Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


I FƏSİL  KİMYA EKSPERİMENTİNİN TEXNİKASI VƏ METODİKASININ ÜMUMİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   2   3   4   5   6   7   8   9   ...   111


 
I FƏSİL 
KİMYA EKSPERİMENTİNİN TEXNİKASI VƏ METODİKASININ ÜMUMİ 
MƏSƏLƏLƏRİ 
 
 
1.1.Kimya eksperimentinin texnikası və metodikası üzrə laborator 
kursunun vəzifələri 
 
Bu fəslə aid materialları öyrənənlər aşağıdakıları bilməli və bacarmalıdır. 
Bilməlidir: 

 
məktəb  kimya  eksperimenti  üçün  (nümayiş  və  şagirdlərin  apardığı  kimya 
eksperimenti) – lazım olan tədris avadanlığına verilən tələbləri; 

 
məktəb  kimya  eksperimentinin  yerinə  yetirilməsi  zamanı  təhlükəsizlik 
qaydalarını; 

 
kimyadan nümayiş təcrübələrinin məqsədlərini; 

 
kimyadan  nümayiş  təcrübələrinin  yerinə  yetirilmə  qaydalarını  və  onlara 
qoyulan tələbləri; 

 
nümayiş təcrübələrinin yerinə yetirilmə metodikasını; 

 
şagird eksperimentinin yerinə yetirilmə metodikasını. 
Bacarmalıdır 

 
nümayiş təcrübələrini yerinə yetirməyi; 

 
şagirdlər üçün kimya eksperimentini yerinə yetirməyi; 

 
kimyadan eksperimental məsələləri həll etməyi; 

 
kimyəvi  eksperimentdən  şagirdlərin  idraki  fəaliyyətlərinin  təşkil  edilməsi 
üçün istifadə etməyi.  
Yoxlama  suallar 
1.
 
Eksperimentin adi müşahidədən fərqi nədir? 
2.
 
Eksperimentin kimyanın tədrisi prosesinə daxil edilməsinin səbəbi nədir? 



 
3.
 
Tədris  eksperimentinin  elmi  eksperimentdən  fərqi  nədir?  Onların  oxşar 
cəhətləri varmı? 
4.
 
Tədris eksperimentinin idraki məsələləri hansılardır? 
5.
 
Məktəb kimya eksperimentinin tərbiyəedici məsələlərini təhlil edin. 
6.
 
Kimyadan  hansı  tədris  eksperimentini  nümayiş  eksperimenti  adlandırmaq 
olar? 
7.
 
Nümayiş eksperimentinə verilən tələblər. 
8.
 
Kimya  eksperimentin  texnika  və  metodikası  deyildikdə  nə  başa  düşülür? 
Onların xüsusiyyətləri nədən ibarətdir? 
9.
 
Məktəb kimya eksperimenti hansı əlamətlərə görə təsnif edilir? 
10.
 
Kimyaya  aid  təcrübələrin  yerinə  yetirilməsi  zamanı  texniki  təhlükəsizlik 
tələblərinin mahiyyətini açıqlayın. 
11.
 
Eksperimental bacarıqları təsnif edin. 
12.
 
Şagirdlərin eksperimental bacarıqlarını formalaşdırmaq üçün hansı şərtlər 
vacibdir? 
Ümumtəhsil  məktəblərində  kimya  eksperimenti  şagirdlərin  müstəqil  iş 
üsullarına  aid    olub  əsasən  laborator  təcrübələri  və  praktiki  məşğələ  formasında 
həyata keçirilir
.
 
 
1.1.1. Laborator məşğələlərinin təşkili və keçirilməsi metodikası. 
 
Laborator  məşğələlərinin  məqsədi  –  yeni  materialın  öyrənilməsi  ilə  yeni 
biliklərin əldə edilməsidir. 
Kimyadan  laborator  təcrübələri  fərdi  (təcrübələri  bütün  şagirdlər  fərdi  yerinə 
yetirirlər),  qrupla  (eyni  stol  arxasında  oturmuş  şagirdlər  eyni  işi  icra  edirlər,  lakin 
funksiyalar  aralarında  bölüşdürülür)  və  kollektiv  (müxtəlif  stollar  arxasında  oturmuş 
şagirdlər  müxtəlif  işləri  icra  edir,  alınmış  nəticələr  barədə  hesabat  verirlər)  şəkildə 
yerinə yetirilir. 



 
 
Laboratoriya işlərinin icrası metodikası aşağıdakı kimidir: 
 
1.
 
Lazımi nəzəri biliklərin aktuallaşdırılması (söhbət). 
2.
 
Eksperimental yolla həll olan problem və ya məsələnin qoyulması. 
3.
 
Təcrübənin yerinə yetirilmə planı ilə tanışlıq (şifahi və ya yazılı təlimat). 
4.
 
Eksperimentin  yerinə  yetirilmə  texnikası  barədə  şagirdlərin  suallarına 
müəllimin cavabları. 
5.
 
Şagirdlərin müstəqil işi. 
6.
 
Təcrübədən çıxan nəticələrin formalaşdırılması və müzakirəsi. 
Təcrübələrin  yerinə  yetirilməsi  zamanı  şagirdlərin  işinin  keyfiyyəti  aydın  və 
tam təlimatlandırmadan asılıdır. 
Nümunə  üçün  “Oksidləşmə-reduksiya  reaksiyaları”  mövzusunda  laboratoriya 
işinin təlimatını verək. 
İşin  məqsədi:  oksidləşmə-reduksiya  reaksiyalarını  praktiki  olaraq  öyrənmək, 
onların  tənliklərini tərtib etmək bacarığını möhkəmləndirmək. 
Ləvazimat  və  avadanlıqlar:  sınaq  şüşələri,  sınaq  şüşələri  üçün  ştativ,  şüşə 
çubuq, spirt lampası, tutqac; xlorlu və bromlu su, dəmir(III) xlorid, natrium-bromid, 
natrium-yodid, gümüş-nitrat məhlulları, mis
Təcrübə  1.  Halogenlərin  bir-birini  birləşmələrindən  sıxışdırıb  çıxartması. 
Üş  sınaq  şüşəsi  götürüb  hər  biri  1  ml  olmaqla,  birinciyə  kalium-bromid,  ikinci  və 
üçüncüyə    isə  kalium-yodid  məhlulları  tökün.  Birinci  və  ikinci  sınaq  şüşələrinə  bir 
neçə damcı xlorlu su, üçüncüyə - bromlu su və bir damcı nişasta məhlulu əlavə edin. 
Nə  müşahidə  edilir?  Sınaq  şüşələrində  rəngin  dəyişməsi  nəyin  nəticəsidir?  Reaksiya 
tənliklərini yazın, oksidləşdirici və reduksiyaedicini müəyyən edin. Hansı maddə daha 
qüvvətli oksidləşdiricidir: xlor, yoxsa yod? 
Təcrübə  2.  Bromun  sinklə  qarşılıqlı  təsiri.  Sınaq  şüşəsinə,  yarısına  qədər 
bromlu  su  töküb,  içərisinə  şpatelin  ucunda  sink  tozu  əlavə  edin,  şüşə  çubuqla 
qarışdırın  və  qızdırın.  Məhlulu  soyumağa  qoyun.  Rəngsiz  məhlul  alındıqda,  onu  iki 
sınaq şüşəsinə tökün (əgər  məhlul rəngsizləşmirsə, yenidən bir qədər sink tozu əlavə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə