Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti (unec) m a g I straturam ə r k ə z I



Yüklə 290,68 Kb.
səhifə5/6
tarix14.09.2018
ölçüsü290,68 Kb.
#68688
1   2   3   4   5   6


Cədvəl 4.

Aparılan iqtisadi təhlil onu göstərir ki, ümumi sığorta haqlarının tərkibində könüllü sığorta növlərinin xüsusi şəkisini faizlərlə ifadə etsək, 2000-ci ildəki 84 faizdən 2005-ci ildə 93,1 faizə qalxmış, 2015-ci ildə isə 59,6 faizə düşmüş, icbari sığortanın xüsusi çəkisi isə əksinə 16 faizdən 40,4 faizə qalxmışdır. Könüllü sığorta növlərinin sığorta haqlarının tərkibində xüsusi çəkisinin azalması əmlak və icbari sığorta hesabına baş vermişdir.

Sığorta biznesinin aktiv artan inkişaf səviyyəsi haqqda sığorta haqlarının ÜDM-ə nisbəti ümumləşdirici göstərici aydın təsəvvür yaradır. Ölkə üzrə bu göstərici 2000-ci ildəki 3,2 faizdən 2015-cu ildə 4,4 faizə qədər yüksəlmişdir. Ancaq bu göstərici digər ölkələrlə müqayisədə çox aşağıdır. İnkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə yığılan sığorta haqları ÜDM-in 20 %-i təşkil edir.

Bazar münasibətlərində olan ölkələrdə sığorta şirkətlərinin yaradılması ölkəmizdən fərqli formada həyata keçirilir. Belə ki, səhmdar cəmiyyətləri formasında yaradılır, onların səhmləri qiymətli kağızlar və fond birjalarında sərbəst alınır və satılır.


Azərbaycan Respublikasında sığorta haqlarının sığorta növləri üzrə strukturu, faizlə4


Sığortanın növləri
İllər üzrə

2000

2005

2015













Könüllü sığorta növləri

84,0

93,1

59,6













o cümlədən:










şəxsi sığorta

12,3

15,9

34,1













əmlak sığortası

56,0

60,7

25,5













İcbari sığorta

16

6,9

40,4













Yekun

100,0

100,0

100














Cədvəl 5.

Sığorta şirkəti əsas funksiyaların məhdud məcmusunu həyata keçirən iri sahibkarlıq firmasıdır.




Sığorta şirkətlərinin funksiyaları


Müştərilərin təhlükəsizliyinin təmin edilməsi




Analitik

Şəxsi təhlükəsizliyin təmin edilməsi

Sxem 7. Sığorta şirkətinin əsas funksiyaları
Yuxarıda Sxem 7-də qeyd edildiyi kimi, Sığorta şirkətinin yerinə yetirdiyi funksiyalarına müştərilərin təhlükəsizliyinin təmin edilməsi, analitik, həmçinin şəxsi təhlükəsizliyinin təmin edilməsi funksiyaları daxildir. Müasir şəraitdə dünyada sığorta şirkətləri eyni zamanda öz müştərilərinin həm maliyyə məsləhətçiləri və həm də onlara dəyən zərərin kompensatorları, onların müdafiəçiləri, onların apardıqları razılıqların təminatçıları, həmçinin onlara bilavasitə nəzarətçilər olmalıdırlar.

Sığorta şirkətləri biznesin məhdud ixtisaslaşmış subyektləri hesab edilir. Belə şirkətlərə maliyyə dilerləri, kommersiya bankları, yaxud investisiya fondları kimi fəaliyyət göstərmək qəti şəkildə qadağan edilir. Eyni zamanda maliyyə biznesinin, bank, investisiya subyektlərinin sığorta xidmətləri göstərmək kimi bir hüququ yoxdur.

Biznesin ən aparıcı sahəsi olan sahibkarlıq fəaliyyətinin sürətli inkişafı əmlak sığortasının yeni növünün, sahibkarlıq risklərinin sığortalanmasının da səbəb olmuşdur. “ Sığorta haqqında ” Azərbaycan Respublikasının Qanununda qeyd edilir ki, sahibkarlıq risklərinin sığortalanması əmlak sığortasının ayrıca lisenziyalaşdırılan növüdür. Biznes fəaliyyətində planlaşdırılan mənfəətin azaldılması səbəbləri aşağıdakı kimi risklərlə şərtləşir:


  • qəza, təbii fəlakət və digər analoji hadisə baş verərkən istehsal prosesinin pozulması ilə bağlı risklər;

  • bazar strukturunun dəyişilməsi, malgöndərənlər, məhsulların, xidmətlərin istehlakçıları tərəfindən sazişdəki şərtlərin yerinə yetirilməməsi riskləri;

  • müxtəlif istehsal növlərinin pul vəsaitləri, eləcə də digər resurslarla investisiyalaşdırılması ilə bağlı risklər;

  • yeni texnika, texnologiyanın tətbiqi riskləri. Bəzən bu riskləri innovasiya riskləri kimi də adlandırırlar.

Bu tip risklər biznes fəaliyyətinin sığortalanması mühitini təşkil edir. Biznes risklərinin sığortalanması, fəaliyyətin dayanması ucbatından, yaxud sığorta halının baş verməsi ilə yaranmış əmlak zərəri nəticəsində dəyən ziyanın sığorta müdafiəsini diqqətdə tutan əmlak sığortasının növü başadüşülür.

Nəzəriyyədə biznesin tipləri aşağıdakılardır:



  • əsas istehsal

  • köməkçi istehsal

  • innovasiya

  • ticarət vasitəçilik

  • maliyyə kredit

  • sosial sferada xidmətlərin göstərilməsi.

Əsas istehsal işin yerinə yetirilməsi, əmtəənin hazırlanması, onların reallaşdırılması xidmətlərin göstərilməsi.

Köməkçi istehsal məsləhətçi xidmət, injinirinq, nou xau, elmi-tədqiqat, audit, təcrübi-konstruktor işləri və.s.

İnnovasiya elmi, texniki və başqa yeniliklərin tətbiqi üçn işlənməsi və əmtəə istehsalçılarına ötürülməsi.

Ticarət vasitəçilik, birja, broker, ticarət, agent fəaliyyəti, komission ticarət və. s.

Maliyyə kredit, investisiya fondları, banklar və şirkətlərin, sığorta təşkilatlarının fəaliyyəti.

Sosial sferada xidmətlərin göstərilməsi təhsil, idman, tibb, turizm, mədəniyyət, istirahət.

Biznes fəaliyyətinin sığortalanması növləri, sığorta metodlarının adlarına, sığorta hadisələrinin nəticələrinə uyğun gəlir. Onları biznes fəaliyyətinin aşağıdakı mərhələlərinə uyğun şəkildə şərti bölmək olar:

Birinci mərhələ kapitalın investisiyalaşdırılması ilə bağlıdır, hansıki əsas fondlara, dövriyyə vasitələrinə, qiymətli kağızlara, elmi-texniki məhsula yönəldilə bilər. Qoyulan kapitalın sığorta təminatı investisiyanın, maliyyə təminatının sığortalanmasının dəstəyi ilə həyata keçirilir.

İkinci mərhələ sahibkarın sığorta müdafiəsinin dövretməsi qəzadan, təbii fəlakətdən, üçüncü şəxsin qeyri-qanuni hərəkətlərindən və ya hərəkərsizliyindən ziyanın kompensasiyasına təminat verən əmlak sığortasının müxtəlif növləri tərəfindən təmin edilə bilər.

Dövretmənin üçüncü mərhələsində ödənişlərin, eyni zamanda ixrac kreditlərinin sığortalanması nəzərdə tutulur.

Biznes fəaliyyətində sığortası reallaşan risklər aşağıdakı kriteriyalara görə təsnifləşdirilir:

I. Nəticənin xarakterindən asılı olaraq:

- spekulyativ

- xalis


Xalis risklər, ziyanın mümkünlüyü, və yaxud da situasiyanın ziyansızlığı başa düşülür. Xalis risklərin ən əsas əlaməti ondadır ki, onlar hər zaman praktiki sahibkar üçün, eyni zamanda cəmiyyət üçün itki əmələ gətirir.

Spekulyativ risklər isə sahibkar üçün ya itki, ya da mənfəət gətirir.

II. Yaranma sferasına görə:

- xarici

- daxili

Xarici risklər, sahibkarın fəaliyyəti ilə birbaşa olaraq bağlı deyil və onun nəzarətindən xaricdə, kənarda yerləşir.

Daxili risklər sahibkarın fəaliyyəti ilə birbaşa olaraq bağlıdır və onun nəzarəti altında olur.

III. Müddətinə görə:

- qısamüddətli

- daimi


Qısamüddətli risklər qısa vaxt ərzində yarana bilər. Buna nümunə olaraq şərti formada izah versək, məsələn: yüklərin daşınması və əmtəənin anbarlarda saxlanılması zamanı.

Daimi risklər bir sıra vəziyyətlərlə əlaqədar daim iştirak edirlər. Buna nümunə olaraq şərti formada izah versək, məsələn: müəssisənin coğrafi vəziyyəti və ya iqtisadiyyatın ən əsas sahəsinin xüsusiyyəti.

IV. Baş verməsi təbiətindən asılı olaraq sahibkar öz fəaliyyəti prosesində:

-siyasi


- texniki

- istehsal

- kommersiya

- maliyyə və s. kimi risklərlə üzləşə bilər;

V. Risk dərəcəsinə görə hansıki:

- itki halının baş verməsi ehtimalı

- mümkün ziyanın riyazi gözlənilməsi

Riskin dərəcəsi gözlənilən itki miqyasının sahibkarın əmlakının həcminə olan nisbətdən, eyni zamanda həmin itkinin baş verməsi ehtimalından asılıdır.

VI. Riskin obyektinə üçün sahibkarın əsas fondlarına təhlükə yaradan:

- sahibkarlıq riski

- qeyri-material aktivlərə təhlükə yaradan risk.

Birinci növə katostrofik, təbii və siyasi risklər aid etmək olar. İkinci növə maliyyə vəsaitlərinə təhlükə ola biləcək siyasi, bazar risklərinin bəzi hissəsini aid etmək olar. Qeyri material aktivlərinə təhlükə yaradan risklərə sahibkar tərəfindən qudvili aid etmək olar.

Ölkəmizdə biznes risklərinin sığortalanması elədə güclü inkişaf etməmişdir. Bunun əsas səbəbi kimi, sığorta bazarının istənilən qədər inkişaf tapmaması ilə sıx bağlıdır. Biznes risklərinin sığortalanmasının istənilən səviyyədə olmamasının digər bir əsas səbəbi sığorta şirkətlərinə sahibkarların inanmamasıdır.

Sahibkarlıq risklərinin sığortalanmasının ən əsas hissəsi istehsalda fasilədən zərərin sığortalanmasıdır. Praktikada bu sadalananların tətbiqi, biznesin növündən birbaşa asılıdır. Təəbiidir ki, əmtəənin reallaşdırılması, istehsal prosesinin fasiləsizliyi, işin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi kommersiya fəaliyyətinin inkişaf etməsinin başlıca şərtlərindən biridir.

Hər bir müəssisə istehsalın boş dayanması nəticəsində, əmələ gəlmiş zərərdən sığortalana bilər. Boşdayanma müxtəlif səbəblərdən baş verə bilər ki, bunlara avadanlığın sındırılması, yanğın, kommersiya amilləri, təbii fəlakət və başqa ekstremal situasiyalar nəticəsində baş verə bilir. Buna əsaslanaraq qeyd etmək olar ki, istehsalda fasilələrdən sığortalanma, sığorta müqaviləsində nəzərdə tutulan hadisələrin baş verməsi ilə əlaqədar öz fəaliyyətinin həyata keçirilməsinin qeyri mümkünlüyü üçün dəymiş itkinin müəssisələrə ödənilməsinə yönəldilmişdir. Boşdayanma hadisəsinin sığortalanması əmlak sığortası ilə sıx əlaqədardır.

Biznes risklərinin sığortalanmasının ən önəmli alətlərindən biri də müqavilə öhdəliklərinin həyata keçirilməsi ilə əlaqədar olaraq maliyyə risklərinin sığortalanmasıdır, hansında ki, sığorta şirkəti kontragentlər tərəfindən müqavilə öhdəliklərinin icra olunmaması üçün alınmış ziyanın müəssisəyə ödənilməsini öz üzərinə götürür. Bu malın göndərilməməsi, yüklənməmiş malın ödənilməməsi, , işin yerinə yetirilməməsi və s. ola bilər.

Müqavilədə göstərilən öhdəliklərin həyata keçirilməməsi riskinin müqaviləsi üzrə sığortaçılar qismində təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, sığorta müqaviləsi bağlayan fiziki şəxslər, həmçinin müqavilə öhdəliklərinin icra olunmaması hadisəsinə sığorta edənlə tanınırlar.

Sığorta edən müqavilə üzrə sığortaçı və onun müttəfiqi arasında müqavilə öhdəliklərini təsdiqini tapdığı hər hansı bir sənəd olmadığı zaman, birtərəfli qatdada sığorta müqaviləsini bağlamaqdan imtina etmək hüququ yaranmış olur.

Sığorta məbləği sığorta müqaviləsi ilə təyin olunan pul məbləğidir. O məbləğ ki, onun əsasında sığorta haqqı və sığorta ödənişlərinin həcmi müəyyən edilir. Sığorta məbləği, sığorta edən və sığortaçı arasında saziş razılaşmasına görə təyin edilir və sığorta dəyərindən, eyni zamanda kontragentlər tərəfindən müqavilə öhdəliklərinin icra olunmaması nəticəsində gəlir itkisindən çox ola bilməz.

Sığorta haqqının miqdarı, sığorta məbləğindən, tarif stavkası və faiz həcmindən asılı şəkildə müəyyən edilir. Onlara kontraktların fərdi riskdən və tipindən asılı olaraq müəyyən düzəlişlər edilə bilər.

Sığortaçı sığorta edənə ümumi sənədləri və sübutları verməyə və sığorta edən tərəfindən həyata keçirilməsi üçün zəruri olan bütün növ informasiyaları qarşı tərəfə çatdırmağa borcludur. Əlavə olaraq, müəssisə müqaviləsi olduğu sığorta şirkətinə istənilən hadisə və səığorta hadisəsi haqqında məlumat verməyə borcludur. Bu sığorta riskinin dərəcəsinin artımasına səbəb olsa belə. Sığorta şirkəti müşahidə etsə ki, riskin dərəcəsi əhəmiyyətli dərəcədə çoxalıb,o zaman sığorta müqaviləsinin müddətinin vaxtından əvvəl dayandırmağa tam hüququ vardır. Sığorta şirkəti ona verilmiş informasiyanın nə qədər dəqiq olmasını dəqiqləşdirə bilər.

Bir çox dünya ölkələri üçün intellektual mülkiyyət sahəsi, iqtisadi inkişafın əsas prioriteti hesab edilir. Dünyada ümumi iqtisadi artımın ¾ hissəsi elmi və texniki tərəqqinin hesabına təmin edilir. İntellektual mülkiyyət obyektləri ilə beynəlxalq ticarətin hər il artmaqda. Dövlət, təsərrüfat subyektləri onlara aid olan intellektual mülkiyyətdən qanunsuz istifadəsində zamanı böyük zərərə düçar olurlar. Buna görə də həmin zərərin kompensiyasına tələbat da artır. Bu mövcud şəraitdə dövlətin müxtəlif xarakterli tədbirləri ikinci plana keçir. Keyfiyyətcə isə yeni metoda ehtiyac yaranır.

Belə situasiyada mümkün itkilərdən intellektual mülkiyyət sahiblərinin müdafiə forması kimi sığorta haqqında məsələ olduqca önəm kəsb edir. İEÖ-in bəzilərinin, o cümlədən ABŞ-da, Fransada, Böyük Britaniyada sığorta şirkətləri intellektual mülkiyyətin sığorta bazarında xeyli uzun zaman uğurla işləyirlər. Məlumat üçün qeyd edimki, Fransada bu sığorta növü 1981-ci ildə yaranmışdır.

İntellektual mülkiyyətin sığortası dediyimiz zaman sığorta növlərinin ümumi məcmusu nəzərdə tutulur. Sığorta obyektləri intellektual fəaliyyətin istifadəsi, yaradılması, yaxud nəticələrinin dövr etməsi ilə əlaqədardır.

Ümumdünya İntellektual Mülkiyyət Təşkilatının təsis etdiyi əsasnaməyə müvafiq olaraq intellektual mülkiyyətə aşağıdakılara aid hüquq daxil edilir:


  • bədii və elmi əsərlərə, ədəbiyyata;

  • artistlərin ifa fəaliyyətinə;

  • radioteleviziya verilişlərinə, səsyazmaya,;

  • insan fəaliyyətininhər bir sahə üzrə ixtiralara;

  • elmi kəşflərə;

  • sənaye nümunələrinə;

  • xidmət nişanına, əmtəə nişanına;

  • kommersiya işarələrinə;

  • elmi ədəbiyyat, haqsız rəqabətə qarşı müdafiə, bədii sahələrdə intellektual fəaliyyət, həmçinin istehsal, aid bütün digər hüquqlar.

İntellektual mülkiyyətin obyektinin xarakterindən asılı olaraq iki əsas böyük qrupa ayrılır:

- müəlliflik hüququ. Bu elmi əsərlərə, incəsənətə və ədəbiyyata şamil olunur;

- sənaye mülkiyyəti. Bu insanın maddi sahədə istifadə edilən intellektual fəaliyyətin nəticələrinə, ixtira, sənaye nümunələri, yararlı modellərə, eyni zamanda ticarət dövriyyəsində istifadə edilən qanunla mühafizə olunan simvol və işarələrə müstəsna hüquq.

İnvestisiya fəaliyyəti risklərlə sıx bağlıdır. İnvestisiya riskləri, kapital qoyuluşundan gözləntilərin tam, və ya qismən itməsidir. Başqa formada desək: investisiya prosesinin fərqli mərhələlərində investisiya məhsullarının tam, yaxud qismən itməsində; tikinti, quraşdırma işləri müddətlərinin pozulmasında, eləcə də gecikdirilməsində; qoyulmuş vəsaitlərin ödənilməsinin təminatı mümkün olmadıqda.


İnvestisiya risklərinin təsnifatı aşağıdakı qrup risklər üzrə aparılır.


İnvestisya risklərinin təsnifatı



siyasi


dövlət tənzimlənməsi





sahəvi

ekoloji



idarəetmə

maliyyə




rəqabətli

marketinq




hüquqi

istehsal



Sxem 8.
Risklərin idarə edilməsinin əsas metodları riskin azaldılması, riskdən imtina, riskin verilməsi, riskin qəbul edilməsi metodlarına bölünür. İnvestisiya risklərinin idarə edilməsi idarəetmə, hüquqi və maliyyə alətlərini daxil etməklə göstərilən metodlardan biri, və ya bir neçəsi ilə reallaşdıra bilər. İnvestisiya risklərinin idarə edilməsinin effektiv metodlarından ən birincisi də sığortadır.

İnvestisiya risklərinin sığortalanması eyni zamanda da sığortanın üç əsas hissəsinə daxil edilir:

- şəxsi sığorta

- əmlak sığortası

- məsuliyyət sığortası

İnvestisiya risklərinin sığortalanması həyatını, obyektlərini və sağlamlığının qorunması, əmlakın sahibliyi və sərəncam verilməsi ilə bağlı, fiziki və hüquqi şəxslərin sığorta maraqları, sahibkarlıq, investisiya fəaliyyətinin reallaşması prosesində üçüncü şəxslər qarşısında məsuliyyət, eləcədə əmlak maraqları təşkil edilir. Sığortanın predmeti isə fərqli situasiyalardan investisiya fəaliyyətidir. İnvestisiya layihəsinin sığortalanmasının ən əsas problemləri bunlardır:

- düzgün təşkili olduqca mürəkkəb layihələrin həyata keçirilməsi və maliyyələşdirməsi risklərinin sığortalanması. Sığorta fəaliyyəti lisenziyalaşdırılır. Lisensiya almaq üçün, xüsusilə investisiya layihələrinin reallaşdırılması sənədlərin hazırlanması və maliyyələşdirilməsi ilə bağlı sığorta bazarının yeni mərhələsini mənimsəyərkən sığorta şirkətləri üçün olduqca çətindir;

- layihələrin gerçəkləşməsinin real mövcud praktikasını obyektiv dəyərləndirilməsi ilə bağlı çətinlik;

- investisiya layihələrinin gerçəkləşməsi və maliyyələşdirilməsi risklərinin sığortalanması.

Sığorta biznesində aktuarların rolu çox vacibdir. O, sığortaçıya göstərdiyi xidmətin maya dəyərini müəyyən etməyə imkan verir, eyni zamanda onun köməyi ilə sığorta şirkətinin fəaliyyətində maliyyə, iqtisadi və təşkilati müvəffəqiyyətlərin, və yaxud da neqativ hallarının səbəblərinin hərtərəfli formada təhlili və aydınlaşması üçün mühit yaradılır. Aktuarlı kalkulyasiya sazişlər üzrə sığorta haqlarının məbləğini müəyyən etməyə gətirib çıxarır. Həmin sığorta haqların həcmi sığorta edən tərəfdən qəbul edilən riskin ölçülməsini ehtiva edir..

Sığorta ehtiyatları sığorta edənlərin sığortaçılarla bağladığı sığorta müqaviləsi üzrə öhdəliklərin ümumi cəmini əks etdirir. Sığorta edənin hesabında sığorta ehtiyatı yoxdursa, bu heç də onun məcmu sığorta fondunun formalaşmasında iştirak etməməsi mənasına gəlmir.

İqtisadi mənada sığorta ehtiyatı, sığorta edən tərəfin yox, sığortaçının sığorta müqaviləsindəki öhdəliklərə müvafiq olaraq sığorta ödənişini reallaşdırmaqdan ötrü təyin olunmuş vəsaitidir. Sığorta ehtiyatının cəmi sığorta, təkrar sığorta müqavilələrində növbəti ödəmənin məbləğini tam bağlamalıdır. Ehtiyatın həcminin təyin edilməsi sığorta edənin, əməliyyatların hərtərəfli təhlilinin nəticəsi kimi hesab edilir, nəticəsi və etibarlılığı sığorta edənə müflisləşmədən olduqca əhəmiyyətli dərəcədə təminat verir. Amma sığorta ehtiyatlarının həcmi, sığorta şirkətinin etibarlılığına, maliyyə dayanaqlığına təsir göstərmir. Sığorta ehtiyatı öz xarakteri üçün hər şeydən öncə sığorta edənin kreditor borcudur. Onun artması həm də eyni zamanda öhdəliklərin də artması deməkdir.

Sığorta bazarı İEÖ-də sığorta ehtiyatlarının formalaşması, dövlət sığorta nəzarəti qurumunun iştirakı ilə qanunvericiliyə uyğun şəkildə müəyyən edilir. Sığorta ehtiyatının tənzimlənməsi üzrə aşağıdakı metodları vardır:

- Sığorta ehtiyatlarının həcminin və tərkibinin təyin edilməsi;

- Sığorta ehtiyatının formalaşması qaydalarının təsdiq edilməsi;

- Sığorta şirkətlərinin hesabatında ehtiyatların vəziyyətinin əks etdirilməsi

qaydasının təyin olunması.

Müasir sığorta şirkətləri 3 qrup ehtiyatlar formalaşdırırlar:

- sığortanın başqa növləri üzrə texniki ehtiyat;

- həyat sığortası ehtiyatı;

- qabaqlayıcı tədbirlər ehtiyatı.

Həyatın sığortalanması ilə bağlı ehtiyatlar onların hesablanması nəticəsində riyazi ehtiyatlar hesab edilirlər.

Həyat sığortası ilə bağlı sığorta ehtiyatlarının formalaşması pul formasında sığorta edənin öhdəliklərini dəyərləndirmək üçün həyata keçirilir. Həyat sığortası ilə bağlı sığorta ehtiyatlarına aşağıdakı ehtiyatlar daxildir:

- İlk olaraq riyazi ehtiyat. Bu ehtiyatın yaranması həyat sığortası sözləşməsi üzrə sığorta edənlərin öhdəliklərini qiymətləndirmək məqsədi ilə həyata keçirilir;

- sığorta öhdəliklərinə xidmət məsariflərinin ehtiyatı;

- tənzimlənməyən lakin bildirilmiş, sığorta hadisələri ilə bağlı ödəmə ehtiyatı;

- bildirilməmiş lakin artıq baş vermiş sığorta hadisələri üzrə ödəmə ehtiyatı;

- əlavə ödəmə ehtiyatı;

- bərabərləşdirilmiş ehtiyat. Bu ehtiyatın hazırlanması sığorta mükafatının təhlilinə nəzərən sığorta ehtiyatlarının hesablanmasında, hesablamanın daha konservativ bazasaının tətbiqi ilə yaranmış sığorta mükafatlarının defisiti formasında sığorta edənin öhdəliklərinin əlavə təmin edilməsinin təyin edilməsi məqsədi ilə həyata keçirilir.

Həyat sığortası ilə bağlı ehtiyatların yaradılması üçün riyazi ehtiyat, bildirilmiş, lakin tənzimlənməyən sığorta hadisəsi ilə ödəmə ehtiyatı məcburidir. Qalan sığorta ehtiyatları isə həyat sığortası müqaviləsinin şərtlərindən bağlı olaraq formalaşdırılır.

Sığortanın digər növləri ilə bağlı texniki ehtiyatların formalaşması riskin fərqli bölüşdürülməsi və sığorta ehtiyatlarının formalaşdırılmasının mənbəyi kimi tarif dərəcəsinin digər fərqli metodikası, strukturu ilə bağlıdır. Sığorta ehtiyatlarının formalaşması qaydaları əvvəllər Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilirdisə də, hal-hazırda bu vəzifəni Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir. Sığorta edən bu vahid qaydalara uyğun şəkildə sözü gedən sığorta növü ilə sığorta ehtiyatlarının formalaşması haqqda əsasnamə tərtib edir və təsdiq edərək və onu Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. Sığorta ehtiyatlarına aşağıdakılar daxil edilir:

- qazanılmamış mükafat ehtiyatı

- zərərlər ehtiyatı;

- başqa sığorta ehtiyatları.

- bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı;

- stabilləşmiş ehtiyat;

- baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı;

3.2. Maliyyə risklərinin planlaşdırılması və proqnozlaşdırılmasının təkmilləşdirilməsi.
Risklərin idarə edilməsinə ümumi şəkildə yanaşma sahibkar üçün mövcud resurslardan daha səmərəli şəkildə istifadə etməyə, biznes fəaliyyətini yaxşılaşdırmağa, məsuliyyəti bölüşdürməyə və riskin təsirindən qorunmaq üçün təhlükəsizliyini təmin etməyə şərait yaradır. Risklərin idarə olunması biznes fəaliyyətinə təsirinin zəifləməsi ilə kompleks şəkildə tədbirlərin işlənib hazırlanması və reallaşdırılmasını planlaşdırır. Sahibkar üzərinə götürəcək riski qiymətləndirərkən, riskin mümkün olan nəticələrinin maliyyələşdirilməsi proqramının reallaşdırılması ilə bağlı zəruri resursların varlığından çıxış edir və yaxşı halda firmanın məqsədinin reallaşdırılmasına imkan yaratmaq üçün bizneslə bağlı tərəfdaşların riskə yanaşmasını diqqətdə saxlamağa çalışır.

Yol verilən risk dərəcəsi, istehsalın həcmi, əsas fonların ölçüsü, rentabellik səviyyəsi və s. kimi parametrlərin diqqətə alınması ilə təyin edilir. Əlavə olaraq demək olar ki, müəssisə nə qədər çox kapitala sahibdirsə, o, riskə qarşı daha az həssas olur və sahibkar riskli vəziyyətlərdə daha cəsarətlə qərar qəbulunu edə bilir.

Risklərin azaldılması bazar münasibətləri şəraitində firma və müəssisələrdə biznes planın işlənib yığılması, eləcə də proqnozlardan çox asılıdır. Proqnozlaşma və planlaşma müəssisənin həcmindən, onun mülkiyyətinin təşkilati, hüquqi formalarından asılı olmayaraq müəssisələrin işgüzar fəaliyyətinin tərkib hissəsidir.

Biznes plan hər hansı şəraitə uyğun olaraq, biznesin genişlənməsi imkanlarının təhlilini geniş şəkildə əhatə edir. Biznes plan imkanlardan səmərəli şəkildə istifadə edilməsinə və eləcədə mövcud sahədə mümkün ola biləcək risklərin dərəcəsinin aşağı endirməklə əlaqədar dəqiq təkliflər hazırlanmasına şərait yaradır. Zəruri hesablamalara malik konkret milli biznes planı, sahibkara fəaliyyətini genişləndirməyə, baş verə biləcək dəyişiklikləri, eləcə də gələcək problemləri əvvəlcədən görməyə, əməliyyatlara nəzarət etməyə, pul resurslarının ehtiyatını müəyyənləşdirməyə, fəaliyyətinin gözlənilən müvəffəqiyyətini qiymətləndirməyə kömək edir. Biznes planın tam olaraq işlənib hazırlanması, layihənin genişlənməsi elmi proqnozlaşdırma ilə müşayiət edilir.

Ehtiyat pul resurslarının yaradılması, planlaşdırılmamış xərclərin örtülməsinə xidmət göstərir. Pul resurslarının təkmilləşdirilməsi potensial riskləri aşağıdakı nisbətin müəyyənləşdirilməsinini diqqətdə saxlayır. Elə buna görə də layihələrin gerçəkləşməsi zamanı çatışmazlıqların dəyişməsinə təsir göstərir. Burada ən əsas problemlərdən biri riskləri nəticələrinin qiymətləndirilməsidir. Planlaşdırılmayan xərclərin yönləndirilməsi yaradılan ehtiyatların məbləğindən asılıdır. Yaradılmış ehtiyatın həcmi azlıq təşkil etdikdə, yəni onların israfçılığı, artıq vəsaitlərin xərclənməsi baş verir.

Mövcud problem nə qədər başadüşülən olarsa, yaxşı təhlil edilərsə, o zaman sahibkarlar fəaliyyətə başlayarkən problemin həlli ilə əlaqədar daha düzgün qərarlar qəbul etməklə risklərin səviyyəsini aşağı salmış olarlar. Ən uyğun, səmərəli biznes plan investorlarla və partnyorlara razılaşdırılıb hazırlanan məsələləri öz üzərində əks etdirir. Bu isə aşağıdakılardan ibarətdir:



  • planlaşdırılan fəaliyyət sahələri reallıq əks edirmi? Eyni zamanda yetərincə etibarlı və səlahiyyətlidirmi?

  • fəaliyyət gerçəkləşdirmək üçün ehtiyac olan texniki baza kifayət edəcək səviyyədə təkmilləşibmi?

  • istehsal olunacaq məhsula, eləcədə göstəriləcək xidmətə görə tələb hansı müddətə davam edəcək?

  • daxili, xarici analoji məhsullara olan tələb eləcədə qiymət dinamikası hansı səviyyədədir?

Yuxarıda qeyd olunan hesablamalar biznes planın iqtisadi nöqteyi nəzərdən ən uyğun variantının seçilməsi üçün mühüm əhəmiyyət daşıyır. Optimal, səmərəli variantda hazırlanmış biznes plan, düşünülmüş gəlirlərin əldə edilməsinin ehtimallıq dərəcəsini da artırır..

Əgər biznes planın hazırlanmasında sahibkarın özü şəxsən iştirak edirsə, o zaman planda düşünülmüş mərhələlər riskin aşağı endirilməsinə daha çox təsir göstərməlidir. Ona görə ki, sahibkarın özü tərəfindən növbəti bu kimi fəaliyyət prosesi modelləşdirilir, biznes planın hazırlanması hər bir mərhələ üzrə yoxlanılır, qarşıya qoyulan məqsəd, vəzifələrə nail olmaq üçün planlaşdırılan və planlaşdırılmayan risklərin mövcudluğu öyrənilir, xərclərin ən son nəticələrinin uçotu aparılır.

Biznes plan olduqca mürəkkəb sənəd olaraq vahid struktura malikdir. Bu sənəddə sahibkarın potensialı, sahibkarın düşüncələrinin izahı, biznesin daxili, xarici mühitinin təhlili, firmanın inkişaf tempi haqqında göstəricilər əks olunmaqdadır. Sahibkarın öz fəaliyyətində qarşılaya biləcəyi hər növ çətinlikləri, təhlükələri üzə çıxararaq onların həll olunması yollarını özündə əks etdirməli olan biznes planın ən əsas xüsusiyyətlərindən biri bazarın tələblərinə uyğun, zəruri ehtiyatların əldə edilməsi imkanlarını diqqətdə saxlamaqla sahibkarlıq fəaliyyətini yaxın perspektiv dövrlərə planlaşdırmaqdır.

Biznes planın, sahibkarlıq riskinin aşağı salınmasına təsiri o vaxt əsaslı olur ki, biznes planın mərhələləri arasında əlaqələrdə ardıcıllıq gözlənilsin. Risklərin aşağı salınması məqsədi ilə hazırlanmış biznes plan aşağıdakı sxemdə göstərilir.



Yüklə 290,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə