Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Sığorta şirkətinin maliyyə dayanıqlığı



Yüklə 0,51 Mb.
səhifə4/5
tarix26.09.2017
ölçüsü0,51 Mb.
#1824
1   2   3   4   5

2.3. Sığorta şirkətinin maliyyə dayanıqlığı, ödəmə qabiliyyəti və likvidliyinin kompleks təhlili
Ödəməqabiliyyəti – sığortaçılar qarşısında qanunla, yaxud müqavilə ilə şərtləşən pul öhdəliklərini vaxtında yerinə yetirmək qabiliyyətidir, yəni təsərrüfat subyektinin ümumi aktivlərinin xarici öhdəliklər üzərində üstünlüyünü təmin etməkdir.

Avropa ölkələrində qəbul olunmuş qaydaya uyğun olaraq, sığorta şirkətinin ödəməqabiliyyəti ödəməqabiliyyətinin faktiki ehtiyatını normativ həcmin hesablanmış miqdarı ilə müqayisəsi yolu ilə qiymətləndirilir.

Ödəməqabiliyyəti marjının normativ ehtiyatı dedikdə, həcm başa düşülür, hansı ki, sığorta edən çərçivəsində bağlanmış müqavilənin spesifikliyinə və qəbul olunmuş sığorta öhdəliklərinin həcminə əsasən xüsusi kapitalına malik olmalıdır.

Hər bir sığorta şirkətinin aşağıdakı ehtiyatları olmalıdır:



  • müqavilə üzrə qəbul olunmuş öhdəliklərə uyğun olaraq texniki ehtiyatlar;

  • bu ehtiyatların həcmi və onların yerləşdirilməsi qaydası ölkə tərəfindən sərbəst müəyyən edilir;

  • əlavə maliyyə təminatı kimi ödəməqabiliyyətinin ehtiyatı (marjı);

  • təminat fondu - ödəməqabiliyyəti ehtiyatının 1/3 hissəsinə qədər həcmdə əmlak öhdəliyindən ibarətdir.

Sığorta şirkətinin ödəməqabiliyyəti ehtiyatının hesablanmasının bir neçə metodikası mövcuddur. Avropa Şurası ölkələrində qəbul olunmuş metodikalar barədə daha ətraflı şərh edək. Bunun üçün əvvəlcə ödəməqabiliyyətinin faktiki ehtiyatı, sonra tələb olunan (normativ) səviyyə hesablanır. Ödəməqabiliyyətinin faktiki ehtiyatının normativ səviyyəni üstələməsi sığorta şirkətinin müəyyən “möhkəmlik ehtiyatı” olmasını göstərir və sığorta edənin maliyyə dayanıqlığını təsdiq edir.[22, s.198]

Sığorta şirkətinin ödəməqabiliyyətinin ehtiyatı, onun iştirakçılarının (səhmdarların) tələbat hüququ istisna olmaqla (istənilən gələcək öhdəlikdən azad) əmlak kimi müəyyən edilir. O, özünə daxil edir:



  • ödənilmiş nizamnamə kapitalı;

  • öhdəliklərlə əlaqədar olmayan ehtiyatlar;

  • gələcək mənfəət;

  • sığorta edənin xahişi üzrə və sığorta nəzarəti orqanlarının razılığı ilə kifayət qədər əsaslandırmadan sonra, -passivin ayrı-ayrı maddələrinin lazımi qədər qiymətləndirilməməsindən gəlir.

Ödəməqabiliyyəti ehtiyatının normativ miqdarı aşağıdakı iki göstəricinin köməyilə hesablanır. Birinci göstərici daxil olmuş sığorta haqları əsasında,ikinci göstərici isə sığorta ödəmələrinin həcmi əsasında hesablanır.

Sığorta edənin ödəməqabiliyyəti marjının faktiki həcmi aşağıdakı məbləğlərin məcmusu kimi hesablanır:



  • nizamnamə kapitalı;

  • əlavə kapital;

  • ehtiyat kapital;

  • hesabat ilinin və keçmiş ilin bölüşdürülməyən mənfəəti;

  • hesabat ilinin və keçmiş ilin örtülməyən zərərləri;

  • səhmdarların haqlar üzrə borcları;

  • səhmdarların buraxdıqları xüsusi səhmlər;

  • qeyri-material aktivləri;

  • ödənilmə vaxtı keçmiş debitor borcları.

Likvidlik əmsalı sığorta şirkətinin hesabat dövrü ərzində öz qısamüddətli öhdəliklərini: cari xərcləri, tənzimlənmə və zərərlərin ödənilməsi üzrə məsrəfləri ödəmək qabiliyyətidir.

Məlum olduğu kimi, şirkətin likvidliyi ödəniş müddətinin başlanması üzrə öz hesabını ödəmək qabiliyyəti kimi müəyyən edilir.

Likvidliyin iki mənbəyi vardır:

Pul vəsaitinin axını. Likvidliyin mənbələrindən biri müəssisəyə, şirkətə daxil olan pul vəsaitləri hesab edilir. Sığorta şirkətləri üçün pul vəsaitləri iki fəaliyyət növündən daxil olur. Birincisi, sığorta haqlarının axınını həyata keçirən şirkətin əməliyyatlarıdır. Pul vəsaitlərilə sığorta haqlarının yüksək səviyyəsi şirkətin likvidliyini təmin edir. İkincisi, şirkətin investisiyalaşdırılmış aktivləridir, onlar faizlər, dividendlər, eləcə də renta daxil olmaları və digər gəlirlər gətirir.

Aktivlərin ləğvi. Likvidliyin ikinci mənbəyi investisiyalaşmış aktivlərin özündə gizlənmişdir. Şirkət özünü nağd pulla təmin etməkdən ötrü həmişə maliyyə qiymətli kağızlar, daşınmaz əmlak, yaxud digər aktivlər sata bilər.

Pul vəsaitlərinə tələbatı örtmək üçün pul vəsaitlərinin axınına, yaxud aktivlərin yararlı olmasına adekvatlılığı likvdliyin müxtəlif göstəricilərinin köməyilə ölçmək olar. Likvidliyin ən mühüm göstəriciləri aşağıdakılardır:



  • ümumi likvidlik göstəricisi;

  • cari likvidlik;

  • “kritik” likvidlik;

  • pul ehtiyatlarının likvidliyi;

  • təcili likvidlik;

  • mütləq likvidlik.

Balansın ümumi likvidliyi – sığorta şirkətinin dövriyyə vəsaitlərinin kifayətediciliyini əks etdirən ödəməqabiliyyətinin ən ümumiləşdirici göstəricisidir, özünün qısamüddətli öhdəliklərini, o cümlədən sığorta hadisəsi baş verərkən, örtmək üçün istifadə oluna bilər.

Carilikvidlik – sığorta şirkətinin ödəməqabiliyyətininmühümgöstəricisidir. Balansın ümumilikvidliyindənfərqliolaraq,bölünənuzunmüddətlidebitorborclarından “təmizlənir” və balansıncarilikvidliyinigöstərir.

“Kritik” likvidlik əmsalı – sığorta edənin balansının likvidliyinin təhlili praktikasında ən çox istifadə olunan əmsallardan biridir.

Pul ehtiyatlarının likvidliyi (dünya təcrübəsində - pul ehtiyatlarının normasıdır) sığorta şirkətinin ödəməqabiliyyətinin ən mühüm göstəricilərindən biridir.

Təcili likvidlik (bir anda likvidlik əmsalı) – şirkətin likvidliyinin, yaxud onun qısamüddətli öhdəliklərini örtmək qabiliyyətinin əsas göstəricisidir. Cari likvidlik əmsalı ilə müqayisədə bu əmsal likvidliyin dəqiq qiymətləndirilməsini göstərir, belə ki, cari aktivlərin (material – istehsal ehtiyatlarsız) ən likvid hissəsini nəzərə alır.

Mütləq likvidlik – dövriyyə kapitalının ən çox likvid hissəsinin – pul vəsaitlərinin cari (qısamüddətli) öhdəliklərə nisbətini aşkarlayan əmsaldır.

Sığorta şirkətinin dövriyyə kapitalını təşkil edən bütün vəsaitlər içərisində ən çox likvidliyə, yəni pul formasına tədavül edilməsi imkanına pul vəsaitləri malikdir.Pul vəsaitləri mütləq likvidliyə malikdirlər. Bu əmsalın köməyilə müəyyənləşdirmək olar ki, qısamüddətli öhdəliklərin hansı payını qısa müddətdə dövriyyə kapitalının ən çox likvid hissəsi örtməyə qadirdir.

Sığorta şirkətinin likvidliyini təhlil edərkən nəzərə almaq lazımdır ki, sığorta fiziki və hüquqi şəxslərin əmlak maraqlarının müdafiəsi, xoşagəlməz təzahürlər və hadisələr baş verən zaman onlara maddi zərərin ödənilməsi üçün məqsədli pul vəsaitləri fondlarının formalaşması və istifadəsi üzrə yenidən bölüşdürmə münasibətlərinin xüsusi sferasını ifadə edir.

Sığorta ehtiyatlarının yerləşdirilməsi sığorta əməliyyatlarının həyata keçirilməsi ilə yanaşı sığorta edənin fəaliyyətinin mühüm sferasıdır. Sığorta ehtiyatlarının yerləşdirilməsi sığorta edən tərəfindən diversifikasiyalılıq, qaytarılmalılıq, mənfəətlilik və likvidlilik prinsiplərində maliyyə dayanıqlığının və sığorta ödəmələrinin təminatının təmin edilməsi üçün sığorta ehtiyatlarının yerləşdirilməsi qaydalarına uyğun olaraq aparılır.

Sığortaçının ödəniş qabiliyyətli olması onun sığorta müqaviləsi üzrə sığorta etdirən və ya sığorta olunmuş şəxsə sığorta məbləği və ya sığorta ödənişinin ödənməsi üzrə vəzifəsinin vaxtında və tam həcmdə icrasına əsaslanır.Məhz sığorta kompaniyasının ödəniş qabiliyyətinı malik olması sığorta nəzarəti orqanları tərəfindən onun əsas nəzarət obyektinə çevrilməsinə şərait yaradır.Bu növ nəzarət sığortaçıların maliyyə sabitliyini xarakterizə edən maliyyə hesabatının yoxlanılması və müəyyən olunmuş göstəricilərə riayət olunması üsulu vasitəsilə həyata keçirilir.Bir çox iqtisadi ədəbiyyatlarda sığortaçının maliyyə sabitliyinə və ödəmə qabiliyyətinə təsir göstərən amilləri iki qrupaxarici və daxili amilə bölürlər. Xarici amillər sığorta təşkilatından,onun işinin səmərəliliyindən asılı olmayan amillərdir.Bunlara müxtəlif iqtisadi,siyasi amillər ,qanunverici baza və s. aiddir.

Xarici amillərdən fərqli olaraq daxili amillər sığorta təşkilatının konkret fəaliyyətindən asılıdır. Onlara aşağıdakıları aid etmək olar:

-anderrayter siyasəti,

-tariflərin müəyyən edilməsindəki siyasət,

-müəyyən olunmuş qayda üzrə hesablanmış və sığorta ödənişlərinə zəmanət verən sığorta ehtiyalarının mövcud olması,

-xüsusi kapitalın kifayət etmısi,

-təkrarsığorta sistemindən istifadə edilməsi,

-sığortaçılarda şəxsi vəsaitlərin mövcud olmasını ifadə edən aktiv və öhdəçilikləri arasında normativ nisbətə əməl olunması,

-sığortaya müxtəlif risklərin qəbul olunması üzrə maksimal məsuliyyət normativinə əməl olunması.

Anderrayter siyasəti-bu sığorta təşkilatının fəaliyyəti ilə bağlı sığorta müqavilələrinin bağlanması ilə əlaqədardır.Maliyyə sabitliyinin təmin edilməsi məqsədləri ilə sığortaçılar bağlanılacaq müqavilələr üzrə sığorta riskinin dərəcəsini diqqətlə qiymətləndirməli ,sığorta hadisəsinin baş vermə ehtimalını,gözlənilən zərərin maksimum məbləğlərini hesablamalı və bunlardan asılı olaraq verilmiş obyektin sığorta edilməsinin, bu cür sığortanın şərtlərinin mümkünlüyü və ya qeyri-mümkün olması barədə qərar qəbul etməlidirlər. Tariflərin müəyyən edilməsi sahəsindəki siyasət bağlanılacaq müqavilə üzrə sığorta riski dərəcəsinin sığorta tarifləri kəmiyyətinə müvafiq olmasından ibarətdir.Sığortaçının maliyyə sabiliyi üçün bu siyasətin rolu onun maliyyə ehtiyatlarının əsas mənbəyinin sığorta haqlarının olmasıdır ki, onların da həcmi sığorta müqavilələrinin sayından,sığorta məbləğlərinin miqdarından və sığorta tariflərinin kəmiyyətindən asılıdır.Beləliklə,bir çox hallarda sığorta təşkilatının gəlirlərinin kəmiyyəti sığorta tariflərinin miqdarından asılıdır.Sığortaçının sığortalıları cəlb etmək məqsədilə mütəmadi olaraq tarifləri aşağı salarsa, onda onun topladığı sığorta haqları ödəyəcəyi sığorta ödənişləri miqdarındanxeyli aşağı olar ki,bu da sığorta fəaliyyətinin zərərlə həyata keçirilməsinə səbəb olar.Digər tərəfdən də sığortaçı tariflərin miqdarını artdırdıqda başqa sığorta təşkilatlarında sığortalanmaq istəyən bir çox müştərilərini itirə bilər.

Sığorta ehtiyatları sığortaçının sığorta ödənişlərini həyata keçirməyin əsas mənbəyidir və bağlanmış sığorta müqavilələri üzrə onun öhdəliklərinin kəmiyyətini göstərir.Buna görə də sığorta ehtiyatlarının miqdarı və strukturu sığorta təşkilatının götürdüyü öhdəliklərə ciddi surətdə müvafiq olmalıdır ki,gələcəkdə veriləcək sığorta ödənişlərini təmin edə bilsin.Sığorta ehtiyatlarının kifayət etməyən həcmdə formalaşdırılması sığorta təşkilatının ehtiyatlarının çoxaldılması ilə onun vergiyə cəlb etmə mənfətinin azaldılmasına səbəb olur. Xüsusi (məcmu) kapital sığortaçının sığorta ehtiyatları vəsaitləri yetmədikdə öz öhdəliklərini təmin etmək qabiliyyətinin əlavə mənbəyi hesab olunur.Belə ki,sığorta şirkətlərinin kapitalı nə qədər çox olarsa ,şirkət bir o qədər likvid, dayanıqlı,ödəniş qabiliyyətli olar,müştərilərin inamını qazanar,güvənli sığortaçı kimi tanınar.Kapitalın çox olması şirkətin hər müqavilə üzrə öz üzərində saxladığı risk məbləğini çoxaltmağa və beləliklə də,sığorta haqlarının əksər qismini özündə saxlamaqla gəlir əldə etməyə imkan yaradar.Kapitalın çoxluğu sığortaçıya başqa sığorta şirkətlərinin bağladıqları müqavilələrdə təkrarsığortaçı kimi iştirak etməyə də əsas yaradar.Kapitalın çoxluğu, bu kapitalı investisiyaya ,o cümlədən bank depozitlərinə ,qiymətli kağızlara və s.yönəltməyə və gəlir əldə etməyə imkan yaradar. Xüsusi vəsaitə ödənilmiş nizamnamə kapitalı,əlavə kapital,ehtiyat kapitalı,bölüşdürülməmiş mənfəət ,yığım fondu ,istehlak fondu aid olunur. Sığortaçının öz vəsaitinin əsas tərkib hissəsi nizamnamə kapitalıdır.Sığortaçı olmaq üçün təsis edilən hüquqi şəxs dövlət qeydiyyatına alınanadək onun nizamnamə kapitalı tələb edilən kapitalın sığorta nəzarəti orqanı tərəfindən nəzərdə tutulmuş minimum məbləğindən az olmayan hissəsində müəyyən edilmiş məbləğ ilə ödənilməlidir. Sığortaçının nizamnamə kapitalının təkmilləşdirilməsi üçün kredit və ya borc şəklində cəlb olunmuş pul vəsaitindən, girov alınmış və ya qeyri-qanuni yolla əldə edilmiş əmlakdan, həmçinin qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla ,dövlət və bələdiyyə büdcələrinin büdcədən kənar fondların pul vəsaitlərindən və dövlət hakimiyyəti orqanlarının sərəncamında olan digər büdcədən istifadə edə bilməz. Nizamnamə kapitalının minimum məbləği sığorta nəzarəti orqanı vasitəsilə təyin edilir.

Bir qayda olaraq nizamnamə kapitalının minimum miqdarının müəyyən olunmasının əsas səbəbləri sadalananlardır:

1) Sığortaçının fəaliyyətinin başlanğıcında bağlanmış sığorta müqavilələri üzrə daxil edilən sığorta haqları az məbləğ təşkil etdiyindən həmin müqavilələr üzrə qəbul olunmuş öhdəlikləri yerinə yetirmək üçün digər vəsaitlərin olmaması,

2) Nizamnamə kapitalının böyük həcmdə olmasının sığortaçıya öz fəaliyyyətini daha etimadla təşkil etməyə imkan verməsi və nəticədə sığorta bazarında onun rəqabət qabiliyyətinin olması,

3) Sığorta haqlarının sığorta ehtiyatlarının yaradılmasının əsas mənbəyini təşkil etməsi və bu ehtiyatların sığorta müqavilələrinin qüvvədə olma müddətləri ilə bağlı olması(sığortaçı isə qeyri-müəyyən müddətə yaradılır).

Tələb olunan kapitalın mövcud qaydada artırılması sığortaçıların maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin 2011-2014-cü illər ərzində sığorta bazarındakı artım dinamikasına adekvat olaraq təmin edilməsində,habelə sığorta sektorunun sabit inkişafında müsbət rol oynamışdır. Tələb olunan kapitalın minimum məbləğinin yuxarıda qeyd olunan mərhələli qaydada artırılması,sığortaçıların sığorta ehtiyatlarının formalaşdırılması və bu ehtiyatların, həmçinin öz vəsaitlərinin investisiyası ilə bağlı müəyyən edilmiş bəzi tənzimləyici və məhdudlaşdırıcı normativlərlə yanaşı sığorta haqlarının ölkə üzrə ümumi məbləğinin ,buna müvafiq olaraq sığortaçıların risk öhdəliklərinin azalması şəraitində adekvat tənzimləməni təmin etməklə sığorta sektorundakı sabit inkişafa mənfi təsir göstərir.Buna görə də növbəti illər üçün tələb olunan kapitalın minimum məbləğinin artırılması məbləğlərinin sığorta haqlarının ümumi məbləğinin artım dinamikasına uyğunlaşdırılması zərurəti yaranmışdır.

Qeyd olunanları nəzərə alaraq,”Sığorta fəaliyyəti haqqında “ Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanunun 79.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası fəaliyyət göstərən sığortaçıların və təkrarsığortaçıların tələb olunan kapitalının minimum məbləğinin mərhələli qaydada aşağıdakı kimi artırılmasını müəyyən etmişdir:[24]



Cədvəl 5.

безымянный.png

Əlavə kapital sığortaçının əsas vəsaitlərinin yenidən qiymətləndirilməsindən əmələ gələn artım ,səhmlərin yerləşdirilməsindən alınan emissiya gəliri və digər təşkilatlardan əvəzi ödənilmədən alınmış vəsaitlər hesabına yaranır.Nizamnamə kapitalının artırılması,təsisçilərə dividendlərin ödənilməsi ,həmçinin hesabat ilinin yekunu üzrə balans zərəri alındıqda həmin zərərin ödənilməsi üçün əlavə kapitalın vəsaitlərindən istifadə edilir. Ehtiyat kapitalı təsis sənədlərində nəzərdə tutulduğu halda yaradılır və onun mənbəyi sığortaçının xalsi mənfəəti hesab edilir.Hesabat ilinin yekunu üzrə alınmış balans zərərinin ödənilməsi , sığortaçı mənfəətlə işləmədikdə və ya onun xalis mənfəəti kifayət etmədikdə təsisçilərə dividendlərin ödənilməsi ,həmçinin nizamnamə kapitalının artırılması üçün ehtiyat kapitalının vəsaitlərindən istifadə edilir.

Bölüşdürülməmiş mənfəət keçmiş illəri və hesabat ilinin yekunu üzrə əldə edilən məbləğdən ibarətdir.Onun vəsaitlərindən təsisçilərin qərarı olə nizamnamə kapitalının, ehtiyat kapitalının ,xüsusi təyinatlı fondların (istehlak,yığım) artırılması və təsisçilərə dividendlərin ödənilməsi məqsədilə istifadə edilir. Xüsusi təyinatlı fondlarının yaradılmasının əsas mənbəyi sığortaçının xalis mənfəəti hesab edilir. Yığım fondu bölüşdürülməmiş mənfəətin sığortaçının inkişafına və ya yeni əmlakın yaradılması üzrə digər analoji tədbirlərə yönəldilən vəsaitləri hesabına, istehlak fondu isə bölüşdürülməmiş mənfəətin yeni əmlak yaradılmamaqla sosial sferanın inkişafına ,işçilərin maddi həvəsləndirilməsinə və digər tədbirlərə yönəldilməsi hesabına yaradılır.

Cədvəl 6.

01.01.2013-cü il vəziyyətinə sığortaçıların məcmu kapitalı,min manat

безымянный.png

Cədvəldən göründüyü kimi, sığorta bazarında məcmu kapital son 12 ildə təxminən 14 dəfə artmışdır.Nizamnamə kapitalından başqa sığortaçıların əlavəkapitalı da artmışdır. Ehtiyat kapitalı isə əksinə azalmışdır.Ayrı-ayrı sığorta şirkətlərinin nizamnamə kapitalının artması bu sahəyə yönəldilən investisiyanın artması deməkdir.

Aşağıdakı cədvəldə isə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin nizamnamə kapitalları əks olunmuşdur.

Cədvəl7.

безымянный.png


Fəsil 3. Sahibkarlıq risklərinin sığortalanmasının nəzəri və praktiki məsələləri

3.1. Sahibkarlıq risklərinin sığortalanmasının milli iqtisadiyyatda yeri və rolu

Biznesin aparıcı istiqaməti olan sahibkarlıq fəaliyyətinin inkişafı əmlak sığortasının yeni növünün – sahibkarlıq risklərinin sığortalanmasının yaranmasına səbəb olmuşdur. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda sahibkarlıq risklərinin sığortalanması əmlak sığortasının ayrıca lisenziyalaşdırılan növü kimi qeyd edilir.Sığortalı - sığortaçı ilə müqаvilə bаğlаyаn (sığorta еtdirən) və yа хеyrinə sığorta müqаviləsı bаğlаnаn (sığorta оlunаn), yахud qаnunа görə sığortalаnmış sаyılаn fiziкi şəхs (fəаliyyət qаbiliyyəti məhdud оlаn və yа fəаliyyət qаbiliyyəti məhкəmə tərəfindən məhdudlаşdırılаn, еləcə də fəаliyyət qа-biliyyəti оlmаyаn şəхslərdən bаşqа) və yа hüquqi şəхsdir;Sığortaçı - yаlnız sığorta və təкrаr sığorta fəаliyyətini göstərməк məqsədilə yаrаdılmış, qаnunvеriciliкlə müəyyənləşdirilmiş qаydаdа хüsusi rаzılıq аlmış hüquqi şəхs оlаn sığorta təşkilаtıdır.


Azərbaycanda sığorta xidmətlərinin təsnifatı

Qanununa əsasən ölkədə sığorta iki əsas sahədən: həyat və qeyri-həyat sığortası sahələrindən ibarətdir. Sığortaçılar bu sahələrdən biri və ya hər ikisi üzrə fəaliyyət göstərə bilərlər.



Bir-biri ilə əlaqəli bank və sığorta şirkətləri aşağıdakılardır:

1 Əmrahbank – Əmrah Sığorta 2. ASB – Sənaye Sığorta 3. Ata Bank – Ata Sığorta 4. Bank VTB – Ata Sığorta (Ata Holdinq Bank VTB – Azərbaycanın səhmdarıdır) 5. Bank Respublika – Bakı Sığorta (Bank Respublika və onun təsisçiləri Bakı Sığorta şirkətinin səhmdarlarıdır) 6. Bank Standard – Standard İnsurance 7.Bank of Azerbaijan – Qarant Sığorta 8. Beynəlxalq Bank – Beynəlxalq Sığorta 9. Xalq Bank – Xalq Sığorta 10.Kapital Bank – Paşa Sığorta 11.Paşa Bank – Paşa Sığorta 12.Unibank – Mbask Sığorta Şirkəti 13.SW Bank – Azal Sığorta 14. NBC Bank – Rəvan Sığorta (eyni şirkətlər qrupuna daxildir) 15.Aztürk Bank – Başak İnam Sığorta Şirkəti (səhmdarıdır) 16.Turan Bank – Başak İnam Sığorta Şirkəti (səhmdarıdır).

Əslində sığorta şirkətləri inkişaf etmək üçün bankların vəsait toplamasını və ya böyük tikinti və digər risklərin sığortalanacağını gözləməməlidirlər.İndiki şəraitdə sığortaçılar özləri böyük fəallıq, çeviklik və ixtiraçılıq qabiliyyəti göstərməli, sığorta olunanları həm qiyməti, həm də keyfiyyəti ilə cəlb edə biləcək sığorta məhsullarını bazara çıxarmalıdırlar.Buna görə də sığortaçılar fiziki şəxslərə üz tutmalı, xırda məhsullardan başlamalı və eyni zamanda bank və digər risklərin sığortasının inkişafı ilə paralel olaraq fiziki şəxslərə satışı genişləndirməlidirlər.

Sığorta şirkətlərinin təklif etdikləri xidmətlər 2006-cı ildə ölkə sığorta bazarında təklif olunan və istifadə olunan məhsulların sayı 15-ə yaxın idisə, 2007-ci ildə bu göstərici 30-a yaxın, 2008-ci ildə isə aktiv satılan məhsulların sayı 35 olub.Hazırda sığorta şirkətlərinin xidmət paketinə 40-a yaxın sığorta nö- vü daxildir.Bununla belə, Azərbaycanda təklif olunan sığorta xidmətləri inkişaf etmiş ölkələrlə müqayisədə azlıq təşkil edir.Çünki son illər dünyada sığorta elementlərinin tətbiqi mülkiyyətin bütün formalarını, ailə münasibətlərini əhatə edərək sığorta ilə maraqlananlar arasında xeyli genişlənib. İnkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda sığorta məhsullarının çeşidinin az olması sığorta istehlakçıları üçün bu məhsulların cəlbediciliyini azaldıb.



Şirkətlərin təklif etdikləri sığorta xidmətləri:

1. AXA MBASK şirkəti 29 sığorta növünü həyata keçirmək üçün lisenziyaya malikdir;

2. «Alfa Sığorta» Açıq Səhmdar Cəmiyyəti 13 sığorta növünü həyata keçirir;

3. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 39 sığorta növünü həyata keçirir;

4. «AtaSığorta» Açıq Səhmdar Cəmiyyəti 28 növ sığorta xidmətləri, onlardan 23 könüllü və 5 icbari sığorta xidməti təklif edir;

5. «Atəşgah» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti – avtomobilin könüllü sığortası, vətəndaşların əmlakının yanğın və digər risklərdən sığortası, yüklərin sığortası, məsuliyyət sığortası, və digər növ əmlak sığortalarına diqqət göstərir. Bununla yanaşı, şirkət tibbi sığorta, bədbəxt hadisələrdən, yerüstü, dəniz neft qaz əməliyyatlarının axtarışı və işlənib hazırlanması ilə bağlı enerji risklərindən sığorta xidmətləri təqdim edir;

6. «Atəşgah Həyat» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti həyat sığortası üzrə ixtisaslaşıb;

7. «Başak İnam Sığorta Şirkəti» Açıq Səhmdar Cəmiyyəti 12 sığorta növünü həyata keçirir;

8. «Beynəlxalq Sığorta Şirkəti» Açıq Səhmdar Cəmiyyəti könüllü və məcburi sığortanın 37 növü üzrə xidmət göstərir;

9. «Paşa sığorta» QSC 31 növ üzrə icbari və könüllü sığorta xidmətləri göstərir;

10.«Standart İnsurance» Məhdud Məsuliyyətli Sığorta Şirkəti 5 növ icbari və 24 növ könüllü sığorta xidməti göstərir;

11.«Bakı Sığorta» Açıq Səhmdar Cəmiyyəti 27 növ sığorta xidməti (24 könüllü və 4 icbari) həyata keçirir;

12.«AzSığorta» Açıq Səhmdar Cəmiyyəti sığortanın 35 növü üzrə xidmət təklif edir. «Rəvan Sığorta Şirkəti» Açıq Səhmdar Cəmiyyəti 19 sığorta növü üzrə fəaliyyət göstərir;

13.«Meqa Sığorta» Açıq Səhmdar Cəmiyyəti 25 könüllü, 4 icbari sığorta növü üzrə fəaliyyət göstərir;

14.«Qala Həyat» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti həyat sığortasına aid könüllü və icbari sığorta növlərini həyata keçirir;

15.«Qarant Sığorta» Açıq Səhmdar Cəmiyyəti 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət təklif edir;

16.«Era Trans Sığorta» Açıq Səhmdar Cəmiyyəti 22-i könüllü, 4-ü icbari olmaqla 26 sığorta növü həyata keçirir;

17.«Fidan Sığorta» Açıq Səhmdar Cəmiyyəti 15 könüllü və 4 icbari olmaqla 19 sığorta növü üzrə fəaliyyət göstərir;

18.«Günay Sığorta» Açıq Səhmdar Cəmiyyəti 23 sığorta növü həyata keçirir (2.266.191 manat);

19.«Azərbaycan Sənaye Sığorta» Açıq Səhmdar Cəmiyyəti öz müştərilərinə 32 növ sığorta xidməti həyata keçirir (27-i könüllü, 5-i icbaridir);

20.«A – Group Sığorta Şirkəti» Açıq Səhmdar Cəmiyyəti 3 icbari, 14 könüllü sığorta növlü üzrə xidmət göstərir.

2011-ci ilə qədər ümumi sığorta fəaliyyəti və həyat sığortası üzrə birlikdə fəaliyyət göstərən sığortaçıların hər bir sahə üzrə ayrıca tələb olunan kapitala malik olmaları gərəkliydi. «Sığorta fəaliyyəti haqqında» qanuna istinadən yalnız ixtisaslaşmış firmalar həyat sığortası ilə məşğul olurlar. Bugün sığorta sektorunda həyat sığortası üzrə 3 şirkət «Atəşgah Həyat» və «Qala Həyat», «PAŞA Həyat Sığorta» life şirkəti fəaliyyətdədir. Halbuki ixtisaslaşmış şirkətlərin qurulması heç də sektorun irəliləyişi demək deyil. Bazarın araşdırılması firmaların təklif etdikləri sığorta xidmətlərinin bir çoxunun formal olduğunu göstərir. Bu sahədə həm də inhisarlaşma çoxdur. Məsələn, 2010-2011-ci illərdə Mərkəzi Bankı bütün sığorta məhsulları ilə «Paşa Sığorta»nın təmin etməsinə qərar verilib. «Paşa Sığorta» artıq tibbi sığorta ilə yalnız Mərkəzi Bankı deyil, həm də «Bank Respublika», «Bank Avrasiya», «AccessBank» və «Dəmirbank»ın heyətini də təmin edir. Maraqlıdır ki, «Bank Respublika» özü Bakı Sığorta Şirkətinin 51% səhminin sahibi, həmçinin Bankın səhmdarlarının da eyni Sığorta Şirkətində səhm payı olduğu halda işçilərinin tibbi sığortası üçün «Paşa Sığorta»nı seçib. Həmçinin ölkədə fəaliyyət göstərən böyük şirkətlər – SOCAR, BP Azərbaycan, Coca-cola kimi şirkətləri də sığorta məhsullarına olan ehtiyaclarını ödəmək üçün «Paşa Sığorta» ilə sözləşmə imzalayıblar.



2011-2015-ci illər ərzində sığorta haqlarının yüksəliş dinamikasının çox olması öz növbəsində sığortaçıların sığorta portfeli üzrə risklərinin də həcmini sürətlə artırmışdır. Bu cür yüksəliş tempi sığorta sektorunda maliyyə sabitliyinin təmin olunması üçün adekvat tədbirlərin görülməsi gərəkli olmuş, maliyyə sabitliyinin təmin olunmasının əsas elementlərinin tələb olunan kapitalın minimum məbləğinin, sığortaçıların və təkrarsığortaçıların investisiya siyasətinin və sığorta ehtiyatlarının formalaşdırılmasının anlatılan artış dinamikasına uyğun tərzdə tənzimlənməsi üçün müvafiq tədbirlər keçirilmişdir. Beləliklə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2008-ci il 31 iyul tarixli ,Q-09 nömrəli Qərarı ilə fəaliyyət göstərən sığortaçıların və təkrarsığortaçıların tələb olunan kapitalının minimum məbləğinin göztərilən qaydada artırılması müəyyən olunmuşdur:
Cədvəl 8.

безымянный.png

Biznes fəaliyyətində gözlənilən mənfəətin azaldılması nədənləri sadalanan qrup risklərlə şərtləşir:

  • təbii fəlakət, qəza və digər analoji hadisələr olarkən istehsal prosesinin pozulması ilə bağlı risklər;

  • bazar konyunkturunun dəyişilməsi, malgöndərənlər, və ya məhsul və xidmətlərin istehlakçıları tərəfindən müqavilənin yerinə yetirilməməsi riskləri;

  • hər hansı istehsal növünün pul vəsaitləri və digər resurslarla investisiyalaşdırılması ilə bağlı risklər;

  • yeni texnika və texnologiyanın tətbiqi ilə bağlı risklər (innovasiya riskləri).

Bu qrup risklər biznes fəaliyyətinin sığortalanması sferasını təşkil edir.

Biznes risklərinin sığortalanması dedikdə - fəaliyyətin dayanması ucbatından, və ya sığorta halının baş verməsilə yaranmış əmlak ziyanı sonucunda dəyən zərərdən sığorta müdafiəsini nəzərdə tutan əmlak sığortasının növü anlaşılır.

Nəzəriyyədə biznesin sadalananlar əsas tipləri vardır:


  • əsas istehsal (əmtəənin hazırlanması, işin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi, onların reallaşdırılması);

  • köməkçi istehsal (injinirinq, məsləhətçi xidmət, nou-xau, elmi-tədqiqat və təcrübi-konstruktor işləri, audit və s.);

  • innovasiya (elmi-texniki yeniliklərin tətbiqi üçün işlənməsi və əmtəə istehsalçılarına ötürülməsi);

  • ticarət-vasitəçilik (ticarət, birja, broker, agent fəaliyyəti, komisyon ticarət);

  • maliyyə-kredit (bankların, investisiya fondları və şirkətlərin, sığorta təşkilatlarının fəaliyyəti);

  • sosial sferada xidmətlərin göstərilməsi (tibb, təhsil, idman, turizm, istirahət, mədəniyyət).

Biznes fəaliyyətinin sığortalanması növləri sığorta predmetlərinin adlarına, yaxud sığorta hadisələrinin nəticələrinə əsasən uyğun gəlir. Onları biznes fəaliyyətinin mərhələlərinə uyğun olaraq şərti bölmək olar.

Birinci mərhələ kapitalın investisiyalaşdırılması ilə əlaqədardır, əsas fondlara və dövriyyə vasitələrinə, elmi-texniki məhsula, həmçinin, qiymətli kağızlara yönəldilə bilər. Qoyulan kapitalın sığorta təminatı investisiyanın və maliyyə təminatının sığortalanmasının köməyilə həyata keçirilir. İkinci mərhələdə sahibkarın sığorta müdafiəsinin dövretməsi təbii fəlakətdən, qəzadan və üçüncü şəxsin qeyri-qanuni hərəkətlərindən ziyanın kompensasiyasına təminat verən əmlak sığortasının müxtəlif növləri tərəfindən təmin edilə bilər. Dövretmənin üçüncü mərhələsində ödənişlərin, ixrac kreditlərinin sığortalanması baş verir.

Biznes fəaliyyətində sığortası həyata keçirilən risklər aşağıdakı əlamətlərə görə təsnifləşdirilir:


  • nəticənin xarakterindən asılı olaraq xalis, ehtikar (spekulyativ). Xalis risklər, dedikdə ziyanın mümkünlüyü, yaxud situasiyanın ziyansızlığı başa düşülür. Xalis risklərin xüsusiyyəti odur ki, onlar həmişə praktiki sahibkar üçün, bütövlükdə cəmiyyət üçün itki əmələ gətirir. Spekulyativ risklər sahibkar üçün ya itki, ya da mənfəət gətirir;

  • yaranma sferasına görə - xarici və daxili. Xarici risklər sahibkarın fəaliyyətilə bilavasitə əlaqədar deyil və onun nəzarətindən kənarda yerləşir. Daxili risklər sahibkarın fəaliyyətilə bilavasitə əlaqədardır və onun nəzarəti altında olur; sövdələşmə üzrə ödənilməməsi riski kreditin qaytarılmaması riski, keyfiyyətsiz əmtəənin alınması riski;

  • müddətinə görə - qısamüddətli və daimi. Qısamüddətli risklər qısa zaman kəsiyində yarana bilər. Məsələn, yüklərin daşınması və əmtəənin saxlanılması zamanı. Daimi risklər bəzi vəziyyətlərlə əlaqədar daim iştirak edirlər (məsələn, müəssisənin coğrafi vəziyyəti, yaxud iqtisadiyyatın konkret sahəsinin xüsusiyyəti);

  • baş verməsi təbiətindən asılı olaraq sahibkar öz fəaliyyəti prosesində siyasi, texniki, istehsal, kommersiya, maliyyə və s. kimi risklərlə üzləşə bilər;

  • risk dərəcəsinə görə, hansı ki, itki halının baş verməsi ehtimalı ilə və mümkün ziyanın riyazi gözlənilməsi ilə xarakterizə olunur. Riskin səviyyəsi gözlənilən itki miqyasının sahibkarın əmlakının həcminə olan nisbətdən, həmçinin həmin itkinin baş verməsi ehtimalından asılıdır. Səviyyəsindən asılı olaraq risk ola bilər: itki təkcə gözlənilən mənfəətdən deyil, həm də zərərin yaranmasından mümkün olanda kritik; əgər kapitalın, əmlakın itkisi mümkündürsə, bəzən isə sahibkar müflisləşərsə, onda katostrofik.

  • riskin obyektinə görə sahibkarın əsas fondlarına təhlükə yaradan sahibkarlıq riskini və qeyri-material aktivlərə təhlükə yaradan riski ayırmaq olar. Birinci növə təbii, katostrofik və siyasi və delikt risklər aid edilir. İkinci növə maliyyə vəsaitlərinə təhlükə yaradan siyasi və bazar risklərinin müəyyən hissəsini aid etmək olar.

Qeyri-material aktivlərə təhlükə yaradan risklərə sahibkar tərəfindən reputasiyanın itirlməsi riskini (qudvil)aid etmək olar.

Azərbaycanda biznes risklərinin sığortalanması zəif inkişaf etmişdir ki, bu da sığorta bazarının kifayət qədər inkişaf etməməsi ilə bağlıdır. Biznes risklərinin sığortalanmasının zəif inkişafının əsas səbəblərindən biri sığorta şirkətlərinə sahibkarların inanmaması faktıdır və bu növ sığorta haqqında zəruri informasiyaların yetərsizliyidir.

İstehsalda fasilədən zərərin sığortalanması sahibkarlıq risklərinin sığortalanmasının mühüm hissəsidir. Praktikada onun tətbiqi biznesin növündən bilavasitə asılıdır. Aydındır ki, istehsal prosesinin fasiləsizliyi, əmtəənin reallaşdırılması, işin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi kommersiya fəaliyyətinin uğurla inkişaf etdirilməsinin başlıca şərtlərindən biridir. İstənilən müəssisə istehsalın boş dayanması nəticəsində əmələ gəlmiş zərərdən sığortalana bilər. Boşdayanma müxtəlif səbəblərdən: yanğın, avadanlığın sındırılması, təbii fəlakət, kommersiya amilləri və başqa ekstremal situasiyalar nəticəsində baş verə bilər. Buna əsaslanaraq müəyyənləşdirmək olar ki, istehsalda fasilələrdən sığortalanma sığorta müqaviləsində nəzərdə tutulan hadisələrin baş verməsilə əlaqədar öz fəaliyyətinin həyata keçirilməsinin qeyri-mümkünlüyü üzündən dəyən itkinin müəssisələrə ödənilməsinə yönəldilmişdir. Boşdayanma hadisəsinin sığortalanması əmlak sığortası ilə sıx əlaqədardır.

İsveçrə təkrarsığorta cəmiyyətinin qiymətləndirilməsinə görə fəaliyyətdə fasiləliyin sığortalanması sığorta şirkətləri üçün çox rentabellidir və tez-tez ənənəvi sığorta növlərində bonus kimi istifadə olunur. Məsələn, Almaniyada fəaliyyətdə fasiləlikdən zərərin sığortalanması üzrə ödənilən məbləğ əmlakın ənənəvi sığortalanmasına nisbətən 2 dəfə çoxdur.

İstehsalda fasilələrdən sığortalanmanın aşağıdakı müqavilələri daha geniş yayılmışdır:



  • yanğın və digər ekstremal hadisələr nəticəsində boşdayanma hadisəsinin sığortalanması;

  • avadanlığın və maşının sındırılmasından sığortalanma, belə ki, sıradan çıxması müəssisəyə xeyli ziyan verə bilər;

  • elektrik avadanlıqlarının sındırılması ilə bağlı fasilə hadisəsinin sığortalanması rabitə vasitələrinin və başqa yüksək texnoloji elektrotexniki qurğuların işində boşdayanmadan ziyanın ödənilməsini təmin edir.

  • malgöndərən müəssisələrdə baş vermiş gözlənilməz hadisələr nəticəsində elektrik enerjisinin və su təchizatının pozulması ilə əlaqədar boşdayanma hadisəsinin sığortalanması;

  • müvəqqəti mənfəətin sığortası və bazar konyunkturunun dəyişilməsi nəticəsində gəlirin itkisindən sığortalanma.

Boşdayanmadan sığortalanma zamanı sığorta şirkəti aşağıdakı şərtlər mövcud olarkən kompensasiya ödəyirlər; sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verəndə, əmlak korlananda. Bunun nəticəsində o təyinatı üzrə istifadəyə yararlı olmur, bu da, öz növbəsində iqtisadi itkilərə gətirib çıxarır.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə