Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti m a g I straturam ə r k ə z I



Yüklə 435,66 Kb.
səhifə6/6
tarix22.07.2018
ölçüsü435,66 Kb.
#58426
1   2   3   4   5   6
§3.2 İnkişaf etmiş xarici ölkələrdə ev təsərrüfatı maliyyəsinin əhalinin sosial vəziyyətinə təsiri və onun tənzimlənməsi təcrübəsinin Azərbaycan Respublikası reallığına tətbiqi.

Azərbaycanda ölkə iqtisadiyyatının son illərdə qarşılaşdığı problemlər, əfsuslar olsun ki, sistemli və kompleks şəkildə meydana çıxır. Belə ki, milli valyutanın devalvasiyası, maliyyə və pul-kredit siyasətlərinin və ümumiyyətlə, ölkənin iqtisadi sisteminin idarə olunması və iqtisadiyattın tənzimlənməsi üçün tələb olunan ölkənin strateji valyuta ehtiyatlarının həcminin ciddi surətdə kiçilməsi, xarici geosiyasi və əlverişsiz beynəlmiləl bazar konyukturu amilləri nəticəsində neftdən daxil olan, habelə əhalinin real gəlirlərinin sürətlə azalan tempi, cari iş yerlərinin ixtisara düşməsi, istehlak bazarında hökm sürən qiymət artımı ilə bağlı problemlər və başqa böhran əlamətləri, şübhəsiz ki, ölkə iqtisadiyyatımızın nə dərəcədə ciddi iqtisadi problemlərlə üz-üzə olduğunu göstərir.

Ölkə rəhbərliyinin iqtisadiyyat üzrə məsul şəxslərinin və Mərkəzi Bankın son illər, xüsusilə də 2016-cı ildə ölkənin milli valyutasının məzənnəsinin qorunub saxlanılması üçün həyata keçirdiyi plan və tədbirlər, ölkənin strateji valyuta ehtiyatlarının azalmasının qarşısını əhəmiyyətli dərəcədə ala bilməmiş və bu proses tədricən davam etmişdir. Belə ki, ümumilikdə 2016-cı il ərzində milli vlayuta 15% dəyər itirmişdir. Bu istiqamət üzrə araşdırma aparan bir sıra iqtisadçılar əvvəlcə iqtisadiyyatlarının quruluşuna görə ölkəmizin iqtisadiyyatına oxşayan Rusiya Federasiyası və ya Qazaxıstanın ölkə iqtisadiyyatlarını nümunə göstərirlər ki, bu ölkələrin hökümətlərinin iqtisadi bloku və Mərkəzi Bankları milli valyutalarının məzənnəsinin öz daxili strateji ehtiyatları hesabına yüksək səviyyədə saxlanılması siyasətindən imtina edərək, valyuta məzənnə siyasətində liberallaşma seçimini etmişlər və bu səbəbdən də strateji valyuta ehtiyatlarının önəmli hissəsini qoruyub saxlamışlar. Əlbəttə, bu yanaşma özündə həqiqətləri əks etdirir. Lakin bir məqamı unutmaq lazım deyil ki, hər nə qədər də oxşar quruluşa malik olsalar da, adları göstərilən ölkələrin iqtisadiyyatının quruluşu ölkəmizin iqtisadiyyatının quruluşundan əhəmiyyətli dərəcədə fərqlənir. Burada əsas fərq, mühüm məqam odur ki, ölkəmizdə iqtisadiyyatın ixracda neft amilindən asılılığı, daxildə, istehlak bazarlarında isə idxaldan asılılığı sözü gedən ölkələrə nisbətdə daha qabarıq müşahidə olunur. Belə bir şəraitdə milli valyutanın məzənnəsinin maksimum dərəcədə qorunub sabit saxlanması indiki şərtlər daxilində ölkə iqtisadiyyatı, ev təsərrüfatları üçün həlledici əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan kimi beynəlxalq aləmə daha az məhsul ixrac edən, idxaldan daha çox asılı olan ölkələrdə bir qayda olaraq ölkə valyutasının güclü məzənnəyə sahib olması ev təsərrüfatları və ümumilikdə iqtisadiyyat üçün daha faydalıdır. Məhz bu səbəbdən Azərbaycanda ölkə rəhbərliyinin iqtisadi bloku tərəfindən manatın məzənnəsinin qorunması istiqamətində son illərədək ölkəmiz üçün kifayət qədər böyük həcmdə resursların sərf olunması barədə qərarlar qəbul olunmuş və əməli addımlar atılmışdır.

Cari iqtisadi vəziyyətin yaranmasının əsas səbəblərinə gəlincə isə burada əsas səbəbi kimi ölkəyə xammal ixracatından daxil olan “böyük neft pulları”nın axınının kəskin zəifləməsi və buna qədər son illər ərzində qeyri-neft sektorunun dinamik şəkildə inkişaf etdirilməməsi, yəni məsələlərə bir qədər səthi yanaşılması və s. kimi prosesləri nümunə göstərə bilərik. Azərbaycanda ölkə iqtisadiyyatının struktur balansının pozulmasının motivləri daha mürəkkəbdir. Belə ki, Keçmiş Sovet İttifaqının iqtisadiyyatında istehsal, xidmət və satış sistemləri ağıllı şəkildə vahid Ümumittifaq Xalq Təsərrüfatı sistemində birləşdirilmişdi. İttifaqın süquta uğramasından sonra isə keçmiş müttəfiq respublikalarının yeni, təcrübəsiz iqtisadi bloklarının strateji səhvləri nəticəsində həmin iqtisadi və təsərrüfat əlaqələri tamamilə pozuldu.8 Hansı ki, bu əlaqələrin pozulması keçmiş müttəfiq respublikaların iqtisadiyyatları üçün dəhşətli, bəlkə də, hətta pis mənada həlledici rol oynamışdır. O cümlədən, Azərbaycanın da ölkə iqtisadiyyatında mövcud olan quruluş problemlərinin əsas motivlərini də məhz burada axtarmaq lazımdır. Ona görə ki, müasir bazar iqtisadiyyatı şəraitində hətta keyfiyyətli formada istehsal prosesinin təşkil oluması da iqtisadi səmərəliliyin tam qarantı rolunda çıxış edə bilməz. Belə ki, iqtisadiyyatın səmərəliliyi üçün həm də etibarlı və stabil satış kanallarının, real satış bazarlarının, loyal ticarət əlaqələrinin mövcud olması iqtisadi sistemin dinamik inkişafının təminatçısı rolunda çıxış edə bilər. Bu nöqteyi-nəzərdən yanaşanda ölkə iqtisadiyyatının xammal ixracatı üzərində təşkil olunması həmin struktur pozğunluğunun əsas səbəbi deyildir. Ancaq qeyd etmək yerinə düşər ki, bu və digər amillər də öz növbəsində sözü gedən problemin daha da dərinləşməsinə öz töhfələrini vermişdir. Ölkəmizdə mövcud digər iqtisadi problemlərin səbəblərinə gəlincə isə, bunlar, hər şeydən əvvəl, milli iqtisadiyyatda indiyədək sağlam rəqabət mühitinin formalaşdırılması, institusional-struktur və effektiv sistemlilik, emal sənayəsi, xidmət sahələri, kənd təsərrüfatı, qeyri-xammal ixrac potensialı və s. kimi iqtisadiyyat sahələrinin inkişafı ilə bağlı mövcud olan çatışmazlıq və nöqsanlardır.

İndiki şəraitdə Azərbaycanda ölkə iqtisadiyyatının cari vəziyyəti makroiqtisadi səviyyədə sistemli böhran əleyhinə tədbirlərin həyata keçirilməsini tələb eləyir. Şübhəsiz, ölkə iqtisadiyyatının sabit və artan templə inkişafı üçün həyata keçiriləcək tədbirlər paketinin işlənilib hazırlanması və təbiqi kifayət qədər geniş və əhatəli yanaşma, vaxt və maliyyə rüsursları tələb edən bir proses olsa da, bununla belə,  həmin antiböhran proqramının əsas sütunlarını müəyyənləşdirib nəzəri və praktiki fəaliyyətə başlamaq vacibdir ki, ölkə iqtisadiyyatının və onun timsalında ev təsərrüfatlarının vəziyyətləri daha da ağırlaşmasın.

“Böyük neft pulları”nın ölkəmizə axın etdiyi vaxtlarda milli valyutamız da məzənnəsinə görə heç də dünyanın ən çox istifadə olunan, güclü iqtisadiyyata sahib ölkələrin valyutalarından geri qalmırdı. Sözü gedən dövrdə ölkəyə axan həmin vəsaitlər hesabına iri şəhərlərdə tikinti-quruculuq işlərinin başlanılması, eləcə də büdcədən maliyyələşən təşkilatlar hesabına süni məşğulluq yaradılması kimi hökümətin həyata keçirdiyi tədbirlər sayəsində sosial müdafiənin təşkili bir mövzu olaraq öz aktuallğına görə arxa planlara keçmişdi.Baxmayaraq ki, ümumi götürəndə o dövr üçün ölkədə sosial vəziyyətin göstəriciləri heç də qənətbəxş sayılmırdı.

Yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycan kimi kiçik ölkələr üçün büdcəsiəhəmiyyətli dərəcədə iri məbləğlərə çatdırılmış neft ixracından daxil olan pullar vasitəsi ilənəhəng qazanc əldə etmək potensialınamalikölkəəksər hallarda ancaq sosial sabitlik yaratmaq və onu qorumaq məqsədilə realizə etdiyiəlavə iqtisadi dəyər yaratmayan iqtisadi layihələr hesabınavətəndaşlarını süni yolla iqtisadi məşğul etməklə kifayətlənir. Ələlxüsus da tikinti və xidmət sektorlarında işsizlər kütləsi ilə bərabər mövcud bütün sosial problemləri də müvəqqəti olaraq həll etmiş kimi görünürdü. Əlavə olaraq bahalı milli valyuta və ucuz xarici valyuta tandemi çox münbit sosial şəraitin yaranmasına səbəb olmuşdu, yəni inflyasiya yox dərəcəsində idi, xaricdən idxal olunan ərzaq və geyim malları ucuz başa gəlirdi və s.

Bu cür şərtlər daxilindəyoxsulluq həddi, minimum əmək haqqı, ölkə üzrə yaşayış minimumları, istehlak səbəti və s. kimi vacib sosial göstəricilərinhansı həddə beynəlxalq normalarla ayaqlaşması, beynəlxalq standartlara uyğun hesablanması hər kəsin maraqlarının xaricində qalmışdı. Lakin indi ölkədəki iqtisadi şərait başqa səmtdə inkişaf edib vəəhalinin sosial müdafiəsinin təşkili məsələləri son illərdə ən aktual mövzu olaraq gündəmi zəbt edib. Daha sadə dildə desək, əhalinin sosial dəstəyə ehtiyacı çoxalıbsa, dövlətin də bunu təmin etməyə resursları əvvəlkitək deyildir. Bu səbəbdən bu mövzunun araşdırılması və yaranmış situasiyadan uyğun çıxış yollarının tapılması hal-hazırda prioritet məsələ kimi ölkə iqtisadçılarının qarşısında dayanır. Bir problemin həllinə nail olunması üçün onun məzmununu dərk etmək vacibdir, elə isə aşağıda biz ölkəmizin son illərdəki sosial müdafiə siyasəti ilə tanış olacağıq.

Azərbaycanda ölkə rəhbərliyi yoxsulluq həddini adətən yaşayaş minimunun dəyərinə əsaslanaraqtəyin edir. Bir qayda olaraq yaşayaş minimunun qarşıdakı il üçün dəyərini isə periodik olaraq il ölkə parlamenti təsdiq edir. Belə ki, 2016-cı il üçün ölkə üçün yaşayış minimumu kimi göstərici 136 manat, 2017-ci il üçün isə 155 manatsəviyyələrində təsbit olunub. Başqa sözlə desək isə, bu, bir fərdincari təqvim ilinin hər hansı ayı ərzində ərzaq, geyim, sağlamlıq, təhsil, isirahət, nəqliyyat, rabitə, kommunal və s. zəruri xərcləri ilə bağlı mal və xidmətlərə çəkdiyi xərcləri əhatə etməlidir. Reallıqda isə bu, belə deyil. Problemin məğzi ondadır ki, ölkə rəhbərliyi ərzaq və qeyri-ərzaq səbətinin dəyərinirəsmi olaraq ayrı-ayrılıqda təsdiq etmir, hansı ki, beynəlxalq təcrübədə bunlar bir-birindən ayrı götürülməklə iki müxtəlif ehtiyac meyarı kimiöz təsdiqini tapır. Nümunə üçün aşağıda ölkəmizdə və qardaş ölkə Türkiyənin sözü gedən sahədə təcrübələrinə nəzər salmaq mövzunun daha da aydınlaşdırılması üçün məqbul sayılmalıdır.

Kiçik hesablamalar aparandan sonra belə məlum olur ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli"Minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" qərarında nəzərdə tutulan istehlak normaları əsasındaev təsərrüfatının bir üzvünün qərarın qüvvəyə mindiyi dövrdə mövcud olan qiymətlər ilətək ərzağa olan minimum tələbatı ödəmək üçün 100 manat tələb olunurdu. Digər 36 manat isə insanın başqa tələbatlarını nə dərəcədə ödəyə biləcəyi isə mübahisəli mövzudur. Paralel olaraq Türkiyə təcrübəsinə nəzər yetirəndə isə ölkəmizdə vətəndaşların sosial müdafiəsinin səmərəli təşkil edilməsi üçün sosial normativlərin tətbiq edilməsində çox əhəmiyyətli bir boşluq aşkar etmək olur.Belə ki, Türkiyə Respublikasında “aclıq həddi” və “yoxsulluq həddi” adlanan iqtisadi səbətlər ayrıca olaraq nəzərə alınır və hesablanır.9Daha aydın şəkildə ifadə etsək, "aclıq həddi" ev təsərrüfatı üzvünün yalnız ərzağa olan zəruri tələbatlarının məcmusudur. Hal-hazırda sözü gedən ölkədə 4 üzvdən ibarət ev təsərrüfatı üçün təyin edilmiş "aclıq həddi"nin dəyəri 480 – 1 üzvü üçün isə 120 ABŞ dolları ekvivalenti səviyyəsində təsbit olunmuşdur. “Yoxsulluq həddi” göstəricisi isə ərzaq iləbərabər ən zəruri digər xidmətlər paketinin də minimum dəyərini özündə ehtiva edir. Məsələn, hazırda 4 üzvdən ibarət ev təsərrüfatı üçün“yoxsulluq həddi”nın dəyəri 1570 – 1 üzvü üçün isə 392,50ABŞ dolları ekvivalenti səviyyəsində təsbit olunmuşdur. Minimum əmək haqqına gəldikdə isə qardaş ölkədə2016-cı il üçün onun səviyyəsi 340 ABŞ dollarıolaraq təyin edilmişdir. Buradan isə belə nəticə hasil olunur ki, üzərində təhqiqat apardığımız həmin 4 üzvdən ibarət ev təsərrüfatında hər kəs ölkə üzrə təyin edilmiş minimum əmək haqqını ay ərzində qazanarsa, bu o deməkdir ki, ev təsərrüfatın zəruri istehlak səbətinin dəyərinin minimum 70%-i ödəniləcəkdir. Türkiyədən fərqli olaraq bizdə isə minimum əmək haqqı 2016-cı il üçün 105 manat səviyyəsində təsbit olunmuşdur və nəinki 4 üzvdən ibarət ev təsərrüfatının, hətta onun bir üzvünün zəruri istehlak səbətinə daxil olan mal və xidmətlərin dəyərini tamamilə əhatə edə bilmir.

Başqa bir nüansa fikir versək, qonşu və qardaş ölkədə cəmiyyətin bir üzvünün aylıq minimal ehtiyaclarını qarşılamaq üçün hədd olaraq təyin etdiyi məbləğdə ərzağın payı təqribən 30 faiz civarındadır. Paralel olaraq ölkəmizdə 2016-cı il üçün təsbit olunmuş ölkə üzrə yaşayış minimumunun indiki qiymətlərlə ən azı 70 faizi ərzaq tələbatı ilə bağlıdır. Bu o deməkdir ki, ölkə rəhbərliyinin təsbit etdiyi yaşayış minimumu daha çox Türkiyədəki “aclıq həddi”nə uyğun gəlir, yəni başqa sözlə desək, ölkə rəhbərliyi hesablamalarında Türkiyədəki “yoxsulluq həddi”ni nəzərdən qaçırır.

Yuxarıda qeyd olunan faktlardan və müqayisəli təhlildən aşağıdakı nəticələr hasil olunur:



  • Ölkə rəhbərliyi ölkə üzrə yaşayış minimumuna yenidən baxmalı, ya onun dəyərini dəfələrlə artırıb real rəqəmlərə çatdırmalı, ya da onu yaşayış minimumu deyil, ərzaq səbətini özündə ehtiva edən bir adla adlandırmalı və ayrıca olaraq qeyri-ərzaq mal və xidmətlərini də özündə əks etdirən bir hədd üzərində işləyib rəsmi bəyan etməlidir.

  • Ölkədə mövcud olan inflyasiyanın səviyyəsi əvvəlcədən təyin edilmiş müəyyən bir həddi (misal üçün 4 faizi) ötəndə həm minimal ərzaq tələbatını özündə əks etdirən minimumun, həm də ümumilikdə digər elementləri də özündə birləşdirən yaşayış minimumunun dəyər ifadəsin ilin əvvəlində deyil, il ərzində, məsələn hər rübün əvvəlində baxılmalıdır. Çünki 2015-ci ilin sonlarında qarşıdan gələn ilin ehtiyac meyarlarına baxılarkən, məsələn, yaşayış minimumunda təqribən 3,7 faiz artım oldu (əvvəl 131 manat, 2016-cı il üçün 136 manat), halbuki rəsmi və qeyri-rəsmi faktlar göstərir ki, 2016-cı il üçün inflyasiya göstəricisi ikirəqəmli olmuşdur. Bu isə ev təsərrüfatlarının büdcəsinə zərbə vurmuşdur.

  • Ölkəmizdə minimum əmək haqqı ilə ölkə üzrə yaşayış minimumunun həddi arasında uyğunsuz bir əlaqə var. 2016-cı il üçün ölkə üzrə yaşayış minimumu 136 manat idisə, minimal əmək haqqı 105 manatdır, bu isə ciddi bir uyğunsuzluğa gətirib çıxarır. Çünki minimum əmək haqqının dəyəri ev təsərrüfatının heç olmasa minimal ərzaq tələbatlarını əhatə eləməli, müntəzəm olaraq inflyasiyanın cari səviyyəsinə uyğun indeksləşdirilməlidir. Bunun bir sadə məntiqi izahı vardır, belə ki, ev təsərrüfatının əmək qabiliyyətli yaşadək üzvləri bir qayda olaraq valideynlərin himayəsi altındadır və onların minimimal ehtiyaclarını özündə birləşdirən dəyər də valideynlərin minimum qazancları çərçivəsində nəzərə alınıb yenidən hesablanılmalıdır. Qeyd eləmək yerinə düşər ki, Beynəlxalq Əmək Təşkilatının ölkəmizin də tərəfdaş çıxdığı “Minimum əmək haqqının təyin edilməsi haqqında” 122 saylı konvensiyasında birbaşa olaraq göstərilir ki, muzdlunun qazandığı minimum əmək haqqı onun özünün və himayəsində olan ailənin digər üzvlərinin minimal ehtiyaclarını qarşılamalıdır.

Respublikamızda sosial siyasət sahəsində problemlər təkcə minimum əmək haqqı, yaşayış minimumu və s. kimi iqtisadi kateqoriyaların dolğun dəyərinin formalaşdırılmasından ibarət deyildir. Bu sahənin uzun müddət arxa planda olması özünü gözlə dərhal görünən və ilk baxışdan problemli kimi görünməyən bəzi digər sosial elementlərdə də biruzə vermişdir.

Bunlardan biri pensiya yaşıdır. İnkişaf etmiş ölkələrdə pensiya yükü, pensiya məsələlərinin tənzimlənməsi prosedurları çox mürəkkəbdir. Bütün bu çətinliklərə baxmayaraq qərb ölkələri bu sahədə mütərəqqi siyasət aparmağa nail olublar. Bu səbəbdən pensiya məsələlərinin tənzimlənməsi mövzusunu araşdırarkən qərbin praktikası ilə yaxından maraqlanmalı olacağıq.

Zaman keçdikcə adətən pensiya yaşları artan tendensiya ilə böyüyür. Dünya və ölkə iqtisadçılarını və ölkələrin rəhbər iqtisadi bloklarını daim bu sual narahat edir: Pensiya yaşı artırılsınmı, ya artırılmasınmı? Artırılacaqsa, burada hansı amillər nəzərə alınsın? Kişilər və qadınlar üçün maksimal yaş həddi səviyyəsi olaraq hansı yaş müəyyən edilsin və s. Bu sualların cavablarını verməzdən öncə biz əvvəlcə pensiya yaşının artırılmasına təsir edən əsas səbəblərə aydınlıq gətirəcəyik. Bunlar demoqrafik, sosial-demoqrafiksosial-iqtisadi olmaqla əsas 3 qrupa bölünür.

Demoqrafik amil insanların nə dərəcədə uzunömürlü olması ilə əlaqədar nüansları özündə ehtiva edir. Qeyd etmək lazımdır ki, ölkəmizdə, eləcə də dünya praktikasında qəbul edilmiş bir standart var ki, pensiyaçıların orta yaşam müddəti pensiyaya çıxdıqdan sonra 12 il və ya 144 ay təşkil edir. Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə ölkəmizdə doğulandan sonra proqnoz edilən orta ömür yaşı 70 ətrafında məhdudlaşır. Almaniya, İsveç, Norveç, Yaponiya kimi inkişaf etmiş ölkələrdə isə bu göstərici 80-83 yaş aralıqlarında müəyyən edilib. BMT-nin hesablamalarında əks olunan bu yaş göstəriciləri arasındakı fərqlər özünü həm də pensiya yaşları arasındakı fərqlərdə də göstərməlidir. Lakin hazırki duruma görə biz bu fərqləri pensiya yaşlarında nəzərə aldığımızı deyə bilmərik. Çünki ölkəmizdə pensiya yaşları az qala qərb ölkələrində təyin edilən pensiya yaşlarına yaxındır. Hal-hazırda bizdə bu yaş kişilər üçün 63, qadınlar üçün isə 60 yaş kimi müəyyən edilmişdir. Almaniya, Avstriya, Belçika kimi bir arealda yerləşmiş ölkələrin, Danimarkanın və s. Kimi digər qərb ölkələrinin təcrübələrini araşdırdıqda isə məlum olur ki, pensiya yaşı adları qeyd olunan ölkələrdə həm kişilər, həm də qadınlar üçün 65 yaş həddi olaraq müəyyən edilib. Daha bir Avropa nəhəngi Böyük Britaniyada isə bu yaş kişilər üçün 65 olsa da, qadınlar üçün 60 yaş həddində öz əksini tapmışdır.

Göründüyü kimi ölkəmizdə pensiya üçün yaş həddinin müəyyən olunmasında ciddi nöqsanlara yol verilmişdir. Çünki digər demoqrafik statistik göstəricilərlə tanış olub müqayisəli təhlil apardıqda məlum olur ki, inkişaf etmiş qərb ölkələrində insanların 65 faizdən çoxu 70 yaşdan çox, ən azı yarısı isə 75 yaşdan sonra dünyasını dəyişirlər. Bu, o deməkdir ki, qərbdə təyin edilən pensiya həddi ilə qərb insanlarının orta yaşama müddətini müqayisə etdikdə belə nəticəyə gəlinir ki, kobud surətdə deyilsə, hər iki pensiyaçıdan biri BMT-nin ölkələr üçün hesabladığı orta yaşam göstəricisinə uyğun ömür yaşayır və tam olaraq dövlətdən pensiya ala bilir. Ölkəmizə gəldikdə isə bizdə statistik rəqəmlərə nəzər yetirsək, əksinə olaraq ölkə əhalisinin maksimum yarısı pensiya yaşına çatıb pensiya ala bilir. Aydın məsələdir ki, onların da əksər bir qismi pensiyadan sonrakı 144 ayı tam yaşaya bilmirlər. Məsələn, hazırda ölkədə 60-63 yaş qrupunda olan şəxslər 1952-1956-cı illərdə anadan olmuş insanlardırsa, Dövlət Statistika Komitəsinin bəyan elədiyi göstəricilərə əsasən bu insanların sayı doğum vaxtında 586 min kimi qeydə alınmışdır. Dövlət Qurumun əhalinin demoqrafik vəziyyəti ilə bağlı digər mənbələrinə əsasən isə artıq pensiya yaşına çatanda (2016-cı ildə) onların sayı 351 min nəfərə düşüb, bu isə faiz etibarı ilə 40% azalma deməkdir. Uyğun olaraq sonuncuların da say etibarı ilə maksimum 50%-i orta yaş müddətini yaşayaraq dövlətdən tam 144 ay pensiya ala bilirlər.

Bir daha inkişaf etmiş ölkələrin təcrübəsinə istinad etsək, qərbdə 65 yaşı ötmüş əhalinin sayı əhalinin ümumi yaş qrupları arasında böyük çəkiyə sahibdir və həmin ölkələrin hökumətləri üçün pensiya yaşlarının çoxaldılması qaçılmaz hala gəlib çıxır. Məsələn, İsveçin əhalisi say etibarı ilə təxminənölkəmizin əhalisinin sayı qədərdir (son rəqəmlərə əsasən 9,6 milyon nəfər). Ancaq İsveçdə əhalinin 65 yaşdan yuxarı olan təbəqəsinin sayı 1,9 milyon nəfərə bərabər olduğu halda, Azərbaycanda isə cəmi 60 yaşdan yuxarı əhalinin sayı 949 min nəfərlə məhdudlaşır. Eyni sayda əhaliyə malik olmalarına baxmayaraq iki ölkəninpensionerlerinin ümumi əhalinin sayında çəkisi arasında 2 dəfə fərq var (Diaqram 3.4). Yəni, İsveçdə pensionerlərin sayı bizim ölkədəkindən 2 dəfə çoxdur.Əlavə olaraq, İsveçdə mövcud orta pensiyanın məbləği də bizdə mövcud olandan ən azı 10 dəfə artıqdır.

Ümumi götürəndə hal-hazırda Qərb ölkələrində bütün əhalinin tərkibində hər
5-6 nəfərdən biri 65 və daha yuxarı yaşda olan təqaüdçü insanlardır. Bu amilölkələrimizin pensiya sistemlərinin iqtisadi və maliyyə yükü arasındakı aşkar fərqləri də nəzərə çarpdırır. Başqa sözlə, bizim pensiya yükümüz ağır olmamalıdır və bu sahədə qərb təcrübəsini öyrənib tətbiq etmək gərəkdir.


Diaqram 3.4 Azərbaycan və İsveçdə əhalinin ümumi sayında pensionerlərin çəkisi (2016-cı il)
Sosial-demoqrafik amil pensiya fondunun iqtisadi və maliyyə potensialının dayanıqlı olması ilə şərtləndirilir. Yəni, fondun müxtəlif gəlir mənbələrinin hansı səviyyədə diversifikasiya olunmasından və dövlət transfertlərindən asılılıq dərəcəsindən asılıdır. Səmimi olsaq isə, ölkəmizin yeganə mərkəzləşmiş pensiya fondu satılan Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin təxminən 50 faizi dövlət sektoru ilə əlaqəlidir. Buraya təsərrüfat hesablı dövlət müəssisələri, büdcə təşkilatları və s. dövlət strukturlarında çalışan muzdlu işçilərin qazancından məcburi ayırmalar və həmçinin də dövlət büdcəsindən bu fonda birbaşa transfertlər daxildir. Fondun maliyyə resurslarının digər 50 faizini isə özəl sektorlar formalaşdırırlar. Baxmayaraq ki, pensiya yaşına çatmış insanların təqribən 80 faizi özəl, 20 faizi isə dövlət sektorlarının payına düşür. Əvvəlki fəsillərdə bəhs etdiyimiz kimi dövlətin üzərində bu qədər iqtisadi və sosial yükün olması arzuolunan hallara gətirib çıxarmır. Dövlət əlavə alternativ sosial fondların yaradılmasına dəstək verməli, özəl sektorun, özəlləşmənin təşviqinə şərait yaratmalı və bununla da öz yükünü azaldaraq fondların daha yaxşı səviyyədə maliyyələşmə səviyyəsinə nail olaraq ümumilikdə iqtisadiyyatın və ev təsərrüfatlarının rifah halını yaxşılaşdıra bilər. Hansı ki, qərb bunu öz praktikasında yarım-bir əsr əvvəl bu sistemin formalaşdırılmasına və işləməsinə nail olublar.

Sosial-iqtisadi amil isə faktiki olaraq muzdla çalışaraq sosial ayırma edən əmək qabiliyyətli insanların ölkədə mövcud olan pensiyaçılara nisbəti ilə xarakterizə olunur. Hal-hazırda ölkəmizdə bir nəfər məcburi dövlət sosial sığorta ödəyicisinin hesabına, demək olar ki, elə bir nəfər də pensiyaçı düşür. Hansı ki, inkişaf etmiş ayrı-ayrı ölkələrdə bu göstərici 3 və ya 4 səviyyəsində dəyişir. Bunun da əsas səbəblərindən biri kimi ölkəmizdə dəyər yaradan sənayə sahələrin az olması, əsasən büdcə hesabına büdcədən maliyyələşən iş yerlərinin açılması, bunun da zaman keçdikcə dövlətə yük olması və məhdudlaşdırılması ilə bağlıdır. Digər tərəfdən iqtisadi böhran, milli valyutanın öz real dəyərini tapa bilməməsi, ölkədəki maliyyə və bank sektorundakı mühit səbəbi ilə investorların bir qisminin ölkədən çıxması və s. iş yerlərinin azalmasına səbəb olmuşdur. Ən əsası isə ölkəmizdə gizli məşğulluğun aəviyyəsinin yüksək səviyyədə olmasıdır. Rəsmi olaraq, son aylarda ölkədə işləyən muzdluların sayı 1,5 milyondan çox olduğu açıqlanır, lakin bu rəqəm rəsmi əmək müqaviləsi ilə çalışan əmək qabiliyyətli əhalini özündə əks elətdirir. Bu isə araşdırmalara əsasən ölkədə ümumi məşğul əhalinin cəmi 1/3 hissəsini təşkil edir, rəsmi hesabatlarda, rəqəmlərdə yer almayan digər 2/3 hissə isə əmək müqaviləsiz çalışmaqdadır, hansı ki, bu ümumi işləyənlərin 66-67 faizini təşkil edir. Müayisə apardığımız mütərəqqi iqtisadiyyata sahib qərb ölkələrində isə əksinə, bu göstərici 10-15 faiz təşkil edir, başqa sözlə əhalinin məşğul hissəsinin 85-90 faizi əmək müqaviləsi əsasında çalışmaqdadır.10



Azərbaycanda kənd yerlərində sosial transfertlərdən başqa əsas gəlir mənbəyinin kənd təsərrüfatı sahələrindən olması bu sahəni diqqətdə saxlamaq üçün ciddi əsas idi, ancaq təəssüf ki, bu, belə olmadı. Ölkəmizə böyük neft pulları daxil olan dövrdə tək sosial məsələlər deyil, həm də kənd təsərrüfatı ilə bağlı nəzəri və praktiki problemlər kölgədə qalmışdı. Nəticə olaraq neftdən daxil olan pullar azalan kimi regionlarda neft böhranı daha da qabarıq hiss olunmağa başladı.Məsələn, neft böhranınadək kənd təsərrüfatı kooperativlərinin yaranması üçün münbit bir iqtisadi zəmin var idi, lakin bu fürsət əldən verildi. Monopolist maraqlar bu istiqamətdə iqtisadi islahatların aparılması üçünmaneə rolunu oynadı. O zaman kopperativlər yaransa idi, hal-hazırda kiçik bir qrupun maraqlarına xidmət göstərən on minlərlə hektar miqyasında kənd təsərrüfatına yararlı olan dövlət və bələdiyyə torpaqlarına görə o kooperativlər hesabatlaristəyəcəkdi. Həmin koopertivlər özlərindən yox, xarici fermerdən ucuz xammal alan və əhaliyə baha qiymətə satan emal müəssisələrini sorğu-sual edəcəkdi. Fərdi sahibkar fermerlər öz mallarını onlardan ucuz qiymətə alan emalçılara qarşımüqavimət göstərə bilmir, ancaq  kooperativlər bir güc mərkəzi olaraq müqaviməti iləçox məsələlərin həllinə nail olacaqdı. Əgər fərdi fermer sahibkarlar hökumətin aqrar siyasətində yaxından iştirak edə bilmirlərsə, əksinə, kopperativlər öz birliklərini yaradaraq müzakirə edərək kənd təsərrüfatı dəstəyinin tək ölkədə deyil, inkişaf etmiş digər ölkələrdə mövcud olan daha çevik və məhsuldarkənd təsərrüfatı mexanizmlərinin ölkəyə gətirilib fermerlerə verilməsini tələb edəcəkdi.

Yuxarıda qeyd olunan müddəalar nəzəri xarakter daşıdığı üçün praktiki olsun deyə, inkişaf etmiş ölkələrdəki təcrübələrə istinad edəcəyik. Avropa ölkələrinin əksər qismində kənd təsərrüfatı kooperativlərinin kənd təsərrüfatı məhsullarının istehsalı və satışında olan xüsusi çəkisi 75-80 faiz göstəricisindən az deyildir. Bu cür şəraitdə xırda fermerlərin satışla bağlımaraqları onların adından satış müqaviləsinibağlayan kooperativlərin məsuliyyətinə keçir. Nümunə kimi deyə bilərik ki, Almaniyada ölkədəki tərəvəzlərin 76 faizinin son istehlakçıya çatdırılması 5 nəhəng kooperativ birliyinin vasitəsi ilə həyata keçirilir. Bu nəhəng kooperativ birliyi nəhəng anbarlar şəbəkəsinə, nəqliyyat vasitələrinə, soyuduculara, tara və qablaşdırma üçün materialların istehsalı ilə məşğul olan müəssisələrə sahibdir. Məsələn, üzüm sənayesi məhsullarının təqribən 70 faizi Fransada, gülçülük təsərrüfatları məhsullarının 75 faizi Niderlandda, xəz-dəri məmulatlarının 98 faizi Danimarkada məhz kooperativlərin vasitəsi ilə həyata keçirilir. Ümumi götürəndə isə Niderland, Fransa, İsveç,Finlandiya, Danimarka və digər Avropanın kənd təsərrüfatı ölkələrində qida sənayesi məhsullarının istehsal olunması və satış həcminin təqribən yarısı fermer kooperativləri vasitəsi ilə reallaşdırılır. Ayrı-ayrı yanaşdıqda isə bu ölkələrdən Niderland dünya üzrə kənd təsərrüfatı və aqrar məhsulları sənayesinin inkişaf tempinəəsasən demək olar ki, ABŞ, Fransa, Avstraliya kimi inkişaf etmiş kənd təsərrüfatına malik ölkələr ilə birlikdə beynəlxalq bazarın lideridir. Bu səbəbdən dəNiderlandın aqrar kooperativlərinin fəaliyyəti cəlbedici olmaya bilməz. Bu ölkədə ilkin kənd təsərrüfatı məhsullarının vacibproporsiyası emal mərhələsindənötməklə satış şəbəkəsinə girir. Əgər nəzərə alsaq ki, Niderlandda ölkədaxilində istehsal olunan kənd təsərrüfatı məhsullarının təqribən 80 faizixarici bazarlara ixrac olunur,məhz bu səbəbdən də, ilkin kənd təsərrüfatı məhsulları ya zəruri emaldan, misal üçün, təbii südddən müəyyən şəraitdə yağ, pendir, qatıq və s. süd məhsullarının əldə edilməsi, ya da qablaşdırılmadan, misal üçün, bütöv bişirilməmiş ətin hissələrə ayrılıb çeşidlənəndən sonra qablaşdırılması daha sonra ümumi satış dövriyyəsinə aid olunur. Bu ölkədə kənd təsərrüfatı məhsullarının emalı prosesi, nəqli və satışı çox vaxtkooperativlər vasitəsi ilərealizə edilir. Əsasən də süd və süd məhsullarının istehsalı prosesində kooperativlərin rolu əhəmiyyət kəsb edir. Müasir bazar iqtisadiyyatı şəraitində Avropa Birliyi ölkələri daxilində Birliyə üzv ölkələr öz aralarında süd satışı sahəsində əhəmiyyətli dərəcədə rəqabət aparırlar. Məhz buna görə də Niderland bu sektora aid kooperativlərini və süd istehsalçılarının maraqlarını mühafizə eləmək üçün Avropa bazarlarında süd və südməhsullarının qiyməti düşsə də belə hər bir şəraitdə öz üzvləri üçün zəmanətli qiymətlər təklif edir. Niderlandın heyvandarlıq kompleksində hal-hazırda 8 nəhəng kompaniyanın 6-ı elə kooperativlərdir. Bu kooperativlərin payına düşən ət və süd məhsullarının satışı ümumi satışın təxminən üçdə ikisini təşkil edir. Bundan əlavə 25 min fermaölkədə süd istehsalı ilə məşğul olur. İstehsal edilənxam südün çox böyük payıemal zavodlarına təhvil verilir. Müqayisə üçün qeyd edək ki, sözü gedən ölkədəirili-xırdalı 13 şirkətə məxsus olan 55 süd emalı zavodu fəaliyyət göstərməkdədir. Bu zavodlardan 41-i kənd təsərrüfatı kooperativlərinə aid edilir. Paralel olaraq, ölkədəki bütün süd emalının 80 faizi iki böyük aqrar kooperativin (“Campina” və “Koninklijke Friesland Foods”) hesabına əldə edilir.  Niderlandın kooperativləriqlobal süd bazarında mövcud rəqabətdə öz liderliyini itirməmək üçün təklif etdiyi məhsulun keyfiyyətindən savayı, həm də onun maya dəyərini aşağı salmaqla daha da rəqabət qabiliyyətli olmağa çalışırlar. Ona görə də süd emalı kooperativləri müntəzəm olaraq bu sahəyə yeni məlum olan texnologiyaların tətbiqini təmin etmək üçün fermalara müxtəlif maddi dəstək proqramlarını təklif etməklə onları motivasiya edirlər. Niderlandın timsalında Qərbi Avropa ölkələrində mövcud olan bu təcrübələri öz ölkəmizdə tətbiq etməyə başlasaq, əhalinin böyük hissəsini təşkil edən kənd sakinlərinin sosial transfertlərdən asılılığı azalar, bu yolla həm də ev təsərrüfatlarının iqtisadiyyatında canlanma baş verər, büdcənin və dövlətin isə yükü azalmış olardı.


NƏTİCƏ VƏ TƏKLİFLƏR

Ölkəmiz 25 ildən artıqdır ki, müstəqillik qazanıb. Bu illər ərzində həm ictimai, həm siyasi, həm mədəni, həm də iqtisadi sahələrdə xeyli ciddi uğurlarımız olmuşdur. Ulu öndər Heydər Əliyevin yenidən qurduğu müstəqil, suveren dövlətin uğurları onun layiqli davamçısı Prezident İlham Əliyevin vasitəsi ilə daha da parlmağa, dünyaya səs salmağa başladı. Hal-hazırda dünyanın bütün ölkələrində Azərbaycanın adı xoş mənada hər bir sahədə hallanır, ölkəmizin uğurları, inkişaf modeli nümunə kimi göstərilir.

Bütün bu uğurlarla yanaşı, gənc dövlət kimi bəzi gənc sahələrdə daha da sürətli inkişafa nail olunması üçün dünya təcrübəsindən yararlanmalı və mütərəqqi metod və qaydaları öz təcrübəmizdə müqayisəli şəkildə tətbiq etməliyik.

Belə sahələrdən birini ölkə iqtisadiyyatının dayaq sütunlarını təşkil edən ev təsərrüfatı subyektləri və əhalinin sosial rifahının yaxşılaşdırılmasında onların maliyyəsinin müasir problemlərinin araşdırılması və bu sahədə olan problemlərin aradan qaldırılması təşkil edir. Daha əvvəl qeyd etdiyimiz kimi bu sahədə bizdə beynəlxalq normalara və humanizmə uyğun qanunvericilik bazası, zəngin insan, təbii ehtiyat, kapital resursları və eləcə də ilkin əhəmiyyətli praktiki biliklərin olması bizə imkan verir ki, məsələlərin təhlilinə geniş şəkildə baxaq və mövcud problemlərin öhdəsindən ən yüksək səviyyədə gəlməyə nail olaq. Ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi ev təsərrüfatları olduğu üçün onlar makroiqtisadi göstəricilərinin formalaşmasında, öz növbəsində makroiqtisadi göstəricilər isə ev təsərrüfatlarının sosial rifahının yaxşılaşmasında birbaşa və qarşılıqlı əladəqə olduğu üçün bu mu problemlərin həllinə kompleks şəkildə yanaşma tələb olunur.



Beləliklə, mövzu ilə bağlı aşağıdakı təklifləri verə bilərik:

  1. Hər şeydən əvvəl ölkə səviyyəsində daha da irəli atılmaq üçün başlıca

yol islahatlardan keçir. Gənc və ixtisaslı gənclər müxtəlif dövlət orqanlarında irəli çəkilməklə problemlərin həllinə yeni, fərqli yanaşma tətbiq etmək lazımdır. İqtisadiyyatın hər bir sahəsində düşünülmüş şəkildə investisiyalar edilməli və nəticələr barədə periodik olaraq hesabatlar tələb olunmalıdır;

  1. Təhqiqatın gedişində faktlara istinad etdik ki, elmi-texniki tərəqqi və məhsuldar qüvvələrin inkişafı şəraitində iqtisadiyyatın səmərəliliyinə və məhsuldarlığına nail olunması üçün peşə və ixtisas artımı laüddür və statistik rəqəmlər də göstərir ki, üzvləri daha təhsilli olan ev təsərrüfatlarının ümumi gəlirləri də digərlərinkindən üstündür. Bu səbəbdən həm dövlət, həm də ev təsərrüfatı üzvləri peşə və ixtisas artımlarını daim nəzərdə saxlamalı və müntəzəm olaraq özünü təkmilləşdirməlidir;

  2. Ölkənin daha çox idxala meyilli olması səbəbindən ümumi ticarət və xidmət balansında saldo mənfi və ya mənfiyə meyillidir. Bu isə milli valyutanın ucuzlaşması fonunda ev təsərrüfatlarının real gəlirlərini azaldır. Bu vəziyyətdən çıxış yolu kimi bir neçə şərtə riayət edilməlidir: milli valyutanı əsas valyuta cütlüklərinə nisbətən çox bahalaşmamasına imkan verməmək, vergi, gömrük və digər rüsum və məcburi dövlət ödənişlərində daha da güzəştə getmək, verginin ödənilməsi, bəyan edilməsi və gömrük rəsmiləşdirilməsi proseslərinin maksimum sadələşdirilməsi və sonda ixrac potensiallı sahələrimizi daha da inkişaf etdirmək məqsədi ilə yerli və xarici investisiya cəlb etmək;

  3. Ölkə olaraq Ümumdünya Ticarət Təşkilatına üzv olmalı, bəzi sahələrdə hökm sürən inhisarların qarşısı alınmalıdır. Müxtəlif ölkələrlə viza qaydaları hələlik ləğv edilməli, aviabilet və otel xərclərində maksimum güzəştlər edilməsi yolu ilə xaricdən ölkəyə turist axınını (başqa sözlə isə valyuta axını) təmin etməklə iqtisadiyyatın canlanması təmin edilməlidir;

  4. Xarici investisiyaların həcmi son illərdə azalmağa doğru gedir. Bunun qarşısını almaq və yenidən iri investisiyalar cəlb etmək üçün ölkədə xarici iş adamlarına əlavə imtiyazlar verilməli, hesabatların beynəlxalq qaydalara uyğun və şəffaf şəkildə vaxtında bəyan edilməsini təmin etməklə zaman-zaman beynəlxalq reytinqlərdə investisiya üçün təhlükəsiz ölkə kimi daha üst yerlərə qalxmalı və ölkədə maliyyə sabitliyini təmin etmək, xarici valyutanın sərbəst alqı-satqısını həyata keçirməyə şərait yaratmaqla yenidən davamlı investisiylar cəlb edilməlidir;

  5. Maliyyə amnistiyası tətbiq edilməlidir. Belə ki, bu üsulla ölkədən qanunsuz olaraq çıxarılmış vəsaitlərin bir hissəsi yenidən dövlət büdcəsinə qaytarılmalı və həmin pulları ölkə iqtisadiyyatının dirçəldilməsi üçün sərf edilməlidir. Beynəlxalq praktikaya uyğun olaraq ölkəmizdə də bu prosesin həyata keçirilməsi üçün zəmin yaranmışdır, çünki büdcə xərclərinin çoxluğu, gəlirlərin isə azalması fonunda bu addım əlavə maliyyə mənbəyi rolunda çıxış edə bilər;

  6. Ölkədə ev təsərrüfatlarının əsas gəlir mənbəyi muzdlu işlərdəndir. Sahibkarlıq, kommersiya, kənd təsərrüfatı, xidmət və s. sahələrdə məşğulluğu təmin etmək və qeyri-rəsmi məşğul əhalini də əmək müqaviləsi bağlamağa təşviq etməklə əhalinin gəlir mənbələri barədə daha dolğun məlumatlara malik olmaq və məşğulluq və dayanıqlılığı təmin etmək üçün növbəti islahatları davam etdirmək lazımdır;

  7. Muzdla işləyənlərin böyük bir qismi dövlət sektorunun payına düşür və bu nisbət get-gedə özəl sektorun əleyhinə böyüməkdədir. Bu prosesin sürətini tədricən yubatmaq, dayandırmaq və əks-inkişaf ssenarisinə hazırlamaq lazımdır. Çünki inkişaf etmiş müasir dünya ölkələrində də prioritet istiqamət özəlləşmənin miqyasının artırılmasıdır. Yalnız bu zaman rəqabətli və keyfiyyətli bazar münasibətlərinin bərqərar olmasına şahidlik edə bilərik. Bundan əlavə, bildiyimiz kimi, dövlət sektorunda işləyənlərin də çox cüzi bir qismi dəyər yaratmaqla məşğuldur, digər böyük bir qismi isə həmin dəyər hesabına məşğul olurlar. Bu isə dövlət büdcəsinə əlavə yükdür. Bu yükdən azad olmaq lazımdır, çıxış yolu isə dəyər yaradan sahələrin inkişaf etdirilməsi və özəlləşməyə daha çox imkan yaradılmasıdır;

  8. Kənd və şəhərətrafı yerlərdə əhalinin əsas gəlir mənbələrindən biri də kənd təsərrüfatıdır. Bu sahədə mövcud üsullar və texnologiyalar köhnəlmişdir. Təklif olunur ki, xaricdən müasir avadanlıq və maşınlar gətirilsin, onları işlədə bilən xarici mütəxəssislər dəvət olunsun və müəyyən müddət ərzində avadanlıq və maşınlara nəzarət etməklə yanaşı, həmçinin ölkəmizdə gənc kadrların da müasir texnologiyalar haqqında biliklərə yiyələnməsinə yardımçı olsun;

  9. Kənd təsərrüfatında digər problemlərə gəlincə istifadəyə yararlı ancaq istifadəsiz torpaqlar yenidən istifadəyə cəlb edilməlidir. Dövlət kənd təsərrüfatı ilə məşğul olmaq istəyən sahibkarlara və fermerlərə müxtəlif subsidiyalar, dotasiyalar ayırmalı, güzəştli kreditlərin verilməsini təmin etməli və istehsal avadanlıqlarından səmərəli istifadə edilməsinə nəzarət etməlidir. Kəndli və fermerlər isə öz növbəsində xarici təcrübədə olduğu kimi kooperativlər yaratmalı, birgə inkişafa nail olmalı və müəyyən sahələrdə ixtisaslaşmaqla işlərini daha səmərəli şəkildə təşkil etməyə nail olmalıdırlar;

  10. Ölkəmizdə sosial sahə, sosial transfertlərin həddi kimi məsələlər uzun müddət nəzərdən kənarda qalmışdır ki, bunun nəticəsi kimi, hal-hazırda bir sıra sosial göstəricilərin həddi beynəlxalq standartlara cavab vermir. Beləliklə, minimum əmək haqqı, pensiyaların baza hissəsi, yaşayış minimumu, istehlak səbəti və s. kimi sosial kateqoriyalara yenidən baxılmalı və indiki qiymətlər də nəzərə alınmaqla beynəlxalq praktikaya uyğun olaraq ərzaq səbəti ayrı, qeyri-ərzaq istehlak səbəti ayrı götürülməklə araşdırılmalı və yeni hədlər müəyyən olunmalıdır.


ƏDƏBİYYAT SİYAHISI

  1. F. Əliyev, T. Əliyev - Ev təsərrüfatları gəlirlərinin formalaşması və ondan istifadənin sosial-iqtisadi problemləri, “Elm və təhsil”, Bakı-2011, 276 səh.

  2. Fərid Quliyev – Millətin və dövlətin gəlirləri. Bakı, 2004, 328 səh.

  3. P.Т.Həsənov “Azərbaycan Rеspublikasının sosial-iqтisadi inkişafının bazaar modеlinin konsеptual əsasları”. Bakı-Еlm-1998.

  4. Həsənli Y. Statistika. Bakı, 2014, 564 səh.

  5. K. Marks. Kapital. 4 cilddə, III cild, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1960, 946 s.

  6. M.Sadıxov, H.Bədəlov - “Maliyyə resursları və maliyyə bazarı”. Bakı 2003

  7. Q.S.Əlləzov “İqtisad elminin nəzəri-metodoloji əsaslarının tarixi inkişafı”. Bakı 2009

  8. Z.F.Məmmədov “Maliyyə və kredit”. Bakı 2008

  9. Azərbaycanda əhalinin sosial müdafiəsi problemləri. Respublika elmi-praktiki konfransının materialları. Bakı, Elm, 2000, 280 s.

  10. C. D. Kərimov – Dünya ölkələrinin makroiqtisadi göstəriciləri. Bakı, AzDNA nəşriyyatı, 1998, 25 səh.

  11. Ə. Q. Əlirzayev – Azərbaycanın iqtisadi inkişafının konsepsiyası və proqramı. Bakı, Odlar Yurdu, 1999, 104 səh.

  12. Ömer Evren Tanyaş – SosyalEkonomiYazıları, 2016, 120 s.

  13. T.S. Vəliyev, Ş.S. Qafarov - İqtisadi təlimlər tarixi. Dərslik. Bakı, Bakı Universitetinin nəşriyyatı, 2002, 514 səh.

  14. T. Larimore, M. Lindauer, M. LeBoeuf – The Bogleheads` Guide to İnvesting, John Wiley & Sons, 2006, 336 p

  15. C. Brezina – “Understanding the Gross Domestic Product and the Gross National Product”, The Rosen Puvishing Group, 2011, 80 p.

  16. А.С.Буллатов – “Экономика”, Москва, 1999

  17. Е. М. Авраамова – Время перемен: социально-экономическая адаптация населения.  ИСЭПН РАН”, Москва, 1998

  18. Актуальные проблемы Европы, экономика, политика, идеология, Выпуски 1-4, Академия наук СССР, Ин-т науч. информации по общественным наукам, 2007

  19. Брагин Л. А – Доходы и прибыль, “ИНФРА-М”, 2001, 310 с.

  20. В. В. Елизаров, Н. В. Зверевой, Домохозяйство, семья и семейная политика: Сборник статей, “Диалог МГУ”, 1997, 187 с.

  21. Доходы и росходы населения в 1995-1997 гг. Центр. 1997, № 8-9, с. 41-43

  22. В. В. Елизаров – Перспективы исследования семьи. Анализ, моделирование, управление, “Мысль”, 1987, 173 с.

  23. В. М. Жеребин, А. Н. Романов – Уровень жизни населения, “ЮНИТИ-ДАНА”, 2002, 592 с.

  24. В. М. Жеребин, А. Н. Романов – Экономика домашних хозяйств, “ЮНИТИ”, 1998, 231 с.

  25. А. П. Казаков Экономические и психологические проблемы семьи, “Знание, 1989.

  26. И. Е. Калабихина  Социальный пол и проблемы населения, Менеджер”, 1995, 150 с

  27. Б. М. Левин, М. В. Петрович – Экономическая функция семьи, “Финансы и статистика” 1984, 198 с.

  28. www.economy.gov.az – AR İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytı

  29. www.maliyye.gov.az – AR Maliyyə Nazirliyinin rəsmi saytı

  30. www.mlssp.gov.az – AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytı

  31. www.stat.gov.az – AR Statistika Komitəsinin rəsmi saytı

  32. www.taxes.gov.az – AR Vergilər Nazirliyinin rəsmi saytı


РЕЗЮМЕ

Финансы домашнего хозяйство является необходимой частью экономической системы, которое испытывала воздействия со стороны других субъектов хозяйствования. Специфичностью домашнего хозяйство является его относительная самостоятельность. Диссертационное исследование заключается в оценке сегодняшней ситуации домашнего хозяйства. Проблема во включении домашнего хозяйства в экономическую среду общества запрашивает выявления взаимоотношений между ними, другими институтами и уровне экономического процветании страны.

Проведённое исследования позволяет, определит: домашнее хозяйство переходить быт активным членом системы экономических связей общества.
В условиях формировании экономики страны большая часть домашняя хозяйства оказалась в ситуации нехватки. Только домашнее хозяйство, предоставляющие пласт обеспеченного населения, превратились на полноценные субъекты экономики. При этом проблема формирования домашнего хозяйство является основным направлением процветания экономики нашего страны и требует подхода на государственном уровне.


SUMMARY

In recent years, the analysis of household finance has become the main focus for both policymakers and economists. Because, it is very important part of financial system. On the other hand household finance (HF) is also the part ofthe social system.

Therefore, this dissertation first sets out to investigate the role of HF literacy and psychological characteristics in household finance.This research examines the present status of HF in Azerbaijan. According to this work I try to research the structure of HF as household income and expences, factors affecting them, governmental regulation in this scope and comparative analysis with present position of HF in developed countries.

The dissertation consists of introduction, 3 chapters and result. In the first chapter we talked about theoretical scope and role of household finance in social-economic environment. In the second chapter is about more main challenge of topic, its impacts to social status of people and analysis relating legislative framework. And in the last chapter we talked about important problems of HF and the ways of solving these problems according to foreign experience.

REFERAT

Mövzunun aktuallığı. Artıq bir neçə ildir ki, Azərbaycan iqtisadiyyatı yeni iqtisadi sistemə transformasiya etmişdir. Azərbaycanda sərt mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid ölkədə bir çox sahələrin yenidən qurulmasını tələb edirdi. Çünki sürətli və davamlı iqtisadi inkişafa nail olmaq üçün iqtisadi imkan və potensialın artırılması , əhalinin rifahının daim yüksəldilməsi və digər sosial problemlərin həllinə nail olmaq başlıca məqsədə çevrilməli idi. Sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyevin apardığı məqsədyönlü siyasətin uğurla yerinə yetirilməsi nəticəsində ölkə iqtisadiyyatı, eləcə də, sosial sfera çox sürətlə inkişaf etmiş və respublikamız tarixə sosial-iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkələr siyahısına daxil olmuşdur.

Sosial problemlərin həlli ölkənin inkişaf imkanlarını göstərdiyindən, o, iqtisadi inkişafın göstəricisi kimi gəlirlərin, o cümlədən, ev təsərrüfatı gəlirlərinin əhəmiyyətini getdikcə artırır və onu iqtisad elminin öyrənilməli və həll edilməli başlıca problemlərindən birinə çevirir.

Bazar iqtisadiyyatına keçidin astanasında geniş vüstət almış və hazırda da davam edən yoxsulluq, aztəminatlılıq və işsizlik problemləri, həyat səviyyəsinin kifayət qədər yüksək olmaması ölkəmiz üçün də mühüm əhəmiyyət daşıyır. Qeyd olunan problemlər mövzunun aktuallığını daha da artırır və onun elmi cəhətdən kompleks tədqiqini zəruri edir.

Tədqiqatın predmeti və obyekti. Dissertasiya işinin obyektini maliyyə sisteminin ən mühüm həlqələrindən olan ev təsərrüfatı maliyyəsi təşkil edir.

İşin predmetini isə Azərbaycan Respublikasında əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında ev təsərrüfatı maliyyəsinin rolu və qarşıya çıxan problemlərin tədqiqi, onun fəaliyyət mexanizminin inkişaf etmiş ölkələrin təcrübəsinə uyğunlaşdırılmasının təhlili və onun struktur elementlərinin qiymətləndirilməsi təşkil edir.



Tədqiqatın əsas məqsədi və vəzifələri. Tədqiqatın məqsədi müasir iqtisadi şəraitdə ev təsərrüfatı maliyyəsinin nəzəri əsaslarının tədqiq edilməsi, respublikamızda onun əhalinin rifahına təsir səviyyəsinin araşdırılması, burada mövcud olan problemlərin aşkar edilməsi, bu problemlərin həlli yollarının müəyyənləşdirilməsi və elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir.

Qarşıya qoyulan məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr müəyyən olunmuşdur:



  • Ev təsərrüfatı maliyyəsinin, o cümlədən gəlirlərinin iqtisadi mahiyyətinin, ona xas olan funksiya və xüsusiyyətlərin dərindən araşdırılması;

  • Bazar iqtisadiyyatı şəraitində ölkəmizdə ev təsərrüfatı maliyyəsinin formalaşması istiqamətləri, səviyyəsi və dinamikasının tədqiq edilməsi və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə onun təkmilləşdirilməsi istiqamətlərinin müəyyən edilməsi;

  • Ev təsərrüfatı gəlirlərinin formalaşmasında sosial ədalət prinsipinin təmin olunması probleminin həlli yolları və mexanizmlərinin işlənib hazırlanması;

  • Ev təsərrüfatı maliyyəsinin tənzimlənməsi, bu yöndə dövlətin həyata keçirdiyi siyasət, tənzimləmə mexanizmi və prinsipləri və onun başlıca istiqamətlərinin müəyyən edilməsi;

  • Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında ev təsərrüfatı maliyyəsinin rolunun artırılması imkanlarının maksimumlaşdırılması və bu istiqamətdə konkret təklif və tövsiyələrin hazırlanması.

Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Dissertasiya işində azərbaycan respublikası Statistika Komitəsinin statistik məcmuələrindən, İqtisadi İnkişaf Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Maliyyə Nazirliyinin, Təhsil Nazirliyinin və Vergilər Nazirliklərinin hesabatlarından və rəsmi statistik materiallarından istifadə olunmuşdur.

Tədqiqat işində statistik, sistemli yanaşma, müqayisəli təhlil, pozitiv və normativ yanaşma və müşahidə metodlarından istifadə olunmuşdur.


Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:

  • Bazar iqtisadiyyatı şəraitində respublikamızda ev təsərrüfatı maliyyəsinin nəzəri-metodoloji əsasları araşdırılmış, bu sahənin inkişaf etdirilməsi və mövcud prblemlərin aradan qaldırılması məsələləri kompleks şəkildə tədqiq edilmişdir;

  • Ev təsərrüfatı maliyyəsinin əsas struktur elementləri olan gəlir və xərclərin yaranma mənbələri araşdırılmış, onlar arasında qarşılıqlı fəaliyyət mexanizmi təhlil olunmuş və mövcud şəraitdə onların düzgün bölüşdürülməsi yolları müəyyənləşdirilmişdir;

  • Bazar iqtisadiyyatı şəraitində ölkəsə iqtisadi artımın daha da stimullaşdırılması və yaşayış minimumunun əsaslı artırılması fonunda onlar arasındakı nisbətin optimallaşdırılması prinsipləri işlənmişdir;

  • Beynəlxalq təcrübəyə istinad edilməklə ev təsərrüfatları gəlirlərinin formalaşması və istifadəsi mexanizminin təkmilləşdirilməsi üzrə bir sıra elmi-praktiki təkliflər əsaslandırılmışvə tövsiyyələr verilmişdir.

Tədqiqatın praktiki əhəmiyyəti. Tədqiqat işində ev təsərrüfatı maliyyəsinin formalaşması və düzgün bölüşdürülməsi üçün hazırlanmış təklif və tövsiyələrdən bu sahə üzrə hazırlanacaq dövlət proqramlarında və ya iqtisadi islahat layihələrində istifadə oluna bilər.

Dissertasiya işinin I Fəslində baxılan məsələlər.

Dissertasiya işinin I Fəslində ev təsərrüfatı maliyyəsinin nəzəri-metodoloji əsaslarından bəhs edilir. Burada toxunulan əsas məsələlər müxtəlif dövrün iqtisadçılarının onun formalaşması və fəaliyyət mexanizmi ilə bağlı konseptual yanaşmaları, bazar iqtisadiyyatı şəraitində ev təsərrüfatı maliyyəsinin nəzəri əsaslarının öyrənilməsi və onun struktur elementlərinin xüsusiyyətləri və əhəmiyyətindən ibarətdir.



Dissertasiya işinin II Fəslində baxılan məsələlər.

II Fəsil müasir dövrdə Azərbaycanda ev təsərrüfatı maliyyəsinin mövcud vəziyyəti və fəaliyyət xüsusiyyətlərindən bəhs edir. Bu fəsildə Azərbaycanda əhalinin sosial vəziyətinin yaxşılaşdırılmasında ev təsərrüfatı maliyyəsinin bir sistem kimi təhlili, onu tənzimləyən qanunvericilik bazasının təhlili, ev təsərrüfatlarının adambaşına gəlirə görə bölgüsü və onun qiymətləndirilməsi metodları və digər məsələlərin tədqiqinə yer verilmişdir.



Dissertasiya işinin III Fəslində baxılan məsələlər.

  • Tədqiqat işinin III Fəsli tədqiqatın əsas problematikasının açılmasını özündə əks etdirir ki, burada Azərbaycan Respublikasında əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında ev təsərrüfatı maliyyəsinin problemləri və onların aradan qaldırılması yollarından bəhs edilmişdir. Burada respublikamızda maliyyə bazarının perspektiv inkişaf yolları və inkişaf etmiş xarici ölkələrin ev təsərrüfatı maliyyəsinin tənzimlənməsi təcrübəsinin Azərbaycan Respublikası reallığına tətbiqi, onun fəaliyyətində qarşıya çıxan problemlərin araşdırılması və həlli yollarının verilməsi öz əksini tapmışdır.

Dissertasiya işinin gedişində əldə edilən nəticələr.

Ölkəmiz 25 ildən artıqdır ki, müstəqillik qazanıb. Bu illər ərzində həm ictimai, həm siyasi, həm mədəni, həm də iqtisadi sahələrdə xeyli ciddi uğurlarımız olmuşdur. Ulu öndər Heydər Əliyevin yenidən qurduğu müstəqil, suveren dövlətin uğurları onun layiqli davamçısı Prezident İlham Əliyevin vasitəsi ilə daha da parlmağa, dünyaya səs salmağa başladı. Hal-hazırda dünyanın bütün ölkələrində Azərbaycanın adı xoş mənada hər bir sahədə hallanır, ölkəmizin uğurları, inkişaf modeli nümunə kimi göstərilir.

Bütün bu uğurlarla yanaşı, gənc dövlət kimi bəzi gənc sahələrdə daha da sürətli inkişafa nail olunması üçün dünya təcrübəsindən yararlanmalı və mütərəqqi metod və qaydaları öz təcrübəmizdə müqayisəli şəkildə tətbiq etməliyik.

Belə sahələrdən birini ölkə iqtisadiyyatının dayaq sütunlarını təşkil edən ev təsərrüfatı subyektləri və əhalinin sosial rifahının yaxşılaşdırılmasında onların maliyyəsinin müasir problemlərinin araşdırılması və bu sahədə olan problemlərin aradan qaldırılması təşkil edir. Daha əvvəl qeyd etdiyimiz kimi bu sahədə bizdə beynəlxalq normalara və humanizmə uyğun qanunvericilik bazası, zəngin insan, təbii ehtiyat, kapital resursları və eləcə də ilkin əhəmiyyətli praktiki biliklərin olması bizə imkan verir ki, məsələlərin təhlilinə geniş şəkildə baxaq və mövcud problemlərin öhdəsindən ən yüksək səviyyədə gəlməyə nail olaq. Ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi ev təsərrüfatları olduğu üçün onlar makroiqtisadi göstəricilərinin formalaşmasında, öz növbəsində makroiqtisadi göstəricilər isə ev təsərrüfatlarının sosial rifahının yaxşılaşmasında birbaşa və qarşılıqlı əladəqə olduğu üçün bu mu problemlərin həllinə kompleks şəkildə yanaşma tələb olunur.



Beləliklə, mövzu ilə bağlı aşağıdakı təklifləri verə bilərik:

  1. Hər şeydən əvvəl ölkə səviyyəsində daha da irəli atılmaq üçün başlıca

yol islahatlardan keçir. Gənc və ixtisaslı gənclər müxtəlif dövlət orqanlarında irəli çəkilməklə problemlərin həllinə yeni, fərqli yanaşma tətbiq etmək lazımdır. İqtisadiyyatın hər bir sahəsində düşünülmüş şəkildə investisiyalar edilməli və nəticələr barədə periodik olaraq hesabatlar tələb olunmalıdır;

  1. Təhqiqatın gedişində faktlara istinad etdik ki, elmi-texniki tərəqqi və məhsuldar qüvvələrin inkişafı şəraitində iqtisadiyyatın səmərəliliyinə və məhsuldarlığına nail olunması üçün peşə və ixtisas artımı laüddür və statistik rəqəmlər də göstərir ki, üzvləri daha təhsilli olan ev təsərrüfatlarının ümumi gəlirləri də digərlərinkindən üstündür. Bu səbəbdən həm dövlət, həm də ev təsərrüfatı üzvləri peşə və ixtisas artımlarını daim nəzərdə saxlamalı və müntəzəm olaraq özünü təkmilləşdirməlidir;

  2. Ölkənin daha çox idxala meyilli olması səbəbindən ümumi ticarət və xidmət balansında saldo mənfi və ya mənfiyə meyillidir. Bu isə milli valyutanın ucuzlaşması fonunda ev təsərrüfatlarının real gəlirlərini azaldır. Bu vəziyyətdən çıxış yolu kimi bir neçə şərtə riayət edilməlidir: milli valyutanı əsas valyuta cütlüklərinə nisbətən çox bahalaşmamasına imkan verməmək, vergi, gömrük və digər rüsum və məcburi dövlət ödənişlərində daha da güzəştə getmək, verginin ödənilməsi, bəyan edilməsi və gömrük rəsmiləşdirilməsi proseslərinin maksimum sadələşdirilməsi və sonda ixrac potensiallı sahələrimizi daha da inkişaf etdirmək məqsədi ilə yerli və xarici investisiya cəlb etmək;

  3. Ölkə olaraq Ümumdünya Ticarət Təşkilatına üzv olmalı, bəzi sahələrdə hökm sürən inhisarların qarşısı alınmalıdır. Müxtəlif ölkələrlə viza qaydaları hələlik ləğv edilməli, aviabilet və otel xərclərində maksimum güzəştlər edilməsi yolu ilə xaricdən ölkəyə turist axınını (başqa sözlə isə valyuta axını) təmin etməklə iqtisadiyyatın canlanması təmin edilməlidir;

  4. Xarici investisiyaların həcmi son illərdə azalmağa doğru gedir. Bunun qarşısını almaq və yenidən iri investisiyalar cəlb etmək üçün ölkədə xarici iş adamlarına əlavə imtiyazlar verilməli, hesabatların beynəlxalq qaydalara uyğun və şəffaf şəkildə vaxtında bəyan edilməsini təmin etməklə zaman-zaman beynəlxalq reytinqlərdə investisiya üçün təhlükəsiz ölkə kimi daha üst yerlərə qalxmalı və ölkədə maliyyə sabitliyini təmin etmək, xarici valyutanın sərbəst alqı-satqısını həyata keçirməyə şərait yaratmaqla yenidən davamlı investisiylar cəlb edilməlidir;

  5. Maliyyə amnistiyası tətbiq edilməlidir. Belə ki, bu üsulla ölkədən qanunsuz olaraq çıxarılmış vəsaitlərin bir hissəsi yenidən dövlət büdcəsinə qaytarılmalı və həmin pulları ölkə iqtisadiyyatının dirçəldilməsi üçün sərf edilməlidir. Beynəlxalq praktikaya uyğun olaraq ölkəmizdə də bu prosesin həyata keçirilməsi üçün zəmin yaranmışdır, çünki büdcə xərclərinin çoxluğu, gəlirlərin isə azalması fonunda bu addım əlavə maliyyə mənbəyi rolunda çıxış edə bilər;

  6. Ölkədə ev təsərrüfatlarının əsas gəlir mənbəyi muzdlu işlərdəndir. Sahibkarlıq, kommersiya, kənd təsərrüfatı, xidmət və s. sahələrdə məşğulluğu təmin etmək və qeyri-rəsmi məşğul əhalini də əmək müqaviləsi bağlamağa təşviq etməklə əhalinin gəlir mənbələri barədə daha dolğun məlumatlara malik olmaq və məşğulluq və dayanıqlılığı təmin etmək üçün növbəti islahatları davam etdirmək lazımdır;

  7. Muzdla işləyənlərin böyük bir qismi dövlət sektorunun payına düşür və bu nisbət get-gedə özəl sektorun əleyhinə böyüməkdədir. Bu prosesin sürətini tədricən yubatmaq, dayandırmaq və əks-inkişaf ssenarisinə hazırlamaq lazımdır. Çünki inkişaf etmiş müasir dünya ölkələrində də prioritet istiqamət özəlləşmənin miqyasının artırılmasıdır. Yalnız bu zaman rəqabətli və keyfiyyətli bazar münasibətlərinin bərqərar olmasına şahidlik edə bilərik. Bundan əlavə, bildiyimiz kimi, dövlət sektorunda işləyənlərin də çox cüzi bir qismi dəyər yaratmaqla məşğuldur, digər böyük bir qismi isə həmin dəyər hesabına məşğul olurlar. Bu isə dövlət büdcəsinə əlavə yükdür. Bu yükdən azad olmaq lazımdır, çıxış yolu isə dəyər yaradan sahələrin inkişaf etdirilməsi və özəlləşməyə daha çox imkan yaradılmasıdır;

  8. Kənd və şəhərətrafı yerlərdə əhalinin əsas gəlir mənbələrindən biri də kənd təsərrüfatıdır. Bu sahədə mövcud üsullar və texnologiyalar köhnəlmişdir. Təklif olunur ki, xaricdən müasir avadanlıq və maşınlar gətirilsin, onları işlədə bilən xarici mütəxəssislər dəvət olunsun və müəyyən müddət ərzində avadanlıq və maşınlara nəzarət etməklə yanaşı, həmçinin ölkəmizdə gənc kadrların da müasir texnologiyalar haqqında biliklərə yiyələnməsinə yardımçı olsun;

  9. Kənd təsərrüfatında digər problemlərə gəlincə istifadəyə yararlı ancaq istifadəsiz torpaqlar yenidən istifadəyə cəlb edilməlidir. Dövlət kənd təsərrüfatı ilə məşğul olmaq istəyən sahibkarlara və fermerlərə müxtəlif subsidiyalar, dotasiyalar ayırmalı, güzəştli kreditlərin verilməsini təmin etməli və istehsal avadanlıqlarından səmərəli istifadə edilməsinə nəzarət etməlidir. Kəndli və fermerlər isə öz növbəsində xarici təcrübədə olduğu kimi kooperativlər yaratmalı, birgə inkişafa nail olmalı və müəyyən sahələrdə ixtisaslaşmaqla işlərini daha səmərəli şəkildə təşkil etməyə nail olmalıdırlar;

  10. Ölkəmizdə sosial sahə, sosial transfertlərin həddi kimi məsələlər uzun müddət nəzərdən kənarda qalmışdır ki, bunun nəticəsi kimi, hal-hazırda bir sıra sosial göstəricilərin həddi beynəlxalq standartlara cavab vermir. Beləliklə, minimum əmək haqqı, pensiyaların baza hissəsi, yaşayış minimumu, istehlak səbəti və s. kimi sosial kateqoriyalara yenidən baxılmalı və indiki qiymətlər də nəzərə alınmaqla beynəlxalq praktikaya uyğun olaraq ərzaq səbəti ayrı, qeyri-ərzaq istehlak səbəti ayrı götürülməklə araşdırılmalı və yeni hədlər müəyyən olunmalıdır.




1K. Marks. Kapital. 4 cilddə, III cild, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1960, 946 s.

2 Брагин Л. А. Доходы и прибыль. М., ИНФРА-М, 2001, 310 с.

3 Доходы и росходы населения в 1995-1997 гг. Центр. 1997, № 8-9, с. 41-43

4Azərbaycanda əhalinin sosial müdafiəsi problemləri. Respublika elmi-praktiki konfransının materialları. Bakı, Elm, 2000, 280 s.

5Həsənli Y. Statistika. Bakı, 2014, 564 səh.

6C. Brezina – “Understanding the Gross Domestic Product and the Gross National Product”, The Rosen Puvishing Group, 2011, 80 p.

7T. Larimore, M. Lindauer, M. LeBoeuf – The Bogleheads` Guide to İnvesting,John Wiley & Sons, 2006, 336 p

8 Социальная зашита в переходной период: республика и регионы. М., ИПЗ, 1992, 257 с.

9Ömer Evren Tanyaş - Sosyal Ekonomi Yazıları, 2016, 120 s.

10 Актуальные проблемы Европы, экономика, политика, идеология, Выпуски 1-4, Академия наук СССР, Ин-т науч. информации по общественным наукам, 2007


Yüklə 435,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə