Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 416,07 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix02.10.2017
ölçüsü416,07 Kb.
#2568
  1   2   3   4   5   6   7   8   9   ...   15


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

 

 

FAKÜLTƏ:   “Distant, qiyabi və əlavə təhsil mərkəzi” 

İXTİSAS:  “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” 

 

 



BURAXILIŞ  İŞİ 

 

 



MÖVZU:    “Malların keyfiyyət səviyyəsinin qiymətləndirilməsi (bir 

mal qrupunun timsalında)”

 

 

İŞİN RƏHBƏRİ: 

prof. Şamxalov O.Ş.

 

 

TƏLƏBƏ:   Musayeva Lalə Mehman

 

 

 

BÖLMƏ:  azərbaycan

 

 

QRUP: 

2324

 

 

“TƏSDİQ EDİRƏM” 

KAFEDRA MÜDİRİ:                 

 

dos. Z.Y.ASLANOV     

 “_________” __________________________ 

 

 

 

 

 

BAKI – 2015 

 


 

MÜNDƏRİCAT 



 

Səh. 

Giriş ..........................................................................................................  3 

I. 

NƏZƏRİ İCMAL 

 

1.1. 


Malların keyfiyyəti haqqında əsas anlayışlar ..........................  5 

1.2. 


Malların keyfiyyətinə verilən əsas tələblərin xarakteristikası ...  12 

1.3. 


Malların keyfiyyətinin qiymətləndirilməsinin müasir metodları.  18 

II. 

TƏCRÜBİ HİSSƏ 

 

2.1. 


Polimer  inşaat  materiallarının  keyfiyyətinə  qoyulan  ümumi 

istehlak və standart tələbləri ........................................................

 

 

31 



2.2. 

Ticarətə daxil olan polimer inşaat materiallarının bəzi istehlak 

xassələrinin tədqiqi və keyfiyyət göstəricilərinin standarta 

uyğunluğunun yoxlanması ..........................................................

 

 

 



36 

2.3. 


Ticarətə daxil olan polimer inşaat materiallarının tərkibindən 

ayrılan zəhərli qazların miqdarının qazxromotoqrafiya üsulu ilə 

təyini ..........................................................................................

 

 



47 

Nəticə və təkliflər ....................................................................................  50 

İstifadə edilmiş ədəbiyyat .......................................................................  52 

 

 

 



 

 

 


 

GİRİŞ 



 

Malların keyfiyyətinin idarə olunması keyfiyyətə daimi nəzarətin aparılmasını 

və onun səviyyəsinin vaxtaşırı qiymətləndirilməsini tələb edir. 

Keyfiyyətə  nəzarət  dedikdə,  malların  keyfiyyət  göstəricilərinin  qəbul  edilmiş 

texniki  normativ  sənədlərin  (standartlar,  texniki  şərtlər  və  s.)  tələblərinə  uyğun 

olub olmadıqlarının yoxlanması nəzərdə tutulur. 

«Keyfiyyətə  nəzarət»  terminin  «keyfiyyət  səviyyəsinin  qiymətləndirilməsi» 

terminindən ayrılmaq lazımdır. 

Malların  keyfiyyət  səviyyəsinin  qiymətləndirilməsində  əməliyyat  məcmusu, 

keyfiyyət  göstəriciləri  nomenklaturasının  seçilməsi,  onların  miqdar  qiymətinin 

təyini,  eləcə  də  məhsulun  keyfiyyətinin  idarə  edilməsində  ən  yaxşı  həllinə 

əsaslandırılması məqsədilə baza nisbi qiyməti başa düşülür. 

Nə qədər ki, hazırda normativ texniki sənədlərdə xassələrin bütün göstəriciləri 

normallaşdırılmır,  (məsələn,  estetik,  erqonomik  xassələrin  tələb  edilən  normaları 

işlənilməmişdir), ona görə də keyfiyyətə nəzarət edən zaman keyfiyyəti təşkil edən 

bütün xassə göstəriciləri yoxlanıla bilmir. 

Malların  keyfiyyət  səviyyəsinin  qiymətləndirilməsi  onların  keyfiyyətinə 

nəzarətdən daha geniş məna kəsb edir. 

İstehlak  mallarının  keyfiyyət  səviyyəsinin  qiymətləndirilməsi  zamanı  hər  bir 

mal  növünün  əhalinin  zövqünə  və  ictimai  tələbinə  nə  dərəcədə  uyğun  olması 

məsələsi həll edilir.  

İstehlak  mallarının  keyfiyyət  səviyyəsinin  qiymətləndirilməsi  probleminin 

əsas  xüsusiyəti  və  mürəkkəbliyi  məhz  bundan  ibarətdir.  Keyfiyyət  səviyyəsinin 

qiymətləndirilməsinin nəticələri keyfiyyətin planlaşdırılmasının əsasını təşkil edir. 

İstehlak  mallarının  keyfiyyətinin  miqdarca  qiymətləndirilməsi  ilə  bağlı  olan 

elmi  biliklər  sahəsi  kvalimetriya  (latın  sözü  olan  «qualis»  -  keyfiyyət,  xassə, 

xarakter,  «qualitas»  -  necə,  hansı keyfiyyət və  qədim  yunan sözü olan  «metreo»  - 

ölçmək, çəkmək) adlanır. Qeyd etmək lazımdır ki, kvalimetriyaya daxil olan işlərin 

çoxu – istehsal texniki təyinatlı mallara aid edilir.  



 

İstehlak mallarının keyfiyyət səviyyəsinin miqdarca qiymətləndirilməsinə dair 



bir  çox  məsələlər  hələlik  tamamilə  həll  edilməmişdir  və  böyük  elmi-tədqiqat 

işlərinin aparılmasını tələb edir. 

Bu  baxımdan,  “Malların  keyfiyyət  səviyyəsinin  qiymətləndirilməsi” 

mövzusunda yazılmış buraxılış işi aktualdır. 

Keyfiyyətin  yüksəldilməsi  və  səmərəliliyin  artırılması  məsələsindən  söhbət 

gedərkən  keyfiyyət  göstəriciləri,  onu  formalaşdıran  amillər,  onun  qiymətləndiril-

məsi,  ona  nəzarət  edilməsi  və  keyfiyyətin  saxlanmasına  kömək  edən  amillər 

haqqında  danışmamaq  olmaz.  Məlum  olduğu  kimi  məhsulun  keyfiyyəti  dedikdə, 

müəyyən  istismar  şəraitində  təyinata  müvafiq  olaraq  müəyyən  tələbatı  ödəmək 

üçün  onun  yararlığını  təyin  edən  xassələrin  məcmuu  başa  düşülür.  Əgər  mal 

müəyyən  istehlak  tələblərinə  müvafiq deyildirsə, o  yararlı  xassələrə  malik olsa da 

yüksək  keyfiyyətə  malik  ola  bilməz.  Yüksək  keyfiyyətli  mal  insanların  istehlak 

tələbini  daha dolğun ödəyir və böyük sorğuya  malik olur, əksinə aşağı keyfiyyətli 

mallar  isə  özünə  alıcı  tapa  bilmir.  Nəticə  etibarilə  keyfiyyətsiz  mallar  ticarət 

şəbəkələrində  yığılıb  qalmağa  xalq  təsərrüfatına  böyük  ziyna  vurur.  Ona  görə  də 

buraxılan  məhsulun  keyfiyyətinin  yüksəldilməsi  dövlət  əhəmiyyətli  məsələlər-

dəndir. 

Buraxılış işində əsasən aşağıdakı məsələlər araşdırılmış və təhlil edilmişdir: 

  Malların keyfiyyəti haqqında əsas anlayışlar; 

  Malların keyfiyyətinə verilən əsas tələblərin xarakteristikası; 

  Malların keyfiyyətinin qiymətləndirilməsinin müasir metodları; 

  Polimer  inşaat  materiallarının  keyfiyyətinə  qoyulan  ümumi  istehlak  və 

standart tələbləri; 

  Ticarətə  daxil  olan  polimer  inşaat  materiallarının  bəzi  istehlak 

xassələrinin  tədqiqi  və  keyfiyyət  göstəricilərinin  standarta  uyğunluğunun 

yoxlanması; 

 

Ticarətə  daxil  olan  polimer  inşaat  materiallarının  tərkibindən  ayrılan 



zəhərli qazların miqdarının qazxromotoqrafiya üsulu ilə təyini.

 

 




Yüklə 416,07 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə