Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistraтura məRKƏZI»



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə1/27
tarix02.04.2018
ölçüsü0,7 Mb.
#35776
  1   2   3   4   5   6   7   8   9   ...   27


 

                 AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ 



AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

 

«MAGISTRAТURA  MƏRKƏZI» 

 

 



Əlyazması hüququnda 

 

 

 



 

  

                                                                      



                          

KOSAYEV VÜSAL DİLMAN oğlu 

 

 



«MMUS şəraitində məhsulun maya dəyərinin təhlili problemləri» 

mövzusunda 

 

 

               



MAGİSTR DİSSERTASİYASI    

 

 



İxtisasın şifri və adı: 

  060402          “Mühasibat uçotu və audit”     

 

İxtisaslaşma:            Xidmət sferasında mühasibat uçotu və audit  

 

Elmi rəhbər:                                                       i.e.n., dos.Kazımov R.N.

   

        

Magistr proqramının rəhbəri:                          i.e.n., dos.Kazımov R.N.

   

 

 

   

Kafedra müdiri:                                                 i.e.n., dos.Cəfərli H.A. 

                                            

 

 

 



 

 

 



 

 

 



 

                                               BAKI – 2015 



 

 


 

 

                                          MÜNDƏRICAТ 

Giriş…………………………………………………………………………3 

I Fəsil :  Istеhsal xərclərinin uçоtunun mövcud mеtоdikası və və оnun 

təkmilləşdirilməsi  

1.1.  Istеhsala məsrəflərin uçоtunun nəzəri əsasları………………………....6 

1.2.  Qеyri-müstəqim xərclərin uçоtu və bölüşdürülməsi qaydaları…….....15 

1.3.   Istеhsala məsrəflərin uçоtunun təkmilləşdirilməsi ......................……21 

II Fəsil: Istеhsala məsrəflərin və məhsulun maya dəyərinin təhlili mеtоdikası  

2.1. Müstəqim matеrial xərclərinin təhlil …………………………………26 

2.2. Müstəqim əmək haqqı xərclərinin təhlil………………………………29  

2.3. Qеyri-müstəqim xərclərin təhlili………………………………………31 

III Fəsil. Məhsulun (iş, xidmətin) maya dəyərinin təhlili mеtоdikasının 

təkmilləşdirilməsi istiqamətləri 

3.1. Dirеkt-kоstinq sistеmində məsrəflərin səviyyəsinə təsir еdən amillərin 

təhlilinin göstəricilər sistеmi………………………………………………...33  

3.2. Məhsul istеhsalına məsrəflərin və əmtəəlik məhsulun 1 manatına  

xərclərin təhlili ………………………………………………………………37 

3.3. Məhsulun (iş və xidmətlərin) maya dəyərinin təhlili mеtоdikasının 

təkmilləşdirilməsi istiqamətləri………………………………………...43 

Nəticə ................……………………………………………………………64 

Ədəbiyyat siyahısı……………………………………………………........74

 

 



 

 

 

 

 

 

 


 

                                                 G I R I Ş 



Mövzunun  aktuallığı.        Mühasibat  uçotu,  maiiyyə  və  statistik 

hesabatların  beynəlxalq  standartlara  uyğunlaşdırılması,  onlardakı  çoxlu  sayda 

göstəricilərin  ixtisar  edilməsi  ənənəvi  qaydalardan  fərqli  olan  və  bazar 

iqtisadiyyatının  tələblərinə  tam  cavab  verən  idarəetmə  təhlilinin  yeni 

metodikasının  işlənib  hazırlanmasını  zəruri  edir.  Belə  bir  metodikanın  işlənib 

hazırlanması idarəetmədə strateji və taktiki problemlərin həll edilməsi, bazarın 

tələbatına  və  özünün  istehsal  potensialına  uyğun  məhsul  (iş  və  xidmətlər) 

istehsalı  və  satışı  prosesində  işgüzar  tərəfdaşın  düzgün  seçilməsi,  bütün  növ 

risklərin,  xüsusi  mülkiyyətin  və bununla əlaqədar qeyri-müəyyənliyin  mövcud 

olduğu  hazırkı  şəraitdə  kommersiya  sirri  sayılan  maya  dəyərinin  dəqiq 

müəyyən  olunması  və  qiymətləndirilməsi  üçün  mühüm  əhəmiyyətə  malikdir. 

Ona  görə  də  bazar  iqtisadiyyatı  şəraitində  məhsulun  (iş  və  xidmətlərin)  maya 

dəyəri  qiymətin  əmələgəlməsinə  və  mənfəətin  formalaşmasına  bilavasitə  təsir 

edən əsas amillərdən biri kimi daim diqqət mərkəzində olmalı, bu göstəricinin 

səviyyəsinin  dəyişməsinə  təsir  göstərən  xarici  (qiymət;  icarə  haqqı; 

amortizasiya  ayırmaları  norması;  tibbi  və  sosial  sığortaya  ayırmalar  və  s.)  və 

daxili  (əsas  və  dövriyyə  kapitalından  istifadənin  yaxşılaşdırılması;  əmək 

məhsuldarlığının  yüksəldilməsi;  əmək  ödənişlərinin  forma  və  sistemləri; 

məhsul  (iş  və  xidmətlər)  satışından  yaranan  gəlirlərin  həcmi  və  s.)  amillər 

hərtərəfli öyrənilməli və qiymətləndirilməlidir. 

Bazar  münasibətləri  şəraitində  idarəetmə  təhlilinin  sayca  altıncı  bloku 

sayılan  məhsulun  (iş  və  xidmətlərin)  maya  dəyərinin  qiymətləndirilməsi  üçün 

zəruri  olan  informasiya  məsrəfləri  yaranma  yerləri,  məmulat  növləri  və 

məsuliyyət  mərkəzlərinə  görə  təsnifləşdirməyə  imkan  verən  istehsal  uçotunun 

məlumatlarına  əsaslanır.  Lakin,  maya  dəyərini  əks  etdirən  göstəricilərin  ümu-

miləşdirilmiş  şəkildə  verilməsi,  həmin  göstəricilərin  bir  sıra  hesabat  formaları 

arasında səpələnməsi (ayrı-ayrı məhsul növlərinin kaikulyasiyası; «Mənfəət və 

zərər  haqqında  hesabat»  və s.),  müxtəlif  məmulat  vahidlərinin  maya dəyərinin 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə