Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti (unec) m a g I straturam ə r k ə z I


Risk dərəcəsinin müyyən edilməsi üsullarının təhlili v



Yüklə 290,68 Kb.
səhifə4/6
tarix14.09.2018
ölçüsü290,68 Kb.
#68688
1   2   3   4   5   6

2.3. Risk dərəcəsinin müyyən edilməsi üsullarının təhlili və qiymətləndirilməsi.
Riskin mövcudluğu və onunla əlaqədar olaraq maliyyə itkilərinin obyektiv mövcud olduğu şəraitdə xüsusi bir mexanizmə, yəni riskin idarə edilməsi prosesinə xüsusi bir ləlabat hiss olunur. Bu mexanizm də təsərrüfat fəaliyyətində qərarların qəbulu və reallaşdırılmasında firma sahibkarının öz məqsədlərinə çatması nöqteyi-nəzərindən qarşıya çıxan risklərin dərindən araşdırılmasına və idarə edilməsinə xidmət göstərir. Risklərin idarə edilməsi prosesinin ilk mərhələsində risklər təhlil edilir və qiymətləndirilir. Sonra risklərə təsir metodları müəyyən edilir və bu metodların içərisində iqtisadi cəhəttən ən səmərəlisi seçilir. Ən səmərəli metod seçimindən sonra optimal qərar qəbul edilir və bu qərarın reallaşdırılması gedişində risklərə təsiretmə, yəni risklərin idarə edilməsi prosesi baş verir.

Burada əsas diqqəti cəlb edən mərhələ risk səviyyəsinin qiymətləndirilməsidir, ayrı-ayrı risklərin kəmiyyətcə təhlilidir. Bu zaman riskli situasiyaların və onların nəticələrinin başvermə ehtimalı, riskin səviyyəsi kəmiyyətcə müəyyən olunur, eləcə də konkret şəraitdə riskin yol verilən səviyyəsi müəyyənləşdirilir. İqtisadi risklərin təhlili zamanı nəzərdən keçirilən sistem və ya iqtisadi proses altsistemlərə bölünür və riyazi metodlardan istifadə etməklə sistemin hər bir elementi ilə əlaqədar qeyri-müəyyənlik təhlil edilməlidir. Belə təhlil risklə obyektin konkret tərkib hissəsi arasındakı asılılıq səviyyəsini və risklərin ümumi prosesə təsirini öyrənməyə imkan verir.

Beləliklə, riskin ardıcıl təhlilinin həyata keçirilməsi nəticəsində mümkün ola biləcək riskli situasiyaların baş verməsi və nəticəsi ehtimalı haqqında ümumi mənzərə yaranır. Baş verə biləcək riskin kəmiyyət yol verilən riskin kəmiyyət ölçüləri ilə müqayisə edildikdən sonra riskin idarə edilməsi strategiyası işlənib hazırlanır və bu strategiyanın da əsasında riskin mümkün qədər azaldılması üçün müvafiq tədbirlər müəyyənləşdirilir.

Riskin minimumlaşdırılması üçün müəyyən qaydada tədbirlər sistemi seçildikdən sonra həmin tədbirlərin səviyyəsinin kifayət qədər səmərəli olması haqqında konkret və ünvanlı qərar qəbul edilməlidir. Riskin minimumlaşdırılmasına yönələn tədbirlərin kifayət qədər səmərəli olduğu halda layihənin reallaşdırılması həyata keçirirlir. Lakin həmin tədbirlərin kifayət qədər səmərəli olmadığı halda isə layihənin reallaşdırılmasından məqsədə uyğun olaraq imtina edilir. İqtisadi risklərin qiymətləndirilməsi başlıca olaraq kəmiyyətcə təsərrüfat və sahibkarlıq fəaliyyətindəki itki və ya gəlirlərin müəyyən edilməsi ilə əlaqədardır. Riskin iqtisadi cəhətdən qiymətləndirilməsi üsulu nəzəri baxımdan iki parametrə əsaslanır. Bunlara mümkün itkilərin ölçüsü və onların ehtimalının müəyyən edilməsi daxildir. Bu isə o deməkdir ki, hər iki parapetrin kəmiyyətcə həcmi elə müəyyən edilməlidir ki, bunun da nəticəsində riskləri bir-birilə müqayisə etmək mümkün olsun.

Maliyyə riskləri ilə bağlı xeyli sayda müxtəlif ədəbiyyatlar, məqalələr, jurnalların siyahısı mövcuddur. Lakin bununla belə müzakirə tələb edən bir çox problemlər hələ də qalmaqdadır. Bu problemlər aşağıdakılardır:

1. əməliyyatların iştirakçı, daşıyıcıları nöqtey-nəzərindən risklərin məzmununun kompleks araşdırılması;

2. risklərin idarə edilməsinin müxtəlif yollar arasında prinspial fikir ayrılığının aradan götürülməsi;

3. iqtisadiyyatın stabilləşdirilməsi şərti kimi risklərin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətlərinin müəyyən edilməsi.

Müasir dövrdə maliyyə riskləri proqnozlaşdırılan variantlarla müaqyisədə maliyyə axınları hərəkətindəki qeyri-müəyyənlik şəraitində əlverişsiz maliyyə nəticələrinin meydana gəlməsi ilə əlaqədardır.

Risklərin idarə edilməsi müəssisə və təşkilatın maliyyə vəziyyətinin müntəzəm olaraq təhlilini, ona nəzarəti həyata keçirir. Bazar risklərinin azaldılmasına ya daha yüksək riskli əməliyyatlardakı iş birliyini azaldaraq daha az riskli əməliyyatlarda mövqeyi qücləndirmək yolu ilə, xedcələşdirmə yolu ilə nail olmaq olar. Risklərin idarə edilməsi və əməliyyat risklərinin minimumlaşdırılması ilk növbədə maliyyə təşkilatının aktivləri, passivləri, sövdələşmə və əməliyyatların idarə edilməsi prosesidir. Bu prosesin tərkib hissəsini konkret sövdələşmə və ya əməliyyat üzrə ona uyğun riskin qəbul edilməsi funksiyası təşkil edir.

Riskin ölçülməsinin iki əsas üsulu vardır:

1. analitik

2. sintetik

Analitik üsul risk səviyyəsinə maliyyə təşkilatının fəaliyyətinin ümumi göstəricilərinə, yəni aktivlərin məbləğinə, əməliyyatların həcminə, gəlirə və. s risk indikatorlarına əsaslanır. Bu zaman risk səviyyəsi risk idikatoruna birbaşa proporsional uyğun olur. Sintetik üsula görə risk səviyyəsinin qiymətləndirilməsi informasiya təhlilinə əsaslanr. Lakin risklər heç də həmişə kəmiyyət, dəyər qiymətləri ilə ifadə oluna bilmir. Buna görə də sintetik və analitik informasiya emalına əsaslanan riyazi modellər həmişə risklərin kompleks qiymətlərini verə bilmir.

Maliyyə riski müəssisənin maliyyə institutları ilə münasibətləri prosesində yaranır. Maliyyə riskinin səbəbləri, infilyasya amilləri, bank uçot dərəcələrinin artımı, qiymətli kağızların dəyərinin aşağı düşməsi və s. daxildir. Bu isə istehsal-ticarət fəaliyyəti ilə əlaqədar olan sərf edilmiş kapitalın həcmi ilə bu fəaliyyətin maliyyə nəticələrinin müqayisəsini tələb edir.

Maliyyə riskinin idarə edilməsinin məqsədi risklə əlaqədar itkiləri minimuma endirilməsindən ibarətdir. İtkilər pul ifadəsində qiymətləndirilir, eyni zamanda itkilərin minimuma endirilməsi üzrə problemlərin özü də qiymətləndirilir. Maliyyə meneceri bu qiymətləndirmələr əsasında maliyyə fəaliyyətini planlaşdırmalıdır ki, sövdələşmələr risklərin minimuma endirilməsi nöqteyi-nəzərindən dha əlverişli ola bilsin. Maliyyə risklərindən müdafiənin iqtisadi metodları əlavə xərclərin proqnozlaşdırılmasından, mümkün zərərlərin dərəcəsinin qiymətləndirilməsindən, risk təhlükəsi və onun nəticələrinin ləğvi üçün bütün maliyyə mexanizmindən istifadə edilməsindən ibarətdir.

Bundan əlavə riskin idarə edilməsinin dörd əsas metodu vardır:


  1. imtina metodu

  2. nəzarət metodu

  3. sığortalama metodu

  4. udulio metodu

İmtina metodu riskli tədbirlərin həyata keçirilməsindən imtina edilməsi adlanır. Lakin maliyyə sahibkarlığı üçün bu metod bəzən mənfəətin də azalmasına səbəb olur.

Nəzarət metodu neqativ nəticələrin qarşısını almaq, təsadüflərdən qorunmaqdır. Əgər zərərlər mütləqdirsə, onların miqyasına dəqiq nəzarət etmək zəruriəti səbəbindən müəyyən olunan fəaliyyət kompleksi formalaşdırmaq lazımdır.

Sığortalama metodunun mahiyyəti ondan ibarətdir ki, investor riskdən qorunmaq üçün riskin sıfıra endirilməsini təmin etmək məqsədi ilə qabaqcadan gəlirin bir hissəsindən imtina etməyə hazır olmalıdır.

Udulio metodunun mahiyyəti ondan ibarətdir ki, zərərlər etiraf edilir və onun sığortalanmasından imtina edilir. Udulio metodundan o zaman istifadə edilir ki, zərərlər çox az olsun.

Maliyyə riskinin həllinin konkret metodunun seçilməsi zamanı aşağıdakı prinsiplər əsas götürülür:


  1. öz xüsusi kapitalının imkan verdiyindən artıq riskə getmək olmaz;

  2. azı əldə etməkdən ötrü çox ilə riskə getmək olmaz;

  3. riskin nəticələrini əvvəlcədən nəzərə almaq lazımdır.

Bu prinsiplərin praktikada tətbiqi göstərir ki, konkret risk üzrə hər zaman maksimal mümkün zərərin hesablanması zəruridir. Sonra bu zərərin miqdarı müəssisənin riskə məruz qalan kapitalın həcmi ilə müqayisə edilir və daha sonra bütün mümkün zərərlər müəssisənin xüsusi maliyyə resurslarının ümüumi həcmi ilə müqayisə edilir. Bundan sonra müəyyən etmək olar ki, konkret mövcud risk müəssisəni iflasa sürükləyə bilər, ya yox.

Risk dərəcəsinin təyin edilməsi ən önəmli problemlərdən biridir. Təyinat üçün üçün obyektiv üsul və meyarlara istinad etmək mütləqdir. Ona görə ki, riskin dərəcəsini təyin etmədən onun haqqında hər hansı bir obyektiv idarəçilik qərarının verilməsi imkansızdır. Müxtəlif iqtisadi ədəbiyyatlarda riskin dərəcəsi və hər birinin məzmunu müxtəlif qaydalarla izah olunur. Nümunə olaraq desək, “böhran riskləri”,“yol verilən risklər” və “fəlakətli risklər” anlayışları arasındakı sərhədləri hər zaman standart qaydada müəyyən etmək olduqca çətindir.

Belə ki, yol verilən risklərə müəssisələrin və firmaların bütün mənfəətlərinin tamamilə itirilməsi təhlükəsi, eyni zamanda qismən itirilməsi meyarı əsas olaraq seçilir. Böhran risklərinə əməliyyatlar üzrə pul vəsaitlərinin itirilməsi, mənfəətin itirilməsi, fəlakət riskinə isə müəssisənin iflasa uğraması, əmlakının bütölükdə tam olaraq itirilməsi faktını meyarını aid edir.

İqtisadi risklərin hər biri müəssisənin risklər siyasətinə sahib olmasını tələb edir. Şirkətlər və firmalar risklər siyasətində risklərdən qorunma, iqtisadi təhlükəsizlik, tədbirlərini əsas götürülməlidir. Həmin tədbirlərdə risklərdən qorunma, onların təsirinin yumşaldılması, risklərin idarə edilməsi məsələləri diqqətdə saxlanmalıdır. Bu tədbirlər risklərin minimuma endirilməsinə gətirib çıxarır. Risklərin maksimal və minimal həcmi hər zaman itirilmiş pul vəsaitinin yaxud əmlakın həcmi ilə təyin olunur. Ancaq eyni zamanda burada mənəvi, diqqətdə saxlamaq lazımdır. Risklər siyasətində qazanılmamış vəsaitlərin, dağılmış əmlakın yerinin doldurulması mənbələri də müəyyən edilməli və imkan çərçivəsində əvvəlcədən belə bir mənbə ehtiyatı diqqət mərkəzində saxlanmalıdır.

Problemlərin xarakteri və məzmunu hər bir firmalarda, müəsissələrdə, təşkilatlarda fərqli olur. Bu göstəricilər birində iflasa uğrama, mənfi nəticələnmə, plan tapşırıqlarının kəsirlə yerinə yetirilməsi, digərində satış, kadr məsələsi il bağlı ola bilir. Bu səbəbdən də əvvəlcə problemin dəqiq səbəbləri, situasiyalar araşdırılmalı, aşkara çıxarılmalı aradan qaldırılmalıdır. Əks təqdirdə daha başqa bu tip yeni-yeni problemlər yarana bilər. Buna görə də problemlərdən irəli gələn vəzifələr hərtərəfli araşdırılmalı, təhlil edilməlidir. Vəzifələrin təhlili zamanı ən əsas məsəllələr aşağıdakılardır:

- Sistemin idarə edilməyən ilkin formalarının parametrinin yoxlamadan keçirilməsi.

- Ayrı-ayrı problemlərin, vəzifələrin həlli üzrə qərarın qəbulu imkanlılığını müəyyən etmək.

- Sistemin gözlənilən vəziyyətinin təyin edilməsi.

- Uyğun qərarların qəbulu, çıxış yollarının tapılması üçün meyarların tiyini.

- Resursların tükəniləcəyini, real situasiyanı nəzərə almaq şərti ilə vəziyyətdən çıxmağın yollarının hazırlanması

Problemlər, vəzifələr idarəetmə obyektinin hər bir faktiki vəziyyəti ilə müqayisədə ortaya çıxır. Ona görə də problemin yaranma səbəbləri, vəzifələrin nələr olması, problem və vəzifələrin ümumi məzmununun müəyyən edilməsi idarəçilik planlarının qəbulu üçün başlıca şərtlərdəndir. Lakin elə problemlər də var ki, onu hər zaman həll etmək mümkün deyil.

Risklərin qabaqcadan, operativ təhlilinin əsas məqsədi bunun nəticələrinin qiymətləndirilməsidir. Müxtəlif tipli təsərrüfat subyektlərində fəaliyyət növləri üzrə seçilən saysız hesabsız əsas, əlavə risklərdən istifadə edildiyinə üçün, onların nəticələrinin təhlilində də digər üsullardan istifadə olunur. Nəticə etibarı ilə, risklərin nəticələrinin qabaqcadan və də sonradan təhlilində və bir çox tədqiqat üsullarından istifadə olunur. Bu üsulları dəqiq araşdırmadan hansı riskin hansı üsullarla qiymətləndirilməsinin və dəqiq göstəricilərin əldə edilməsi mümkünsuzdür. Bazar iqtisadiyyatı şəraitində bir çox maliyyə əməliyyatları olduqca əhəmiyyətli risklərlə əlaqədardır. Onlar həm əməliyyata başlamazdan əvvəl, həm də əməliyyatın icrası mərhələlərində risk səviyyəsinin qiymətləndirilməsini, onun həcminin müəyyən edilməsini tələb edir.

Riskin dərəcəsi itkinin başlanması və eyni zamanda zərərin baş verməsi miqdarına aid təhlilin nəticəsidir. Sahibkarın riski qoyulan investisyadan gözlənilən minimum və maksimum gəlirin miqdarının subyektiv ehtimalı kimi kəmiyyətcə xarakterizə edir. Bu hesablamada minimal və maksimal gəlirlər arasında diapazon çox olduqca riskin dərəcəsi də bir o qədər yuxarı olur.

Risk aşağıdakı formalarda ola bilər:

Qəbul olunan risklər. Planlaşdırılmış layihənin gerçəkləşməsi zamanı bütün növ gəlirin itirilməsi təhlükəsi mövcuddur;

Kritik risklər. Yalnız gəlirin itirilməsi təhlükəsi yox, eyni zamanda zərərin sahibkarın vəsaitləri hesabına yönləndirilməsidir;

Faciəli risklər. Əmlakın itirilməsi, kapitalın və sahibkarın iflası təhlükəsidir;

Təsərrüfat situasiyalarının qeyri müəyyənliyi informasiyanın məhdud olmaması, ehtimallar və əks təsir amilləri ilə izah edilir. Təsərrüfat situasiyaları haqqda informasiyanın tam olmaması və onun dəyişilməsi investoru əlavə informasiyanı əldə etmək imkanlarını axtarmağa məcbur edir. Təsərrüfat situasiyasının qeyri müəyyənliyi çox vaxt ehtimal amili ilə müəyyən edilir. Təsadüfi hadisələr, onların müşahidəsi anında müəyyən fasilələrlə təkrarlanır və onların sıxlığı aşkar olanların sayını müşahidələrin cəminə bölməklə təyin edilir. Təsadüfi hadisələri qruplaşdırmağa kömək edən ehtimal həm də, onların kəmiyyət və keyfiyyət xarakteristikasını irəli sürür.

Kəmiyyət təhlili. Maliyyə risklərinin formalarının, yekun maliyyə risklərinin son olaraq hesablanmış pul zərərinin təyin olunmasıdır. Təhlil edilən zaman riskin həcmini kəmiyyətcə müəyyən etmək üçün hər hadisənin bütün nəticələrini və onların baş verməsi ehtimalını bilmək lazımdır.

Risk mümkün olunan itkinin həcmi ilə müəyyən olunur. Belə ki, itkilərin təsadüfi xarakter daşımasını da nəzərə almaq lazımdır. Hadisənin baş vermə ehtimalı obyektiv, subyektiv metodlarla müəyyən edilir. Obyektiv metodlarda hadisənin reallaşmasının yaxınlığının hesablanması yolu ilə istifadə edilir.

Subyektiv metod, subyektiv kriteriyaların istifadə edilməsinə əsaslanır, müxtəlif fərziyyələrə söykənir. Belə fərziyyələrə qiymətləndirmə edən şəxsin mühakiməsini, onun öz təcrübəsini, reytinqini müəyyən edən eksperti, auditor məsləhətçinin fikrini və s. daxil etmək olar.

Nəticə olaraq riskin həcmi, riskin dərəcəsi iki kateqoriya üzrə ölçülə bilər:

- orta gözlənilən qiymət

- mümkün olan nəticənin dəyişkənliyi.

Orta gözlənilən qiymət. Bu həmin göstəricidir ki hansı ki, qeyri müəyyən vəziyyətdən ibarətdir. Yekunda baş vermə ehtimal olunan nəticə seçilir.

Verilən metod zərərin ola biləcəyi ehtimalına fərqli mütəxəssislər tərəfindən verilmiş qiymətin yığılması və öyrənilməsidir. Bu formada qiymətləndirmə maliyyə riskinin bütün mərhələləri, eyni zamanda statistik göstəricilərinə əsaslanır. Əgər qiymətləndirmə üçün lazım olan göstəricilərin sayı azdırsa, onda ekspert qiymətləndirməsi metodu kifayət qədər çətinləşir.

Təsirlilik modelinin təhlili növbəti addımlardan ibarətdir:

- açar göstəricinin seçilməsi, uyğun olaraq təsirlilik göstəricisi hazırlanır;

- faktorların seçilməsi;

- layihənin reallaşdırılmasının müxtəlif açar göstəricilərin hesablanması. Xərclərin və daxil olan maliyyənin ardıcıllıqla təşkil edilməsi hər zaman pul vəsaitləri fondunun müəyyən edilməsinə şərait yaradır, yəni effektivlik göstəricisinin təhlil edilməsinə imkan verir.

Nəticə göstəricilərinin yekunu üçün diaqramlar tərtib edilir. Alınan diaqramları bir-biri ilə qarşılaşdırdıqda layihənin mənfəətliliyi qiymətləndirməsinə daha çox səbəb olan açar göstəriciləri müəyyən etmək mümkündür.

Ən son olaraq da dəqiq mühakimənin əldə edilməsi üçün mövcud olan metodlar qədər də eyni təsirə malik deyillər, ancaq maliyyə risklərinin ümumi həcminin təxminən müəyyən edilməsinə imkan verirlər.



Fəsil 3. Müasir şəraitdə maliyyə risklərinin idarə olunmasının təkmilləşdirilməsi yollları.


    1. Bazar iqtisadiyyatı şəraitində risklərin sığortalanması.

Müasir şəraitdə sığorta xidmətləri sahəsində maliyyə riskləri bazar iqtisadiyyatı olan ölkələrdə maliyyə bazarının əsasını təşkil edir. Sığorta sahəsinin subyektləri bazarın istənilən müxtəlif sektorlarında aparılan praktiki fəaliyyətlərin dolayısı yollada olsa iştirakçıları qismində çıxış edirlər. Sığorta fəaliyyətinn predmeti sahibkarlığın, digər işgüzar fəaliyyətin olabiləcək xarakteri ilə və biznesin subyektlərinin qoyulan məqsədə nail olmaq və işgüzar maraqları təmin etmək naminə müxtəlif risklərə getmək zəruriyyətinin olması ilə şərtlənir. Risklərin məcburiliyi və qoyulan məqsədə nail olmağa təminatın olmaması biznesin bütün subyektlərini öz işgüzar fəaliyyətlərini təmin edərkən mümkün risklərin qiymətləndirilməsini və proqnozlaşdırılmasını, eyni zamanda risklərdən müdafiəni əvvəlcədən nəzərdə tutsun. Risklərdən ola biləcək mümkün zərərin ödənilməsinə maliyyə təminatı almaq və zərəri qarşılığını ödəmək arzusu xüsusi maliyyə fəaliyyətinə tələbin iki tərəfi adlanır. Bu sığorta xidmətləri adlanır.

Sığorta biznesi iki qrup subyektlərin, istənilən işdə risklərdən qorunmanı və həmin risklərdən dəyə biləcək zərərin kompensasiyanı nəzərdə tutmaq istəyənlərin hər birinin və sığorta xidmətlərinə ödəniş qabiliyyətli tələbi yerinə yetirmək vəziyyətində olan maliyyə biznesi subyektlərinin qarşılıqlı fəaliyyətlərini nəzərdə tutur. Sığorta biznesinin mövcud subyektləri, fiziki və hüquqi şəxslər üçün sığorta xidmətlərini təklif edən sahibkarlardır. Bütün dünyada ixtisaslaşmış sığorta fondlarına sahib olan, ixtisaslaşmış sığorta şirkətlərinin hər biri biznes fəaliyyəti göstərirlər.

Sığorta fondu dedikdə, maliyyə resurslarının toplusu nəzərdə tutulur. Hansı ki, biznesin fərqli subyektlərinin uğursuz faəliyyətində yaranan zərərin yönləndirilməsi üçün istifadə oluna bilər. Sığorta şirkətlərinin əsas fəaliyyət forması risklərdən qorunmaq və zərərin ödənilməsi üçün biznesin fərqli subyektlərinə lazımı sığorta fondlarının qurullması və xidmət göstərilməsi hesab edilir. Sığorta şirkətləri bu tip fondların yaradılmasına görə məsuliyyəti özlərinə götürürlər ki, iştirakçıları müəyyən razılaşma ilə öz haqlarını bu fonda verirlər. Sığorta hadisəsi baş verdiyi zamansa fondların iştirakçıları onlardan zərərinin maddi formada ödənilməsini həyata keçirsinlər.

Sığorta şirkətlərinin maliyyə fəaliyyəti müştərilərinin sığortalanması üzrə fəaliyyətdən ibarətdir. Sığortalanma dedikdə, əvvəlcədən danışılmış hadisə baş verdiyi halda fiziki və hüquqi şəxslərin sığorta maraqlarının müdafiəsi üzrə münasibətlər sistemi başa düşülür. Müştərilərin maraqları, fiziki və hüquqi şəxslərin könüllü və icbari ödəmələrindən formalaşan sığorta fondlarının vəsaiti hesabına reallaşdırılır..

Sığortalanmanı reallaşdıran və ona görə müqaviləyə uyğun şəkildə sığorta edənə çatan haqqı verən, sığorta münasibətlərinin subyektləri sığortaçılardır. Sığortaçılar sığorta müqavilələrinin subyektləri ola bilər, hansıki obyekti onların şəxsən, yaxud üçüncü şəxsin sığorta müdafiəsi adlanır. Sığorta halı baş verərkən yaranan zərərin sığortalılara ödənilməsini özünə borc götürən sığorta münasibətlərinin qrup subyektləri sığorta edənlər adlanırlar.




Sığorta münasibətlərinin subyektləri



Gəlir əldə edənlər

Sığorta edənlər

Sığortaçılar

Sxem 6. Sığorta münasibətlərinin subyektləri
Üçüncü şəxslər çox zaman gəlir əldə edənlər olur. Məhz bunlar sığorta məbləği alan, lakin sığortaçı və sığorta edən tərəf kimi çıxış etməyən insanlardır. Gəlir əldə edən şəxslərin adı sığorta müqaviləsində göstərilə bilər, ancaq o həmdə öhdəlik daşıyacaq ona görə ki, əgər bu baş verməfikdə, gəlir əldə edən qanunla vərəsə sayılır. Sığorta şirkəti, sığortaçı razılaşma əldə olunarkən öz aralarında müqavilə imzalayırlar. Sığorta müqaviləsi - qarşılıqlı, ikitərəfli razılaşmadır, sığorta edən sığorta hadisəsi baş verəndə sığortaçıya və ya gəlirgötürənə sığortahadisəsi zamanı sığorta təminatını ödəməyi, sığortaçı da sığorta haqqını müəyyən müddətdə ödəməyi öz üzərlərinə öhdəlik götürürlər.

Sığorta edən və sığortaçı sığorta məbləğinin həcmi, sığortanın növü haqqda öz aralarında razılığa gəlirlər, hansında kı, konkret riskə görə sığorta ödəmələrinin həcmi pul formasında müəyyən edilir. Müqavilə imzalandıqdan sonra, sığortaçı sığorta edəndən sığorta polisini alır. Bu sənədin olması sığorta müaqviləsinin baş tutmasıni təsdiq edir. Sığorta polisi həmin razılaşmanın obyekti və parametrləri haqqında olan informasiyanı özündə göstərir.

Sığorta fondunun yaradılmasında, artırılmasında yaxından iştirak edən biznes subyektləri, hadisə gerçəkləşən zaman müqavilədə qeyd edilən sığorta məbləği həcmində sığorta ödənişləri alırlar.

Sığorta müqaviləsində qeyd edilən sığorta məbləğinin həcminə müvafiq olaraq sığorta haqqı, yəni sığorta hadisəsi zamanı dəyən zərər qarşılığında götürdüyü öhdəliyə görə sığortaçının sığorta edənə ödədiyi məbləğ müəyyən edilir.

Sığorta haqqı könüllü sığortada sığorta şirkətinin ixtisaslı heyyəti tərəfindən işlənib hazırlanmış tariflərlə hesablanır və sığorta fondunun xidmətini riskə atmıyacaq məbləğ deyilir.

Hazırda, sığorta müqavilələləri bir birindən ən əsas predmetinə görə fərqlənirlər, halbu ki, sığorta sahələrinin daxilində yerləşirlər. Sığortanın təsnifatı belədir: şəxsi sığorta, əmlak sığortası və mülki məsuliyyət sığortası

Bunlarda öz növbəsində, hər biri ayrı-ayrı növlərdən ibarətdir.

Şəxsi sığorta. İnsanların həyatı, sağlamlığı, şəxsi gəliri, əmək qabiliyyəti ilə bağlı onların əmlak maraqlarının sığorta müdafiəsini təmin edən sığorta sahəsi nəzərdə tutulur. Bu sahədə sığorta müdafiəsini, həyatın özü, əmək qabiliyyəti, saglamlıq, eyni zamanda fiziki şəxslərin şəxsi gəlirləri də təşkil edir. Hansıki ölüm, bədbəxt hadisələr və inflyasiyaya görə sığorta edənin, eləcədə sığortaçının gəlirləri də azala bilər. Fiziki şəxslərin şəxsi sığortasının ən asas növü tibbi sığortadır.

Əmlak sığortası, sığortaçıya və sığorta edənin əmlakın sahibliyi, istifadəsi və sərəncam verməsi ilə bağlı əmlak maraxlarının sığorta müdafiəsini təmin edən sahələr anlaşılır.

Mülki məsuliyyət isə sığortalının səhvi üzündən kənar üçüncü şəxsə dəymiş ziyanın sığortaçı tərəfindən ödənilməsini həyata keçirən sığorta sahəsi başa düşülür. Sığortanın bu sahəsində sığorta müqaviləsinin obyektlərini sığortaçının özünün əmlak və şəxsi marağı, eyni zamanda biznesin digər subyektlərinin işgüzar maraqları da təşkil edir, hansıki razılığın həyata keçirilməsi prosesində yanlış hərəkət, yaxud hərəkətsizlik zamanı zərər çəkə bilər.

Bütün dünyada sığorta biznesi icbari və könüllü farmalarda inkişaf etdirilir və bunun nəticəsi olaraqda, icbari sığortanın obyekti və könüllü sığortanın obyekti fərqlənir. İcbari sığortalanmaya vətəndaşların həyatı, sağlamlığı növləri daxildir. Digər qalan obyektlər könüllü sığortalanma sferasına daxil edilə bilər.

Azərbaycan Respublikasında 01.01.2016 cı il tarixinə olan rəsmi statistikaya görə 26 sığorta şirkəti və 6 broker kontorları fəaliyyət göstərir. Sığorta şirkətlərinin 24-ü milli sığortaşılar və 2-i isə birgə sığortaçılar, o cümlədən Azərbaycan-İspaniya - 1, Azərbaycan-Türkiyə - 1 təşkil edir.




Azərbaycan Respublikasında sığorta haqları, min manatla3


Sığortanın növləri
İllər üzrə

2000

2005

2015













Könüllü sığorta növləri

13040,2

76820,0

286769,6













o cümlədən:










şəxsi sığorta

1911,4

13110,0

163945,5













əmlak sığortası

8696,0

63710,0

122824,1













İcbari sığorta

2478,3

5740,0

194683,0













Yekun

15518,5

82560,0

481452,6













Yüklə 290,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə