AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
“MAGİSTRATURA MƏRKƏZİ”
Əlyazması hüququnda
Əzizov Əli İskəndər Ağasəlim oğlu
“Sənaye məmulatlarının keyfiyyətinin qiymətləndirilməsinin ümumi
prinsiplərinin analizi” mövzusunda
MAGİSTR DİSSERTASİYASI
İxtisasın şifri və adı: 060643 – “Çoxişlənən malların texnologiyası mühəndisliyi”
İxtisaslaşma: - “Tikiş məmulatlarının texnologiyası”
Elmi rəhbər: t.e.n., prof.ŞAMXALOV O.Ş.
Magistr proqramının
rəhbəri: t.e.n.,prof.ŞAMXALOV O.Ş.
Kafedra müdiri: s.ü.f.d.MƏMMƏDOVA L.H.
BAKI – 2016
MÜNDƏRİCAT
səh.
Giriş ............................................................................................................
|
3
|
FƏSIL I.
|
SƏNAYE MƏMULATLARININ VƏ ONLARIN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN TƏSNİFATI HAQQINDA .........................................................................
|
5
|
1.1.
|
Texniki məmulatlarının keyfiyyətinin optimal səviyyəsinin qiymətləndirilməsi .................................................................
|
12
|
1.2.
|
Sənaye mallarının keyfiyyətinin qiymətləndirilməsi prosedurunun ümumi prinsipləri ...........................................
|
21
|
1.3.
|
Sənaye mallarının keyfiyyətinə texniki nəzаrətin növləri ....
|
27
|
|
|
|
FƏSIL II.
|
TEXNİKİ NƏZARƏT XİDMƏTİ VƏ ONUN VƏZİFƏLƏRİ ......................................................................
|
35
|
2.1.
|
Sənaye mallarının keyfiyyət səviyyəsinin iqtisadi cəhətdən qiymətləndirilməsi .................................................................
|
39
|
2.2.
|
Sənaye məhsullarının keyfiyyət səviyyəsinin və göstəricilərinin ekspert qiymətləndirilməsi metodları ...........
|
40
|
2.3.
|
Sənaye məhsullarının keyfiyyət göstəricilərinin nomenklaturunun seçilməsi yolları ........................................
|
51
|
|
|
|
FƏSIL III.
|
SƏNAYE MƏMULATLARININ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN QİYMƏTLƏRİNİN TƏYİN EDİLMƏSİ METODLARI .................................................
|
59
|
3.1.
|
Sənaye mallarının keyfiyyətinin mahiyyəti və onun bazar iqtisadiyyati şəraitində rolu ....................................................
|
61
|
3.2.
|
Sənaye malarının keyfiyyətinin idarə edilməsinin kompleks sistemləri ................................................................................
|
65
|
3.3.
|
Beynəlxalq standartlar və keyflyyətin idarə edilməsinin inkişafının müasir istiqamətləri ..............................................
|
69
|
Nəticə və təkliflər ........................................................................................
|
72
|
İstifadə edilmiş ədəbiyyat siyahısı ..............................................................
|
73
|
G İ R İ Ş
Hər bir dövlətin iqtisadi vəziyyəti onun elmi-texniki inkişafı ilə bağlıdır. Elmi-texniki tərəqqinin əsas məqsədi ən az maddi, əmək və maliyyə resurslarının sərfi ilə yüksək keyfiyyətli məhsulun istehsalını sürətləndirməkdən ibarətdir. Aydındır ki, iqtisadiyyatın və elmi-texniki inkişafın məqsədləri bir-biri ilə üst-üstə düşür, yəni burada əsas məqsəd cəmiyyətin bütün üzvlərinin tələbatını ödəməkdir. İnsanların artan tələbatı ilk növbədə onların yaşayış tərzinin daim dəyişməsi ilə əlaqədardır. Burada elm, texnika və maddi nemətlər istehsalı texnologiyası mühüm rol oynayır.
İstehsal müəssisələrinin stabil işləməsinin, buraxılan məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsinin əsasını bu məhsulların keyfiyyəti təşkil edir. Bununla yanaşı, buraxılan məhsulun keyfiyyətinin təmin edilməsi ancaq istehsalatın təşkilinin yüksək səviyyəsində, personalın müvafiq peşə hazırlıı səviyyəsində, yəni həm onun xüsusi (ixtisas) biliyi səviyyəsində, həm də keyfiyyətin təmin edilməsi metodları və vasitələri sahəsindəki yüksək biliyi səviyyəsində mümkündür.
Keyfiyyət problemi çoxşaxəli və daimi problemdir. Bu problemin çoxşaxəliliyi və mürəkkəbliyi onunla əlaqədardır ki, burada sosial-iqtisadi, mühəndis-texnoloji (texniki), ekoloji, beynəlxalq, siyasi və digər aspektlər vardır. Kifayət qədər keyfiyyətli məhsulun yaradılması və istehsalı, həmçinin elmi-texniki tərəqqi insanlarda daha yüksək keyfiyyət göstəricilərinə malik olan məhsullara yeni və müxtəlif tələbatlar doğurur. Tələbatlar adətən onların ödənilməsi imkanlarını qabaqlayır. Bu, keyfiyyət probleminin həmişəlik olduğunu göstərir. Deməli, məhsulun keyfiyyəti məsələləri ilə həmişə və ciddi məşğul olmaq lazımdır. Keyfiyyətin yüksəldilməsi məsələlərinin praktiki həlli üçün mütəxəssislər tələb olunan biliyi, bacarığı və vərdişi ali məktəblərdə, kolleclərdə və digər təhsil müəssisələrində alırlar. Bu sahədə xüsusi rol iqtisadçı-menecerlərə və mühəndislərə məxsusdur, çünki onlar müəssisələrə rəhbərlik etmək, texniki məmulatları yaratmaq, istehsal etmək və həmin məmulatların səmərəli istismarını təşkil etmək məsələləri ilə məşğul olmalıdırlar.
Sənayenin inkişafının müasir mərhələsinin əsas xüsusiyyəti müasir texnoloji qurğuların və avadanlıqların, göstərilən xidmətlərin və yerinə yetirilən işlərin mürəkkəbliyinin artması, vahid avtomatlaşdırılmış komplekslərdə birləşən mürəkkəb maşın və avadanlıqlar sistemlərinin yaradılması ilə xarakterizə edilir. Texniki tərəqqi məmulatların nomenklaturasının arasıkəsilmədən genişlənməsi və onların yüksək keyfiyyətinə artan tələbatı ödəmək məsələlərini ortaya çıxarır. Bu isə öz növbəsində xalq təsərrüfatının müxtəlif sahələrində istifadə edilən avadanlıqların, maddə və materialların nomenklaturasının artmasına gətirib çıxarır.
Sənayenin bir çox sahələrinin məhsulları konstruktiv cəhətdən mürrəkkəb və çoxhissəlidir. Müasir maşınlar yüzlərlə detallardan ibarətdir. Maşın və mexanizmlərin ayrı-ayrı detallara və qovşaqlara bölünməsinin mümkünlüyü onların kütləvi istehsalı üzrə ixtisaslaşdırılmış müəssisələrin təşkili üçün şərait yaradır. Bu isə texnoloji proseslərin mexanikləşdirilməsinə və avtomatlaşdırılmasına real imkan verir. Bunun nəticəsində istehsal prosesində əlaqələr çətinləşir. Belə ki, məhsulun istehsalında müxtəlif nazirliklərin və idarələrin tabeçiliyində olan yüzlərlə müəssisələr iştirak edir. Belə bir şəraitdə keyfiyyət problemini ancaq elmi əsaslarla həll etmək olar. Elmi əsasları keyfiyyət üzrə tələblərin əsaslandırılması, bu tələblərin təmin edilməsi, onlara riayət edilməsinə nəzarət metodları haqqında bilik təşkil edir.
FƏSİL I. SƏNAYE MƏMULATLARININ VƏ ONLARIN KEYFİYYƏT
GÖSTƏRİCİLƏRİNİN TƏSNİFATI HAQQINDA
Sənaye məhsulu dedikdə, müsbət хassələrə malik olan və istehlakçıların ictimai və şəхsi хarakterli tələbatlarının ödənilməsi məqsədilə istifadə edilən əmək fəaliyyəti prosesinin materiallaşdırılmış nəticəsi başa düşülür. Bütün sənaye məhsulları keyfiyyət səviyyəsinin (teхniki səviyyəsinin) qiymətləndirilməsi məqsədilə iki sinifə bölünür: birinciyə – istifadə zamanı sərf edilən məhsul; ikinciyə – öz ehtiyatını sərf edən məhsul daхildir .
Sənaye məhsullarının göstərilən sinifləşdirilməsi aşağıdakı hallarda istifadə olunur:
-
müəyyən qrup məhsulun keyfiyyət göstəricilərinin tək-tək nomenklatur seçimi aparılarkən;
-
məhsulun tətbiq sahəsi müəyyən edilərkən;
-
konkret məmulatın, yaхud bir neçə məmulatların baza nümunələri kimi qəbul edilməsinin mümkünlüyü əsaslandırılarkən;
-
qrup məmulatların keyfiyyət göstəricilərinin nomenklaturu üçün dövlət standartlar sistemi yaradılarkən.
Digər hallarda məhsulun keyfiyyət səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə onun sinifləşdirilməsi üçün təyinedici əlamətlərin seçilməsi, yaхud onların öz məhsulunun keyfiyyətinə, yəni teхniki səviyyəsinə uyğunlaşdırması dünyada ön хəttə çıхmağa can atan, müəssisənin vəzifəsi sayılır. Məhsul sinifləşdirilərkən ümumdövlət sinifləşdiricilərinə uyğun olaraq onun növü, qrupu və yarımqrupu, sinfi və yarımsinfi göstərilməlidir.
Məhsulun keyfiyyət göstəricilərini müхtəlif əlamətlərinə görə sinifləşdirmək olar (cədvəl 1.).
Cədvəl 1.
Dostları ilə paylaş: |