədbirləri.

Azərbaycanda sosial-iqtisadi inkişafın hazırkı dövründə qarşıya qoyulmuş başlıca məqsəd innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, elmin, mədəniyyətin inkişafında yeni nailiyyətlərin əldə olunması, əhalinin rifahının davamlı yaxşılaşdırılmasıdır. Ölkə başçısı 2012-ci il 29 dekabr tarixli fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını təsdiq etmişdir. Bu konsepsiyada qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun həcminin 2 dəfə artırılması nəzərdə tutulub.

Tarazlı regionai inkişaf siyasəti növbəti illərdə də davam etdiriləcək, belə ki, 2014-2018-ci illəri əhatə edən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rəqabətə davamlı və ixracyönümlü məhsul istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın inkişafı, nəqliyyat infrastrukturunun, ekoloji vəziyyətin, rabitə xidmətlərinin daha da yaxşılaşdırılması, təhsil, səhiyyə, mədəniyyət və idman-sağlamlıq obyektlərinin beynəlxalq standartlara uyğun yenidən qurulması, yeni müəssisələrin açılması, əhalinin məşğulluq səviyyəsinin artırılması və s. istiqamətlədə tədbirlərin görülməsi nəzərdə tutulur.



3.2. Regionlarda sosial-iqtisadi inkişafda sahibkarlığın stimullaşdırılmasının əsas istiqamətləri

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin əsasları 1992-ci ildə qəbul edilmiş “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunla reqlamentləşir.Sahibkarlıq fəaliyyətinin hər bir subyekti qanuna müvafiq olaraq aşağıdakı hüquqlara malikdir:



  • müəssisələrin yenidən təşkil edilməsi və ya təsis edilməsi yolu ilə sahibkarlıq fəaliyyətini başlamaq və aparmaq, eləcə də bankların təsisatlarında hesablar açmaq, müəssisələrin əmlakının mülkiyyətçisi ilə müqavilə bağlamaq, kassa vəkredit əməliyyatlarını reallaşdırmaq;

  • müqavilə əsasında maliyyə vəsaitlərini almaq və istifadə etmək, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətini və mülkiyyət hüququnu, intellektual mülkiyyət obyektlərini cəlb etmək və istifadə etmək;

  • xarici iqqtisadi fəaliyyəəti reallaşdırmaq, valyuta əməliyyatlarını aparmaq;

  • müəssisələrin idarə edilməsi üzrə inzibati-sərəncamverici fəaliyyəti reallaşdırmaq;

  • sahibkarlar assosiasiyalarını, ittifaqlarını və digər birliklərini qurmaq;

  • Azərbaycan Respublikası qanunvericiliyinə, müəssisənin nizamnaməsinə və müqaviləyə müvafiq olaraq vergiləri və digər məcburi ödəmələri ödədikdən sonra müəssisənin sahibkarlıq fəaliyyətindən əldə olunan mənfəətin qalan hissəsinə azad şəkildə sərəncam vermək;

  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq təşkilatlarla və müəssisənin adı ilə və ya sərbəst muzdla işləyən vətəndaşlarla əmək müqavilələri bağlamaq və s.

Azərbaycanda ölkə rəhbərliyinin iqtisadi siyasətinin ana xəttini ölkə iqtisadiyyatında neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə edilməsi, qeyri-neft sahələrinin inkişaf etdirilməsi və özəl sektorun inkişaf etdirilməsi təşkil edir.

Ölkə prezidentinin fərmanına uyğun olaraq, “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” biznes mühitinin daha da yaxşılaşdırılması və ölkədə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır.

2004-cü ildən icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, rayonların iqtisadi potensialının artmasına, biznes və investisiya mühitinin yaxşılaşmasına səbəb olur.

Son illərdə infrastruktur layihələrinin icrası, biznes və investisiya mühitinin yaxşılaşdırılması, həyata keçirilən dövlət dəstəyi tədbirləri regionların iqtisadi potensialını gücləndirməklə cənab Prezidentin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi sahibkarlığın inkişafına təkan vermişdir.


Təkcə 2014-cü ildə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə mühüm işlər görülmüş, elektron xidmətlərin sayı 450-yə çatmışdır. Regionlarda 4400 müəssisə fəaliyyətə başlamış, sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatmış, vergi daxilolmaları ötən ilə nisbətən 9,8 faiz artmış, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatmışdır.

Prezident İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir. Dövlət başçısının bu fərmanı Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, onun təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin reallaşdırılması üçün əsas olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açır.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il19 oktyabr tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmanı, sahibkarlıq fəaliyyətinin inkişafının Azərbaycan Respublikasının dövlət siyasətinin prioritetistiqamətlərindən biri olduğunu bir daha sübut edir.Bu fərmanın müddəaları ilə sahibkarlıq fəaliyyətinin reallaşdırılması üçün tələb olunan bütün növləri üzrə lisenziya verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılmışdır. Sahibkarlıq fəaliyyəti növündən asılı olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən zəruri hesab edildikdə lisenziya verilməsi ilə əlaqədar aidiyyatı dövlət orqanlarının rəyi nəzərə alınmalıdır. Əvvəlcədən müəyyənləşdirilmiş müddət ərzində aidiyyatı dövlət orqanı tərəfindən rəy bildirilmədikdəmüsbət rəy verilmiş sayılır.

Bütün bunlardan əlavə olaraq, hökumət səviyyəsində sahibkarlıq subyektlərinin xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə də ciddi dəstək verilir. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində İxracın və İnvestisiyaların Təşviqi Fondu yaradılmışdır ki, bu da öz növbəsində ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində və investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında sahibkarlara dəstək verir.

Bu gün yaradılan əlverişli şəraitdən bacarıqla istifadə edib işini qurmuş sahibkarlarımızın timsalında xarici ölkələrdə ən müxtəlif layihələrin icrasına sərmayə yatırılır. Azərbaycanlı iş adamının çox qısa müddətdən sonra hətta xarici ölkəyə külli miqdarda investisiya qoymağa vəsait tapması sahibkarlığın inkişafına dövlət səviyyəsində verilən diqqət və dəstəkin nəticəsində mümkün olur.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları, xarici ölkələrin Azərbaycandaki və Azərbaycanın xaricdəki səfirlikləri və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir.

Sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, konsaltinq və innovasiya xidmətlərinin göstərilməsi, beynəlxalq təcrübənin öyrənilməsidir. Xarici əlaqələrin genişləndirilməsi, yerli sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və biznesin müasir formalarının təşviq edilməsi məqsədilə təkcə 2014-cü il ərzində ölkə sahibkarlarının iştirakı ilə Azərbaycanda 200-dən cox, xarici ölkələrdə 40-dan cox biznes forum və konfrans kecirilmişdir. Bu işlərin görülməsi üçün digər tədbirlərlə yanaşı, işi günün tələbləri səviyyəsində qurmaq bacarığına malik olan kadrların hazırlanmasına ehtiyac var.

Kecən müddət ərzində Konfederasiya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının, Türkdilli Dövlətlər Şurasının tədbirlərinə qatılmış, Konfederasiya “Biznes Konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin bir sıra xarici biznes qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması və birgə biznes görüşlərin təşkili həyata keçirilmiş, konfederasiyanın xarici ölkələrdəki yeni nümayəndəliklərinin yaradılması, mövcud olanlarla əməkdaşlığın inkişaf etdirilməsi, bir sıra beynəlxalq təşkilatlar,qeyri-hökumət təşkilatları, diplomatik nümayəndəliklər, biznes qurumların nümayəndələri ilə işgüzar əlaqələri inkişaf etdirilmiş, “Beynəlxalq Əlaqələr və xarici investisiyalı şirkətlər” komissiyasının əsasnaməsi işlənib hazırlanmışdır.

Bildiyimiz kimi,hazırda dünya əhalisinin aktiv hissəsinin 80 faizindən çoxu kiçik və orta sahibkarlıqla məşğul olurlar. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən təqdim edilmiş son hesabatlara görə, maliyyə böhranı kiçik və orta sahibkarların biznes fəaliyyətinə ən çox zərər yetirmiş və nəticə etibarilə onların maliyyə mənbələrinə çıxışını önəmli dərəcədə azaltmışdır. 
Konfederasiya rəhbərliyi Azərbaycanda fəaliyyət göstərən Amerika Birləşmiş Ştatları, İtaliya, Fransa, Mərakeş, Almaniya, Türkiyə, Rusiya və digər xarici ölkələrin səfirləri ilə görüşmüş, ölkələr arasında mövcud əməkdaşlıq imkanlarını müzakirə etmişlər.

Ölkə prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: Gələcəyə baxış” Milli İnkişaf Konsepsiyasında ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində prioritetlər müəyyən edilmiş, ixracın təşviqi, qeyri-neft sektorunun inkişafı, işsizliyin minimuma endirilməsi başlıca hədəflər kimi müəyyənləşdirilmişdir.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda da sahibkarlığın inkişafına önəm verilmişdir. Proqrama əsasən ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması nəticəsindəixracyönümlü, rəqabət qabiliyyətli və yüksək keyfiyyətli məhsulların istehsal edilməsi dövlətin iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir. Bu sahədə həyata keçirilən dövlət siyasəti sahibkarlığa yaradılmış fəaliyyət mühitinin daha da yaxşılaşdırılmasına,dövlət-sahibkar münasibətlərinin yaxşılaşdırılmasının təmin edilməsinə və dövlət himayəsinin təkmilləşdirilməsinə yönəldiləcəkdir. Qarşıdakı illərdə sahibkarlığın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçiriləcəkdir:


    • sahibkarlıq fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsinin davam etdirilməsi;

    • dövlət-sahibkar münasibətlərinin digər institusional mexanizmlərinin daha da təkmilləşdirilməsi;

    • regionlarda sahibkarların maliyyə təminatının daha da yaxşılaşdırılması;

    • sahibkarlığın bazar, sosial və istehsal infrastruktur təminatının yaxşılaşdırılması,o cümlədən, müasir bazar infrastrukturu mexanizmlərinin (fond bazarının, maliyyə, bank və sığorta sisteminin,ipoteka, lizinq, audit, françayzinq kimi xidmətlərin) inkişafının sürətləndirilməsi;

    • regioinlarda kiçik, orta və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, o cümlədən istehsal-kooperasiya əlaqələrinin genişləndirilməsi və gücləndirilməsi üzrə səylərin dəstəklənməsi.

Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq etdiyi milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycanda müstəqilliyin bərpasından sonra qəbul edilmiş səviyyəsinə, həcminə və reallıqlara söykənmə dərəcəsinə görə ən mühüm, perspektivli sənəddir.

Beynəlxalq Valyuta Fondunun proqnozuna görə Azərbaycan iqtisadiyyatında 2025-ci ilədək illik artımın 2-3 faiz olacaq. Bu səbəbdən də, Azərbaycanda ucuz neft şəraitində iqtisadiyyat yeni təməllər üzərində qurulmaqla daha yüksək artım tempinə nail olunmalıdır.

Qəbul olunan “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin qarşısında duran başlıca məqsəd məhz bundan ibarətdir. “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin beşinci bölməsində göstərilir ki, 2025-ci ilə qədər Azərbaycanda hər il ÜDM istehsalı 3 faizdən çox artacaq və əlavə olaraq 450 mindən çox yeni iş yeri yaradılacaq.

Ümumiyyətlə, qeyd olunan sənəddə sahibkarlığın inkişafı üçün aşağıdakı tədbirlər planlaşdırılmışdır:



  • Azad rəqabət mühitinin inkişaf etdirilməsi;

  • Səmərəli vergi sisteminin təşviq edilməsi;

  • Dövlət xidmətlərinin çevikliyinin və səmərəliliyinin artırılması;

  • Azad ticarət sazişlərinin bağlanması;

  • Texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılması, onların biznes mühitinə dəstək istiqamətində tətbiq edilməsi.

Həyata keçirilməsi planlaşdırılan iqtisadi islahatlar Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) qarşısında çox böyük vəzifələr qoyur. Özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər assosiasiya və birlikləri birləşdirən Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir.

“Kiçik və orta sahibkarlığın inkişafı” layihəsi çərçivəsində 2016-cı ilin sonunadək 20, tək 2016-cı ildə isə 6 tədbir keçirilmiş, həmin tədbirlərdə 170-dən çox sahibkar iştirak etmişdir. 12


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə