Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda Kərimli Xəyal Vasif oğlu «Azərbaycanda regional iqtisadi inkişafin tənzimlənməsinin dövlət mexanizmi»



Yüklə 0,65 Mb.
səhifə7/7
tarix27.03.2018
ölçüsü0,65 Mb.
#34897
1   2   3   4   5   6   7

Xülasə

İnkişaf etmiş ölkələrin təcrübəsindən göründüyü kimi, ölkədə sosial və iqtisadi inkişafa nail olmaq üçün ölkə regionlarında iqtisadi inkişafa nail olmaq vacib şərtdir.

Aydındır ki, iqtisadi artıma nail olmaq üçün sosial-iqtisadi inkişafa diqqət ayrılmalıdır.

Regional iqtisadi inkişafa nail olmaq üçün təbii və insan resurslarından səmərəli istifadə etməklə istehsal təşkil edilməli, yeni sənaye və iş yerləri yaradılmalı, regionların iqtisadi və sosial inkişafları arasında disproporsiyalar azaldılmalı və ya ləğv edilməli, regionlararası səmərəsiz işçi qüvvəsi axını azaldılmalı və ya ləğv edilməli, yerli və xarici investorlar üçün əlverişli şərait yaradılmalı, elm, mədəniyyət və inkişaf mərkəzləri yaradılmalı və digər bu kimi tədbilər reallaşdırılmalıdır.

Dissertasiya işinin əsas məqsədi yeni iqtisadi düzəndə, xüsusi mülkiyyətin xüsusi çəkisinin artdığı bir şəraitdə regionların inkişaf aspektlərinin nəzəri və metodoloji öyrənilməsi, tədqiq edilməsi və regional siyasətin inkişaf etdirilməsidir.

Dissertasiya işi üç fəsil və nəticə və təkliflərdən ibarətdir. Birinci fəsildə regional iqtisadi inkişaf strategiyasından, regional inkişafın tənzimlənməsindən, milli iqtisadiyyatla regional inkişafın qarşılıqlı əlaqəsindən bəhs edilmişdir.

İkinci fəsildə regional inkişafa dair statistik göstəricilərdən, regional iqtisadi inkişafın əsas istiqamətlərindən və s. bəhs edilmişdir.

Üçüncü fəsildə isə iqtisadi inkişafın tənzimlənməsində dövlət proqramlarının rolundan, sahibkarlığın stimullaşdırılmasının istiqamətlərindən və s. bəhs edilmişdir.



STATE MECHANİSM OF THE REGULATİON OF REGİONAL ECONOMİC DEVELOPMENT İN AZERBAİJAN

Annotation

As seen from the experience of the world`s developed countries, it is essential to achieve an economic development in the regions of the country in order to acquire social and economic evolvement in the whole country.

Apparently, special attention should be given to the socio-economic development for achieving an economic growth.

In order to achive a regional economic development, some measures, such as, organization of production, establishment of new industries and workplaces, reduction or abolishment of unratio between economic and social development of the regions, reduction or elimination of inter-regional flow of unproductive workers, creation of favorable conditions for local and foreign investors, foundation of the science, culture and development centers and others should be taken by efficient usage of natural and human resources.

The main points of the thesis are studying, researching theoretical and methodological aspects of the development of the regions and regional policy in a new economic condition where share of private property has increased.

The thesis consists of three chapters,result and offers. The first chapter is about a strategy of the regional economic growth, state regulation of regional development, interconnection of the national economy and regional development.

The second chapter deals with the statistics on regional development, the main directions of regional economic development etc.

In the third chapter the issues on the role of the state programs in the regulation of economic growth, directions of promoting entrepreneurship etc. are discussed.



ГОСУДАРСТВЕННЫЙ МЕХАНИЗМ ПО РЕГУЛИРОВАНИЮ РЕГИОНАЛЬНОГО ЭКОНОМИЧЕСКОГО РАЗВИТИЯ В АЗЕРБАЙДЖАНЕ

Введение

Как видно из опыта развитых стран, чтобы достичь социального и экономического развития в стране, важным требованием является достижение экономического развития в регионах страны.

Очевидно, что необходимо уделить внимание социально-экономическому развитию для достижения экономического роста.

Для того, чтобы достичь регионального экономического развития, должны быть приняты путем эффективного использования природных и человеческих ресурсовтакие меры, как организация производства, создание новых производств и рабочих мест, сокращение или упразднение диспропорций между экономическим и социальным развитием регионов, сокращение или ликвидация межрегионального потока непродуктивных работников, создание благоприятных условий для отечественных и иностранных инвесторов, создание центров науки, культуры и развития, а такжереализация других мероприятий.

Основные положения диссертации это изучение, исследование теоретических и методологических аспектов развития регионов и региональной политики в новых экономических условиях, где растет доля частной собственности.

Диссертационная работа состоит из трех глав, заключения и предложения. Первая глава повествует о развитии региональной экономической стратегии, урегулировании регионального развития, связи между национальной и региональной экономикой.

Во второй главе описываются статические данные регионального развития, основные направление развития региональной экономики и т.д.

В третьей главе обсуждаются вопросы о роли государственных программ в регулировании экономического роста, направления развития предпринимательства и т.д.




REFERAT

Bildiyimiz kimi, bazar iqtisadi sistemində iqtisadi inkişafın tənzimlənməsi qarşıda duran başlıca məqsədlərdən biridir. Keçid dövrünün davamlı iqtisadiyyatını təmin etmək üçün özəlləşdirmək və səhmləşdirmək kifayət etmir. İqtisadi inkişafa nail olmaq üçün ölkə regionlarında mövcud təbii resurslardan səmərəli istifadə etmək, regionlarda sosial-iqtisadi inkişafa nail olmaq başlıca şərtdir. Ümumiyyətlə, ölkə iqtisadiyyatını beynəlxalq səviyyədə iqtisadi inkişaf səviyyəsinə çatdırmaq üçün yuxarıda qeyd edilənlərlə birgə regional və sahə dövlət siyasəti, birbaşa və dolayı dövlət müdaxiləsi tələb olunur. İqtisadçıların əksəriyyəti keçid dövrünün iqtisadiyyatını təhlil edərək belə nəticəyə gəlirlər ki, bu dövrdə dövlətin rolu nəzərdə tutulandan çox daha genişdir.

Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müstəqillik əldə edildiyi ilk illərdə neft sektorundan asılı olmuş, ölkədə təkistiqamətli iqtisadi inkişafla əlaqədar regionlar arası disproporsiyalar artmış, işçi qüvvəsinin paytaxt ərazisinə axını baş vermişdir. Belə bir şəraitdə ölkədə regionlarda sosial-iqtisadi inkişafa nail olmaq üçün tədbirlər görülməsi dövlətin başlıca vəzifələrindən biri olmuşdur.

Müstəqilliyin ilk illərindən belə bir vəziyyətdə ölkənin iqtisadi böhrandan qurtulmasına səbəb olan "əsrin müqaviləsi"nin bağlanması ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin bariz nümunəsidir. Ulu öndər H. Əliyevin uzaqgörənləyi sayəsində ölkədə böhran vəziyyəti yumşaldılmış və ləğv edilmiş, bazar iqtisadi sisteminin bərqərar olunması və iqtisadi inkişafa nail olunması istiqamətində əsaslı qərarlar qəbul edilmişdir. Ulu öndər H.Əliyev - "müstəqilliyin əldə edilməsi nə qədər çətindirsə, bu tariхi nailiyyətin qоrunması оndan da çətindir" - demişdir.

Heydər Əliyev siyasətinin davamçısı kimi İlham Əliyev isə böhrandan çıxmış Azərbaycanda davamlı iqtisadi inkişafa nail olunması yolunda qərarlar vermiş, bir sıra fərmanlar imzalamışdır. Regionlarda və ümumiyyətlə ölkədə sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidenti 11 fevral 2004-cü ildə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı təsdiq etdi. 2004-2008-ci illəri əhatə edən bu proqram, 14 aprel 2009-cu ildə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, 27 fevral 2014-cü ildə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qarşıya qoyulmuş regional siyasətin reallaşdırılması, cari məqsədlərə yiyələnməsi, təbii-iqtisadi imkanlardan, elmi-texniki və kadr potensialından, yerli və xarici investisiyalardan səmərəli istifadə edilməsi, regionlararası disproporsiyaların azaldılması və ya ləğv edilməsi məqsədlərini güdür. Dövlətin və cəmiyyətin mənafeyi üçün qeyd edilənlərin reallaşdırılmasının təmin edilməsi və stimullaşdırılması, həyata keçirilən regional siyasət vasitələrinin reallaşdırılmasından əldə edilən nəticələr bu tədbirlərin uzlaşdırılmasını, əlaqələndirilməsini, vaxtaşırı təhlilini vacib edir.

Dissertasiya işinin başlıca məqsədi keçid dövründə olan ölkədə yeni iqtisadi düzəndə, xüsusi mülkiyyətin çəkisinin artdığı şəraitdə, yeni mülkiyyət formaları şəraitində, müxtəlif dərəcələrdə, zəif və ya güclü inkişaf etmiş regionların mövcudluğu şəraitində dövlətin regional siyasətinin işlənib hazırlanması, regionların inkişafına dair nəzəri-metodoloji aspektlərin öyrənilməsi, tədqiq edilməsi, elmi cəhətdən əsaslandırılmasından ibarətdir.

Dissertasiya işində Azərbaycan Respublikasının regionalarının təsərrüfat sahələri tədqiqat obyekti kimi götürülmüşdür və yuxarıda qeyd edilən məqsədlərə nail olmaq üçün bir sıra məsələlərin həlli nəzərdə tutulur:

- regional siyasətin prinsiplərini bazar münasibətləri şəraitində araşdırmaq;

- regional siyasətin tədqiqi metodlarını, bu siyasətin tətbiq edilməsi ardıcıllığını aydınlaşdırmaq;

- regional siyasətin məqsədlərinin həyata keçirilməsi qaydalarını tədqiq etmək;

- regional siyasətin tətbiq edilməsi proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi istiqamətlərini tədqiq edərək müvafiq təkliflər çıxarmaq.

Dissertasiya işi giriş, üç fəsil, 9 yarımfəsil və nəticə və təkliflərdən ibarətdir. Girişdə mövzunun aktuallığı əsaslandırılmış, məqsəd və vəzifələri, işin strukturu göstərilmişdir. "Regional iqtisadi inkişaf strategiyasının formalaşmasının konseptual əsasları" adlı birinci fəsildə regional inkişaf strategiyası, onun xüsusiyyətləri, regional inkişafın dövlət tənzimlənməsi, regional inkişafla milli iqtisadiyyatın qarşılıqlı əlaqələri haqqında məlumatlar öz əksini tapmışdır. "Azərbaycan Respublikasında regionun iqtisadi inkişafında əsas istiqamətlər və davamlı iqtisadi inkişafın mövcud vəziyyəti" adlı ikinci fəsildə regional iqtisadi inkişafın əsas istiqamətləri, regional inkişafa dair statistik göstəricilər və göstəricilərə əsasən iqtisadi inkişafın GZİT təhlili, regional iqtisadi inkişafın təmin edilməsinin normativ-hüquqi təminatına dair məlumatlar əks olunmuşdur. "Azərbaycan Respublikası iqtisadi inkişafın təmin edilməsində dövlət proqramının rolu və regional iqtisadi inkişafın tənzimlənməsinin dövlət mexanizmi" adlı üçüncü fəsildə isə regional iqtisadi inkişafın tənzimlənməsində dövlət proqramlarının rolu, sahibkarlığın stimullaşdırılmasının istiqamətləri, regionlarda davamlı iqtisadi inkişafın təmin edilməsinin dövlət mexanizminin təkmilləşdirilməsinin prioritetlərinə dair məlumatlar göstərilmişdir. Nəticə və təkliflər adlı bölmədə isə mövcud vəziyyət qiymətləndirilərək regional iqtisadi inkişafın təmin edilməsi, davamlı iqtisadi inkişafa nail olunması üçün görülməsi vacib hesab edilən tədbirlər göstərilmişdir.




1 M.M. Mahmudov, İ.M. Mahmudova "Regionların sosial-iqtisadi inkişafının tənzimlənməsi", Bakı 2011

2 H.B. Allahverdiyev, K.S. Qafarov, Ə.M. Əhmədov "Milli iqtisadiyyatın Dövlət tənzimlənməsi", Bakı 2006

3 Elşən Bağırzadə "Azərbaycan İqtisadiyyatının regional təhlili", Bakı 2016, təqdimat versiyası

4 V.S. Əyyubov, A.M. Tağıyev "Milli iqtisadiyyatın tənzimlənməsi", Bakı 2014

5 Cədvəl 1. www.stat.gov.az elektron səhifəsindən götürülmüş məlumatlar əsasında

6 Azərbaycanın statistik göstəriciləri Bakı 2015

7 Cədvəl 2. www.stat.gov.az elektron səhifəsindən götürülmüş məlumatlar əsasında

8Cədvəl 3. Elçin Süleymanov "Azərbaycan iqtisadiyyatının GZİT analizi"

10 Cədvəl 4. www.stat.gov.az - elektron səhifəsindən götürülmüş məlumatlar əsasında

11 Cədvəl 5. www.stat.gov.az - elektron səhifəsindən götürülmüş məlumatlar əsasında

12 www.azerbaijan-news.az - elektron səhifəsi, Məmməd Musayevin (Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti) "Prezident İlham Əliyevin yeni islahatlar kursu Azərbaycanda sahibkarlığın inkişafını sürətləndirəcək" (22 dekabr 2016) adlı məqaləsi

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə