Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə1/14
tarix12.10.2018
ölçüsü0,89 Mb.
#73654
  1   2   3   4   5   6   7   8   9   ...   14


AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI 

AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI 

 

Fakultə : «Əmtəəşünaslıq» 



Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi 

 

 



B U R A X I L I Ş   I Ş I 

 

Mövzu: Gön xammalının kimyəvi tərkibinin təhlili 

Işin rəhbəri: dos. Nağıyev Z.M. 

Tələbə: Sultanov Asif Yusif 

Bölmə: azərbaycan  

Qrup:2322 

 

«Təsdiq edirəm» 

Kafedra müdiri :__________ prof.Ə.P.HƏSƏNOV 

 

 

 

B A K I   2015 



 

 


 

2

 



MÜNDƏRICAT 

 

 

GIRIŞ  

I.  Gön xammallarının növləri və xassələri haqqında ümumi məlumat 

II.  Dərilərin mikroquruluşu və topoqrafiyası 



10 

III.  Dərilərin konservləşdirilməsi və onun xammalın xassələrinə təsiri 

17 

IV.  Dərilərin kimyəvi tərkibi və tədqiqi üsulları 



24 

V.  Gön xammalının sortlaşdırılması və keyfiyyətinin 

qiymətləndirilməsi 

29 


VI.  Dərilərin tərkibindəki rütubətin miqdarının təyini 

33 


VII.  Gön materiallarının tərkibindəki zülali maddələrin miqdarının 

təyini 


41 

NƏTICƏ VƏ TƏKLIFLƏR 

45 

ƏDƏBIYYAT  

47 

 

 




 

3

GIRIŞ 

 

Gön  istehsalı  üçün  əsas  xammal  müxtəlif  heyvanların  dərisi  sayılır.  Gön 



yarımfabrikatlarının istehlak xassələri, ilk növbədə onun hazırlanmasına sərf edilən 

dəri  xammalından  çox  asılıdır.  Gön  istehsalında  müxtəlif  növ  heyvan  cinslərinin 

dərisindən  istifadə  edilir  ki,  bunların  da  hər  birisinin  özlərinə  məxsus  kimyəvi 

tərkibi vardır. 

Bildiyimiz  kimi,  gön  istehsalı  ən  qədim  istehsal  növlərindən  biridir.  Illər 

keçdikcə  bu  sənət  növü  tədricən  təkmilləşdirilmiş  kustar  növündən  iri  sənaye 

istehsalı  növünə  çevrilmişdir.  Belə  ki,  son  dövrlərdə,  xüsusilə  keçmiş  SSRI 

məkanında  gön  sənayesi  ən  yüksək  inkişaf  etmiş  sənaye  sahələrindən  birinə 

çevrilmişdir.  Gön  istehsalında  yeni  növ  materiallardan,  xammaldan,  texnoloji 

avadanlıqlardan, ən yeni texnologiyadan istifadə edilməklə yüksək keyfiyyətli gön 

istehsalı  mənimsənilmişdi.  Hətta  böyük  gön  emalı  müəssisələri  tikilib  istifadəyə 

verilmişdi. Belə zavodlar bizim respublikamızda da fəaliyyətdə olmuşdur. 

Gön  sənayesinin  inkişafında  yüksəkixtisaslı  mütəxəssislərin  də  böyük  rolu 

vardır.  Bu  baxımdan,  hazırda  müxtəlif  tədris  müəssisələrində  bu  sahədə  çalışacaq 

mütəxəssis  kadrları  hazırlanır,  Mərkəzi  Elmi  Tədqiqat  Gön  ayaqqabı  Sənayesi 

Institutu,  onun  filialları  fəaliyyət  göstərir.  Çünki  gön  sənayesində  xüsusi  hazırlığı 

olan,  professional  təcrübəyə  malik  olan,  müasir  avadanlıqları  idarə  edən, 

avtomatlaşdırma  sistemindən  dərin  biliyə  malik  olan,  gön  xammalının 

konservləşdirilməsi  mərhələsində  aparılan  əməliyyatları  yaxşı  bilən,  tədarük 

olunan gön xammalının keyfiyyətcə qəbulunu başa çatdıran, habelə istər xammalın 

və  istərsə  də  emal  olunan  gön  yarımfabrikatlarının  kimyəvi  tərkibi  və  xassələrinə 

bələd olan işçilər olmalıdır.  

Eyni zamanda  mükəmməl tədqiqat  metodikaları, dərsliklər,  hər bir prosesin 

qaydalarını,  ardıcıllığını,  proseslərin  aparılması  rejimini  özündə  əks  etdirən 

sənədlərin 

mövcudluğu 

hazırlanan 

yarımfabrikatların 

keyfiyyətinin 

yüksəldilməsinə  şərait  yaratmış  olar.  Çünki  metodika  əsasında  texnoloji  qaydalar 

işlənib hazırlanır.  



 

4

Habelə  istər  xammalın  və  istərsə  də  gön  yarımfabrikatlarının  tədqiqi  üçün 



tədqiqat laboratoriyaların olması da çox vacibdir. Bununla yanaşı, gön xammalının 

və  hazır  gönlərin  emalında  istifadə  olunan  metodiki  qaydaların  dövri  olaraq 

yenidən  baxılması  da  çox  vacibdir.  Ən  vacibi  isə  gön  xammalının  və  ya  gön 

yarımfabrikatlarının  kimyəvi  tərkibinin  tədqiqi  xüsusi  əhəmiyyət  kəsb  edir.  Odur 

ki, hazırki tədqiqat işi də belə bir vacib problemlərə həsr olunmuşdur.  

Hazırkı buraxılış işində əsas məqsəd gön xammalının quruluşunun, kimyəvi 

tərkibinin,  konservləşdirilmiş  xammalın  keyfiyyətinin,  hətta  yarımfabrikatların 

bəzi kimyəvi tərkib göstəricilərinin təhlilinə həsr olunmuşdur. 

 

 



 

5

I. GÖN XAMMALININ NÖVLƏRI VƏ XASSƏLƏRI HAQQINDA ÜMUMI 



MƏLUMAT 

 

Gön  xammalı  dedikdə,  müxtəlif  heyvanların  dərisi  olub,  gön  istehsalı  üçün 

yararlı olan xammal kimi başa düşülür. Bildiyimiz kimi, bəslənmə şəraitindən asılı 

olaraq  heyvanlar  ev  təsərrüfatında  və  çöl  şəraitində  yaşayan  heyvan  cinslərinə 

ayrılır. Bu baxımdan, heyvanın növündən və konservləşdirilməməsi əlamətlərindən 

asılı  olaraq  mütəxəssislər  gön  xammalını  xırda,  iri,  donuz,  maral,  los,  dəniz 

heyvanları (vəhşi) dərilərinə, balıq dərisinə, sürünənlər və quş dərilərinə ayırırlar. 

Bir  qayda  olaraq,  gön  istehsalı  üçün  əsas  xammal  qaramal,  donuz,  qoyun, 

keçi,  at  dəriləri,  az  miqdarda  maral,  dəvə,  az  miqdarda  isə  vəhşi  və  dəniz 

heyvanlarının  dəriləri,  şimal  marallarının,  vəhşi  keçinin,  qabanın,  suitinin,  dəniz 

pişiyinin dəriləri sayılır. 

Qeyd  edildiyi  kimi,  iribuynuzlu  heyvan  dəriləri  heyvanın  yaşından  asılı 

olaraq xırda və iri dəri xammalına ayrılır (cədvəl 1). 

Cədvəl 1. 

Gön xammalının 

növləri 

Heyvanın növü 

Yeni soyulmuş 

dərinin çəkisi, kq 

Təzə dərinin sahəsi, 

dm

2

-la 

Xırda xammallar 

 

Bu  doğulmamış  və 



yaxud 

ölü 


halda 

doğulmuş  buzov  və 

dayça 

Çəkisindən asılı 



olaraq 

Sahəsindən asılı 

olaraq 

Südəmər  



Yenicə 

doğulmuş 

südəmər buzov 

----"---- 

----"---- 

Iri buzov dərisi 

Bitki ilə qidalanan 

10 kq-dək 

----"---- 

Daylaq dərisi 

Daylaq  

10 kq-dək 

----"---- 

Dayça dərisi 

Südlə  yemlənən  bir 

yaşadək dayça 

5 kq-dək 

----"---- 

Qulan dərisi 

Bir 


yaşdan 

işlək 


yaşadək 

5 kq-dan 10 kq-dək 

----"---- 

Keçi dəriləri 

Ev və vəhşi keçisi 

Çəkisindən asılı 

olaraq 

----"---- 



Qoyun dəriləri 

Dişi  və  erkək  qoyun 

növləri 

----"---- 

----"---- 

Iri xammallar 

Polukojnik  

Yaşı 1,5 il olan dana 

10 kq-dan 13 kq-dək 

Sahəsindən 

asılı 


olaraq 

Cöngə dəriləri 

Yaşı 1,5 ildən 2 ilədək 

olan 


13 kq-dan 17 kq-dək 

----"---- 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə