Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti (unec) m a g I straturam ə r k ə z I


Azərbaycan iqtisadiyyatına qoyulmuş kredit miqdarı (mlyn.manat)



Yüklə 290,68 Kb.
səhifə3/6
tarix14.09.2018
ölçüsü290,68 Kb.
#68688
1   2   3   4   5   6

Azərbaycan iqtisadiyyatına qoyulmuş kredit miqdarı (mlyn.manat)2











İllər




























1995

2000

2005

2010

2015



















Cəmi kredit
















qoyuluşu

289,9

466,5

1440,9

9163,4

21730,3

onlardan:


































Qısamüddətli

253,1


336,3

913,3

2567,2

5297,4



















Yekuna görə

87,4


72,1

63,3

28

24,3

faizlə


































Uzunmüddətli

36


132,2

527,6

6596,4

16433,2



















Yekuna görə
















faizlə

12,6

27,3

36,7

72,1

76,5



















Cədvəl. 3

Son 10 ildə ölkəmizin iqtisadiyyatına qoyulmuş kreditin həcmi əhəmiyyətli dərəcədə artmış, eyni zamanda onun strukturunda müsbət irəliləyişlər müşahidə edilmişdir. Rəqəmlərlə ifadə etsək, ölkə iqtisadiyyatına ümumi kredit qoyuluşu 2005-ci ilə nisbətən 2015-ci ildə 3,1 dəfə artmış, Ümumi kredit qoyuluşunun strukturunda isə uzunmüddətli kreditlərin xüsusi çəkisi 2005-ci ildəki 34 faizdən 2013-ci ildə 79,6 faizə qədər artmış, qısamüddətli kreditlərin payı isə əksinə müvafiq olaraq 79,6 faizdən 34 faizə qədər azalmışdır.

Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə 2015-ci ildə müasir emal müəssisələrinin yaradılması, ixrac yönümlü, rəqabət davamlı məhsulların istehsalı məqsədilə investisiya layihələrinin maliyyələşdirilməsinə 176 milyon manat kredit ayrılmışdır. Güzəştli kredit şərtləri hesabına yaranan müəssisələrdə istehsal olunacaq yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsullar həm daxili bazarı, həm də eyni zamanda xarici ölkələrə də ixrac ediləcəkdir.

Dünya təcrübəsindən təsdiqini tapmışdır ki, borc maliyyələşməsinin effektiv formalarından biri müxtəlif növ istiqrazların buraxılmasındadır. Ölkə qanunvericiliyinə, normativ xarakterli aktlara görə səhmdar cəmiyyətləri müvafiq orqanın qeydiyyatı əsasında istiqraz vərəqələri buraxa bilər. İstiqraz vərəqəsinin eyni zamanda nominal dəyəri olur. Buraxılan istiqraz vərəqələrinin nominal dəyəri həmin səhmdar cəmiyyətinin nizamnamə kapitalından artıq ola bilməz. Həmçinin istiqraz vərəqələrinin buraxılmasına yalnız səhmdar cəmiyyətinin nizamnamə kapitalı tam ödənildikdən sonra icarə verilir.

İstiqraz vərəqələri digər qiymətli kağızlarla müqayisədə böyük üstünlükləri var. Ən əsas üstünlüklərdən biri istiqraz vərəqələrini buraxmaq üçün girovun olması tələb olunmur, onlar illik 5-13 faiz dərəcəsi üzrə vəsait cəlb etməyə imkan verir. Lakin, istiqraz vərəqələrin buraxılması və fond birjasında yerləşdiriliməsi ilə bağlı təşkilati hazırlıq işlərinə xeyli vaxt sərf edilir.

Riskin idarə edilməsinə ümumi şəkildə yanaşma, sahibkar üçün mövcud resurslardan daha səmərəli istifadə etməyə, biznes mühitini yaxşılaşdırmağa, məsuliyyəti bölüşdürməyə və riskə qarşı təhlükəsizliyini təmin etməyə imkan verir.



2016-12-10_220854.png

Sxem 3. Riskin idarə edilməsi mərhələləri.
Sahibkarın hansı kateqoriyaya aid olunmasından asılı olaraq, o, yüksək riskli layihəni həyata keçirən və ya az riskli bizneslə məşğul olmaq haqqda düşünür. Əgər sahibkar risklə ehtiyatla münasibət bəsləyirsə, onda yüksək riskli layihələrin uğurlu sonluqla nəticələndirmək çətindir və eyni zamanda bunun əksidə mümkün. Qeyd edək ki, risk dərəcəsini həm hesablayan, həm də təhlilini apara bilən və uğursuzluq ehtimalının olmasına baxmayaraq risk edən sahibkar daha çox uğur qazanacaqdır.

Risklərin idarə edilməsi biznes fəaliyyətinə təsirinin yumşaldılması üzrə kompleks tədbirlərin işlənib hazırlanması və reallaşdırılmasını nəzərdə tutur.

Maliyyə risklərindən qorunma metodları obyektdən asılı olaraq 2 növ üzrə qruplaşdırıla bilər:


  • fiziki müdafiə

  • iqtisadi müdafiə.

Fiziki müdafiədə siqnalizasiya, seyflərin əldə olunması, məhsulun keyfiyyətinin yoxlanılması sistemi, muzdlu müdafiə, məhdud verilənlərə girişdən müdafiə, və s.-dən istifadə olunur. İqtisadi müdafiədə isə xərclərin səviyyəsi əvvəlcədən proqnozlaşdırılır, mümkün ola bilən riskin dərəcəsi hesablanır, risk təhlükəsinin likvidliyi üçün bütün maliyyə mexanizmlərindən istifadə edilir. Əlavə olaraq riskin idarə olunmasının dörd metodu da vardır. Bunlara ləğv etmə, itkinin qarşısının alınması və nəzarət, sığorta, sərf etmə daxildir.

Ləğv etmə riskli fəaliyyətdən imtinadır. Sahibkarlıq fəaliyyətində riskin ləğv olunması gəliri də ləğv edir. İtkinin qarşısının alınması metodu kimi əgər itki qaçılmazdırsa, onda mənfi nəticələrin qarşısının alınması, təsadüflərdən qorunmaq, onun həcmini yoxlamaq üçün müəyyən sonrakı addımların qrup formasıdır. Sığortanın mahiyyətində o əsasdır ki, investor risklərdən qaçmaq üçün, eyni zamanda gəlirdən də imtina etməyə hazır olmalıdır. Yəni o riskin sıfır olması üçün müəyyən məbləği əvvəlcədən ödəməyə hazırdır.

Risklərin aşağı salınması üçün bir çox üsullardan istifadə edilir. Bunları sistemli şəkildə qeyd edib hər birinin izahını verək.


Özünü sığortalama

Limitləmə

Diversifikasiya

Hedc əməliyyatı




Maliyyə risklərinin neytrallaşdırılması mexanizmi


Riskin

bölüşdürülməsi


Riskdən yankeçmək

Riskin təmərküzləşməsini məhdudlaşdırmaq


Sxem 4. Maliyyə risklərinin neytrallaşdırılması mexanizmi
Riskin azaldılması həm çeviklik, həm də məqsədyönlü fəaliyyət tələb edir. Bu məqsədyönlü fəaliyyət risklərin məcmu potensial sferaları üzrə baş verməlidir. Risklərlə bağlı ən önəmli məsələ risklərin tərəflər arasında bölüşdürülməsi və risklərdən yaranan itkilərin müəyyən edilməsidir. Lakin bazar şəraitində itkilərin var olması onların sığortalanmasını tələb edir.

Diversifikasiya investisiya və kredit vəsaitləri şəklində, kapital resurslarının iqtisadiyyatın bir biri ilə əlaqəsi olmayan müxtəlif sahələrinə qoyulmasıdır. Bu əməliyyat bir tərəfdən kapital riskini aşağı salsada, digər tərəfdən müxtəlif istiqamətli iqtisadi inkişafa zəmin yaradır. Diversifikasiya kapitalın fərqli sahələrdə bölüşdürülməsi ilə riskin bir hissəsindən yayınmağa gətirib çıxarır.

Eyni zamanda diversifikasiya, maliyyə riskinin aşağı salınmasının ən təsdiqlənmiş üsuludur. Diversifikasiya - investisiya risklərinin yayınmasıdır. O investisiya riskini 0 həddə gətirə bilməz. Risklər iki hissədən ibarətdir: diversifikasiya oluna bilən və diversifikasiya oluna bilməyən.

Diversifikasiya oluna bilən risklər, həmçinin qeyri sistematik risk də deyilir, onu bölüşdürmə yolu ilə də ortalıqdan qaldırmaq olar.

Diversifikasiya oluna bilməyən risklər sistematik risk adlandırılır və diversifikasiyanı ortalıqdan qaldırmaq mümkün deyil.

Limitləmə, limitin təyin olunmasıdır ki, yəni satışın, xərclərin, kreditin və s. həcminin sərhəddini müəyyən etməkdir. Limitləmə risklərin səviyyəsinin enməsi zamanı vacib üsul kimi qiymətləndirilir və banklar tərəfindən overdraft müqavilələrin imzalanması, ssudanın verilməsi zamanı tətbiq olunur.

Özünüsığortalama. Sahibkar hər hansısa sığorta şirkətində sığortalanmaqdansa özü özünü sığortalamağı daha məqbul qəbul edir. Bununla o, sığorta ödəmələrinə qənaət etmiş olur.

İstehsal, ticarət fəaliyyəti zamanı baş verə biləcək itkiləri əvəzləyəcək fondların sahibkar tərəfindən yaradılması özünüsığortalamanın əsasını təşkil edir. Özünüsığortalamanın əsas vəzifəsi maliyyə kommersiya fəaliyyəti zamanı mövcud olmuş çətinliklərin aktiv şəkildə aradan qaldırılmasından ibarətdir. Bu proses zamanı fərqli növ sığorta və ehtiyat fondları yaradılır. Bu fondlar təyinatından asılı olaraq pul və natural formasında yaradıla bilər.

Hedc əməliyyatı birja, bank və kommersiya praktikasında valyuta riskinin sığortalanmasının müxtəlif formalarını müəyyən etmək üçün istifadə edilir. Hedc əməliyyatı - satıcı və alıcı tərəfindən özlərinin bizneslərini, ödənişləri bazarda məzənnə dəyişməsi nəticəsində maliyyənin sığortalamaq məqsədilə aparılan forvard əməliyyatıdır. Hedc əməliyyatı möhtəkirlik mənasına gəlmir. Məsələn, satıcı subyekt bir neçə əmtəəni, alıcı subyektə göndərir. Bu halda satıcı subyekt ödəniş günü ala biləcəyi xarici valyutanın mübadilə məzənnəsi riskindən qorumaq üçün həmin məbləği banka satır. Nəticədə, bank və satıcı arasında yaranan münasibət hedc əməliyyatı adlanır. Məzənnənin dəyişməsinin sığortalanmasına kömək edən müqavilə hedc adlanır. Hedc əməliyyatını həyata keçirən subyekt hedcer adlanır. Hedc əməliyyatının iki növü var:

- qiymətlərin qalxması zamanı hedc əməliyyatı;

- qiymətlərin enməsi aznında hedc əməliyyatı.

Qiymətin qalxması anında hedc əməliyyatı, özündə təcili müqavilələrin alınması kimi birja əməliyyatlarını birləşdirir. Bu formada olan əməliyyatlar gələcəkdə qiymətlərin qalxmasından sığortalanmaq üçün reallaşdırır. Real əmtəə əldə edilməmişdən xeyli əvvəl, alınmış qiyməti təyin etməyə şərait yaradır. Qiymətlərin qalxması zamanı itkinin qarşılığını vermək üçün, həmin məhsulu cari qiymətə təcili olaraq almaq və üç aydan sonra məhsulu əldə edilən zaman satmaq lazımdır. Beləliklə, qiymətlərin qalxdığı zaman hedc əməliyyatını reallaşdıran hedcer özünü gələcəkdə qiymətlərin qalxmasından qoruyur.

Qiymətlərin enməsi zamanı hedc əməliyyatı, satışı zamanı hedc əməliyyatı təcili müqavilələrin satışı formasında aparılan birja əməliyyatıdır. Qiymətlərin enməsi zamanı hedc əməliyyatını reallaşdıran hedcer, məhsulu gələcəkdə satmaq niyyətindədir, buna görə də təcili müqavilələri bazarda satmaqla o özünü məhsulun qiymətinin mümkün enməsindən sığortalayır.

Nəticə olaraq qiymətlərin enməsi, hedc əməliyyatı məhsulu sonra satmaq tələb olunanda reallaşdırılır.



Fəsil 2. Maliyyə rislərinin idarə olunması sisteminin strukturu və risk dərəcələrinin müəyyən edilməsi üsullarının müasir vəziyyətinin qiymətləndirməsi.
2.1. Risklərin idarə olunması sisteminin strukturunun muasir vəziyyəti.

İlk fəsildən sonra belə nəticəyə gələ bilərik ki, risk maliyyə kateqoriyasıdır. Məhz bu səbəbdən, ölçüsünə və riskin dərəcəsi maliyyə mexanizmləri ilə təsir göstərmək olar. Təsir vaxtı maliyyə menecmenti eyni zamanda xüsusi strategiyadan da istifadə olunur. Üsulların, strategiyaların risklərin idarə olunmasının əsas mexanizmini təşkil edir, yəni risk menecment. Risk menecment maliyyə menecmentinin bir hissəsini özündə birləşdirir.

Risk menecmentin əsasında riskin dərəcəsinin aşağı salınması üzrə reallaşdırılan məqsədyönlü işlərin təşkil və axtarış olunması, gəlir əldə edilməsi və onun artırılması vəzifələri durur. Risk menecmentin ən əsas məqsədi sahibkarlığın məqsədi ilə eynilik təşkil edir. O, risklərin mümkün qədər azaldılması və mənfəət etməsi ilə bağlıdır. Risk menecment həm də sahibkarlıq fəaliyyətində yarana biləcək riskin maliyyə münasibətləri ilə idarə edilməsi sistemini birləşdirir. Eyni zamanda risk menecment daxilində idarəetmənin taktikasını və strategiyasını birləşdirir. Strategiya o mənada ki, qoyulmuş məqsədə nail olmaq üçün vəsaitlərin istifadə edilməsi istiqamətləri və üsulları nəzərdə tutulur. Bu üsula müvafiq olaraq təsdiq edilmiş qaydaların və qərarların qəbuluna olan məhdudiyyət aiddir. Strategiya isə alternativ variantların analiz edilib atılmasına və həll qaydalarına diqqəti cəlb etməyə kömək edir. Qoyulmuş məqsədə nail olduqdan sonra strategiya istiqamət, üsul kimi özünün fəaliyyətini saxlayır. Yeni məqsədlər, hər zaman elə yeni strategiyalar da tələb edir.

Taktika isə vahid şərtlərlə planlanmış məqsədə çatmaq üçün vahid metod və üsuldur. Taktikanın vəzifəsi ondan ibarətdir ki, faktiki sahibkarlıq fəaliyyəti zamanı idarəetmədə optimal həll üsulları və metodlarının seçilməsidir.

Bir sistem kimi risk menecment özü özlüyündə iki altsistemdən ibarətdir:

- idarə olunan yarım sistem və ya idarəetmənin obyekti də deyilir.

- idarə edən yarımsistem və ya idarəetmənin subyekti də deyilir.

Bunu vahid sxem şəklində aşağıdakı kimi təsvir etmək olar.




Riskin təhlili



Kəmiyyət və keyfiyyət üzrə qiymətləndirmə

Aydınlaşdırma və təsnifat



Effektliyindən asılı olaraq riskə təsir edən metodların seçimi




Qərar qəbul etmək




Nəticənin təhlili

Riski ötürmək

Mühafizə etmək

Riskdən qaçmaq

Sxem 5.

Risk menecmentdə riskin gerçəkləşməsi istiqamətində idarəetmə obyekti risk, investisyanın riskliqoyuluşu və sahibkarlıq subyektləri ilə olan iqtisadi əlaqə qəbul edilir. Belə tip əlaqələrə sığorta olunan, sığorta edən, sahibkarlar arasında olan əlaqələr, borc alanla kreditor və s. aiddir.

Risk menecmentdə idarəetmənin subyekti dedikdə, bu idarəetmə müxtəlif təsir üsulları, yolları vasitəsi ilə idarəetmənin obyektinin məqsədli fəaliyyətini reallaşdıran insanlardan, sığorta üzrə mütəxəssis, maliyyə meneceri, akvizitor, aktuari və s. bunlardan ibarət vahid bir sistemdir.

İdarəetmə subyektinin idarəetmənin obyektinə təsiri eyni zamanda idarəetmə prosesi anında idarəedənlə idarəolunan altsistemlər arasında qəbul edilmiş informasiyanın mübadiləsi zamanı reallaşa bilər. İdarəetmə prosesi onun vahid məzmunundan asılıdır və hər zaman informasiyanın qəbulunu, ötürülməsini, istifadəsini tələb edir.

Risk menecmentə faktiki dövrdə etibarlı, kifayət qədər informasiyanın qəbulu çox böyük əhəmiyyətli olur ki, o risk mühitində konkret qərar qəbul etməyə zəmin yaradır. Risk menecment elə informasiya təminatı informasiyanın müxtəlif növ və formalarındandır. Bunlara: kommersiya, statistik, iqtisadi, maliyyə və s. daxil etmək olar.

Bu formada olan informasiyalar ola biləcək sığorta hadisəsi, məhsula olan tələb və o məhsulun miqdarı, maliyyə dayanıqlığı və partnyorların, müştərilərin, rəqiblərin ödəmə qabiliyyəti, məzənnə, qiymətlər və tariflər, eyni zamanda sığorta şərtləri, faizlər və dividend və s. barədə xəbər verir.

İnformasiyaya malik olan bazara sahibdir. Bu növ informasiyalar zaman-zaman kommersiya sirri hesab edilir. Ona görə ki, fərqli növ informasiyalar intellektual mülkiyyətin bir növü qəbul oluna və nizamnamə kapitalına əmanət kimi investisya edilə bilər.

Əhəmiyyətli səviyyədə ixtisaslaşmış menecer, hər zaman, bütün informasiyanı, ən pis informasiyanı, hansısa açar informasiyanı əldə etməyə, eləcədə ümumiyyətlə mövcud mövzu ətrafında danışmaqdan və informasiyanı öz mənfəəti üzrə istifadə etməyə çalışır. İnformasiya dama-dama şəklində əldə edilir.

Lazımı informasiyanın menecerdə mövcud olması, ona maliyyə qərarlarının tez qəbul edilməsinə kömək edir. Eyni zamanda verilmiş qərarların düzgünlüyünə, zərərlərin aşağı salınmasına və mənfəətin çoxaldılmasına təsir edir. Müqavilənin bağlanması zamanı lazımı informasiyadan istifadə, ola biləcək maliyyə itkilərinin minimuma endirilməsinə gətirib çıxarır.

Hər bir qəbul oluna biləcək qərar informasiyadan asılı olur. İnformasiyanın keyfiyyəti önəm kəsb edir. İnformasiya nə qədər zez və çox yayılmışdırsa, qərar qəbul etmək də bir o qədər çətinləşir. İnformasiyanın keyfiyyəti, o informasiyanın ötürülməsi zamanı deyil, onun qəbulu zamanı qiymətləndirilir. İnformasiya olduqca tez köhnəlir. Bu səbəbdən də onu aktiv şəkildə istifadə etmək lazımdır.

Sahibkar subyekt təkcə informasiyanı toplamağı deyil, eyni zamanda onu saxlamaq və lazım olan anda ondan istifadəni bacarmalıdır.

Risk menecment tək funksiyaları yerinə yetirir. Risk menecmentin iki ən əsas funksiyasını qeyd edə bilərik:

1. Obyektin idarə olunması funksiyası

2. Subyektin idarə olunması funksiyası

Risk menecmentdə obyektin idarə edilməsi funksiyasına aşağıdakılar aiddir:

- Yol verilən risk;

- Kapitalın riskli qoyuluşu;

- Riskin səviyyəsinin aşağı enməsi üçün görülmüş fəaliyyət;

- Risklərin sığortalanması prosesi;

- Sahibkarlıq fəaliyyətində subyektlərlə olan iqtisadi münasibət və əlaqələr;

Risk menecmentdə subyektin idarə edilməsi funksyasına aşağıdakılar aiddir:

- Proqnozlaşdırmaq;

- Təşkil etmək

- Tənzimləmək;

- Koordinasiya etmək

- Stimullaşdırmaq;

- Nəzarət etmək

Risk menecmentdə proqnozlaşdırmaq, elə onun özündə obyektin hamısının və ya onun ayrı-ayrı hissələrinin maliyyə vəziyyətinin dəyişməsinin fonunda proqnozlaşdırılmasını əlaqələndirir. Proqnozlaşdırmaq bəzi müəyyən hadisənin əvəllcədən görülməsidir. O, artıq əvvəllər verilmiş proqnozları birbaşa həyata keçirilməsini vəzifə kimi göstərmir. Proqnozlaşdırmanın əsas mahiyyəti obyektin maliyyə göstəricilərinin inkişaf etdirilməsi üçün maliyyə parametrlərinin qurulmasının eyniləşdirilməsidir. Proqnozlaşdırmada riskinin dinamikası, dəyişmə tezliyinin ekspert qiymətləndirməsi yolu ilə, eyni zamanda reallaşa biləcək dəyişikliklərin əvvəlcədən görülməsi yolu ilə də həyata keçirilə bilər. Bu dəyişiklik gözlənilmədən də baş verə bilər. Belə dəyişmələrlə idarə etmə, menecer də bazar intuisiyasının və mexanizmlərinin, həm də tez qərar qəbul etmək qabiliyyətinin yetişdirilməsini təmin edir.

Risk menecmentinə son olaraq konkret şəkildə yanaşsaq təşkil etmə, müəyyən edilmiş proseduralar və qaydalar əsasında investisyanın riskli qoyuluşu proqramını reallaşdıran insanların bir araya ytoplaşmasıdır. Bu qayda və proseduralara aşağıdakılar aiddir:

- idarəetmənin alətinin yaradılması,

- idarəetmə aparatının strukturunun yaradılması,

- idarəetmə şöbələri ilə qarşılıqlı şəkildə əlaqənin yaradılması,

- normaların hazırlanması;

- normativlərin hazırlanması;

- metodların hazırlanması və s.

Risk menecmentdə tənzimləmək, özü üçün verilmiş parametrlərin müəyyən müddətə təxirə salınması halı olduğu zaman, bu obyektin dayanıqlılığının saxlanılması vasitəsilə ilə idarəetmə obyektinə təsir gücü bərabərləşir. Tənzimləmə mövcud sapmaların yox edilməsi, aradan qaldırılması tədbirlərini mühafizə edir.

Risk menecmentdə koordinasiya funksiyasının açılımı, riskin idarə olunması platformasında mövcud olan bütün həlqələr arasında uyğunluq qurmaqdır. Koordinasiya aparatın və işçilərin idarə olunmasında, obyektin və subyektin idarə olunmasında və s. əlaqələrdə bütünlük yaradır.

Risk menecmentdə stimullaşdırmaq, maliyyə menecerləri və digər uyğun mütəxəssislərdə öz işləri nəticəsində maraqlı olmaq arzusunu yaratmaqdır. Risk menecmentə nəzarət etmək funksiyası, riskin aşağı salınmasının təşkilinin yoxlanmasını birləşdirir. Nəzarət etmə funksiyası riskin aşağı salınması tədbirlərinin nəticəsinin təhlilini tələb edir.



2.2. Risk - menecmentinin təşkili mərhələləri və idarəetmə məsələləri həllinin metod və strategiyasının seçilməsi.
İqtisadi kateqoriya kimi risk menecment özündə idarəetmədə baş verə biləcək risklərin və maliyyə mühitinin idarə olunmasını təcəssüm etdirir. İdarəetmə sistemi kimi risk menecment, eyni zamanda risklərin, riskli investisya qoyuluşunun məqsədinin, yaranacaq hadisələrin ehtimalının dəqiqləşdirilməsi, ətraf mühitin təhlili, risklərin dərəcəsinin və səviyyəsinin müəyyənləşdirilməsi, risklərin idarə edilməsi strategiyasının seçilməsi, risklərin və onun azaldılması planı üçün lazım olanların ayrılması, risklərin məqsədli idarə edilməsini birləşdirir. Sadalanan bütün bunların nəticəsi risk-menecmentin təşkilinin ən əsas mərhələləridir.

Risk menecmentin təşkilinin ilkin mərhələsi risklərin, riskli investisya qoyuluşunun məqsədinin təyin edilməsidir. Riskin məqsədi dedikdə, əldə oluna biləcək nəticə başa düşülür. Bu mənfəət, gəlir, qalibiyyət və s. ola bilər. Riskli investisya qoyuluşunun məqsədi həm də, eyni zamanda maksimum gəlirə sahib olmaqdır. Risklə bağlı olan hər hansı fəaliyyət hər zaman məqsədyönlüdür. Risklə əlaqədar fəaliyyətin məqsədinin olmaması, onun həllini də mənasız edir. Risklərin və riskli investisya qoyuluşunun məqsədi risklə və kapitalla dəqiq şəkildə, yekunlaşdırılmış və müqayisə edilə bilən olmalıdır.

Risk menecmentin təşkilində ikinci ən önəmli məqam ətraf mühit haqqında informasiyanın olmasıdır. Hansı ki, o hər hansı qərarın qəbul edilməsi üçün əsasdır. Bu tip informasiyaların təhlili və risklərin məqsədinin hesablanması ilə hadisənin baş verməsi ehtimalını, eyni zamanda riskin səviyyə və dərəcəsini düzgün müəyyən etmək olar. Risklərin idarə olunması şəxslərin əmlakını, maliyyə vəsaitlərini təhlükə ilə üzləşdirən riskin dərəcəsinin doğru şəkildə başa düşülməsi deməkdir. Sahibkar üçün onun sahibkarlıq fəaliyyətini təhlükə altında salan riskin dərəcəsini bilmək olduqca önəmlidir.

Risk səviyyəsinə görə sahibkarın real itkilərini müəyyənləşdirmək lazımdır ki, bu itkilərin, onun nəticələrinin dərəcəsinin azaldılması xərcləridir yoxsa əvəz olunması xərcləri. Riskin səviyyəsinin maliyyə menecerləri tərəfindən düzgün şəkildə qiymətləndirilməsi ona mümkün ola biləcək itkilərin qarşısını saxlamağa və eyni zamanda aşağı salmağa, qarşısının alınması mümkünsüz olduqda isə onu əvəzləməyə şərait yaradır.

Ətraf mühit haqqda informasiya əsasında riskli investisya qoyuluşunun fərqli formaları işlənib hazırlanır və mümkün olacaq gəlir və riskin səviyyəsi ilə uyğunlaşdırılması üsulu ilə qiymətləndirilir. Bu taktiki strategiyanın və risklərin idarə edilməsinin üsulunun doğru seçilməsinə, eyni zamanda riskin dərəcəsinin azaldılmasına imkan verir.

Riskin aşağı salınması proqramının hazırlanması anında riskli qərarın psixoloji qavrayışını nəzərə almaq əsas şərtdir. Riskli vəziyyətdə qərar qəbul etmək psixoloji prosedurdur. Bu səbəbdən də, riskli vəziyyətdə qərar qəbulu zamanı insanın riyazi bilikləri ilə yanaşı psixoloji üstünlükləri də nəzərə alınmalıdır. Bunlara: şübhə, qətiyyət, aqressivlik, introversiya, qərarsızlıq, ekstroversiya, və s. daxildir.

Eyni risk dərəcəli vəziyyət fərqli insanlar tərəfindən müxtəlif formalarda qəbul edilir. Bunun üçün də, riskin dəyərləndirilməsi, maliyyənin yekun qərarının seçilməsi həmişə qərar qəbul edən insanlardan asılıdır. Ekstroversiya kənar insanlara, hadisələrə münasibət formasıdır. Bu özünü böyük səviyyəli ünsiyyətdə biruzə verir. İntroversiya təəssürat, şəxsi duyğu, his və fikirlərə münasibətdə yanaşmadır. İntroversiv şəxsiyyətdə ətraf mühitlə əlaqədə bir neçə stabil münasibət və davranış vardır, daxili normalara yardım, dalğınlıq. İntroversiv insanların hesabatı kənar faktorların gücündən asılı deyil.

Risk menecmentin təşkilinin əvəzsiz mərhələsi verilmiş fəaliyyətin həyata keçirilməsi üçün təşkil edilən tədbirlər, yəni bunların görülməsi üçün lazım ola biləcək maliyyə vəsaitlərinin mənbəyinin və həcminin, konkret icraçıların, icra müddətinin və s. təyin edilməsidir.



Risk menecmentin təşkilinin önəmli formalarından biri təyin edilmiş proqramın icrasının yoxlanılması, təyin edilmiş risk qərarının icrasının yekununun təhlili və son qiymətləndirilməsidir. Risk menecmentin təşkili sahibkarlıq zamanı risklərin idarə edilməsi orqanının müəyyən edilməsini tələb edir. Risklərin idarə olunması orqanı risk üzrə menecer, maliyyə meneceri və idarəetmənin uyğun aparatı ola bilər: vençur (riskli) investisiya şöbəsi, sığorta əməliyyatları şöbəsi, riskli investisya qoyuluşu şöbəsi və s. Riskli investisya qoyuluşu sahibkar subyektin nizamnaməsinə uyğun olaraq aşağıdakı funksiyaları reallaşdırıla bilər:

  • Portfel və Vençur investisiyaların həyata keçirilməsi.

  • Fəaliyyətdə olan qanunvericilik və sahibkar subyektin nizamnaməsinə uyğun

olaraq riskli investisya qoyuluşu.

  • Riskli investisiya fəaliyyətinin işlənib yekunlaşdırılması.

  • Ətraf mühit üçün məlumatın təhlili, yığımı, emalı və saxlanması.

  • Riskin səviyyəsinin idarə edilməsi üsullarının təyin edilməsi.

  • Riskin qərarlarının planının hazırlanması və onun həyata keçirilməsinin

təşkili, kontrolu, nəticələrin təhlili.

  • Sığorta fəaliyyətinin reallaşdırılması, sığortalanma, yenidən sığortalanma

sazişlərinin imzalanması, sığorta və yenidən sığorta əməliyyatlarının keçirilməsi, sığorta xərclərinin təyinini.

  • Sığortanın, yenidən sığortanın şərtlərinin yekununun hazırlanması, sığorta

əməliyyatlarının qiymətlərinin həcmini təyin etmək.

  • Riskli investisya qoyuluşunun uyğun statistik, mühasibat, və operativ

hesabatının təyini.

  • İdarəetmədə problemlərin həllinin strategiyasının və metod seçilməsi.

Risk menecmentin idarə edilməsi zamanı maliyyə menecerləri, onun psixoloji tərəfləri önəmli rol oynayır. Risk problemləri ilə məşğul olan maliyyə menecerləi aşağıdakı ən önəmli 2 həqiqəti bilməlidirlər:

  • Seçim hüququ

  • Cavabdehlik hüququ.

Seçim hüququ nəticəyə nail olmaq üçün riskli investisya qoyuluşunun gerçəkləşməsi üçün qərar qəbul edilməsi hüququdur. Həlli təkcə maliyyə meneceri tərəfindən həyata keçirməlidir. Risk menecmentin spesifikasına görə, riskə görə cavabdehlik edir, həllin qrup şəklində edilməsi mümkün deyil və nəticəyə heç kim məsuliyyət daşımır. Qərar qəbulu zamanı kollektiv heç bir vaxt onun icrasına cavabdehlik daşımır. Yəni, kollektiv qərar qəbulu, müxtəlif şəxslərin psixoloji xüsusiyyətlərindən ibarət olaraq subyektivlik daşıyır, nəyinki hansısa bir menecerin qəbul etdəcəyi qərar. Riskin idarə edilməsində ixtisaslaşdırılmış insan kollektivi yaratmaq olar, nümunə üçün desək, riskli kapital qoyuluşu şöbəsi, sığorta fəaliyyəti üzrə şöbə, vençur investisiyaları şöbəsi, və s. Bu kollektivdəki şəxslər əvvəlcədən qrup şəklində uyğun həll yolu tapa bilər və onu sadə, ixtisaslaşdırılmış səsvermə ilə qəbul edə bilərlər. Lakin yekun qərarı vermək üçün bir şəxs lazımdır ki, o qəbul edilmiş qərarın məsuliyyət dərəcəsini də öz üzərinə götürmüş olsun. Məsuliyyət, qərar qəbul edənin planlanmış məqsədə çatmağa olan marağına işarədir.

Riskin idarə edilməsinin üsul, strategiyanın seçilməsində hər zaman bəzi müəyyən qaydalardan istifadə edilir ki, bu da maliyyə menecerinin təcrübəsində cəmləşib. Qaydaların mövcud olması maliyyə menecerinə bu tip vəziyyətlərdə aktiv və daha düzgün üsullardan istifadə etməyə şərait yaradır. Standart vəziyyətin olmaması maliyyə menecerindən uyğun həllərdən aktiv həllərə keçməyi göstərir.

İdarəetmə məsələlərinin həlli çox zaman müxtəlif olur, ona görə ki, risk menecment çoxcəhətli və çoxşaxəlidir. Risk menecmentin çoxşaxəliliyi maliyyə kombinasiyalarının normal, konkret sahibkarlıq zamanı fəaliyyət təkrarolunmazlığı ilə uyğunluq yaradır. Risk menecmentdə ən önəmli idarəetmə obyektinin iqtisadi marağlarına cavab verə biləcək məqsədin düzgün planlanmasıdır.

Risk menecment çox aktiv və eyni zamanda fəaliyyətinin effektivliyi idarəetmə obyektinin maliyyə vəziyyətinin bazar münasibətlərinin dəyişməsinə daha tez reaksiya verməsindən ibarətdir. Bu səbəbdən risk menecment risklərin idarə edilməsinin vahid üsullarına və iqtisadi vəziyyətinə doğru, düzgün qiymətləndirməyə, ən yaxşı çıxış yolunun tez seçilə bilməsinə əsaslanmalıdır.

Risk menecmentdə hazır plan mövcud deyil. Bu ani vəziyyətdə hiss olunan müvəffəqiyyətə sahib olmaq üçün sahibkarlıq fəaliyyətinin həll olunmasının üsul və metodlarını öyrədir. Risk məsələlərinin həlli zamanı əsas rolu menecerin intuisiyası və insayt oynayır.

İntuisiya bilavasitə, qəflətən, heç bir məntiqi fikir olmadan problemin düzgün həll üsulunun seçilməsidir. İntuitiv həll tədqiq edilən məsələnin əslinin açılmasında daxili işıqlandırma, fikirlərin aydınlaşması kimi üzə çıxır. İntuisiya yaradıcılıq fəaliyyətini ayrılmaz bir hissəsi hesab olunur.

Birbaşa, qəfildən, heç bir məntiqi əsası olmadan problemin doğru həll qaydasının seçilməsi intuisiya adlanır. İntuisiya yaradıcılıq fəaliyyətinin ayrılmaz bir hissəsidir. Bəzi problemlərin həllinin dərk edilməsi isə insayt adlanır. İnsayt subyektiv şəkildə gözlənilməz işıqlanma dərk etmə kimi qəbul olunur. O zaman həll yolları açıq aydın dərk edilir. Lakin bu aydınlıq çox zaman qısamüddətli xarakter daşıyır və həllin düşünülmüş şüurlu surətdə fiksasiyası tələb dir. Əgər riskin hesablanmasını aparmaq mümkün olmadıqda, o zaman riskin həll edilməsi üsulu kimi evristikadan (nəzəri tədqiqatın məntiqi və metodik üsulları sistemi) istifadə olunur. Evristika özündə nəzəri tədqiqatın məntiqi və metodiki üsulları toplusunu özündə birləşdirir. Daha dəqiq desək, bu xüsusi risk dərəcəsi çətin olan məsəllələrin həlli üsulları və qaydalarıdır. Riyazi hesablamadan fərqli olaraq evristika daha az etibarlı və daha az anlaşıqlıdır. Ancaq o müəyyən həll tapmağa imkan verir.

Risk-menecmenti risklərin həll edilməsi zamanı özünün bir sıra prinsip və üsullar vardır. Risk-menecmentin əsas prinsipləri:

- Şəxsi kapitaldan əlavə risk etmək olmaz.

- Riskin nəticələri barədə düşünmək lazımdır.

- Az üçün çox şeyi riskə almaq olmaz.

- Müsbət qərarları ancaq şübhələr olmadıqda vermək olar.

- Şübhə mövcud olduqda mənfi qərarlar qəbul edilir.

- Yalnız bir məsələ ətrafında həll axtarmamaq lazımdır. Ola bilər ki, başqa həllər də olsun. Ona görədə mövcud məsələyə daha geniş aspekdən baxmaq lazımdır.

Bu prinsipin tətbiq edilməsi o deməkdir ki, riskli kapital qoyuluşu edərkən maliyyə meneceri bunları etməlidir:

- Mövcud risklə ola biləcək maksimum itkinin dəyərini müəyyənləşdirmək;

- Onu kapital qoyuluşu ilə tutuşdurmaq;

- Onu bütün maliyyə vəsaitləri ilə tutuşdurmaq və bu kapital itkisinin investoru müflis edib etməyəcəyini müəyyənləşdirmək;

İnvestisya qoyuluşundan itki qoyulmuşu kapital qoyuluşu ilə eyni ola bilər. Birbaşa investisiyada itkinin miqdarı vençur kapitalının həcmi ilə eyni olur. Nümunə olaraq misal üzərindən izah etsək, İnvestor riskli fəaliyyətə 50 mln manat kapital qoymuşdur və o fəaliyyət məhv oldu, nəticə olaraqda investor 50 mln manat itirdi.

Portfel investisiyaları zamanı, eləcədə qiymətli kağızların alınması zamanı, hansıları ikinci bazarda satmaq olar, zərərin həcmi də adətən sərf edilmiş investisyanın həcmindən az olur.

Zərərin həcmi və investorun xüsusi maliyyə həcmi arasında olan qarşılıqlı əlaqə özündə müflisləşməyə aparan riskin səviyyəsini bilməklə onun nəticəsinin nə olacağını, riskin ehtimalını təyin etməyə və riskin qarşısının alınması üçün müvafiq tədbir görmək üçün bütün məsuliyyəti özü öz üzərinə götürməyi və məsuliyyəti isə başqasına ötürməyi tələb edir. Bir başqa prinsipin fəaliyyəti isə riskin sığortalanması anı, özünü aşkar göstərir. Bu onu ifadə edir ki, maliyyə menecerləri sığorta məbləği və sığorta ödəməsi arasında münasib olan kontaktı aydınlaşdırmalı və təyin etməlidir.. Sığorta ödəməsi isə sığorta olunanın sığorta edənə sığorta risklərinə görə edəcəyi ödənişdir. Sığorta məbləği isə bu sığorta olunanın həyat və sağlamlığının, maddi qiymətlilərinin, sığortalandığı pul miqdarıdır. Risk gizlədilməməlidir, çünki əgər zərər sığorta məbləğinin həcmindən olduqca çoxdursa investor riski öz üzərinə götürməkdən imtina etməlidir.

Digər prinsiplərin reallaşdırılması da nəticə etibarı ilə o deməkdir ki, tək həlli olan problemlər üçün digər həll yollarını tapmaq olduqca lazımdır. Ehtimal da olunur ki, ola bilərdə ki, onlar həqiqətən mövcuddur. Əgər aparılan təhlil digər həllin olmadığını göstərirsə, o zaman ən ağır olanı seçirlər, yəni mənfi zərər olan qərarı qəbul edirlər.



Yüklə 290,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə